Azərbaycan Sahibkarlar Konfederasiyası sədrinin elmi işində ciddi qüsurlar aşkarlanıb

6 Dekabr 2016 11:08

Xəbər 648 dəfə oxunub

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasına (ASK) və bir sıra qurumlara rəhbərlik edən Məmməd Musayev elm sahəsində də nailiyyətlər qazanmaq istəyir. Ancaq onun bu yolda atdığı addımlarda ciddi nöqsanlar üzə çıxıb.

Gəncədən “Reytinq”ə daxil olan məlumata görə, biznes və digər sahələrdə zəngin karyera sahibi olan ASK sədri Məmməd Qurban oğlu Musayev elmi işinin müdafiəsinə hazırlaşır.

Məlumatda bildirilir ki, “Aqrar sahədə intensiv inkişafın iqtisadi problemləri” mövzusunda “İqtisad üzrə elmlər doktoru” elmi dərəcəsi almaq istəyən Məmməd Musayev bu məqsədlə 5312.01-“Sahə iqtisadiyyatı” üzrə yazdığı avtoreferantında ciddi qüsur və səhvlərə yol verib.

“Hazırda Azərbaycan Dövlət Aqrar Universitetinin onlarla yetirməsi aylarla müdafiə növbəsi gözləyir. Uzun müddət Dissertasiya Şurasında elmi katib olan Vahid Əmrahovu doktorluq dissertasiyasını müdafiəetməyə imkan vermirlər. Amma bir bines adamının qarşısına qaçır, ona “yaşıl işıq” yandırırlar”,-deyə Gəncədən bildiriblər.

Onu da qeyd edək ki, Prezident Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyev biznes adamlarının elm sahəsinə gəlməsini kəskin şəkildə tənqid etsə də, bu tənqidlər də Məmməd Musayevi elmi dərəcə almaq istəyindən çəkindirməyib.

Aqrar Universitetdə elmi iş müdafiəsi üçün növbə gözləyənləri ən çox narahat edən isə Məmməd Musayevin müdafiəsini dakabrın 12-nə – Ümummilli liderimiz Heydər Əliyevin vəfatı gününə salmasıdır:

“Təsəvvür edin, həmin tarixdə hamı Ümummilli liderimizi anacaq, amma Məmməd Musayev dəbdəbəli müdafiəyə hazırlaşır. Ona gül dəstəsi vərəcək, əl çalıb təbrik edəcəklər. Daha sonra isə müdafiənin şərəfinə ziyafət təşkil olunacaq. Bəli, bunların hamısı 12 dekabr tarixinə planlaşdırılıb. Buna etiraz edənləri isə susdurmağa çalışırlar”.

Məlumatda qeyd edilir ki, dekabrın 12-də Azərbaycan Dövlət Aqrar Universitetinin nəzdində fəaliyyət göstərən Müdafiə Şurasında yazdığı dissertasiyanın müdafiəsinə hazırlıq görən Məmməd Musayev AAK-ın qaydalarını da kobud surətdə pozur:

“Çox dərinliklərə getmirik. Təkcə bir faktı xatırlatmaq və göstərməklə demək istəyirik ki, o, Aqrar Universitetdə fəaliyyət göstərən FD.04.013 Birləşdirilmiş Dissertasiya Şurasına təqdim etdiyi avtoreferantında bu günədək elmi jurnallarda dərc etdirdiyi elmi məqalələrinin toplusu haqqında məlumatda ciddi yanlışlıqlara yol verib. Təkcə buna görə onu müdafiəyə buraxmaq olmazdı. Ancaq hansısa səbəbdən bu və ya digər qanunsuzluqlara göz yumulub. Elmi jurnallarda dissertasiya işinin mövzusuna uyğun olaraq elmi məqalələr yazılmalı olduğu halda, Məmməd Musayev avtoreferantında elmi məqalələr siyahısında müxtəlif jurnallara verdiyi müsahibələri və konfranslarda edilən çıxışlarını göstərib. Məsələn, “Sahibkarlar Konfederasiyasının prezidenti: “25 apreli “Sahibkarlar günü” kimi təklif edirik” (“Biznes həyatı”. N8, 2014-cü il, s.6-8), “Sahibkarlığın inkişafı Prezident İlham Əliyevin iqtisadi siyasətinin əsas istiqamətidir” (“Biznes həyatı”. N9 2015-ci il, səhifə 6-11), “Sahibkarlar səmərəli fəaliyyət ücün bütün imkanları əldə ediblər” (“Maliyyə və uçot” jurnalı. N10, 2015-ci il, s. 25-31), “Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti M.Musayevlə müsahibə” (“Analiz” jurnalı, Azərbaycan iş dünyası dərgisi), “Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti M.Musayevlə müsahibə” (“Bankinq Baku”, N1, 2016-sı il, s.16-18) vəsairlərin adından görünür ki, Məmməd Musayev ayrı-ayrı mətbu orqanlara verdiyi müsahibə və açıqlamalarını elmi iş kimi təqdim edib. Yəni belə anlaşılır ki, Məmməd Musayev həmin müsahibələrini də elmi məqalə sayır. Təkrar edirik, bu, müvafiq qaydalara ziddir”.

Onu da qeyd edək ki, Məmməd Musayevin elmi işinin rəsmi opponentləri AMEA-nın müxbir üzvi, iqtisad elmləri doktoru, professor Əli Xudu oğlu Nuriyev, iqtisad elmlər doktoru, professor Məhiş Alış oğlu Əhmədov, iqtisad elmləri doktoru, dosent Natiq Əli oğlu Cavadovdur.

Xatırladaq ki, M.Musayev 1955-ci ildə Qazax rayonunda anadan olub. O, 1976-1984-cü illərdə Dövlət Bankının Azərbaycan Respublikası Kontorunda müxtəlif məsul vəzifələrdə çalışıb, 1984-cü ildən 1992-ci ilədək Dövlət Bankının Qaradağ şöbəsinin, Aqrar Sənaye Bankının Əməliyyat idarəsinin rəisi, 1992-ci il-dən Respublika Səhmdar Kommersiya Aqrar Sənaye Bankının İdarə Heyətinin sədri, 2001-ci ildən hal-hazıradək “Aqrarkredit” Səhmdar Kredit Təşkilatının İdarə Heyətinin sədri vəzifəsində çalışır.

M.Q.Musayevin rəhbərliyi altında Kredit Təşkilatında “Kənd təsərrüfatı sahələrinin kreditləşdirilməsinin standart şərtləri və qaydaları” hazırlanıb, kənd təsərrüfatında sahibkarlıq subyektlərinin kreditləşdirilməsi həyata keçirilir. Onun təşəbbüsü ilə 1995-ci ildə Türkiyə Respublikasının ən böyük kənd təsərrüfatı bankı olan “Ziraat” Bankı və Aqrar Sənaye Bankının birgə təsisçiliyi ilə “Azər-Türk Bank” Birgə Səhmdar Kommersiya Bankı yaradılıb. Qardaş Türkiyə Respublikasının ən iri sığorta şirkətlərindən biri olan “Başak” Sığorta Şirkəti ilə birgə “Başak-İnam” Sığorta şirkəti də M.Musayevin təklifi ilə yaradılıb. Hazırda onun rəhbərlik etdiyi “Aqrarkredit” Səhmdar Kredit Təşkilatı, “Kənd Təsərrüfatının Kreditləşdirilməsi üzrə Beynəlxalq Konfederasiya” (CİCA), Azərbaycan Sahibkarlar Konfederasiyası, Kənd Təsərrüfatı Kreditləri üzrə Avrasiya Assosiasiyası (EURACA), Sakit Okean Ölkələrinin Kənd Təsərrüfatı Kreditləri üzrə Beynəlxalq Təşkilat (APRAKA), Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Mikro-Maliyyə Assosiasiyası, “Bakı Banklararası Valyuta Birjası”, Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) üzvüdür.

