Murad Köhnəqala: Piano arxasında ölüm

piano

19 May 2016 18:12

Xəbər 241 dəfə oxunub

“Onu dinləyərkən sanki Şəhrizadın 1002-ci gecəsinin nağılına qulaq asırsan…”

1979-cu ildə Avropanın Monako knyazlığında qeyri-adi caz festivalı keçirilir. Bu musiqi yarışmasında iştirak edən hər bir ifaçının adı və mənsub olduğu ölkə münsiflərdən gizli saxlanılır. Səs-küylü Monte Karloda yüzdən çox cazmenin günlərlə davam edən yarışması başa çatdıqdan sonra “Ağ royal” mükafatının qalibi elan olunur: Vaqif Mustafazadə!

Lakin dünya caz musiqisinə yenilik gətirmiş Caz-Muğamın yaradıcısı, bəstəkar pianoçu Vaqif Mustafazadə bu yarışmanın qalibi olduğunu bilmir. Çünki Monte-Karloda keçirilən dünya caz festivalından qayıdan cazmen 16 dekabr, 1979-cu ildə Daşkənddə konsert verərkən ifa vaxtı səhnədəcə həyatla vidalaşır.

O, kiçik qızı Əzizənin şəninə bəstələdiyi “Əzizəni gözləyərkən” adlı kompozisiyasını dəli kimi çalıb bitirdikdən sonra başını pianonun dilləri üstünə endirir. Tamaşaçıların sürəkli alqışlarından sonra başını qaldırmayan cazmenin halından şübhələnən aparıcı ona yaxınlaşır və… artıq Vaqif yoxdu! Səhnənin böyük pərdəsi enir. Həmin pərdə 39 yaşlı caz ustasını həm səhnədən, həm də bu dünyadan əbədi ayırır. Vaqif Mustafazadə o andan öz şəxsiyyəti və musiqisi ilə milyonların qəlbinə köçür.

Vaqif Mustafazadə 16 mart, 1940-cı ildə Bakıda, İçərişəhərdə hərbçi həkim ailəsində anadan olub. Valideynləri ayrıldığına görə balaca Vaqif, musiqi məktəbində piano dərsi keçən tənha müəllimə anasının himayəsində böyüməli olur. Muğam sənətini Üzeyir Hacıbəyovdan öyrənən anası Zivər xanım onun ilk musiqi müəllimi olur.

O, 1963-cü ildə Asəf Zeynallı adına musiqi kollecini bitirib, Bakı Musiqi Akademiyasına daxil olur. Akademiyada təhsil alan Vaqif klublarda avanqard konsertlər təşkil edir. Vaqif özünün pianino ifalarında klassik caz musiqilərinə, bluz və oynaq musiqilərə daha çox üstünlük verir. Klassik cazla İçərişəhərin ritmini – muğamı qarışdıraraq unikal musiqi icad edən novator bəstəkarı yerli radio-televiziya şirkəti özünə yaxın buraxmır. Ecazkar caz-muğam ifaçısının heyranları getdikcə artsa da, mühafizəkar muğam tərəfdarları onu tənqid atəşinə tutur, mətbuatda daş-qalaq edirlər.

Vaqif caz gecələrində birgə çıxış elədiyi vokalist Nərminə xanımla ailə qurur və bu evlilikdən 1965-ci ildə Lalə adlı qızları dünyaya gəlir.
Cazmenin ikinci evliliyi isə rəhbərlik etdiyi “Sevil” instrumental ansamblının solisti, gürcü əsilli Elza Bandzeladze ilə baş tutur. Bu nikahdan isə Əzizə Mustafazadə dünyaya gəlir.

Fəaliyyəti Bakı klublarının dar səhnələrinə sığmayan Vaqif, həyat yoldaşı Elzanın dəstəyi ilə ilkin musiqi karyerasını Tiflisdə qurmalı olur. Sevimli sənətindən usanmaq bilməyən pianoçu qonşu ölkənin paytaxtı Tiflisdə “Qafqaz” adlı caz-trio yaradır. Gənc cazmen Tiflis musiqi mühitində T. Kuraşvili və C. Çaparidze kimi musiqiçilərin əhatəsində daha da püxtələşir.

Vaqif Mustafazadə Estoniyada təşkil edilən dünya cazmenlərinin “Tallin-66” və “Tallin-67” yarışlarının laureatı olur. 1967-ci ildə Tallin şəhərində Vaqif Mustafazadəyə mükafatı şəxsən təqdim etmək üçün səhnəyə çıxan məşhur amerikalı caz ustası Dizzi Gillespi onun yaradıcılığını “gələcəyin musiqisi” adlandırmış və gözəl ifaya görə gənc cazmenə öz minnətdarlığını bildirmişdi.

