Azərbaycan Ermənistana məxsus pilotsuz uçuş aparatını ələ keçirdi

174788_res_01

29 Dekabr 2016 19:30

Xəbər 12 dəfə oxunub

Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) ələ keçirilib.

Faktinfo.az Azərbaycan Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, dekabrın 29-da axşam saatlarında cəbhənin Tərtər rayonu istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus PUA bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq xüsusi üsulla yerə endirilib.

Ekspert:“Bankın borca görə zəngindən qorxmayın, bu qanun pozuntusudur”

ekrem-1

"Borclu vətəndaşın intihar həddinə çatdırılmasında kredit verənin və dövlətin günahı daha böyükdür". Bunu Sherg.az-a Sabunçu rayonu, Bakıxanov qəsəbəsində aldığı fotoaparatın kreditini ödəyə bilməyən fotoqrafın intiharından danışarkən, hüquqşünas, bank üzrə ekspert Əkrəm Həsənov deyib. Onun sözlərinə görə, banklar vətəndaşa borcu milli valyuta vasitəsi ilə deyil, dollarla verir, üstəlik heç bir güzəşt etmirlər: "Şəxsin maddi imkanının düzgün qiymətləndirilməməsi də sonradan problemi artırır. Məsələdə dövlətin də günahı danılmazdır. Ona görə ki, həmin kredit verən müəssisələrə vaxtilə müdaxilə edilməyib və düzgün tənzimləmə həyata keçirilməyib. Nəzarət sisteminin zəifliyi özbaşınalığı artırıb. Digər tərəfdən sözsüz ki, öz maddi durumlarına uyğun hərəkət etməyən, başqa sözlə desək, ayaqlarını yorğanlarına görə uzatmayan vətəndaşların özünün də günahı var. Lakin belə məsuliyyətsizlikləri bütün vətəndaşlara aid etmək düzgün deyil. Çünki bəzi şəxslər var ki, krediti götürəndə işi, aylıq əməkhaqqısı var idi, ödəyə biləcəyindən əminliyi, milli valyutaya etimadı yüksək idi. Təbii ki, heç kim dolların birdən-birə bu həddə bahalaşacağını, devalvasiyaların olacağını düşünməzdi. Vətəndaşların burada günahı azdır. İndiki vəziyyətdə isə hər üç tərəfin günahı var ki, vətəndaşa kredit verən qanunvericilikdə nəzərdə tutulan qaydada güzəşt etmir". Ekspert diqqətə çatdırıb ki, banklar əksər kreditləri öz yaxınlarına, əlaqə yaratdıqları şirkətlərə və müəyyən mənada rüşvət aldıqları şəxslərə veriblər:"Kredit faizlərinin başqalarına yüksək faizlə müəyyən edilməsinin səbəbi də bankların öz adamlarına aşağı faizlə kredit verməsidir". Ə. Həsənov kredit verənlərin vətəndaşa və onların yaxınlarına zəng edərək tez-tez narahat etməsindən də danışıb. Ekspert bildirib ki, onların borcluları pis vəziyyətə salmağa ixtiyarı yoxdur: "Kredit götürən şəxslərə banklar zəng etmir, onlar üçün işləyən kollektorlar bunu həyata keçirir. Rusiyada konkret olaraq kollektorların fəaliyyətinə məhdudiyyətlər qoyulub və onlar kredit götürən əhalini narahat edə bilmir. Lakin bizdə hələ də bu məsələnin nizamlanmamağı vətəndaşları ağır vəziyyətə salır. İnkişaf etmiş ölkələrdə vətəndaşların özlərini müflis elan etmələri haqqında qanun var ki, bununla kreditlərini ödəyə bilməyənlərin borcları silinir. Bizim vətəndaşlar isə başlıca olaraq, hüquqlarını öyrənmək istəmirlər. Borca görə bank şəxsə zəng edib narahat edirsə, vətəndaşlar o dəqiqə qorxurlar. Lakin hər kəs bilməlidir ki, bankların bu addımı qanun pozuntusudur”. Bank mütəxəsisi onu da əlavə edib ki, banklar tərəfindən təzyiqlərə məruz qalan zərərçəkmiş vətəndaşlar birləşməlidirlər: "Yenə Rusiyadan nümunə gətirmək istəyirəm ki, belə hallarda vətəndaşlar birləşərək, kütləvi şəkildə banklara iddia irəli sürürlər və banklar da məcbur olub güzəşt edirlər. Bizim vətəndaşlar belə hallarda ya qorxaraq, sonu bu cür intiharla nəticələnən formada addım atır, ya da ki, ciddi formada mitinqə, etirazlara qalxır. Bunlar hamısı qanunları öyrənməməkdən irəli gəlir. Vətəndaş krediti ödəyə bilmədikdə problemi məhkəmədə həll edə bilər, əgər hüquqlarını bilərsə”. Qeyd edək ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində aldığı fotoaparatın kreditini ödəyə bilməyən qəsəbə sakini, 27 yaşlı Müslümov Natiq Tahir oğlu yaşadığı evin həyətində özünü asıb.