M.Q.Musayev “Azər-Türk Bank” ASC-nin Müşahidə Şurasının sədri, Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin üzvüdür.

M.Q.Musayev 1987-ci ildə “Dövlət Bankı əlaçısı” fəxri adına, 1998-ci ildə isə iqtisadi elmlər namizədi alimlik dərəcəsi adına layiq görülüb.

Maraqlıdır, bu qədər zəngin karyerası olan M.Musayev niyə avtoreferantında belə səhvlər buraxıb?

Məsələ ilə bağlı onunla danışmaq cəhdlərimiz mümkün olmadı. M.Musayevi dinləməyə hazırıq.

Faktinfo.az

 

 

Bakıda Prezidentin iştirakı ilə “Xocalı yürüşü” – Foto

XX əsrdə bəşər tarixinə Xocalı soyqırımı kimi daxil olan qanlı faciənin 25-ci ildönümü ilə əlaqədar fevralın 26-da Bakıda ümumxalq yürüşü keçirilir. Axar.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva yürüşdə iştirak ediblər. Paytaxtın Azadlıq meydanından Xətai rayonunda ucaldılmış abidəyə doğru hərəkətə başlayan və 40 mindən çox insanın iştirak etdiyi ümumxalq yürüşünün məqsədi Xocalı faciəsi qurbanlarının xatirəsini ehtiramla yad etmək, erməni faşistləri tərəfindən insanlığa qarşı törədilmiş bu vəhşi cinayəti yenidən dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır. Ön sırasında Prezident İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın olduqları yürüş iştirakçıları Xocalı soyqırımı qurbanlarının xatirəsinə Bakının Xətai rayonunda ucaldılmış abidəyə doğru hərəkətə başladılar. Ümumxalq yürüşünün iştirakçıları və onların keçdiyi prospekt və küçələr boyu düzülmüş minlərlə gənc əllərində qanlı qırğının günahsız qurbanlarının - xüsusi qəddarlıqla qətlə yetirilmiş uşaqların, qadınların və qocaların portretləri, 25 il bundan əvvəl törədilmiş hadisələrin dəhşətli səhnələrini əks etdirən fotoşəkillər, faciənin təqsirkarlarından cavab tələb etmək, onları cəzalandırmaq, bu soyqırımına beynəlxalq səviyyədə siyasi-hüquqi qiymət vermək barədə çağırışlar və soyqırımı qurbanlarının adları, soyadlarının əks olunduğu Azərbaycan, rus, ingilis, fransız dillərində plakatlar və transparantlar tutmuşdular. Marşrut boyunca yolların kənarlarındakı monitorlarda, binaların fasadlarında və balkonlarında “Dünya Xocalı soyqırımını tanımalıdır!”, “Xocalıya ədalət!”, “Xocalını unutmayın!”, “Rədd olsun erməni faşizmi!”, “Xocalı – XX əsrin soyqırımı”, “Cinayətkarlar cəzasız qalmayacaqlar!”, “Xocalı soyqırımı – 25 il” və s. çağırışlar və şüarlar nümayiş etdirilirdi. Faciənin 25-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2017-ci il yanvarın 24-də “Xocalı soyqırımının iyirmi beşinci ildönümü haqqında” Sərəncam imzalayıb. Azərbaycan Respublikasının Prezidenti Administrasiyası rəhbərinin sərəncamı ilə “Xocalı soyqırımının iyirmi beşinci ildönümünün keçirilməsinə dair tədbirlər planı” təsdiq edilib. Xocalı qırğını haqqında həqiqətlərin dünyaya çatdırılması, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövləti bütün zəruri addımları atır. Bu sahədə məqsədyönlü fəaliyyət ümummilli lider Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə qayıdandan sonra başlanıb. Ulu Öndərin təşəbbüsü ilə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilib, fevralın 26-sı “Xocalı soyqırımı günü” elan edilib. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası bu istiqamətdə təbliğat işini daha da fəallaşdırıb. Faciə ilə əlaqədar dəhşətli faktlar bu kampaniya çərçivəsində aparılan işlər sayəsində geniş beynəlxalq ictimaiyyətə çatdırılıb, planetin bütün guşələrində milyonlarla insan erməni millətçilərinin əsl simasını tanıyıb və bilib ki, ermənilər öz sərsəm ideyalarını həyata keçirmək naminə heç nədən, o cümlədən uşaqları qətlə yetirməkdən çəkinmirlər. İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı ermənilərin Xocalıda törətdiyi mənfur əməlləri “insanlığa qarşı kütləvi cinayət” kimi tanıyıb və üzv dövlətləri bu faciəyə lazımi siyasi-hüquqi qiymət verməyə çağırıb. Dünyanın 10-dan çox ölkəsinin parlamenti, ABŞ-ın 20-dən artıq ştatının qanunverici orqanı Xocalı qırğınını soyqırımı aktı kimi tanıyıb. Xatırladaq ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə silahlı erməni dəstələri keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı motoatıcı alayının ağır texnikası və şəxsi heyətinin köməyi ilə Azərbaycanın qədim Xocalı şəhərinin üzərinə hücum edib və onun dinc əhalisinə amansızcasına divan tutublar. Xocalı soyqırımının qanlı statistikası belədir: Hücum zamanı şəhərdə olan 3 min nəfərdən 613-ü, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürülüb, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər girov götürülüb və insanı alçaldan işgəncələrə məruz qalıb, 197 nəfərin taleyi hələ də məlum deyil. Səkkiz ailə tamamilə məhv edilib. Həmin insanlar yalnız etnik mənsubiyyətlərinə - azərbaycanlı olduqlarına görə amansızcasına öldürülüb, işgəncələrə məruz qalıb və şikəst ediliblər. Ermənilərin bu cəza tədbiri hərtərəfli planlaşdırılıb və yeganə bir məqsədlə törədilib – dinc sakinləri milli mənsubiyyət əlamətinə görə qismən və ya tamamilə məhv etmək. Beynəlxalq hüquqa görə belə hərəkətlər “soyqırımı” anlayışına uyğundur və dünya ictimaiyyəti tərəfindən bu cür tanınmalıdır. Xocalı soyqırımı qurbanlarının abidəsinin ətrafında fəxri qarovul dəstəsi və tər çiçəklər düzülmüşdü. Prezident İlham Əliyev Xocalı soyqırımı abidəsinin önünə əklil qoydu, faciə qurbanlarının xatirəsini ehtiramla yad edib. Birinci vitse-prezident xanım Mehriban Əliyeva, Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Arzu Əliyeva, Heydər Əliyev abidənin önünə tər güllər qoyublar. Dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, nazirlər, komitə və şirkətlərin rəhbərləri, diplomatik korpusun nümayəndələri, dini konfessiyaların başçıları, habelə qırğından xilas ola bilmiş Xocalı sakinləri də abidənin önünə güllər düzüblər.  