Cazmenin xaricdəki parlaq uğurlarından sonra Bakı televiziyası yumşalaraq onu müəyyən şərtlərlə efirə buraxmaq fikrinə düşür. Ekranda görünməsi üçün Vaqif öz lopa bığlarını “redaktə” etməli, dar cins şalvarının yerinə isə şax kostyum geyinməli idi. Yenilikçi kompozitor televiziya rəhbərliyinin bu şərtlərini qətiyyətlə rədd edir. Beləcə, sənət aləmində ona qarşı olan qısqanclıqlar, paxıllıqlar, süni əngəllər çayır kimi əl-ayağına dolaşır, ömrünü çürüdürdü.

Konsertlər təşkil etmək üçün SSRİ-nin müxtəlif şəhərlərinə dəvət alan caz-muğam ustasının şöhrəti artdıqca, vətənində ona qarşı olan buzlar da yavaş-yavaş isinib əriməyə başlayır.

Danılmaz Vaqif Mustafazadə fenomeninə görə dünya cazmenləri 1969-cu ildə bu dəfə dahi ifaçının vətəni olan Bakıda “Caz-69” festivalına yığışır.

Vaqifin ağır günlərinin dostu olan həyat yoldaşı Elza xanım onu bir an belə tək buraxmır, cazmenin bütün uğurlarının arxasında sevgi ilə dayanır. Vaqif Mustafazadə gərgin bəstəçi həyatına, yarışlarına və uzaq səfərlərinə baxmayaraq, 1964-cü ildən “Orero” ansamblına, “Qafqaz” caz-triosuna, “Leyli” və “Sevil” qadın vokal instrumental, “Muğam” instrumental ansambllarına rəhbərlik edir.

1968-ci ildə SSRİ-nin bir neçə şəhərində konsertlər düzənləyən cazmen 1970-ci ildə məşhur müğənni Rəşid Behbudov və M. Tağıyevlə birlikdə Latın Amerikası ölkələrində qastrol səfərlərində olur.

Vaqif Mustafazadə 1978-ci ildə Tiflisdə keçirilən caz festivalında səkkiz yaşlı qızı Əzizə ilə səhnəyə çıxaraq tamaşaçıları valeh edir və “Ən böyük pianoçu” adını qazanır.

Caz-muğam ustasının ölümündən dərhal sonra “Amerikanın səsi” radiosunda “Caz vaxtı” verilişinin aparıcısı məşhur Uillis Konover bütün verilişi Vaqifin xatirəsinə həsr edir.

Milli muğamımızı klassik Amerikan caz musiqisi ilə sintez edərək yeni musiqi növü yaratmış dahi pianoçu Vaqif Mustafazadə 1982-ci ildə ölümündən sonra Azərbaycan Dövlət Mükafatına layiq görülür.

Vaqif Mustafazadə və qızı Əzizə Mustafazadənin adı Amerika redaktorlarının imzası altında “Ümumdünya caz ensiklopediyası” kitabına həkk olunub.

Yazını dünyaca məşhur İsveç pianoçusu Yohanssonun sözləri ilə bitirmək istəyirəm: “Vaqifin olduqca müasir olan musiqisindən həm də sirli, qədim Qafqaz melodiyası axır. Onu dinləyərkən sanki Şəhrizadın 1002-ci gecəsinin nağılına qulaq asırsan…”

