ABŞ Minsk qrupundakı təmsilçisini dəyişdi –Uorliki 30 ilin diplomatı əvəzləyəcək

31 Dekabr 2016 10:13

Xəbər 29 dəfə oxunub

 

2017-ci ilin yanvarından etibarən səfir Riçard E.Hoqland Amerika Birləşmiş Ştatlarının Avropada Təhlükəsizlik və Tərəfdaşlıq Təşkilatının (ATƏT) Minsk Qrupunun həmsədri vəzifəsini müvəqqəti icra edəcək. O, dekabrın 31-i sözügedən vəzifədən istefa verən Səfir Ceyms B.Uorliki əvəzləyəcək.

Strateq.az xəbər verir ki, bu haqda məlumatı ABŞ-ın Azərbaycandakı səfirliyi yyaıb.

Məlumatda həmçinin bildirilir ki, səfir Hoqlandın diplomatik sahədə 30 ildən çox təcrübəsi var. O, 2003-2006 illərdə Tacikistanda və 2008-2011 illərdə Qazaxıstanda ABŞ-ın səfiri, 2011-2013 illərdə isə Pakistanda səfir müavini kimi çalışıb.

Səfir Hoqland bu yaxında Suriyada Zorakılığın Dayandırılması sahəsində ABŞ-Rusiya əlaqələndirmə fəaliyyətlərinə rəhbərlik edib, Vaşinqtonda Dövlət Departamentində Cənub və Mərkəzi Afrika məsələləri üzrə Dövlət Katibinin köməkçisinin müavini kimi çalışıb.

Bundan öncə isə, səfir Hoqland Avropa və Avrasiya Məsələləri üzrə Bürosunda Qafqaz və Mərkəzi Asiya ofisinə rəhbərlik edib və ABŞ-in Moskvadaki səfirliyinin sözçüsü olub.

Birləşmiş Ştatların Dağlıq Qarabağ münaqişəsinin dinc həllinin tapılması üçün tərəflərlə işlədiyi bir vaxtda səfir Hoqlandın diplomatik sahədə topladığı geniş təcrübə mühüm əhəmiyyət daşıyacaq.

Birləşmiş Ştatlar tərəfləri atəşkəsə dair öhdəliklərə sadiq qalmağa, Vyana və Sankt-Peterburqda əldə olunan razılıqları icra etməyə, həmçinin bütün tərəflərə fayda gətirən danışıqlar prosesinə dönməyə çağırır.

Səfir Uorliki daimi əvəz edən şəxsin adı sonra açıqlanacaq.

“Rusiyada hansısa ağıllı düşünürsə ki, bizi həmişə əyə bilər, bu, olmayacaq”- Lukaşenko

“Rusiya-Belarus münasibətlərinin əsasında mühasibat durmamalıdır”. Faktinfo.az APA-ya  istinadən verdiyi məlumata görə, bu sözləri Belarus prezidenti Aleksandr Lukaşenko deyib. A. Lukaşenko Rusiyanın baş naziri Dmitri Medvedevin bir neçə gün əvvəl Bişkekdə Avrasiya İqtisadi Birliyinin hökumətlərarası komissiyasının iclası zamanı Belarusa təbii qazın Avropa qiymətlərinə satıla biləcəyi ilə bağlı bəyanatına cavab verib. “Məni ən çox köhnə dostum Dmitri Medvedevin sözləri təəccübləndirdi. Bizi qorxutmağa başlayıblar ki, təbii qazı Avropa qiymətləri ilə əldə edə bilərik. Yəni 150 dollar əvəzinə, 200 dollara… Bu, sanki bizim Rusiyanın çörəyini havayı yeyən olmağımıza bir işarədir. Sanki onlar bizə hədiyyə edir. Mən detallara varmayacağam, amma Medvedev anlamalıdır ki, əgər biz Avropa qiymətləri ilə ödəyəcəyiksə, o zaman onun özü də bəzi şeylərə görə ödəmə etməli olacaq. Və bu qiymət təbii qazın qiymətindən qat-qat çox olacaq. Mən düşünürəm, əksər ruslar və rusiyalılar da bu fikirdədir ki, Rusiya ilə bizim münasibətimiz mühasibat deyil. Mühasibat və Medvedeva məxsus olmayan təbii qaz bizim münasibətlərimizin əsasında durmamalıdır“. A. Lukaşenko qeyd edib ki, Belarusa ucuz təbii qaz lazım deyil: “Bizə lazımdır ki, qardaş Rusiya üzərinə götürdüyü öhdəlikləri hərtərəfli yerinə yetirsin. Əgər biz ittifaq, vahid dövlət qururuqsa, bizim insanlarımız və müəssisələrimizin bazarda bərabər hüquqları olmalıdır. Biz bundan artıq heç nə istəmirik. Əgər orada hansısa ağıllı düşünürsə ki, bizi həmişə əyə, diz çökdürə bilər, bilsin ki, bu, olmayacaq”.

9 Mart 2017 17:24