6 Yanvar 2017 18:14

Suriya müftisi şeyx Əhməd Bədrəddin Hassun Qarabağı “erməni torpağı” sayır

img2292010

Suriyanın baş müftisi şeyx Bədrəddin Hassun Rusiya KİV-lərinə müsahibə verib. Suriya müftüsü Suriya ətrafında gedən situasiya və dünyadakı siyasi proseslər barədə danışarkən Dağlıq Qarabağ mövzusuna toxunub.  Müftinin sözlərinə görə, dünyada ərazi mübahisəsinə son qoymağın çatdığı regionlar var. Şeyx bunlara nümunə olaraq Dağlıq Qarabağı örnək göstərib. “Dağlıq Qarabağda problemin başlıca motivasiyası xalqın azadlığı üçün iradəsi, regionun tarixi və müharibədə qazanılan qələbədir. Burada hansı mübahisədən söhbət gedə bilər? Şəxsən mən Qarabağ ermənilərinin müstəqillik və azadlıqları uğrunda mübarizələrini dəstəkləyirəm. Xüsusilə vurğulamaq istərdim ki, Qarabağ münaqişəsinin əsas səbəbi din deyil, xalqın iradə ifadəsidir.Bununla hesablaşmamaq olmaz”. Qeyd edək ki, bu ermənipərəst müfti Türkiyəyə qarşı düşmən mövqeyi ilə seçilən birisidir. Sünnilik məzhəbinə məxsus olmasına rəğmən İrana olduqca yaxın olan Hassun tez-tez orada müxtəlif konfranslarda, simpoziumlarda iştirak edir. Bundan başqa, Hassun Rusiyada da bir çox ictimai-siyasi fikri adamı ilə sıx əlaqələrə malikdir.  Qatı Əsəd rejim tərəfdarı olan bu müfti Hələbdə anadan olub. Atası Məhəmməd Ədib Hassun da özü kimi şeyx olub. Dini təhsil alan Hassun 2002-ci ildə Hələbin  müftisi təyin edilib.  2005-ci ildə isə o, Suriyanın baş müftisi Əhməd Kiftarunun (kürd əsillidir) ölümündən sonra onun yerinə keçib. Bundan başqa o, Suriyadakı Ali Fitva Şurasının, habelə Xalq Məclisinin (parlament) üzvü olub. Özünü dinlərarası dialoqun tərəfdarı, liberal və dünyəvi görüşlərə sahib bir din adamı kimi qələmə verən Hassun müəyyən dövrdə Avropa mediasının da diqqətini çəkmişdi. Şeyx 2007-ci ildə hətta Avropa parlamentdində çıxış etmək üçün dəvət olunmuş və onun çıxışı böyük təqdir toplamışdı. Lakin Suriyada vətəndaş müharibəsi başladıqdan sonra müftünün mətbuata verdiyi açıqlamalar olduqca böyük mübahisələrə səbəb olub. Məsələn o, Suriyadakı vətəndaş müharibəsinin ilk dövrlərində ABŞ və Avropanı öz ölkələrində intihar terror aktları ilə hədələyib. Bununla bağlı olaraq Hassunun youtube-dakı müraciətində belə deyilirdi: “Suriya istiqamətinə ilk raketin atılması ilə Suriya və Livanın bütün övladları