Azərbaycanın “qara siyahı”sına 180 xarici jurnalistin adı daxil edilib

11 Yanvar 2017 18:10

Xəbər 32 dəfə oxunub

Azərbaycanın işğal altında olan ərazilərinə qanunsuz səfər edən xarici vətəndaşların siyahısına 180 jurnalisitin adı daxil edilib. 

Faktinfo.az İnterfaksa istinadən xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

“İşğal edilmiş ərazilərə qanunsuz səfər etdikləri üçün 180 xarici jurnalistin adı Azərbaycanda arzuolunmaz şəxslərin daxil edildiyi “qara siyahı”dadır. Onların əksəriyyəti Rusiya və Ukraynanın jurnalistləridir”, – nazirlikdən bildiriblər.

XİN qeyd edib ki, ümumilikdə “qara siyahıya” 623 nəfər daxildir.

“2016-cı ildə 20-yə yaxın adam rəsmi şəkildə üzr istəyib, bununla əlaqədar onların adları siyahıdan çıxarılıb. Onların arasında Litva, Yaponiya və Avstriyadan olan jurnalistlər var. Azərbaycanın işğal edilmiş ərazilərinə ən çox Rusiya, Almaniya, Fransa, İtaliya və ABŞ nümayəndələri səfər edib”, – nazirliyin nümayəndəsi bildirib.

Azərbaycan XİN-in mətbuat katibi Hikmət Hacıyev agetliyə bildirib ki, nazirlik İndoneziyanın “Tempo” jurnalının nümayəndəsi Fameqo Putrinin Dağlıq Qarabağa “qanunsuz səfəri” ilə əlaqədar informasiyanı araşdırır.

“Azərbaycanın İndoneziyadakı səfirliyinə İndoneziyanın “Tempo” jurnalının nümayəndəsi Fameqo Putrinin Dağlıq Qarabağa “qanunsuz səfəri” ilə əlaqədar informasiyanın araşdırılması tapşırılıb”, – o deyib.

Putri 2016-cı ilin oktyabrında işğal edilmiş Qarabağda olub və səfərin yekunlarına görə “Tempo” jurnalında dərc edilən məqaləni hazırlayıb.

Siyavuş Novruzov nazirləri və nazirlikləri “yıxıb-sürüdü”

Millət vəkili Siyavuş Novruzov parlamentin plenar iclasında hökumətin hesabatının müzakirəsi zamanı bir sıra təkliflərlə çıxış edib.  S. Novruzov çıxışında xüsusilə bank  faizlərinin həddindən artıq yüksək olmasına  etiraz edib: “Yerli kommersiya bankları  istehlak kreditləri müıyyənləşdirib. Banklar vətəndaşa 29 faizlə kredit təklif edir. Hansı ki Mərkəzi Bank onlara 10 faizlə kredit verir. Yaxud, dollarla depoziti isə  3 faizlə götürər, amma krediti ən azı 24 faizlə  təklif edir. Mərkəzi Bank bu rəqəmləri ciddi araşdırılmalıdır ki, hansı haqla bank  24 faizlə kredit verir. Burada hansı qazanclar var. Bütün bunlar ölçülüb-biçilməlidir”. Bundan əlavə, çıxışında struktur islahatları məsələsinə də toxunan millət vəkili qeyd edib ki,  Azərbaycanda bu gün  19- 18 nazirlik var: “Ancaq bəzi nazirliklərin regional idarələri mövcuddur. Ölkənin nazirliyi hökumətin strukturudur. Əgər  lazımdırsa, nazirliklərin hamısı  regional olmaldıır. Kimsə axşam yatıb səhər durub deyir ki, mən öz struktrumu regional etdim. Bəzi hallalda görürsən ki, həmin strukturlar ləğv olunur, əvvəlki sistemə qayıdır. Və yaxud,  kim hansı rayonu istəyirsə, özünə regional mərkəz seçir. Bu, nəyə əsasən seçilir? İnsanlar başa düşməlidir ki, bu, nə üçün həyata keçirilir. Vətəndaş hər hansı problemi olanda yerli icra hakimiyyətlərinə müraciət edir. Hökumətin yerdəki səlahiyyətli nümayəndələri onlardır.  Belə olan halda isə, icra  hakimiyyətləri küçə süpürməklə məşğul olur”. Sonda o  qeyd edib ki, axır  vaxtlar özəl sektorda insanlar yerli-yersiz ixtisara salınır: “İdarə rəhbəri öz cibinə toxunmur, amma işçinin maaşından çıxır. Əvvəl 500 verirdisə, indi 200 manat maaş verir. Bu özbaşınalıqlar aradan qaldırılmalıdır”. Faktinfo.az

