14:00-dək 100000 manat gətirməsini tələb edib

img2292138

4 Yanvar 2017 19:54

Xəbər 13 dəfə oxunub

Bir müddət əvvəl ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) hazırda həbsdə olan sabiq idarə rəisi Sübahir Qurbanov, onun müavini Fizuli Əliyev və digərlərinin cinayət işi üzrə zərərçəkmiş şəxslərdən Səbuhi Məcidovun istintaq zamanı verdiyi ifadə məlum olub.

 

APA-nın məlumatına görə, Məcidov Səbuhi Abturab oğlu ifadəsində göstərib ki, 2014-cü ilin əvvəllərində maddi çətinliklərlə əlaqədar adına olan Abşeron rayonunun Saray qəsəbəsində yerləşən bağ evini satmaq qərarına gəlib. Əvvəllər bağ evində olmuş və həmin vaxtdan bəyənmiş Rusiyada yaşayan tanışı Fizuli Rəsulovla mobil telefonla danışaraq 180 000 manata satılması barədə razılaşıb. 2014-cü ilin payızında o, Fizuli Rəsulovla «Port Baku» biznes mərkəzində adını xatırlamadığı restoranlardan birində görüşüb,  bağ üçün 64000 manat beh alıb. Bundan sonra ikisi orada nahar edib. Biznes mərkəzindən çıxaraq taksiyə yaxınlaşarkən bir nəfər yanına gəlib və onunla getməli olduğunu deyib.

 

İfadədə bildirilib ki, özünü MTN-nin əməkdaşı kimi təqdim edən Fizuli Əliyevin idarə etdiyi qara rəngli “Hyundai” markalı avtomobillə MTN-nin yaxınlığındakı «Sultan» restoranına aparılan zərərçəkmiş buraya gətirilməsinin səbəbini soruşub. Fizuli Əliyev narahat olmamağı, istədikləri səbəbi göstərə biləcəklərini deyib. Onun üstünü axtarıb, çantasındakı 63715 manatı götürüblər, pulu cinayət yolu ilə əldə etdiyini, işinin istintaqa göndəriləcəyini deyərək, çantadakı puldan əlavə olaraq, 1-2 günə 300000 manat gətirəcəyi təqdirdə ona kömək edəcəklərini bildiriblər.

 

Nahar etdikdən sonra Fizuli Əliyev, Natiq Alıyev və Zaur Məmmədov onu MTN-nin nəzarət-buraxılış məntəqəsinə aparıblar. Orada Fizuli Əliyev «sabah 300000 manatı gətirməsən, qadınları bura gətirib, üzünə durmalarını istəyəcəyik, çantadakı pul bizə qalacaq, ailənin içində biabır olacaqsan, səni heç kəs qurtara bilməyəcək, ən ağır cəza alacaqsan» deyərək, hədə-qorxu gəlib. Zərərçəkən israrla pulunun olmadığını deyərək, saxlanılma səbəbini öyrənmək istəsə də, Natiq Alıyev «onda səndən 100000 manat alacağıq»  deyə onu qorxudub. Fizuli Əliyev ona ertəsi gün saat 14:00-dək 100000 manat gətirməsini tələbə edib. Həmin gün saat 21.00 radələrində MTN-dən buraxılsa da, çantasından götürülən pulu qaytarmayıblar. Natiq Alıyev ona əlaqə saxlamaq üçün telefon nömrəsini verib.

 

Növbəti gün MTN-ə gedərək, Natiq Alıyevlə görüşüb. Natiq Alıyev onu əvvəlki gün saxlandığı otağa aparıb, daha sonra Zaur Məmmədov da ora gəlib. Onlar növbələşərək, pul verməyəcəyi təqdirdə həbs ediləcəyi, rüsvay ediləcəyi barədə söhbətlər ediblər. Saat 19.00-20.00 radələrinədək ac-susuz orada saxlayıblar. Həmin vaxt Zaur Məmmədov rəisi Fizuli Əliyevin onu «Sultan» restoranında gözlədiyini deyərək oraya aparıb. Bu işdə əsas fəallıq göstərənlər Fizuli Əliyevlə Natiq Alıyev olub. Zaur Məmmədov isə onların göstərişlərini qeyd-şərtsiz icra edib. Zaur Məmmədovla söhbətindən onun Vəhhabi təriqətinə mənsub olduğunu müəyyənləşdirib. Zaur Məmmədov onu «Sultan» restoranının kabinetinə gətirib, kabinetdə Fizuli Əliyev və Natiq Alıyev olub. O, içəri daxil olan kimi Fizuli Əliyev tapançasını çıxarıb, barmağında fırlatmağa başlayıb. Pulu nə üçün ləngitdiyini, ona bir gün də möhlət verdiklərini deyərək, evə buraxıb.