Avropa və Fələstin torpaqlarında intihar aktını həyata keçirmək üçün yola çıxacaq. Bütün Avropa və Amerikaya səslənirəm. Suriya və Livanı bombaladığınız təqdirdə ölkələrinizdə intiharçılar hazırlayacağıq. Bu gündən etibarən gözə-göz, dişə-diş... və öncə başlayan daha zalımdır. Siz bizə zülm etdiniz. Ərəb olan, insan olan hər kəsə belə deyəcəyik”,- deyə səslənir. Hassun həmişə bir-birinə zidd çıxışları ilə fərqlənib. Suriya müftüsü olan bu şəxsin “Peyğəmbərimiz məndən yəhudiliyi və ya xristianlığı  inkar etməyi istəsəydi, mən Məhəmmədi inkar edərdim. Peyğəmbər mənə insanları öldürməmi əmr etsəydi, mən onun özünü inkar edərdim” kimi sözləri həmin dövrdə böyük hay-küyə səbəb olmuşdu. Mətbuat şeyx Hassunun əslində Əsəd rejiminə xidmət edən agent olduğunu və onun bir çox din adamının, habelə ictimai xadimlərin həbsində əli olduğunu da yazır. Belə ki,  Suriyadakı vətəndaş müharibəsinin başlanğıcından bu yana rejimə qarşı olduqları şübhəsi ilə 223 dini alimin həbs edilməsində Şeyx Hassunun xüsusi rolu olduğu barədə informasiyalar var. Hassunun həbslər zamanı həmin dini alimləri öz katibi ilə bərabər şəxsən istintaq etdiyi də yazılır. Bundan başqa, Hassunun Suriya kəşfiyyatına işlədiyi və hələ 80-ci illərdə dini icmalar haqqında məlumat toplayan agent olduğu da gələn xəbərlər arasındadır. Hassunun Suriyada sonradan Türkiyəyə qaçan Şeyx Əbdülqadir İsa, Şeyx Əbdülfəttah Əbu Quddə, şeyx Mustafa Əz-Zarka və Dəvalibi kimi bir çox alim barədə Suriyanın xüsusi xidmət orqanlarına məlumat ötürdüyü bildirilir. Bütün bunlardan əlavə, Hassunun Şeyx Məşuq Əl-Həzləvinin öldürülməsi hadisəsində adı keçir. Şeyxin ermənilərə olan məhəbbəti isə yəqin ki, elə doğuşdan başlayıb. Çünki Suriya ermənilərin kompakt halda yaşadığı yerlərdən biri hesab olunur və burada erməni diasporasının təsiri olduqca güclüdür. Hassun ilk dəfə 2006-cı ilin sentyabrında Ermənistanı ziyarət edib və burada həm din, həm də dövlət adamları ilə bir sıra görüşlər keçirib. Həmin vaxt şeyx Bədrəddin Hassun qondarma “erməni soyqırımı” abidəsini də ziyarət edib. Onun həmin abidə üzərində yazdıqları diqqət çəkir: “Əgər bütün xalqlar öz dinlərinə əməl etsəydi heç bir qırğın olmazdı. Erməni xalqı bu acının öhdəsindən gəlməli və yenidən yaşamalıdır”. Vaqif Hüseyn,  Müsavat.com (daha&helliip;)

