“Almalı” necə müflis edilib?-Şok faktlar

13 Dekabr 2016 18:23

Xəbər 418 dəfə oxunub

 

Faktinfo.az-ın elektron ünvanına Rusiya vətəndaşı olan soydaşımız Həsənov Elmar Səməd oğlu tərəfindən məktub göndərilib.Məktubda bir zamanlar məşhur olan “Almalı” marketlər şəbəkəsinin çökdürülməsi ilə bağlı sensasion fikirlər yer alıb.Mətn hazırkı dövrdə xüsüsi əhəmiyyət kəsb etdiyindən  olduğu kimi dərc edirik:

Mən, Həsənov Elmar Səməd oğlu, Bakı şəhərində anadan olmuşam. Moskvada  MQU-nu (Moskva Dövlət Universiteti) bitirdikdən sonra bir müddət Çin Xalq Respubilkasında işlədim.  Hal -hazırda Rusiya vətəndaşı olmaqla iri Çin şirkətlərindən birinin MDB dövlətləri və bir sıra Şərqi Avropa ölkələri nümayəndəliklərinin Baş direktoru vəzifəsində çalışıram. “Almalı” marketlər şəbəkəsinin  bizim ailənin başına gətirdiyi müsibətlər haqda faktları ictimaiyyətə çatdırmaq istəyirəm.  Atam, Həsənov Səməd Ağa oğlu Sovetlər dövründə uzun müddət Çörək zavodunda ekspeditor işləyib. İşlədiyi müddətdə  ticarət aləmində haqq-hesabda düzlüyünə görə xüsusi hörmət qazanıb. SSRİ  dağıldıqdan sonra, böyük  ticarət obyektlərinin topdan və pərakəndə satış mərkəzlərində də ekspeditor kimi çalışıb. Atam fəhləliklə 3 övladına da Ali təhsil verməyi özünə borc bilirdi. O,bir çox orta və kiçik sahibkarlıqla məşğul olan obyektləri ərzaq və qeyri ərzaq məhsulları ilə nisyə təmin edən ekspeditorlardan biri olub. 2006-cı ildə Respublikamızda ilk dəfə iri miqyaslı və misli görünməyən ticarət şəbəkəsi olan “Almalı” marketləri ilə əməkdaşlığa başladı. Atamın “Almalı” marketləri ilə aylıq ticarət dövriyyəsi qısa zamanda 100 000 manatı ötdü. Əmtəə sırasında çörək çeşidləri, dondurulmuş toyuq, ət, təmizləyici və sanitariya vasitələri və s. xırdavatlar var idi. Bir müddət sonra satılmış malların pullarının verilməsində kəsirlər əmələ gəlməyə başladı. Hər ay kəsirlər böyüyürdü. Atama belə dedilər: “Dövriyyən onsuz da bilinmir, narahat olma,sən bizim topdan təminatçımızsan. Bizimlə əməkdaşlıq etmək istəyənlər növbəyə düzülüb, bilirsən haralardan zənglər olur. Ancaq biz səninlə işləyirik”

Bir il ərzində satılmış mallardan 100 000 manata qədər kəsir əmələ gəldi. Bu isə o dövrün məzənnəsi ilə 125 000$ dollar təşkil edirdi. Atam iri topdan satış mərkəzləri ilə hər ay balanslaşdırılmış hesabat apardığından bir müddət kəsirlə işləmək mümkün oldu. “Almalı” rəhbərliyi isə müxtəlif bəhanələr gətirərək hər dəfə borcu həcmini  böyüdürdü. Atama söz verirdilər ki, sən yaxşı ticarətçisən, narahat olma, səni təzə açılacaq mağazalardan birinə direktor təyin edəcəyik. Bu minvalla atam yaranan kəsiri gözləyirdi, halbuki, atam tərəfindən verilmış mallar çoxdan satılmışdı. Ancaq yaşamaq üçün yeganə bacardığı iş olduğu üçün əməkdaşlığı davam etdirirdi. Onun  işlədiyi şirkətlər bir gün qəti şəkildə  pullarını tələb etməyə başladılar. Atam “Almalı” mağazalarının müdirlərinə, sonra isə ümumi rəhbərlərinin yanına getməyə başladı. Hər dəfə “narahat olma ,ağsaqqal, yaxın günlərdə pul olacaq,xaricdən kredit gəlir” və s. boş- boş vədlərlə atamı yola salırdılar. Hətta elə vəziyyət yaranmışdı ki, o verdiyi malların geri qaytarılmasına və yaxud əvəzində digər mallar götürməyə də razı idi. Təxminən bir il yarım yalançı vədlərlə aparıb gətirdilər. Son üzləşmə aktına əsasən 105 000 manat (134 000 dollar) mənimsənilmişdi.

