Məmməd SÜLEYMANOV: Ağdaşda paranoya…

15 İyul 2016 17:46

Xəbər 208 dəfə oxunub

 

 

Bu söz-söhbət həftələrdir səngimir. Ağdaşın Qoşaqovaq kəndində ellikcə qulyabanı ovu davam edir. Qulyabanının zahiri görkəminin təsvirləri də var. Onu mütəmadi görürlər, ancaq tuta bilmirlər.

İşə rəsmi qurumları da, polisi də cəlb edirlər. Sakinlərdən biri olayları bu cür təsvir edir: “Gecə səhərə qədər yatmırıq. Evdə ailə-uşaq qorxur. Bir aydır ki, yuxu yatmırıq. Səhərə qədər nəzarətdə dururuq. Hər gün də bu cür davam edir. Gecə saat 3-ə qədər bu cürdür. Hər kəs əlində yaba yatmır”.

Başqa bir sakin qulyabanının “portret”ini cızır: bir əlində fənər, bir əlində telefon, ağzında da siqaret. Yəqin, 30 il əvvəl olsaydı, qulyabanı əlində maqnitofon, 40 il əvvəl olsaydı – radio tutardı. Görünür, texniki tərəqqinin nailiyyətləri gedib ona da çatıb.

Orta əsr qaranlıqlarından bizə boylanan irrasional qorxuların reabilitasiyası dövrüdür. Dünya məntiqi, elmi, rasionallığı gərəksiz bir əşya kimi kənara tullayıb arxaik qorxu və tapıntılara qayıdıb. Orta əsrlər Almaniyasının cənub kəndlərində taundan qorxan kəndlilər Müqəddəs Vitt rəqsi edirdilər. Elə həmin dönəmin Niderlandında kilsə ataları fağır bəndələri uzanıb yatsalar və yuxuda ölsələr cənnətə düşməyəcəkləri ilə qorxudurlar – və bütöv bir toplum qorxusundan oturaq vəziyyətdə yuxuya gedirdi.

1990-ların Ukraynasında fırıldaqçı tandemin – Mariya Sviqun (“Deva Xristos”) və onun əri Krivonoqovun adeptləri Apokalipsisi gözləyərək özlərinə od vurmağa hazırlaşırdı.

1997-ci ildə Xeyl-Bopp kometi yenidən Yerin yaxınlığından keçəcəkdi və “Cənnətin qapısı” sektasının başçısı Marşall Epplbaum ətrafına topladığı gəncləri (istisnasız olaraq kompüter proqramçılarını!) inandırmışdı ki, intihar etsələr, kometin quyruğunda cənnətə yollana biləcəklər. Onlar da intihar etmişdilər.

Çilidə kənd sakinləri illərdir qəribə məxluqu – çupakabranı axtarırlar. Malayziyadakı motivsiz qəddarlıq epidemiyası – Amok haqqında isə Stefan Sveyq eyniadlı hekayəsini yazıb.

Bütün bu psixi epidemiyaları miqyasından və təhlükə dərəcəsindən asılı olmayaraq bir neçə oxşarlıq birləşdirir.

Əvvəla, onların hamısının induktivlik xüsusiyyəti var. Yəni, qorxular bir ya bir neçə adamla başlayıb sonra böyük qrupa yayılır. Tənqidi düşüncə pauzaya yollanır, inanmayanlar ostrakiyaya məruz qalır. Yəni, psixoz elliklə gəlir, hamıda yalançı kollektivizm hissi yaradır.

İkincisi, istənilən halda qorxu irrasionaldır. Onun heç bir məntiqi əsası yoxdur. Ancaq buna baxmayaraq, dünyagörüşündən və intellektual səviyyəsindən asılı olmayaraq az qala hamıya sirayət edir. Kütləvi aldanış yaranır, illüziyalar reallığın yerinə keçir.

Üçüncüsü, psixi epidemiyalar qəfil gəldiyi kimi qəfil də çıxıb gedir. Ona mübtəla olanları inandırmağa çalışmaq, məntiqi, elmi, ağlı, tarixi analogiyaları işə salmaq effektsizdir. Sadəcə gözləmək lazımdır ki, toplum status-kvoya dönəndən sonra ya xəcalət çəksin, ya da özünü zarafat hədəfinə çevirsin.