3 Yanvar 2017 18:33

MTN-çilərin həbs qoyulmuş milyonluq əmlakları – Bağlar, villalar, şirkətlər, “zapravka”lar, torpaqlar…

qandal-vezife-2

Ləğv edilmiş MTN-nin həbsdə olan generallarının və digər vəzifəli şəxslərinin əmlaklarının siyahısı məlum olub. Faktinfo.az Musavat.com-a istinadən xəbər verir ki, “MTN işi” üzrə həbs edilən sabiq idarə rəislərinin və digər vəzifəli şəxslərin məhkəmə qərarları ilə üzərlərinə həbs qoyulmuş əmlaklarının siyahısını əldə edib. Həbs edilən MTN əməkdaşlarının üzərinə həbs qoyulan əmlaklarının siyahısı aşağıdakı kimidir: MTN-nin Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Qurbanov Sübahir Xaliq oğluna məxsus əmlaklar: 1. 4.120.000 manat dəyərində Nəsimi rayonu, Mərdənov qardaşları küçəsi 94 “a” ünvanında yerləşən qeyri-yaşayış binası 2. 384.000 manat dəyərində Nəsimi rayonu, Səməd Vurğun küçəsi 88, giriş 2 ünvanında yerləşən 34 №-li mənzil 3. 32.450 manat dəyərində Biləcəri qəsəbəsi, Natəvan küçəsi 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsi 4. 63.000 manat dəyərində Biləcəri qəsəbəsi, Natəvan küçəsi 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsi 5. 63.000 manat dəyərində Ü.Hacıbəyov küçəsi 18 ünvanında yerləşən 11 №-li mənzil 6. 60.000 manat dəyərində Ü.Hacıbəyov küçəsi 19 ünvanında yerləşən 10 №-li mənzil 7. 282.000 manat dəyərində Abşeron rayonu, Novxanı kəndində yerləşən bağ evi 8. 48 000 manat dəyərində Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.10 ha torpaq sahəsi 9. 87.000 manat dəyərində Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,20 ha torpaq sahəsi 10. 130.000 manat dəyərində Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,30 ha torpaq sahəsi 11. 392.000 manat dəyərində Abşeron rayonu, Novxanı kəndində 0,385 ha torpaq sahəsi və üzərindəki tikililər 12. 1.200.000 manat dəyərində Abşeron rayonu, Digah qəsəbəsində yerləşən torpaq sahəsi və üzərindəki yanacaqdoldurma məntəqəsi 13. 100.000 manat dəyərində Masallı rayonu Qızılavar kəndində 0.0636 ha torpaq sahəsində yerləşən yanacaqdoldurma məntəqəsi 14. 37.000 manat dəyərində Səbayel rayonu, R.Behbudov küçəsi 8 ünvanında qaraj İstintaq zamanı bu əmlakların ümumi dəyəri 6.998.450 manat hesablanıb. Bundan əlavə, Sübahir Qurbanova məxsus mənzillərdə, evlərdə axtarış zamanı aşkar edilən 54.779 manat dəyərində qiymətli əşyalara, 38.150 manat, 11650 dollar, 5000 avro pul əskinazlarına, özünün, ailə üzvlərinin bank hesablarında olan pullara da həbs qoyulub. Həmin idarənin rəis müavini Əliyev Fizuli Zülfüqar oğlunun əmlakları: 1. Özünün və qohumlarının adlarına sənədləşdirilmiş 306.000 manat dəyərində Suraxanı rayonu, Qara-Çuxur qəsəbəsi, İlqar Musayev küçəsi 23«a» ünvanda daşınmaz əmlak 2. 568.000 manat dəyərində Suraxanı rayonu, Qara-Çuxur qəsəbəsi, İlqar Musayev küçəsi ev 22 ünvanda yerləşən danışmaz əmlak 3. Dəyəri 371.000 manat olan Suraxanı rayonu, Qara-Çuxur qəsəbəsi, İlqar Musayev küçəsi ev 34 ünvanında olan daşınmaz əmlak 4. Dəyəri 121.500 manat olan Gəncə şəhəri, Kəpəz rayonu, Nizami prospekti, “Xalça” mağazasının qarşısındakı aptekin şərq hissəsində yerləşən qeyri-yaşayış binası 5. Dəyəri 40.000 manat olan Gəncə şəhəri, Kəpəz rayonu, Tağı Arani küçəsi 65 ünvanında yerləşən qeyri-yaşayış binası 6. Dəyəri 1.110.000 manat olan Suraxanı rayonu, General Mehmandarov küçəsi ev 51 ünvanında yerləşən qeyri-yaşayış sahəsi 7. Dəyəri 72.000 manat olan Nizami rayonu, Şərifli küçəsi ev 25 ünvanında