Bu müddət ərzində atamın mal götürdüyü  sahibkarlar borclarını tələb etməklə, müxtəlif hədə- qorxu gəlməklə məcbur etdilər ki, yaşadığımız mənzili girov qoyub kredit alaq.Beləliklə, evimizi girov qoyaraq bankdan kredit götürüb borcların əsas hissəsini bağladıq. Lakin, “Almalı”dan pulumuzu ala bilmirdik, orada müxtəlif işçılərlə  görüşürdük. Bizə deyirdilər ki, “Almalı”nın sahibi tanınmış iş adamı Araz Ağalarovdu.

O zaman mən Rusiyada  tələbə olduğumdan Moskvada “Krokus” şrkətinə yollandım. “Krokus” şirkətinin administrasiyasından qətiyyətlə bildirdilər ki, cənab Ağalarovun Azərbaycanda heç bir “Almalı” marketlər biznesi yoxdur və olmayıb.Bundan sonra “Almalı” rəsmilərinin qəbuluna atam dəfələrlə getdi. Nəsimi Lətifov, Bəhruz Hüseynov və baş direktor Rafael Haciyev dəfələrlə və təkidlə bildirirdi ki, heç kim heç kimin pulunu yeyə bilməz. Bir az səbr etmək lazımdır.

Lakin məsələ həllini tapmadı, bizim pulu yedilər. Bu müddətdə biz artıq Bank faizlərini ödəyə bilmədiyimiz üçün evimizi satmağa məcbur olduq. 3 otaqlı evimizi 7-ci mikrorayonda satıb Yeni Günəşlidə 1 otaqlı mənzilə köçdük.Bununla bərabər, atam bütün işlərini itirdi. Bundan sonra heç bir sahibkar atamla işləmək istəmədi. “Almalı”ilə əməkdaşlıq bizim ailəmizi məhv etdi. Atam insult oldu və 2014-cü ildə dünyasını dəyişdi. Mən isə təhsilimi Moskvada fərqlənmə diplomu ilə bitirib, Çin şirkətlərinin birində direktor işlədim, paralel olaraq “Almalı” rəhbərləri ilə maraqlanmağa başladım. Çünki, onlar yeni investorlar vasitəsi ilə 5 il ərzində pulları qaytaracaqlarını vəd etmişdilər. Heç demə,

bu mütəşəkkil formada “afyor”luğun bir forması imiş.

Araşdırmalara başladım.  Baş direktor Mobil Şərifovu (Keçmiş Gəncə Beynəlxalq Bankın sədri) tapdım. Onun sözlərinə görə ,“Almalı” şirkəti tamamilə müflisləşib. “Nəğd satılmış malımın pulu necə müflisləşə bilər”sualıma cavab olaraq dedi ki, mənlik deyil, dağıdanlar dağıtdı.Rafael Hacıyev (Keçmiş Sumqayıt Beynəlxalq Bankın sədri) bilir, onunla danışın. Rafaeli tapa bilmədim, dedilər Bakıdan  köçüb.

Bundan sonra “Almalı”nın digər məsul işçisi Elşad Şirinbəyovla (Keçmiş Yasamal Beynəlxalq Bankın sədri) görüşdüm. Nəhayət ki, “Almalı”nın əsl sahibi haqda məlumat aldım. Dedi ki, bu işlərin arxasında Beynəlxalq Bankın keçmış sədri Fuad Axundov dayanırdı. Bütün bu problemləri yaradan o olub. Dərhal Mobil Şərifovla   əlaqə saxladım . Mobil müəllim də t bu işin başında Fuad Axundovun durduğunu təsdiqlədi. Daha sonra müəyyən etdim ki, Fuad Axundovun bacısı Nigar Axundovanın əri Asim Salamov “Almalı”marketlərinin Təchizat və İşlər Departamentinin rəhbəri, Fuad Axundovun həyat yoldaşı Fərəh Axundovanın qardaşı Ağası Hüseynov isə Nəqliyyat və Təminat Departamentinin rəhbəri kimi “Almalı” AİLƏ sindikatının üzvləridirlər. Bundan başqa onlarla tanışları və dostları da burada fəaliyyət göstəriblər.

