Aktyor taksi sürücüsü ilə mübahisə etdi – foto

106216_1t95lmbj5a

7 Yanvar 2017 17:09

Xəbər 16 dəfə oxunub

Küçədə avtomobillərin siqnalı aktyor Zəfər Algözü özündən çıxarıb.

Faktinfo.az Türkiyə mətbuatına istinadən məlumatına görə, ünvan soruşan taksi sürücüsünün avtomobilini yolun ortasında saxlaması tıxaca səbəb olub. Buna görə, arxadakı avtomobillər siqnal verməyə başlayıb.

Əsəbiləşən aktyor sürücüyə yaxınlaşaraq şüşəni endirməsini istəyərək belə deyib:

“Siqnal səsi başımızı ağrıtdı. Sənə görə telefonla danışa bilmirəm”.

Özündən çıxan Zəfəri ətrafdakı insanlar sakitləşdirib.

Toydan çıxan tanınmış müğənnilərin qazandığı pullar əllərindən alınıb – Bakıda ŞOK

1484286046_0001

Hadisə Binəqədi rayonu ərazisində baş verib. Belə ki, Binəqədi rayonu ərazisində toydan çıxıb evə getmək istəyən tanınmış müğənni Ramal İsrafilovun avtomobilinin qarşısını naməlum şəxslər avtomobil ilə kəsərək ona bıçaqla hədə-qorxu gəlib və pul tələb ediblər. Onlar müğənninin toydan qazandığı pulları alaraq ərazidən uzaqlaşıb. Həmin gün oxşar hadisə eyni rayonda "Şeron" qrupunun keçmiş üzvü, "Şadan" qrupunun rəhbəri və solisti İntizar Məmmədova qarşı da törədilib. Belə ki, müğənninin qarşısına iki naməlum şəxs çıxaraq ondan pul tələb edib. Onun da toydan qazandığı pulları alan şəxslər ərazidən uzaqlaşıb. Binəqədi Rayon Polis İdarəsinin (RPİ) əməkaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı məlum olub ki, hər iki hadisəni eyni dəstənin üzvü olan 5 nəfər törədib. RPİ əməkdaşları onlardan 4-nü saxlayıb. Belə ki, hadisəni törətməkdə şübhəli bilinən Bağırov Vazeh Valeh oğlu (əvvəllər adam öldürdüyünə görə məhkumluk həyatı yaşayıb, "Vaska" kimi tanınır), Gündüz Ağayev və digər iki nəfər (onların adları açıqlanmayıb) tutulub. Daha bir nəfər isə ölkədən qaçıb. Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

13 Yanvar 2017 10:57