212 adda dərmanın idxalına QADAĞA QOYULDU

derman

20 Dekabr 2016 12:18

Xəbər 40 dəfə oxunub

Dərman vasitələrinin idxal-ekspertiza şöbəsinə il ərzində 27000-dən çox seriyada dərman vasitəsinin ölkəyə idxalı üçün müraciətlər olub.

Faktinfo.az  xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin ekspertiza şöbəsinin müdir müavini Vəfa Əbilova bu gün keçirilən mətbuat konfransında deyib.Onun sözlərinə görə, onlardan 23000-dən çox dərman vasitələrinin idxalı zamanı təqdim edilmiş sənəd və nümunələrdə heç bir uyğunsuzluq aşkar olunmayıb, 4000-ə yaxın dərman vasitəsinin idxalı zamanı bəzi uyğunsuzluq müəyyən edilməyib:

“3000-dən çox dərman vasitələrinin uyğunsuzluqları istehsalçı və idxalçı şirkətlər tərəfindən aradan qaldırılıb”.V.Əbilova onu da bildirib ki, dərman vasitələrinin keyfiyyətinin yoxlanılması laboratoriyası tərəfindən il ərzində 28000-ə yaxın dərman vasitəsinin analizi aparılıb:

“Bunlardan 15000-dən çox dərman vasitəsi müsbət qiymətləndirilib, 5 adda dərman vasitəsinin keyfiyyət göstəriciləri dövlət qeydiyyatı zamanı təsdiqlənmiş normativ sənədlərə uyğun olmadığına görə idxalına icazə verilməyib. Bu da öz növbəsində toplam olaraq 33534 ədəd qablaşdırma nəzərdə tutur. 1000-dən çox normativ sənəd hazırlanaraq təsdiq olunub. Həmçinin laboratoriyada saf su alınma sistemi quraşdırılmayıb”.
O qeyd edib ki, 212 adda dərmanın idxalına qadağa qoyulub.

İtburnu çayının faydaları

504194

Antioksidant faydası: İtburnu çayı, antioksidant xüsusiyyəti əhatə etməsi sayəsində bədəndən toksinlərin atılmasını təmin edir. Eyni zamanda bədən müqavimətini artırır və immuniteti də gücləndirir. Soyuqdəymə üçün də çox fayda verən itburnu çayı, xərçəng riskini də azaldır. Mədə sağlamlığı üçün faydası: İtburnu çayı, mədə xəstəliklərinә yaxşılaşdırma və sakitləşdirmə təsirini göstərir. Xüsusilə mədə spazması, xora və mədə ağrılarından xilas olmaq üçün çox təsirlidir. Faktinfo.az deyerler.org-a istinadən bildirir ki, ağır bir yeməkdən sonra itburnu çayı içmәk təklif edilir. Qan hüceyrələrinә faydası: Daşıdığı minerallar sayəsində qan hüceyrələrinin artırılması adına itburnu çayı çox faydalıdır. Xüsusilə qış mövsümündə bol-bol istehlak olunmalıdır. Böyrək sağlamlığına faydası: Antioksidant xüsusiyyəti sayəsində itburnu çayı böyrəkləri zərərli maddələrdən qoruyur. Daş əmələ gəlməsini də əngəlləyir. Şəkər xəstələrinә faydası: Qan şəkər miqdarının tarazlanması üçün itburnu çayı bir çox mütəxəssis tərəfindən şəkər xəstələrinə təklif edilir. Arıqlamaq üçün faydası: Uzun müddət tox tutan təsirindən əlavə, yeməkləri daha ləzzətli hala gətirmək üçün itburnu çayı əla seçimdir. Həmçinin idman ərəfəsində enerji verməsi baxımından da itburnu çayı içilә edilə bilər. Tənəffüs yollarına faydası: Xüsusən uşaqlarda öskürəyi kəsmək və tənəffüs yollarını sakitləşdirmək üçün C vitamini daşıdığı üçün çox fayda verir.

