Elçin XALİDBƏYLİ: “Ölkənin gələcəyinin xilası, İqtidar müxalifəti dirçəltməlidir”

17 Dekabr 2015 17:55

Xəbər 630 dəfə oxunub

Siyasi sistemimiz zədələnib: xilas yolu sürətli islahatlar ola bilər; dövlət ölkənin siyasi sistemində neft həlqəsini böyük sürətlə əvəzləyəcək klastrları tapmalıdır

Azərbaycan yeni siyasi-iqtisadi mərhələyə qədəm qoyub. Və bu mərhələnin dövlətimiz üçün kifayət qədər ciddi problemlər yaşadacağı artıq indidən açıq-aşkar nəzərə çarpır.

Təbii ki, bu səbəbdən də, ölkənin siyasi elitasının təxirəsalınmaz addımların atılması barədə düşünməsi vacibdir. Hətta belə addımların atılmasında gecikmələrə yol verildiyi də inkaredilməz reallıqdır.

Ən əsası isə, ölkənin gələcəyinin xilas edilməsinə yönəlik addımlar ideoloji maraqları deyil, mövcud reallıqları özündə əks etdirməlidir. Əks halda, ölkənin böyük sürətlə istiqamət aldığı böhran ciddi siyasi və iqtisadi kataklizmlərə yol aça bilər.

Təbii ki, bunun üçün ilk növbədə “yaltaqlıq fəlsəfəsi”nə dayanan zehniyyətdən imtina edilməlidir. Məsələn, bir neçə gün əvvəl ölkə telekanallarından birində Azərbaycan-Çin münasibətləri müzakirə edilirdi. “Politoloqlar”dan biri qəribə şərh verdi: “İqtisadiyyatı yüksəlişdə olan Azərbaycan Çin üçün önəmli dövlətdir. Çünki Çin iqtisadiyyatı öz məhsullarını Azərbaycanın köməyi ilə Avropaya və bütün dünyaya çıxara bilər”.

Təsəvvür edirsinizmi, dünyanın ikinci ən böyük iqtisadiyyatına sahib bir superdövlət Avropaya Azərbaycanın yardımı ilə çıxacaq. Halbuki dünyanın istənilən ölkəsində “nəyəsə daş atanda çinliyə dəyir”, ucuz və keyfiyyətsiz Çin malları bütün planeti ağzına alıb.

Əlbəttə ki, belə qeyri-real düşüncə tərziylə uğur qazanmaq mümkün deyil. Halbuki indiki mərhələdə Azərbaycanın kifayət qədər ağır problemlərinin olduğunu etiraf etmək üçün sadəcə, sağlam düşüncə yetərlidir.

Məsələ ondadır ki, Azərbaycanın siyasi sistemi artıq ciddi şəkildə zədələnib, müasir tələblərə uyğun gəlmir. Belə ki, Azərbaycanın siyasi sistemini ümumiləşdirsək, onu hakimiyyət, müxalifət və neftdən ibarət üç həlqə kimi təsəvvür etmək olar. Bu həlqələrin hər birisi özündə yüzlərlə önəmli faktorları birləşdirir ki, bunların da hər birisinin üzərində dayanmaq niyyətində deyilik.

Önəmli olan odur ki, siyasi sistemin həmin üç həlqəsindən ikisi – müxalifət və neft 2005-cü ildən başlayaraq, öz əhəmiyyətini itirməkdədir. Belə ki, həmin ildən sonra müxalifət formal yaşam rejiminə keçib, illər keçdikcə sistemin neft həlqəsi də eyni istiqamətə doğru irəliləyir. Və bu, olduqca təhlükəli tendensiyadır.

Məsələ ondadır ki, ölkənin siyasi sisteminin müxalifət və neft həlqələrinin itirilməsi birbaşa dövlətə qarşı təhlükədir. Normal müxalifətin mövcudluğu istənilən dövlət üçün “siyasi-ideoloji təhlükəsizlik qalxanı” rolunu oynayır. Çünki cəmiyyətdə hər hansı səbəbdən yaranan narazılıq məhz leqal fəaliyyət göstərən müxalifət düşərgəsi sayəsində sivil mübarizə məkanına istiqamətləndirilə bilər.

