Azərbaycan Dövlət İqtisad Universiteti: bir tərəfədə “islahat”, digər tərəfdə rüşvət

da

25 May 2015 14:30

Xəbər 4287 dəfə oxunub

Azərbaycan Dövlət İqtisad Universitetində Ədalət Muradovun rektor təyin olunmasından sonra şayiələr dolaşmağa başladı ki, rektor bəyan edib rüşvət alan müəllim, kafedra müdiri, dekan, universietdən qovulacaq. İlk əvvəl bu fikirlərin nə məqsədlə dövriyyəyə buraxılmasını bilməsək də, sonradan məlum oldu ki, yeni rəhbərlik keçmiş rektor Şəmsəddin Hacıyevin yaxını bildiyi bir neçə dekan tutduğu vəzifələrdən uzaqlaşdırdı. Faktinfo.az elektron poçtuna dakil olan məlumatda bilidirilir ki, aparılan “islahat”lardan həmin dəqiqə başa düşmək oldu ki, Ədalət Muradov müəyyən müddətli müşahidəni kənara qoyub yeni rektor harasa tələsir, özünə yaxın bildiyi şəxsləri dekan təyin edir. Bununla kimin hansı savadın sahibi olduğu, ADİU-ni bir pillə qabağa apara bilmə şansları qiymətləndirilmir, yeni rəhbərin qarşısına qoyduğu hədəfi önləməsi önəm daşıyırdı. “Ədalət” naminə onu da vurğulamaq yerinə düşər ki, yeni rektor dekanların əvəzlənməsi zamanı bəzi həmyerliləri olan şəxslərə dəymir, əksinə onlardan bir neçəsini daha yüksək vəzifəyə çəkirdi. Məsələn, Kommersiya fakültəsinin dekanı, həmyerlisi Qabil Manafovun Magistratura Mərkəzinin direktoru Həsən İsrafilovun yerinə təyin edilməsi, Texnologiya və Dizayn fakültəsinin dekanı Vəkil Hüseynovu, Əmtəəşünaslıq fakültəsinin dekanı Tofiq Osmanovu dekanlıqdan azad etməyib onlara yeni imkanlar yaratması ADİU-də müəllim və professor heyəti arasında ikrah hissi yaradırdı. Ədalətin pozulması belə izah olunurdu ki, dekanlar işdən çıxarılırsa, onları daha layiqli şəxslər əvəzləməlidir. Elmi şurada təhsil, gələcək perspektivlər elmi məsələlərin həlli müzakirə edilmir, keçmiş rektor Şəmsəddin Hacıyevin özünə və çevrəsinə qarşı ögey münasibət bəslənirdi. Bunlar isə bir qrup əsl müəllim və professor heyətində narazılıq yaradırdı. Elmi şurada bu qəbildən olan məsələlərə baxılması qəbahət sayılırdı. Bu “kampaniya” Tədris və İnformasiya Texnologiyaları üzrə prorektor Damət Bağırov rəhbərlik edirdi. Sinəsini qabağa verən Damət Bağırov təbii ki, vəzifəsini itirməmək üçün maksimum şəkildə üzərinə götürdüyü bu öhdəliyi “elmi iş”i müdafiə edirmiş kimi yerinə yetirirdi. Bunlar da arxada qaldı. Hesab edildi ki, Şəmsəddin Hacıyevin zamanında olan “nöqsan”lara son qoyular, Ədalət Muradov ADİU-nin gələcəyi üçün yeni bir səhifə açar. O, İqtisad Universitetinə hansısa bir yenilik gətirər. Bunun üçün isə mütləqdir ki, ətrafında ağıllı, savadlı, ideya və təşəbbüsü olan şəxsləri birləşdirsin. Bu şərtlər su, hava, qida qədər önəmlidir. Lakin göründüyü kimi, ADİU-də heç nə dəyişmədi. Əksinə, bu ildən tədricən universitet daxili semestr imtahanlarının kamputerlə götürülməsinə məhdudiyyətlər qoyulmağa başladı. I kurs tələbələri yazılı test imtahanı verməyə başladı ki, bununla da rüşvət daha geniş miqyas aldı. Hazırda Beynəlxalq iqtisadi münasibətlər (BİM), İqtisadiyyat və sənaye, Kommersiya, Maliyyə fakültələrində tələbələrdən yay semestr imtahanlarının qaydaya qoyulması üçün 1000-1500 manat civarında rüşvət alınmasını heç kim inkar edə bilməz. Rüşvətlə sürücülük vəsiqəsi verilərkən kamputerdə düzgün cavablarla bağlı düymə necə basılırsa, ADİU-də imtahanları həmin sistemlə həyata keçirirlər. Deyə bilmərik, ola bilsin ki, rektor Ədalət Muradov bunlardan xəbərsizdir. Amma o da həqiqətdir ki, ADİU-də rüşvət yığılmasına hazırda prorektor Damət Bağırov və Tədris metodiki mərkəzinin direktoru Eldar Azadov rəhbərlik edir. Onlar ADİU-nin Dərbənd filialından universitetə köçürülmə və sonrakı mərhələdə tələbələrdən hər fənn üzrə fərq imtahanı üçün 800 manat alır. Damət Bağırov və Eldar Azadov bu işdən kifayət qədər mənfəət götürür. Dərbənd filialından ADİU-nə köçürülmə 30-35 min manata başa gəlirsə, sonradan tələbə 15-20 fərq imtahanının hər birinə 800 manat verməli olur. İl ərzində isə 60-70 tələbə Dərbənd filialından ADİU-ya köçürülür.

