Apteklərin fəaliyyəti üçün YENİ TƏLƏBLƏR

13 Dekabr 2016 10:19

Xəbər 51 dəfə oxunub

Azərbaycan Səhiyyə Nazirliyi tərəfindən əczaçılıq müəssisələrinin yaradılmasını və fəaliyyətini tənzimləyəcək yeni tələblər hazırlanıb.

Faktinfo.az-ın Trend-ə istinadən xəbərinə görə, bunu Nazirliyin Analitik Ekspertiza Mərkəzinin direktoru Murad Süleymanov deyib.

M.Süleymanov bildirib ki, Azərbaycanda əczaçılıq fəaliyyəti “Dərman vasitələri haqqında”, “Lisenziyalar və icazələr haqqında” qanunları və Səhiyyə Nazirliyinin “Əczaçılıq fəaliyyəti sahəsində normativ sənədlərin təsdiq edilməsi barədə” 2 oktyabr 2006-cı il tarixli, 153 nömrəli əmri ilə tənzimlənir.

Mövcud qaydaların qəbul olunmasından 10 ilə yaxın müddət keçdiyini deyən mərkəz direktoru qeyd edib ki, ötən müddətdə Ümumdünya Səhiyyə Təşkilatının və Beynəlxalq Əczaçılıq Federasiyasının dərman vasitələrinin istehsalı, saxlanması, daşınması, satışı zamanı dərman vasitəsinin keyfiyyəti, təhlükəsizliyi və effektivliyi üzərində nəzarət sahəsini tənzimləyən standartlarında yeniliklər baş verib. Bunları nəzərə alaraq əczaçılıq fəaliyyəti sahəsində mövcud normativ sənədlərin təkmilləşdirilməsi zərurəti yaranıb.

M.Süleymanov əlavə edib ki, Nazirlər Kabinetinin bu il iyulun 10-da keçirilən iclasında Prezident İlham Əliyevin sosial-iqtisadi inkişaf sahəsində tapşırıqlarının icrasına dair hazırlanan “Tədbirlər Planı”na uyğun olraq, Analitik Ekspertiza Mərkəzi tərəfindən də “Tədbirlər Planı” tərtib edilib. “Tədbirlər Planı”na uyğun olaraq, əczaçılıq müəssisələrinin yaradılması və fəaliyyətini tənzimləyəcək yeni tələblər hazırlanıb. Ümumdünya Səhiyyə Təşkilatının və Beynəlxalq Əczaçılıq Federasiyasının müvafiq tövsiyələri əsasında hazırlanan “Etibarlı İstehsalat Təcrübəsi” (GMP), “Etibarlı Aptek təcrübəsi” (GPP), “Etibarlı distributor təcrübəsi” (GDP) və “Etibarlı saxlama təcrübəsi” (GSP) adlı yeni tələblər razılaşdırılmaq üçün yaxın vaxtlarda Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə göndəriləcək.