 

O, bütün gecə həmin pulu haradan tapa biləcəyini fikirləşsə də, çıxış yolu tapmayıb. Ertəsi gün səhər saatlarında MTN-nin nəzarət-buraxılış məntəqəsinə piyada gedərkən Fizuli Əliyev avtomobili yanında saxlayıb. Natiq Alıyev də avtomobildə olub. Onlar avtomobildən düşüb yolun kənarında dayanaraq ondan tələb etdikləri pulu gətirib-gətirməməsini soruşublar. O isə pul tapa bilmədiyini bildirib. Fizuli Əliyev “yaxşı, sənə inanırıq, telefonlarını bir ildir, dinləyirik, başqa pulunun olmadığını bilirik, sənin xahişini biz edərik» deyib. Aralarında söhbət 10-15 dəqiqə çəkib, onlar çıxıb gediblər.

 

MTN-nin əməkdaşları Fizuli Əliyev, Natiq Alıyev və Zaur Məmmədovun ona qarşı qanuna zidd hərəkətləri barədə qorxusundan heç kimə məlumat verməyib və heç bir dövlət strukturuna müraciət etməyib. Fizuli Əlyev, Natiq Alıyev və Zaur Məmmədov ondan götürdükləri 63.715 manat pulu isə ona qaytarmayıblar.

Əl-Babda türk hərbçilərlə savaşan terrorçulara bu şəxs rəhbərlik edir

dba1a2bf-8fa6-44f6-ab53-78cefb55d44c_292

Suriyanın Əl-Bab şəhərində terrorçu İŞİD qruplaşmasına Tacikistan daxili işlər nazirinin keçmiş müavini, Xüsusi Təyinatlı Milis (Polis) Dəstəsinin (XTMD) komandiri, polkovnik Gülmurad Halimov (Əbu Ömər Halimov) başçılıq edir. Faktinfo.az "Milliyet"ə istinadən xəbər verir ki, o, ötən ilin iyununda koalisiya qüvvələri tərəfindən zərərsizləşdirilən Əbu Ömər əl-Şişanini (Tarxan Batiraşvili və ya çeçen Ömər) əvəzləmişdi. Məlumata görə, Gülmurad Halimov ABŞ-ın təlim verdiyi silahlılardandır. O, 1975-ci ildə Tacikistanda anadan olub. 1997-ci ildə XTMD-nin sıralarına qoşulan Gülmurad Halimov Orta Asiyada baş verən “rəngli inqilablar” zamanı bu dəstədə təmsil olunub. Xəbərdə bildirilib ki, G.Halimov Rusiyada hərbi hazırlıq deyil, təcrübə keçib. Amma ABŞ-da təlim görüb. O, Dövlət Departamentinin hərbi məşq proqramlarında iştirak edib. Qurumun məlumatına görə, G.Halimov həmin kurslarda terror aktlarının qarşısını almağı və dəf edilməsini öyrənib. O, ABŞ-da üç dəfə səfərdə olduğunu, eləcə də "Blackwater" xüsusi müəssisəsində hərbi təlim keçdiyini etiraf edib. G.Halimov snayperdir. O, 2015-ci il sentyabrın 29-da ABŞ Dövlət Departamenti, 2016-cı ilin fevralında isə BMT Təhlükəsizlik Şurası tərəfindən terrorçu olaraq tanınıb və ona qarşı sanksiya tətbiq edilib. 2016-cı ilin avqustunda “Ədalət uğrunda mükafat proqramı” çərçivəsində Dövlət Departamenti Gülmurad Halimovun ölüsünə və ya dirisinə 3 milyon dollar mükafat təyin edib. Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin dəstəyi ilə Suriya Azadlıq Ordusu Əl-Babın İŞİD terrorçularından təmizlənməsi istiqamətində döyüşür.

18 Yanvar 2017 19:54

Ən iri miqyaslı yenidənqurma: min kilometrlərlə kabel, yarımstansiyalar, transformatorlar..