Müxalifət olmadıqda və ya öz funksiyalarını yerinə yetirə bilmədikdəsə, cəmiyyətin “narazılıq torbası” qeyri-leqal radikal qruplaşmaların nəzarətinə keçir. Və bu radikallar əksər hallarda xarici ölkələrdən idarə edilirlər. Ona görə də, müxalifəti olmayan ölkələr siyasi kataklizmlərə daha həssas olurlar. Buna misal kimi, Yaxın Şərq ölkələrində cərəyan edən prosesləri göstərmək olar.

Bu baxımdan, dövlətin müxalifət düşərgəsinin yenidən dirçəldilməsinə yönəlik addımlar atması olduqca vacibdir. Ancaq bu dürçəldilmə hazırda olduğu kimi “əl müxalifəti” saxlamaq ənənəsiylə gözlənilən effekti verə bilməz. Formal üzvlər hesabına yaradılan “əl müxalifəti”nin cəmiyyət üçün cəlbedici olmadığı artıq reallıqdır. Yəni bu ənənənin zamanı artıq keçib. Və dövlət ölkənin gələcəyi naminə siyasi sistemin müxalifət həlqəsinin mümkün qədər qısa müddət ərzində bərpasına çalışsa, daha yaxşı olar.

Siyasi sistemin neft həlqəsi də əhəmiyyətini itirir. Və bu, həm istehsalın azalması, həm də qiymətin düşməsiylə baş verir. Yaxın illərdə Azərbaycan neft gəlirlərindən ümumiyyətlə, məhrum ola bilər ki, bunun da doğura biləcəyi nəticələri təsəvvür etmək çətin deyil. Halbuki neft ucuzlaşanda “iqtisadçı”lardan biri demişdi ki, “Neftin hətta 15 dollara qədər ucuzlaşması da Azərbaycan üçün təhlükəli deyil. Çünki neftin maya dəyəri bu rəqəmə yaxındır və Azərbaycan neftin istehsalına çəkdiyi xərclərdə heç bir zərərə uğramayacaq”.

Və belə “iqtisadçı”lar hələ də anlaya bilməyiblər ki, Azərbaycanın problemi neftin istehsalına çəkilən xərclərlə bağlı deyil. Əsas problem dövlət büdcəsində neft pullarının həcmiylə və “qara qızıl”ın ölkə iqtisadiyyatındakı fantastik payı ilə bağlıdır. Neft istehsalı azalanda və bu məhsul ucuzlaşanda ölkənin büdcəsi “yırtılır”, iqtisadiyyatın acizliyi ortaya çıxır.

Ona görə də, dövlətin ölkənin siyasi sistemində neft həlqəsini böyük sürətlə əvəzləyəcək klastrları tapmağa və qısa zamanda inkişaf etdirməyə çalışması lazımdır. Belə klastrlardan ikisi – kənd təsərrüfatı və turizm sahələri Azərbaycan üçün daha əlçatandır. Və xüsusi diqqət ayrılacağı təqdirdə, qısa zamanda uğurlu nəticələr verə bilər. Ancaq bunlara paralel olaraq, yeni klastrların tapılması və maliyyələşdirilməsi də vacibdir. Yəni Azərbaycan “balıq almaq” ənənəsindən, “tilov düzəldib, balıq tutmaq” vərdişlərinə doğru meyl etməyə başlasa, daha doğru olar.

Beləliklə, irəlidə ölkəni keçilməsi o qədər də asan olmayacaq bir mərhələ gözləyir. İndiyə qədər Azərbaycan Əsrin Müqaviləsi hesabına sabit və rahat şəkildə yaşaya bilirdi. Bundan sonrasa, ölkənin ayaqda tutulması üçün sürətli siyasi-iqtisadi, sosial və hüquqi islahatlara ehtiyac olacaq. Ən əsasısa, bu prosesdə xalqın və cəmiyyətin də ölkənin siyasi sisteminin içərisinə çəkilməsi artıq zərurətə çevrilib.

