Əhval-ruhiyyəni oxumaq qabiliyyətinə malik eynək buraxılacaq

6 Yanvar 2017 20:27

Xəbər 24 dəfə oxunub

İtaliyanın “Safilo” şirkəti əhval-ruhiyyəni oxumaq qabiliyyətinə malik eynək buraxılışını planlaşdırır.

Faktinfo.az AZƏRTAC-a istinadla xəbər verir ki, yeni cihaz bu ilin yanvarında Las-Veqasda keçiriləcək “Consumer Electronics Show” sərgisində nümayiş etdiriləcək.

Məlumata görə, yeni “ağıllı” eynək görünüşcə adi eynək kimi görünür. Çərçivəsində gizlədilmiş 5 çip insan beyninin dalğalarının siqnallarını qeydə almaq qabiliyyətinə malikdir. Toplanılmış məlumatlar smartfonda xüsusi proqrama göndərilir, sonra həmin məlumatlar əsasında eynək sahibinin əhval-ruhiyyəsi təyin edilir. Eynək smartfona “bluetooth” vasitəsilə qoşulur.