2016-cı ilin ən yaxşı qolu – Video

qol

10 Yanvar 2017 12:41

Xəbər 16 dəfə oxunub

Dünən FİFA Sürixdə keçirilən mərasimdə “2016-cı ilin ən gözəl qolu” mükafatının sahibini elan edib.

Faktinfo.az xəbər verir ki, mükafata malaziyalı futbolçu Mohd Faiz Subri layiq görülüb.

Həmin qolun videosunu təqdim edirik:

“Məni hələ də bağışlamayan azarkeşlər var” – Ruslan Abışov

78187

“Neftçi” yeni transferi Ruslan Abışov klubun rəsmi saytına müsahibə verib. Faktinfo.az-ın məlumatına görə, millimizin üzvü  "Neftçi"yə keçidi və yeni komandasının hədəflərindən danışıb - Doğma komandana qayıtmısan. Dönüşün barədə nə deyə bilərsən? - Uzun müddətdən sonra evimə qayıtmışam. Ona görə də özümü çox xoşbəxt hiss edirəm. Mənə etimad göstərib “Neftçi”yə dəvət edən hər kəsə təşəkkür edirəm. - “Neftçi”dəki iddian nədir? Bildiyin kimi, komandanın heyətində bir çox dəyişiklər olub. Bu barədə fikirlərini bilmək istərdik. - “Neftçi”dəki iddiam hər zaman çempionluq olub. Hazırkı mövsüm üçün bu bir qədər çətin görünür. Çempionatda mümkün qədər irəliləməyi düşünürük. Kubokda isə mübarizəni davam etdiririk. Gələn mövsüm isə hədəf yalnız çempionluq olmalıdır. Artıq uğursuz günlər geridə qalsın. Komandadakı dəyişiklik müsbət mənada sözünü deməlidir. Mən buna inanıram. - Son olaraq, azarkeşlərə nə demək istərdin? - “Neftçi”yə keçdiyim üçün tam sevinə bilmədim. Bilirdim ki, məni hələ də bağışlamayan azarkeşlər var. Onların hər birini haqlı sayıram, fikirlərinə hədsiz hörmət edirəm. Lakin indiki məqamda həm mənim, həm də komandamızın azarkeşlərin dəstəyinə ehtiyacı var. “Neftçi”nin bütün tarixi uğurlarının əsas pay sahibi onlardır. (daha&helliip;)

13 Yanvar 2017 16:40