 

Bu bürclərlə intim münasibət insana DAHA ÇOX HƏZZ VERİR

Bürclər intim münasibətlərdə də böyük əhəmiyyət kəsb edir. Məsələ ondadır ki, ulduzlar hətta yataq otağında həzz almağın yollarından danışa bilər. Əgər fikir vermisinizsə, bəzi zodiakı işarələri bir-biriylə daha tez dil tapır, bəzilərindənsə səbəbsiz yerə xoşumuz gəlmir. Publika.az astroloqların bürclərə görə hazırladığı intim uyğunluq cədvəlini hazırlayıb. Odur ki, ideal sevgili axtarırsınızsa, bu ulduz falı sizə mane olmayacaq. Qoç (21 mart - 19 aprel) Qoç enerjilidir və seksual aktdan həzz alır. Siz təqib edilən tərəf yox, təqib edən tərəfsiniz. Yataqda emosional oyunları sevmirsiniz. Qarşı tərəfin saçınızla oynaması və ya başınızın sığallanması xoşunuza gəlir. Seks üçün ən yaxşı tərəfdaşdır: Şir, Əkizlər, Tərəzi, Əqrəb. Buğa (20 aprel - 20 may) Ehtiraslı adlandırmaq olmaz, daha çox həssasınız. Buğa bürcləri stimullaşdırılmanı çox istəyir. Onun üçün qoxular və səslər çox vacibdir. Siz yataqda artıq enerji xərcləməyə nifrət edirsiniz, bir qayda olaraq, gözləyirsiniz ki, seks özü sizi tapacaq, amma siz onun arxasınca qaçmırsınız. Seks üçün ən yaxşı tərəfdaşdır: Əqrəb, Xərçəng, Qız, Oğlaq. Əkizlər (21 may - 21 iyun) Əkizlər yataqda rahat və mülayimdir. Onlar gözlənilməz yerlərdə sekslə məşğul olmağa hazırdır və çirkin söhbətlərdən çəkinmirlər. Siz çox gözəl eşqbazlıq edirsiniz və qarşı tərəflə seksual münasibətləri yüksək qiymətləndirirsiniz. Seksdən zövq almaq və müxtəlif eksperimentləri etmək xoşunuza gəlir. Seks üçün ən yaxşı tərəfdaşdır: Qoç, Əkizlər, Oxatan, Dolça bürcü. Xərçəng (22 iyun - 22 iyul) Sevgi əyləncələrinə yaradıcı və həssas yanaşırsınız, amma yatağa düşməzdən əvvəl sizin qayğınıza qalmaq lazımdır. Xərçəng bürclərinin intuisiyaları yaxşı inkişaf edib, onlar asanlıqla qarşı tərəfin nə istədiyini hiss edə bilər. Sizin üçün seks sevgi və şəhvətdir. Seks üçün ən yaxşı tərəfdaşdır: Buğa, Oğlaq, Şir, Balıq. Şir (23 iyul - 22 avqust) Şir bürcləri seksə çox meyllidir. Tərəfdaşın diqqətini çəkmək üçün gözəlliyinizə və cazibənizə çox güvənirsiniz. Sizinlə birlikdə olmaq zövqdür, elə özünüz də həzz həvəskarısınız. Eyni zamanda qayğıkeş və diqqətcil sevgilisiniz. Sevgi oyunları xoşunuza gəlir, beliniz isə ən həssas nahiyələrdən biridir. Seks üçün ən yaxşı tərəfdaşdır: Qoç, Oxatan, Şir, Əqrəb. Qız (23 avqust - 22 sentyabr) Elə düşünməyin ki, Qız utancaq və ismətlidir. Əslində, bu yüksək enerjili bürcün nümayəndələri çox seksual və ehtiraslı ola bilər. Sizi masaj çox həvəsləndirir. Sizə heç bir novator lazım deyil, amma yaxşı düşünülmüş