Nadir Qocabəyli: Manat yarımlıq dollar

sss

24 Dekabr 2015 11:29

Xəbər 696 dəfə oxunub

Dolların kursunun bircə gecədə 50 faiz sıçraması xalqımızı xeyli rahatsız edib. Hətta dolların üzünü yalnız şəkillərdə və televiziyada görənlər, mənim kimi dollarla heç bir alış-verişi olmayanlar, aylıq məvacibini manatla alıb, manatla xərcləyənlərin də kürkünə birə dolub…

Səbəb çox sadədir. Bizim dollarla işimiz olmasa da, onun bizimlə işi var. Çünki dolların məzənnəsinin hər manata nisbətdə 50 qəpik bahalaşması, gec-tez hər bir azərbaycanlının hər manat yarımda yarım manat itirməsiylə nəticələnəcək.

Odur ki, müdrik xalqımız kütləvi surətdə market və supermarketlətə hücum çəkib, əlindəki manatını tezbazar ərzağa dəyişir ki, bu böhrandan mümkün qədər az ziyanla çıxsın.

Doğrudur, hökumətimiz xalqımızı sakitləşdirmək, onun təşviş və təlaşa düşməsini önləmək üçün ruhlandırıcı bəyanatlar verir, süni qiymət artımının əngəllənəcəyini söyləyir, pensiyaların və maaşların artırılacağına dair konkret vədlər verməsə də, ehtimallar irəli sürür, ancaq bu gələcəyin işidir. Aztəminatlı əhalini isə hazırda gələcəkdən çox, bu gün əlində olan beş-üç manatının taleyi narahat edir. Qarşıdan gələn Yeni il bayramına birtəhər 150 manat saxlamış kasıb adam onun 50 manatını niyə itirsin axı?

Bəziləri marketlərə hücum çəkən xalqı görməmişlikdə suçlayır, bir qədər az yeməklə dünyanın dağılmayacağını söyləyərək qınayır, ancaq bir şeyi də unutmaq olmaz ki, kənardan görməmiş təsiri bağışlayan bu insanların hamısı heç də qarınqulu deyil, onların arasında xeyli sayda ac qalmaq təhlükəsindən qorxanlar da var. Ancaq etiraf edək ki, abrını qarnından üstün tutanlar da yox deyil…

Bu hücumu görən bəzi marketlər qapılarını müştərilərin üzünə bağlamağa başlayıblar. Xalqımızın nümayəndələri içərisində onları da bu “cındırlıqlarına” görə məzəmmət edənlər az deyil. Ancaq onu da bilməliyik ki, bu mağazalara mal verən firmalar artıq yeni və baha qiymətlər diktə edirlər. Dükandakı malları köhnə qiymətə satıb, yeni qiymətlə mal almaq isə onun sahibini xeyli ziyana sala, hətta müflis edə bilər.
Dünən qonşuluqdakı dükanda bir nəfər sadə vətəndaş məndən dolların qəfildən bu qədər qalxmasına münasibətimi soruşdu. Əlbəttə, pis olduğunu dedim. “Bəs niyə xalqı ayağa qaldırmırsız, axı siz ziyalısınız, yazıçısınız, jurnalistsiniz?” – o dərhal ittihamedici suala keçdi və istər-istəməz yadıma bundan az öncə sosial şəbəkələrdə bir aktrisanın xalqı küçələrə səslədiyini oxududuğumu xatırladım və onun sualına sualla cavab verdim: “Xalq küçəyə çıxanda nə olacaq ki? Dollar düşəcək, yoxsa qiymətlər ucuzlaşacaq?” Adam duruxdu, mənsə fikrimi davam etdirdim:

“Tutaq ki, sizin deiyiniz kimi, ayağa qalxıb küçələrə çıxdıq, qışqırıb-bağırdıq, bunun nə xeyri olacaq? Bununla vəziyyət düzələcəkmi? Kortəbii etirazların və iğtişaşların ancaq ziyan vurduğunu 80-ci illərin sonu, 90-cı illərin əvvəlində artıq görmüşük. Bu yaxınlarda Yaxın Şərqdə – Tunisdə, Liviyada, Misirdə baş verənlər məgər bizə dərs olmadı? Hələ Suriyanı demirəm…”

“Axı belə də olmaz, bunun bir yolu olmalıdır”, – sadə vətəndaş təslim olmadı.

