Tikinti materialları bahalaşdı

1481628685_af1df11984ac1484043255

10 Yanvar 2017 15:18

Xəbər 195 dəfə oxunub

Dolların bahalaşması digər sahələr kimi tikinti materialları bazarına da təsir edib. Burada söhbət təkcə xaricdən idxal olunan tikinti materiallarından getmir. Yerli istehsal olan tikinti materiallarının da qiyməti qalxıb. Ekspertlər deyirlər ki, qiymətlərin aşağı düşməsi və yaxud daha da bahalaşması dolların vəziyyəti ilə bağlı olan məsələdir. Və yaxın zamanlar üçün tikinti materiallarının qiymətinin aşağı düşməsi barədə heç bir proqnoz verilmir.

 

Məsələ ilə bağlı daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlı açıqlama verib.

 

Ekspert ayrı-ayrı istehlak bazarlarındakı qiymət artımının indiki şəraitdə başa düşülən olduğunu bildirib.

“Bunun müəyyən iqtisadi əsaslandırması da var. Çünki ümumi bazarda olan tikinti materiallarının 40 faizi idxal olunan tikinti materiallarının payına düşür. Azərbaycanda dolların kursunun günü-gündən yuxarıya doğru dəyişməsi qeyri-təbii də olsa Azərbaycan bazarında infilyasiya norması yaradır. Qiymətlərdə artım müşahidə olunur. Bu tikinti materialları bazarında da öz təsirini göstərir. Əsasən də xaricdən idxal olunan məhsullarda. Konkret desək, taxta və taxta məmulatlarına aid olan məhsullar dik, dvp, dəmir və dəmir məmulatları, dam örtükləri, armatur kimi tikinti materiallarının qiymətində 5 faizlik artım var. Bu artımlar da alıcıların diqqətini cəlb edir”.

 

Ramil Osmanlı hesab etmir ki, indiki şəraitdə süni qiymət artımları və cəhdləri var.

“ Sadəcə olaraq, bu sahə ilə məşğul olan sahibkarlar dollarda itirdiklərini məhsulların üzərinə gəlməklə itkilərini kompensasiya etməyə çalışırlar.  Əgər Mərkəzi Bank manatın kursunu sabiq mərhələyə gətirib çıxararsa, mən hesab edirəm ki, istehlak bazarlarındakı qeyri-müəyyənlik aradan qalxar. Bu da ticarət dövriyyəsinin artmasına gətirib çıxara bilər. Müaliyyə Nazirliyi və Mərkəzi Bankın rəhbərliyi tez-tez manatın ədalətli kursundan danışırlar. Mən hesab edirəm ki, o ədalətli kursun tapılması üçün əslində şərait yaratmaq lazımdır. Buna əngəl yaratmaq lazım deyil”.

 

Ekspert bildirib ki, tikinti materiallarının qiymətinin qalxması ilə əlaqədar ev tikmək istəyən şəxslərin sayında  kəskin azalma var.

“Azərbaycanda bu gün bütün istehlak bazarı üzrə sahələrdə mənfiyə doğru azalmalar var. Bu eyni zamanda fərdi yaşayış evlərinin tikintisinə də təsir göstərir. Hazırda tikinti tempinin kəskin şəkildə azalması müşahidə olunur. Biz bunu hətta çoxmənzilli binaların tikintisində də müşahidə edirik”.

Elxan Həsənov: İstiqraz sahibləri ilk gəlirlərini əldə edəcəklər – MÜSAHİBƏ + VİDEO

elxan

Faktinfo.az xəbər verir ki, SOCAR istiqrazları üzrə ilk faiz ödənişi haqqında sualları “SOCAR Capital” şirkətinin İnvestisiya və əməliyyatlar departamentinin direktoru Elxan Həsənov cavablandırıb. - Elxan müəllim, yanvarın 17-də SOCAR istiqrazları üzrə ilk faiz ödənişi olacaq. Ümumilikdə, hansı məbləğdə faiz ödəniləcək və ödəniş necə həyata keçiriləcək?  - Bildiyiniz kimi, SOCAR istiqrazları illik 5% gəlirlə buraxılmışdır və ilk kupon ödənişi yanvar ayının 17-də həyata keçiriləcək. Bu da 1,25% həcmində gəlir deməkdir. Ümumi məbləğdə 1 milyon 250 min dollarlıq kupon faizi istiqraz sahiblərinin hesablarına köçürüləcək və 17 yanvar etibarı ilə istiqraz sahibləri öz kupon faizlərini əldə edərək banklardan çəkə biləcəklər. - Faiz ödənişləri dollarla həyata keçiriləcək. Ödənilən faizlərin banklardan çıxarılması ilə bağlı hər hansı problem yaranmayacaq ki?  - Bununla əlaqədar olaraq biz kommersiya bankları ilə görüşlər keçirmişik. İstiqraz sahibləri ilk kupon ödənişlərində və bundan sonrakı ödənişlərdə banklardan çəkiləcək pullarla bağlı heç bir çətinliklə üzləşməyəcək və istədikləri vaxt gələn pulu nağda çevirə biləcəklər. - Faiz ödənişinin bank hesabından nağd şəkildə çıxarılmasına görə hər hansı vergi tutula bilərmi? - Yeni qanunvericiliyə əsasən, fiziki şəxslər gələn pulları, yəni gələn kupon faizlərini nağdlaşdırmaq üçün hər hansı bir vergi ödəməyəcəklər. - SOCAR İstiqrazları ilə bağlı təkrar bazarda aktivlik necədir? İnvestorlar istiqrazlara nə qədər maraq göstərirlər? - İstiqrazların təkrar bazarının başlanmasından keçən 3 ay ərzində birjada SOCAR İstiqrazlarının çox intensiv şəkildə alqı-satqısı baş verib və deyə bilərəm ki, bu aktivlik birjada mövcud olan digər istiqrazlarla müqayisədə 10-15 dəfə daha çox olub. Son 3 ayda istiqrazlara, xüsusən, fiziki şəxslərin marağı olduqca artıb. SOCAR İstiqrazları ilə çox sayda xarici investorlar da maraqlanır və bəzi xarici investorlar bu istiqrazları alıblar. İstiqrazları almaq niyyətində olan digər xarici investorlar da yaxın zamanda SOCAR İstiqrazları üçün müraciət edəcəklər. - SOCAR İstiqrazlarının sahiblərinə bu il ərzində neçə dəfə faiz ödənişi ediləcək və faiz ödənişləri nə vaxt baş tutacaq? - SOCAR İstiqrazlarının sahiblərinə bu il ərzində 4 dəfə faiz gəliri ödəniləcək. İlk ödəniş 17 yanvar tarixindədir. İkinci kupon ödənişi 17 aprel, 3-cü kupon ödənişi 17 iyul və bu ilin axırıncı kupon ödənişi isə 17 oktyabrda baş tutacaq.  

13 Yanvar 2017 10:31