Ağalarov və İsmayılovun iştirak etdiyi oliqarx toyları – Foto

qaynarimage452532

Oliqarx toyları. Son zamanların ən çox diqqət mərkəzində olan mövzularından biri də budur. Dünyanın əksər ölkələrində oliqarxlar ancaq öz dairələrindən olanlarla ailə həyatı qurur, “imperiyaları” möhkəmlətməyin bir yolu da budur. Pulla pul qazanmağın yollarından biri də bu toylardan keçir. Azərbaycanda da qohum olan məmurlar, oliqarxlar kifayət qədərdir. Axar.az Cəbhə.info-ya istinadən Rusiyanın qohum oliqarxlarını təqdim edir. 1.Semyon Krutir və Mariya Çiqinskaya Toyları 2015-ci ildə “Sokolovo” qolf-klubunda olub. Nikah mərasimini Rusiyanın baş ravvini Berl Lazar keçirib. Mariya Çiqinskaya məhşur investor Aleksandr Çiqinskinin qızı və tikinti maqnatı Şalva Çiqinskinin qohumudur. Əri isə moskvalı biznesmen Arkadi Krutirin oğlu Semyondur. Gəlinin paltarını ünlü modelyerlər hazırlayıb və 15 milyon rubla başa gəlib. Toya 800 qonaq dəvət olunub. Aralarında milyarder Roman Abromoviç, Telman İsmayılov, biznesmen Umar Cəbrayılov, Musa Bacayev olub. Qonaqları Filipp Krikorov, Leonid Aqutin, Anjelika Varum və başqaları əyləndirib. Təkcə qonorarlara 20 milyon rubl xərclənib. Bu toy təkcə məhəbbətin xoşbəxt sonluğu olmayıb. Həm də birgə sövdələşmələrə yol açıb. Araşdırmalar göstərib ki, Aleksandr Çiqinskinin şirkətləri Arkadi Krutirin yaratdığı müəssisələrlə sıx bağlıdır. Hər iki şəxs kommersiya müəssisələri üçün ofislərin icarəsi sahəsində tanınıb. 2. Məhəmməd Yerixanov və Məryəm Bacayeva Məhəmmədin atası “Rosselxozbank”ın Çeçenistan regional filialının rəhbəri Usman Yerixanovdur. Onların gəlin kimi seçdiyi isə “Alyans qrup”un rəhbəri Musa Bacayevin qızı Məryəm olub. Gəlinin paltarı Qafqaz ənənlərinə əsasən tikilib. Toya Çeçenistan və Dağıstandan musiqiçilər çağırılıb. 2016-cı il sentyabrda Musa Bacayev kiçik qızı Elinanı ərə verib. Bəy isə “Dorchester Finance” və “Alima Cosmetics” şirkətlərinin varisi Bekxan Mamakayev olub. 3. Pavel Kalturin və Alina Monosova Toy 2015-ci ildə olub. Alinanın atası “Sistem” maliyyə koorporasiyasının vitse-prezidenti Leonid Monosovdur. Bəy isə bir neçə şirkəti olan Vladimir Kalturinin oğludur. Toy 4 mərtəbəli banket zalında keçirilib, içəri kosmosa bənzər formada dizayn edilib. Toyda balet artistləri çıxış edib. Alina da digər rusiyalı oliqarxların qızları kimi Zuhayr Muradın gəlinliyini geyinib. Bəyin kostyumu isə 100 min rublluq olub. 200 qonaq çağırılıb və toya ümumilikdə 60 milyon rubl xərclənib. 4. Sarkis Karapetyan və Salome Kinçuraşvili Toy 2016-cı il iyunda olub. Bəyin atası “Taşır” şirkətlər qrupunun rəhbəridir. Milyarderin 23 yaşlı oğlu 25 yaşlı gürcü qızı ilə evlənib. Gəlinin atası biznesen Teymuraz Kinçuraşvilidir. Toyda qonaqlar arasında Ermənistan prezidenti Serj Sarkisyan da olub və öz məşhur rəqsini oynayıb. Azərbaycan melodiyasının sədaları altında... Alla Puqaçova da müğənnilər arasında olub. Hər iki ailənin uzun müddət əvvələ dayanan maliyyə əlaqələri var. 5. David Berkoviç və Viktoriya Krutoy Viktoriya İqor Krutoyun qızıdır. İqor Rusiya şou-biznesində öz milyonları ilə tanınır. Bəyin anası Tatyana isə Rusiyada bir neçə restoran sahibidir. Gənclər Nyu-Yorkda evlənib. Qonaqlar arasında isə bir çox məşhurlar olub, o cümlədən də Ağalarovlar. 6. Səid Quçəriyev və Xədicə Ujaxova 2016-cı ilin ən bahalı toyu olub. Bəy “Rusneft”in sahibi Mixail Quçəriyevin oğludur. Gəlini isə bu ailə çox axtarıb. Gözəllik, ciddilik, təmizlik kimi tələblərə cavab verən gəlin tapmaq asan deyil. Ailə 4 illik axtarışdan sonra sadə tələbəni seçdi, İnquşetiyadan olan tələbə Xadicə Ujaxova. Gəlinlik paltarı sirafişlə Fransada hazırlanıb. 25 kiiloqramlıq paltar qiymətli daşlarla bəzədilib. 600 qonağın hər birinə qızıldan hədiyyələr təqdim edilib. Müğənnilər Alla Puqaçova, Cenifer Lopes, Enlika İqlesias, Patrisiya Kaas və Stinq qonaqları əyləndirib. Rusiya primadonnası bir neçə mahnıya 300 min avro alıb. İqlesias 500 min avro, Cey Lo 1 milyon avro, Stinq isə 1, 5 milyon avroluq oxuyub. 7. Deniel Kenvey və İrina Koqan Rusiyalı milyarder Valeri Koqanın nəvəsi olan İrina bu ilin yanvarında Londonda ərə gedib. Onun bəy kimi seçdiyi şəxs isə yəhudi əsilli İngiltərə vətəndaşı Deniel Kenvey olub. Ancaq heç yerdə deyilmir ki, o, varlı valideynlərin, yaxud da rıtsar titulu alan kiminsə qohumu deyil. Toyda Elton Con, Antonio Banderas, Meray Keri, Filipp Krikorov, Anna Netrebko və digərləri olub. Stas Mixaylov və Krikorov 150 min avro, Antonio Banderas 1 milyon avroya qədər, Meray Keri 2 milyon avro, Elton Con 3 milyon avro qonorar alıb. Qeyd edək ki, Valeri Koqan Rusiyanın 100 ən varlı şəxsi sırasındadır. Onun ən böyük aktivi “Demododovo” aeroportudur. Rusiyaya az-az gəlir, əsasən ABŞ və İsraildə yaşayır.

19 Fevral 2017 18:06