40 ildir müharibə gedən Əfqanıstan:Ruslar taliblərlə çoxbaşlı oyuna girişiblər – Təhlil

t-6

26 Dekabr 2016 10:07

Xəbər 62 dəfə oxunub

Ester Jan

Le Figaro (Fransa), 26.12.2016

Zamir Kabulovun münasib adı və böyük xidməti siyahısı var. Diplomata çevrilmiş, KQB-nin Kabuldakı keçmiş agenti indi Vladimir Putinin özəl təmsilçisi olub. O, fəaliyyətdə olan bütün əsas şəxsləri tanıyır və bütün düşərgələri gəzir. 1995-ci ildə Qəndəharda Rusiya heyətinin azad edilməsi haqda taliblərlə məhz o, dil tapıb. Bu gün isə Moskvanın üsyançılarla yaxınlaşmasının rəmzinə dönür. Keçən il bildirib ki, İŞİD-in Orta Asiyaya yayılması təhlükəsi fonunda “taliblərin maraqları bizimki ilə üst-üstə düşür”.

“İstəsək də, istəməsək də, onlar özlüyündə siyasi qüvvəni təmsil edirlər”, – deyə o, noyabrın 15-də Türkiyənin “Anadolu” agentliyinə bəyan edib.

Viranə qalmış Əfqanıstan paytaxtının müdafiə divarları arxasında bu sual tez-tez səslənir: silahlı müxalifətə Rusiya dəstəyi nə qədər uzağa gedəcək? Belə çıxmırmı ki, bu ilin fevralında Əfqanıstan hökumətinə 10 min avtomat və döyüş sursatını səxavətlə verən Rusiya hökuməti eyni zamanda üsyançıları da təchiz edir?

Buna çoxları inanır, lakin praktik olaraq sübutlar yoxdur. Əfqanıstan Milli təhlükəsizlik şurasının keçmiş üzvü Əli Məhəmməd Əli deyir: “Biz bilirik ki, ruslar və iranlılar 2016-cı ilin yanvarında Nanqahar əyalətində İŞİD-lə vuruşmuş taliblərə silah və taktiki məsləhətlərlə yardım ediblər. Bəzilərində olduqca çətinliklə əldə edilən “Draqunov” snayper tüfəngi olub”.

Bundan başqa, Moskva və Tehranın 2015-ci ilin oktyabrında Qunduzun götürülməsi zamanı qiyamçıların bəzi komandirlərini şəhərə atmağından şübhələnirlər. “Raketlər, həqiqətən də, Tacikistandan gəlirdi, – məsləhətçi davam edir. – Lakin bunları qaçaqmalçılarmı qara bazara tədarük etmişdi, yoxsa birbaşa Düşənbə və Moskvanın razılığı ilə tədarük olunub?”

“SZRK”

Bütünlükdə Əfqanıstan üzrə bu və ya digər formada istənilən kalibrdə silah dolaşır. Artıq 40 ildən çox müddətdə müharibə gedən, dəlmə-deşik sərhədli bu ölkədə çox adamlarda silah var. Kabullu keçmiş bir mücahiddə tam bir cəbbəxana var: 60-dan çox tüfəng, o cümlədən DST və AK-74. Bunların hamısı 1980-ci illərdə sovet əsgərlərindən alınıb. “Rus işğalı vaxtı MKİ-dən mücahidlərə “Stinger” tədarükü müharibənin gedişatını dəyişmək imkanı verib, – o deyir. – Əgər ruslar taliblərə SZRK versələr, hər şey dəyişəcək. Məndəki məlumatlara görə, dörd kompleks ötürülüb, onların ikisindən isə artıq atəş açılıb”.

Bu cür açıqlamalara ehtiyatla yanaşmaq lazım gəlir. Üsyançılara yaxın digər qaynaq da Paktiya və Qəndəharda hava hücumuna qarşı raketlərin “sınağından” danışır. Lakin taliblərə yalan məlumatlar yaymaq xasdır. Və onlar, yəqin ki, SZRK əldə etməyə fəal şəkildə səy göstərib Moskvadan bu xahişi aşkar şəkildə etsələr də, bu cür silahın artıq onlarda olması ehtimalı azdır. Avropanın Kabulda çalışan təmsilçisi kinayə ilə deyir: “Əmirliklərdən və yaxud Türkiyədən ölkəyə artıq heç bir reys uçmur”.

Əfqanıstan kəşfiyyatının yüksəkçinli təmsilçisi əlavə edir: “Ruslar ikibaşlı oyun aparırlar, amma bu cür riskə getməzlər”.

Yeni ox

Rusiya Orta Asiya bazarlaırndakı mövqeyini möhkəmlətməyə cəhd edir, NATO-nun Əfqanıstandakı fəaliyyətinin nəticələrini tənqid edir və əmindir ki, İŞİD onu yaradan ABŞ-ın sabitsizləşdirmə alətidir. Buna görə də Moskva fəal şəkildə manevr edir. Rusiya hökuməti İŞİD-ə qarşı vuruşan taliblərlə məlumat mübadiləsi aparır, lakin “təmaslarımız Rusiya missiyaları və vətəndaşlarının təhlükəsizliyinin təminatına yönəlib, – Kabulov inandırır. – Bundan başqa, talibləri müharibəyə son qoymağa çağırırıq”.

Dekabrda Moskvada Rusiya, Pakistan və Çin təmsilçilərinin iştirakı ilə Əfqanıstan üzrə üçtərəfli görüş baş tutmalıdır. Bütün bunlar ABŞ-ın yeni prezidentinin vəzifəyə başlamas fonunda yeni oxun formalaşması gözləntisi haqda mülahizləri qidalandırır.

Taliblərin özlərini adlandırdığı kimi, “Əmirlik” bölgə oyunçularının münaqişəyə qatılmasından ancaq uda bilər. O, artıq Orta Asiyanın bir sıra ölkələrində, o cümlədən Tacikistanda nümayəndəlik açıb. Onun təmsilçiləri iyulda Çində olublar. Onun rəhbərliyi qarşısında üç vəzifə durur: pakistanlı qəyyumlardan uzaqlaşmaq, siyasi legitimliyi möhkəmləndirmək və yeni maliyyə qaynaqları tapmaq.

Molla Ömərin varisi Molla Mənsur öz vaxtında bu cür geniş diplomatiyaya başlamışdı. Avropalı diplomatik qaynaq qeyd edir: “Bu, onun amerikalılar tərəfindən aradan qaldırılmasında öz rolunu oynadı. Sadəcə, taliblər başqadır, iranlılar və ruslarla əlaqədə olan taliblər isə tam başqa bir məsələdir”.

İstənilən halda Zamir Kabulov hələlik başladığı işi dayandırmağa hazırlaşmır.

Tərcümə Strateq.az-ındır.

Nurlana Əliyeva niyə hədəf seçilib-O,maneədir,məqsəddir, yoxsa?..