17 Mart 2017 15:07

Baş nazir parlamentdə Cahangir Hacıyevdən danışdı:- CİNAYƏTKAR FƏALİYYƏTİ BANK SEKTORUNA ZİYAN VURUB”

“Məqsədyönlü siyasət nəticəsində iqtisadiyyatda əldə edilən inkişaf nəticəsində əmək haqqılar və pensiylar 10% faiz artırılıb”. Bunu baş nazir Artur Rasi-zadə bu gün Milli Məclisdə hesabatı zamanı deyib. Onun sözlərinə görə, bu artımlar ümüumilikdə 3,6 milyon insanı əhatə edib. O əlavə edib ki, hesabat ilində ölkənin qazlaşdırılması 90 faizə çatıb: “ÜDM 3 dəfə artıb. Qeyri-neft ixracı 3, 3 dəfə, orta aylıq əməkhaqqı 6,5 dəfə, qeyri-neft sektorunda istehsal 5,6 dəfə artıb”.         Baş nazir deyib ki, maliyyə-bank sektorundan baş verən proseslər tədiyyə balansında böyük kəsr yaradıb: “ Bir sıra bankların yaxşı işləməməsi, Beynəlxalq Bankın başçısının cinayətkar fəaliyyəti bank sektoruna ziyan vurub. Bunu nəzərə alan ölkə başçısı bank sektorundakı vəziyyəti araşdırmaq üçün yeni bir qurumun , Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılmasına qərar verib və bank sektorundakı vəziyyət araşdırılıb. Nəticədə bu ölkənin iqtisadi durumunun sabitləşməsinə gətirib çıxarıb. Bundan əlavə, qeyri-neft sənayesində istehsal 5 faiz artıb. 400-dən artıq sənaye müəssisəsi açılıb. Kənd təsərrüfatında mövcud istehsal 2,6 dəfə artıb”. Baş nazir onu da deyib ki, ötən hesabat dövründə ölkədə 400 sənaye məüssisəsi istifadəyə verilib.