3 Yanvar 2017 22:22

Səhiyyə Nazirliyi dərman qıtlığını təkzib etdi:“Hansı dərman tapılmırsa bizə müraciət etməyinizi xahiş edirik”

derman-44

“Ölkə ərazisində dərman pereparatlarını çatışmazlığı problemi yoxdur”. Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Esmira Ələkbərova ölkədə dərman çatışmamazlığı barədə yayılan məlumatları şərh etmək üçün modern.az-ın verdiyi sorğusuna cavab olaraq bildirib: “Azərbaycan Respublikasında qeydiyyatda olan dərman vasitələrinin analoqu var. Hər hansı konkret dərmanın qıtlığı varsa, bizə müraciət etməyinizi xahiş edirik”. Qeyd edək ki, 2015-ci ildən etibarən milli valyutanın 2 dəfə dəyərdən düşməsi, Mərkəzi Bankın “üzən məzənnə” siyasətinə keçməsi bütün sahələrdə olduğu kimi, dərman bazarına da ciddi təsir edib. Belə ki, aptekə müraciət edən vətəndaşlara “yoxdur” cavabını verərək, səbəbi həmin dərman pereparatlarının depoda olmadığını bildirirlər.Tarif Şurası noyabrın 28-də keçirdiyi kollegiya iclasında10166 dərman preparatının yer aldığı siyahıda dərman vasitələrinin qiymətini əhəmiyyətli şəkildə artırıb. Şuranın məlumatına görə, həmin gün 300-dən artıq yeni dərman vasitəsinin satış qiymətləri təsdiq edilib, eləcə də indiyədək təsdiq olunmuş dərman vasitələrinin qiymətləri manatın hazırkı məzənnəsinə uyğunlaşdırılıb. Şuranın bu qərarı noyabrın 29-dan artıq qüvvəyə minib.

29 Dekabr 2016 11:44

Bakıda xəstəlik aşkarlanan uşaqların sayı açıqlandı

publika-az1471935180xerceng_xesteliyi

Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində olan 55 ambulator - poliklinik tibb müəssisəsi tərəfindən 730606 nəfər uşaq əhalisinə tibbi xidmət göstərilir. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, yekun statistik məlumatlara əsasən uşaqlar arasında ilkin xəstəliklərin sayı 2014-cü ilə nisbətən bir qədər azalıb və bu xəstəliklərin 25%-i məhz icbari tibbi müayinələr zamanı aşkar olunub.2016-cı ilin 11 ayı ərzində uşaq poliklinikaları tərəfindən icbari tibbi müayinədən keçirilməsi planlaşdırılan 679420 nəfər uşaqdan 633936 nəfər uşaq (93%) müayinəyə cəlb edilib.Cari ilin 11 ayı ərzində müayinəsi nəzərdə tutulmuş 0-5 yaşda olan 224967 uşaqdan 209071 nəfəri (93%) profilaktik müayinədən keçib ki, onların 24%-i mütəşəkkil, 76%-i isə qeyri mütəşəkkil qrupa aiddir. Müayinə edilmiş 0-5 yaş uşaqlardan 6318 uşaq (3%) dispanser qeydiyyata alınıb və ambulator müalicəyə cəlb olunub. Cari ilin 9 ayı ərzində dispanser qeydiyyatda olan 0-5 yaş xəstə uşaqlar arasında sağalma ilə dispanser qeydiyyatdan çıxarılma (dispanser effektivlik) 67 % təşkil edir.6-13 yaşda olan 320962 uşaqdan 302354 uşaq (94%) müayinə olunub. Onlardan 90%-i məktəblilər təşkil edir. Aparılan müayinələr nəticəsində 7921 uşaq (2.6%) müxtəlif xəstəliklərlə əlaqədar dispanser qeydiyyata alınmış və ambulator müalicəyə cəlb edilib.14-17 yaşda olan 133491 uşaqdan 122511 uşaq (92%) müayinə olunub. Onlardan 93%-i məktəblilər təşkil edir. 4110 uşaq (3,3%) müxtəlif xəstəliklərlə əlaqədar dispanser qeydiyyata alınıb və ambulator müalicəyə cəlb edilib.Müayinələr nəticəsində xəstəlik aşkar edilmiş 52323 nəfər (8.3%) uşaqdan 18349 nəfəri (35%) dispanser qeydə alınıb, 1295 nəfər (2,5%) ixtisaslaşmış yardım alması üçün stasionara hospitalizə edilib, qalanları isə ambulator müalicəyə cəlb olunub.Aparılan ambulator müalicələr nəticəsində qeydiyyatda olan dispanser xəstələrin 62 %-i sağalma ilə dispanser qeydiyyatdan çıxarılıb.