1

Dünən Azərbaycanın Milli Qəhrəmanı Məhəmməd Həsənovun Bakı Slavyan Universitetinə buraxılmamasının səbəbkarı ali məktəbin girişində dayanan mühafizəçi olsa da, bəzi saytlar hay-küy salaraq,yaranmış vəziyyətlə bağlı rektor Nurlana Əliyevanı günahkar saydılar. Halbuki, Milli Qəhrəmanın universitetə gəlişi zamanı rektor xanım  semestr imtahanlarının gedişini izləyirmiş,ona görə də məsələdən xəbərsiz olub.Sonradan onun Məhəmməd Həsənova telefon açıb görüşə dəvət etməsi bir daha sübut etdi ki, milli qəhrəmanlarımıza həmişə hörmət olub,indi də var. Amma  təəssüf ki, bir sıra saytlarda  “BSU-da növbəti biabırçılıq” və buna bənzər digər başlıqlar  altında çoxsaylı yazılar dərc edildi.Bu gün isə hətta bir neçə sayt deputat və təhsil ekspertini N.Əliyevanın əleyhinə danışdırıb məsələni daha da şişirtməyə cəhd göstərdilər. Nə isə...   Ümumiyyətlə, Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyevaya qarşı kampaniya  bu gün deyil, onun rektor təyin olunduğu vaxtdan başlayıb. Əslində, bu fikri söyləməyimizə kifayət qədər əsaslar var. Başlıca səbəb ondan ibarətdir ki, rektor xanımın universitetdə təmir-tikinti işlərinə başlaması və orada ciddi nizam-intizam yaratmaq istəməsi kimlərisə qane  etmədi. Nə baş verir? Nurlana Əliyeva 2016-cı ilin aprel ayından Bakı Slavyan Universitetinə rektor təyin edilir. Bu ixtiyar yaşında ona göstərilən etimadın ilk əvvəl hansı səbəbdən baş verməsini müəyyən etmək çətin olsa da, bir ay sonra bəlli oldu ki, onun rektor təyin olunması heç də təsadüfi olmayıb. Belə ki,təyinatdan az sonra keçirilən semestr imtahanları şəffaflığı ilə diqqət mərkəzində oldu. Ardınca dərsə gəlməyən müəllimlərdən davamiyyət tələb olundu, bəzi müəllim və tələbələrdən mental dəyərlərə hörmət edilməsi səbəbilə üst geyimlərinə fikir vermələri onlara tövsiyyə edildi. Bütün bunların fövqündə isə yeniliyi qəbul etməyən bir qrup müəllim, daha doğrusu xanım rektordan əvvəlki rektorun tanış-bilişi mətbuatla “əməkdaşlıq” etməyə başlayıb, yeni rektoru tənqid atəşinə tutdular. “Yeni rektor müəllimləri incidir”, “Nurlana Əliyeva müəllimləri işdən çıxartmaq istəyir” və bu təyinatlı məqalələr mətbuatda dərc olunur, saytlar bir-birinə dəyirdi. Hadisələrin inkişafı isə deməyə əsas verirdi ki, rektor qarşısına qoyduğu hədəfə çatmaq, ona göstərilən etimadı doğrultmaq, daha doğrusu, verilən tapşırığın ikinci mərhələsini yerinə yetirmək üçün BSU-da təmir-yenidənqurma və restavrasiya, bərpa işlərinə başladı. Bu işlərin görülməsi kifayət qədər vəsait tələb edirdi. Vəsait isə yox idi, çünki BSU zamanla talan olunmuşdu. Yeni rəhbərlik Təhsil Nazirliyi, Nazirlər Kabineti ilə yazışmalar aparır, paralel olaraq, müxtəlif  mənbələr hesabına işlərə başlayırdı. Beləliklə, kanalizasiya sularının zirzəmiyə axmasının qarşısı alınır, su xətləri,elektrik naqilləri yenisi ilə əvəzlənir, bərbad vəziyyətdə olan tualetlər, bütün infastruktur təzələnirdi. Miqyaslı təmir və tikinti işlərinin 15 iyul 2016-cı ildə başlanmasından bir neçə gün sonra mətbuat hərəkətə keçir: “BSU-da tarixi memarlıq əsəri olan mozaikalar sökülür” başlıqlı məqalələr dövriyyəyə buraxılır və ictimaiyyəti çaşdırmaq yolu tutulur. Nurlana Əliyevanı tənqidin hədəfinə gətirmək məqsədilə yazılan bu xəbərlər isə çox çəkmir ki, inkar edilir.Sitat: “Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti bildirir ki, Bakı Slavyan Universitetinin giriş hissənin fasadında olan mozaikanın sökülməsini “Tarixi memarlıq əsəri olan mozaikalar sökülür” kimi qələmə vermək, mətbuatda yazmaq yanlışdır” (Faktinfo.az 11 avqust 2016-cı il “Mədəniyyət və Turizm Nazirliyi inkar edir”). Həmin günlərdə bir daha məlum oldu ki, quru palçıq divara yapışmadığı kimi, Nurlana Əliyevanın əleyhinə aparılan bu kampaniya da özünü doğrultmadı. Bir sözlə, BSU-da aparılan təmir-tikinti işləri yekunlaşdı,15 sentyabr bilik günündə açılış edildi. Maraqlısı isə o oldu ki, iki aylığa universitetdən tətilə ayrılan tələbələr geri qayıtdıqda gördükləri mənzərədən heyrətləndilər. Onların dilində “Bu necə baş verdi?”, “Nə tez təmir olundu?” və s. ifadələr işləndi. Nəticədə xanım rektorun əsassız qəsdinə durmaq, necə olursa- olsun, onu tədris və universitet həyatından bezdirib uzaqlaşdırmaq istəyənlər milli mənafe baxımından yanıldılar.  Bu da son olmadı. Ardınca BSU-nun xanım rektorunun uğurlarını həzm edə bilmədilər, ona qarşı mətbuatda dərc edilən “Nurlana Əliyeva adına qocalar evi” başlıqlı “məqalə” saatlar sonra məlum saytlar tərəfindən tirajlandı. Hətta, məlum “məqalə”dən sonra “ardı var...”la bir neçə belə məqalə yazıldı. Bu məqalələrin ətrafında isə müzakirələr açıldı. Təhsil üzrə ekspertlər münasibət bildirdi.Sitat:“Rektor vəzifəsi tolerantlıq, müdriklik və böyük savad tələb edir”, “Təsadüfi adamları rektor təyin etmirlər” kimi fikirlər səsləndirdilər. Bununla, N.Əliyevanın nüfuzunun aşağı salınacağı faktoru əsas kimi götürülüb, ona əks fikirlərin sujet xəttində “Məncə o həm də tələm-tələsik özündən əvvəl rektor işləmiş şəxslərin fəaliyyətini təftiş etməməlidir”iddiası irəli sürülürdü. Hətta, qabağa gedərək BSU rektorunun özünü müdafiə elementlərinə irad tutulurdu.Onun 10 min işarəlik müsahibəyə yer ayırması belə diqqətdən kənarda qalmır, N.Əliyeva buna görə də qınanılırdı. Amma fikirləşmədilər ki, yaşadığımız indiki cəmiyyətdə bütün zümrədən olan insanların özünü müdafiə haqqı var.Belə olduğu təqdirdə  ölkə prezidentinin etimad göstərib yüksək eşalonda görmək istədiyi xanım rektor nədən özünü müdafiə tədbirlərindən kənarda qalmalıdır? Mətbuatda onu bolluca tənqid edənlər N.Əliyevanın ictimai rəyi xeyrinə dəyişmək istəməsini belə həzm edə bilmədilər. Hətta irəli gedərək, müdafiə etdikləri keçmiş universitet rəhbərliyinin təbliğinə sətir altı da olsa, fikir ayırdılar.Təhsil üzrə ekspert ,fəlsəfə doktoru Etibar  Əliyevin vaxtilə dediklərindən sitat: “Ondan (N.Əliyevadan – red) əvvəl rektor işləmiş şəxslər kifayət qədər savadlı və qabiliyyətli olublar. Onların bəlkə də ən əsas qüsuru kollecdə çalışmamaları olub. Nurlana xanım universitetdə yaradıcılıq fakültəsini bağlayıb. Bu adam heç cür təqdir oluna bilməz”.Beləliklə, bu kimi arqumentsizlikdən doğan fikirlərin bolluğunda xronologiyanı uzatmaq da olar. Nurlana Əliyevaya qarşı açılan “cəbhə”nin hansı səbəblərdən qaynaqlandığını ən xırda elementlərinə qədər təhlil etmək də mümkündür. Elə rektorun bir müddət əvvəl tənqid olunmasına dair “Universitet kollecə doğru geri...” məqaləsində başlığın 3 saat sonra “Rektorun apardığı yarıtmaz kadr siyasəti, BSU-nun çöküşünü sürətləndirir” sərlövhəsi  ilə əvəzlənməsi fikrimizə ən böyük  sübutdur. Təhsil üzrə ekspert Etibar Əliyev fikrini belə tamamlayır:“Azərbaycan Dövlət Neft Akademiyası və Sənaye Universiteti, Azərbaycan Dövlət Pedoqoji Universiteti, Dövlət İqtisad Universitetinə təyin edilən rektorlar ciddi islahatlar aparır. Bununla da universitetlərinin  nüfuzunu yüksəldir”. Bu fikirdə paradoks isə ondan ibarətdir ki, cəmiyyətdə inandırmağı bacaran, şüurlarda tipik şərq qadını obrazını yeniləyən  N.Əliyeva qəbul olunmur, belə demək mümkündürsə adı bir müddət əvvəl 620 min manatlıq rüşvət qalmaqalında hallanan Dövlət İqtisad Universitetinin rektoru yenilikçi adlandırılır,belə bir şəxs N.Əliyevaya nümunə göstərilir. Göründüyü kimi, sərt, qısqanc və amansız şərqdə qadının boy verib görünmək istəməsinə, idarəçilikdə təmsil olunmasına sevinilmir, Nurlana Əliyeva rektor kürsüsündə oturar-oturmaz arqumentsiz tənqid olunur. Hörmətli cənablar, indi özünüz deyin: Siz təkzibolunmaz faktlara inanırsınız, yoxsa anonim şayiələrə, qeyri-səmimi müraciətlərə?!Axı fakt elə bir təkzibedilməz dəlildir ki, onu heç cür təhrif etmək olmaz. N.Əliyeva universitetə rəhbərliyinin birinci həftəsindən tənqid olundu. Onun tənqid olunması üçün ifadə olunan arqumentlərə fakt kimi yanaşılmalı, yoxsa  anonim şayələr kimi qəbul edilməli idi?! Rektor xanımın BSU-ya gətirmək istədiyi müasirlik, idarəçilik, təmsilçilik kimi anlayışların nəticəsi gözlənilmir, haqqında “Universitet kollecə doğru geri...” tənqidi məqaləsi yazılır. Düzdür, həmkarlarım əsaslandıra bilər ki, hansı cəmiyyətdə tənqid, müxalif və alternativ fikir yoxdursa, orada inkişafdan söhbət gedə bilməz. Ancaq xüsusi vurğulamaq istəyirik ki, səslənən hər bir tənqid sağlam düşüncənin məhsulu olmalı, obyektivlik, ədalət ön planda dayanmalıdır. Təəssüf ki, N.Əliyeva ilə bağlı belə olmadı. Bir az əvvəl vurğuladığımız kimi, o rektor təyin olunandan bir həftə sonra kütləvi xarakter alan bir şəkildə tənqid olundu. Əslində onu tanıyanlar, təfəkkürünə bələd olanlar bilirdi ki, o şərqə məxsus bütün adət-ənənələrin daşıyıcısıdır, qayda-qanunları pozmadan irəli getməyi bacaran Azərbaycan qadınıdır ki, üst geyiminə fikir verməyən, açıq-saçıq tələbə qarşısına çıxan müəllimlərin geyimlərinə fikir vermələrini bir şərt kimi onların qarşısında qoyacaqdı. Sual oluna bilər, burada pis nə var ki, gecə paltarı ilə tələbə qarşısına çıxan müəllimlərə düzgün geyinmələrini tövsiyyə etdiyinə görə tənqid olundu, rektor xanım müasir olmamaqda günahlandırıldı. Onu ittiham edib haqqında tənqid yazdıranlar elə başa düşdülər ki, müasirlik həyat, məişət tərzinin yeni qaydalarla nizamlanmasıdır və onlar geyimə irad tutan rektoru tənqid edərkən alqışlanacaqlar. Belələri bilməli idi ki, biz dünyada gedən proseslərdə geniş anlamda iştirakımız və onun əməli sübutu olan işimizlə fərqlənə bilərik ki, N.Əliyeva da müəllimlərdən dərsə gəlmələrini, dərs keçmələrini tələb edirdi. Burada pis nə var idi ki, onu tənqid edib ondan əvvəlki rektor işləmiş şəxsləri kifayət qədər savadlı, qabiliyyətli və bacarıqlı adlandırmaqla, ictimai rəydə N.Əliyevanın pedoqoji fəaliyyətini, savadını, qabiliyyətini və bacarığını kölgələyir, onu aşağılamağa cəhd göstərirdilər. Bir az da irəli gedərək, bunu N.Əliyevanın BSU-da fakültəni bağlaması ilə əsaslandırdılar. Amma nədənsə həmişə obyektivlikdən danışan təhsil ekspertlərimiz bu dəfə bağlanan yaradıcılıq fakültəsinin “ölü can”lardan ibarət olduğunu unudur, ictimaiyyətin gözünə kül üfürürdülər. Və yaxud, N.Əliyevanın BSU-nu təmir etdirməsini faciə kimi qələmə verib, universitetin girişində olan mozaikaların bərpasını tənqid etməklə ümumi ölkə mətbuatında  bu mövzuya  bir həftə vaxt ayırdılar. İndi özünüz deyin, hansı namuslu Azərbaycan vətəndaşı ictimai rəydən, milli amal və idealdan özünü təcrid edib tarixi memarlıq abidəsi olan mozaikaları sökərdi. O da ola ki, bunu  mütərəqqi  fikirli  N.Əliyeva edəydi! Nədən N.Əliyeva barəsində tənqid yazan mətbuat, nə də yazılan tənqidləri şişirdib rektor xanımın ətrafında müzakirə açan təhsil üzrə ekspertlərimiz vurğulamadılar ki,  niyə indiyə qədər BSU-da kafedralar kiçik-kiçik otaqlardan ibarət olub. Həmin kiçik otaqlara 40 nəfər müəllim,kafedranın elmi ictimaiyyəti yığışıb. Bakı Slavyan Universitetində müəllim və digər işçilərin sayı tələbələrin sayı ilə nisbətdə hədsiz çox olub. Bu nisbətə hansı universitetdə rast gəlinib? Bu nisbət hüdudvari bir neçə dəfə artıq deyilmi?! Məgər, N.Əliyeva təmtəraqlı universitetə rektor təyin olunmuşdu ki, oradakı təmir işlərini faciəyə çevirirdilər? Vaxtilə akt zalının  bərbad vəziyyətdə olmasını, kanalzasiya sularının zirzəmiyə axıdılmasını, orada anarxiyanın baş alıb getməsini bugünkü vəziyyətlə müqayisə etmək məgər o qədər çətindir? N.Əliyevaya qədər orada olan maliyyə yeyintiləri o həddə çatmışdı ki, müəllimlərin məzuniyyət pulunu verməyə vəsait yox idi. Dekanlıqlarda attesstasiya komissiyasının protokolu olmayıbsa, sənədləşmə pis bir halda təzahür edibsə, əmr kitabları möhürlənib qaytanlanmayıbsa, orada bir ədəd ağıllı lövhə, proyektor, 30 ədəd kompyuter yox idisə, gərəkən də o idi ki, N.Əliyeva kollec direktoru olduğuna görə qınanılmamalı idi. Çünki, N.Əliyeva zamanla rəhbəri olduğu Pedoqoji Kollecdə normal pedoqoji mühit yaratmışdı. Ora əsaslı təmir olunmuşdu, müasir avadanlıqlar alınmışdı,Nurlana xanım kolleclə vidalaşanda onlarla ağıllı lövhə, proyektor, 100-ə yaxın kompyuter avadanlığını təhvil verərək nazir müşaviri vəzifəsinə təyin olunmuşdu. Məgər, 5 il bundan qabaq BSU-nun maddi texniki bazasının yaradılması üçün imkanları və ya ora ayrılan vəsait Pedoqoji Kollecə ayrılan vəsaitdən az idi ki, pis günə düşüb, Fransadan, Ruminiyadan, Polşadan və digər Avropa ölkələrindən universitetə gələn nümayəndə heyyətinin təəccübünə, heyrətinə səbəb olurdu?! Axı sizlər bilirsiniz ki, Bakı Slavyan Universiteti qədər xarici ölkə universitetləri ilə təmasda olub,qarşılıqlı işləyən ikinci bir ali məktəbimiz yoxdur. Qənaətimiz belədir: Süni ittihamlarla təfəkkürünü səfərbər edərək N.Əliyeva haqqında tənqid yazmaq istəyən mətbuat orqanının rəhbəri, fikir yürüdən təhsil üzrə istənilən ekspert, digər hər hansı şəxs onunla üz-üzə otursun, fikir mübadiləsi aparsın, onu dərindən tanısın,nəticədə cəmiyyət haqqındakı elmin qanunları ilə emosional təsvirin yerini dəyişik salmasın. Fuad İsgəndərov Faktinfo.az saytının baş redaktoru

13 Yanvar 2017 19:03

İsrail Əsədin aviabazasını F-35 qırıcıları ilə vurdu

176636_res_01

Suriya hakimiyyəti bəyan edir ki, ötən gecə Dəməşq ətrafındak əl-Mezza hərbi aerodromu İsrail tərəfindən raket zərbələrinə məruz qalıb. Virtualaz.org xarici KİV-lərə istinadən xəbər verir ki, Suriya hərbi komandanlığı İsraili bu “həyasız hücumun nəticələri” barədə xəbərdar edib və bildirib ki, terrorçularla, onların arxasında dayananlarla mübarizəni davam etdirəcək. Suriya dövlət televiziyası hərbi qaynaqlara istinadən xəbər verir ki, hərbi aeroporta Tverii rayonu istiqamətindən gecə yarısı bir neçə raket buraxılıb. Nəticədə aeroportda güclü yanğın başlaıb, lakin tələfat barədə məlumat verilmir. əl-Mezza aeroportu Suriya diktatoru Bəşər Əsədin Respublika qvardiyasının əsas bazalarından biridir və qiyamçılar dəfələrlə aeroportu raket atəşlərinə tutublar. Ötən gec isə aerportda bir-birinin ardınca seriya partlayışlar baş verib və dərhal məlum idi ki, b dəfə məsələ daha ciddidir-zərbələri endirənlər üsyançılar deyil. Suriya və Livan KİV-ləri Rusiyanın Suriyadakı Hmeymin aviabazasındakı mənbələrə istinad edərək bildirir ki, İsrail bu hücumda cəmi bir neçə həftə əvvəl ABŞ-dan aldığı beşinci nəsil F-35 qırıcılarını tətbiq edib. Əgər məlumatlar doğrudursa bu, F-35 qırıcılarının ilk döyüş tətbiqidir. Məlumata görə İsrail hücumda bir, yaxud iki F-35 qırıcısından istifadə edib. Suriya dövlət KİV-lərinin məlumatlarına əsasən İsrail aviabazaya həm qurudan “yer-yer” tipli raketlərlə,  habelə havadan “hava-yer” raketləri ilə zərbə endirib. İddialara görə İsrail təyyarələri Livan üzərindən uçub və əl-Mezza aerortundakı hədəflərə üç raket zərbəsi endirib. Bundan sonra təyyarələr maneəsiz şəkildə öz bazalarına geri dönüblər. Təyyarələrin Suriya hava məkanına daxil olub-olmadığı haqda məlumat verilmir. Məlumatlara görə İsrail təyyarələri hərbi aeroportun uçuş-enmə zolağını vurub, habelə Suriya ordusunun 4-cü tank diviziyasının qərargahına zərbə endirib. Bildirilir ki, havada İsrailin F-35 təyyarələrini digər təyyarələr müşaiyət edib. Qeyd edək ki, ABŞ-ın “Lokheed Martin” şirkəti İsrailin sifariş etdiyi F-35 təyyarələrinin ilk partiyasını-iki təyyarəni ötən il dekabrın 12-də çatdırıb. Baş nazir Benyamin Netanyahu Azərbaycana səfərə yola düşməzdən əvvəl təyyarələrin qarşılanma mərasimində iştirak etmişdi. Təyyarələr İsrailin Neqev səhrasında yerləşən “Nevatim” aerodromunda dislokasiya olunub. Eksertlərə görə əgər İsrail Suriyadakı hədəfləri vurmaq üçün F-35 təyyarələrinin ilk döyüş tətbiqini həyata keçiribsə burada iki məqsəd ola bilər: Birincisi, Suriya rejimi əl-Mezze aviabazası üzərindən Livana, “Hizbullah”a hansısa yeni silah partiyası göndərməyə hazırlaşırdı və bunun qarşısı alınıb. İkincisi, İsrail F-35 təyyarələrinin ilk döyüş tətbiqini sınaqdan keçirməklə hazırda Suriyanın hava sahəsinə nəzarət edən Rusiya hava hücumundan müdafiə sistemlərini, o cümlədən S-300 və S-400 zenit-raket komplekslərinin işini sınaqdan keçirmək istəyib. Doğrudur, Rusiya ara-sıra Suriyadakı hədəfləri vuran İsrailin hərbi təyyarələrinə müdaxilə etmir. Ancaq hazırda Rusiya hava hücumundan müdafiə sistemlərinin beşinci nəsil F-35 təyyarələrini aşkar edib-etmədiyi əsas məsələdir.Çünki İran da Rusiyadan S-300 sistemləri alıb və hesab edir ki, bu sistemlər İsrailin mümkün hava zərbələrinin qarşısını almağa imkan verəcək.