17 Mart 2017 15:05

“Azərbaycanda dolların 25 % bahalaşacağı deyilir ” – Deputat

"Elə dövlət yoxdur ki, uçot dərəcəsinin artırılması milli valyutasına təsir etməsin”. Bunu Sherg.az-a ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) uçot dərəcəsini artırmasının təsirlərindən danışarkən iqtisadçı-deputat Vahid Əhmədov deyib. O diqqətə çatdırıb ki, FED-in uçot dərəcəsini artırması bütün dünya valyutalarına öz təsirini göstərir: "Amerika dolları bütün dünyada dövriyyədədir. Buna görə, Azərbaycan da daxil olmaqla bütün maliyyə bazarlarına ciddi təsir göstərir. Xüsusən, son vaxtlar manatın məzənnəsi müəyyən qədər möhkəmlənib. Bu da, Mərkəzi Bankın atdığı siyasətin nəticəsidir. Çünki real sektor ciddi inkişaf etmir. Bunun inkişafı üçün müəyyən qədər vəsait ayrılıb. Hazırda pul kütləsinin qıtlığını yaratmaqla manatın möhkəmlənməsinə nail olurlar. Hesab edirəm ki, FED-in uçot dərəcəsini artırması Azərbaycan milli valyutasına da təsir edəcək. Hələlik Azərbaycanda dolların 25 faiz  bahalaşacağı deyilir. Amma gələcəkdə daha çox olması nəzərdə tutulur”. Manatın nə qədər ucuzlaşacağını dəqiq deməyin mümkün olmadığını söyləyən V. Əhmədovun sözlərinə görə manat hələlik bazarda öz dəyərini almayıb: "Bazarda manatın dəyərini almasına qədər dəqiq artmanı və ya azalmanı demək çətindir. Bu idxal-ixrac əməliyyatlarının strukturundan, idxalın, ixracın sayqosundan, Azərbaycanda qeyri-neft sahəsinin inkişafından, neftin qiymətindən asılıdır. Bu proses həqiqətən tam üzən məzənnə içərisində keçsəydi manatın nə qədər azalmasını demək mümkün olar. Lakin görünür, hazırda aparılan siyasət fərqlidir. Müəyyən qədər bazarda pul qıtlığı yaradılıb. Həm inflyasiyanın bir qədər qarşısını almaq istəyirlər, həm də bazara buraxmırlar ki, manatı qoruyub saxlasınlar. Buna görə də manat hansı səviyyəyə qədər gəlib dayanacaq onu demək mümkün deyil”. Qeyd edək ki, Açıq Bazar Əməliyyatları üzrə Komitə üzvlərinin proqnozlarına görə ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FED) bu il ərzində uçot dərəcəsini daha iki dəfə, təxminən 1,375%-dək artıracaq. Xatırladaq ki, ötən gün FED uçot dərəcəsini illik 0,5-0,75% səviyyəsindən 0,75-1% faizə qədər artırıb.Faktinfo.az