Məlumat üçün onu da bildirək ki, hələ bir neçə il bundan qabaq media orqanlarında Damət Bağırovla Dərbənd filialının müəllimi olmuş Minə xanım arasında tələbə köçürülmələri ilə bağlı yaranmış narazılıq işıqlandırılmışdı. Sonradan məlum oldu ki, Minə xanım özünü asaraq intihar edib. Qəribəsi odur ki, Ədalət Muradov rektor təyin olunanda ADİU-də işləyən müəllimlərdə yəqinlik yaranmışdı ki, yeni rəhbər ilk əvvəl Damət Bağırovu tutduğu vəzifədən azad edəcək. Nəinki bu baş verdi, əksinə, Damət Bağırov yeni rektorun “kassir”inə çevrildi, “idarəetmə”nin əsasları onun adı ilə bağlandı. Görünən odur ki, rektor Ədalət Muradov hələ bir müddət Damət Bağırovu “xərcləyəcək”. Hər şeyin ictimailəşməsini gördükdən sonra bütün qara işlər Damət Bağırovun adına çıxarılacaq və o prorektorluqdan azad olunacaq. Sükan arxasına isə Damət Bağırovun yanında “təcrübə” keçən Eldar Azadov keçəcəkdir. Təki deyilənlər səhv çıxsın. ADİU-də rüşvət yığma tədbirləri dayandırılsın və dediklərimiz yalan olsun.

faktinfo.az

 

Ən iri miqyaslı yenidənqurma: min kilometrlərlə kabel, yarımstansiyalar, transformatorlar..