Bakıdakı məşhur klinika həkiminin saxta diplom qalmaqalı – FOTOLAR

Azərbaycanda saxta “uzman doktor” diplomu alınması ilə bağlı məsələ sosial şəbəkədə ictimailəşdirilib. “Qafqazinfo” xəbər verir ki, məsələni Kyoto universitetinin hospitalında həkim işləyən Vüsal Əliyev gündəmə gətirib. O, iddia edir ki, “Zəfəran Hospital”da çalışan Günay Qasımova saxta yolla mütəxəssis həkim diplomu hazırlatdırıb: “İstanbul Universiteti Tibb Fakültəsi Daxili xəstəliklər və Endokrinologiya bölümündə bu adda xanım uzmanlıq təhsili almayıb. Sadəcə, 21.07.2014-21.04.2015 tarixlərində, yəni cəmi 9 ay kənardan izləməklə staj keçib. Tam əmin olmaq üçün, İstanbul Universitetinin dekanı və prorektoru ilə əlaqə saxlanıldı, bu uzmanlıq diplomu saxtadır. Özünün facebook səhifəsində də, İstanbul Universitetində 4 il təhsil aldığı yazılıb, halbuki 9 ay staj keçib. Üstəgəl, diplomda Türkiyənin səhiyyə nazirinin soyadı yanlış yazılıb”. Onun sözlərinə görə, uzman doktor ünvanı almaq üçün 6 illik baza tibb təhsilindən sonra Türkiyədə "Denklik" ( diplom tanıtma) və "TUS" ( tıpta uzmanlık sınavı) imtahanlarını keçməlisiniz ki, bunlar da olduqca mürəkkəb və hazırlığı uzun müddət tələb edən mərhələlərdir: “İmtahanda uğurlu olduqdan sonra isə ixtisas üzərinə 4-6 il həm teorik, həm də praktiki təhsil alınır və sonda bir tezis üzərində çalışılır, imtahana girilir. Əgər nəticə uğurlu olarsa ona uzman həkim ünvanı verilir. Yəni, uzman həkim olmaq üçün ağır, yorucu və yuxusuz gündüzləri-gecələri fəda etməlisiniz”. Müzakirəyə qoşulanlar diplomda o dövrkü Səhiyyə naziri Mehmet Müəzzinoğlunun həqiqi imzası ilə Günay Qasımovanın diplomundakı imzanı qarşılaşdırıb. Məlum olub ki, imza həqiqətən saxtadır. Diplom “uzman həkimlərimiz” adlı səhifədə paylaşılıb və məsələyə etiraz bildirildikdən sonra səhifədən silinib. “Qafqazinfo” məsələ ilə bağlı “Zəfəran Hospital”da çalışan Günay Qasımova ilə əlaqə saxlayıb. O bildirib ki, yazılanlardan xəbərdardır: “Haqqımda o məlumatları paylaşanlar məhkəməyə veriləcək. Mən artıq İstanbul universitetinə bu barədə müraciət etmişəm. Sadəcə prosedur qaydalarına görə iki həftədən sonra mənə rəsmi cavab veriləcək”. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo” ya bildirilib ki, həkim özəl klinikada çalışırsa bu, onların səlahiyyətinə aid deyil, məsələ ilə bağlı Təhsil Nazirliyinə müraciət edilməlidir. Təhsil Nazirliyi ilə də əlaqə saxlasaq da, mövzu haqda onlardan münasibət öyrənmək mümkün olmadı.

24 Fevral 2017 12:36

Bakı Sağlamlıq Mərkəzində dərman biznesi və…

Bakı Sağlamlıq Mərkəzi barədə Səhiyyə Nazirliyi və media orqanlarına müraciətlər edilib. Faktinfo.az  saytı xəbər verir ki, “BakiPost”un məlumatına görə, müraciətlərdə tibb müəssisəsində həkimlərin xəstələrə qarşı dələduzluq etməsi, müxtəlif yollarla onlardan pul qoparmaları barədə iddialar əks olunur. Bildirilir ki, baş həkimin göstərişi ilə həkimlər xəstələrdən yalnız yaxınlıqdakı iki aptekdən dərman almaları tələb edilir: "Tələb edirlər ki, müalicə üçün yazdıqları dərmanları yalnız "Natura+" və "Oliviya" apteklərindən alaq. Bunu əvvəlcə onlarda dərmanların keyfiyyətli olması ilə əsaslandırırdılar. Sonra məlum oldu ki, həkimlər sadəcə satdıqları dərmanlardan faiz alırlar deyə, pasientlərini həmin aptekə istiqamətləndirirlər”. Şikayətçilər bildirir ki, adları qeyd olunan dərmanlar adları çəkilən apteklərdə başqa yerlərdən baha satılır. İddiaya görə, Tibb Mərkəzində xəstələrə lazım olan dərmanlar bəzən elə oradaca satılır: "Həkimlər telefonla həmin apteklərə dərmanların adlarını verirlər, onlar da xəstəxanaya gətirirlər. Belə halda dərmanların qiyməti daha baha başa gəlir. Həkimdən soruşanda, deyirlər ki, dərmanların çoxu Sumqayıtda istehsal olunur, ona görə də tanış olmayan apteklərdən alınan dərmanların müalicəyə xeyri olmur. Həkimlər xəstələrə inandırır ki, həmin apteklərdən həkimin adını verməklə dərman aldıqda və ya dərmanlar xəstəxanaya gətirildikdə belə bir risklə heç kim üzləşmir. Guya, aptek rəhbərləri həkimlərə yalnız keyfiyyətli dərmanlar verirlər”. Görünür, dərmanların keyfiyyətsizliyi ilə bağlı cəmiyyətdəki xof həkimlərin işinə yarayır. Onlar bu məsələdən istifadə edərək xəstələri dərhal öz toruna salır. Beləklikə, həkimlərin dərman alveri günü-gündən genişlənir. Məlumat üçün bildirək ki, Bakı Sağlamlıq Mərkəzi ilə bağlı dəfələrlə bu tipli şikayətlər olub, orada baş verən qanun pozuntuları ilə bağlı məlumatlar KİV-də dərc olunub. Vəziyyət o həddə çatıb ki, Səhiyyə naziri Oktay Şirəliyevin əmri ilə Bakı Sağlamlıq Mərkəzinin direktoru Tərlan Bədirov vəzifədən kənarlaşdılıb. Onun vəzifədən uzaqlaşdırılması Mərkəzdə müalicə alanlarda ümid çırağı yandırsa da, görünür, bu çıraq çox tez sönüb. Bu vəzifəyə təyin olunan Hikmət Həsənov (əvvəl Şirvan Diaqnostika Mərkəzinin rəhbəri olub) qanunsuz əməlləri ilə sələfini ötüb keçib. Belə olmasaydı, qeyd etdiyimiz dərman alverindən başqa çarpayıların pulla satılması, ümumiyyətlə ödənişsiz müalicəyə son qoyulması prosesi davam etməzdi. Sayt məlumatlara aydınlıq gətirmək məqsədi ilə Bakı Sağlamlıq Mərkəzinə telefon açıb. Mərkəzin adını açıqlamayan xanım əməkdaşı suallara ancaq direktorun cavab verə biləcəyini, direktorun isə məzuniyyətdə olduğunu bildirib. Faktinfo.az  