“Əlbəttə, yolu var. Amma bu yol uzun müddət yatıb, günlərin bir günü kütləvi şəkildə küçələrə tökülməkdən, mövcud olanları da dağıtmaqdan geçmir. Hökümətin fəaliyyətinə, ölkədəki neqativ hallara etiraz etmək ancaq mitinq və nümayiş etməklə məhdudlaşmır. Vətəndaş daim aktiv olmalı, gündəlik həyatda qarşılaşdığı əyər-əskiklərə göz yummamalı, problemlərin qalaqlanıb üst-üstə yığılmasına yol verməməlidir. Bu gün dolların kursunun birdən-birə kəllə-çarxa vurmasında bizim korrupsiyaya, rüşvətə, inhisiharçılığa, bürokratiyaya yetərincə, bəlkə də, heç etiraz etməməyimizin, ictimai passivliyimizin ciddi payı var.

Digər tərəfdən, kütləvi aksiya keçirməyin qaydası-qanunu var. Kütləvi aksiya konkret şüarlar və tələblər əsasında xalqın iradəsinin və gücünü nümayişidir. Aksiyalar sivil qaydada keçirilməli və produktiv, səmərəli olmalıdır. Eyni zamanda, bu işi ağlı başında olan, ictimai-siyasi, iqtisadi proseslərdən baş çıxaran ictimai-siyasi institutlar, həmkarlar təşkilatları təşkil etməli, konkret tələblər və təkliflərlə çıxış edilməlidir. Amma təəssüflər olsun ki, biz bir xalq olaraq milli müqavimətimizi təşkil edən sağlam qurumlar yarada bilməmişik. Hansısa aktrisanın, aktyorun, zavod fəhləsinin, universitet müəlliminin, akademiya laborantının çağırışıyla küçələrə axışmanın nəticəsi heç də yaxşı olmur…”