27 Dekabr 2016 14:30

Apteklərə xəbərdarlıq edildi

apte

  Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) şəffaflığı təmin etmək üçün bir sıra addımlar atıb. Qurumun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Dövlət baytarlıq nəzarətində hüquqi və fiziki şəxslərə müvafiq xidmətlərin elektron formada göstərilməsi, heyvan və quşlar arasında aparılan epizootik tədbirlərin həyata keçirilməsində şəffaflığın təmin edilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilib. Dövlət baytarlıq nəzarətində olan yüklərin, o cümlədən heyvan və heyvan mənşəli yüklərin, baytarlıq preparatları, yem və yem əlavələrinin idxal–ixracı zamanı rəyin verilməsi, eləcə də baytarlıq preparatları, yem və yem əlavələrinin dövlət reyestrinə alınması elektron formada həyata keçirilir. Həmçinin sənədlərin qəbulu elektron formada vətəndaşların iştirakı olmadan qəbul edilir və cavablandırılır. Müvafiq sənədlərin Dövlət Gömrük Komitəsinə ötürülməsi üçün Komitə ilə Xidmət arasında Vahid Avtomatik İnformasiya Sistemi (VAİS) yaradılıb. Dövlət büdcəsi hesabına alınan baytarlıq preparatlarının istifadəsində şəffaflığı təmin etmək məqsədilə 2017-ci il üçün heyvanlar və quşlar arasında epizootiya əleyhinə profilaktika və diaqnostika tədbirlər planına uyğun olaraq istifadə olunacaq biopreparatların, dezinfeksiya, dezinseksiya və müalicəvi dərman preparatlarının üzərində "SATILA BİLMƏZ” sözləri yazılıb. Dövlət büdcəsi vəsaiti hesabına alınmış baytarlıq preparatlarının istifadəsinin tənzimlənməsi, şəffaflığın təmin edilməsi və nəzarətin gücləndirilməsi məqsədi ilə rayon(şəhər) baytarlıq idarələrinə müvafiq tapşırıqlar verilib. Həmin tapşırıqlarda baytarlıq preparatlarının sahə baytarlıq məntəqələrinə bölgüsünə, onların yerlərdə tətbiqinə rayon (şəhər) baytarlıq idarələri tərəfindən ciddi nəzarət edilıməsi, dövlət büdcəsi vəsaiti hesabına alınmış və üzərində "SATILA BİLMƏZ” sözləri yazılmış biopreparatlar, dezinfeksiya, dezinseksiya və müalicəvi dərman preparatlarının özəl baytarlıq aptekləri, baytar həkimləri, digər fiziki və hüquqi şəxslər tərəfindən satışına qəti şəkildə yol verilməməsi, dövlət büdcəsi vəsaiti hesabına alınmış və üzərində "SATILA BİLMƏZ” sözləri yazılmış preparatların işlədilməsi zamanı epizootik və ambulator kitablarda qeydiyyatının aparılaraq istifadə edilməsi tapşırılıb. Baytarlıq idarələrinə göndərilən müvafiq tapşırıqda, eləcə də Xidmətin əməkdaşları tərəfindən reydlər aparılan zaman hər hansı rayon (şəhər) ərazisindəki özəl baytarlıq aptekində, fiziki və hüquqi şəxslərdə dövlət büdcəsi vəsaiti hesabına alınmış və üzərində "SATILA BİLMƏZ” sözləri yazılmış baytarlıq preparatları aşkarlanarsa bu işdə məsuliyyəti olan şəxslər haqqında ciddi inzibati cəza tədbirləri görüləcək.