177236_res_0155

“Azərişıq” ASC ötən il görülən işlərin yekunlarına dair məlumat yayıb. Şirkətdən virtualaz.org-a daxil olan məlumata əsasən  prezident  İlham Əliyev tərəfindən təsdiq edilmiş  “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqrami”nın icrası məqsədi ilə istehlakçıların keyfiyyətli, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi üçün “Azərişıq” ASC tərəfindən 2016-cı il ərzində də iri miqyaslı yenidənqurma və əsaslı təmir-tikinti işləri həyata keçirilib. Rayon mərkəzlərində,  qəsəbə və kəndlərində olan istehlakçıların etibarlı, təhlükəsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunması üçün  yararsız, istismar müddəti başa çatmış avadanlıq müasir tipli avadanlıqlarla əvəz olunub, uzun illər istismar olunan agac dayaqlar yeni dəmir və dəmir beton dayaqlarla əvəzlənib. Yararsız vəziyyətə düşən və heç bir standarta uygun gəlməyən alüminium naqillər özünüdaşıyan izolyasiyalı naqillərlə (ÖİN) əvəz edilib. “Azərişıq” ASC bildirir ki, Şabran rayonunda 2x16 mVA gücündə “Rəhimli”, Lənkaranda “Lənkaran-1” (2x25 mVA), Şəkidə “Cəfərabad” (2x10 mVA), Ağsuda “Ağsu” (2x16 mVA), Zaqatalada “Bəhmədli” (2x6,3), Goranboyda “Kürəkçay” (2x40 mVA), Qazaxda “Daş Salahlı” (2x10 mVA), Masallıda “Tüklə” (2x16 mVA), Saatlıda  “Sarıcalar” (2x25 mVA), Samuxda “Yenikənd” (2x16 mVA) olmaqla, 10 ədəd 110 kV-luq yarımstansiya əsaslı şəkildə yenidən qurularaq müasir tipli avadanlıqlarla təchiz olunub. Abşeron, Quba, Neftçala, Sumqayıt, Lənkaran, Şəki, Zaqatala, İmişli, Zərdab, Tərtər, Bərdə, Ucar, Ağdaş, Ağstafa, Gədəbəy, Qazax, Lerik, Beyləqan, Ağcabədi, Ağdam, Göygöl, Samux, Hacıqabul, Şabran, Yevlax, Salyan, Mingəçevir, Cəlilabad, Daşkəsən, Astara şəhər və rayonlarında olmaqla, ümumilikdə 35 ədəd 35 kV-luq yarımstansiya tikilib və yenidən qurulub. O cümlədən 2016-cı ildə regionlarda: - 30,7 km 110 kV-luq hava xətləri; - 59,0 km 35 kV-luq  kabel  və  308,7 km hava xətləri; - 338,7 km 6-10 kV-luq  kabel və  1810,7 km hava xətləri; - 420,5 km 0,4 kV-luq kabel və  376,6 km hava xətləri; - 2640,7 km özünüdaşıyan izolyasiyalı naqillər (ÖİN) çəkilib; - 960 ədəd Komplekt Transformator Məntəqəsi (KTM) quraşdırılmış; - 127 589 ədəd dayaq basdırılıbr. Bundan əlavə, uzunluğu  35,3 km 110 kV-luq, 128,3 km 35 kV-luq, 416,7 km 6-10 kV-luq və 901,7 km 0,4 kv-luq hava xətlərində təmir işləri aparılıb. Görülmüş tədbirlər onminlərlə abonentin elektrik enerjisinə olan təlabatını yaxşılaşdırmaqla bərabər texnoloji itkilərin azaldılmasına və uçot sisteminin daha təkmil şəkildə aparılmasına müsbət təsir göstərir.  İstehlakçıların fasiləsiz və yüksək keyfiyyətli elektrik enerjisi ilə təmin olunması istiqamətində “Azərişıq” ASC tərəfindən həyata keçirilən tədbirlər 2017-ci ildə də uğurla davam etdiriləcəkdir. “Azərişiq” ASC-nin mətbuat xidməti ◀▶  

18 Yanvar 2017 11:57

Aqrar Universitetdə magistr dissertasiyalarının yerinə yetirilməsinə dair metodiki seminar keçirilib