16 Mart 2017 17:27

Ondan narazılıq var – ŞİKAYƏT

Gəncə - Respublikanın ikinci böyük şəhəridir. İllər öncə bu şəhərə Elmar Vəliyev icra hakimiyyəti başçısı təyin olundu. Gəncədə bu təyinatdan sonra ədalət dəfn olundu və haqsızlığa meydan verildi. Təsadüfi deyil ki, Gəncənin bütün dövlət orqanları icra başçısının quluna çevrildi. Və hətta müstəqil adı daşıyan məhkəmələrimiz Elmar Vəliyevin sifarişlərini icra etməyə "borclu olduqlarını” düşünməyə başladılar. Məhkəmələrdə hakimlik edənlər icra başçısının tapşırıqlarını icra etmək üçün ən ucuz yollardan yararlanmağa cəhd etməklə özlərini ona yaxın etməyə varlıqları ilə mübarizə apardılar. Sadə vətəndaşlar, sahibkarlar ədalətsizliyin hökmran olduğu şəhərdə icra başçısının qəddar cəzalarının qurbanına çevrilməkdədirlər. Elmar Vəliyev Gəncəni "Cəhənnəm qapısına” çevirməklə istəklərinin nədən ibarət olduğunu ortaya qoymuş oldu. Insanları əzmək, onların hüquqlarını pozmaq, qanunsuz yolla mülklərinə sahib çıxmaq və şikayət üçün ünvan olan məhkəmələri alətinə çevirmək icra başçısının əsas məqsədidir. O, bu yolla Gəncədə bir çox insanın haqlarını əlindən almaqla öz ideya və istəklərini həyata keçirməkdə israrlıdır. Necə ki, Pərvanə Cəfər qızı İsgəndərovaya qarşı edilən haqsızlıq kimi... Pərvanə İsgəndərova ölkə başçısına müraciət edərək Elmar Vəliyev tərəfindən rast gəldiyi haqsızlıqdan bəhs edir və Prezidentdən kömək istəyir. İcra başçısı haqqında olunan şıkayətlər ünvanına çatmadığından Pərvanə xanım mediaya üz tutur və poçtun gizlətdiyi müraciətləri ictimailəşdirməyə üstünlük verir. Axı icra başçısının tapşırığı ilə Gəncədən heç bir şikayət yuxarı instansiyalara çatmır və yoxa çıxır. Qeyd edək ki, Pərvanə xanım yüngül sənaye və qida sahəsində çalışan sahibkar xanımdır. Xüsusi mülkiyyətində olan Gəncə şəhəri, Cavadxan küçəsi, 34 ünvandakı 70 kv. metr sahəsi olan qeyri-yaşayış sahəsi, 04 noyabr 2011-ci ildə Gəncə şəhər icra başçısı Elmar Vəliyevin tapşırığı ilə tamamilə dağıdılıb. Bu özbaşınalığa 5 ildir ki, məhkəmələrdə qiymət verilmir və araşdırılaraq güya baxılır. Lakin, Elmar Vəliyevin "qoçu”luq etdiyi Gəncədə yerləşən İnzibati İqtisad məhkəməsi və Gəncə Apelyasiya məhkəməsi Pərvanə xanımın haqlı iddisını təmin etməmiş və hətta hakim Zərbəli Zərbəliyev icra başçısına xoş gəlsin deyə qarşı tərəfi dinləmədən qərar qəbul etmişdir. Bu qanunsuz qərar Elmar Vəliyevin istəklərini özündə əks etdirməklə haqlı tərəfin hüquqlarını kobud şəkildə pozmuşdur. Lakin, Ali məhkəmə Gəncədə yerləşmədiyi üçün Elmar Vəliyevin və hakim Zərbəli Zərbəliyevin özbaşınalığına biganə qalmamış və Gəncə Apelyasiya məhkəməsinin qərarını ləğv etmişdir. Ali Məhkəmənin qərarı ilə iş yenidən baxılması üçün Gəncə Apelyasiya məhkəməsinə göndərilmişdir. İş hazırda Gəncə Apelyasiya məhkəməsinin hakimi Şamil Rzaquliyevin icraatındadır və bu gün məhkəmənin ilk iclası olacaq. Haqlı tərəf Pərvanə İsgəndərovanın istəyi – dəymiş ziyanın ödənilməsi və Cavadxan 34 ünvanında uçurulmuş mülkünün əvəzinə tikilən binada eyni öçüdə sahənin qaytarılmasıdır. Lakin, Pərvanə xanım Gəncədə Elmar Vəliyevin məhkəmə hakimlərinə təzyiqlər etdiyini qeyd edərək ədalətin bərqərar olacağına inanmır. O, redaksiyamız vasitəsilə ölkə başçısına müraciət edərək Gəncədə üzləşdiyi haqsızlığa son qoyulmasını istəyir. Qeyd edim ki, Elmar Vəliyev Gəncədə məhkəmə hakimlərini təhqir etməklə və hədələməklə istəklərini zor gücü ilə həyata keçirməkdədir. Bu şəxs icra başçısı kimi vəzifə səlahiyyətlərini aşaraq qanunları ayaq altına alır və özünü Gəncənin "qoçu”su adlandırır. Insanların qanunu mülkünü əlindən alan icra başçısı bununla kifayətlənməyərək ölkənin hüquq-mühafizə orqanlarına və məhkəmələrə təzyiqlərini davam etdirir. Ölkə başçısının, "Məmurlar, icra başçıları qudurub. Unudurlar ki, onları mən təyin etmişəm və mən də işdən qovacağam. Ona görə xalqı incitməsinlər, vətəndaşların qayğısına qalsınlar” - kimi tapşırıq və tövsiyyələrinə məhəl qoymayan Elmar Vəliyev Respublikanın ikinci böyük şəhərində "at oynadır”. Biz ümid edirik ki, Ali məhkəmənin ədalətsiz sayıb geri göndərdiyi qərarı Gəncə Apelyasiya məhkəməsinin hakimi Şamil müəllim ədalətli qərarı ilə təsdiqləyəcək. Zərbəli kimi "qulbeçələrin” Elmar Vəliyevə xoş gəlsin deyə qəbul etdiyi qərarlar bir daha təsdiqini tapmayacaq. Haqlı tərəf Pərvanə İsgəndərovanın istəyi – dəymiş ziyanın ödənilməsi və Cavadxan 34 ünvanında uçurulmuş mülkünün YERINDƏ tikilən binada eyni öçüdə sahənin qaytarılmasıdır. Qeyd etmək yerinə düşər ki, artıq Gəncədə bu kimi qanunsuzluqlara son qoyulmasının zamanı yetişib. Respublikanın ikinci böyük şəhərində etirazlara qanunsuz əməlləri ilə şərait yaradan Elmar Vəliyevə "dur” deməyin vaxtıdır. Əgər bu baş verməsə, Gəncədə Elmar Vəliyevin növbəti özbaşınalıqlarını gözləməyə uzun zaman gərək olmayacaq.

