Azərbaycanda ixrac assosiasiyaları yaradılacaq

bayraq_meydani_120715

25 Dekabr 2016 12:43

Xəbər 12 dəfə oxunub

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”ndə deyilir.

Qeyd olunur ki, kiçik və orta sahibkarlıq (KOS) subyektlərinin xarici bazarlara çıxış üçün maliyyə, texniki və insan resursları, eləcə də bu sahədə bacarıqları iri şirkətlərə nisbətən daha məhdud olur. Bu çatışmazlığın aradan qaldırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilməkdədir. Belə ki, xarici ölkələrə ixrac missiyalarının təşkili, xarici bazarların araşdırılması və marketinq fəaliyyəti, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patent almasının təşviqi ilə əlaqədar mexanizmlər formalaşdırılıb. Hazırda Azərbaycanda istehsal olunan malların vahid məlumat bazasının yaradılması istiqamətində tədbirlər görülməkdədir.Bu istiqamətdə ən effektiv vasitələrdən biri KOS subyektlərinin fəaliyyət göstərdikləri sektorlar üzrə assosiasiyalarda bir araya gələrək səylərinin və imkanlarının artırılması ola bilər. Bu məqsədlə assosiasiyalar KOS subyektləri üçün faydalı və zəruri xidmətlər göstərilməsini təşkil edə, onların bu xidmətlərdən güzəştli və əlverişli şərtlərlə istifadə etməsini təşviq edə bilərlər. KOS subyektlərinin ixrac göstəricilərinin artırılması, eləcə də ixracın şaxələndirilməsi (ixracda daha çox qeyri-neft məhsullarının əhatə olunması) məqsədilə Azərbaycanda bir çox sənaye sahələrində kiçik və orta sahibkarlıq subyektlərinin ixracının təşviqinə ehtiyac olacaq. Bu təşəbbüsün icrası məqsədilə pilot sektorlar əsas götürülməklə, ayrı-ayrı sektorlar üzrə ixrac assosiasiyalarının formalaşdırılması zəruridir.Yol xəritəsində bildirilir ki, 2017-2020-ci illərdə İxrac assosiasiyalarının yaradılması üçün KOS subyektlərinin daha çox təmsil olunduğu sektorlar pilot kimi seçiləcək. Müəyyən edilmiş sektorlarda potensial ixrac bazarları və KOS subyektlərinin həmin bazarlarda rəqabət imkanları təhlil ediləcək, KOS subyektlərinin ixrac potensialı qiymətləndiriləcək.KOS agentliyinin və AZPROMO-nun köməyi ilə Azərbaycanda pilot sektorlar üzrə ixrac assosiasiyaları formalaşdırılacaq və KOS subyektlərinin həmin assosiasiyalarda iştirakı stimullaşdırılacaq. İlkin diqqət daha yüksək ixrac payına malik olan orta sahibkarlıq subyektlərinə yönəldiləcək. İştirakçı KOS subyektləri xarici bazarlarda daha yaxşı rəqabət aparmaq imkanlarından, bazar araşdırmalarından, eləcə də hədəf bazarlarda qanunvericilik məlumatlarından bəhrələnə biləcəklər.Assosiasiyaların əsas fəaliyyəti ayrı-ayrı sektorların ehtiyaclarından asılı olaraq dəyişəcək. Bu fəaliyyətə KOS subyektləri arasında bir sıra ixracyönümlü əməkdaşlıq, o cümlədən seminar, təlim və kursların təşkili yolu ilə biliklərin artırılması, beynəlxalq ticarətin təşviqi, satış və alış missiyaları, ixrac məhsullarının qeydiyyatı, reklam fəaliyyətləri və brendin yaradılması, yerli və beynəlxalq tədbir və sərgilərdə iştirak, marketlər və anbarlar, hədəf bazarlar və bu bazarlarda mövcud qanunvericilik haqqında bazar araşdırmaları, layihə əsasında tədqiqat və inkişaf dəstəyi, mərkəzləşdirilmiş məlumat bazasının idarə olunması və s. daxildir.Davamlı maliyyə vəsaitlərinin ayrılmasını təmin etmək məqsədilə assosiasiyalar vasitəsilə satılan ixrac məhsullarının müəyyən faizinin xidmət haqqı kimi ödənilməsi imkanları nəzərdən keçiriləcək. Ayrı-ayrı təşviq layihələrini ixrac assosiasiyaları bilavasitə idarə edəcəklər. Assosiasiyaların fəaliyyətini, mövcud çətinlikləri və müvafiq təkmilləşdirmə imkanlarını müzakirə etmək üçün ixrac assosiasiyalarının, KOS agentliyinin, AZPROMO-nun və digər müvafiq qurumların nümayəndələrinin iştirakı ilə illik iclaslar təşkil ediləcək.Yol xəritəsinə əsasən, bu prioritetin nəticəsi olaraq, Azərbaycanın real ÜDM-ində 2020-ci ildə 45 milyon manat artım gözlənilir. Məşğulluq göstəricilərində isə hər hansı ciddi artım proqnozlaşdırılmır.Bu prioritetin icrası üçün hər hansı əsaslı investisiya qoyuluşu tələb edilmir.