“Almalı” sindikatının Təhlükəsiszlik xidmətinin keşmiş işçisinin (rəsmi araşdırma başlayana qədər adlarının məxfi saxlanmasını xahiş ediblər) bizimlə bölüşdüyü arxiv video materiallardan aydın görünür ki, Fuad Axundov xüsusi təm-təraqla “Almalı”nın Baş ofisinə, mühafizəçilərinin muşayiəti ilə dəfələrlə 90 AA 632 dövlət nişanlı Mersedes S klass markalı avtomobillə şəxsən təşrif buyurur. Bundan başqa digər arxiv video görüntülərdən müəyyən olunur ki, Lerik rayonun “Relax” istirahət Mərkəzində Fuad Axundovun rəhbərliyi ilə “Almalı” sindikatının toplantısı keçirilir. Korporativ iclasın tərkibindən bəlli olur ki, bu avantüranı həyata keçirən qohum-işbazlardı.

Daha sonra “Almalı”nın maliyyə idarəsinin keşmiş işçilərinin dediklərindən (rəsmi araşdırma başlayana qədər adlarının məxfi saxlanmasını xahiş etmişlər) müəyyən olundu ki, 2-3 il ərzində mütamadi olaraq hər gün iş günü bitdikdə bütün şəbəkələrdən gündəlik  əldə olunan nəğd pullar yığılaraq “Almalı”nın Babək prospektindəki Baş ofisinə göndərilib. Sonralar bu ünvan Nəsimi rayonu,  Nəsib bəy Yusifbəyli küçəsindəki ofislə  əvəzlənib. Yığılan vəsaitlərin bir hissəsi söz- söhbətlərin yaranmaması üçün sahibkarlara verilir, digər hissəsi isə Fuad Axundovun tapşırığına uyğun olaraq müəyyən olunmamamış istiqamətdə qeyb olurdu.

Mərhələli formada əmtəə təminatçılarına borclar yaranırdı. Bu borclar təminatçıları narahat etmirdi, çünkü sünü yaradılmış “Almalı” bazarına girmək problemi sahibkarları bu fikirdən uzaqlaşdırırdı.İşbazların  başlıca məqsədi də bu idi. Maksimal borclanmaya getdikdən sonra son 6 ayı “Almalı” Ticarət şəbəkələrində işləyənlərində zəhmət haqqı verilmədi,

“Almalı” müflis elan edildi.

“Vəziyyət”dən”çıxmaq üçün  o, hətta özünə məxsus Rus Dram Teatrının (Molakan bağı) qarşısında, Xəqani küçəsi ilə Mərdanov qardaşları küçəsinin kəsişməsində yerləşən çox otaqlı mənzilini guya ki, “Almalı” şəbəkəsinin inkişafına yönəldiləcəyi niyyəti ilə “Əmrahbank”a girov qoymaqla, 700 000 (yeddiyüz min) manat götürdü. Bunu da bilərəkdən ictimailəşdirdi. Sonda isə “Almalı” şəbəkəsini müflis elan edərkən, üzünün də müflis olmasını xüsusi qeyd etməklə hətta evinin də bankda girov qalaraq əldən çıxmasını çox təəssüflə bildirdi.Halbu ki, girovdan əldə edilmiş vəsaitin heç 1 manatı belə “Almalı” şəbəkəsinə yönəldilməmişdi. Bu vəsaitlə Fuad Axundov müddət gözləmədən Antalyada iqamətgah əldə edib.

Bu arada isə Rafael Hacıyev başda olmaqla, Fuad Axundovun bütün silahdaşları, o cümlədən Asim Salamov (Fuad Axundovun bacısı Nigar Axundovanın həyat yoldaşı), Ağası Hüseynov (Fuad Axundovun həyat yoldaşı Fərəh Axundovanın qardaşı) bir ağızdan “Almalı” şəbəkəsinin müflis olması və Fuad Axundov başda olmaqla hər birinin müflis olması və külli miqdarda pul itirmələrini bəyan etdilər.

Eyni zamanda Fuad Axundovun şəxsi göstərişi ilə, əlavə olaraq tanışlardan, sahibkarlardan və digər fiziki şəxslərdən İnvestisiya yatırımı və şəbəkələrin genişləndirilməsi adı altında illik faizi 25-30% olmaqla qeyri-qanuni vəsaitlər toplandı. Məlumat üçün qeyd edək ki, bu tələyə Fuad Axundov bir çox tanışlarını da salıb. Belə ki, Mobil Şərifovun yaxın adamı buraya 700 000 manat vəsait cəlb etmişdir və bu günə qədər bir qara qəpik geri ala bilməmişdir və s. Bu qanunsuz əməlləri həyata keçirən birbaşa Rafael Hacıyev olub. Beləliklə də dələduzluq piramidası nəticəsində 100-lə iş adamına küllü miqdarda ziyan vurulmuşdur. Ziyan çəkənlərin siyahisı yığılır. Qeyd olunan faktarla bağlı konkret ziyan çəkmiş şəxslər var.