Ağalarov və İsmayılovun iştirak etdiyi oliqarx toyları – Foto

qaynarimage452532

Oliqarx toyları. Son zamanların ən çox diqqət mərkəzində olan mövzularından biri də budur. Dünyanın əksər ölkələrində oliqarxlar ancaq öz dairələrindən olanlarla ailə həyatı qurur, “imperiyaları” möhkəmlətməyin bir yolu da budur. Pulla pul qazanmağın yollarından biri də bu toylardan keçir. Azərbaycanda da qohum olan məmurlar, oliqarxlar kifayət qədərdir. Axar.az Cəbhə.info-ya istinadən Rusiyanın qohum oliqarxlarını təqdim edir. 1.Semyon Krutir və Mariya Çiqinskaya Toyları 2015-ci ildə “Sokolovo” qolf-klubunda olub. Nikah mərasimini Rusiyanın baş ravvini Berl Lazar keçirib. Mariya Çiqinskaya məhşur investor Aleksandr Çiqinskinin qızı və tikinti maqnatı Şalva Çiqinskinin qohumudur. Əri isə moskvalı biznesmen Arkadi Krutirin oğlu Semyondur. Gəlinin paltarını ünlü modelyerlər hazırlayıb və 15 milyon rubla başa gəlib. Toya 800 qonaq dəvət olunub. Aralarında milyarder Roman Abromoviç, Telman İsmayılov, biznesmen Umar Cəbrayılov, Musa Bacayev olub. Qonaqları Filipp Krikorov, Leonid Aqutin, Anjelika Varum və başqaları əyləndirib. Təkcə qonorarlara 20 milyon rubl xərclənib. Bu toy təkcə məhəbbətin xoşbəxt sonluğu olmayıb. Həm də birgə sövdələşmələrə yol açıb. Araşdırmalar göstərib ki, Aleksandr Çiqinskinin şirkətləri Arkadi Krutirin yaratdığı müəssisələrlə sıx bağlıdır. Hər iki şəxs kommersiya müəssisələri üçün ofislərin icarəsi sahəsində tanınıb. 2. Məhəmməd Yerixanov və Məryəm Bacayeva Məhəmmədin atası “Rosselxozbank”ın Çeçenistan regional filialının rəhbəri Usman Yerixanovdur. Onların gəlin kimi seçdiyi isə “Alyans qrup”un rəhbəri Musa Bacayevin qızı Məryəm olub. Gəlinin paltarı Qafqaz ənənlərinə əsasən tikilib. Toya Çeçenistan və Dağıstandan musiqiçilər çağırılıb. 2016-cı il sentyabrda Musa Bacayev kiçik qızı Elinanı ərə verib. Bəy isə “Dorchester Finance” və “Alima Cosmetics” şirkətlərinin varisi Bekxan Mamakayev olub. 3. Pavel Kalturin və Alina Monosova Toy 2015-ci ildə olub. Alinanın atası “Sistem” maliyyə koorporasiyasının vitse-prezidenti Leonid Monosovdur. Bəy isə bir neçə şirkəti olan Vladimir Kalturinin oğludur. Toy 4 mərtəbəli banket zalında keçirilib, içəri kosmosa bənzər formada dizayn edilib. Toyda balet artistləri çıxış edib. Alina da digər rusiyalı oliqarxların qızları kimi Zuhayr Muradın gəlinliyini geyinib. Bəyin kostyumu isə 100 min rublluq olub. 200 qonaq çağırılıb və toya ümumilikdə 60 milyon rubl xərclənib. 4. Sarkis Karapetyan və Salome Kinçuraşvili Toy 2016-cı il iyunda olub. Bəyin atası “Taşır” şirkətlər qrupunun rəhbəridir. Milyarderin 23 yaşlı oğlu 25 yaşlı gürcü qızı ilə evlənib. Gəlinin atası biznesen Teymuraz Kinçuraşvilidir. Toyda qonaqlar arasında Ermənistan prezidenti Serj Sarkisyan da olub və öz məşhur rəqsini oynayıb. Azərbaycan melodiyasının sədaları altında... Alla Puqaçova da müğənnilər arasında olub. Hər iki ailənin uzun müddət əvvələ dayanan maliyyə əlaqələri var. 5. David Berkoviç və Viktoriya Krutoy Viktoriya İqor Krutoyun qızıdır. İqor Rusiya şou-biznesində öz milyonları ilə tanınır. Bəyin anası Tatyana isə Rusiyada bir neçə restoran sahibidir. Gənclər Nyu-Yorkda evlənib. Qonaqlar arasında isə bir çox məşhurlar olub, o cümlədən də Ağalarovlar. 6. Səid Quçəriyev və Xədicə Ujaxova 2016-cı ilin ən bahalı toyu olub. Bəy “Rusneft”in sahibi Mixail Quçəriyevin oğludur. Gəlini isə bu ailə çox axtarıb. Gözəllik, ciddilik, təmizlik kimi tələblərə cavab verən gəlin tapmaq asan deyil. Ailə 4 illik axtarışdan sonra sadə tələbəni seçdi, İnquşetiyadan olan tələbə Xadicə Ujaxova. Gəlinlik paltarı sirafişlə Fransada hazırlanıb. 25 kiiloqramlıq paltar qiymətli daşlarla bəzədilib. 600 qonağın hər birinə qızıldan hədiyyələr təqdim edilib. Müğənnilər Alla Puqaçova, Cenifer Lopes, Enlika İqlesias, Patrisiya Kaas və Stinq qonaqları əyləndirib. Rusiya primadonnası bir neçə mahnıya 300 min avro alıb. İqlesias 500 min avro, Cey Lo 1 milyon avro, Stinq isə 1, 5 milyon avroluq oxuyub. 7. Deniel Kenvey və İrina Koqan Rusiyalı milyarder Valeri Koqanın nəvəsi olan İrina bu ilin yanvarında Londonda ərə gedib. Onun bəy kimi seçdiyi şəxs isə yəhudi əsilli İngiltərə vətəndaşı Deniel Kenvey olub. Ancaq heç yerdə deyilmir ki, o, varlı valideynlərin, yaxud da rıtsar titulu alan kiminsə qohumu deyil. Toyda Elton Con, Antonio Banderas, Meray Keri, Filipp Krikorov, Anna Netrebko və digərləri olub. Stas Mixaylov və Krikorov 150 min avro, Antonio Banderas 1 milyon avroya qədər, Meray Keri 2 milyon avro, Elton Con 3 milyon avro qonorar alıb. Qeyd edək ki, Valeri Koqan Rusiyanın 100 ən varlı şəxsi sırasındadır. Onun ən böyük aktivi “Demododovo” aeroportudur. Rusiyaya az-az gəlir, əsasən ABŞ və İsraildə yaşayır.

19 Fevral 2017 18:06