177236_res_0155

“Azərişıq” ASC ötən il görülən işlərin yekunlarına dair məlumat yayıb. Şirkətdən virtualaz.org-a daxil olan məlumata əsasən  prezident  İlham Əliyev tərəfindən təsdiq edilmiş  “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqrami”nın icrası məqsədi ilə istehlakçıların keyfiyyətli, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi üçün “Azərişıq” ASC tərəfindən 2016-cı il ərzində də iri miqyaslı yenidənqurma və əsaslı təmir-tikinti işləri həyata keçirilib. Rayon mərkəzlərində,  qəsəbə və kəndlərində olan istehlakçıların etibarlı, təhlükəsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunması üçün  yararsız, istismar müddəti başa çatmış avadanlıq müasir tipli avadanlıqlarla əvəz olunub, uzun illər istismar olunan agac dayaqlar yeni dəmir və dəmir beton dayaqlarla əvəzlənib. Yararsız vəziyyətə düşən və heç bir standarta uygun gəlməyən alüminium naqillər özünüdaşıyan izolyasiyalı naqillərlə (ÖİN) əvəz edilib. “Azərişıq” ASC bildirir ki, Şabran rayonunda 2x16 mVA gücündə “Rəhimli”, Lənkaranda “Lənkaran-1” (2x25 mVA), Şəkidə “Cəfərabad” (2x10 mVA), Ağsuda “Ağsu” (2x16 mVA), Zaqatalada “Bəhmədli” (2x6,3), Goranboyda “Kürəkçay” (2x40 mVA), Qazaxda “Daş Salahlı” (2x10 mVA), Masallıda “Tüklə” (2x16 mVA), Saatlıda  “Sarıcalar” (2x25 mVA), Samuxda “Yenikənd” (2x16 mVA) olmaqla, 10 ədəd 110 kV-luq yarımstansiya əsaslı şəkildə yenidən qurularaq müasir tipli avadanlıqlarla təchiz olunub. Abşeron, Quba, Neftçala, Sumqayıt, Lənkaran, Şəki, Zaqatala, İmişli, Zərdab, Tərtər, Bərdə, Ucar, Ağdaş, Ağstafa, Gədəbəy, Qazax, Lerik, Beyləqan, Ağcabədi, Ağdam, Göygöl, Samux, Hacıqabul, Şabran, Yevlax, Salyan, Mingəçevir, Cəlilabad, Daşkəsən, Astara şəhər və rayonlarında olmaqla, ümumilikdə 35 ədəd 35 kV-luq yarımstansiya tikilib və yenidən qurulub. O cümlədən 2016-cı ildə regionlarda: - 30,7 km 110 kV-luq hava xətləri; - 59,0 km 35 kV-luq  kabel  və  308,7 km hava xətləri; - 338,7 km 6-10 kV-luq  kabel və  1810,7 km hava xətləri; - 420,5 km 0,4 kV-luq kabel və  376,6 km hava xətləri; - 2640,7 km özünüdaşıyan izolyasiyalı naqillər (ÖİN) çəkilib; - 960 ədəd Komplekt Transformator Məntəqəsi (KTM) quraşdırılmış; - 127 589 ədəd dayaq basdırılıbr. Bundan əlavə, uzunluğu  35,3 km 110 kV-luq, 128,3 km 35 kV-luq, 416,7 km 6-10 kV-luq və 901,7 km 0,4 kv-luq hava xətlərində təmir işləri aparılıb. Görülmüş tədbirlər onminlərlə abonentin elektrik enerjisinə olan təlabatını yaxşılaşdırmaqla bərabər texnoloji itkilərin azaldılmasına və uçot sisteminin daha təkmil şəkildə aparılmasına müsbət təsir göstərir.  İstehlakçıların fasiləsiz və yüksək keyfiyyətli elektrik enerjisi ilə təmin olunması istiqamətində “Azərişıq” ASC tərəfindən həyata keçirilən tədbirlər 2017-ci ildə də uğurla davam etdiriləcəkdir. “Azərişiq” ASC-nin mətbuat xidməti ◀▶  

18 Yanvar 2017 11:57

Aqrar Universitetdə magistr dissertasiyalarının yerinə yetirilməsinə dair metodiki seminar keçirilib