və səmimi cinsi münasibətlərdən həzz alırsınız. Seks üçün ən yaxşı tərəfdaşdır: Buğa, Balıq, Tərəzi, Oğlaq. Tərəzi (23 sentyabr - 22 oktyabr) Tərəzi bürcləri incə və hissiyyatlı zodiak işarəsi sayılır. Təəccüblü deyil ki, seks Tərəzilər üçün ruhi həyəcan və ilkin məhəbbət nəvazişləridir. Yaxşı tərəf müqabili sizi işvəylə ehtiraslandıracaq. Siz isə öz növbənizdə musiqi və paltar yardımı ilə seksual şərait yaradacaqsınız. Seks üçün ən yaxşı tərəfdaşdır: Qoç, Əkizlər, Şir, Oxatan. Əqrəb (23 oktyabr - 21 noyabr) Əqrəb bürcləri coşqun, ehtiraslı və çox seksual insanlardır. İntim həyatda sizə dram və həyəcan lazımdır. Siz nəzarəti öz əlinə alır və tez-tez sevgi oyunları oynayırsınız. Tez-tez güclü emosiyalar keçirir və cinsi münasibətlərə meyl edirsiniz. Odur ki, öz istəklərinizlə mübarizə aparmalı olursunuz. Ən yaxşı seksual tərəfdaşları: Buğa, Şir, Əqrəb, Balıq. Oxatan (22 noyabr - 21 dekabr) Sərsəri Oxatanlar yataq otağında sevimli, mehriban və diqqətlidir. Amma sizi bir qayda olaraq, hər şey tez yorur. Bu səbəbdən də spontan seksual həyat istəyirsiniz. Əgər siz təksinizsə, onda çox eşqbazlıq edirsiniz və ya münasibətləriniz çox qarışıqdır. Lakin Oxatanlar evli olsa belə yeni tanışlıqlara həmişə hazır və açıqdır. Seks üçün ən yaxşı tərəfdaşdır: Şir, Qoç, Əkizlər, Dolça bürcü. Oğlaq (22 dekabr - 19 yanvar) Əqrəblər kimi Oğlaqlar da reputasiyası seksual olan bürclərə daxil edilir, eyni zamanda çox həssasdır. Oğlaqları ehtiraslandırmaq asandır, amma diz və ayaqları əksər insanlardan daha həssasdır. Sizin qayğınıza qalanda və cəlb etmək istəyəndə xoşunuza gəlir. Həmçinin digərlərindən fərqli olaraq öz dözümlülüyünüzlə fəxr edirsiniz. Seks üçün ən yaxşı tərəfdaşlar: Xərçəng, Qız, Oğlaq, Buğa. Dolça (20 yanvar - 18 fevral) Hər kəs onları intellektual idealistlər hesab edir, amma Dolçalar yataqda adətən elastik və qeyri-ənənəvidir. Siz cazibədən həzz alırsınız, bununla belə hakimiyyəti tamamilə itirmək istəmirsiniz.Öz seksuallığınızı nümayiş etdirmirsiniz, lakin sevgiliniz səviyyəsi sizi qane edirsə, daxili ruh yüksəkliyi artır və təxəyyülünüz geniş olur. Seks üçün yaxşı tərəfdaşlar: Əkizlər, Qız, Oxatan, Dolça. Balıq (19 fevral - 20 mart) Balıq bürcləri bütün insanlarla yaxşı yola gedir, onlarda da pərəstişkarları ilə problem yoxdur. Yataqda siz romantik, ehtiraslı və ədalısınız. Mənəvi dünyanız isə yaradıcılığı yüksək qiymətləndirir. Siz daha çox qarşı tərəfin şəhvani duyğularını təmin etməyə çalışırsınız, nəinki öz istəkləriniz. Seks üçün ən yaxşı tərəfdaşlar: Əqrəb, Xərçəng, Qız, Tərəzi

18 Mart 2017 18:52