Onu da qeyd edim ki, Fuad Axundov Beynəlxalq Bankın sədrliyindən mərhum Prezident Heydər Əliyev tərəfindən məhz dələduzluq üstündə qovulmuşdu. Belə ki, o dövrlərdə Fuad Axundov Azərbaycan Beynəlxalq Bankının  səhmlərinin əsas hissəsini özünün yaxın adamlarının vasitəsilə mənimsəməsi ilə yanaşı ,müvəqqəti olaraq ABB-də yerləşdirilən Dövlət Neft Fondunun küllü miqdarda ehtiyatlarından öz xeyrinə istifadə etməkdə təqsirləndirilmişdi.

Bununla yanaşı həmin dövrdə Fuad Axundov özünə “Arko” bank açmış və ora Nazim adlı dostunu rəhbər təyin etmişdi. Həmin bank vasitəsi ilə F.Axundov gizli bank əməliyyatları nəğdləşmə, Azərbaycan Beynəlxalq Bankına məxsus aktivlərin mənimsənilməsi və ölkədən qeyri qanuni pulların çıxarılması istiqamətində transzaksiya əməliyyatları keçirirdi. Sonda isə çoxsaylı iş adamlarının ziyanı ilə həmin bank müflis elan edildi.  Fuad Axundov isə İngiltərə Banklarına 15 milyon funt yatıraraq bu əməliyyatlardan ziyansız çıxdı. Gördüyünüz kimi Fuad Axundov dəsti-xətti o dövrdən məhşurdu.

Qeyd etmək lazımdır ki, Fuad Axundov ABB-dan mərhum Prezident Heydər Əliyev tərəfindən uzaqlaşdırılarkən onun yerinə o dövrdə Bankın Kredit Departamentinin rəhbəri Cahangir Hacıyev təyin edilmişdi. Cahangır Hacıyevi ümumiyyətlə Bank sisteminə isə Fuad Axundov gətirmişdi. Belə ki, onlar hər ikisi ABŞ Texas Universitetində birgə MBA kursaları keçərkən tələbə dostları olublar. Beləliklə, bu günkü ABB-nin bəlalarının əsasını da Fuad Axundov qoyub,Cahangir Hacıyev davam etdirib.

2001-ci ildə  canını İngiltərəyə qaçmaqla qurtaran Fuad Axundov, 2003-cü ildə Prezident Heydər Əliyevin vəfatından  sonra ilk növbədə Moskvada Uralsib İnvestisiya Bankına (sonralar investisiya şirkəti) işə düzəlir. Burada öz “bacarığını” işə salaraq irəliləməyi bacarır.Qısa zamanda Bakıda da “Nikoyl Bank”ın açılmasını təşkil edir. Burada da öz qohumları və dostları Mobil Şərifov, yeznəsi Asim Salamov və qayını Ağası Hüseynovu və digərlərini görmək olardı. Qısa zamanda Fuad Axundov burada da işbazlığını işə salır və bir neçə yəhudi milliyətindən olan iş adamlarının vəsaitlərini ustalıqla mənimsəyir. Maraqlısı budur ki, yenədə eyni ssenari işlədilib: “İş alınmadı, bağışlayın”.

Lakin, yəhudi milliyətindən olan iş adamları rəsmi şikayətlə ayidiyyəti qurumlara müraciət edib və Fuad Axundov 2005-ci ildə Heydər Əliyev adına Hava limanının VİP zalından DİN-nin əməkdaşları tərəfindən saxlanılaraq aidiyyəti üzrə aparılıb. Təbiətcə qorxaq adam olan  Fuad Axundov dərhal şikayət edənlərin tələbini qarşılayıb, Azərbaycanı tərk edib.

Və nəhayət 2006-2010- cu illərdə iş adamlarının və sahibkarların məlum “Almalı” soyqırımı ilə tarixə düşüb. Xatırlatdığımız kimi, Fuad Axundov maksimal borclanmaya getdikdən sonra bir vaxtlar qərb dünyasında ən geniş yayılmış dələduzluq formasından istıfadə edərək “Almalı” Ticarət şəbəkəsini süni müflis elan edib. Beləliklə, Fuad Axundov müflisləşmə yolu ilə qəsdən ödəmə qabiliyyətsizliyinin yaradılması nəticəsində ümümi dəyəri 70 milyon manata qədər vəsaiti mənimsəyib. Nəzərə almaq lazımdır ki, 70 milyon manat 2012-ci ildə  0.78 qəpik məzənnə ilə təxminən 89 745 000 (səksən doqquz milyon yeddiyuz qırx beş min) ABŞ dolları təşkil edirdi. Beləliklə də Fuad Axundov özünü və biznesini süni müflis etməklə küllü miqdarda vəsaiti ölkədən çıxarmağa nail olub.