13 Yanvar 2017 15:39

MKİ-nin bir sıra əməliyyatları Əfqanıstan narkotrafikinin hesabına maliyyələşir –Təhlil

T-1

Nikita Qolobkov Marina Baltaçeva vz.ru, 12.01.2017   Rusiya ərazisində yasaqlanmış iki qruplaşma – İŞİD və Taliban bir-birinə cihad elan edib. Bu haqda Əfqanıstan hökuməti qənimət sənədlərə istinadən məlumat verib. Görünür, bu nifaqın alt qatında narkotik plantasiyaları və İŞİD-in kadr siyasətinə görə mübahisələr durur. Lakin ABŞ-ın mümkün rolu xüsusu maraq doğurur. Əfqanıstan polisinin Gilmənd əyaləti baş idarəsində bildiriblər ki, hüquq-mühafizə orqanları İŞİD terrorçu qruplaşması və Taliban radikal Əfqanıstan hərəkatının bir-birinə cihad – “müqəddəs müharibə” elan etdiyi barədə sənədlərə malikdir. Xatırladaq ki, Rusiya Baş Qərargahı 2015-ci ilin oktyabrında Əfqanıstandakı yaraqlıların ümumi sayını bu cür dəyərləndirib: 4 mindən çox dəstə və müxtəlif yönlü qruplarda birləşən 50 min nəfər. Müxtəlif dəyərləndirmələrə görə,Taliban döyüşçülərinin sayı 25-40 min nəfər təşkil edir. Baş Qərargah rəisi Valeri Gerasimiovun o zaman xəbər verdiyi kimi, bununla yanaşı Əfqanıstanda İŞİD döyüşçülərinin sayı 2-3 min nəfərə çatrıb. İnovasiyalı inkişaf İnstitutu Yaxın Şərq münaqişələri və bölgə silahlı qüvvələrinin araşdırılması şöbəsinin müdiri Anton Mardasov qeyd edir ki, Taliban və Əfqanıstandakı “xilafət” çoxdan zidd münasibətdədir və bu, bir-birinə qarşı müharibə elan etməkdə ilk hadisə deyil. O deyir: “Onların qarşıdurması birinci növbədə bununla bağlıdır ki, İŞİD narkotiklərin istehsal edildiyi əyalətlərə iştah salıb. Əslində, “xilafət” dadli tikəni Talibanın əlindən qoparmaq istəyir. Qarşıdurma da bunun ətrafında başlanıb”.   ABŞ taliblərlə pay şəriki ola bilər   Mardasovun sözlərinə görə, eyni zamanda İŞİD-in taliblərlə əməkdaşlıq halları da olub. Ekspert deyir: “Bəzi məlumatlara görə, Talibanın Kunduza hücumu zamanı ona İŞİD də yardım edib. Bundan savayı, Taliban lideri Molla Ömərin ölümü haqda xəbərdən sonra taliblərin bəzi bölmələri, əsasən yerlilər deyil, “interbriqada” döyüşçüləri “xilafət”in tərəfinə keçməyə başlayıblar”. Mardasov xatırladır: “Taliban bütövlükdə milli, puştun hərəkatı olsa da, orada əvvəllər əcnəbi döyüşçülər də olub. “Xilafət” yaxşı pul təklif edir. Bəzi mütəxəssislər o zaman proqnozlaşdırıblar ki, bu ilin əvvəlinə doğru Əfqanıstanda İŞİD döyüşçülərinin sayı 15 min nəfərədək artacaq. Lakin xoşbəxtlikdən və Taliban rəqabət aparan qruplaşmanı Əfqanıstandan müstəqil şəkildə sıxışdırmağa başladığına görə bu, baş verməyib”. ABŞ-a gəlincə, Mardasovun fikrincə, o, Əfqanıstanda yetərincə zidiyyətli siyasət yüdürür. Ekspert izah edir: “O, bir tərəfdən terrorizmlə mübarizə aparır, Taliban isə qonşu ölkələrə ekspansiyanı məqəəd elan etməmiş milli hərəkat olsa da, ABŞ terrorçu üsullardan çəkinmir. Taliblərin liderlərindən birinin Amerika pilotsuzu vasitəsilə məhv edildiyini xatırlayın. Digər tərəfdən, bəzi məlumatlara görə, amerikalıların narkotik satışından müəyyən faizi var. Qərb analitiklərinin ifadə etdiyi şübhə var ki, MKİ-nin xaricdəki bir sıra əməliyyatları Əfqanıstan narkotrafikinin hesabına maliyyələşir”. Mardasov hesab edir ki, buna görə də ABŞ-a sanki taliblərin hər hansı güclü lider ətrafında qruplaşması və hətta ölkədə hakimiyyətə ələ keçirtməyi də lazım deyil. Lakin bütövlükdə bölgədəki qeyri-sabit durmun konservasiyasında maraqlıdır.   Yardım etməli, amma car çəkməməli   Mardasov Rusiyanın Talibanla mümkün əməkdaşlığı haqda çoxsaylı söz-söhbəti də yada salır. O, ehtimal edir: “Xüsusən də məlumat yayılıb ki, guya Rusiya mütəxəssisləri Taliban hərəkatına məxsus tankları Tacikistan ərazisində təmir edirlər. Bu məlumat aşkar şəkildə şübhəli olsa da, nəzəri baxımdan fantastik görünmür”. Ekspert hesab edir ki, Rusiya diplomatiyası da hazırda Əfqanıstanda ziddiyyətli durumdadır: “Sanki Əfqanıstanın qanuni hökumətini dəstəkləmək məntiqlidir, lakin bununla yanaşı taliblərin zəifləməyi İŞİD üzvlərinin sayının artmasına görə təhlükəlidir”. Mardasovun izah etdiyi kimi, amerikalıları həmişə qınayırlar ki, terrorçuları “mötədil” və “qeyri-mötədil”ə bölür, lakin Əfqanıstan kimi mürəkkəb, qərarsız və parçalanmış ölkədə əks-ağırlıq sistemi olmadan ötüşmək mümkün deyil. Hərbi ekspert hesab edir: “Düşünürəm ki, İŞİD-in bölgədə güclənəcəyi gerçək təhlükəsi halında taliblərə hansısa dəstək haqda düşünmək olar. Başqa məsələdir ki, bu zaman nə bizim, nə də amerikalıların nəyisə car çəkməyinə dəyər.” Xatırladaq ki, BBC-nin rus xidməti ehtimal ifadə edib ki, İŞİD döyüşçüləri və təlimatçılarının şimala, Orta Asiya ölkələrinə  sızmağında maraqlı olmayan Rusiya guya tarazlıq yaradan hərəkat kimi Talibana silah tədürükünə başlayıb və yaxud başlaya bilər. Taliban rəhbərliyi əvvəllər Rusiya və İran təmsilçiləri ilə hər hansı təması inkar edib, taliblər indi isə beynəlxalq əlaqələrinin genişlənməsi ilə öyünürlər. Yanvarın əvvəlində Kunduz əyalətinin keçmiş başçısı Ömər Səfi də bu şayiələrdən yapışıb və Spogmai radiosuna bildirib ki, Tacikistan ərazisində taliblərin tanklarını və başqa zirehli texnikalarını guya rusiyalı mütəxəssislər təmir edirlər. Tacikistan hökuməti bu məlumatı təkzib edib və “Независимая газета”nın xəbər verdiyi kimi, Səfidən üzrxahlıq tələb edib. Xatırladaq ki, Rusiya XİN ikinci Asiya departamentinin direktoru Zamir Kabulovnoyabrda taliblərlə əlaqə kanalının varlığını etiraf edib. “Taliblərlə əlaqəmiz var. Rusiya diplomatik təmsilçilikləri və Rusiya vətəndaşlarının təhlükəsizlik təminatı məsələsi üzrə onlarla əlaqəyə giririk, – “Vzqlyad” qəzeti ondan sitat gətirib. – Bundan başqa, rabitə kanalları vasitəsilə taliblərə ümumi barışıq və müharibənin dayandırılması haqda sazişə gəlmək təklifi veririk”.   “Bu gün dalaşıb sabah barışırlar”   Tətbiqi şərqşünaslıq və afrikaşünaslıq İnstitutunun elmi rəhbəri Səid Qafurov “Vzqlyad” qəzetinə bildirib ki, amerikalılar yaraqlılarla durumdan doğan müvəqqəti ittifaqdan hər yerdə istifadə edirlər, lakin məhz onların təcrübəsi göstərir ki, bunu etməmək daha yaxşıdır. O, qeyd edib ki, ABŞ-ın antiterror strategiyasının təməlində terrorçuları parçalamaq cəhdləri durur: onları “yaxşı və pis” bölür, lakin yekunda terrora qalib gəlməyə müvəffəq olmur və dalbadal zərbə alırlar. Qafurov hesab edir ki, hansı qruplaşma ilə əməkdaşlıq etmək və yaxud bu qruplaşmaların adının heç bir əhəmiyyəti yoxdur. “Onlar bu gün dalaşıb sabah barışırlar, – həmsöhbətimiz qeyd edir. – Başqalarına üstün gəlmək üçün digərləri ilə əməkdaşlıq etmək prinsipcə yanlış strategiyadır. Bu, xeyir gətirmir”. Həmsöhbətimiz əmindir ki, buna görə də onların səhvini təkrarlamağına dəyməz. “Həm də taliblər olduqca aydın şəkildə millətçi puştun hərəkatıdır, onlar Əfqanıstanı mahiyyətcə çoxmillətli dövlət kimi deyil, puştun dövləti kimi qavrayırlar. İŞİD üçün isə milliyətin heç bir önəmi yoxdur”, – deyə Qafurov bildirib. O həmçinin dəqiqləşdirib ki, Əfqanıstanda Taliban və İŞİD əsasən bir-birindən uzaq coğrafi ərazilərə nəzarət edir, buna görə də aralarında irimiqyaslı döyüşlər ehtimalı azdır.

12 Yanvar 2017 14:05

Rusiya-Türkiyə-İran koalisiyası: Qərbin reaksiyası və qlobal geosiyasət

176359_res_01-1

Moskvada üç dövlətin Suriya ilə bağlı müzakirələr aparması dünya siyasətində rezonans doğurub. Müxtəlif səviyyələrdə bu hadisənin təhlili aparılır. Artıq meydana yeni bir əməkdaşlıq formatının çıxdığını vurğulayırlar. Bu prosesin müsbət, yaxud mənfi nəticələr verə biləcəyi ilə bağlı fikir mübadiləsi aparılır. Ekspertlər hesab edirlər ki, hələlik kövrək olan Rusiya-Türkiyə-İran “üçlüyü”, eyni zamanda, Yaxın Şərqdə qüvvələr nisbətini dəyişə bilər. Burada əməkdaşlıq formatının nüvəsində Rusiyanın dayandığına əmindirlər. Həmin səbəbdən “üçlüyü” Moskvanın geosiyasi addımı olaraq qiymətləndirirlər. Onun fonunda isə Vaşinqtonun baş verənlərə münasibətini təhlil edirlər. Bu aspektdə də müəyyən ziddiyyətlər özünü göstərməkdədir. Onların işığında Rusiya-Türkiyə-İran əməkdaşlığının perspektivi necə görünür? Bu, qlobal geosiyasətin dinamikasında hansı dəyişiklərə təkan verə bilər? Yaxın Şərq kabusu: böyük dövlətlərin yeni manevrləri fonunda Belə görünür ki, Yaxın Şərqdə böyük dövlətlərin nüfuz uğrunda mübarizəsi yeni mərhələyə qədəm qoymaqdadır. Hər bir halda ekspertlər əmindirlər ki, artıq həmin regionda əvvəlki mənzərə mövcud deyil – qüvvələr nisbəti hiss ediləcək dərəcədə yeniləşib. Burada əsas təkanverici aktor rolunu Rusiyanın oynadığından yazırlar. Belə ki, Moskva Ankara və Tehranı bir araya gətirərək hələlik kövrək olan koalisiya formalaşdıra bilib. Doğrudur, burada əsas rolu Moskva və Ankaranın oynadığını deyirlər. Tehran yalnız Hələbdən insanların çıxarılması zamanı humanitar karvana hərbi müdaxilə ilə özünü Rusiya və Türkiyənin yanında qəbul etdirə bilib. Bununla bağlı Rusiyanın Din və Siyasət İnstitutunun prezidenti Aleksandr İqnatenko vurğulayıb: “Bu çox kövrək birliyin (Rusiya-Türkiyə-İran formulu nəzərdə tutulur – Newtimes.az) nüvəsi Rusiya və Türkiyədir. Onlar bütün Suriya böhranının həlli formulu ola biləcək üsulu Hələb böhranının həllində tapa bildilər...Ancaq Tehran Rusiya-Türkiyə planına mane olmaq üçün hər şeyi etdi – Hələbdən çıxarılan sünni qruplarını atəşə tutmağa qədər getdi. Bu aksiyalar və başqa tədbirlər nəticəsində İran Rusiya və Türkiyə “dueti”ndə iştirak etməyi məcburən qəbul etdirdi...” (bax: Игорь Субботин. На Ближнем Востоке – новый передел сфер влияния / "Независимая газета", 22 dekabr 2016). Ekspertin fikirlərinin nə dərəcədə dəqiq olduğunu deyə bilmərik, lakin bizcə, İran əvvəlcədən Rusiya ilə birlikdə Suriya məsələsində kifayət qədər təsiredici addımlar atırdı. Buna görə də onun Ankara-Moskva “dueti”nin yanında olması yalnız Hələb məsələsi ilə məhdudlaşa bilməz. Burada daha maraqlı olanı bir sıra ekspertlərin daim İslamda təriqət məsələsini vacib siyasi faktor kimi təqdim etməyə çalışmasıdır. Bu səbəbdən Türkiyə-İran münasibətlərini dini məzhəb münasibətləri çərçivəsinə salmaq çox təhlükəlidir. Hesab etmirik ki, regionun iki güclü dövləti bunu anlamasın. O cümlədən Suriya istiqamətində Ankara və Tehranın daha geniş prinsiplər üzrə əməkdaşlıq etdiklərinə şübhə etmirik. Məsələnin digər aspekti Qərbin, daha çox Amerikanın Rusiya-Türkiyə-İran koalisiyasına verdiyi reaksiya ilə bağlıdır. Artıq bununla bağlı rəsmi münasibət vardır. Ekspertlər də müəyyən fikirlər ifadə edirlər. ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi bəyan edib ki, Rusiya ordusunun Suriyadakı fəaliyyəti onu göstərmir ki, Amerika ordusu dünyada aparıcı mövqeyini itirib. Əksinə, ABŞ dünya tarixində ən güclü hərbi sistemə malikdir. Buna görə də Amerikanın Yaxın Şərqdə liderliyi əldən verməsi haqqında deyilənlər əsasızdır (bax: Госдеп оспорил высказывание Путина о превосходстве российской армии / “Ведомости”, 23 dekabr 2016). Bununla yanaşı, C.Kirbi onu da qeyd edib ki, Moskvadakı danışıqlar Amerikanı kənara itələmək anlamına gəlmir. Bu, Suriyada sülhə nail olmağa yönəlmiş çoxsaylı cəhdlərdən biridir. Əgər həmin təşəbbüs müsbət nəticə verərsə, bu, Amerika tərəfini sevindirər. Buna görə də Vaşinqton “üzünü yana çevirmir” və alınan müsbət nəticələri dəstəkləyəcək (bax: Игорь Субботин. На Ближнем Востоке – новый передел сфер влияния / “Независимая газета”, 22 dekabr 2016). Eyni zamanda, C.Kirbi Vaşinqtonun Suriya ilə bağlı fəaliyyətini davam etdirdiyinə də işarə verib. O xüsusi qeyd edib ki, Moskvadakı diskussiyalarda iştirak etməsələr də amerikan diplomatiyası daha geniş miqyaslı təşəbbüslərin müəllifi olaraq fəaliyyətini davam etdirir. Məsələn, “dövlət katibi Con Kerri Ər-Riyadda müzakirələr aparıb” (bax: əvvəlki mənbəyə). Məsələnin bu tərəfi C.Kerrinin bir fikri kontekstində daha çox maraq doğurur. C.Kirbinin dediyinə görə, “Kerri telefonda Lavrov və Türkiyə xarici işlər naziri ilə danışıb və yeni təşəbbüsün uğurlu olacağına bədbin münasibət göstərdiyini ifadə edib” (bax: Станислав Тарасов. Станет ли устойчивым альянс России, Ирана и Турции? / "Regnum", 22 dekabr 2016). Ziddiyyətlər və əməkdaşlıq potensialı: Qərbin reaksiyası müstəvisində baxış Sonuncu fikirləri əvvəlkilərlə müqayisə edəndə ABŞ dövlət katibinin mövqeyində müəyyən ziddiyyətin olduğu aydınlaşır. Çünki bir tərəfdən o, Suriya ilə bağlı istənilən təşəbbüsü dəstəklədiklərini bildirir, digər tərəfdən isə Hələbdə atəşkəsə nail olmuş bir əməkdaşlıq formatına bəri başdan bədbin münasibətini göstərir. Belə çıxır ki, Amerika alternativ addımlar atmaqda maraqlıdır. C.Kerrinin Ər-Riyadda danışıqlar aparması bu aspektdə hansı rolu oynaya bilər? Əvvəlcə ekspertlərin bir fikrinə nəzər salaq. Onların bəziləri hesab edirlər ki, Türkiyə-Rusiya-İran koalisiyasına Səudiyyə Ərəbistanı və Qətər qısqanclıqla yanaşırlar. Hesab edirlər ki, sünnilərin hüquqları pozulur. Bu səbəbdən də Ər-Riyadla Doha ayrıca hərbi güc hazırlayırlar. Onlar “əl-Qaidə”nin oxşarını yaratmağa başlayıblar. Aleksandr İqnatenko bu məsələ ilə bağlı deyib: “Suriya qruplaşmalarının nəzarət etdiyi ərazilərdə sünni kvazidövləti yaradılır ki, artıq orada “əl-Qaidə”nin yeni variantının meydana gəldiyi haqqında anonslar verirlər” (bax: Игорь Субботин. На Ближнем Востоке – новый передел сфер влияния / “Независимая газета”, 22 dekabr 2016). Maraqlıdır ki, Donald Tramp da artıq Suriyadan tez-tez danışır. "The New York Times"ın yazdığına görə, Pensilvaniyadakı mitinqdə ABŞ-ın yeni prezidenti deyib ki, Suriyada vəziyyət çox kədərlidir və “insanlara kömək etmək lazımdır” (bax: Станислав Тарасов. Станет ли устойчивым альянс России, Ирана и Турции? / “Regnum", 22 dekabr 2016). D.Tramp sözlərinə davam edərək, Suriyada “təhlükəsizlik zonaları” yaratmaq üçün Körfəz ölkələrindən maliyyə vəsaiti alacağını da dilə gətirib, ancaq onu necə təmin etməkdən danışmayıb. Lakin Hələbdə baş verənlərdən sonra Vaşinqtonun həmin ideyadan vaz keçdiyini söyləyirlər. Həm də D.Tramp rəsmən prezident kürsüsünə qalxana qədər Rusiyanın vəziyyəti daha çox dəyişəcəyindən bəhs edirlər ki, bununla da Vaşinqton gecikə bilər. Bu məqamları da nəzərə alanda Səudiyyə Ərəbistanında dövlət katibinin müzakirələr aparmasından Rusiya-Türkiyə-İran koalisiyasına bir alternativin hazırlandığı nəticəsini çıxara bilərik. Bu isə birmənalı olaraq regionda geosiyasi-hərbi vəziyyəti daha da ağırlaşdıracaq və faktiki olaraq iki səviyyədə ziddiyyətlər meydana gətirəcək. Birincisi, Yaxın Şərqin böyük dövlətləri arasında ixtilaflar yeni səviyyəyə yüksələcək. O cümlədən Səudiyyə Ərəbistanı, Türkiyə, Qətər və İran arasında intriqalar daha aktiv fazaya keçə bilər. Bunun fonunda məzhəb qarşıdurmasında əvvəllər müşahidə edilməyən konflikt çalarları özünü göstərər. Məsələn, sünni dövlətlər arasında belə “yeni əl-Qaidə” vasitəsilə münaqişələr yaranar. Bundan kimlərin qazandığı gün kimi aydındır. İkincisi, ABŞ-Rusiya-Avropa-Çin geosiyasi xəttində gərginlik yüksələ bilər. Bu isə qlobal miqyasda hərbi ilə yanaşı, iqtisadi və maliyyə sferalarında da növbəti böhranları meydana atar. Faktiki olaraq dünya növbəti “soyuq müharibə” girdabına düşər. Bu prosesin ümumbəşəri fəlakətlərə aparıb çıxara biləcəyi hər kəsə məlumdur. Onda yuxarıda vurğulanan geosiyasi məqsədli koalisiyaların yaranması arxasında nələr dayanır? Ümumiyyətlə, belə cəhdlərə ehtiyac varmı? Doğrusu, bu kimi suallara cavab verməyi siyasətçilər xoşlamırlar. Bəşəriyyətin taleyi baxımından isə kimin nəyi xoşlaması arqument ola bilməz. Aydın olanı budur ki, hələ də böyük dövlətlər korporativ maraqlardan çıxış edirlər. Bu cür oyunların həmişə bir sonu olur. İndiki halda bunun növbəti dünya müharibəsi ilə nəticələnməməsini arzulardıq.(Newtimes.az)

