2017-ci il üçün astroloji proqnoz

sebuhi

29 Dekabr 2016 14:34

Xəbər 85 dəfə oxunub

Artıq 2016-cı il – Meymun ili bitmək üzrədir. Bəs qarşıdan gələn Xoruz ili dünyaya və ölkəmizə nələr vəd edir?

Bununla bağlı tanınmış astroloq Səbuhi Rəhimli öz proqnozlarını BAKU.WS-ə açıqlayıb:

– Xoruz ili nə zamandan başlayır?

– Od ünsürlü Qırmızı Xoruz ili 2017-ci ilin 28 yanvarında Bakı vaxtilə saat 04:06-da start götürəcək.

– Bu il özündə hansı xüsusiyyətləri daşıyır?

– İlk öncə bildirim ki, bu vaxta qədər heç bir Xoruz ili sakit və sülh şəraitində keçməyib: daima narahatçılıqlar, kütləvi etirazlar, siyasi çaxnaşmalar, məhəlli münaqişələr, çevrilişlər, sui-qəsdlər olub. Bu illərdə yeni-yeni liderlərin pərvəriş tapması, situasiyaların öz məcrasından çıxması, ictimai enerjinin gənclər üzərində cəmləşməsi həmişə labüd olub. Qədim Şərq astrologiyasına əsaslansaq, Xoruz təcavüzkar ildir. Kimdənsə mərhəmət gözləmək, ədalətin qələbə çalacağına inam bəsləmək boş xülyadır. Məqsədə çatmaq üçün bütün cəbhələrdə, sərt şəkildə mübarizə aparmaq lazımdır. Sükanı əldən buraxmaq, yaxud da kiməsə etibar etmək təhlükəli sonluqla bitə bilər. Hər kəs öz hüququnu bilməli, haqqını bütün instansiyalarda tələb etməlidir. Xoruz ilində pul qazanmaq, büdcəni rahat şəraitdə artırmaq olduqca çətindir. Bu dövrdə çoxları karyera zirvəsindən sürətlə aşağı düşür, nəticədə isə bəzən qarşıdurma meylləri də güclənir. Aşağılarla yuxarılar arasında mövcud olan sədd yırtılır. Belə hallar da xaosun meydan sulamasına rəvac verir. Hərbi sahələrdə baş verən neqativ hallar daha qabarıq şəkil alır. Qanunlar lazımi səviyyədə işləmir və ya onlara riayət olunmur. Bu illərdə pul və imkandan daha çox ağıl və analiz üstün olur. Yalnız böyük təcrübə sahibləri, taktikalı və zamanın nəbzini tutanlar qalib gəlir.

– 2017-ci ildə dünya miqyasında və Azərbaycanda hansı hadisələr baş verəcək?

– İlin xarakterinə görə il daha çox təyyarə qəzaları, sui-qəsdlər ilə yadda qalacaq. Bundan başqa, kosmik tədqiqatlarda, eləcə də tibb sahəsində unikal kəşflər meydana çıxacaq.

– Ötən il demişdiniz ki, dollar heç vaxt 1.50 AZN-dən ucuz olmayacaq. 2017-ci il üçün proqnozlarınız nədir? Həmçinin neftin qiyməti ilə bağlı nə deyə bilərsiz?

– Xatırladım ki, budəfəki Xoruz ilinin himayədar planeti Saturndur. Astrologiyada bu kosmik obyekt neft və qazı idarə edir. Bu səbəbdən neft qiymətlərinin kəskin şəkildə aşağı düşəcəyini gözləməməliyik. Hətta aprel-may aylarında və ya sentyabrdan sonra neft satışında nəzərəçarpacaq qədər qiymət artımını müşahidə edə bilərik. Bütün bunlara baxmayaraq Azərbaycanda dolların ucuzlaşacağı gözlənilmir.

– Bu ilin ən uğurlu və uğursuz ayları hansı olacaq?

– Göstəricilər dünyamız üçün yanvar-fevral aylarının uğurlu, iyul-avqust aylarının isə çətin keçəcəyini bildirir.

– Hansı zodiak illər və bürclər üçün 2017-ci il uğurlu olacaq?

– İlin aparıcı bürcləri Oğlaq və Sutökəndir, daha sonra Buğa, Əkizlər, Qız və Tərəzi bürcləridir. Şanslı Zodiak illəri isə Xoruz, Öküz və İlandır.

– Hakimiyyətdə hansısa dəyişikliklər gözlənilir?

