“Avrokuboklarda oynamaq istəyirəm” – Dəniz Yılmaz

77870

7 Yanvar 2017 13:20

Xəbər 7 dəfə oxunub

“Bursaspor”un futbolçusu Dəniz Yılmaz açıqlama verib.

Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, millimizin hücumçusu “Bursaspor”da yeganə məqsədinin qol vurmaq olmadığını deyib:

“Mən komandanın oyunçusuyam. Qol vurmasam da, mübarizə aparıram. Mənim üçün önəmli olan da fərqlənməyim yox, komandamın uğurlu çıxışıdır”.

O bildirib ki, mövsümün ikinci yarısında əlindən gələnin ən yaxşısını etməyə çalışacaq:

“İnsanlar məndən qol gözləyir. Bununla bağlı xüsusi çalışıram. Ötən mövsümün ikinci yarısındakı kimi oynayacam. Hansı mövqedə oynamağımın fərqi yoxdur.  Hər mövqedə ən yaxşını etməyə çalışacam”.

D.Yılmaz “Bursaspor” azarkeşləri haqda da müsbət fikirlər səsləndirib:

“Azarkeşlərimizi çox sevirəm. Özümü evimdəymiş kimi hiss edirəm. Onların bizi dəstəkləmələri önəmlidir. İnşallah, birgə yaxşı günlər keçirəcəyik”.

D.Yılmaz qarşıda onları “Trabzonspor”la çətin oyun gözlədiyini deyib:

“Hər matç bizim üçün önəmlidir. Öz meydanımızda rəqibin 3 xal qazanmağına imkan vermərik. Bu mövsüm üçün hədəfimiz çempionatı ilk 5-likdə başa vurmaqdır. Çempionlar Liqasına, Avropa Liqasına getmək istəyirəm. Buna görə çox çalışmalyıq”.