11 Yanvar 2017 19:09

Çarli Çaplindən qızına təsirli məktub:”Heç vaxt qızıl və daş-qaşlara görə ürəyini satma”-MƏTN

charli

“Əziz qızım, indi gecədir. Yeni il gecəsi. Mənim balaca qəsrimin silahsız mühafizəçiləri yatırlar. Bacın və qardaşın yatıb, hətta anan da yuxulayıb. Bu yarıqaranlıq otağa gəlincə az qaldım hamısını oyadam. Necə də uzaqsan məndən! Əgər indi şəkillərinə baxmıramsa, kor olum. Şəkillərin stolumun üstündə, ürəyimə ən yaxın yerdə dayanıb. Amma sən hardasan? Uzaqda, nağıllar şəhəri Parisdə, gözəl bir səhnədə rəqs edirsən. Bu sakit gecənin səssizliyində sənin ayaq səslərini açıq-aydın eşidirəm. Gözlərin gözlərimin qarşısına gəlir; gözlərin qış gecəsində bərq vuran ulduzlar kimidir. Bu gözəl tamaşada Şahın əsir götürdüyü gözəllər gözəli o fars qızını oynadığını bilirəm. Gözəllər gözəli ol, rəqs elə, ulduz ol və parıltın aləmə yayılsın. Amma tamaşaçıları məftun etməkdən sərxoş olanda, sənə verilən çiçəklərin qoxusu başını gicəlləndirəndə bir küncə çəkilib məktubumu oxu, atanın sözlərinə qulaq ver. Mən sənin atanam, Ceraldin! Mən Çarliyəm, Çarli Çaplin! Kaş biləydin, neçə gecə beşiyinin başında oturmuşam, şirin nağıllar danışmışam. Bəzən “Yatmış gözəl”i, bəzən “Pis qəlbli əjdaha”ı nağıl etmişəm…Yuxu gəlib qoca gözlərimi bağlamaq istəyəndə onu ələ salır və deyirdim: “Rədd ol! Mənim yuxum — qızımın xəyallarıdır!” Mən sənin xəyallarını görürdüm, Ceraldin! Sənin gələcəyini görürdüm, bax bu gününü! Səhnədə rəqs edən qızı görürdüm, qanadlarını açıb havada uçan pərini… İnsanların sözlərini eşidirdim: “Bu qızı görürsən? Qoca bir klounun qızıdır. Atasının adı Çarli idi, yadına gəlmir?” Rəqs və alqış səsləri ayaqlarını yerdən kəsəcək. Qanadlan və uç yüksəkliklərə! Amma arada ayaqların yerə dəysin. Xalqın necə yaşadığını bilməlisən, küçə rəqqaslarının həyatı ilə tanış olmalısan. Aclıqdan rəngi solan, yoxsulluqdan və soyuqdan titrəyə-titrəyə rəqs edənlərlə… Mən də onlar kimi olmuşam, Ceraldin! O sehrli gecələrdə, sən mənim nağıllarımda yatırdın, amma mən yatmazdım. Sənin gözəl simana baxar, ürəyinin döyüntüsünə qulaq asar və öz-özümdən soruşuram: “Çarli, görəsən bir gün bu balaca quş səni başa düşəcək? Sən məni tanımırsan, Ceraldin, mənim nağılım çox qəribədir. Yoxsul bir klounun nağılıdır bu. Londonun kənar məhəlləsində mahnı oxuyub rəqs edən, sonra bəxşiş yığan klounun nağılıdır. Mənim nağılımdır! Mən aclığa da yaxşı bələdəm, evsizliyə də. Bu nədir ki? Mənim okean böyüklüyündə qürurla qabaran sinəmdə qabağıma atılan qəpiklərin sızıltısını hiss etmişəm, hamının yazığı gələn, alçaldılan səfilin nə çəkdiyini bilmişəm. Hər şeyə rəğmən, həyat davam edir. Yaşayanlar haqda həmişə daha az danışılır. Sən mənim soyadımı daşıyırsan, Çaplini… Bu ad yarım əsrdən çox bütün dünyanı güldürüb; mənim ağlamalarımın yanında bu gülmələr nədir ki? Sənin dünyan ancaq rəqs və musiqidən ibarətdir… Ceraldin, bir gecə yarısı o məşhur səhnədən düşəndə varlı tamaşaçılarını unut, amma mindiyin taksinin sürücüsündən arvadının hal-əhvalını soruşmağı unutma. Bəlkə arvadı hamilədir, bəlkə doğulacaq ilk uşağı üçün paltar almağa pulu yoxdur heç… Əgər belədirsə, onun cibinə pul qoy. Kredit Bankına tapşırmışam, bütün ehtiyaclarını qarşılayacaqlar. Arada metroya, avtobusa min, şəhəri gəz. İnsanlara bax, yaxşı müşahidə elə onları…Dul və yetimlərin gözlərinə yaxşı bax. Heç olmasa gündə bir dəfə özünə de: “Mən də onlardan biriyəm!”. Bəli, əziz qızım, unutma, sən də onlardansan… Sənət göyə uçmaq üçün adama qanad taxana qədər onun dabanlarını çürüdür. Bir gün tamaşaçı qabağında yüksəldiyini hiss etsən, səhnədən düş, çıx küçəyə…Bir taksi tut, get Parisin kənar küçələrinə…Elə yaxşı tanıyıram oraları. Orda rəqqasələr görəcəksən; aralarında sənə oxşayanı da var, səndən daha arıq, daha qürurluları da…Teatrdakı parlaq səhnə işıqları orada yoxdur. Onların səhnə işıqları Aydır. Bax onlara, diqqətlə bax! Səndən də yaxşı rəqs edirlər, elədirmi? Etiraf elə bunu…Səndən daha yaxşı rəqs edən, səndən daha yaxşı rol oynayan birini görsən nə vaxtsa, bu sözlərimi yadına sal: “Hələ Çarlinin ailəsindən fayton sürücüsünə pis söz deyən, ya da Sena çayının sahilində dilənən birini ələ salan insan çıxmayıb”. Çarli bu dünyadan gedəcək, Ceraldin! Sənin həyatın isə davam edəcək. Heç vaxt yoxsulluğu görməyini istəmirəm. Bu məktubla birlikdə sənə çek də göndərirəm. Nə qədər istəyirsən, xərclə. Amma yadda saxla: İki frank özün xərcləyəndə, üçüncü frankı başqasına xərclə. Üçüncü frank sənin deyil, tanımadığın, görmədiyin, bir frankın həsrəti ilə yaşayanındır. O insanı tapmaq çətin deyil. Hər küncdə yoxsul adamlar görə bilərsən, təki sən görmək istə! Mən bu şeytanın insanın ağlını başından necə aldığını bildiyim üçün puldan danışıram. Uzun müddət sirkdə işləmişəm, ip üstündəki kəndirbazlara qorxu ilə baxmışam. Bil ki, əziz qızım, insanın ayağının sürüşməsiylə yerə dəyməyi kəndirbazların o ipdə sürüşməyindən daha asandır. Sən bu gecə brilliantın cazibəsinə aldana, istər-istəməz yerə dəyə bilərsən. Gün gələr, bir şahzadənin üzü səni əsir alar. Bax o gündən sonra sən artıq təcrübəsiz kəndirbaz olacaqsan. İp isə həmişə təcrübəsizlərə xəyanət edir. Heç vaxt qızıl və daş-qaşlara görə ürəyini satma. Unutma ki, ən böyük brilliant günəşdir və bəxtimizdən də günəş hamımızı bərabər işıqlandırır. İşdir, bir gün sevsən, seçdiyin insanı bütün qəlbinlə sev. İşinin çətin olduğunu bilirəm. İndi bədənini gözəl ipək parçalar bəzəyir. Sənət üçün səhnəyə çılpaq da çıxa bilərsən. Amma o səhnədən saf, təmiz və qüsursuz enməlisən. Mən qocalmışam, sözlərim sənə gülməli görünə bilər. Amma məncə, sənin çılpaq bədənin çılpaq ruhuna vurulan insana aid olmalıdır. Neyləyim, bu mövzuda bir az geri düşüncəliyəm… Bəlkə fikirlərim 10 il əvvəldə ilişib qalıb. Qorxma, Ceraldin, bu 10 il səni qocaltmaz. Mən sənin bu çılpaq adada boyun əyən ən axırıncı insan olmağını istəyirəm. Atalar və uşaqlar arasında həmişə problemlər olur. Mənə müharibə elan et, əziz qızım, fikirlərimə qarşı müharibə elan et. Mən itaətkar uşaqları sevmirəm. Bu məktubumun üstünə hələ göz yaşım düşməmiş bu Yeni il gecəsinin möcüzələr gecəsi olduğuna inanmaq istəyirəm. Bir möcüzə baş verməyini və demək istədiyim hər şeyi düz başa düşməyini istəyirəm. Çarli qocalıb, Ceraldin, çox qocalıb. Sən gec-tez qara paltarlar geyinib məzarıma gələcəksən. İndi sənin əhvalını korlamaq istəmirəm, amma arada güzgüyə bax. Orda məni görəcəksən. Damarlarında mənim qanım axır. İstəyirəm ki, mənim damarlarımdakı qan axmaz olanda atan Çarlini unutmayasan. Mən mələk olmamışam, amma həmişə insan olmağa çalışmışam. Sən də elə ol. Öpürəm səni, Ceraldin. Sənin Çarlin”. Dekabr 1965-ci il Faktinfo.az