– Sosial gərginlik artan xətt üzrə inkişaf etdiyi üçün il ərzində, xüsusən də fevraldan başlayaraq kiçik və orta məmurların silsilə istefasının şahidi olacağıq. Hətta bu siyahıya 5-ə qədər böyük məmurun da adı düşə bilər.

– Bəziləri iddia edir ki, bu il bizim üçün heç də asan olmayacaq, bahalaşma daha da artacaq, ciddi sosial problemlər yaşanacaq. Siz nə deyə bilərsiz?

– Bəzi hallarda doğru deyilir. Çünki 2017-ci ildə dünya gücləri arasında olduqca ciddi qarşıdurma yaranacaq. Bu da iqtisadi böhranın dərinləşməsinə, sosial partlayışlara və ciddi problemlərə yol açacaq. Belə olan halda isə bütün dünyada və dünyanın bir parçası olan Azərbaycanda da fəsadlar yaradacaq. Amma güman etmirəm ki, bu hal ilboyu davam edəcək, astroloji göstəricilər ən böyük gərginliyin ilin ilk yarısında olacağını bildirir. Lazımdır ki, ağıllı başlar problemin sürətli həllinə çalışsınlar.

“Sarışın, yoxsa əsmər?”

112087

Başlayaq dünyaya gəlməyimizdən: - Gələk ya gəlməyək? Baxmayaraq ki, bu heç özümüzdən asılı deyil. Ömür boyu seçimin nə olduğunu  anlamağa çalışdıq. Biz seçimi anladığımız kimi də qəbul etdik - bu prosesi xatırlmasaq belə. Və bunun nəticəsində bu dünyadayıq. Dünyaya gəldikdən sonra isə seçimlərin ardı arası kəsilmədi: 1.Cənnət, ya Cəhənnəm?! 2.Atan, yoxsa Anan? 3.Sarışın, yoxsa Əsmər? 4.Pullu, yoxsa Ağıllı? 5.Universtet, yoxsa Əsgərlik? 6.Azərbaycan, yoxsa Digər ölkə? 7.Rahat iş, yoxsa Əziyyət? 8.Sevdiyin, yoxsa Ailən seçdiyi? 9.Qız, yoxsa Oğul? 10.Uşaqların gələcəyi, yoxsa Öz kefin? 12.Qocalar evi, yoxsa Ölüm? 13.Bakı qəbristanlığı, yoxsa doğulduğun yerdə... Hətta insan öləndən sonra dəfn olacağı yeri bəri başdan seçə bilir. İnsanın ömrü sual və seçim məngənəsindədir. Sevdiyim şairlərdən birinin, dediyi kimi ilk sual Adəm qadağan olunmuş meyvəyə tamah salanda yaranıb: -Yeyim yoxsa yeməyim? Həyatda seçim bircə dəfə verilir, bu bir dəfəlik şansın qədrini bilək. İlişib keçmişdə qalmayaq - keçmişin seçimi də özü kimi çoxdan keçib gedib və bu gün işimizə yaramaz. İnsanın dünəni ilə bugünü eyni deyil. Dünən insanın seçim imkanı daha çox idi, bugün isə seçim imkanı ən çox zamanın əlindədir. Hə... Bəzən seçimdən yarımayan da əllərimizi göyə qaldırıb şükr eləməkdən başqa heç nəyə gücümüz çatmır. Bəzən də...Seçimlərin bizə verdiyi imkanlardan harınlaşıb pəndam olanda şükür eləmək üçün göylərə açdığımız əllərimiz yanımıza düşür, nəfsimizin amiranə çığırtısından ləzzət alırıq. Bu ləzzətin-seçimin havasında boğula-boğula bilmirik ki, dünyanın müxtəlif yerindəki körpələrin qarşısında ikicə seçim bədheybət heykəl kimi dayanıb: -Ya öz vətənində göydən yağan, bombalardan tikə-tikə olamaq, ya da yad sularda boğulmaq... Bu da seçimdir... İsmayıl Xanlarzadə, İ.Yusifov adına Göradil kənd  tam orta məktəbinin 10-cu sinif şagirdi

