“Avropa İttifaqının səsi daha ucadan gəlməlidir” – SƏFİR

sefir_23745656

11 Yanvar 2017 00:12

Xəbər 26 dəfə oxunub

Azərbaycanın Belçikadakı fövqəladə və səlahiyyətli səfiri, Avropa İttifaqı yanında nümayəndəsi Fuad İsgəndərov “EurActiv” portalına müsahibə verib. Faktinfo.az teleqraf.com-a istinadən müsahibəni ixtisarla təqdim edir.

– Dağlıq Qarabağ münaqişəsi 25 ildir ki, həll olunmamış olaraq qalır. Bu ərazi Azərbaycana aid olsa da  azərbaycanlılar zorla qovulduğundan burada yalnız ermənilər yaşamaqdadır. Münaqişənin həllinə aparacaq dialoq üçün mümkün başlanğıcı nədə görürsünüz və sizcə, Avropa İttifaqı münaqişənin həllində daha böyük rol oynamalıdırmı?

– Əvvəlcə, münaqişəyə dair qeyd edim ki, Azərbaycan ərazisinin 20 faizi digər ölkə Ermənistan tərəfindən işğal edilib. Bizim bir milyondan çox qaçqın və məcburi köçkünümüz var və işğal edilmiş ərazilərdə bir nəfər də azərbaycanlı yoxdur. Bu, Azərbaycan üçün böyük problemdir və biz dialoq vasitəsilə həll yolu tapmağa cəhd edirik. Biz daha çox diplomatik dialoqa üstünlük vermişik və bir çox hallarda, hər iki ölkənin müvafiq rəsmiləri arasında birbaşa görüşlər keçirilib. Bu davam edir, lakin danışıqlar prosesinə cəlb olunmuş ölkələrin məqsədləri fərqlidir. Ermənistan status-kvonu saxlamaq istəyir, digərləri isə bu vəziyyəti dəyişməyə çalışırlar, çünki Şərq Tərəfdaşlığına üzv ölkələrdən birinin digərinin ərazisini zəbt etməsi tamamilə qəbuledilməzdir. Fikrimcə, Avropa İttifaqının bu məsələdə səsi daha ucadan gəlməlidir. Bu günədək Avropa İttifaqı rəsmiləri və qurumları tərəfindən Azərbaycanın ərazi bütövlüyünə dəstək nümayiş etdirən xeyli sayda qətnamələr və bəyanatlar qəbul olunub. Həm Aİ tərəfindən qəbul edilən yeni qlobal strategiyada, həm noyabrda keçirilmiş xarici işlər şurasının nəticələrində də açıq-aşkar bəllidir ki, Aİ-yə daxil olan və olmayan bütün ölkələrin ərazi bütovlüyü və suverenliyinə dəstək verir. Bu bizim üçün çox önəmlidir. Digər ölkələrin nümunələrində, məsələn, Gürcüstan və Moldovada münaqişələrin həllinə Aİ birbaşa cəlb olunsa da, Dağlıq Qarabağ münaqişəsində o bu rolu oynamır. Lakin istərdik ki, Aİ-nin beynəlxalq hüquqa uyğun olan dəqiq mövqeyinin şahidi olaq. Sevindirici haldır ki, indi biz bunu görə bilirik.

– Azərbaycanı ən kəskin tənqid edənlərdən biri Ermənistandır, lakin başqa tənqidçilər də var. İnsan haqları və mətbuat azadlığı ilə bağlı tənqidlərlə nə cür cavab verərdiniz?