Dördüncüsü, bu tip qorxulara izolə olunmuş yerlərdə daha çox təsadüf olunur. Elə yerlərdə ki, hamı bir-birini tanıyır və bir-birinin illüziyasına inanır. Ancaq burada da hansısa təkan lazımdır – o vaxt ki, toplumun adətkərdə olduğu həyat tərzi, vərdiş etdiyi ritm pozulur, qeyri-müəyyənlik və sabah qarşısında qorxu sakitliyi üstələyir, onda induktiv psixoz üçün də fürsət yaranır. Yəni, qorxular irrasional təhlükəyə sublimasiya edilir.

Və nəhayət, mass-medianın rolu – o, gecə-gündüz insanların ümidsiz və qara həyatına zil qara rəng qatmaqda davam edir. Cindarlar, cadugərlər, falçılar at oynadır, hər birinin də biznesi qorxudan və qorxutmaqdan qurulub. Xəbərlər fəlakət, müharibə, qətliamlardan ibarətdir. Ənənəvi ukladı dağılmış, klassik dayaqlardan məhrum olmuş toplumu hər gün, hər saat qorxudurlar. Teraktlar, vəhşiliklər, bahalaşma, işsizlikdən tutmuş ruhlara, “uçan boşqablar”a, mifik “varlıqlar”a qədər hər bir məlumat (və “məlumat”) sabahı ümidsiz edir.

İnsanlar özlərini öz evlərində mühasirə vəziyyətində hiss edirlər. Orta əsrin makabrlarında dünyanın sonunu və epidemiyaları gözləyirdilər. İndi qorxular rəngarəngləşib, çeşidlənib və qloballaşıb.

***

Müdrik Mişel Montenin öz “Təcrübələr”ində yazırdı: “Yunanlar qorxunun xüsusi bir növünü fərqləndirirlər. O, insanın düşüncə qabiliyyətinin mükəmməlliyindən qətiyyən asılı deyil. Bu cür qorxu zahirən heç bir ciddi əsas olmadan yaranır və bütöv xalqları, bütöv orduları özünün qurbanına çevirir… Bu cür qorxunu yunanlar panik qorxu adlandırırlar…”

Əlbəttə, panika heç də göründüyü qədər spontan və qəfil deyil. O, çoxsaylı qorxu fraqmentlərinin bir pazzl kimi formalaşdığı vaxt kütlələrə hakim kəsilir. Müharibə və terror qorxusu. İşsizlik. Xəstəliklər və müalicəyə pulun yoxluğu. Kreditləri ödəyə bilməmək. Günbəgün bahalaşma. Və bunlara əlavə kimi də pozitiv ideologiyanın, xilas strategiyasının yoxluğu. Bu kaleydoskopa ilk baxışda taleyüklü görünməyən yeni qıcığın qoşulması artıq panikanı reallaşdırır.

Eramızdan əvvəl IV əsrdə Karfageni çulğamış kütləvi qorxu barədə Monten bu cümlələri yazır: “Şəhərin dörd tərəfindən vəhşi qışqırtılar, təlaş səsləri ucalırdı. Hər yerdə görmək olardı ki, sakinlər necə evlərindən bayıra qaçır, sanki həyəcan siqnalı altında bir-birinin üzərinə atılır, yaralayır, öldürür. Hər kəs digərinə şəhərə daxil olan düşmən kimi baxırdı. Çaxnaşma və azğınlıq yalnız çoxlu dualardan və tanrılara kəsilən qurbanlardan sonra səngidi”.

Bu cümlələri yazarkən Monten tarixçi Diodora istinad edirdi. O vaxt Karfagendə vəziyyət olduqca həyəcanlı idi, taun epidemiyası hökm sürürdü və hər gün minlərlə can alırdı. Şayiələr gəzirdi ki, Afrika və Sariniyadan çoxsaylı gəmilərlə Karfagenə yan alan düşmənlər şəhəri işğal etməyə hazırlaşırlar.