Bu arada bir məqamı da diqqətinizə çatdırmaq istəyirəm.  Belə ki,Fuad Axundovla sabiq MTN naziri Milli Məclisin arxasındakı 9- mərtəbəli yaşayış kompleksində qonşu olublar və bir- birlərini şox gözəl tanıyıblar. Lakin bir fakt işləri korlayıb. Fuad Axundovun yerinə 2001-ci ildə ABB-nin prezidenti olan Cahangir Hacıyevin sabiq MTN-lə quda olması vəziyyəti dəyişdi. Bunu görən  F. Axundov hiyləgərliyini yenidən  işə salır və “cavanlıq-qardaşlıq xatirəsi” mövzusunu ortalığa atmaqla C.Hacıyevin “uzaqgörənliyindən” istifadə edir. Bu barışığın eşqinə hətta Cahangir Hacıyev Fuad Axundovun bacanağı İbrahim Cəfərovu ABB-yə məsul vəzifəyə təyin edir. Beləliklə də, dələduzluq əməliyyatlarının həyata keçirilməsi üçün bütün münbüt şərait təkrar yaradılır.

Onu da qeyd edim ki,Dövlət Başçısına,hüquq- mühafizə orqanlarına faktların araşdırılması və dövrün irimiqyaslı dələduzluq əməllərinə hüquqi qiymət verilməsi üçün layihə müraciət məktubları hazırlanıb. Hazırda ziyançəkənlərin bir araya gəlməsi və dəymiş ziyanların ümumi klassifikasiya olunması işləri tamamlanır.Bu arada “Almalı” marketlərinin dələduzluq əməllərindən hər hansı bir formada ziyan çəkmiş fiziki və hüquqi şəxslərdən (icarə haqqı borcları, əmək haqqı borcları, görülmüş işlərlə bağlı müqavilə üzrə boclar, satılmış mallar üzrə ödənilməmiş borclar, nəğd şəkildə qeyri qanuni yığılmış depozitlər üzrə borclar və s. yaranmış borclar) şəxsi e.meylimə müraciət etməyinizi xahiş edirəm.

Hazırda 142 nəfər qeydiyyatdan keçməklə küllü miqdarda dələduzluq faktları bir araya gətirilib. Saytınızda mənim e-poçta adresim: [email protected] dərc olunmasını artıq dərəcədə xahiş edirəm.

Faktinfo.az

 

 

 

 