– Bilirsiniz, bu dünyada heç kim mükəmməl deyil. Tənqidlərlə bağlı deyərdim ki, biz həqiqi və konstruktiv dialoqa hazırıq. Lakin biz, buradakı bəzi siyasətçilərin nümayiş etdirdiyi və tərəfimizdən dərhal reaksiya verilmiş günahlandırma və utandırma münasibətini qəbul edə bilmərik. Xatırlayırsınızsa, Azərbaycan və Avropa İttifaqı arasında parlamentlərarası münasibətlər bir ildən çox idi ki, dondurulmuşdu. Biz Avronestdə, parlament əməkdaşlıq komitəsində də iştirakımızı Avropa Parlamentinin 2015-ci ilin sentyabrında qəbul etdiyi qərəzli və ədalətsiz qətnamə ilə əlaqədar dayandırdıq. İlk növbədə biz başa düşdük ki, Avropa Parlamenti tərəfindən bizi dinləmək, mövqeyimizi anlamaq və demək istədiklərimizi eşitmək üçün hər hansı səy göstərilməyib. Daha sonra isə, ötən ilin sentyabrında parlament, şura və Avropa Komisiyasından olan üzvlərdən ibarət xüsusi nümayəndə heyəti Bakıya səfər edib, Avronest və parlament əməkdaşlıq komitəsinin həmsədrləri tərəfindən qəbul edilmiş bəyənatlar əsasında parlamentlərarası münasibətləri canladırmağa nail olublar. Problemləri dialoq vasitəsilə həll etməyin vacibliyini anlamaq çox önəmlidir. Əgər problemli məsələlərdən danışırıqsa, əmin deyiləm ki, Azərbaycanda problemli məsələlərin sayı, misal üçün bir çox Aİ-yə üzv ölkələrdə olduğundan daha artıqdır. Avropa ölkələrində bir çox hadisələr baş verib, lakin biz heç vaxt öz tərəfdaşlarımıza qarşı tənqidi yanaşmamışıq və ya baş verənlərdən istifadə edərək onları hansısa addımlar atmağa məcbur etməmişik. Tənqid etmək əvəzinə, həmişə bu problemlərin həllinə dəstək verməyə və konstruktiv dialoq aparmağa çalışmışıq. Bu səbəbdən də, siz qaçqınlarla bağlı problemli məsələlərə toxunanda, demək istəyirəm ki, biz dostlarımızı dəvət etməyə və öz təcrübələrimizi onlarla bölüşməyə hazırıq. Biz miqrasiya, terrorizmlə mübarizə, qeyri-qanuni miqrasiya, mütəşəkkil cinayətkarlıq məsələlərində əməkdaşlıq etməyə hazırıq və artıq birlikdə addımlar atmağa da başlamışıq. Bəli, biz bir-birimizi günahlandıra və əməkdaşlığı dayandıra bilərik, ancaq düşünmürəm ki, hazırki vəziyyət bunu tələb edir. Əgər çətinliklərimiz varsa, biz onları diplomatik yolla müzakirə edə bilərik və etmişik də. Oktyabr ayında Bakıda insan haqları üzrə altkomitənin iclası təşkil edildi və biz Aİ və Azərbaycanda olan bütün problemləri dost, səmimi və konstruktiv şəkildə müzakirə etdik. Fikrimcə, problemlərimizin həll yolunu tapmağın ən yaxşı vasitəsi budur.

 

“Azərbaycan Avropanın bazarında yaxşı yerləşib”