yerləşən 198 nömrəli mənzil 8. Dəyəri 22.500 manat olan Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi, 3-cü küçə 46 ünvanında yerləşən 0,08 ha sahədən ibarət torpaq sahəsi 9. Dəyəri 71.000 manat olan Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsi 507-511-ci məhəllə, ev 16 «b» ünvanında yerləşən 43 nömrəli mənzil 10. Dəyəri 463.500 manat olan Yasamal rayonu, İzmir küçəsi 7 «b» ünvanında yerləşən qeyri-yaşayış sahəsi 11. Dəyəri 198.000 manat olan Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində 0,14 ha torpaq sahəsində yerləşən 1261 nömrəli bağ evi torpaq sahəsi ilə birlikdə 12. Dəyəri 281.500 manat olan Yasamal rayonu, Mətbuat prospekti ev 35 ünvanında yerləşən 30 nömrəli mənzil 13. Dəyəri 63.000 manat olan Gəncə şəhəri, Kəpəz rayonu, Nizami küçəsi “Xalça” firma mağazasının qarşısındakı mağazanın qərb hissəsində yerləşən qeyri-yaşayış sahəsi 14. Dəyəri 180.000 manat olan Gəncə şəhəri, Kəpəz rayonu, Nizami küçəsi “Xalça” firma mağazasının cənub hissəsində yerləşən qeyri-yaşayış binası 15. Dəyəri 478.000 manat olan Gəncə şəhəri, Kəpəz rayonu, Azərbaycan Bayrağı küçəsi 59 ünvanında yerləşən qeyri-yaşayış sahəsi 16. Dəyəri 90.000 manat olan Gəncə şəhəri, Nizami və Azərbaycan Bayrağı küçələrinin kəsişməsində yerləşən qeyri-yaşayın binası 17. Dəyəri 9.000 manat olan Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən daşınmaz əmlak 18. Dəyəri 742.000 manat olan Gəncə şəhəri, Nizami və Azərbaycan Bayrağı küçələrinin kəsişməsində yerləşən 0,061 ha torpaq sahəsində yerləşən mülk 19. Dəyəri 9.000 manat olan Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən 0,06 ha torpaq sahəsi 20. Dəyəri 4.400 manat olan Göy-Göl rayonu, Qızılca kəndində yerləşən 0.32 ha torpaq sahəsi 21. Dəyəri 60.500 manat olan  Gəncə şəhəri, Kəpəz rayonu, Hacıkənd qəsəbəsi, Azərbaycan küçəsi ev 8 ünvanında yerləşən ev 22. Dəyəri 41.000 manat olan Gəncə şəhəri, Nizami rayonu, Əziz Əliyev küçəsi 205 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və fərdi yaşayış evi 23. Dəyəri 20.500 manat olan Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən 0,06 ha torpaq sahəsi və üzərində olan tikili 24. Dəyəri 8.800 manat olan Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən 75,6 kv m ümumi sahədən ibarət tikili 25. Dəyəri 451.000 manat olan Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi 15 ünvanında yerləşən daşınmaz əmlak 26. Dəyəri 784.000 manat olan Bakı şəhəri, Səbayel rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və üzərində olan tikililər 27. Dəyəri 1.873.000 manat olan Gəncə şəhəri, Cavadxan küçəsi ev 58 “a” ünvanında yerləşən əmlak kompleksi 28. Dəyəri 275.000 manat olan Gəncə şəhəri, Nizami küçəsi ev 30 ünvanında yerləşən ev 29. Dəyəri 65.000 manat olan Gəncə şəhəri, Nizami rayonu, Şahsevənlər küçəsi 38 ünvanında yerləşən ev 30. Dəyəri 498.000 manat olan Mingəçevir şəhəri, H.Əliyev prospekti 17 ünvanında yerləşən qeyri-yaşayış binası 31. Dəyəri 144.000 manat olan  Mingəçevir şəhəri, Gəncə şosesi 8 ünvanında yerləşən qeyri-yaşayış binası 32. Dəyəri 65.000 manat olan Gəncə şəhəri,  Kəpəz rayonu, Vəli Xuluflu küçəsində yerləşən qeyri-yaşayış sahəsi 33. Dəyəri 106.000 manat olan Gəncə şəhəri, İsmət Qayıbov küçəsi 84 ünvanında yerləşən ev 34. Dəyəri 86.000 manat olan Gəncə şəhəri, Nizami rayonu, Təbriz küçəsi 4-cü döngə 102 ünvanında yerləşən ev 35. Qusar rayonu, Duztahir kəndində yerləşən 0,74 ha, 0,85 ha, 