BSU təkzib edir…

Faktinfo.az-a Bakı Slavyan Universitetinin  mətbuat xidməti tərəfindən göndərilən  məlumatda bildirilir ki,dünən bir çox saytlar BSU-da əmək haqlarının yubanması ilə bağlı  qərəz nümayiş etdiriblər. Mətbuat xidməti tərəfindən göndərilən  məlumatda bildirilir ki, universitetdə fevral ayının əmək haqqı yubadılır, amma bunun   universitetin rəhbərliyi ilə heç bir əlaqəsi yoxdur. Məlum olduğu kimi, ölkənin 12 universiteti üç aydır ki, tələbələrin təqaüdlərini verə bilmir, bir çox universitetlər isə əmək haqqını yubatmaqdadırlar. Əslində, bunun universitetlərin rəhbərliklərinə heç bir aidiyyatı yoxdur. Təqaüdlərlə bağlı Maliyyə Nazirliyi özü açıqlama yayıb. Orada deyilir: “Dövlət sifarişi ilə ali təhsil və digər müəssisələrdə kadr hazırlığı xərclərinin, o cümlədən təqaüd xərclərinin maliyyələşdirilməsi ilə bağlı Təhsil Nazirliyi tərəfindən hazırlanmış müvafiq normativ hüquqi aktın layihəsi Maliyyə Nazirliyinə təqdim olunub. Həmin layihə təhlil edilərək əsasən məqbul hesab olunub və aidiyyəti üzrə Təhsil Nazirliyinə göndərilib. Sözügedən layihə Təhsil Nazirliyi tərəfindən hökumətə təqdim edildikdən və prosedura uyğun olaraq müvafiq sərəncam Nazirlər Kabineti tərəfindən təsdiq olunduqdan sonra Maliyyə Nazirliyi təhsil və təqaüd xərclərinin maliyyələşdirilməsini tam təmin edəcək". Bu təqaüdlərin məsələsi. Əmək haqlarına gəldikdə isə, bəlli olduğu kimi, ölkədə dolların kursu sabitləşmədiyindən valideynlər təhsil haqlarının ödənişləri ilə bağlı müəyyən poblemlərlə qarşılaşmışlar. Onlar ilin əvvəlindən bəri ödənişlərin bir hissəsini versələr də, onu tam ödəməkdə çətinlik çəkməkdədirlər. Universitet isə əmək haqlarını həmin ödənişlərin hesabına həyata keçirir. Digər tərəfdən, məsələ heç də bəzi saytların yazdığı kimi deyil, yəni universitet hamının maaşlarını saxlamayıb, texniki heyət və xidmət personalı əmək haqlarını əvvəlki qaydada, vaxtında alıblar. Müəllimlərin əmək haqqına gəldikdə isə, onların maaşlarının da ayın sonunadək verilməsi nəzərdə tutulmuşdur. Qaldı universitetdə bayram tədbirinin keçirilməsi və universitet rəhbərliyinin tələbələrlə birgə şənlik etmələrinə, burada qəribə heç nə yoxdur. Biz bununla bağlı onlara ümummilli lider Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin sözlərini xatırlatmağı zəruri hesab edirik. Azərbaycan dövlətinin qurucusu ulu öndər demişdir: “Bu bayram əmin-amanlığın, sabitliyin rəmzidir. Bu bayram ölkədə gedən hüquqi, dünyəvi, sivil dövlət quruculuğunun rəmzidir. Bu bayram insan haqlarına, hüquqlarına olan yüksək hörmət və qayğının rəmzidir. Novruz onu göstərir ki, Azərbaycanda dövlət müstəqilliyi dönməz amil olubdur, müstəqilliyimiz möhkəmlənir, inkişaf edir. Şənliklər onu sübut edir ki, daxili ictimai-siyasi sabitlik bərqərar olubdur. İnsanlar ağır əziyyətlərdən, daxili toqquşmalardan, ədavətdən, ziddiyyətlərdən xilas olub rahat yaşayır, gələcəyə inamla baxırlar”. Azərbaycan Prezidenti cənab İlham Əliyev də ulu öndərin layiqli varisi kimi Novruzun yüksək səviyyədə qeyd olunmasını Vətənə bağlılığın rəmzi kimi dəyərləndirmişdir: “Harada yaşamasından asılı olmayaraq, bu bahar bayramını bütün azərbaycanlılar dərin məhəbbət və ehtiramla qeyd edirlər. Qoy onların bu hissləri dünya azərbaycanlılarının doğma Vətənə, ana dilinə və el-obalarına əbədi bağlılıqlarını daha da gücləndirsin”. Bundan əlavə, BMT-nin Baş Məclisi 2010-cu il fevralın 23-də keçirilmiş iclasında “Beynəlxalq Novruz Günü” adlı qətnamə layihəsini qəbul etmiş və həmin gündən bu bayram qeyd olunur. Belə olduğu təqdirdə BSU-nun prorektorlarının tələbələrlə birgə rəqs etməsində, arada səmimiyyət körpüsünün olmasında nə pis iş var ki? Əslində sevinmək lazımdır ki, universitet rəhbərliyi ilə tələbələr bir-birinə bu qədər yaxın və doğmadır. Qaldı, universitetin tikinti meydanına oxşamasına, bu abadlığın, quruculuğun rəmzidir. Bu universitetə demək olar ki, hər gün xarici qonaqlar gəlir, onların üzünə yüksək səviyyədə təmir olunmuş, abadlaşdırılmış bir ali məktəbin qapıları açılır, üzümüz ağ olur. Universitetdəki tədbirdə müğənnilərin iştirakına gəldikdə isə, bunu birmənalı şəkildə bəyan edirik ki, heç bir müğənni gəlib universitetdə mahnı oxumasına görə universitet rəhbərliyindən pul almayıb. N.Əliyeva YAP-ın Qadınlar Şurasının sədri kimi arada olan xətir-hörmətə əsasən onları dəvət edib və onlarda tədbirdə iştirak ediblər. BSU-nun Mətbuat xidməti

