“Antalya toplanışı Şeydayev üçün uğursuz oldu”

78088

11 Yanvar 2017 17:58

Xəbər 36 dəfə oxunub

Millimizin futbolçusu Ramil Şeydayev zədələnib.

Faktinfo.az  “Fanatik” qəzetinə istinadən yaydığı xəbərə görə, klubu “Trabzonspor”un yanvarın 2-si Antalyada başlayan hazırlığının ilk günlərində yüngül zədə alan 20 yaşlı hücumçu sonradan müalicə olunub. Bundan sonra o, ümumi məşqlərdən kənarda qalıb. Fərdi qaydada hazırlıq keçən futbolçumuz  fitnes zalında isə komandasıyla birgə məşq edib.

“Fanatik” qəzetinin hazırlıq prosesini izləyən müxbiri yazıb ki, başa çatan bu təlim-məşq toplanışı Şeydayev üçün uğursuz olub.

Azərbaycanda bu müəllimlər işdən çıxarılacaq

2073ddcc34a16ef425283ac3f4d01acf

Müəllimlərin attestasiyasının keçirilməsi ilə bağlı Təhsil Nazirliyində İşçi qrup yaradılıb. Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov Lent.az-a bildirib ki, həmin işçi qrupa müvafiq tapşırıqlar tapşırılıb: “Tapşırıqlardan biri də müəllimlərin hansısa formada qiymətləndirilməsi və qiymətləndirmənin nəticəsindən asılı olaraq işdə qalıb-qalmamağı məsələsinin gündəmə gətirilməsindən ibarətdir. Hazırda bu prosesin attestasiya ya sertifikasiya formasında icra ediləcəyi tam bəlli deyil”. E.Bağırov bildirib ki, prezident İlham Əliyevin təsdiq etdiyi “ Azərbaycan Respublikasına təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda və strategiyanın icrası ilə bağlı fəaliyyət planında müəllimlərin sertifikasiyası da nəzərdə tutulub: “Bu proseslə bağlı işlər həmin yaradılmış İşçi qrupuna həvalə edilib. Onların yekun təkliflərindən sonra ictimaiyyətə geniş məlumat veriləcək”. E.Bağırov əlavə edib ki, attestasiyanın yekun nəticəsinə görə peşəkarlıq səviyyəsi yüksək olan müəllimlər işdə qalacaq, aşağı olanlar işdən azad olunacaqlar: “Diaqnostik qiymətləndirilmə ümumtəhsil məktəblərində dərs deyən yaxşı və zəif müəllimləri üzə çıxarmaq və zəif nəticə göstərən müəllimləri inkişafyönümlü təlimlərə yönəltmək məqsədilə həyata keçirilir. Yəni diaqnostik qiymətləndirmə keçirərək mövcud problemləri aşlar edirik, ondan sonra digər proseslər icra edilir. Attestasiya isə konkret peşəkarlıq səviyyəsi aşağı olan müəllimin işdən azad edilməsi ilə nəticələnməlidir. Bu, qanunvericilik tələbidir”.

17 Fevral 2017 14:48

“Ziya Məmmədov Milli Şuraya qoşulub…”