IMG_1155

Ali təhsilin ikinci səviyyəsinin tələblərinə uyğun olaraq yüksəkixtisaslı, sərbəst yaradıcılıq fəaliyyəti göstərə biləcək mütəxəssislərin hazırlığını təmin edən təhsil prosesi olan magistraturada təhsilin keyfiyyətinin yüksəldilməsi Azərbaycan Dövlət Aqrar Universitetində qarşıya qoyulan əsas vəzifələrdəndir. Bu istiqamətdə vacib olan məsələlərdən biri də magistratura səviyyəsində təhsilin yekun mərhələsi olan magistrlik dissertasiyasının müasir dövrün tələblərinə uyğun yerinə yetirilməsidir.  ADAU-nun mətbuat xidmətinin xəbərinə görə qeyd olunan məsələni müzakirə etmək məqsədilə universitetin Magistr Hazırlığı Mərkəzi tərəfindən 1-ci kurs magistrantlar üçün magistrlik dissertasiyalarının yerinə yetirilməsi dair metodiki seminar keçirilib. Seminarı giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov magistratura səviyyəsində tədrisin və elmi-tədqiqat işlərinin mövcud vəziyyətindən, bu istiqamətdə qarşıda duran vəzifələrdən danışıb. Rektor deyib ki, aqrar sahədə əmək bazarının tələblərinə uyğun elmi-pedaqoji kadrların hazırlanması magistratura səviyyəsində fundamental və tətbiqi xarakterli dissertasiya işlərinin yerinə yetirilməsindən əhəmiyyətli dərəcədə asılıdır.          Sonra, tədris işləri üzrə prorektor, dosent Anar Hətəmov, texnika elmləri doktoru, professor Qabil Məmmədov, Magistr Hazırlığı Mərkəzinin direktoru, dosent Aydın İsayev, gənc müəllimlərdən Rahil Muradov, Xanım Həsənova çıxış edərək magistrlik dissertasiyasının məzmununa, yazılmasına, təqdim edilməsinə və müdafiəsinə qoyulan tələblər barədə danışıblar. Çıxışların sonunda magistrantları maraqlandıran suallar məruzəçilər tərəfindən cavablandırılıb.

17 Yanvar 2017 17:46

Eldar Mahmudovun baş istintaqçısı Pərviz Həşimliyə telefon açdı

perviz-hesimli-yeni-300x202

Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin sabiq rəisi general Mövlam Şıxəliyevin qanunsuz əməllərinə görə cinayət məsuliyyətinə cəlb olunmaması ilə bağlı Gununsesi.info-nun sərgilədiyi prinsipial mövqe, habelə, generalın bir gün “bandotdel”də saxlanması barədə xəbərimiz deyəsən, onu bərk əsəbləşdirib. Belə ki, baş redaktorumuz Pərviz Həşimliyə telefon açan Mövlam Şıxəliyev ondan yazıların səbəbini soruşub. Bu dialoqun ictimaiyyət üçün də maraqlı olduğunu nəzərə alıb, həmin söhbətin bəzi məqamlarını təqdim edirik: Mövlam Şıxəliyev: Siz gündə bir şey yazırsınız. Məndən nə istəyirsiniz? Pərviz Həşimli: MTN cinayətlərinin əsas məsuliyyətini daşıyan vəzifəli şəxs kimi sizdən yazılması təbii deyilmi? Mövlam Şıxəliyev: Mən neynəmişəm axı…Gedin, başqalarından yazın. Kim nə edibsə, hesabatını da özü verir. Mənim adımı hallandırmaqla, böhtan atırsınız. Pərviz Həşimli: MTN-də sizin rəisi olduğunuz baş idarədə yüzlərlə insanın qanunsuz istintaqları aparılıb, elə biri mənim özümü götürün. Eldar Mahmudovun məni şərləməsi üçün saxta hüquqi əsaslar yaratmısınız. Mən cinayətkar idim ki, tabeçiliyinizdə olan müstəntiq Elşən Murtuzov saxta istintaq aparırdı? Mövlam Şıxəliyev: Mən sənin istintaqını aparmışam? Səni kim tutub get, onların yaxasından yapış. Özün də bilirsən ki, səni kimlər tutub. Pərviz Həşimli: Siz MTN-nin İstintaq Baş İdarəsinin rəisi olmusunuz. Sizin idarə məni şərləyib. Məsuliyyət sizindir… Mövlam Şıxəliyev: Bilirsən, nə var, hər şeyi gözəl bilirsən… Mənlik bir şey yoxdur. Get, səni tutuanlarla, şərləyənlərlə mübarizə apar, məndən əl çək. Pərviz Həşimli: “Bandotdel”ə niyə aparılmısınız? Mövlam Şıxəliyev: Mən sənə sözümü dedim. Bilmədiyin şeyi yazma. (telefonun dəstəyini asır-red.)

16 Yanvar 2017 12:49