Ötən il ərzağa 50 faiz ,informasiya texnologiyalarına cəmi 0,8 faiz pul xərclənib

market

2016-cı ildə pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin səviyyəsini müqayisəli qiymətlərlə 1,5% üstələyərək 30,2 mlrd. manata bərabər olub. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, istehlakçılara 15,1 mlrd. manatlıq və ya 2015-ci ilə nisbətən real ifadədə 2,1% çox ərzaq məhsulları, içkilər və tütün məmulatları, 0,8% çox qeyri-ərzaq məhsulları satılıb. Hesabat ilində istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 49,9 faizi ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 17,4 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,3 faizi elektrik malları və mebelin, 5,6 faizi avtomobil yanacağının, 1,4 faizi əczaçılıq və tibbi malların, 0,8 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,6 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub. 2016-cı ildə istehlak məhsullarının 10,9 faizi hüquqi şəxs statuslu müəssisələr, 55,7 faizi fərdi sahibkarlar tərəfindən, 33,4 faizi isə bazar və yarmarkalarda satılıb. Hesabat ilində əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi  261 manat və ya 2015-ci ilin müvafiq göstəricisindən nominal ifadədə 36,1 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 130,3 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 130,7 manatlıq qeyri-ərzaq məhsulları alıb.

16 Yanvar 2017 14:08

“Azəristiliktəchizat”da kütləvi ixtisarlar başlanır – Korrupsiya faktları

1484372426_0001

Bu gün əhalinin ən çox şikayət etdiyi qurumlardan olan “Azəristiliktəchizat” ASC-də struktur islahatları gözlənilir Cəmiyyətin strukturuna mərkəzi idarəetmə aparatı, 11 xidmət təsərrüfatı daxildir. Eləcə də 2 Məhdud Məsuliyyətli Cəmiyyət, Bakı şəhəri üzrə 17 İstilik Sistemləri İstismar Sahəsi, 51 regional istilik təsərrüfatı idarələri, 5 Rayon istilik qazanxanası fəaliyyətdədir. Məlumatda deyilir ki, ASC-nin MMC və xidmət təsərrüfatlarında birləşmə, ixtisar hazırlığı görülür. Əslində “Azəristiliktəchizat” ASC-nin “Azərsu” ASC-yə birləşdirilməsi aktualdır. Əvvəllər də bu plan gündəmdə olsa da, nəticəsiz qalıb. İndi isə islahat paketi masa üzərindədir. Buna qədər isə qurum daxilində struktur islahatları planlaşdırılıb. Azərbaycanda Açıq Səhmdar Cəmiyyətlərinin fəaliyyəti heç də ürəkaçan deyil. Bu qurumları daha çox pulsilən dəzgahlara bənzətmək olar. Onlara rəhbərlik edən şəxslərin əksəriyyəti tenderlərdə pul udur, maxinasiyalara yol verir, büdcə pullarını çırpışdırır. Üstəlik, sözügedən qurum külli miqdarda borcları var. Azəristiliktəchizat” ASC-nin “Azəriqaz” İstehsalat Birliyi (İB) qarşısında əlavə olaraq 8 milyon 416 min manat həcmində debitor borcu yaranıb. “Azəristiliktəchizat” ASC dövlət büdcəsi hesabına həyata keçirilməli olan satınalmaların böyük əksəriyyətini “HTM Holdinq” adlı MMC-yə həvalə edir. Araşdırmalar nəticəsində o da məlum olub ki, Yaşar Həsənovun rəhbərlik etdiyi ASC 2012-ci ildə 19 milyon 137 min 692 manatı 74 tenderdə sərf edib. Bu vəsaitin nə az, nə çox, düz 17 milyon 312 min 700 manatı “yaşayış binaları və sosial obyektlərdə məhəllədaxili istilik xətlərinin əsaslı təmiri, istilik mənbəyinin bərpası və modernləşdirilməsi işlərinin satın alınmasına” xərclənib. Daha ilginci isə odur ki, həmin işlər üzrə bütün vəsait yalnız bir şirkətə - yuxarıda haqqında danışdığımız "HTM Holdinq" MMC-yə yönəldilib. Rəsmi məlumatlara inansaq, adıçəkilən MMC bu işləri 11 tenderin nəticələrinə görə qazanıb, bundan başqa, 361 min 600 manat dəyərində qazanxana, istilik şəbəkəsi, elektrik, nəzarət ölçü cihazları və avtomatika, nəqliyyat təsərrüfatı üzrə zəruri materiallar da adıçəkilən MMC-dən alınıb. Vəsaitin 332 min 211 manatı həmin işlərin layihələndirilməsinə yönəldilib. Bu qədər yeyintiyə yol verən və keyfiyyətsiz iş təqdim edən qurumda struktur islahatları labüddür. Ardınca isə bütövlükdə qurumun ləğvi realdır. Onu da deyək ki, bu islahata səbəb iqtisadi böhranla əlaqədar hökumətin qənaət rejiminə keçməsidir. regionxeber