26932

“Ziya Məmmədovun fəaliyyəti təcili araşdırılmalı, onunla bağlı ciddi tədbir görülməlidir”. Bunu açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. Partiya sədri Ziya Məmmədovla bağlı Baş prokuror Zakir Qaralova müraciət edib:  “Ziya Məmmədovun hazırda milyonlarla pulu, böyük mülkləri var. O, bu evləri hardan alıb, mülkləri necə əldə edib? Məndə olan dəqiq məlumatlara görə, eks nazirin Türkiyədə yüzə yaxın mülkü var. İngiltərə, Fransa, İsveçrə kimi ölkələrdə də çoxlu sayda evləri var. Ziya Məmmədov bu mülkləri xalqdan oğurladığı pullarla alıb. Ölkənin baş prokuroruna müraciət edirəm: Ziya Məmmədovun, onun yaxınlarının, qohumlarının adına olan bütün mülklərin siyahısı çıxarılsın. Görək o, bu mülkləri hansı pula alıb. Ziya Məmmədovun Ucarda olan mülkünün milyonlarla qiyməti var. Bu mülk möhtəşəmliyinə görə prezidentin iqamətgahını geridə qoya biləcək bir tikilidir. Araşdırılmalıdır ki, eks nazir bunu hansı pula tikib?” Hafiz Hacıyev sabiq naziri Milli Şura ilə əlaqəli olmaqda da ittiham edib: “Ziya Məmmədovun qanunsuz fəaliyyəti bununla bitmir. O, külli miqdarda pul ayıraraq Gürcüstan müxalifətini maliyələşdirib. Azərbaycan iqtidarı ilə Gürcüstan iqtidarının arasını vurmaq üçün addımıar atır.  Məmmədov hətta Bakı-Axalkalaki-Qars dəmiryolunu da sabotaj etmək üçün addımlar atıb.  Eks nazirin ən böyük xəyanətlərindən biri də Azərbaycanda müxalifətlə, Milli Şura ilə qurduğu əlaqələrdir.  O, əvvəllər Milli Şuraya maliyə yardımı edirdi. İndi isə qurumla sıx əlaqlər yaradıb. Mən Milli Şurada olan agentura şəbəkəmlə əlaqə saxlamışam. Onlar mənə bildirdi ki, Ziya Məmmədov müxalifətçilərlə görüş keçirib. Mən Milli Şurada olan agentura şəbəkəmi ifşa etməməmək üçün bir sıra məlumatları hələ ki, yaymıram. Ziya Məmmədov həbs olunması o əlində olan bütün resursları İlham Əliyevə qarşı istifadə edəcək. Buna görə də ölkənin Baş Prokuroru Zakir Qaralov, hüquq mühafizə orqanları Ziya Məmmədovu təcili nəzarətə götürməlidir.”