23 Dekabr 2016 22:36

Dərmanların qiyməti dolların satış məzənnəsinin yuxarı həddi nəzərə alınaraq tənzimlənəcək

d%c9%99rman

Dərmanların qiymətinə yenidən baxılması ilə əlaqədar 2 aylıq müddət şərti ləğv edilib, özəl xəstəxanalara daha aşağı qiymətə dərmanlar almaq hüququ verilib Nazirlər Kabineti “Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi Qaydası”na dəyişikliklər edib.Qaydaya əsasən Səhiyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınaraq “Azərbaycan Respublikasının dərman vasitələrinin Reyestri”nə daxil edilmiş dərman vasitələrinin qiymətləri Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir.Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin topdan və ya pərakəndə satışı Tarif (qiymət) Şurası tərəfindən müəyyən edilən qiymətlərlə həyata keçirilir. İndiyə qədər dərman vasitəsinin ölkədaxili topdansatış əczaçılıq müəssisəsinə şərti satış qiyməti qiymət bəyannaməsi verilən tarixə ABŞ dollarının Mərkəzi Bankın rəsmi internet saytındakı məzənnəsi və nəzarət markasının qiyməti nəzərə alınmaqla bazis qiymət əsasında hesablanan qiymət olub. Dəyişikliyə əsasən dərman vasitəsinin ölkədaxili topdansatış əczaçılıq müəssisəsinə şərti satış qiyməti Şura tərəfindən istinad üçün müəyyən edilən tarixə milli valyutanın ABŞ dollarına olan rəsmi məzənnəsi, Mərkəzi Bank tərəfindən təsbit edilən satış məzənnəsi üçün yuxarı hədd və nəzarət markasının qiyməti nəzərə alınmaqla bazis qiymət əsasında hesablanan qiymət olacaq.Qaydaya əsasən dərman vasitəsinin topdan və pərakəndə satış qiymətləri Şura tərəfindən ƏDV daxil olmaqla təsdiq edilir. Növbəti dəyişiklik bu sahədə tələbin bütün vergi ödəyiciləri üçün mütləq olduğunu əks etdirir. Başqa sözlə, vergi ödəyicisinin sadələşdirilmiş vergi ödəyicisi və ya ƏDV ödəyicisi olmasından asılı olmayaraq, dərman vasitələrinin topdan və pərakəndə satışı həmin qiymətlərlə həyata keçiriləcək.Mövcud Qaydaya görə hazırda dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və ya həmin qiymətlərdə dəyişikliklər edilməsi məsələsinə Şura tərəfindən rübdə bir dəfə baxılmalıdır. Şuranın öz təşəbbüsü ilə və ya bu Qaydada nəzərdə tutulmuş hallarda dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi məsələsinə Şura tərəfindən növbədənkənar qaydada baxılır. Milli valyutanın ABŞ dollarına olan rəsmi məzənnəsində 5 faizdən artıq dəyişmələr olduqda və bu hal 2 aydan artıq müddətdə davam etdikdə, Şuranın təşəbbüsü ilə qiymətlərə növbədənkənar qaydada yenidən baxılır. Dəyişikliyə əsasən dərmanların qiymətinə yenidən baxılması ilə əlaqədar 2 aylıq müddət şərti ləğv edilib. Başqa sözlə, Milli valyutanın ABŞ dollarına olan rəsmi məzənnəsində 5 faizdən artıq dəyişmələr olduqda, Şuranın təşəbbüsü ilə qiymətlərə növbədənkənar qaydada yenidən baxılacaq.Dərman vasitələrinin tənzimlənən topdansatış qiymətlərindən aşağı qiymət təklif olunmasına dair prosedur da dəyişib. Hazırda dövlət satınalmaları zamanı tənzimlənən topdansatış qiymətlərindən aşağı qiymət təklif oluna bilər. Dəyişikliyə əsasən isə artıq dövlət büdcəsindən maliyyələşdirilməyən tibb müəssisələri tərəfindən dərman vasitələri satın alınarkən də dövlət satınalmaları zamanı tənzimlənən topdansatış qiymətlərindən aşağı qiymət təklif oluna biləcək. (APA)