imre_laszloczki

zərbaycan xarici vətəndaşlar üçün viza rejimini asanlaşdıraraq Avropa turizm bazarında yaxşı yerləşib. Bu sözləri Trend-ə Macarıstanın Azərbaycandakı səfiri İmre Laslotski deyib. Səfir bu addımın Azərbaycana turistlərin cəlb olunması üçün atılan uğurlu bir addım olduğunu deyib: “Bu addım ona yönəlib ki, daha çox xarici turist Azərbaycana gələrək ölkənin mədəni, tarixi və təbii dəyərləri ilə tanış olsunlar”. İ.Laslotski qeyd edib ki, Azərbaycan beynəlxalq idman tədbirlərinin, beynəlxalq forumların keçirilməsi hesabına daim diqqət mərkəzində qalır: "Bunun sayəsində Azərbaycan Avropa ölkələrindən turizmi təşviq edə bilər. Statistik göstəricilər məhz bunun sübutudur”. Onun sözlərinə görə, ölkədə yaxşı təchiz olunmuş çimərliklər, dəniz kurortları, müasir wellness-mərkəzlər, mehmanxana kompleksləri mövcuddur: “Paytaxt və onun ətrafı hotellərlə yaxşı təmin olunub. Bakıda YUNESKO dünya irs siyahısına daxil edilmiş diqqətəlayiq yerlər – Qobustan, Atəşgah, Mərdəkan və palçıq vulkanları var. Bundan başqa, Şəki, Qəbələ və Quba kimi bölgələrdə də turizm infrastrukturu inkişaf edib”. Səfir qeyd edib ki, Macarıstanın “WizzAir” aviaşirkəti Bakı ilə Budapeşt arasında daimi reyslər həyata keçirir və hər iki istiqamətdə uçan təyyarələr sərnişinlərlə dolu olur: "Onların böyük hissəsi Azərbaycan vətəndaşları olsa da, son zamanlar macar turistlərinin də Azərbaycana səfərləri çoxalıb". Səfir əlavə edib: “Biz macarlar da azərbaycanlı dostlarımız kimi dadlı yeməyi xoşlayırıq. Mən özüm də gözəl mətbəxi sevirəm və çoxlu Azərbaycan restoranlarında olmuşam, bütün milli yeməklərin dadına baxmışam. Macarıstandan gələn qonaqlarımı mən çox vaxt milli restoranlara dəvət edirəm. Onlar hamısı yerli yeməklərin müxtəlifliyindən heyrətlə danışırlar”. Faktinfo.az

19 Fevral 2017 10:59

Prezident Administrasiyası vətəndaşların şikayət etdiyi mənzil-tikinti şirkətlərinin adını açıqladı –SİYAHI

sosial-ev

2016-cı ildə daxil olmuş şikayətlərin bir qismində vətəndaşlar inşa edilmiş çoxmərtəbəli yaşayış binalarının müvafiq norma və qaydalara uyğun tikilməməsindən, müqavilə şərtlərinin kobud surətdə pozulmasından, bəzi şirkətlərin mənzilin pulunu aldıqdan sonra yoxa çıxmasından, mənzillərin dövlət komissiyası tərəfindən istismara qəbul edilməməsindən, vətəndaşların bu binalarda aldıqları mənzilə mülkiyyət hüququnu təsdiq etdirə bilməməsindən, yol verilən süründürməçilikdən, qazın və suyun vaxtında verilməməsindən, bunun üçün sakinlərdən dəfələrlə əlavə pul yığılmasından şikayətlənirlər. Bu barədə Prezident Administrasiyasının şöbə müdiri Süleyman İsmayılovun geniş təhlili materialında qeyd olunub. “Təəssüf ki, 100-dən çox mənzil-tikinti kooperativi və şirkət barəsində daxil olan şikayətlər vətəndaşların haqlı olduğunu bir daha təsdiq edir. Bunlardan “Kristal Abşeron”, “Kristal-L”, “Fortis-Bayıl”, “İlin dörd fəsli”, “Belıy lebed”, “Şərur”, “Deluxe”, “Orbita”, “Badu-Kubə”, “Birlik”, “Xəmsə”, “Hasil”, “ARAZ-2011A”, “İnkişaf-S”, “Rahatlığın Məkanı-Gold”, “Ulduz-S”, “Murad M.S.”, “FVS İnşaat”, “BAKİNKOM”, “Yusifoğlu”, “AAAF İnşaat”, “Evrostroy Group”, “Akkord”, “Rahat”, “Orbit”, “Nur”, “Yüksəliş C”, “Olimp”, “İ.N.V.”, “Neftçi”, “Pərvin İnşaat”, “Azərros İK”, “Xəzər İnşaat-XXI əsr”, “Mur Ay”, “RT-LTD”, “Ələsgəroğlu-K”, “Svit Haus” və başqalarını qeyd etməliyik”. Hesabatda deyilir ki, son illər vətəndaşlar üçün ciddi problemlər yaradan belə MTK, MMC və şirkətlərin bir çoxu barəsində cinayət işi açılıb, vətəndaşlara dəymiş ziyan tam və ya qismən ödənilib. Məsələn, 2016-cı ildə “MTK Real”ın rəhbəri İlham Qasımov 15 il, “198 Saylı”, “200 Saylı” MTK-ların rəhbəri Etibar Fərziyev 14 il həbs cəzasına məhkum edilmiş, digər MTK-ların – “Əli bəy”, “Əzizbəy-KM”, “AENT-E”, “Fateh-N”, “Badu-Kubə”, “Şahbulaq”, “Term”, “İDEAL-İ İnşaat”, “Mehriban Qonşular”, “Xətai-2”, “Ulduz-S”, “Azərtikinti ATF”, “Dərəçiçək”, “Fuad LTD”, “Birlik İnşaat” MTK, MMC və şirkətlərin rəhbərləri və digər məsul şəxsləri barədə cinayət işləri açılmış, bu cinayət işlərinin bəzisi artıq yekunlaşmış, təqsirli şəxslər cəzalandırılmışlar. “Azərbaycan Prezidentinin 2017-ci il yanvarın 10-da Nazirlər Kabinetinin iclasında qeyd etdiyi kimi, bu il mənzil tikintisi sahəsində böyük canlanma baş verəcək, sosial evlərin tikintisinə başlanacaq və köhnə yaşayış sahələrinin yerində tikilən binalarda həmin ərazidə yaşayan sakinlərin mənzillə təminatının yeni qaydaları tətbiq olunacaqdır”.