17 Mart 2017 18:54

ADAU -da Novruz şənliyi keçirilib

Bəşəriyyətin ən qədim şənliklərindən, mərasimlərindən biri olan Novruz bayramı xalqımızın bu günə qədər yaşatdığı, qoruyub gələcək nəsillərə ötürdüyü, müqəddəsləşdirdiyi bir dəyərdir. Bu bayram özündə dünyanın yaranma və yaşam sirlərindən tutmuş, gələcəyə, xoşbəxtliyə, bolluğa ümidi də əks etdirir. Novruz yeni gün, yeni həyat mənasını daşımaqla həm də azərbaycanlıların yeni ilidir. Çünki məhz Novruzda həyat yenidən canlanır, torpaq qış yuxusundan oyanır, bitkilər baş qaldırır, ağaclar çiçəkləyir, günəşin istisi artır, gecə ilə gündüz bərabərləşir və beləliklə də yeni həyat başlayır.  ADAU-nun mətbuat xidmətindən bildirilib ki, bu müqəddəs bayram təhsil müəssisəsinin bütün fakültələrində yüksək coşqu və böyük məhəbbətlə qeyd edilib. Süfrələr səməni, şirniyyatlar və bərəkət rəmzləri ilə  bəzədilib. Milli geyimli tələbə qızlar və oğlanlar bayram sevincini rəqslər, mahnılar, eləcə də novruza aid səhnəciklərlə yaşayıb. Aqranomluq fakültəsində isə tədbir daha mıhtəşəm formada qeyd edilib. Fakültənin dekanı Məhərrəm İsmayılov müqəddəs günün dəyərlərindən danışıb, dövlətin bu bayramı dünya səviyyəsində tanıtmasından söz açıb və universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovun adından tədbirə toplaşanları təbrik edib. Rəngarəng musiqilər, mahnı və rəqslər, yumoristik səhnəciklər tədbirin dəyərini qat-qat artırıb. Tələbələrin müəllimləri ilə birgə rəqsləri isə bayrama xüsusi şirinlik gətirib. Bayram şənliyi alovlanan tonqalın ətrafında davam edib və tələbə dünyasına Novruz bayramı doğrudan da yeni gün kimi yazılıb.

17 Mart 2017 18:07

Azərbaycan pomidoru: Bakıda 3 manat 50 qəpiyə, Rusiyada cəmi 50 qəpiyə?

Bu günlərdə sosial şəbəkələrin rus seqmentində istifadəçilərdən biri Sankt-Peterburq bazarlarından birindən çəkilmiş fotoları paylaşıb. Həmin fotolara əsasən bazarda bibər cəmi 40 rubla, mandarin 25 rubla, pomidor 20, alma isə 10 rubladır... Virtualaz.org xəbər verir ki, bu fotolar haqlı olaraq jurnalistləri heyrətləndirib. Axı necə ola bilər: indi ki, tərəvəzin bol olduğu yay mövsümü deyil və bazarlarda tərəvəz bol sayılmaz, bu baxımdan qiymət də Rusiya bazarları ilə müqayisədə bu cür “qəpik-quruş” ola bilməz. Nəticədə “Komsomolskaya Pravda” qəzetinin əməkdaşları bazara yollanıblar və məsələni yerində araşdırıblar. Məlum olub ki, sosial şəbəkələrdə yayılan fotolar fotoskopla düzəldilməyib və qiymətlər doğrudan da belə aşağıdır.   Həmin fotolar şəhərin Sena meydanındakı “talkuçka”da çəkilib. Bazara daxil olan jurnalistlər girişdə dayanıb alver edən xaladan soruşublar: “Bu bazarda kiloqramı 20 rubla pomidor haradadır?”. Xala “bax o cərgədə” deyib, “amma birinci cərgədən almayın, onlar 50-yə satır”-xəbərdarlığından da qalmayıb. Jurnalistlər şahidi olublar ki, satıcılar doğrudan da bibərin kiloqramını 40 rubla, pomidorun kiloqramını 20 rubla təklif edirlər. Özü də Azərbaycan pomidorunun. Ən azından piştaxtanın üzərinə yığılmış pomidorun üstündəki qiymət lövhəsində tərəvəzin Azərbaycan malı olduğu göstərilir. Satıcılar bir ağızdan əmin edirlər ki, tərəvəzi Azərbaycan, Özbəkistan və Tackistandan gətirirlər. Əlbətdə, Moskvada dayanmaqla. “Bir hissəsini orada qoyuruq, qalanını bura gətiririk. Lakin Moskvada baha satırıq, Moskva bahalı şəhərdir”-Əzizə adlı özbək satıcı jurnalistə deyir. Ələddin adlı digər satıcı isə daha ətraflı və inandırıcı danışır. Deyir ki, malı Sankt-Peterburqdakı Sofiysk meyvə-tərəvəz bazasından alırlar. Və ona görə ucuz satırlar ki, Azərbaycanda təzə məhsul tezliklə yetişəcək və tərəvəz çoxalacaq. “Mal üstümüzdə qalmasın deyə belə ucuz satırıq”-o əsaslandırmağa çalışır. Qeyd edək ki, Azərbaycan son illər Rusiya bazarlarına meyvə-tərəvəz ixracını artırıb. Azərbaycanda istixanalarda yetişdirilən pomidor, xiyar, bibər, badımcan qış aylarında da Rusiyaya ixrac edilir, iqtisadiyyatın şaxələndirilməsinə yönəlmiş siyasətin istiqamətlərindən biri də kənd təsərrüfatı məhsullarının ixracını genişləndirməkdir. Lakin hazırda Bakı bazarlarında pomidorun (təbii ki, yerli istehsal) 1 kiloqramı 2 manat 50 qəpikdən 3 manat 50 qəpiyə qədər dəyişir. Normal görünüşlü pomidorun 1 kiloqramı 3 manat 50 qəpikdən, yəni 140 rubldan aşağı deyil. O zaman necə olur ki, Azərbaycandan Rusiyaya ixrac edilən pomidoru bundan düz 7 dəfə ucuz qiymətə (təqribən 50 qəpiyə) satırlar?