11 Yanvar 2017 11:48

“Qərb heç Azərbaycan iqtidarına da əvvəlki kimi maraq göstərmir” –Sərdar Cəlaloğlu

serdarcelal-1

Bir neçə il öncəyədək Azərbaycan siyasətinə mühüm ciddi təsiri olan Qərb faktoru son zamanlar demək olar ki, aradan qalxmış, təsirini itirmiş kimi görünür. Müxalifət partiyaları, cəmiyyət 1990-cı illərin sonlarından başlayaraq, 2000-ci illərin axırınadək Qərbdən gələn hər bir bəyanata, açıqlamaya, səfərlərə həssaslıqla yanaşırdı. Demokratiyaya dəstək məsələsində Qərbə böyük ümidlər var idi. Əsasən də ABŞ-dan Azərbaycanda demokratiya ilə bağlı verilən ən adi bir bəyanata Azərbaycanın demokratik qüvvələri ümid işığı olaraq yanaşırdı. Amerikada keçirilən prezident seçkiləri də böyük həvəslə izlənirdi. Okeanın o tayında fövqəldövlətdə hansı siyasi qüvvənin hakimiyyətə gələcəyi, kimin prezident seçiləcəyinə Azərbaycan müxalifəti o dərəcədə həssaslıqla yanaşırdı ki, sanki Azərbaycanın taleyi həll edilirdi. Bu diqqət ondan qaynaqlanırdı ki, müxalifət, nəhayət, ABŞ-ın, Qərbin Azərbaycanda demokratik proseslərə real ciddi dəstək verəcəyini gözləyirdi, buna ümid edirdi. Son illərdə müxalifətin okeanın o tayına ümidləri sanki yox olub. Belə təəssürat var ki, müxalifətdə və cəmiyyətdə artıq Qərb faktoruna inam, maraq qalmayıb. Bu mövzuda söhbət etdiyimiz ADP sədri Sərdar Cəlaloğlu bildirdi ki, bir vaxtlar Qərb özü Azərbaycan cəmiyyəti, xüsusən müxalifəti ilə ciddi şəkildə maraqlanırdı, buna adekvat olaraq da cəmiyyət, müxalifət Qərblə maraqlanırdı. Son illərdə isə bu yoxdur: “İkincisi, son illərdə Qərbin başı özünün problemlərinə qarışıb. Avropa Birliyindən Böyük Britaniya çıxdı, Avropada ciddi siyasi, iqtisadi, mənəvi böhran var. Bunlar özü də artıq Qərbin əvvəlki funksiyasını-dünyada demokratiyanın avanqardı olmaq funksiyasını daşımasına imkan vermir. Yəni Qərb artıq demokratik dəyərlərə ikinci dərəcəli məsələ kimi baxır. Əvvəllər ABŞ ikinci dərəcəli məsələ kimi baxırdı, indi Avropa da ikinci dərəcəli məsələ kimi baxır. ABŞ, Qərb Türkiyəyə nə dərəcədə üz çevirirsə, bir o qədər də Azərbaycan cəmiyyəti Qərbə, ABŞ-a üz çevirir. Türkiyə ilə Azərbaycan bir millət – iki dövlətdir. Dövlətimizin birinə, millətimizin bir hissəsinə Qərb düşmənçilik edirsə, digər bir hissəsi kimi biz buna seyrçi qala, Qərbə maraq göstərə, inam bəsləyə bilmərik.  Qərb heç Azərbaycan iqtidarına da əvvəlki kimi maraq göstərmir, Azərbaycan iqtidarı da Qərb faktoruna əvvəlki kimi maraq göstərmir. 2011-ci ildə Qərbin Azərbaycandakı maraqları neft amilinə görə pik həddəydi. Neft hasilatı azalmağa başlayandan sonra Qərb Azərbaycan iqtidarı ilə az maraqlanmağa başladı. Sonra İranla Qərbin münasibətləri normallaşdı və geopolitik olaraq da Azərbaycanın əhəmiyyəti azaldı. Qərbin diqqəti azaldıqca, hakimiyyətin də Qərb amilinə əhəmiyyət verməsi azaldı.  Son zamanlar Rusiyanın Suriyada üstünlük əldə etməsi həm də Qafqazda üstünlük əldə etməsinə dolayısı yolla gətirib çıxarır. Bu amil də Qərb faktorunu bölgədə azaldıb. Yəni Qərb faktorunun Azərbaycan siyasətində öləziməsinin bir çox səbəbləri var". ADP sədri vurğulayıb ki, Qərb və ABŞ-ın bundan əvvəlki illərdə əldə etdiyi geopolitik üstünlüklər demək olar ki, əldən verilib. Ona görə də müxalifət başa düşür ki, boşuna ümid etməyə dəyməz, Qərb, beynəlxalq birlik qeyd olunan həmin ciddi problemlər, təhlükələr aradan qalxana qədər heç bir ölkədə demokratiyaya açıq və səmimi şəkildə dəstək verməyəcək, vermək imkanında deyil: “Məsələnin ikinci tərəfinə gəldikdə, bizim uzun illər apardığımız siyasət yalnız Qərbin mövqeyi ilə, ümidlərimizi yalnız Qərbə bağlamaqla bağlı deyildi. Bir tərəfdən, ölkədə müxalifət güclü idi, xalq xeyli dərəcədə təşkilatlanmışdı, digər tərəfdən, Qərbin özü də demokratiyaya bu və ya başqa şəkildə dəstək verməyə cəhd edirdi. Bu faktorların hamısı bir yerdə olanda belə təəssürat yaranırdı ki, müxalifətin yeganə ümid yeri Qərbdir. Bizim Qərbin bəyanatlarına, addımlarına illər öncə olduğu kimi, ciddi reaksiya verməməyimiz əlimizi Qərbdən üzməklə bağlı deyil. Səbəb odur ki, artıq müxalifət kifayət qədər zəif düşüb, elə Qərbin də dolayısı ilə iştirakı ilə müxalifət ölkədə sıxışdırılıb siyasi səhnədən az qala çıxarılıb”. S.Cəlaloğlu deyir ki, müxalifət qüvvələr nisbətini ölçüb-biçir, geopolitik vəziyyətə, beynəlxalq konyukturaya baxır: “Görürük ki, boşuna ümidlənməyə dəyməz, Qərb hətta istəsə belə Azərbaycanda demokratiya qurulsun, indiki şərtlər daxilində ölkədə demokratikləşmə həyata keçirmək mümkün deyil. Əgər Azərbaycan müxalifəti əvvəlki gücünə qayıtmasa, itirdiyi mövqeləri yenidən bərpa eləməsə, indiki şərtlər altında Qərb də, hətta İlham Əliyev də istəsə, Azərbaycanda demokratiya olmayacaq. Demokratiyanı qurmaq üçün subyekt olmalıdır. Subyekt sıradan çıxarılıbsa, proses radikal dini müxalifətlə aparılacaq? Ən qəribəsi budur ki, Qərb demokratik müxalifətin güclənməsi üçün hələ heç bir ciddi addım atmır. Nəticədə Qərb faktoru Azərbaycan siyasətində aradan qalxır”. musavat.com

10 Yanvar 2017 10:21

“Bütün hallarda KTMT Ermənistanı qoruya bilməyəcək” – Politoloqdan rəsmi Moskvaya mesaj

ktm

  "2016-cı ilin bitməsinə 2 gün qalmış Azərbaycan-Ermənistan sərhəddində baş verən silahlı insident və tərəflərin itki verməsi 2017-ci ilin də ağır keçəcəyinin və lokal toqquşmaların baş verməsi ehtimalının yüksək olacağının işarəsidir. Son insidentdə Ermənistan 3 hərbçisini, Azərbaycan isə bir hərbi qulluqçusunun itkin düşdüyünü bəyan edib". Strateq.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bu gün cəbhədə yaşanan gərgin vəziyyətə münasibətində deyib. Onun sözlərinə görə, adətən Dağlıq Qarabağ istiqamətində hərbi toqquşmalar olanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibindən və ya katibliyindən açıqlama yayınlanmır. Çünki Ermənistan bu qurumun üzvü olsa da, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olan dövlətlər Dağlıq Qarabağı Azərbaycanın ərazisi sayır və ona görə də bu istiqamətdə gedən lokal toqquşmalara qarşı çıxa bilmirlər, yalnız narahatlıq ifadə edilir. Hətta aprel döyüşləri zamanı da Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı katibliyi fəallıq nümayiş etdirməməklə yanaşı, birbaşa Ermənistanı müdafiə edə bilmədi: "Dekabrın 29-da baş verən insident isə Ermənistan-Azərbaycan sərhəddində və Dağlıq Qarabağdan uzaq məsafədə baş verdiyindən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi, rusiyalı diplomat Nikolay Bordyuja anında açıqlama yayaraq, baş verən insidentə görə faktiki Azərbaycanı günahkar saydı. Birincisi, Bordyuja açıqlamasında Azərbaycanın adını çəkməsə də, dedi ki, "hadisə Ermənistan ərazisində baş verib və bu təxribatdır”. İkincisi, Bordyuja qısa qçıalamasında "Dağlıq Qarabağ Respublikası” ifadəsi işlədib. Halbuki, əvvəlki açıqlamalarda daha korrekt – "tanınmayan Dağlıq Qarabağ Respublikası” ifadəsi işlədilirdi. Nikolay Bordyujanın bu açıqlamasına qarşı Azərbaycan Xarici İşlər Nazirliyi bəyanatla çıxış edib və baş katibin mövqeyi tənqid olunub.  XİN-nin bəyanatında belə bir cümlə var: "Ermənistan KTMT-nin sonuncu Sankt-Peterburq zirvə görüşündən sonra növbəti məyusluğa uğrayaraq, belə bir növbəti təxribata əl atması istisna edilməməlidir”. Həqiqətən Ermənistan-Azərbaycan sərhəddində baş verən son hadisə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının yararsız qurum olduğunun və öz üzvünü müdafiə etmədiyinin göstəricisidir. Çünki, əgər rəsmi İrəvanın və baş katib Nikolay Bordyujanın iddia etdikləri kimi, Azərbaycanın kəşfiyyat qrupu Ermənistan ərazisində əməliyyat keçiribsə, onda niyə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı öz üzvünü qoruya bilmir? Axı, təşkilatın nizamnaməsinə görə üzv dövlətlərdən hər hansı birinə hücum olarsa, digər üzv dövlətlər ona hərbi dəstək verməlidirlər. Bu nizamnamədə belədir, reallıq isə fərqlidir. KTMT-nin öz üzvünü birgə qoruması üçün mexanizmi yoxdur. Digər tərəfdən təşkilatın 3 üzvü – Qazaxıstan, Qırğızıstan və Belarus Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Dağlıq Qarabağ məsələsində Azərbaycanın haqlı mövqeyini dəstəkləyirlər. Belə olmasaydı, bu gün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Nikolay Bordyuja deyil, Ermənistan təmsilçisi olmalı idi". Politoloqun sözlərinə görə, məsələ burasındadır ki, oktyabr ayında rotasiya prinsipi ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına Ermənistan təmsilçisi baş katib seçilməli idi: Elxan ŞAHİNOĞLU "Qazaxıstan prezidenti Nursultan Nazarbayev isə "xəstəliyi” ilə əlaqədar İrəvana getmədi, nəticədə təşkilat baş katib seçkisini dekabr ayındakı zirvə toplantısına təxirə saldı.Təşkilatın liderlərinin dekabrın 26-da Sankt-Peterburqda keçirilən zirvə toplantsına isə Belarus prezidenti Aleksandr Lukaşenko getmədi. Ermənistan prezidenti Serj Sərkisyan budəfəki toplantıdan da əliboş qayıtdı. Baş katibin seçilməsi aprel ayındakı toplantıya qədər təxirə salındı. Ermənistan siyasətçiləri və ekspertləri açıq etiraf edirlər ki, Qazaxıstan və Belarus təşkilatda Ermənistanın müttəfiqləri sayılsalar da, bu sözdə belədir, əməldə isə həm Astana, həm də Minsk Azərbaycanın real müttəfiqidirlər və buna görə də Ermənistan vətəndaşının təşkilata baş katib seçilməsinə mane olurlar. Bəli, bu, belədir. İstisna deyil ki, aprel toplantısına da Qırğızıstan prezident qatılmasın və baş katibin seçilməsi yenə ləngisin.  Kreml də nəhayət anlamalıdır ki, Rusiyanın müttəfiqləri belə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini istəyirlər. Yəni Rusiyanın işğalçı Ermənistanı himayə etməsi, tək bizim xoşumuza gəlmir, müttəfiqləri də Kremlin bu siyasətdən narazıdırlar. Ona görə də mümkündür ki, Qazaxıstan və Belarus təmsilçiləri vaxtı bitmiş Nikolay Bordyujanın təxribatçı açıqlamasına qarşı çıxsınlar". Politoloq bildirir ki, bütün hallarda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Ermənistanı qoruya bilməyəcək: "Dekabrın 29-da baş vetən insident həm də ona işarədir ki, İrəvan işğal altındakı torpaqları azad etməyənə qədər nəniki Dağlıq Qarabağda hərbçilərini itirməkdə davam edəcək, Dağlıq Qarabağdan uzaq ərazilərdə də hərbçilərinın təhlükəsizlik təminatı yoxdur".  

29 Dekabr 2016 19:27

Kürd separatçıları yenə təkləndi: Dəməşq də üz döndərdi

tarverdi-muellim

"Suriya hökuməti PYD-nin namərdliyini bəzi döyüşlərdə ABŞ-ın maraqları istiqamətində alət olaraq istifadə edildikdən sonra anladı". Bu sözləri Suriya ordusunun generalı Heysəm Hasun deyib. Şimali İraq kürd muxtariyyətinə məxsus “Rudaw” xəbər agentliyinə açıqlamasında general münaqişənin ilk dövrlərində PYD-nin Suriya rejimi tərəfindən silahlandırıldığını da etiraf edib. O, bunun səbəbini Türkiyənin Suriyadakı silahlı müxalifləri dəstəkləməsinin və ya bu ölkəyə hərbi müdaxiləsinin qarşısını almaq niyyətiylə əsaslandırıb: "2011-ci ilin sonu ilə 2012-ci ilin əvvəllərində Demokratik Birlik Partiyasına (PYD) bağlı güclərə göndərilən hərbi yardıma özüm nəzarət etmişəm. İndi, Saleh Müslim (PYD rəhbəri) etdiyimiz yaxşılığı unutmaq istəyir. PYD-yə edilən hərbi yardımlar üçün Prezident Əsəd və Xarici işlər nazirinin açıqladıqlarından başqa, onlara şəxsən silah və sursat göndərmişəm. Bir müddət problemsiz keçən Suriya hökuməti-PYD əməkdaşlığı İŞİD-in Kobaniyə hücumuyla başlayan PYD – ABŞ yaxınlaşmasından sonra əsl xəyal qırıqlığı yaratdı. Bu hadisə Suriya hökumətinin sərt reaksiyasına səbəb oldu. Suriya rəsmiləri bir neçə dəfə narahatlıqlarını dilə gətirərək PYD-ni ABŞ ilə əlaqələrini kəsməyə çağırdı”. Generalın bildirdiyinə görə, Hələbin azad olunmasından sonra yaranmış yeni situasiya Suriya hakimiyyətini fürsətdən yararlanaraq, ABŞ-la əməkdaşlığa həvəslənən və yeni ərazilər ələ keçirən PYD ilə bağlı siyasətinə yenidən baxmağa vadar edir. Rəsmi Dəməşq indi PYD-nin həmin əraziləri tərk etməsini istəyir.Tərk edilməsi tələb olunan ilk ərazi isə Hələbin Şeyx Məqsud məhəlləsidir. Dəməşqin bu tələbi Suriyada getdikcə təklənən kürd separatçılarının qarşılaşdığı ilk acı sürpriz də deyil. Bundan bir müddət əvvəl Suriyanın şimalına hərbi müdaxilə etmək istəyən Türkiyənin israrlı mövqeyini dəyişdirə bilməyən Vaşinqton da çətin seçim qarşısında PYD-ni dəstəkləməkdən vaz keçmişdi. Separatçılar bundan sonra özlərini Dəməşqə şirin salmaq üçün Bəşər Əsədə üz tutmuş, Türkiyədənsə onu əl-Babı almağa çağırmışdılar. Bu zamana qədər PYD-nin “şirin” çağırışlarına cavab verməyən Suriya ordusu generalının son açıqlaması isə əsl “soyuq duş”a bənzəyir. Qeyd edək ki, bundan əvvəl Suriya lideri də bənzər açıqlamalarla gündəmi silkələmişdi. İki həftə öncə “əl-Vətəni” qəzetinə müsahibə verən Bəşər Əsəd demişdi: "PYD dövlətin yoxluğundan faydalanaraq, yeni siyasi-inzibati strukturlar meydana gətirir və federalizmdən bəhs edir… Bunlar müvəqqəti strukturlardır". Həmin açıqlamadan bir müddət sonra yenə “Rudaw” xəbər agentliyi məlumat yaymışdı ki, Bəşər Əsəd Hələbi tərk etməsi üçün PYD-yə bu ayın sonuna qədər vaxt verib. Qeyd edək ki, PYD Türkiyənin də ərazilərinə iddia edən PKK-nın Suriya qanadıdır. Türkiyə, İran və Rusiyanın bir müddət əvvəl keçirilən Moskva görüşündə ortaq məxrəcə gəlməsindən, yayımlanan müştərək bəyannamədə Suriyanın ərazi bütövlüyünü və Əsəd rejiminin legitimliyini tanımasından sonra rəsmi Dəməşqin bu mövqe sərgiləməsi təsadüfi deyil.

