Daşkəsən rayon İcra hakimiyyətindən mətbuata verilən məlumata görə, Əhəd Abıyev işlə əlaqədar Bakıya çağırılıb:

“Əhəd müəllim hazırda rayonda yoxdur, o, işlə əlaqədar Bakıdadır, müavinləri isə iş başındadır.”

Daşkəsəndə 9 noyabr Bayraq Gününə həsr olunan tədbir zamanı icra başçısı Əhəd Abıyev Ermənistanın şiferdən hazırlanan bayrağını yumruqla sındırıb. Bu zaman bayrağın səhv tutulması nəticəsində Əhəd Abıyev Ermənistan yox, Kolumbiya bayrağını sındırmış olub.