16 Mart 2017 12:34

Taleh Qaraşov torpaq alverində… – İTTİHAM OLUNUR

Azərbaycanın “cənub incisi” sayılan Lənkəranda məmur özbaşnalıqları ucbatından acınacaqlı durum yaranıb. Rayon bir qrupun əlində girova çevrilib. İcra başçısı Taleh Qaraşov Lənkəranı özəl şirkəti kimi idarə edir-satır, uçurdur, tikir... Rubrika.az saytına verilən məlumata görə bu gün Lənkəran nəhəng torpaq satış mərkəzinə çevrilib. Rayonda satılması mümkün olan, hətta mümkün olmayan bütün ərazilər qarış-qarış satılıb. Bildirilir ki, Mərkəzi Qala küçəsində yol üstü, Nizami kinoteatrının yeri, uşaq xəstəxanasının binası, gimnaziyanın həyəti, Şilavar torpaqları satılıb. Ötən illər ərzində Lənkəranda barmağını qatlayıb bir yer göstərmək olmaz ki, orada abadlıq işi görülüb yaxud yol çəkilib, sosial problem həll olunub. Lakin istənilən qədər satılan əraziləri qarış-qarış göstərmək olar. Elə axırıncı dəfə Lənkəran rayon Mərkəzi Xəstəxanasının qabağı satılıb. Verilən məlumatda deyilir ki, icra başçısının sərəncamı ilə satılan yerdə aptek, dükan və s. iaşə obyektləri tikilir. Ərazinin neçəyə satıldığı bilinməsə də, ortda böyük bir məbləğ olduğu məlumdur. Xəstəxana şəhərin mərkəzi küçələrindən birində yerləşir. Bu yol iki istiqamətdə həm Şəhidlər Xiyabanına, həm də Lənkəran RİH-nin qarşısına qədər aparır. Lənkəran Rayon Mərkəzi Xəstəxanasının (RMX) qarşısı satılandan sonra ərazidə nəqliyyatın hərəkəti iflic olub Sakinlərin verdiyi məlumata görə, tikinti meydançasına çevrilmiş tibb ocağının qabağında hərəkət etmək mümkün deyil. Hazırda xəstəxananın önündə şıdırğı tikinti işləri getdiyi bildirilir. T.Qaraşov Qala deyilən mərkəzi küçədə yol üstünü satıb və iki mərtəbəli bir bina tikilib. Bundan başqa, Nizami kinoteatrının binası da sökülüb və yerində tikinti aparılıb. Eyni zamanda Lənkəran uşaq xəstəxanasının binası satılıb və yerində hotel-restoran tikilib. Habelə, Digəh, Şilavar kəndlərinin yol üstündə torpaqlar peşkəş olunub, bələdiyyənin iştirakı ilə ayrı-ayrı adamlara satılır. İcra başçısı Lənkərana böyük bir bazar kimi baxır və gözqamaşdıran yerləri satışa çıxarır. Taleh Qaraşov rayondakı bütün əraziləri peşkəş etdikdən sonra Xarici Dillər Təmayüllü Gimnaziyanın ərazisinə göz dikib. Məktəb rəhbərliyinə isə meydançadan istifadə etmək qadağan edilib. Lənkəranda bütün gəlirli sahələr icra başçısının, övladlarının və yaxınlarının nəzarətindədir. Bütün rayonun iqtisadiyyatı T. Qaraşovun maraqlarına tabe edilib. Rubrika.az-a daxil olan məlumata görə Lənkəranda icra başçısının bir sıra pul gətirən obyektləri var. Onların sırasında zavoddan tutmuş, mağazaya qədər hər şey sıralanıb. Bununla yanaşı Taleh Qaraşov Azərbaycanın digər rayonlarında da müxtəlif obyektlərə sahibdir. Taleh Qaraşovun obyektlərindən biri “Göl” adlanan restoranıdır. Taleh Qaraşovun digər bir biznes sahəsi Kürdəmirdə 1000 hektara yaxın sahəsidir ki, orda 10 mindən çox iri buynuzlu heyvandarlıq təsərrüfatı var. Onun Lənkəranda ələ keçirdiyi ikinci ən böyük obyekt isə “Xan bulaq” deyilən ərazidə restoranlar şəbəkəsidir. Göründüyü kimi Lənkəran sosial-iqtisadi problemlər girdabında boğulsa da icra başçısının biznes imperiyası hər gün daha da çiçəklənir. Ancaq rayonda artan narazılıqlar, çoxalan şikayətlər tezliklə qəti tədbirlər görülməsini zəruri edir.