28 Dekabr 2016 19:06

2002-ci ildə Putini Bakıda kim öldürmək istəyib?:Qobustanda yatan terrorçunun bombası MTN-ni heyrətləndirmişdi -VİDEO

putin-heyder

  Rusiyanın “5-ci kanal”ında yayımlanan Andrey Karaulovun müəllifi olduğu “Həqiqət anı” verilişində Rusiya Prezidenti Vladimir Putinə qarşı sui-qəsdlərə yer ayrılıb. Dekabrın 12-də yayımlanan proqramda verilişin aparıcısı indiyə qədər Kremlin sahibinə rəsmi olaraq 6 dəfə sui-qəsdin təşkil olunduğunu söyləyib. Sui-qəsd yerlərindən biri kimi Bakı göstərilib.  (axar.az) Verilişin Putinə qarşı Bakı sui-qəsdi barədə hissəsində Azərbaycanın ümummilli lideri Heydər Əliyevin (Karaulov Heydər Əliyevi “Azərbaycanın əfsanəvi prezidenti” olaraq təqdim edir) Rusiya mətbuatına verdiyi açıqlama da yer alıb. Müsahibədə Prezident Əliyev Putinə sui-qəsdə qarşı lazımi tədbirlərin görüldüyünü bildirib: “Biz istəmirdik özümüzü reklam edək, ona görə də danışmırdıq. Onsuz da FSB bilirdi. Putinin Bakıya uçuşundan əvvəl onlar bilirdilər ki, biz tədbirlər görürük. Bizim nazir dedi ki, terrorun həyata keçirilməsinin qarşısını almaq üçün hansı işlər görülüb”. Verilişdə həmçinin o dövrdə Milli Təhlükəsizlik Nazirliyinə rəhbərlik edən Namiq Abbasovun 2003-ci ildə verdiyi müsahibə də yayımlanıb. Abbasov çıxışı zamanı Putinə qarşı sui-qəsdi planlaşdıran terrorçu haqqında məlumat verib: “Bu, Milli Təhlükəsizlik Nazirliyinin builki fəaliyyətində ən gərgin iş idi. Bu şəxs İraq vətəndaşı Kənan Əhməd Rüstəmdir. O, həm Əbdürrəhman Buxari, həm Əbusəid Kürdi, həm də Kənan Əhmədoviç Maqomedov idi. Bu ləqəblərlə o, terrorçular dünyasında məşhur idi. Bu şəxs Əfqanıstan və Çeçenistanda təlim keçmişdi. O, çeçenlərlə bir yerdə vuruşmuşdu. Dəqiq demək mümkün deyil ki, o, nə zaman Putinə qarşı sui-qəsd planını hazırlayıb. Bu şəxsdə çoxlu sayda partlayıcı maddələr vardı. Bu, çətin sistem idi. İndiyə qədər bizim mütəxəssislər əldə hazırlanan partlayıcı qurğular arasında beləsini görməmişdilər. Sözügedən şəxs bombanı yerləşdirərək onu telefon vasitəsilə partlatmağı planlaşdırırdı. O, Putini məhz Bakı səfəri zamanı qətlə yetirmək istəyirdi”. Karaulov verilişdə Rüstəmin indiyə qədər Azərbaycanda, Bakının 42 kilometrliyində yerləşən həbsxanalardan birində saxlanıldığını da açıqlayıb.   https://youtu.be/thvFvfFNK6E

27 Dekabr 2016 17:18

Məşhur Rusiya alimi:“Bizim aviasiya sənayemiz birdəfəlik məhv olub”

estakada

“Bizim aviasiya sənayemiz birdəfəlik məhv olub. Təəssüf ki, bunu geri qaytarmaq artıq mümkün deyil”. Bu sözləri görkəmli rus alimi, Rusiya Elmlər Akademiyasının akademiki, Moskva Aviasiya İnstitutunun sabiq rektoru, aerodinamika kafedrasının müdiri, “yer-hava” tipli raketlərin yaradılması üzrə ən böyük mütəxəssis Yuri Alekseyeviç Rıjov “Moskovskiy Komsomolets” qəzetinə müsahibəsində deyib. Alimin sözlərinə görə, belə ağır vəziyyətdən çıxış yolu da yoxdur. Rıjov qeyd edib ki, SSRİ-də texnologiya sahəsi hələ 70-ci illərdən geri qalmağa başlamışdı. Alimin “bu geri qalmanın səbəbi nə idi?” sualına cavabı maraqlı olub: “Birincisi ona görə ki, biz “düşmən” elmi saydığımız kibernetikanı lazımınca qiymətləndirə bilmədik. Ona görə də, biz informasiya sistemləri üçün vacib olan mikroelektronika sahəsində çox geri qaldıq. 1950-ci illərdə ölkədə yalnız iki BESM-6 (Böyük elektron hesablayıcı maşın) var idi. Onlar da istisnasız olaraq nüvə hesablamaları üzrə yüklənmişdi. Bu maşınlar lampa sistemi ilə çalışırdı. Yarımkeçirici sisteminə keçdikdə isə  artıq addım-addım deqradasiya etməyə başladq. Baxmayaraq ki, bizim akademik, Nobel mükafatı laureatı Jores Alferov dünyada yarımkeçiriclərin inkişafı üzrə araşdırmaların önündə gedirdi”. Akademik Rusiyanın yeni nəsil hava maşını olan “Superjet” təyyarələri barədə də bədbin danışıb. Onun sözlərinə görə, bu təyyarələrin layihəsi hələ 80-ci illərdə hazırlanıb: “Mən bu təyyarələri ilk dəfə görəndə soruşdum: “Bu orta magistrallı laynerdi? –“Bəli” dedilər. “Bu istənilən az-çox normal olan hava limanına enə bilər?”- “Bəli” dedilər.  “Elə isə cihazların aşağı kənar hissələri eniş zolağının 50 sm-liyində yerləşirsə mühərriki qanadın altından asmaq olmaz. Zərblə yerə dəyəcək… Ona görə də bu təyyarə yalnız əla uçuş- enmə zolağı olan hava limanları üçün yararlıdır. “Superjet” texnologiyada da çox geridə qalıb. Digər tərəfdən onun bütün komplektləri xaricdən gətirilir. Mühərrikdən tutmuş elektrotexnikaya qədər…” Akademikin sözlərinə görə, bağlanmış sazişə əsasən 2-3 il ərzində 100 “Superjet” hazırlanmalıdır: “Sənayemizin bu günkü vəziyyəti bundan tez eləməyə imkan vermir. Amma unutmaq olmaz ki, laynerin xarici rəqibləri də var. Hökmən deyil ki, bu Amerika və ya Avropa olsun. Braziliya və Kanada zavodları da var. O şirkətlər ildə 100-lərə təyyarə istehsal edir. Onlar üçün dünyada növbələr var. Mən hələ uzaq magistrallı təyyarələr hazırlayan “Boinq” və “Erbas”dan danışmıram. Bu şirkətlər ildə 300 təyyarə “ştamp”layırlar. Bundan sonra bizim yazıq “Superjet”in hansı şansları qalır?” Akademik qeyd edib ki, xaricdə oxuyan rus tələbələrini ölkəyə qayıtmamağa çağırır:“Ölkə dəhşətli iflasın astanasındadır. Elə-belə sadəcə bundan can qurtarmaq mümkün olmayacaq”. Akademik qeyd edib ki, Rusiyada sistem böhranına hazır olmaq lazımdır: “Son 100 ildə iki dəfə belə böhran baş verib. Birinci sistem böhranı imperator 3- cü Aleksandrın dövründən yığılmağa başlamışdı. Çarın “qaykaları bərkitməsi” orduda böhrana gətirdi. “Hansısa Yaponiyaya” uduzmaq isə elitada və xalda ciddi etiraz yaratdı. 2-ci Nikolyaın vaxtında isə imperiya dağıldı. Yeni dövlət yarandı. İkinci böhran isə 1991-ci ildə iqtisadi kollapsdan sonra baş verdi”.

26 Dekabr 2016 17:15

40 ildir müharibə gedən Əfqanıstan:Ruslar taliblərlə çoxbaşlı oyuna girişiblər – Təhlil

t-6

Ester Jan Le Figaro (Fransa), 26.12.2016 Zamir Kabulovun münasib adı və böyük xidməti siyahısı var. Diplomata çevrilmiş, KQB-nin Kabuldakı keçmiş agenti indi Vladimir Putinin özəl təmsilçisi olub. O, fəaliyyətdə olan bütün əsas şəxsləri tanıyır və bütün düşərgələri gəzir. 1995-ci ildə Qəndəharda Rusiya heyətinin azad edilməsi haqda taliblərlə məhz o, dil tapıb. Bu gün isə Moskvanın üsyançılarla yaxınlaşmasının rəmzinə dönür. Keçən il bildirib ki, İŞİD-in Orta Asiyaya yayılması təhlükəsi fonunda “taliblərin maraqları bizimki ilə üst-üstə düşür”. “İstəsək də, istəməsək də, onlar özlüyündə siyasi qüvvəni təmsil edirlər”, – deyə o, noyabrın 15-də Türkiyənin “Anadolu” agentliyinə bəyan edib. Viranə qalmış Əfqanıstan paytaxtının müdafiə divarları arxasında bu sual tez-tez səslənir: silahlı müxalifətə Rusiya dəstəyi nə qədər uzağa gedəcək? Belə çıxmırmı ki, bu ilin fevralında Əfqanıstan hökumətinə 10 min avtomat və döyüş sursatını səxavətlə verən Rusiya hökuməti eyni zamanda üsyançıları da təchiz edir? Buna çoxları inanır, lakin praktik olaraq sübutlar yoxdur. Əfqanıstan Milli təhlükəsizlik şurasının keçmiş üzvü Əli Məhəmməd Əli deyir: “Biz bilirik ki, ruslar və iranlılar 2016-cı ilin yanvarında Nanqahar əyalətində İŞİD-lə vuruşmuş taliblərə silah və taktiki məsləhətlərlə yardım ediblər. Bəzilərində olduqca çətinliklə əldə edilən "Draqunov" snayper tüfəngi olub”. Bundan başqa, Moskva və Tehranın 2015-ci ilin oktyabrında Qunduzun götürülməsi zamanı qiyamçıların bəzi komandirlərini şəhərə atmağından şübhələnirlər. “Raketlər, həqiqətən də, Tacikistandan gəlirdi, – məsləhətçi davam edir. – Lakin bunları qaçaqmalçılarmı qara bazara tədarük etmişdi, yoxsa birbaşa Düşənbə və Moskvanın razılığı ilə tədarük olunub?” "SZRK" Bütünlükdə Əfqanıstan üzrə bu və ya digər formada istənilən kalibrdə silah dolaşır. Artıq 40 ildən çox müddətdə müharibə gedən, dəlmə-deşik sərhədli bu ölkədə çox adamlarda silah var. Kabullu keçmiş bir mücahiddə tam bir cəbbəxana var: 60-dan çox tüfəng, o cümlədən DST və AK-74. Bunların hamısı 1980-ci illərdə sovet əsgərlərindən alınıb. “Rus işğalı vaxtı MKİ-dən mücahidlərə "Stinger" tədarükü müharibənin gedişatını dəyişmək imkanı verib, – o deyir. – Əgər ruslar taliblərə SZRK versələr, hər şey dəyişəcək. Məndəki məlumatlara görə, dörd kompleks ötürülüb, onların ikisindən isə artıq atəş açılıb”. Bu cür açıqlamalara ehtiyatla yanaşmaq lazım gəlir. Üsyançılara yaxın digər qaynaq da Paktiya və Qəndəharda hava hücumuna qarşı raketlərin “sınağından” danışır. Lakin taliblərə yalan məlumatlar yaymaq xasdır. Və onlar, yəqin ki, SZRK əldə etməyə fəal şəkildə səy göstərib Moskvadan bu xahişi aşkar şəkildə etsələr də, bu cür silahın artıq onlarda olması ehtimalı azdır. Avropanın Kabulda çalışan təmsilçisi kinayə ilə deyir: “Əmirliklərdən və yaxud Türkiyədən ölkəyə artıq heç bir reys uçmur”. Əfqanıstan kəşfiyyatının yüksəkçinli təmsilçisi əlavə edir: “Ruslar ikibaşlı oyun aparırlar, amma bu cür riskə getməzlər”. Yeni ox Rusiya Orta Asiya bazarlaırndakı mövqeyini möhkəmlətməyə cəhd edir, NATO-nun Əfqanıstandakı fəaliyyətinin nəticələrini tənqid edir və əmindir ki, İŞİD onu yaradan ABŞ-ın sabitsizləşdirmə alətidir. Buna görə də Moskva fəal şəkildə manevr edir. Rusiya hökuməti İŞİD-ə qarşı vuruşan taliblərlə məlumat mübadiləsi aparır, lakin “təmaslarımız Rusiya missiyaları və vətəndaşlarının təhlükəsizliyinin təminatına yönəlib, – Kabulov inandırır. – Bundan başqa, talibləri müharibəyə son qoymağa çağırırıq”. Dekabrda Moskvada Rusiya, Pakistan və Çin təmsilçilərinin iştirakı ilə Əfqanıstan üzrə üçtərəfli görüş baş tutmalıdır. Bütün bunlar ABŞ-ın yeni prezidentinin vəzifəyə başlamas fonunda yeni oxun formalaşması gözləntisi haqda mülahizləri qidalandırır. Taliblərin özlərini adlandırdığı kimi, “Əmirlik” bölgə oyunçularının münaqişəyə qatılmasından ancaq uda bilər. O, artıq Orta Asiyanın bir sıra ölkələrində, o cümlədən Tacikistanda nümayəndəlik açıb. Onun təmsilçiləri iyulda Çində olublar. Onun rəhbərliyi qarşısında üç vəzifə durur: pakistanlı qəyyumlardan uzaqlaşmaq, siyasi legitimliyi möhkəmləndirmək və yeni maliyyə qaynaqları tapmaq. Molla Ömərin varisi Molla Mənsur öz vaxtında bu cür geniş diplomatiyaya başlamışdı. Avropalı diplomatik qaynaq qeyd edir: “Bu, onun amerikalılar tərəfindən aradan qaldırılmasında öz rolunu oynadı. Sadəcə, taliblər başqadır, iranlılar və ruslarla əlaqədə olan taliblər isə tam başqa bir məsələdir”. İstənilən halda Zamir Kabulov hələlik başladığı işi dayandırmağa hazırlaşmır. Tərcümə Strateq.az-ındır.