Karfagenlilər xilas olmaq üçün dualara və qurbanlığa inanırdılar. Bizim günlərimizdə bu, çıxış yolu deyil. İllüziyalar tükənib.

Montenin müşahidələrinin aktuallığını itirməmiş dəqiqliyi isə diqqət çəkir: Panika əqli qabiliyyətdən asılı deyil. O, hamını çulğayır.

Və bu gün Ağdaşda müşahidə etdiklərimiz hələ ki paranoyanın cəmiyyət üçün təhlükəsiz formasıdır. Ancaq bu, qətiyyən təsəlli üçün səbəb deyil…

 

Bu bürclərlə intim münasibət insana DAHA ÇOX HƏZZ VERİR

Bürclər intim münasibətlərdə də böyük əhəmiyyət kəsb edir. Məsələ ondadır ki, ulduzlar hətta yataq otağında həzz almağın yollarından danışa bilər. Əgər fikir vermisinizsə, bəzi zodiakı işarələri bir-biriylə daha tez dil tapır, bəzilərindənsə səbəbsiz yerə xoşumuz gəlmir. Publika.az astroloqların bürclərə görə hazırladığı intim uyğunluq cədvəlini hazırlayıb. Odur ki, ideal sevgili axtarırsınızsa, bu ulduz falı sizə mane olmayacaq. Qoç (21 mart - 19 aprel) Qoç enerjilidir və seksual aktdan həzz alır. Siz təqib edilən tərəf yox, təqib edən tərəfsiniz. Yataqda emosional oyunları sevmirsiniz. Qarşı tərəfin saçınızla oynaması və ya başınızın sığallanması xoşunuza gəlir. Seks üçün ən yaxşı tərəfdaşdır: Şir, Əkizlər, Tərəzi, Əqrəb. Buğa (20 aprel - 20 may) Ehtiraslı adlandırmaq olmaz, daha çox həssasınız. Buğa bürcləri stimullaşdırılmanı çox istəyir. Onun üçün qoxular və səslər çox vacibdir. Siz yataqda artıq enerji xərcləməyə nifrət edirsiniz, bir qayda olaraq, gözləyirsiniz ki, seks özü sizi tapacaq, amma siz onun arxasınca qaçmırsınız. Seks üçün ən yaxşı tərəfdaşdır: Əqrəb, Xərçəng, Qız, Oğlaq. Əkizlər (21 may - 21 iyun) Əkizlər yataqda rahat və mülayimdir. Onlar gözlənilməz yerlərdə sekslə məşğul olmağa hazırdır və çirkin söhbətlərdən çəkinmirlər. Siz çox gözəl eşqbazlıq edirsiniz və qarşı tərəflə seksual münasibətləri yüksək qiymətləndirirsiniz. Seksdən zövq almaq və müxtəlif eksperimentləri etmək xoşunuza gəlir. Seks üçün ən yaxşı tərəfdaşdır: Qoç, Əkizlər, Oxatan, Dolça bürcü. Xərçəng (22 iyun - 22 iyul) Sevgi əyləncələrinə yaradıcı və həssas yanaşırsınız, amma yatağa düşməzdən əvvəl sizin qayğınıza qalmaq lazımdır. Xərçəng bürclərinin intuisiyaları yaxşı inkişaf edib, onlar asanlıqla qarşı tərəfin nə istədiyini hiss edə bilər. Sizin üçün seks sevgi və şəhvətdir. Seks üçün ən yaxşı tərəfdaşdır: Buğa, Oğlaq, Şir, Balıq. Şir (23 iyul - 22 avqust) Şir bürcləri seksə çox meyllidir. Tərəfdaşın diqqətini çəkmək üçün gözəlliyinizə və cazibənizə çox güvənirsiniz. Sizinlə birlikdə olmaq zövqdür, elə özünüz də həzz həvəskarısınız. Eyni zamanda qayğıkeş və diqqətcil sevgilisiniz. Sevgi oyunları xoşunuza gəlir, beliniz isə ən həssas nahiyələrdən biridir. Seks üçün ən yaxşı tərəfdaşdır: Qoç, Oxatan, Şir, Əqrəb. Qız (23 avqust - 22 sentyabr) Elə düşünməyin