21 Dekabr 2016 09:58

Azərbaycana keyfiyyətsiz peyvəndlər gətirilir? – AÇIQLAMA

vaksin

“Bəzən dövlət qeydiyyatından keçməmiş dərman vasitələri ilə biz də qarşılaşırıq. Bu barədə lazımı orqanlara məlumat verilir”. Faktinfo.az bildirir ki, bu sözləri Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin dərmanların keyfiyyətinə nəzarət inspeksiyasının rəisi Pərviz Əzizbəyov deyib.O, dərmanın dövlət qeydiyyatının olmamasının keyfiyyətsizlik kimi başa düşülməməli olduğunu bildirib: “Nadir hallarda rast gəlinən dərman vasitələri dövlət qeydiyyatı olmadan belə ölkəyə idxal edilə bilər. Bu barədə vətəndaşlar tərəfindən şikayətlər ola bilir. Lakin bir məqamı vurğulamaq istəyirəm ki, dərmanın dövlət qeydiyyatının olmaması saxta olması demək deyil. Əgər hər hansı dərman vasitəsinin keyfiyyəti və ya saxta olması ilə bağlı məlumat daxil olarsa, araşdırıb lazımı tədbirlər görürük. Son illər ərzində saxta dərman vasitəsilə bağlı bizə müraciət daxil olmayıb. Dərman vasitələrinin keyfiyyətinə nəzarət daşınma, idxal nəqliyyat məsələsi böyük rol oynayır. Artıq dərman vasitələrinin daşınması, idxalı ilə bağlı yeni qaydalar hazırlanıb. Hesab edirəm ki, dərman vasitələrinin idxalına nəzarət gücləndirilməlidir. Dərman vasitəsinin ev şəraitində saxlanması da, keyfiyyətə təsir edən amillərdəndir. Ölkəyə rəsmi yolla idxal edilən, keyfiyyəti təsdiq edilən dərman vasitələrinin üzərinə nəzarət markası vurulur. Nəzarət markasız satılmaya görə İnzibati Xətalar məcəlləsində maddələr nəzərdə tutulub”. P.Əzizbəyov ölkəyə peyvəndlərin üçüncü ölkələrdən idxal edilməsi və keyfiyyətin aşağı olması ilə bağlı fikirlərə də münasibət bildirib: “Dövlət tərəfindən təmin olunan peyvəndlər Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən tövsiyə edilən ölkələrdən alınır. Onların tövsiyə etmədiyi ölkələrdən peyvənd idxal edilmir. Saxta peyvəndlərlə bağlı Hindistanın adı çəkilsə də, bu fikirlə birmənalı razılaşa bilmərik. Çünki bu ölkənin yaxşı dərman istehsalçıları da var. Peyvəndlərin uşaqlara əlavə təsirlərinə gəldikdə, peyvənd bioloji maddədir, onun əks təsirlərinin olmasında genetik faktorlar, uşağın xəstə olması səbəb ola bilər. Peyvənddən sonra temperaturun yüksəlməsinə normal yanaşmaq lazımdır. Çünki peyvəndlər uşaqların bədənində xəstəliklər mübarizə üçün antitellər yaradır. Nəticədə uşaq xəstəliyi yüngül formada keçirir”.