IMG_1155

Ali təhsilin ikinci səviyyəsinin tələblərinə uyğun olaraq yüksəkixtisaslı, sərbəst yaradıcılıq fəaliyyəti göstərə biləcək mütəxəssislərin hazırlığını təmin edən təhsil prosesi olan magistraturada təhsilin keyfiyyətinin yüksəldilməsi Azərbaycan Dövlət Aqrar Universitetində qarşıya qoyulan əsas vəzifələrdəndir. Bu istiqamətdə vacib olan məsələlərdən biri də magistratura səviyyəsində təhsilin yekun mərhələsi olan magistrlik dissertasiyasının müasir dövrün tələblərinə uyğun yerinə yetirilməsidir.  ADAU-nun mətbuat xidmətinin xəbərinə görə qeyd olunan məsələni müzakirə etmək məqsədilə universitetin Magistr Hazırlığı Mərkəzi tərəfindən 1-ci kurs magistrantlar üçün magistrlik dissertasiyalarının yerinə yetirilməsi dair metodiki seminar keçirilib. Seminarı giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov magistratura səviyyəsində tədrisin və elmi-tədqiqat işlərinin mövcud vəziyyətindən, bu istiqamətdə qarşıda duran vəzifələrdən danışıb. Rektor deyib ki, aqrar sahədə əmək bazarının tələblərinə uyğun elmi-pedaqoji kadrların hazırlanması magistratura səviyyəsində fundamental və tətbiqi xarakterli dissertasiya işlərinin yerinə yetirilməsindən əhəmiyyətli dərəcədə asılıdır.          Sonra, tədris işləri üzrə prorektor, dosent Anar Hətəmov, texnika elmləri doktoru, professor Qabil Məmmədov, Magistr Hazırlığı Mərkəzinin direktoru, dosent Aydın İsayev, gənc müəllimlərdən Rahil Muradov, Xanım Həsənova çıxış edərək magistrlik dissertasiyasının məzmununa, yazılmasına, təqdim edilməsinə və müdafiəsinə qoyulan tələblər barədə danışıblar. Çıxışların sonunda magistrantları maraqlandıran suallar məruzəçilər tərəfindən cavablandırılıb.

17 Yanvar 2017 17:46

Eldar Mahmudovun baş istintaqçısı Pərviz Həşimliyə telefon açdı

perviz-hesimli-yeni-300x202

Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin sabiq rəisi general Mövlam Şıxəliyevin qanunsuz əməllərinə görə cinayət məsuliyyətinə cəlb olunmaması ilə bağlı Gununsesi.info-nun sərgilədiyi prinsipial mövqe, habelə, generalın bir gün “bandotdel”də saxlanması barədə xəbərimiz deyəsən, onu bərk əsəbləşdirib. Belə ki, baş redaktorumuz Pərviz Həşimliyə telefon açan Mövlam Şıxəliyev ondan yazıların səbəbini soruşub. Bu dialoqun ictimaiyyət üçün də maraqlı olduğunu nəzərə alıb, həmin söhbətin bəzi məqamlarını təqdim edirik: Mövlam Şıxəliyev: Siz gündə bir şey yazırsınız. Məndən nə istəyirsiniz? Pərviz Həşimli: MTN cinayətlərinin əsas məsuliyyətini daşıyan vəzifəli şəxs kimi sizdən yazılması təbii deyilmi? Mövlam Şıxəliyev: Mən neynəmişəm axı…Gedin, başqalarından yazın. Kim nə edibsə, hesabatını da özü verir. Mənim adımı hallandırmaqla, böhtan atırsınız. Pərviz Həşimli: MTN-də sizin rəisi olduğunuz baş idarədə yüzlərlə insanın qanunsuz istintaqları aparılıb, elə biri mənim özümü götürün. Eldar Mahmudovun məni şərləməsi üçün saxta hüquqi əsaslar yaratmısınız. Mən cinayətkar idim ki, tabeçiliyinizdə olan müstəntiq Elşən Murtuzov saxta istintaq aparırdı? Mövlam Şıxəliyev: Mən sənin istintaqını aparmışam? Səni kim tutub get, onların yaxasından yapış. Özün də bilirsən ki, səni kimlər tutub. Pərviz Həşimli: Siz MTN-nin İstintaq Baş İdarəsinin rəisi olmusunuz. Sizin idarə məni şərləyib. Məsuliyyət sizindir… Mövlam Şıxəliyev: Bilirsən, nə var, hər şeyi gözəl bilirsən… Mənlik bir şey yoxdur. Get, səni tutuanlarla, şərləyənlərlə mübarizə apar, məndən əl çək. Pərviz Həşimli: “Bandotdel”ə niyə aparılmısınız? Mövlam Şıxəliyev: Mən sənə sözümü dedim. Bilmədiyin şeyi yazma. (telefonun dəstəyini asır-red.)