26 Dekabr 2016 10:07

Türk politoloq:“Türkiyə Əsəddən əl çəkməli və Suriya ilə əməkdaşlığa başlamalıdır” – Təhlil

estakada

Türkiyə zirehli texnikası Suriya sərhədində © AFP 2016, Bulent Kilic   Birgün (Türkiyə), 23.12.2016   Ədalət və İnkişaf Partiyasının (ƏİP) İŞİD-ə qarşı mübarzə əsasında başladığı “Fərat qalxanı” əməliyyatı çərçivəsində keçən gün daha 14 hərbçi həlak olub. Beləliklə, əməliyyatın 120 günü ərzində həlak olanların sayı 35 nəfər təşkil edib. Bu arada ƏİP Suriya ərazisi üzrə “irəliləmək”də israr edir. Dekabrın 21-də Əl-Bab rayonunda İŞİD-in hücumu nəticəsində yaranmış toqquşmaların gedişində 14 türk hərbçisi həlak olub, 33 nəfər yaralanıb. Hərbi qaynaqlar bildirir ki, Türkiyə HHQ təyyarələri səhər saatlarında İŞİD-in əsasən Əl-Bab rayonundakı mövqe və sığınacaqlarına ümumilikdə 24 hədəfə zərbə endirib. Axşamüstü isə vurulmuş hədəflərin sayı 67-ə çatıb. Xəbər verilir ki, İŞİD yaraqlıları uzun müddət döyüş sursatlarının saxlanması üçün istifadə edilən və o cümlədən Türkiyə hərbçilərinin yerləşdiyi səhra hospitalına hücum edib. Burada dörd hərbçi həlak olub. Axşam saatlarında isə bildirilib ki, İŞİD-in kamikadze terrorçuları bu rayonda üç müxtəlif hücum həyata keçiriblər.   Sərhəddə həyəcan   Digər tərəfdən, qeyd olunur ki, bölgəyə qar düşməsi üzündən nəqliyyat yolları ilə bağlı problemlər meydana çıxıb. Kilis və Qaziantəp xəstəxanaları yüksək hazırlıq vəziyyətindədir. Həlak olmuş hərbçilərin Qaziantəp məhkəmə institutuna göndərmək üçün sərhəddə təcili yardım maşınları və helikopterlər cəmlənib. Həmçinin müalicə ehtiyacı olan hərbçilər Türkiyəyə çatdırılıb. Döyüşlər davam edir.   “Nəzarət təmin olunub”   Türkiyə SQ-nin səhər bəyanatında bildirilib ki, Əl-Bab-Hələb yolu üzərində tam nəzarət təmuin olunub, üç hərbçi həlak olub, 11-i yaralanıb. Bir qədər sonra verilmiş ikinci bəyanatda isə xəbər verilib ki, həlak olanalrın sayı dördə, yaralıların sayı 15-ə çatıb. Axşam məlumatında deyilib: “Günün ikinci yarısında kamikadze terrorçuların minalanmış avtomobillərlə hücumu nəticəsində üç müxtəlif rayonda Türkiyə SQ-dən on döyüş yoldaşımız həlak olub, 18-i yaralanıb. İlk dəyərləndirməyə görə, onlardan altısı ağır yaralıdır”. Həmçinin məlumat verilib ki, 138 yaraqlı “zərərsizləşdirilib”. Türkiyə SQ-də hərbi təyyarələr, “Tufan” haubitsaları və artilleriyadan istifadə ilə İŞİD mövqelərinin bombardmanının davam etdiyini bildirib qeyd ediblər: “Əl-Bab-Hələb yolu üzərində tam nəzarət təmin olunub. Əl-bab rayonunda İŞİD-ə məxsus olduğu müəyyənləşdirilmiş obyektlər müntəzəm atəş altındadır. İndiki ana ZSQ-23 qurğusu ilə təchiz edilmiş pikap tipli üç avtomobil, ağır pulemyotlu 3 avtomobil, DŞK-lı pikap tipli iki avtomobil məhv edilib. HHQ-mizə məxsus hərbi təyyarələrin həyata keçirdiyi hava hücumları nəticəsində 67 hədəf vurularaq məhv edilib; bundan başqa, atəş dəstəyi vasitələrimizin tətbiqi ilə İŞİD-in xeyli obeykti neytrallaşdırılıb. Atəş və döyüş toqquşmaları nəticəsində İŞİD-in 138 terrorçusu zərərsizləşdirilib”.   35 hərbçi həlak olub   Avqustun 24-də başlanmış “Fərat qalxanı” əməliyyatında indiki anda həlak olmuş türk hərbçilərinin sayı 35-ə çatıb. Suriyada irəliləmək üzrə addımbaşı öz səylərini səsləndirən prezident Ərdoğan deyib ki, Əl-Bab İŞİD-dən təmziləndikdən sonra Türkiyə SQ Xalq özünü müdafiə dəstələrinin nəzarətində olan Minbicə və İŞİD-in paytaxt elan etdiyi Rakkaya yollanacaq.   “Əsədə mübtəlalıq bitməlidir”   Atılım universitetinin beynəlxalq münasibətlər şöbəsinin müəllimi, professor Həsən Unal Əl-babdakı son hadisələri “Birgün”ə şərh edərkən bildirib: “Türkiyənin Əl-Baba münasibətdə siyasətində əməliyyatın keçirilməsində Suriya ilə əməkdaşlıq etmədiyini qınayıram. Əsədə mübtəlalıq davam edəcəksə, Türkiyənin xarici siyasətinə heç bir səmərə gətirməyəcək”. Unal həmçinin sıradakını qeyd edib: “Düşünmürəm ki, Əl-Babda Türkiyəyə çətindir. Çünki Rusiya ilə birgə fəaliyyət göstərilir. Əsədin ünvanına tənqidin səslənməsində Rusiyanın da xatırladılması Türkiyə-Rusiya münasibətlərinə ziyan vura bilər. Lakin səfirin öldürüldüyünə baxmayaraq, hələlik bu durum münasibətlərə ziyan vurmayıb. Ola bilsin, İŞİD-in bu bölgədəki missiyası tezliklə başa çatacaq. O zaman sual doğur: İŞİD yaraqlıları hara yollanacaq? Hələbdən təxliyə gedir, bu, “ən-Nusra” yaraqlılarına da aiddir. Onlar hara gedəcəklər, nə edəcəklər? Əməliyyatın birinci məqsədi İŞİD-in axırına çıxmaq idi. İkincisi “Demokratik Birlik” partiyasına İŞİD-dən təmzilənmiş əraziləri tutmağa imkan verməmək idi. İndiki anda bu iki məqsədə nail olunub. Lakin minuslar da var – bu, Suriya ilə əməkdaşlığın olmamasıdır. Ola bilsin, bu, dolaysı ilə, Rusiyanın vasitəçiliyi ilə baş verir. Lakin mənim baxışımca, birbaşa əməkdaşlıq etməyə heç bir əngəl yoxdur. Hökumət isə, görünür, buna hələ uzun müddət müqavimət göstərəcək. Bunun nəticələri səfirin qətli, mətbuatın natəmziliynə qədər gedib çıxır”.

23 Dekabr 2016 16:56

“Böyük Yaxın Şərq üçlüyü” –Rusiya-Türkiyə-İran Suriya meydanında nəyə nail olacaq? – Təhlil

rti

Pyotr Akopov vz.ru, 21.12.2016 Rusiya, Türkiyə və İran müdafiə və xarici işlər nazirlərinin Moskva görüşü Suriya nizamlaması üçün önəminə görə Hələbin qaytarılması ilə eyni səviyyədədir. Yeni üçbucaq əlaqəli fəaliyyət göstərsə, onda barışığa məcbcur etmək az vaxt aparacaq. Moskva, Ankara və Tehran hansı şərtlərlə sazişə gələ bilərdi? Xarici işlər nazirimiz Lavrov İran və Türkiyə XİN və MN başçılarının Moskva səfərinin yekunları barədə deyib ki, Suriya böhranının həlli üçün ən uğurlu format Türkiyə-Rusiya-İran üçlüyü formatıdır: “Rusiya “üçlüyün” tam gücüylə işə başlaması üçün hər şeyi edəcək. Biz müxalifətlə rejim arasında imzalanacaq sazişə zamin olmağa hazırıq”. Üç ölkə XİN başçılarının qəbul etdiyi birgə bəyanat heç bir qalmaqalı ehtiva etmir. O, “Suriya münaqişəsinin dayandırılması məqsədilə siyasi prosesin canlandırılmasına yönələn uzlaşdırılmış tədbirlərə həsr edilib və başlıcası beşinci olan səkkiz bənddən ibarətdir”. Sənəddə deyilir: “İran, Rusiya və Türkiyə Suriya hökuməti ilə müxalifət arasında gələcək sazişin hazırlanmasına şərait yaratmaq və zamin olmağa hazır olduğunu ifadə edir. Onlar “yerdəki” şəraitə təsirə malik olan başqa ölkələri də bu qaydada hərəkət etməyə çağırırlar”. Yəni üç ölkə Suriya hökuməti və müxalifətinə Suriya müharibəsinin nizamlanması haqda sazişə riayət edilməsinə birgə zəmanət verməyə hazır olduğunu bəyan edir. Suriyaarası danışıqlar üçün meydança qismində Astana təklif olunur. Moskva danışıqlarının əsas qalmaqalı da bundadır: üç ölkənin Suriya üzrə birgə fəaliyyəti üçün gerçək imkanın meydana çıxmasında. ABŞ, Səudiyyə Ərəbistanı, Böyük Britaniya, AB və Körfəz ölkələrinin danışıqlardan sanki sıxışdırlması da mühümdür, amma əslində, ikinci dərəcəlidir. Aydındır ki, Qazaxıstanda danışıqların müvəffəqiyyəti üçün Suriya dramının açar ölkələrinin hamısının, yəni həm amerikalılar, həm də səudların iştirakı lazımdır. Lakin onlar ilk dəfə aparıcı deyil, xəbərdar olacaq. Yəni nizamlamanın moderatorları Rusiya, İran və Türkiyə daxil olmaqla “böyük Yaxın Şərq üçlüyü” olur. Onlar hazırda fakt üzrə məsələlərin durumuna ən böyük təsirə malikdir – hər üç ölkə Suriya ərazisində vuruşur. Rusiya və İran Əsəd hökumətinin müttəfiqi, türklər isə antiəsəd üsyançıalrın bir hissəsini müttəfiqi və kürdlərin düşməni kimi. Putin, Ərdoğan və Xamenei Suriya üzrə ümumi dil tapırlarsa, onda bu faktın özü Suriya nizamlanmasının dörddə üçünə yol açır. Problemin qalan hissəsinin həlli ABŞ və Səudiyyə Ərəbistanından asılıdır, lakin İran, Rusiya və Türkiyənin “dilbirliyi” halında amerikalılar və səudlar heç harada gizlənə bilməyəcək. Baş vermiş hadisə iki məsələnin sayəsində mümkün olub: Rusiyanın Suriyada uğurlu əməliyyatı və Türkiyənin mövqeyinin dəyişilməsi. Qərb Ərdoğanı məyus edib. Əvvəlcə ABŞ-ın Suriya müharibəsindəm kürd kartıyla oyandığına əmin olanda, sonra Rusiyanın HKQ bölgəyə gələndə, axırda isə bu yaxınlardakı çevriliş cəhdində. Ərdoğan qiyam boğulduqdan sonra artıq iyulda bildirdi ki, “İran və Rusiya ilə əməkdaşlıqla bölgə problemlərini əl-ələ həll etməyə və barışıq və sabitliyin bölgəyə dönməsində səylətri xeyli gücləndirməyə köklənib”. Durumla bağlı üçbucaq yaratmaq niyyəti haqda siqnal da elə bu idi. Moskvada baş tutan görüş isə bunun gerçək mexanizmə çevrilməsi üçün artıq ilk ciddi addım olub. Bu saziş ölkənin bölünməsini ifadə etməyəcək – gerçəklikdə, nə Ankara, nə Tehran bunda maraqlıdır və bu, artıq xüsusən Moskvaya da lazım deyil. Yəni “Suriyanı “geri yığmaq” qərarı qəbul edilməsəydi, Türkiyə onun şimal rayonlarını sevinə-sevinə özünə götürərdi. Lakin ağıllı adamların hamsı başa düşür ki, Suriyanın ləğv edilməsi bütün Yaxın Şərqdə elə bir “domino effekti”ni işə salacaq ki, bölgə dövlətlərindən heç biri uduşda qalmayacaq. Üçlü sazişin gerçəkləşməsi yolunda hansı təhlükələr var? Rusiya-Türkiyə münasibətlərində son 13 ayda baş vermiş iki fövqəladə hadisəyə (Su-24-ün vurulması və səfirin öldürülməsi) baxmayaraq, üçbucağın ən zəif yeri o biri tərəfidir. Bu, Türkiyə-İran münasibətləridir. Hər iki tərəf Suriya müharibəsində cəbhə xəttinin müxtəlif tərəflərində idi. Bundan başqa, iki hətta dövlət deyil, sivilizasiyanın çoxəsrlik rəqabət təcrübəsi var və indi dörd ən güclü bölgə dövlətindən (hələ Səudiyyə Ərəbistanı və Misir də var) ikisi olmaqla bir-birnə zidd xeyli maraqları var. Bundan başqa, Türkiyə ərslərlə farslarla ziddiyyəti və qarşılıqlı fəaliyyəti olan bütün ərəb dünyasının daim sahibi olub və hazırda ərəb ölkələrinin qeyri-formal lideri roluna iddia edir. İran isə əsas şiə dövləti kimi təkcə dünyanın bütün şiələri arasında liderlik roluna deyil, həm də bütün islam dünyasına müəyyən təsirə iddialıdır. Ərdoğan “Müslman qardaşlar”a – sünni aləmindəki populyar və ərəb ölkələrindəki rejimlərin yetərincə müsəlmansayağı olmadığı tənqidilə çıxış edən siyasi hərəkata yaxındır – eyni zamanda dövlətlərin tam dinləşdirilməsi uğrunda çıxış etmir, sadəcə Türkiyəyə islam eyniyyətini qaytarmaq istəyir. İran isə bütün müsəlmanlara özünün fəaliyyətdə olan, hökumətin üləmaların, yəni müsəlman alimlərinin nəzarətində olduğu dövlətçilik modelini təklif edir. Lakin hər iki modelin ümimi əleyhdarı – “xilafət”, yəni bütün müsəlmanların antiqərb, antişiə və antisekulyar şüar altında birləşməsi uğrunda çıxış edən radikal sünnilər var. Aydındır ki, “xilafət” nə İran mollaları, nə də Ərdoğan üçün məqbuldur. Dağılmış və bölünmüş Suriya isə onun inkişafı üçün ən gözəl inkubator olaraq qalacaq. Bütünlükdə Türkiyə-İran ziddiyyətlərində həm obyektivi, həm də subyektivi var – hazırda ikincinin ləğvi və yaxud zəiflədilməsinə istinad Rusiya üçün əsas məsələdir. Buna nə şərait yaradır? Ərdoğanın Qərb və NATO-dan üz çevirməsi – bu onu atlantçıların prinsipial əleyhdarı İranla yaxınlaşdırır. İranın son illərdəki uğurları möhkəmləndirmək arzusu. Cənubi Livandan Suriya və Cənubi İraqa, yəni İran sərhədinədək bədnam “şiə qövsü”nün önəmi səudlar və İranın Qərb əleyhdarları tərəfindən həddindən artıq şişirdilir. Onu, az qala, ərəb dünyasının üzərindən asılmış hansısa bir qılınc kimi qələmə verirlər. Amma gerçəklikdə şiə azlıqlar orada əsrlərlə yaşayıb və tamamilə təbiidir ki, neft monarxiyaları, İsrail və Qərbin nifrət etdiyi İran öz həmməzhəblərini dəstəkləyir. Bununla belə, İran Suriyada əbədi döyüşməyi də istəmir, buna görə də, təbii ki, Əsəd hakimiyyətinin saxlanmasında maraqlıdır. Türkiyə üçün isə Əsədin prinsipial əhəmiyyəti yoxdur. Ərdoğan üçün güney sərhədi boyunca vahid kürd qurumunun yardılmasına yol verməmək daha önəmlidir. Bunu isə yalnız iki üsulla etmək olar – ya orada qoşun saxlayıb hərbi əməliyyatlar aparmaqla, ya da kürdlərin iddialarını Dəməşqin özünün qarşısını alacağı vahid və güclü Suriya dövlətini yenidən qurmaqla. Həm də aydındır ki, indi Suriyanın güclü rəhbəri roluna Əsəddən başqa heç bir namizəd yoxdur. Təbii ki, həm Qərbdə, həm də Körfəz monarxiyalarında Suriya münaqişəsi üzrə Türkiyə-İran yaxınlaşmasına mane olacaq xeyli qüvvə var. Ziddiyyətlərdən istifadə olunacaq, hər iki ölkənin ağrılı nöqtələrinə basılacaq. Təkcə Suriya münaqişəsinin yad ssenari ilə həlli imkanını pozmaqdan ötrü deyil, həm də Rusiyanın sonrakı güclənməyinə yol verməmək üçün. Ərdoğanın bu xarici təsirlərə qarşı nə qədər durmaq istək və bacarığını ən yaxın həftələr göstərəcək. Lakin hələlik görünür ki, Türkiyə prezidenti “üçlük birliyini” sadəcə məcburən deyil, həm də bilə-bilə seçib. Rusiya isə “üçlüyün” tam gücüylə işləməsi üçün hər şeyi etməkdə maraqlıdır. Axı onun biçimlənməsi ilə Suriya və deməli, bölgə, dünya işlərinə təsir üçün yeni və olduqca mühüm alət qazanırıq. Tərcümə Strateq.az-ındır.