0,76 ha, 0,42 ha və 0,30 ha torpaq sahələr i- dəyərləri müvafiq olaraq 1 630, 1 890, 1 680, 930, 660 manat Daşınmaz əmlakların cəmi dəyəri 9.513.490 manat. Xidməti otaqlarından və evindən 16.130 manat dəyərində qiymətli əşyalar, 12.123 manat və 35.100 dollar, dəyəri 40.000 manat olan “Jeep Qrand Cherokee” markalı 90 RE 505 dövlət qeydiyyat nişanlı avtomaşın, “Şah” MMC-nin adına sənədləşdirilmiş 93.000 manat dəyərində 2014-cü ilin istehsalı olan “Lexus GX 460” markalı 10 AZ 603 dövlət qeydiyyat nişanlı avtomaşın, 35.500 manat dəyərində “Toyota Camry” markalı 90 AA 576 dövlət qeydiyyat nişanlı avtomaşına da həbs qoyulub. Həmin şöbənin əməkdaşı Alıyev Natiq Allahverdi oğluna məxsus əmlaklar: 1. Özünün və yaxın qohumlarının adlarına sənədləşdirilmiş dəyəri 49.500 manat olan Sabunçu rayonu, Zabrat qəsəbəsi, R.Axundov küçəsi ev 30 ünvanında yerləşən 4 saylı mənzil 2. Dəyəri 55.000 manat olan Sabunçu rayonu, Zabrat qəsəbəsi, R.Axundov küçəsi 25 ünvanında yerləşən 1 saylı mənzil 3. Dəyəri 270.000 manat olan Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, “Kapital qrup” MMC tərəfindən inşa edilmiş yaşayış binasında yerləşən 56-57 nömrəli mənzil 4. Dəyəri 1.216.000 manat olan Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi ünvanında yerləşən 0,16 ha torpaq sahəsi və üzərində olan tikililər 5. Dəyəri 784.000 manat olan Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 0,06 ha torpaq sahəsi və üzərində olan tikililər Daşınmaz əmlakların cəmi 2.374.000 manat dəyərində hesablanıb. Onun 54.000 manat dəyərində “Audi Q7” markalı 10 OM 008 dövlət qeydiyyat nişanlı avtomaşınına da həbs qoyulub. Həmin şöbənin digər əməkdaşı Məmmədov Zaur İbiş oğlunun əmlakı: 1. Dəyəri 150.000 manat olan Nizami rayonu, Şərifli küçəsi, 25-24-cü məhəllədə “Qarant 21 əsr” MTK tərəfindən inşa edilmiş 1 saylı yaşayış binasında 6 nömrəli mənzil 2. 50.000 manat dəyərində 2014-cü ilin istehsalı olan “Toyota Prado” markalı 99 HL 223 dövlət qeydiyyat nişanlı avtomaşın Baş İdarələrinin sabiq rəisi Quliyev Teymur Rəcəb oğlunun əmlakı: 1. Özünün və yaxın qohumlarının adlarına sənədləşdirilmiş dəyəri 1.279.000 manat olan Nərimanov rayonu, Etibar Qocayev küçəsi 34 ünvanında yerləşən fərdi yaşayış evi 2. dəyəri 21.100 manat olan Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi 3-cü küçə 39 ünvanında yerləşən 0,08 ha sahəsi 3. Dəyəri 95.000 manat olan Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən 0.26 ha torpaq sahəsi və onun üzərində mövcud olan fərdi yaşayış evləri Atayev Fərhad Tofiq oğlunun əmlakı: 1. Dəyəri 95.000 manat olan Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi ev 45, mənzil 15 ünvanında yerləşən mənzil 2. 18.000 manat dəyərində “Hyundai İX35” markalı avtomobil 3. 3.000 manat dəyərində “VAZ-21074” markalı avtomobil Şirəliyev Anar Hacıçoban oğlunun əmlakı: 1. Dəyəri 40.000 manat olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yaşar Əliyev küçəsi 50B ünvanında yerləşən fərdi yaşayış evi 2. 7.500 manat dəyərində “Mercedes C220 CDİ” markalı avtomobil 3. 29.900 manat dəyərində “Mercedes E270 CDİ” markalı avtomobil 4. 1.500 manat olan “QAZ-2417” markalı avtomobil Əliyev Eşqin Dünyamalı oğlunun əmlakı:  1. 300 manat dəyərində “Mini dron hubsan” markalı kiçik ölçülü kameralı dron 2. 180 manat dəyərində 1 ədəd boyunbağı 3. 60 manat dəyərində 1 ədəd kulon 4. 30 manat dəyərində 1 ədəd qara rəngli rezin tip və qılınc formalı kulon.