26 Fevral 2017 12:39

Əkbər Hacıyevlə Rövnəq Adbullayev vətəndaşların qəsdinəmi durur və ya”QAZ SABOTAJI”NDA MƏQSƏD NƏDİR?

Son vaxtlarda SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin Bakı və Abşeron yarımadasındakı yaşayış məntəqələrində qaz verilişini dayandırması mütəmadi xarakter alıb. O gün yoxdur ki, Bakı və Abşeron yarımadasındakı yaşayış məntəqələrinin hansındasa  qaz verilişinə məhdudiyyətlər qoyulmasın. Və bu qaz verilişi məhdudiyyətləri   6-8 saat, hətta, daha çox çəkir. Havalar soyuq olanda isə bir çox hallarda axşam saatlarında qaz kəsilir və insanları gecələr qazsız qoyurlar. Onsuz da əziyyət içində inləyən vətəndaşlar  soyuqdan donmamaq, həyatda qalmaq uğrunda mübarizə aparır. Məsələ ilə bağlı  “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayevə müraciət edəndə də, o, deyir ki,  xəttlərdə təmir işləri gedir və axşam saatlarında qazın verilişi təmin olunacaq. Bu gün də yenə də Abşeron rayonunun bir sıra yaşayış məntəqlərində qaz verilişi dayandırlıb. Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayevə müraciət etdik. O, bildirib ki, “Qaradağ” xəttində təmir işləri getdiyi üçün qaz verilişi dayandırılıb. Vər hər zaman olduğu kimi, yenə də qazın verilişinin axşam saatlarında bərpa olunacağını deyib. Ancaq “Azəriqaz” İB deyilən zamanda yox,  bir neçə saat sonra qaz verilişini bərpa edir. Və bunu da özlərinə “qənimət” bilirlər.   Burada bir məqamı da ədalət naminə demək lazımdır ki, “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev ictimaiyyət açıq və istənilən məlumatı verən bir məmurdur. Bizlərsə onun işindən deyil, sadəcə, təmsil olunduğu təşkilatın rəhbərliyinin yarıtmaz fəaliyətindən narazıyıq. Axı, “Azəriqaz” İB niyə vaxtında qışa hazırlıq işləri ilə məşğul olmur ki, qışın bu oğlan çağında da  qaz verilişini kəsməklə, xalqı ölkə başçısından narazı salır?! Bax, maraqlı məqam burasındadır. Niyə zamanıda,  isti havalarda qaz kəmərlərindəki nazasılığı aradan qaldırmır?! Gözləməlidir ki, hansısa qaz kəmərində partlayış və digər hansısa qəza baş versin, insanlara, dövlətə ciddi ziyan dəyin, ondan sonra hansısa  təmir-bərpa işləri aprsın?.. Bu işləri də keyfiyyətsiz görərək, yeni problemlərə yol açsın?.. “Azəriqaz” İB bu fəaliyyəti ilə vətəndaşları avam yerinə qoyur, yoxsa,  dövlət başçısının  əhalinin sosial vəziyyətinin yaxşılaşdırılamsı iqtiqamətində həyata keçirdiyi siyasəti sabotaj edir?.. Hələ biz istehlakşıya verilən qazın keyfiyyətindən danışmırıq… “Azəriqaz” İB  xalqın qazını kəsməklə işini bitirmiş hesab etmir.  Belə ki, qaz verilişi bərpa olunduqdan sonra  smart kart aparatlarında da ciddi problem yaranır. Yəni, smart kart aparatları koda düşür və qaz bərpa edildikdən sonra evlərə qaz gəlmir. Bu da bir çox hallarda ciddi  faciələrə  gətirib çıxarır. Misal üçün deyim ki,  fevralın 16-18-da Ceyranbatanda  qaz verilişi dayandırılmışdı.  Qaz verilişi bərpa ediləndə isə qəsəbənin demək olar ki, yarısında smart kart aparatında   belə problemlər yaşandı. Koda düşən  smart kartı bərpa etmək üçünsə gərək vətəndaş yenidən kartına bir manatlıq qaz yükləməlidir. Elə oldu ki, bir çox insanlar  bu halı bir neçə dəfə təkrara etdikdən sonra  koda düşən smart kart aparatının kodunu aça bildi. Bəlkə birinin  maddi imkanı yoxdur?  Bəlkə onun yaşadığı yerdə terminal yoxdur və ya işləmir? Onda nə etməli? Vətəndaş ölməlidirmi? Ancaq “Azəriqaz” İB-də çalışan  və adının çəkilməsini istəməyən əməkdaşlarından verlən  məlumata görə, SOCAR əslində qaza qənaət etmək üçün bu taktikadan istifadə  edir. “Azəriqaz” İB bu fəaliyyəti ilə əslində  istehlakçının hüquqlarını kobud surətdə pozur.Və bu hərəkətinə görə “Azəriqaz” İB məhkəmə qarşısında cavab verməlidir. İqtisadçı ekspert Qadır İbrahimli isə əhalinin  üzləşdiyi qaz probemi ilə bağlı Gununsesi.info-ya açıqlamasında deyib ki, qaz təchizatı ilə bağlı problemlərin yaranması SOCAR-ın yarıtmaz fəaliyyəti ilə bağlıdır: “Əhaliyə satılan təbii qazın qiyməti 33 dəfə bahalaşdığı halda qaz təchizatında heç bir irəliləyiş yoxdur. Bu SOCAR-dakı total korrupsiya mühiti ilə bağlı bir məsələdir – qaz xəttlərinin təmirinə ayrılan pullar korrupsiya yeminə çevrilir, işlər vaxtında görülmür və natcədə qazın verilməsində fasilələr yaranır”. İqtisadçı ekspert  hesab edir ki, SOCAR bu məsələdə məsuliyyət daşıyır.