12 Yanvar 2017 14:57

Android telefonlarını sürətləndirməyin yolları

mobil_telefon_0188

Fərqi yoxdur üç il əvvəl aldığınız android sistemli telefonunuz olsun ya da yeni "Galaxy S7" olsun. Yəqin ki, hamımız telefonunun daha sürətli olmasını istəyirik. Telefonunuzu sürətləndirəcək tədbirlər görsənizdə bu üsulların heç bir faydası olmayıb. Android sistemi ilə işləyən telefonumuzun asan yolla necə sürətləndirə bilərik? Giriş ekranı təmizləyin: Faktinfo.az bildirir ki, canlı divar kağızları və vidjetlər, RAM-ı zəif olan telefonlarda ağırlaşmaya səbəb olurlar. Xüsusilə "Chrome" kimi brauzerlər android sistemli telefonların RAM-ından dahaçox istifadə edirlər. Buna mane olmaq üçün giriş ekranı təmiz saxlamalaq lazımdır. Fərqli bir launçer yükləyin: Telefonunuzun sistemində olan launçer sadə və sürətli olmur. Play store-də sürəti artıran launçerlər mövcuddur. "Nova Launcher" yaxşı seçimdir ancaq sizə uyğun olanı tapmaq üçün bir neçə launçer sınaya bilərsiniz. Veb brauzerinizi dəyişdirin: Android sistemli telefonda gələn "Chrome" brauzeri telefonun RAM-dan çox istifadə edir. Bunun qarşısını almaq üçün fərqli brauzerlərdən istifadə edin. Sürətli və yüngül veb brauzerlərdən "Puffin" və "Opera"nı məsləhətlidir. Lazımsız tətbiqləri silin: Optimallaşdırılmamış tətbiqlər, telefonunuzu ləng işləməsinə səbəb ola bilər. Bu tətbiqlər bəzən ən böyük firmaların da ola bilər. Snapçat android sistemli telefonların işini yavaşladır. feysbuk tətbiqini də telefondan sildikdə 15 faiz sürətəldə etmək mümkündür. Antivirusu silin: Antivirus proqramları sizin telefondan virus silmir. Amma telefonun sürətini azaldır. Telefon yaddaşını təmizləyən tətbiqlər də eyni funksiyanı daşıyır. Avtomatik eyniləşdirməNi bağlayın: Sosial proqramlar, xəbərlər, hava durumu və digər proqramlar, avtomatik olaraq məlumatları yeniləyir. Bu cür əməliyyatların sayının artması, telefonunuzun sürətini olduqca azaldır. Yenidən başladın (Restore) : Son olaraq telefonunuzu yenidən işə salmaqla sürətlənməsini təmin edə bilərsiniz. Bunu hər gün etməyə ehtiyac yoxdur ancaq xüsusilə telefonunuzun sürəti azalanda, ağır işləyəndə yenidən başlatmaqla əvvəlki sürəti əldə edə bilərsiniz. Bu məlumatlarının heç bir təsiri olmasa, telefonunuzu zavod parametrininə gətirin.

5 Yanvar 2017 01:07

İtburnu çayının faydaları

504194

Antioksidant faydası: İtburnu çayı, antioksidant xüsusiyyəti əhatə etməsi sayəsində bədəndən toksinlərin atılmasını təmin edir. Eyni zamanda bədən müqavimətini artırır və immuniteti də gücləndirir. Soyuqdəymə üçün də çox fayda verən itburnu çayı, xərçəng riskini də azaldır. Mədə sağlamlığı üçün faydası: İtburnu çayı, mədə xəstəliklərinә yaxşılaşdırma və sakitləşdirmə təsirini göstərir. Xüsusilə mədə spazması, xora və mədə ağrılarından xilas olmaq üçün çox təsirlidir. Faktinfo.az deyerler.org-a istinadən bildirir ki, ağır bir yeməkdən sonra itburnu çayı içmәk təklif edilir. Qan hüceyrələrinә faydası: Daşıdığı minerallar sayəsində qan hüceyrələrinin artırılması adına itburnu çayı çox faydalıdır. Xüsusilə qış mövsümündə bol-bol istehlak olunmalıdır. Böyrək sağlamlığına faydası: Antioksidant xüsusiyyəti sayəsində itburnu çayı böyrəkləri zərərli maddələrdən qoruyur. Daş əmələ gəlməsini də əngəlləyir. Şəkər xəstələrinә faydası: Qan şəkər miqdarının tarazlanması üçün itburnu çayı bir çox mütəxəssis tərəfindən şəkər xəstələrinə təklif edilir. Arıqlamaq üçün faydası: Uzun müddət tox tutan təsirindən əlavə, yeməkləri daha ləzzətli hala gətirmək üçün itburnu çayı əla seçimdir. Həmçinin idman ərəfəsində enerji verməsi baxımından da itburnu çayı içilә edilə bilər. Tənəffüs yollarına faydası: Xüsusən uşaqlarda öskürəyi kəsmək və tənəffüs yollarını sakitləşdirmək üçün C vitamini daşıdığı üçün çox fayda verir.

3 Yanvar 2017 22:22