18 Fevral 2017 16:14

Tərtərin icra başçısının fəaliyyəti Elmar Vəliyevi qane etmir?

musteq5

Müstəqim Məmmədov vəzifəsini itirir - İddia Elmar Vəliyev Müstəqim Məmmədovun yerinə namizəd hazırlayır və onun təklif etdiyi namizəd Bərdə rayon Maliyyə İdarəsinin rəisi işləyən Mehman Allahverdiyev olduğu bildirir. Nəqliyyat naziri Ziya Məmmədovun vəzifəsindən uzaqlaşırılmasındna sonra yaxın aylarda hakimiyyət içində ciddi islahatların olacağı barədə iddila artıq öz təsdiqinin tapmaqdadır. Bahara qədər Prezident İlham Əliyev harınlamış məmurları təmizləməklə yeni kadrlarla dövlət suturkturlarını daha da möhkəmləndirəcəyi iddia edilir. Ölkə rəhbərinin bu kadr islahatlarını isə rayon icra başçılarından başlayacağı xəbərləri isə xeyli müddətdir ictimaiət arasında dolaşmaqadır. AzFakt.com-a daxil olan məlumata görə vəzifədən azad olunması gözlənilən icra başçılaır arasında Tərtər rayon icra başçısı Müstəqim Məmmədov da var. Gəncə şəhə İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə bağlı olduğu deyilən Müstəqim Məmmədovdan davamlı olaraq şikayətlərin artması və bir sıra sosial layihələrin icrasında böyük korrupsiya faktlarının olması Tərtərə yeni başçının gətirilməsini gündəmə gətirib və bu məsələ artıq Elmar Vəliyevin də diqqət məkzinədədir. Bu barədə AzFakt.com-u məlumatlandıran mənbə bildirir ki, Gəncəbasar “qubernatoru”  kimi tanınan Elmar Vəliyev Müstəqim Məmmədovun yerinə namizəd hazırlayır və onun təklif etdiyi namizəd Bərdə rayon Maliyyə İdarəsinin rəisi işləyən Mehman Allahverdiyev olduğu qeyd olunur. Vəliyevlərə qohum Mehman Allahverdiyev həmçinin Yevlaxın icra başçısı Qoca Səmədovun və Bərdənin icra başçısı Vidadi İsayevin də qohumu olduğu bildirilir. Və bu qohumluluqlar Mehman Allahverdiyevin Tərtərə icra başçısı getməsi şansını artıran faktorlardan biri hesab olunur. Qoca Səmədovla quda olduqdan sonra dayaqlarını bir azda artıran Mehman Allahverdiyev Yevlax Maliyyə idarəsindən Bərdə rayonuna Maliyyə İdarəsinin rəisi vəzifəsinə gətirilən Mehman Allahverdiyevə hər üç icra başçısının zamin durduğu bildirilir. Mənbə bildirir ki, əslində Mehman Allahverdiyevin Bərdəyə göndərilməsi Elmar Vəliyevin planı olub və Elmar Vəliyev Mehman Allahverdiyevi daha böyük rayona Maliyyə İdarəsinin rəisi vəzifəsinə göndərməklə, əslində icra başçısı vəzifəsinə getmək yollarını təmizləiyr. Mənbə bildirir ki, Elmar Vəliyevin Müstəqim Məmmədovdan əsas narazılığı işini normal şərtlər altında qura bilməməsi və bu üzdən də ondan şikayətlərin hər gün artmasıdır. Müstəqim Məmmədov Elmar Vəliyevin kadrı olduğuna görə şikayətlərin çox olması Gəncənin icra başçısının nüfuzuna və etimadına xələl gətirir. Bu üzdən də artıq ən yüksək dairlərdə Müstəqim Məmmədovun vəzifədən alınması razılaşdırılıb. Mənbəmiz bildirir ki, əslində əslində Müstəqim Məmmədovun vəzifədən almınması Elmar Vəliyevin təklifidir və bu yolla Gəncənin icra başçısı özünə olan etimadı qorumağa çalışır. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