30 Dekabr 2016 23:19

“MTN işi”: “Maqnit” mağazalar şəbəkəsinin sahibi ifadə verib

maqnit

  Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq baş idarə və idarə rəisləri general Sübahir Qurbanov, general Teymur Quliyev, general Natavan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə "Maqnit" mağazalar şəbəkəsinin sahibi Seymur Abdullayev zərərçəkmiş şəxs qismində istintaqa ifadə verib. O, dindirilərkən bildirib ki, 2015-ci ilin təxminən mart ayının sonunda mobil telefon nömrəsinə zəng gəlib və zəng edən şəxs özünü MTN-nin şöbə rəisi N.Alıyev kimi təqdim edib: "Məni həmin şəxs nazirliyə dəvət etdi. Əvvəllər MTN-lə heç bir münasibətim olmayıb. Lakin 1992-1994-cü illər ərzində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Narkomaniya və Narkobiznesə qarşı Mübarizə Baş İdarəsinin əməliyyat müvəkkili vəzifəsində işlədiyim zaman oranın rəisi Eldar Mahmudov olduğundan, Akif Çovdarovu və Hilal Əsədovu çox yaxşı tanıyırdım. Təxminən 4-5 gündən sonra Natiq Alıyev mənə yenidən zəng edərək MTN-ə gəlməyimi istədi. Onunla başqa yerdə – MTN-in binasının yanında olan "Sultan" kafesində görüşməyə razılaşdım. O, nazirliyin 4-cü Baş idarəsinin üzərinə ciddi tapşırıqlar qoyulduğunu bildirərk, Bakı şəhərində sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin müəyyən miqdarda MTN-ə pul verməli olduğunu söylədi. Natiq Alıyevin dedikləri ilə razılaşmadım. Lakin sonradan ondan hansı miqdarda pul verilməli olduğu barədə soruşdum". S.Abdullayevin sözlərinə görə, N.Alıyev onun 500 min manat məbləğində pul verməli olduğunu deyib: "Həmin məbləğlə razlılaşmadım və ona 50 min manat pul təklif etdim. Bundan sonra Natiq Alıyev mənə hədə-qorxu gələrək qaçaqmalçılıq yolu ilə ölkəyə mal gətirdiyimi, 500 min manat məbləğində pul verməli olduğumu, verməyəcəyim təqdirdə problem yaradacağını, mağazalarımı bağlayacağını söylədi. Bu barədə vaxt istədim. Bir qədər sonra Natiq Alıyevə zəng vurub, 250 min manat verəcəyimi bildiridim. O da buna razı oldu və yenidən "Sultan" kafesində görüşdük. Natiq Alıyev əvvəlcə pulu götürməyərək öz rəisi kimi təqdim etdiyi Fizuli Əliyevi çağırdı, 10 dəqiqədən sonra həmin şəxs də kabinetə daxil oldu. Mən hissə-hissə onlara 250 min manat verdim. Bundan başqa, Fizuli Əliyevlə görüşdüyüm zaman o, mənim ətrafımda müəyyən əməliyyat-texniki tədbirlərin keçirilməsi barədə məlumat verdi. Fizuli Əliyev mənə təqdim etdiyi faktlardan sonra başa düşdüm ki, onlar telefon danşıqlarına qulaq asırlar". Zərərçəkmiş ifadəsində qeyd edib ki, hadisədən sonra bir neçə dəfə F.Əliyev ona zəng edərək, aylıq 10-15 min manat istəyib: "Lakin onun təklifi ilə razı olmayaraq, bu barədə telefon vasitəsilə bildirdim". İttiham aktında göstərilib ki, digər şahid qismində "Maqnit" mağazalar şəbəkəsinin baş mühasibi Natalya Rəhimova dindirilib. O, ifadəsində "Maqnit" mağazalar şəbəkəsinə 14 mağaza, anbar və mərkəzi ofis daxil olduğunu vurğulayıb: "Mağazalar şəbəkəsi fiziki şəxs Avdiyev İlqar Bayram oğlunun adına sənədləşdirilib və həmin şəxs rəsmi qaydada verdiyi VÖEN-ə əsasən vergi orqanlarında vergi ödəyicisi kimi qeydə alınıb. Şirkətin baş mühasibi kimi mən hər gün şəbəkəyə daxil olub, mağazaların satış nəticəsində əmələ gələn nağd pul vəsaitlərini qəbul etməklə həmin vəsaitləri müvafiq kassa hesablarına daxil etdirirəm. Şirkət İlqar Avdiyevin adına sənədləşdirilməsinə baxmayaraq, mağazalar şəbəkəsinin faktiki sahibi Abdullayev Seymur Azad oğludur". N.Rəhimova S.Abdullayevə onun göstərişi əsasında kassadan əvvəl 100 min, daha sonra 150 min manat verdiyini deyib: "Pul alınmasına dair tərəfimdən müvafıq kassa məxaric orderi tərtib edilib. 2015-ci ildə şirkətə məxsus 9 mağaza bağlanıb". Qeyd edək ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrum etmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 178.3.1, 178.3.2 (dələduzluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda ziyan vurmaqla törədildikdə), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israf etmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələb etmə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 320.1, 320.2 (Rəsmi sənədləri saxtalaşdırma və bilə-bilə saxta sənədlərdən istifadə etmə), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittihamlar irəli sürülməklə onların barəsində cinayət işi ayrıca icraata ayrılaraq cinayət-prosesual qanunvericiliyin tələblərinə müvafiq olaraq təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərər çəkmiş şəxslər, onların hüquqi varis və nümayəndələri cinayət işinin materialları ilə tanış olublar. İş üzrə ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən təsdiq edilərək dekabrın 21-də aidiyyəti üzrə baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib. (Report)

30 Dekabr 2016 16:58

MTN generalları Eldar Mahmudovu ələ verir: “Qanunsuz göstərişləri o verirdi…”