16 Yanvar 2017 12:49

KİV numayəndələri və valideyinlər Aqrar Universitetdə imtahanların gedişini izləyib

112323

Azərbaycan Dövlət Aqrar Universitetində 2016/2017-ci tədris ilinin payız semestrinin imtahan sessiyası uğurla davam edir. Ən əsası tələbələr, onların valideyinləri belə  imtahanların təşkilindən və yaradılan şəraitdən tam razıdır. ADAU-nun mətbuat xidmətindən bildirilib ki, Universitet rektorunun imzaladığı əmrlə “Qaynar xətt” yaradılıb və əlaqə telefonu, e-mail ünvanı qeyd edilib, imtahanların cavablarını kodlaşdırmaq üçün qrup yaradılıb.  İmtahanlarda verilən qiymətlərə etiraz edən tələbələrin müraciətlərinə baxılması üçün bakalavriat və magistratura səviyyələrində apellyasiya komissiyaları təşkil edilib. Şəffaflığın, obyektivliyin, növbətçiliyin və digər məsələlərin təmin edilməsi üçün müvafiq struktur bölmələrə tapşırıqlar verilib, kütləvi informasiya vasitələri nümayəndələrinə və valideynlərə imtahanlarda iştirak etmək üçün şərait yaradılıb, imtahan fənləri üzrə mütəxəssis olmayan şəxslərdən ibarət  xüsusi nəzarətçilər qrupu və imtahan rəhbəri təsdiq edilib. Növbəti imtahanları isə bütün fakültə və korpuslarda KİV nümayəndələri valideyinlərlə birgə izləyib. Bir daha təsdiq olunub ki, ADAU da imtanlar olduqca şəffaf keçirilir və burda yalnız tələbənin biliyi əsas götürülür. Mətbuata açıqlama verən valideyinlər deyib ki, biz evdə uşaqlarımızdan eşitdiklərimizi gözlərimizlə gördük və əmin olduq ki, universitetdə yaradılan hər şərait yalnız tləbə üçündür.  Dövlətin aqrar sahənin inkişafına kompleks yanaşmasının bariz nümunəsi isə hazırlanan kadrlara göstərilən qayğıdan başlayır və ADAU da yüksək hazırlıqlı kadr olmaq üçün bütün baza formalaşıb. İmtahanların isə necə ədalətli keçməsini öz gözlərimizlə gördük. Demək yerinə düşər ki, İmtahan korpusunda tibb məntəqəsi təşkil edilib, və iki tibb işçisi təhkim olunub. Rektorun əmrinə müvafiq olaraq tədris işləri üzrə prorektorun sədrliyi ilə sessiyanın gedişində daxil olan müraciətlərin operativ şəkildə araşdırılmasını təmin etmək məqsədilə qərargah yaradılıb,  xüsusi otaq ayrılıb, telefonla təchiz edilib.  "Qaynar xətt”ə Universitetin internet ünvanından bir başa onlayn formada müraciət etmək imkanı da  yaradılıb. “Azərbaycan tarixi” fənni üzrə şifahi imtahanların qəbulu məqsədilə xüsusu komissiya yaradılıb. Yazılı imtahanların biletlərinin sualları sessiyadan xeyli əvvəl tərtib edilib, kafedra iclaslarında baxılıb, tələbələrə çatdırılıb, test sualları elektron imtahan bazasına yerləşdirilib, tələbələrin  semestrdə topladıqları balların nəticələri sessiyanın başlanğıcınadək elektron sistemə yüklənib. Sessiya imtahanları 2016-cı il dekabrın 29-dan başlayıb. Mühəndislik fakültəsinin tədris korpusunda 2 auditoriyada quraşdırılan 152 kompyuter vasitəsilə test formasında qəbul edilir. İmtahanlara kənar müdaxilələrin qarşısı tam alınıb, hər gün 1000-dək tələbə növbəliklə kompyuterlə imtahan verərək, sonda nəticəni də dərhal kompyuterdə  qəbul edir. Bütün tədris korpuslarında quraşdırılan videokameralar mühafizə və nəzarət üçün universitetin fəaliyyətinə müsbət təsir edən amillərdəndir.

14 Yanvar 2017 16:57