17 Fevral 2017 15:07

Şamaxılı sahibkarlar başçıdan dad deyir – ETİRAZ

1487304962_0001

“Dövlətin qanunlarını sayan yoxdur. Üç-beş manat papirospulu verməklə başımızı aldadıb torpaqları əlimizdən almaq, bizi ac-susuz qoymaq istəyirlər”. Fevralın 16-da Şamaxıdakı Sirə qışlağına toplaşanlardan biri - Toğrul Salahov belə deyib. Sahibkarlarla çobanları qışlaqda bir araya gətirən səbəb icra hakimiyyətinin onlara 3 aydır göndərdiyi bildirişlərdir. İndi toplaşıb qışlaq sahəsinin əllərindən alınmaması üçün çıxış yolu axtarırlar. “Məsələ həllini tapmayınca, günaşırı toplaşacağıq” Həmin bildirişdə göstərilib ki, Şamaxının inzibati ərazisinin Padar massivində iri taxılçılıq təsərrüfatı yaradılacağından, bu torpaqların təyinatı dəyişdirilərək, dövlət ehtiyat fondu kateqoriyasına keçirilib. Bu səbəbdən, həmin torpaqlara görə sahibkarlarla bağlanmış müqavilələrə birtərəfli xitam verilib. Sözügedən torpaqları müqavilə əsasında icarəyə götürüb örüş kimi yararlanan sahibkar və çobanlar yerli icra hakimiyyətinin bu qərarına etiraz olaraq yanvarın 14-də aksiya keçirmək istəyiblər. İcra hakimiyyətinə müraciət olunsa da, qurum sahibkarlara və çobanlara məktub göndərərək, aksiyaya icazə verməyib. Lakin sahibkarlar deyir, bıçaq sümüyə dirənib. Onlar məsələ həllini tapmayınca, günaşırı toplaşacaqlarını deyiblər. Sahibkar və çobanlar bələdiyyədən və yerli icra hakimiyyətindən toplaşdıqları əraziyə səlahiyyətli şəxsləri dəvət etsələr də, gələn olmayıb. Şamaxı Rayon İcra Hakimiyyətindən bildirilib ki, torpaqların təyinatının dəyişdirilməsi ilə bağlı sahibkarlara göndərilən bildirişlərdə səbəb aydın yazıldığından, əlavə məlumat verə bilməzlər. Şamaxı və Hacıqabul rayonu ərazisində 50 min hektar qış otlaq sahələrində hər iki rayonun 300-dən çox sahibkarına, 500-dən çox ailəsinə məxsus 200 min baş xırdabuynuzlu, 10 min baş iribuynuzlu heyvan otarılır. Sahibkarla torpaqların, əslində, hansısa işadamına satıldığını deyirlər.

17 Fevral 2017 12:55