ABŞ Türkiyəyə kiberhücum etdi – Nazir

6 Yanvar 2017 15:30

Xəbər 33 dəfə oxunub

Türkiyə Enerji və Təbii Sərvətlər naziri Barat Albayraq ölkənin enerji sisteminə edilən kiber hücumla bağlı mühüm açıqlama verib.

Nazir hücumların ABŞ-dan idarə olunduğunu deyib:

“İstanbula verilən elektrik enerjisinin böyük qismi Anadoludan təmin olunur. Lakin bir neçə gün öncə Sakaryada 7 xəttin hamısı qırıldı. Yüksək cərəyanlı 38 dirək dağıldı, 250-dən artıq dirəkdə problem yarandı. Belə hal yalnız saatda 70 kilometr sürətlə əsən külək zamanı yarana bilər.

Bu barədə araşdırmalar aparırıq. Dekabrın 31-də 3 bölgədə yeraltı xətlərin kəsilməsinin qarşısını aldıq. Öncədən məlumat verildiyindən kiber hücumun qarşısını qismən ala bildik.

Dünən ABŞ-dan kiber hücum oldu, ancaq bunun da qarşısını ala bildik”.

Xatırladaq ki, kiber hücumlar 15 iyul dövlət çevrilişinə cəhddən sonra artıb.

“Rusiyada hansısa ağıllı düşünürsə ki, bizi həmişə əyə bilər, bu, olmayacaq”- Lukaşenko

“Rusiya-Belarus münasibətlərinin əsasında mühasibat durmamalıdır”. Faktinfo.az APA-ya  istinadən verdiyi məlumata görə, bu sözləri Belarus prezidenti Aleksandr Lukaşenko deyib. A. Lukaşenko Rusiyanın baş naziri Dmitri Medvedevin bir neçə gün əvvəl Bişkekdə Avrasiya İqtisadi Birliyinin hökumətlərarası komissiyasının iclası zamanı Belarusa təbii qazın Avropa qiymətlərinə satıla biləcəyi ilə bağlı bəyanatına cavab verib. “Məni ən çox köhnə dostum Dmitri Medvedevin sözləri təəccübləndirdi. Bizi qorxutmağa başlayıblar ki, təbii qazı Avropa qiymətləri ilə əldə edə bilərik. Yəni 150 dollar əvəzinə, 200 dollara… Bu, sanki bizim Rusiyanın çörəyini havayı yeyən olmağımıza bir işarədir. Sanki onlar bizə hədiyyə edir. Mən detallara varmayacağam, amma Medvedev anlamalıdır ki, əgər biz Avropa qiymətləri ilə ödəyəcəyiksə, o zaman onun özü də bəzi şeylərə görə ödəmə etməli olacaq. Və bu qiymət təbii qazın qiymətindən qat-qat çox olacaq. Mən düşünürəm, əksər ruslar və rusiyalılar da bu fikirdədir ki, Rusiya ilə bizim münasibətimiz mühasibat deyil. Mühasibat və Medvedeva məxsus olmayan təbii qaz bizim münasibətlərimizin əsasında durmamalıdır“. A. Lukaşenko qeyd edib ki, Belarusa ucuz təbii qaz lazım deyil: “Bizə lazımdır ki, qardaş Rusiya üzərinə götürdüyü öhdəlikləri hərtərəfli yerinə yetirsin. Əgər biz ittifaq, vahid dövlət qururuqsa, bizim insanlarımız və müəssisələrimizin bazarda bərabər hüquqları olmalıdır. Biz bundan artıq heç nə istəmirik. Əgər orada hansısa ağıllı düşünürsə ki, bizi həmişə əyə, diz çökdürə bilər, bilsin ki, bu, olmayacaq”.

9 Mart 2017 17:24