14 Mart 2017 17:04

Deputat pensiya yaşının artırılmasına qarşı çıxdı –”Bu qanun konflikti dərinləşdirə bilər”

Parlamentdə “Əmək pensiyaları haqqında” Qanuna dəyişikliyin müzakirəsi zamanı çıxış edən deputat Zahid Oruc bir sıra prinsipial məqamlara toxunub. Deputat, işsizlik faizinin yüksək olduğu şəraitdə yalnız sığorta sisteminə əsaslanan modelə keçilməsinin ciddi problemlər yaradacağını deyib: “Faktiki olaraq Fondun büdcəsinə daxil olmalar əsasən dövlət hesabınadır. Gəlirlər azaldıqca valyuta ehtiyalarının xərclənməsi müəyyən islahatları tələb edir. Lakin özəl sektorda əmək qabiliyyətli insanların 80 faizinin çalışmasına baxmayaraq, onların ödəmələri ümumi məbləğin 25 faizini keçmir. Deməli, pensiya yaşının qaldırılması üçün irəliyə sürülən arqumentlərdən biri-büdcə gəlirləri, gizli əmək haqlarının leqallaşdırlmasından keçməlidir. O halda, əhalinin cəmi 6 faizini təşkil edən pensiyaçılar üçün qənaət rejimi, yaxud imtiyazlı təbəqə ilə aralarındakı sosial ödəmələrdəki fərqi aradan qaldırmağın tamam ayrı yollarını tapmaq mümkün olar”. Deputat, dövlət qulluqçuları, yaxud prokurorluq orqanlarına yeni qanunun tətbiqinin yaradacağı fəsadlardan danışıb: “Tutaq ki, indi qüvvədə olan qanunla mən 14 illik qulluq stajına malikəm. Hazırda qüvvədə olan qanunvericilikdən çıxış edib həyatımı qurmuşam. İndi yeni normaların bizə tətbiqi hüququn baş prinsipinə-vətəndaşların ziyanına geriyə qüvvəsinin olmaması” müddəasına zidd olacaq. Lakin bu hələ hamısı deyil. Üstəlik, gənclərin dövlət orqanlarında, yaxud digər hakimiyyət qollarında təmsilçiliyi daha da çətinləşəcək. 25 və ya 35 il işləmək məcburiyyəti kadrların əvəzlənməsini çətinləşdirəcək. Kreslosunu itirmək istəməmək məcburiyyətə çevriləcək. Yeni qanun nəsillərarası konflikti dərinləşdirə bilər. Özü də günah bu halda böyüklərdə olmayacaq. Çünki onlar gələcək uzunmüddətli qulluq stajını yığmaq üçün məcburən vəzifələrini itirmək istəməyəcəklər”. Zahid Orucun fikrincə, problemin həlli üçün birdən-birə artıma deyil, 6 ay prinsipi ilə vətəndaşlara yanaşılmalıdır ki, dövlət qulluğunda çalışma prestijli olaraq qalsın. Deputat eyni zamanda,hərbi qulluqçulara və polis orqanlarına yeni dəyişikliklərin şamil olunmamasını təqdir edib. ”Çünki xarici və daxili təhlükəsizlik sahəsində çalışanların əmək fəaliyyəti digər kateqoriya insanlardan köklü şəkildə fərqlənir”. Qeyd edək ki, “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik Milli Məclisdə səsə qoyularaq qəbul edilib. Bununla da pensiya yaşı qadınlar və kişilər üçün 65 yaş müəyyən olunub.