14 Yanvar 2017 12:27

“Təzə bazar”dan götürülmüş ətlərdə bakterioloji çirklənmə aşkarlandı

9aea82a3c336d1adae8f41b098c96456-300x169

“Təzə bazar” MMC-də əti sümükdən ayıran gizli sexdə aşkar edilmiş qida üçün yararsız ətlərin laboratoriya müayinələri yekunlaşıb. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) mətbuat xidmətindən verilən məlumata görə, Respublika Baytarlıq Laboratoriyasında aparılan bakterioloji müayinə zamanı 19 nümunə ətdə və 5 nümunə daxili orqanda bakterioloji çirklənmə aşkar edib. Bakterioloji müayinə zamanı 7 nümunə ətdə və 5 nümunə daxili orqanda salmonella typhimurium, 12 nümunə ətdə isə BÇQB (bağirsaq çöpü qrupunun bakteriyaları), stafilakokkus aureus aşkar edilib. Biokimyəvi müayinələrin nəticəsinə əsasən götürülən 19 nümunə ətin və 5 nümunə daxili orqanın keyfiyyətsiz olması, 5 nümunə ətin iribuynuzlu heyvanın aqoniya və ya öldükdən sonra kəsilməsi və bütün nümunələrin qida üçün, baytarlıq-sanitariya cəhətdən tamam yararsız olması müəyyən edilib. Bildirək ki, Respublika Baytarlıq Laboratoriyasının müvafiq ekspertizasının nəticələri nəzərə alınaraq Məmmədağa İbrahimova məxsus “Təzə bazar” MMC-də gecələr gizli, qanunsuz fəaliyyət göstərən əti sümükdən ayıran sexdə aşkarlanan 14 ədəd hissələrə bölünmüş 320 kq heyvan əti, 5 ədəd heyvanın daxili orqanları və 5 ədəd ağ polietilen torbalarda olan 64 kq sümükdən ayrılmış heyvan ətləri barəsində qanunvericiliyə uyğun müvafiq qərar qəbul edilərək ciddi inzibati tədbirlər görüləcək.

13 Yanvar 2017 14:25

Soyuq hava kütlələri Azərbaycana gələcək – Temperatur enəcək

qarli0

"Türkiyədə, Rusiyanın Avropa hissəsində, Şərqi-Avropada müşahidə olunan soyuq havanın yaxın 1 həftə ərzində Azərbaycanda gəlmə ehtimalı var".  Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin baş elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov APA-ya bildirib ki, Atlantik okeanından gələn mülayim dəniz və şimaldan gələn mülayim-kontinental hava kütlələrinin qarşılaşması Türkiyədə, Rusiyanın Avropa hissəsində, Şərqi-Avropada güclü qarların yağmasına səbəb olub. Onun sözlərinə görə, bu, mülayim kontinental hava kütlələrinin daha uzun müddətli hakim olmasının nəticəsidir: “Azərbaycanda isə atmosfer təzyiqi 750-755 millimetr civə sütunu civarındadır. Təzyiq get-gedə aşağı düşür və belə olduqda soyuq hava kütlələri Azərbaycana gələcək. Lakin ölkəmizə gələnə qədər onlar təsirini müəyyən qədər itirəcək. Çünki həmin havakütlələri tərkibində olan qar, yağış buludlarının xeyli hissəsini itirərək gələcək. Məsələn, Türkiyədə, Rusiyanın Avropa hissəsindəki qar bizdə olmayacaq. Havanın temperaturu 3-5 dərəcə aşağı düşəcək və iqlim normasına uyğun olacaq”. M.Həsənov vurğulayıb ki, ötən il yağıntının miqdarı bütün ölkə üzrə çoxillik normadan yüksək olub. Onun sözlərinə görə, temperatur həddi isə iqlim normasından 1 dərəcə aşağı müşahidə edilib: "Aylar üzrə götürdükdə isə sentyabr, oktyabr, noyabr aylarında daha çox fərq hiss olunub. Yağıntıların miqdarında yazda bir qədər çoxluq müşahidə edilib. Payız fəslində fərq daha kəskin şəkildə özünü büruzə verib. Son 25 ildə yağıntının belə çox olması qeydə alınmayıb. Yağıntıların çox olması nəticəsində 2016-cı il daha rütubətli il olub”. Faktinfo.az