eldar

Xəbər verildiyi kimi MTN-də fəaliyyət göstərən mütəşəkkil cinayətkar qruplaşmanın-poqonlu əcinnələrin daha bir qrupunun işi baxılmaq üçün məhkəməyə göndərilib. Bunlar nazirliyin keçmiş baş idarə və idarə rəisləri generallar Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mirvətova, habelə nazirliyin digər vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovdur. Həmin poqonlu əcinnələrə qarşı irəli sürülmüş ittiham aktından məlum olur ki, mütəşəkkil qruplaşmanın bu üzvlərinin törətdikləri cinayət əməlləri öz ağırlığına görə indiyədək MTN-nin ən məşhur personası olan general Akif Çovdarovun əməlləri ilə müqayisədə heç də yüngül deyil, hətta sayca daha çoxdur. Cinayət işinin materiallarından məlum olur ki, generallar Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mürvətova və digərləri onlarla iş adamının telefonlarını şantaj, hədə-qorxu məqsədi ilə qanunsuz dinləntdiriblər. Habelə qrupun üzvləri sahibkarları, o cümlədən qızıl-zinət alverçilərini təhdid edərək onlardan milyonlarla manat talayıblar. İsttintaqa verdikləri ifadələrdə onlar bu əməllərin çoxunu təbii ki, inkar ediblər, ancaq telefonların qanunsuz dinlənilməsi faktlarını təsdiq ediblər və bütün hallarda bu əməlləri nazir Eldar Mahmudovun tapşırığı, yaxud şifahi razılığı ilə həyata keçirdiklərini deyiblər. Məsələn, MTN-nin Monitorinq Mərkəzinin rəhbəri olmuş general Teymur Quliyev ifadəsində deyib ki, mərkəzin əsas vəzifəsi telefon danışıqlarının dinlənilməsi və statistik məlumatların toplanması olub. Və bütün hallarda telefonların dinlənilməsi üçün göstərişi nazir Eldar Mahmudovdan alıblar. T.Quliyevin bildirdiyinə görə, Eldar Mahmudovun göstərişləri yazılı və ya şifahi formada olurdu. Telefonları dinlənilənlərdən biri də xəbər verildiyi kimi, Bakı Metropoliteninin keçmiş rəhbəri Tağı Əhmədovdur. T.Quliyev deyib ki, Tağı Əhmədovun telefonlarının dinlənilməsi barədə təşəbbüsü Akif Çovdarovun idarəsinin əməkdaşı Tural Rzayev qaldırmışdı. Çovdarov isə Eldar Mahmudovdan bu barədə razılıq alıb, nazir T.Əhmədovun telefonlarının dinlənilməsi üçün Mərkəzə göstəriş verib. Telefon danışıqlarının dinlənilməsi nəticəsində əldə olunan məlumatlar Çovdarovun idarəsinə göndərilib. MTN-nin Əməliyyat Texniki İdarəsinin keçmiş rəisi, general-mayor Natəvan Mürvətova da qanunsuz dinləmələrin nazir Eldar Mahmudovun göstərişləri əsasında həyata keçirildiyini bildirib. N.Mürvətova təsdiq edib ki, telefonların dinlənilməsinə dair göstərişlər əksər hallarda məhkəmə qərarları ilə müşaiyət olunmurdu. Belə hallarda general Mürvətova özünün dediyi kimi dinləmə barədə tələbin göndərildiyi idarələrin rəisləri ilə əlaqə saxlayıb məhkəmə qərarı istəyirmiş. Lakin ona deyiblər ki, qərar daha sonra olacaq, ancaq sonda heç bir məhkəmə qərarı verilməyib. N.Mürvətova deyir ki, dinləmələrə dair göstərişlərdə nazirin imzası olduğuna görə onları icra etməməkdən qorxurdu. N. Mirvətova Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin vəzifəli şəxslərinin razılığı ilə MTN-in sabiq rəhbərliyinin şifahi tapşırıqları əsasında, hər hansı məhkəmə qərarları alınmadan abonentlərin şəhər telefon nömrələrinə Avtomatlaşdırılmış Telefon Stansiyaları vasitəsilə qanunsuz qulaq asılması faktlarını da təsdiq edib.(APA və Report-un materialları əsasında)

30 Dekabr 2016 12:33

MN: “Əsgər Çingiz Qurbanovun meyitinin geri qaytarılması üçün beynəlxalq təşkilatlara müraciət edilib”

mudafi%c9%99-nazirliyi

  Müdafiə Nazirliyi ermənilər tərəfindən sosial şəbəkələrdə Azərbaycan əsgərinin cəsədinin fotolarının yayılması ilə bağlı açıqlama yayıb. Faktinfo.az Nazirliyin mətbuat xidmətinə istinadən bildirir ki, açıqlamada deyilir: "Erməni tərəfi əvvəlcə cəsədin onlarda olmadığını bildirsə də, Müdafiə Nazirliyi tərəfindən həyata keçirilən müvafiq tədbirlər və əldə edilən təkzibolunmaz dəlillər qarşısında məcbur qalaraq əsgərimizin meyitinin fotolarını sosial şəbəkə vasitəsilə yayıb. Təxribatın qarşısını alarkən həlak olan və düşmən nəzarətindəki ərazidə qalan əsgər Qurbanov Çingiz Salman oğlunun meyitinin geri qaytarılması ilə bağlı Müdafiə Nazirliyi tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinə, ATƏT-in Minsk Qrupuna, o cümlədən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikə rəsmi qaydada müraciət edilib. Təəssüflər olsun ki, Ermənistan tərəfi növbəti dəfə beynəlxalq qurumların nümayəndələrini aldadaraq bu hadisədən yenidən öz çirkin əməlləri üçün istifadə etməklə Azərbaycan xalqına qarşı qeyri-insani simasını nümayiş etdirir. Hazırda müvafiq qurumlarla birgə hərbi qulluqçumuzun cəsədinin Azərbaycan tərəfinə qaytarılması istiqamətdə işlər davam etdirilir".

30 Dekabr 2016 11:37