20 Dekabr 2016 14:35

212 adda dərmanın idxalına QADAĞA QOYULDU

derman

Dərman vasitələrinin idxal-ekspertiza şöbəsinə il ərzində 27000-dən çox seriyada dərman vasitəsinin ölkəyə idxalı üçün müraciətlər olub. Faktinfo.az  xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin ekspertiza şöbəsinin müdir müavini Vəfa Əbilova bu gün keçirilən mətbuat konfransında deyib.Onun sözlərinə görə, onlardan 23000-dən çox dərman vasitələrinin idxalı zamanı təqdim edilmiş sənəd və nümunələrdə heç bir uyğunsuzluq aşkar olunmayıb, 4000-ə yaxın dərman vasitəsinin idxalı zamanı bəzi uyğunsuzluq müəyyən edilməyib: “3000-dən çox dərman vasitələrinin uyğunsuzluqları istehsalçı və idxalçı şirkətlər tərəfindən aradan qaldırılıb”.V.Əbilova onu da bildirib ki, dərman vasitələrinin keyfiyyətinin yoxlanılması laboratoriyası tərəfindən il ərzində 28000-ə yaxın dərman vasitəsinin analizi aparılıb: “Bunlardan 15000-dən çox dərman vasitəsi müsbət qiymətləndirilib, 5 adda dərman vasitəsinin keyfiyyət göstəriciləri dövlət qeydiyyatı zamanı təsdiqlənmiş normativ sənədlərə uyğun olmadığına görə idxalına icazə verilməyib. Bu da öz növbəsində toplam olaraq 33534 ədəd qablaşdırma nəzərdə tutur. 1000-dən çox normativ sənəd hazırlanaraq təsdiq olunub. Həmçinin laboratoriyada saf su alınma sistemi quraşdırılmayıb”. O qeyd edib ki, 212 adda dərmanın idxalına qadağa qoyulub.

20 Dekabr 2016 12:18

Səhiyyə Nazirliyindən yeni tələbləri pozan həkimlərlə bağlı AÇIQLAMA

bash-hekim

Səhiyyə Nazirliyi (SN) həkimlər tərəfindən 2015-ci ilin noyabrın 6-dan etibarən qüvvəyə minən qərarın tələblərinin pozulmasına - reseptlərdə dərmanların təsiredici maddəsinin adının deyil, onun ticarət adının yazılmasına münasibət bildirib. Nazirliyin Analitik Ekspertiza Mərkəzinin direktoru Murad Süleymanov Trend-ə deyib ki, Səhiyyə Nazirliyi Kollegiyasının 21.10.2015-ci il tarixli 57 nömrəli qərarı ilə təsdiqlənmiş “Aptek təşkilatlarından dərman vasitələrinin buraxılması Qaydaları”na əsasən, həkimlər xəstələrə resept yazarkən dərman vasitəsinin ticarət adını deyil, beynəlxalq patentləşdirilməmiş adını (təsiredici maddə adını) qeyd etməlidirlər. Aptekə müraciət edən vətəndaşa əczaçı tərəfindən reseptdə göstərilən beynəlxalq patentləşdirilməmiş ada uyğun dərman vasitələri barədə məlumat verilməlidir. Vətəndaş isə reseptdə göstərilən beynəlxalq patentləşdirilməmiş ada və büdcəsinə uyğun olaraq, dərmanın seçimini qiymətə və istehsalçıya görə özü etməlidir.M.Süleymanov əlavə edib ki, həkimlərin bu qaydalara əməl etməməsi hallarını yalnız nəzarət tədbirləri zamanı aşkarlayıb aradan qaldırmaq mümkündür.Tibb müəssisələrinin SN tərəfindən təsdiqlənmiş resept blankları ilə təminatı məsələsinə toxunan M.Süleymanov deyib ki, dövlət müalicə-profilaktika müəssisələri yeni resept blankları ilə SN tərəfindən təmin olunurlar: "Özəl tibb müəssisələri isə yeni resept blanklarını Analitik Ekspertiza Mərkəzindən almalıdırlar. Yalnız bəzi özəl tibb müəssisələri tərəfimizdən edilən xəbərdarlıqlara baxmayaraq, hələ də yeni resept blanklarının alınması üçün Analitik Ekspertiza Mərkəzinə müraciət etməyiblər". Qeyd edək ki, 2015-ci ilin noyabrın 6-dan etibarən qüvvəyə minən qərara əsasən, reseptlərdə dərman vasitələrinin beynəlxalq patentləşdirilməmiş adı, yəni dərmanın təsiredici maddəsinin adı yazılmalıdır. Təyin edilmiş dərman vasitəsinin beynəlxalq patentləşdirilməmiş adı olmadığı halda (3 və daha artıq tərkibli, bioloji oxşar dərman vasitələri qrupuna aid olduqda) resept blankında onun ticarət adı yazılmalıdır. Bu tələblərin tətbiqində məqsəd həm də həkimlərlə əczaçılıq şirkətləri arasında olan "sövdələşmənin" qarşısını almaqdır.

20 Dekabr 2016 11:41