15 Fevral 2017 16:48

Fermerin məhsulu əlində qalıb – alıcı yoxdur

1486642594_0001

"Azərbaycanda ildə təqribən 17 min ton yun istehsal edilir. Yunun satışı təşkil olunsa, bu, hazırkı dövr üçün çox böyük addım ola bilər. Qoyunun cins tərkibini dəyişməklə yunun məhsuldarlığını artırmaq istiqamətində də iş gedə bilər". Bunu Kənd Təsərrüfatı Nazirliyinin (KTN) Heyvandarlığın inkişafı şöbəsinin müdiri Qalib Əbdüləliyev, ölkədə yun istehsalı ilə bağlı Sputnik Azərbaycan-a açıqlamasında deyib. Şöbə müdirinin sözlərinə görə, bu sahədə əsas yol xəritəsi belədir: "Yun tədarük məntəqələri yaradılsın, istehsal olunan yun qəbul edilsin və satışı təşkil olunsun. Uzun müddətli perspektivdə də zərif yunlu qoyunların damazlıq işi aparılsın ki, bunların sayı çoxalsın. Yun məmulatları, yundan hazırlanan materialların istehsalı artırılsın". O, qeyd edib ki, sovet dövründə Yevlaxda böyük yun emalı müəssisəsi olub: "Bu fabrikdə həm daxildə istehsal olunan, həm də xaricdən gələn yun emal olunurdu. Yun bir ittifaq daxilində başqa respublikalara bizdən gedirdi. Məsələn, Moldovaya, Ukraynaya, Pribaltika respublikalarına. Amma yunun xaricə satılması mərkəzdən — Moskvadan planlaşdırılıb həyata keçirilib". Q. Əbdüləliyevin sözlərinə görə, yunun qiyməti tələb və təklifdən asılıdır və onu bazar nizamlayır. Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Qadir Bayramlı Sputnik Azərbaycan-a açıqlamasında, dünyada yun istehsalında ilk yeri, ildə 250 min ton ilə Avstraliyanın tutduğunu deyib: "İkinci yerdə Çin (170 min ton civarında), üçüncü yerdə Yeni Zelandiya (125-130 min ton civarında) gəlir. MDB ölkələrində də yun istehsalı inkişaf edib, təxminən 20-40 min ton arasında dəyişən istehsal var. Yun istehsalında Türkiyə (türkdilli ölkələr arasında ilk yerdədir), Hindistan, İran, Sudan, Cənubi Afrika, Argentina kimi ölkələrin də adını çəkmək olar". Azərbaycana gəlincə, ekspert deyib ki, pambıqçılıq, ipəkçilik, çayçılıq kimi yun istehsalı çox böyük tənəzzül keçirməyib: "1985-ci ildə 11 min ton civarında yun istehsalımız qeydə alınıb. 1995-ci ildə isə bu rəqəm 9 min ton olub. Ondan sonra isə bu sahədə az da olsa, inkişaf trendi görünür. 2015-ci ildə 17 min ton civarında yun istehsalı olub". Onun fikrincə, Azərbaycanda yun istehsalını inkişaf etdirmək üçün ilk növbədə qoyunçuluq sahəsində olan problemləri həll etmək lazımdır: "Ölkədə qoyunların cins məhsuldarlığı aşağıdır. Yun istehsalçılarının problemləri var. Bunlar istehsal etdikləri yunu kimə və necə satacaqlarını bilmirlər. Çox aşağı qiymətə yun təklif edilir. Bu, onlara sərf etmir, amma satmaq məcburiyyətində qalırlar. Çox zaman əllərində qalır və müəyyən müddətdən sonra keyfiyyətini itirir. Fermerlərin maarifləndirilməsinə böyük ehtiyac var. Bu sahədə sığorta sistemi tətbiq olarsa, fermerlərin işi asanlaşar". Ekspertin sözlərinə görə, digər tərəfdən yunun təmizlənməsi kustar üsulla aparılır: "Yun tədarükü sistemli həyata keçirilmədiyindən, burada problemlər var". Q. Bayramlı hesab edir ki, qoyunçuluq, o cümlədən yun istehsalının inkişafı ilə bağlı bir sıra tədbirlər görülə bilər: "Otlaqların keyfiyyəti yavaş-yavaş azalır, otarma normalarına əməl edilmir. Otlaqların yaxşılaşdırılmasına dair işlər aparılmalı, otarma normalarına əməl olunması ilə bağlı ciddi nəzarət olmalıdır. Bir sahədə min qoyun otarıla bilərsə, oraya 5 min və daha çox qoyun buraxılır. Bu da otlaqların keyfiyyətinin itirilməsinə səbəb olur". "Qoyunçuluq, o cümlədən yun istehsalında çox böyük maneə torpaqlarımızın işğalı ilə bağlıdır. Ermənilər tərəfindən ərazilərimiz işğal edilməsəydi, qoyunların sayı 13-14 milyon baş, yun istehsalı isə 25 min ton və daha çox ola bilərdi. Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsində əks olunan tədbirlərin həyata keçirilməsi qoyunçuluğun, yun istehsalının inkişafına kömək edəcək" — deyə ekspert əlavə edib. Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov isə Sputnik Azərbaycan-a açıqlamasında bu sahədə ixtisaslaşmanın vacibliyini önə sürüb: "Bizdə əsasən universal qoyun cinsləridir. Burada həm südlük, həm ətlik, həm də yun nəzərdə tutulur. Universal qoyun cinslərindən ətlik, südlük və yun istiqamətində yaxşı nəticə əldə etmək, məhsuldarlığı artırmaq, məhsulun keyfiyyətini yaxşılaşdırmaq asan məsələ deyil". Ekspertin sözlərinə görə, yun istehsal etmək istəyirlərsə, yunluq istiqamətli cins heyvanlar yetişdirilməlidir: "Dünya bazarında merinos cinsli heyvanlar var. Əsasən onların yunu tələb olunur. Bunlar bizim təklif etdiyimiz yundan fərqlidir. Düşünmürəm ki, Azərbaycanda qoyunçuluğun inkişafı indiki halda yaxşı nəticə versin. Ona görə ki, Azərbaycan torpaqlarının bir hissəsi işğal altındadır, onsuz da ölkədə örüş sahələrinin həcmi azdır və bu, yavaş-yavaş azalır". Məhərrəmovun fikrincə, Azərbaycanda yeni yunluq istiqamətli cins heyvanlar yetişdirmək və onun yunundan gəlir əldə etmək aktual deyil. Ekspert yunun fermerlərin əlində qaldığını deyib: "Çünki tələb yoxdur. Ölkədə yun emalı ilə məşğul olan ciddi fabrik yoxdur. Yunun bir hissəsi məişətdə istifadə olunur. İndi anbarlarda kifayət qədər yun var". "Merinos qoyunlar saxlasaq, keyfiyyətli yun istehsal etsək, ona tələb olacaq. Əgər keyfiyyətli yun istehsal etsək, Azərbaycana investorlar gələr və zavod, fabrik açarlar. Xammalı emal edib hansısa məhsula çevirmək və yaxşı gəlir əldə etmək olar" — deyə o qeyd edib.

9 Fevral 2017 18:59