ki, Qız utancaq və ismətlidir. Əslində, bu yüksək enerjili bürcün nümayəndələri çox seksual və ehtiraslı ola bilər. Sizi masaj çox həvəsləndirir. Sizə heç bir novator lazım deyil, amma yaxşı düşünülmüş və səmimi cinsi münasibətlərdən həzz alırsınız. Seks üçün ən yaxşı tərəfdaşdır: Buğa, Balıq, Tərəzi, Oğlaq. Tərəzi (23 sentyabr - 22 oktyabr) Tərəzi bürcləri incə və hissiyyatlı zodiak işarəsi sayılır. Təəccüblü deyil ki, seks Tərəzilər üçün ruhi həyəcan və ilkin məhəbbət nəvazişləridir. Yaxşı tərəf müqabili sizi işvəylə ehtiraslandıracaq. Siz isə öz növbənizdə musiqi və paltar yardımı ilə seksual şərait yaradacaqsınız. Seks üçün ən yaxşı tərəfdaşdır: Qoç, Əkizlər, Şir, Oxatan. Əqrəb (23 oktyabr - 21 noyabr) Əqrəb bürcləri coşqun, ehtiraslı və çox seksual insanlardır. İntim həyatda sizə dram və həyəcan lazımdır. Siz nəzarəti öz əlinə alır və tez-tez sevgi oyunları oynayırsınız. Tez-tez güclü emosiyalar keçirir və cinsi münasibətlərə meyl edirsiniz. Odur ki, öz istəklərinizlə mübarizə aparmalı olursunuz. Ən yaxşı seksual tərəfdaşları: Buğa, Şir, Əqrəb, Balıq. Oxatan (22 noyabr - 21 dekabr) Sərsəri Oxatanlar yataq otağında sevimli, mehriban və diqqətlidir. Amma sizi bir qayda olaraq, hər şey tez yorur. Bu səbəbdən də spontan seksual həyat istəyirsiniz. Əgər siz təksinizsə, onda çox eşqbazlıq edirsiniz və ya münasibətləriniz çox qarışıqdır. Lakin Oxatanlar evli olsa belə yeni tanışlıqlara həmişə hazır və açıqdır. Seks üçün ən yaxşı tərəfdaşdır: Şir, Qoç, Əkizlər, Dolça bürcü. Oğlaq (22 dekabr - 19 yanvar) Əqrəblər kimi Oğlaqlar da reputasiyası seksual olan bürclərə daxil edilir, eyni zamanda çox həssasdır. Oğlaqları ehtiraslandırmaq asandır, amma diz və ayaqları əksər insanlardan daha həssasdır. Sizin qayğınıza qalanda və cəlb etmək istəyəndə xoşunuza gəlir. Həmçinin digərlərindən fərqli olaraq öz dözümlülüyünüzlə fəxr edirsiniz. Seks üçün ən yaxşı tərəfdaşlar: Xərçəng, Qız, Oğlaq, Buğa. Dolça (20 yanvar - 18 fevral) Hər kəs onları intellektual idealistlər hesab edir, amma Dolçalar yataqda adətən elastik və qeyri-ənənəvidir. Siz cazibədən həzz alırsınız, bununla belə hakimiyyəti tamamilə itirmək istəmirsiniz.Öz seksuallığınızı nümayiş etdirmirsiniz, lakin sevgiliniz səviyyəsi sizi qane edirsə, daxili ruh yüksəkliyi artır və təxəyyülünüz geniş olur. Seks üçün yaxşı tərəfdaşlar: Əkizlər, Qız, Oxatan, Dolça. Balıq (19 fevral - 20 mart) Balıq bürcləri bütün insanlarla yaxşı yola gedir, onlarda da pərəstişkarları ilə problem yoxdur. Yataqda siz romantik, ehtiraslı və ədalısınız. Mənəvi dünyanız isə yaradıcılığı yüksək qiymətləndirir. Siz daha çox qarşı tərəfin şəhvani duyğularını təmin etməyə çalışırsınız, nəinki öz istəkləriniz. Seks üçün ən yaxşı tərəfdaşlar: Əqrəb, Xərçəng, Qız, Tərəzi

18 Mart 2017 18:52