23 Fevral 2017 16:41

Qarabağda müharibə başlayacaq – Felgenhauer

Qarabağda yeni toqquşmalar başlaya bilər. Bunu Ermənistanın “1in.am” saytına müsahibəsində rusiyalı hərbi ekspert Pavel Felgenhauer söyləyib. “Qarabağda hərbi fəaliyyətlər mütəmadi qaydada olur. Şübhəsiz ki, konfliktin eskalasiyası mümkündür. Yeni müharibə ehtimalı var, amma onun nə vaxt baş verəcəyini deyə bilmərəm. Məncə, konfliktin eskalasiyası qaçılmazdır. Ona görə ki, tərəflər arasında ciddi danışıqlar aparılmır, tərəflərin mövqeyi üst-üstə düşmür. Yekun nəticədə Qarabağ cəbhəsi, hətta Ermənistan-Azərbaycan sərhədində də yeni toqquşmalar ola bilər. Tərəflər hərbi baxımdan buna hazırlaşırlar. Əvvəl-axır toqquşma olacaq. Ona görə ki, siyasi proses yoxdur. Hər iki tərəf yeni silahlar alır. Üstəlik, hər iki tərəf müəyyən mənada Dördgünlük müharibənin nəticəsindən razı deyil. Azərbaycan ictimaiyyətində daha çox mövqeləri ələ keçirmək tələbi var, erməni ictimaiyyəti isə heç olmasa, apreldə itirilmiş mövqeləri geri qaytarmaq istəyir”. O, Rusiyanın Qarabağda yeni konflikt arzulamadığını söyləyib: “Qarabağ konfliktində eskalasiya Moskvaya gərək deyil. Digər tərəfdən isə Kremlin diqqətə alacağı başqa qayğıları var. O, bu məsələyə ciddi toqquşmalar olana qədər diqqət ayırmır. Əgər yenidən toqquşmalar olsa, Moskva tərəflərə apreldəki kimi təzyiqlər edəcək və onları hərbi əməliyyatları dayandırmağa məcbur edəcək. Qarabağ konflikti Rusiya üçün müəyyən təhdid yaradır, amma bu, hələlik əsas təhdid demək deyil. Artıq tam başqa təhdidlər mövcuddur. Bu konflikt İrəvan və Bakı üçün prioritetdir, amma Moskva üçün yox. Rusiyaya hazırda orada müharibə lazım deyil. Prinsipcə, Rusiya həm İrəvan, həm də Bakı ilə yaxın əlaqələrə sahib olmaq, Zaqafqaziyada özünün sovet dövründəki dominantlığını bərpa etmək istəyər. Rusiya hazırda tərəflər arasında balansı saxlamağa çalışır ki, bu da öz növbəsində İrəvanda çoxlarının xoşuna gəlmir. Ona görə ki, Ermənistan Rusiyanın müttəfiqidir. Amma hər iki ölkə Rusiyaya lazımdır”.

22 Fevral 2017 15:53