16 Mart 2017 21:09

Baş Prokurorluqdan KİV-ə – Xəbərdarlıq

Azərbaycan Baş Prokurorluğu bir sıra KİV-ə xəbərdarlıq edib. Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya daxil olan məlumatda bildirilir ki, Baş Prokurorluqda aparılmış araşdırmalarla müəyyən edilib ki, son günlər bəzi KİV-də, o cümlədən criminal.az, xeberinfo.com və azpolitika.info internet saytlarında Müdafiə Nazirliyi tərəfindən hər hansı rəsmi açıqlama verilmədiyi halda müvafiq olaraq “Əsgərin intihar etdiyi bildirilir - Bədənində çoxlu yara izləri vardı”, “Daha bir əsgər ölümü” və “Daha bir əsgər ölümü - İntihar, yoxsa?..” başlıqlı məqalələrdə Azərbaycan Respublikası ərazisində qanunsuz fəaliyyət göstərən “Meydan TV”yə istinadən sensasiya naminə məlumatlar dərc edilib. "Ötən dövr ərzində kütləvi informasiya vasitələrinə hərbi və müdafiə məsələləri ilə bağlı məlumatların rəsmi qurumların mətbuat xidmətləri ilə dəqiqləşdirildikdən sonra yayılması tövsiyə edilməsinə baxmayaraq, bundan heç bir nəticə çıxarmadan yuxarıda qeyd edilən internet saytları ölkə qanunvericiliyini kobud surətdə pozmaqla informasiyalar dərc ediblər. Bununla əlaqədar internet saytlarının rəhbərləri Baş Prokurorluğa dəvət edilərək, “Prokurorluq haqqında” qanunun tələblərinə müvafiq olaraq rəhbərləri olduqları internet saytlarında sensasiya naminə informasiyaların yayılmasına son qoyulması tələb edilməklə, gələcəkdə dövlətin rəsmi qurumlarının mətbuat xidmətləri ilə dəqiqləşdirmə aparılmadan sensasiya naminə məlumatların yayılmasını davam etdirəcəkləri təqdirdə barələrində qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdar ediliblər", - deyə məlumatda qeyd olunur.

14 Mart 2017 18:08

İcra başçısı şaiyə yaydırır ki…

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin zamanında necə iddialı olması ilə bağlı yerli KİV-də yetərincə xəbərlər yayılıb. Əslində, normal insan halı üçün xarakterik olan bu keyfiyyətdə ambisiyalılıq qəbul olunandır. Amma Gəncə şefi bəzən bu xüsusiyyəti ilə fərqli təəssüratlar da yaradır. DİA.AZ bildirir ki, məsələn zaman-zaman özünü Bakı meri postunda görən və bu posta təyinat ala bilməsi üçün ciddidən çaba sərf edən Elmar Vəliyev hətta rəqib kimi gördüyü bəzi icra başçıları ilə günü bu gün də ədavət saxlayır. Bu arada daxil olan maraqlı bir onformasiya isə Elmar Vəliyevin daha da irəli getməsindən xəbər verir. Gəncədəki qaynaqların bildirdiyinə görə, Elmar Vəliyev bu gün ətrafına "yaxın vaxtlarda yüksək vəzifəyə təyinat ala biləcəyi" haqda xəbər ötürüb. Mənbənin dia.az-a söylədikləri: "Məqsədli şəkildə belə bir şaiyə yaydırır. Əslində onun görəvdən birdəfəlik alacağı haqda hakimiyyət dəhlizlərində çoxdandır xəbərlər yayılır. Elmar Vəliyev isə bunun əksi barədə təəssürat yarada bilməsi üçün belə bir üsulu seçib. Adamları deyirlər ki, giya Elmar Vəliyevə Bakı meri postu təklif olunsa da, guya başçı şəxsən bundan imtina edib". Hər halda baş verənlər maraqlıdır. Və biz də bunları Vəliyevin özünümüdafiə instinkti kimi qəbul edirik... İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...

14 Mart 2017 17:07