22 Dekabr 2016 12:43

Rusiya eksperti:”Karlovu Rusiya və Türkiyəni vuruşdurmaq üçün öldürüblər” – Təhlil

5

Pyotr Akopov Vz.ru, 20.12.2016 “Biz qatili kimin yönəltdiyini bilməliyik”: Putinin bu sözləri Rusiyada hamının ümumi fikrin i ifadə edir. Rusiya səfirinin Türkiyədə öldürülməsi fövqəladə hadisədir, Rusiya diplomatiyasnın tarixində bu cür halları barmaqla saymaq olar. Lakin həm qətlin səbəbi, həm də qatillərin məqsədi artıq aydındır. Rusiya prezidenti Ankarada səfirimizin öldürülməsini bu cür xarakterizə edib: “Həyata keçirilmiş cinayət Türkiyə-Rusiya münasibətlərinin normallaşması və Suriyada sülh prosesinin pozulmasına yönəlmiş fitnəkarlıqdır”. Vladimir Putin deyib ki, qətlə terrorizmləö mübarizənin gücləndirilməsi ilə cavab vermək lazımdır və vəd edib ki, “banditlər bunu öz üzərlərində hiss edəcəklər”. Prezident həmçinin məlumat verib ki, müstəntiqlər qrupumuz Türkiyəyə yollanacaq və təhqiqatda iştirak edəcək – “biz qatilin əlini kimin yönəltdiyini bilməliyik”. Bununla belə, Karlovu kimin deyil, məhz nəyin öldürdüyünü artıq indidən demək mümkündür. Rusiyanın Türkiyə səfirini “nifrət atmosferi” öldürüb – Putinin Rusiya daxilindəki əleyhdarları bir neçə il qabaq bu cür ifadəni çox sevirdilər. Onlar prezidenti ittiham edirdilər ki, guya ölkədə “müxalifləri” öldürən atmosfer yaradır. Lakin Putin ancaq ölkəyə və adamlara kömək edib ki, öz qüvvələrinə inam, özünə hörmət qazansınlar, güclü olsunlar. Bu isə avtomatik şəkildə buna səbəb olurdu ki, russayağı hər şeyin “məhvediciləri” havasız fəzaya düşür, xalqın onlara bəslədiyi nifrətdən boğulmağa başlayırdılar. Karlovun qətlində də Putin “günahkardır” – çünki Rusiyanın həm bütünlükdə dünyada, həm də Yaxın Şərqdə mövqelərinin güclənməsi üçün bütün səyləri göstərir. Rusiya isə nə qədər güclüdürsə, “dünya düzəni”nin ağalarına bir o qədər mane olur.Krımın ardınca Suriya əməliyyatı Rusiyanın keçərək dünyada qarşılıqlı mübarizə aparan bütün əsas qüvvələrin diqqət mərkəzində göründüyü Rubikon olub. Və ölkəmizdən “şər imperiyası”, Putindən isə “yeni Hitler” yapmağa başlayıblar. Qərb KİV-ləri Rusiyanı sülhə baş təhlükə və təcavüzkar kimi təsvir edir, eyni zamanda həm Avropanı, həm də Asiyanı bizimlə qorxudur. Xüsusən də islam dünyasını – budur, sanki Rusiya Suriyada müəslmanları qırır, günahsız qadın və uşaqları bombalayır, biabırçılıq, dəhşətdir. Qərbin qaladığı cəhənnəm alovunu indi Rusiyanın heç olmasa azaltmağa cəhd etdiyi rusofoblardan heç birini həyəcanlandırmır. Qərb artıq əsrlər boyu İslamdaxili zidiyyətlərlə oynayaraq eyni zamanda həm şübhəni özündən kənarlaşdırmağa, həm də Rusiyanın islam dünyasında mövqeyinin güclənməsinə mane olmağa çalışır. Rusiyaya “nifrət atmosferi” geopolitik mübarizənin önəmli alətidir. Və gördüyümüz kimi, bu atmosfer, doğrudan da, öldürür və dekabrın 19-da Karlov onun qurbanı olub. Çox ehtimal ki, 22 yaşlı polis Mövlud Mert Altıntaş səfirimizi öldürməklə “müsəlman qardaşlar”a aid deyil, gülənçi və ipi Türkiyə sərhədlərindən kənara, yalana və yaxud kəşfiyyata uzanan böyük, gizli sui-qəsdin tərkib hissəsi idi. Düzdür, bunu hələ sübut etmək lazımdır. Lakin sanballı sübutlar dərhal tapılmasa da, “kimə sərfəlidir” prinsipini heç kim ləğv etməyib. Həm də Altıntaşın motivləri içində tam dəqiq olanı, onun qışqırdığı kimi, Hələbdə “günahsız adamları öldürən” Rusiyadan qisas almaq arzusu idi. Yəni Altıntaş Rusiyada cəhənnəm bədheybəti, müsəlmanların düşmənini görüb – o, ölkəmizə nisbətdə yaradılmış “nifrət atmosferi”nin özündə yaşayıb. Və “cinayətkarları cəzalandırmaq” üçün səfir Andrey Karlovu qətlə yetirməyi kəsdirib. Bu qətldə Türkiyə hökuməti, prezident Ərdoğan günahkardırmı? Bir il ərzində “arxadan ikinci zərbə” – iki ölkənin münasibətləri üçün həddindən çox deyilmi? Əgər Putin “Su-24” və öldürülmüş Oleq Peşkova görə üzr üstəməyi səkkiz ay gözlədisə, onda əvvəllər praktik olaraq müharibə elan edilməsinə bərabər tutulan səfirin qətli haqda nə demək olar? Yox, səfirimizi Ərdoğan öldürməyib, Rusiyanı biabır etməyə tonu isə Türkiyə KİV-lərindən də çox Qərb və onlara züy tutan müsəlman KİV-ləri verir. Əksinə, Türkiyə həqiqətən də son aylarda Rusiya ilə birgə Suriya probleminin həllini tapmağa çalışır və Hələbdən sonra buna yol asanlaşıb. Karlovu Türkiyə ilə Rusiyanı vuruşdurmaq, Suriya nizamlamasını pozmaq üçün iki ölkəni bir-birinin üstünmə salmaqdan ötrü ölüdürüblər. Səfiri nişan alıblar ki, Putinlə Ərdoğanın münasibətini öldürsünlər. Lakin təkrar edirəm, Altıntaşın hərəkətinin arxasında həm kürəsəl sui-qəsd, həm də “sadəcə” Rusiyadan qisas almaq istəyən islamçı qruplardan birinin lokal fəaliyyəti dura bilərdi. Lakin indi həm qətlin arxasında kimin durduğu, həm də bunun nəticələrindən necə istifadə ediləcəyi mühümdür. Teraktın arxasında kimin durduğunun aydınlaşdırılması uzun çəkəcək, amma, bax, onu nəticələrinə artıq indi reaksiya vermək lazımdır. Rusiya nə edəcək? Getdiyi kursla da getməyi davam etdirmək: xüsusən də məsələni Suriya müharibəsinin bitməsinə aparmağı. Rusiya, Türkiyə və İranın birinci raundu ərəfəsində Kalovun öldürüldüyü üçtərəfli danışıqları Suriya nizamlanması səmtində ciddi addım olacaq. Tehran və Moskva Suriyada müttəfiqdir. “Xilafət” və kürd probleminin həllində Türkiyə ilə sazişə gəlmək mümkün olsa, onda “barışığa məcbur etmək” cəmi bir neçə ay çəkər. Karlovun qətlində gülənçilərin və onlar vasitəsilə Qərb xüsusi xidmətlərinin əlinin olmasının tamamilə mümkünlüyü Rusiya geopolitik strategiyasında heç nəyi dəyişdirmir. “Bizə müharibə elan ediblər!” – bəli, amma, bax, Karlovun qətlə yetirilməsi ilə deyil, xeyli əvvəldən. Və bu müharibəni bizə ABŞ deyil, xeyli dərəcədə güclü qüvvə elan edib. Və “qəribə” təsadüf üzündən bu qüvvə üçün indi əsas problemi Rusiya deyil, məhz Donalad Tramp təmsil edir. Sabah Trampı öldürsələr, yenə də ABŞ-ı ittiham edəcəyik? Yeri gəlmişkən, həm Ərdoğanı, həm Putini, həm də Trampı bu birləşdirir ki, onlar millətüstü kürəsəl elitanı qətiyyən qane etmirlər.

20 Dekabr 2016 13:31

Dünya mətbuatı səfirin qətlindən yazır –Fərqli proqnozlar

ags

Ankarada baş verən sui-qəsddən sonra yenidən gözlər rəsmi Moskva və Ankaraya yönəlib. Təyyarənin vurulmasından sonra iki ölkə arasında gərginlik hələ təzə-təzə aradan qalxdığı bir zamanda baş verən hadisəyə ölkə başçılarının verəcəyi qərar maraqla gözlənilirdi. Ancaq liderlərin hardasa eyni dəqiqələrdə iki ölkə arasındakı münasibətlərin pozulmayacağını bəyan etməsi yaranmış qorxunu az da olsa aradan qaldırdı. Bəs dünyada bununla bağlı hansı analiz və şərhlər verilib? “Times”da “Qatil səfiri öldürdükdən sonra “bu Hələb üçündür”-deyə qışdırdı” başlığı ilə yer alan məqalədə bu cinayətin Putinlə Ərdoğan arasındakı münasibətləri yenidən pozacağı vurğulanıb: “Sərgidə bir səfirin öldürülməsi İraqdakı vətəndaş müharibəsi, 1 milyon mühacirin Ağ dənizə köçməsi, Parisdəki qətliamla müqayisədə kiçik bir hadisə kimi görünə bilər. Ancaq bunun ciddi nəticələrinin olması gözlənilir. Əsrlərdir Qərbi Asiyada gücə sahib olmaq üçün vuruşan 3 böyük ölkə – Rusiya, Türkiyə və İran rəsmiləri bugünkü görüşündə müəyyən razılıq əldə edə və Suriyanın açdığı yaraları sağalda bilərdi. Ancaq bu həm də ABŞ-ın Yaxın Şərqdəki nüfuzunun dramatik bir şəkildə azalması deməkdir”. Bu dəfə yaranın sağalmasının vaxt alacağını yazan qəzet daha sonra qatilin polis olmasının vəziyyəti daha da qəlizləşdirdiyini bildirib: “Qatilin səsləndirdiyi şüar onun ya cihadçı, ya da Gülən hərəkatının üzvü olduğuna işarə edir. ABŞ-a olan güvənsizlik iki ölkə arasındakı çatların üstünü örtə bilər, ancaq bu, o qədər də uzun çəkməz. Çünki həm Putin, həm də Ərdoğan Yaxın Şərqə güc üçün girişib və birinin sünniləri, digərinin isə şiələri dəstəkləməsi yaraların sağalmasına mane olur”. “Guardian”da isə məsələyə tam fərqli münasibət bildirilib. Qəzetin dünya xəbərlərinin redaktoru Julian Borger hazırladığı analizdə həmkarlarından fərqli olaraq bu cinayətin Ankara ilə Moskvanı daha da yaxınlaşdıracağını bildirib. Yazıda o da qeyd olunub ki, hər iki ölkə yaşanmış hadisənin Qərbin onları yenidən düşmən etmək üçün hazırladığı bir hiylə olduğuna inanır. İngiltərə mediasında yer alan başqa bir analizin sonluğunda qeyd olunur: “Türkiyə bir müddətdir ki, çox radikal bir yöndə irəliləyir və dünyanın ən çox jurnalist həbs edən ölkəsi halına gəlib. Bu son yaşanan hadisələr də radikallığı bir az da artıracaq, qeyri-sabitlik sürətlənəcək, NATO-nu narahat edəcək və ən əsası Türkiyə ilə Avropa İttifaqı arasındakı uçurumu daha da artıracaq”. Ankarada yaşanan hadisə alman mediasında da böyük müzakirələrə səbəb olub. “Spiegel Online” sui-qəsdin yay aylarından bəri düzəlməyə başlayan Türkiyə və Rusiya arasındakı münasibətləri korlaya biləcəyini yazıb. Məqalədə son bir ayda Rusiya və İran səfirliklərinin qarşısında xeyli sayda aksiyaların keçirildiyi də vurğulanıb. “Landeszeitung” qəzetində hadisəyə şərh verilən zaman əsas olaraq bu fikirlər qabardılıb: “Hadisənin zamanı Rusiya və Türkiyə arasındakı münasibətləri çətinliyə salmağı məqsədləyib. Tarixdə bu kimi sui-qəsdlərin müharibələrə səbəb olduğunu az görməmişik. Türkiyə NATO üzvüdür və Rusiya Qərb bloku tərəfindən getdikcə sıxışdırıldığına inanır. Hadisənin içərisindəki bütün ölkə başçıları gərginliyi azaltmağa çalışmalıdır”. Son olaraq alman mediasında Türkiyədə təhlükəsizlik tədbirlərinin getdikcə kontrol edilə bilmədiyi vurğulanıb. Qəzetlər onu da yazır ki, Ərdoğan hər dəfə intiqam alacağını xüsusi qeyd etsə də, bir səfiri belə qorumaq iqtidarında deyil.

20 Dekabr 2016 13:09