Əlverişli tanışlıq olacaq – Günün qoroskopu

111442

6 Yanvar 2017 01:57

Xəbər 1190 dəfə oxunub

Faktinfo.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları “Horoscope” və “Astrology”yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç – işgüzar münasibətləri dostluq əlaqələrinə çevirə bilərsiniz. Nüfuzlu və ya hadisələrə təsir imkanlarına malik şəxslərlə görüşdə formallığa riayət etməyə bilərsiniz. Etiketin sərt qaydalarını hələlik unudun. Bütün bunlar dialoqun xeyrinədir. Gənclərlə münasibətlər yaxşı olacaq.

Buğa – əvvəllər münasibətlərinizin çox sərin olduğu insanlarla dil tapacaqsınız. Yaxın ətrafınızdakı şəxslərlə təmasları nizama salın. Yaşam potensialı səviyyəsi yüksəkdir. Enerji qıtlığı hiss olunmur. Axşam saatlarında istirahət edin.

Əkizlər – uğur və irəliləyiş vəd edən gündür. Mübahisələrdə mövqeyini qorumaqdan çəkinməyin. Arqumentləriniz elə inandırıcı olmalıdır ki, opponentlər onlarla mütləq şəkildə razılaşmalıdır.

Xərçəng – bütün səviyyələrdə maliyyə məsələlərinin müzakirəsi üçün yaxşı gündür. Qəbul edilən qərar optimal olmalıdır.

Şir – maraqlı görüş, əlverişli tanışlıq olacaq. Yaxın ətrafınızdakı insanların mənafelərini nəzərə alın. Matrimonial təklif ala bilərsiniz.

Qız – nə istədiyinizi, hansı hədəfə can atdığızı dəqiqləşdirin. Heç nə sizi qarşınıza qoyduğunuz məqsəddən əl çəkməyə səbəb olmamalıdır.

Tərəzi – məqsədlərin hamısına eyni vaxtda çatmaq mümkün deyil. Eyb etməz, səbrli olun. Rəqabət mübarizəsi kəskinləşəcək. Pərişan olmayın. Əksinə, gün daha maraqlı olacaq

Əqrəb – özünüzü rahat hiss edin. Çətin işlə məşğul olsanız belə, darıxmayın. Çətin məsələlərə orijinal cavablar tapın. Yanaşma tərzi planların reallaşmasını müəyyənləşdirir.

Oxatan – parlaq, yaddaqalan, xoş hadisələrlə zəngin gün olacaq. Pozitiv xəbərlər alacaq, az sonra gerçəkləşə biləcək planlar quracaqsınız. Əvvəllər dəfolunmaz saydığınız sədlər yolunuzda puç olur. Sanki onları kimsə darmadağın edir.

Oğlaq – şəxsi münasibətlərdəki problemləri də həll edəcəksiniz. Peşəkar fəaliyyət müstəvisindəki çətinlikləri çözmək asan deyil. Hisslərinizi qaydaya salın. Belədə yaşamınız daha asan və rahat olacaq.

Dolça – nikbinlik və qüvvələrinizə əminlik bu gün ən yaxın dostlarınız olacaq. Problemlərinizi həll edin, bədxahlarınızı üstələyin. Aldığınız işgüzar təkliflər ilk baxışdan maraqlı və cazibədardır. Lakin bu təklifləri təhlil edin və razılaşmayın.

Balıqlar – işdə həmkarlarınızla asanlıqla dil tapacaqsınız. Vaxtınızı boşuna sərf etməyin, faydalı və mənalı işlərlə məşğul olun. Səylərin birləşdirilməsi parlaq nəticələr verə bilər.

Ziya Bünyadovun aşkar etdiyi qədim mənbədə milli mənşəyimiz haqqında nə deyilir?

115370

Dilimiz və mənşəyimiz haqqındakı mübahisələrə bu günə qədər nöqtə qoyulmayıb. Milliyyətcə biz kimik - türk, yoxsa azərbaycanlı? Dilimiz türk dilidir, yoxsa Azərbaycan dili? Bu iki mövqe, iki fikir tərzi, iki dünya baxışı arasındakı  barışmaz ziddiyyətlər artıq söz və mübahisə səviyyəsindən çıxıb iki ideoloji cəbhə  təşkil etməkdədir. Bu məsələlərə aydınlıq gətirmək üçün ən müxtəlif sahələrə  qədər baş vurulur. Antropoloji, etnoqrafik, tarixi və linqvistik araşdırmalar  aparılır, arqumentlər əsaslandırılır, lakin yenə də kütləvi-ideoloji təbliğat  əhatəsində ciddi bir nəticə əldə edilmir. Mənşəyəmizin və  dilimizin türk adlanması təkzibedilməz örnəklərlə bu mətnlərdə təsdiq  olunur. Əsrləri dolaşdıqca “azərbaycanlı” adına rast gəlmək mümkün olmadığı halda, türk  adına rast gəlmək adi hala çevrilib. Bəlkə elə məsələnin həlli də buradadır? Bizim  bir millət kimi var olmağımızı istəməyənlər və yanlışlıqla onlara dəstək verənlər  bəlkə elə türk adından buna görə imtina edirlər. Axı “azərbaycanlı” adı mətnlərdə  tapılmadıqca bizim də bir millət olaraq tariximizin olmaması, son illərdə  formalaşan bir toplum kimi meydana gəldiyimiz əsaslandırıla bilər. Türk dili ilə  qədim dövlətçilik ənənəsi olan mədəni-ictimai və siyasi bir toplum üzə  çıxırsa, azərbaycanlı adı ilə tarixi çox da uzağa getməyən müəyyən məhdud əhali anlaşıla  bilər. Təbiidir ki, bu bizə yox, bizi sevməyənlərə lazımdır. Görkəmli şərqşünas alim Z.Bünyadov  “Azərbaycan VII-IX əsrlərdə” adlı fundamental tarixi əsərində tariximizi  müasirləşdirmək  cəhdinin fitnəkar məqsədlərdən törədiyini bildiyi üçün bunun  qarşısını almağa  çalışmışdır: “Azərbaycan əhalisinin türkləşməsi məsələsi illər  boyu davam etmiş, bu prosesin başlanğıcının aydınlaşdırılması çox mürəkkəbdir  və bu məsələ indiyidək həll edilməmişdir. Bəzi tədqiqaçıların etdiyi  kimi, türkləşmənin XI-XII əsrlərdə baş verdiyini qəbul etmək səhv olardı. Türkləri  Azərbaycan ərazisinə kənardan gəlmiş bir ünsür hesab etmək də səhvdir, çünki  onda yerli, böyük və çox yığcam türk tayfa təşəkküllərinin varlığına göz  yumulur” Müəllif fikirlərinin doğruluğunu əsaslandırmaq üçün VII əsrdə bu mülahizəni təsdiq edən məxəzi diqqətə çatdırır: “Əməvi xəlifəsi Müaviyə bir dəfə qədim tarixə  bələd olan Yəmənli Abid ibn Şariyəyə belə sual verir: “Türklər və Azərbaycan nə  deməkdir?” Abid cavab verir: “Azərbaycan-qədimdən  türklərin  yaşadığı  ölkədir”. Qeyd edək ki, görkəmli alim bu fikirləri və digər mülahizələri ciddi tarixi qaynaqlarla əsaslandırır.  ATİF İSLAMZADƏ, Filologiya üzrə fəlsəfə doktoru

8 Fevral 2017 14:07