50 yaşlı aktrisa ana olmaq istəyir

za

9 Yanvar 2017 11:59

Xəbər 28 dəfə oxunub

Aktrisa Nikol Kidman musiqiçi həyat yoldaşı Kit Urbanla daha bir uşaq istədiklərini açıqlayıb.

Faktinfo.az  xarici KİV-ə istinadən verdiyi məlumata görə, aktrisa 2017-ci ildə beşinci dəfə ana olmağı planlaşdırır.

“Nənəm anamı 49 yaşında dünyaya gətirib. Bunu mən də edə bilərəm” deyə o, bildirib.

Qeyd edək ki, aktyor Tom Kruzla evli olarkən ən böyük uşaqları İzabella və Kanrini övladlığa götürən Kidman daha sonra Urbanla ailə qurub. Bu evlilikdən isə cütlüyün Sandi və Feit adlı iki qızı var.

Toydan çıxan tanınmış müğənnilərin qazandığı pullar əllərindən alınıb – Bakıda ŞOK

1484286046_0001

Hadisə Binəqədi rayonu ərazisində baş verib. Belə ki, Binəqədi rayonu ərazisində toydan çıxıb evə getmək istəyən tanınmış müğənni Ramal İsrafilovun avtomobilinin qarşısını naməlum şəxslər avtomobil ilə kəsərək ona bıçaqla hədə-qorxu gəlib və pul tələb ediblər. Onlar müğənninin toydan qazandığı pulları alaraq ərazidən uzaqlaşıb. Həmin gün oxşar hadisə eyni rayonda "Şeron" qrupunun keçmiş üzvü, "Şadan" qrupunun rəhbəri və solisti İntizar Məmmədova qarşı da törədilib. Belə ki, müğənninin qarşısına iki naməlum şəxs çıxaraq ondan pul tələb edib. Onun da toydan qazandığı pulları alan şəxslər ərazidən uzaqlaşıb. Binəqədi Rayon Polis İdarəsinin (RPİ) əməkaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı məlum olub ki, hər iki hadisəni eyni dəstənin üzvü olan 5 nəfər törədib. RPİ əməkdaşları onlardan 4-nü saxlayıb. Belə ki, hadisəni törətməkdə şübhəli bilinən Bağırov Vazeh Valeh oğlu (əvvəllər adam öldürdüyünə görə məhkumluk həyatı yaşayıb, "Vaska" kimi tanınır), Gündüz Ağayev və digər iki nəfər (onların adları açıqlanmayıb) tutulub. Daha bir nəfər isə ölkədən qaçıb. Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

13 Yanvar 2017 10:57

Flora Kərimovadan Zeynəb Xanlarovaya: “Onun üçün Nisə Qasımova deyiləm”

112027

Xalq artisti Flora Kərimovaya bütün televiziyalar efir qadağası qoyub. Bu barədə  xalq artisti özü məlumat verib. Flora Kərimovanın sözlərinə görə, efir qadağasının səbəbi həmkarı Zeynəb Xanlarova haqqında dediyi fikirlər olub: “Hər yerdə mənə qadağa qoyulub, keçmişdəki kimi... Zeynəb Xanlarova unudur ki, mən ona Nisə Qasımova deyiləm ki, Azərbaycandan illərlə didərgin etsin. Mənim bu millətə torpağa haqqım var. Açıq sözə, fikrimə görə qorxmadan hansısa addım atmağa haqqım var. O haqqımı Zeynəb deyil, Zeynəbin Zeynəbi gəlsin, əlimdən ala bilməz. Mənim dilimdən onun mərhum prezident Heydər Əliyevə qarşı olan etibarsızlığı açıqlanandan sonra televiziya kanalları mənə efir qadağası qoyub. Bu yolla kolda gizlənib, özgənin əli ilə məni susdurmaq istədi. O, həqiqətdən qorxdu. Bir də hər kəsin bildiyi “Şəki əhvalatı”nı açıqlayacağımdan qorxdu. Məni susdurmağa ordenləri yan-yana düzən Zeynəbin də gücü çatmaz. Nahaq yerə belə etdi, mindirdi məni cin atına... Haralarasa yuxarılara dırmaşıb. Onlar da ya Mətbuat Şurasına dırmaşıb, ya da hansısa bir yuxarılara... Amma dəxli yoxdur, məni susdura bilməz. Oturmuşdum, bir kənarda... Siyasətdən çoxdan gedən bir insanı cin atına mindirməsin”. Xatırladaq ki, ötən ilin yayında xalq artisti Flora Kərimova həmkarı Zeynəb Xanlarova haqqında ağır ittihamlar səsləndirmişdi. (musavat.com)

11 Yanvar 2017 17:18