10 Yanvar 2017 13:38

Qəbr yeri pullu olacaq

siyavus

"Məzarlıqlar haqqında” qanun layihəsi ilə bağlı müvafiq strukturlardan razılıq alınıb və bütün məsələlər demək olar ki, həllini tapıb. Bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib. S.Novruzov bildirib ki, hazırda qanun layihəsi Prezident Administrasiyasına təqdim olunub: "Prezident Administrasiyası təkliflərini verdikdən sonra qanun layihəsi Milli Məclisə təqdim olunacaq. Hesab edirəm ki, 2017-ci ildə qanun layihəsi müzakirəyə çıxarılacaq”. Komitə sədri bildirib ki, yeni qanun layihəsinə əsasən, bütün məzarlar bərabər formada olacaq, heç bir məzar digərlərindən fərqlənməyəcək, bütün məzarlarda baş daşları, qəbirüstü daşlar eyni ölçüdə olacaq: "Yeni məzarlıqlar yaşayış massivlərindən uzaqda yerləşdiriləcək, o cümlədən, su hövzələrindən 300 metr məsafədə olacaq. Çünki elə xəstəliklər var ki, insan vəfat etdikdən sonra da qalır”. Məzarların qiyməti məsələsinə gəlincə isə S.Novruzov bildirib ki, qiymətlər də hamı üçün eyni və ucuz olacaq: "Bir məzarın qiymətinin minimum əmək haqqının 2 misli dəyərində olması nəzərdə tutulur, yəni təxminən 300 manata yaxın. Bu qiymətə həm məzar yerinin ayrılması, məzarın qazılması, qəbrin üstünün götürülməsi daxil olacaq. Görürsən ki, bəziləri yaxınını dəfn etmək üçün kredit götürür. Belə hallar var və bununla bağlı bizə müraciətlər edilir. Çalışırıq ki, vətəndaşlarımız bu cür problemlərlə rastlaşmasınlar”.

10 Yanvar 2017 10:31

Aqrar Universitet quşçuluğun inkişafı ilə bağlı müqavilə imzaladı

estakada

Azərbaycan Dövlət Aqrar Universitetində müştərək elmi tədqiqat İşlərinin aparılmasına dair daha bir lahiyə əsasında yeni müqavilə imzalanıb. Bu cür layihə və müqavilələr təhsil müəssisəsində ilk deyil. ADAU-nun mətbuat xidmətindən bildirilib ki, yeni imzalanan müqavilədə məqsəd Azərbaycanda quşçuluq sahəsində damazlıq işlərini və quşçuluğun inkişafını sürətləndirmək, müştərək elmi tədqiqat işlərininin aparılmasını təşkil etmək, əldə olunan nəticələri Kənd Təsərrüfatı Nazirliyi tabeliyində olan fermer və sahibkarlara tövsiyyə xarakterli təlimatlarla çatdırmaqdır. Müsüslü Damazlıq Quşçuluq təsərrüfatının rəhbəi Qiyas Hacıyevlə müqavilə bağlanmazdan əvvəl ADAU-nun rektoru, professor, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov təhsil müəssisəsi barədə ətraflı məlumat verib və deyib ki, bu müqavilədə əsas hədəfimiz quşçuluqda elmi baza yaratmaq, tələbələrin istehsalat təcrübəsini təmin etmək və bazar rəqbətli kadrlar hazırlamaqdır.  Yaxın vaxtlarda daha bir neçə müqavilə isə universitetin müvafiq fakültələri ilə şoran torpaqların təmizlənməsi və əkinə tam yararlı hala gətirilməsi ilə əlaqədar olacaq. Aparılacaq elmi tədqiqat işinin şərtlərinə uyğun müəssisə tərəfindən ADAU-nun quşçuluq tədris mərkəzinə pulsuz olaraq 2.000 cücə, dərman və peyvənd vasitələri, həmçinin 8 ton quş yemi veriləcək. Aqrar universitet isə saxlanılan cücələrin və istifadə edilən yemlərin bütün texniki parametrlərini elmi əsaslarla işləyib müvafiq tövsiyyə xarakterli təlimatların yayılmasını, həmçinin bu sınağın elmi jurnallarda, konfranslarda və kütləvi informasiya vasitələrində işıqlandırılmasını təmin edəcəkdir.

28 Dekabr 2016 17:03