31 Yanvar 2017 20:35

Tanınmış həkimlər özəl klinikalarda işləyirlər – səbəblər, problemlər, reallıqlar…

Dövlət xəstəxanaları hazırkı reallıqda  müəyyən çağırışlara,dövrün tələblərinə cavab verə bilmir. Bu  kateqoriyadan olan xəstəxanalara artıq etimad itir. Həkimlərin Dövlət Xəstəxanalarında  istədikləri  məvaciblə təmin olunmamaları, göstərdikləri tibbi xidmət qarşılığında pasiyentdən normal vəsait tələb edə bilməmələri savadlı həkimlərin özəl klinikalara üz tutmasına səbəb olub. Artıq özəl klinikalarda  çalışan peşəkar həkimlər vaxt  itkisinə yol verməmək  üçün  işlədikləri dövlət xəstəxanalarından uzaqlaşırlar. Xaricdə təhsil almış  gənc həkim uzmanlar və ya xarici dövlətlərdə  6 ay kurs keçmiş həkimlərin mütləq əksəriyyəti özəl klinikalarda çalışırlar. Bura  kosmetoloq, travmatoloq, nevropataloq, pediatr, ovtommoloq, uroloq, kardioloq  və digər ixtisas sahibləri aiddir. Bu situasiya  isə özəl klinika sahiblərini, həm də orada çalışmaq istəyən həkimləri qane edir. Özəl klinika sahibləri bilir ki, peşəkar həkimlərin hər gün onlarla xəstəsi  olur. Bu səbəbdən də  pasiyentlərə  istədikləri qiyməti  diqtə  edə bilir, bununla əldə etdikləri vəsaitin  bəlli  bir  faizini həmin həkimlərə verirlər . Burada təəccüblü heç nə yoxdur, deyə bilərik ki, kapitalizmin xüsusiyyətlərindən biridir. Lakin təəccüb doğuran  hal ondan ibarətdir ki, pulu olan xəstə və ya xəstənin yaxınlarından  fərqli   əhalinin əksər təbəqəsi  özəl klinikalarda analiz verə, peşəkar həkimlərin qəbuluna tələb olunan 45,50,60 manat ödəniş  edə bilmirlər. Hətta,imkansız xəstələrə məsləhət bilinsə ki, onların  şəfa tapması üçün cərrahi əməliyyata ehtiyac duyulur, onda özəl klinikaya kasıb təbəqənin 1500-2000 AZN  və ya daha artıq pul ödəməyə imkanı  olmur. Belə olan təqdirdə yaranmış vəziyyəti  kim tənzimləyəcək, bilinmir. Hələlik Səhiyyə Nazirliyi bu kimi hallara müdaxilə edə bilmir,bəlkədə etmək istəmir... Əliabbas Hüseynli Faktinfo.az 

26 Yanvar 2017 19:31