10 Mart 2017 19:47

Daha bir orta məktəbdə seks -Qalmaqalı

Faktinfo.az  xəbər verir ki,təhsil sistemində özbaşnalıq,rüşvət,yerlibazlıq,dostbazlıq artıq   o həddə çatıb ki,orta məktəblərdə tədris və tərbiyyə işi nazirlik rəsmlərinin,təhsil şöbə müdirlərinin yadından çıxıb.Təhsil Nazirliyi  orta məktəblərdə baş verənləri ancaq hadisə baş verəndən sonra bilir.Sonda da araşdırılacaq,hadisəyə qiymət verilməsi üçün tədbir görüləcək kimi ifadələr işlətməklə vəzifələrini bitmiş hesab edir. Təhsil ekspertləri də baş verənləri nədənsə müşahidə etməklə kifayətlənirlər. Beyləqanda orta məktəb şagirdi 17 yaşlı A.Z.-nın oğlan dostu Məlik Hüseynov (ad şərtidir) tərəfindən təcavüzə uğradığı deyilir. M.Hüseynov onu bir müddət öncə çəkdirdikləri səmimi fotolarla hədələyib. A.Z.-nı əvvəlcə özü, sonra da istəmədiyi digər insanlarla münasibətə girməyə məcbur etdiyi bildirilir. Bu haqda məlumatı Meydan TV yayıb. Xəbərdə bildirilir ki, yayılan videogörüntüdə qız istəmədiyi cinsi münasibətə məcbur edilir. Görüntünün sinif otağında çəkildiyi aşkardır. Otaqda partalar, divarda lövhələr var. Hətta bəzi adlar da səslənir. Qız “xahiş edirəm silin, nə olar, silin”, – deyə yalvarır: “Başınıza dönüm, silin, etməyin”, - deyir. Beyləqan rayon təhsil şöbəsinin müdiri Xuraman Rüstəmova uzun müddətdir həmin məktəbin direktorunun olmadığını deyib. Onun sözlərinə görə, direktor təqaüd yaşına çatdığı üçün işdən çıxıb. Məktəbi dərs hissə müdiri idarə edir: “Bu olaydan sonra o da işdən çıxarıldı. Şagirdlərin hər ikisi (qız və oğlan) məktəbdən qovulub. Sinif rəhbəri vəzifəsindən kənarlaşdırılıb, töhmət alıb. Qız 11-ci sinif şagirdi olub. Heç bir zorlama hadisəsindən söz gedə bilməz. Bir oğlanla, bir qız sinifdə mehriban şəkildə qucaqlaşıb oturublar. Burada artıq-əskik nəsə yoxdur”. Təhsil şöbəsinin müdiri deyir ki, videonu görməyib, sadəcə bu barədə məlumat alıb. Verilən məlumatda isə artıq-əskik heç nə olmayıb: “Araşdırma apardıq. İşdən azad olunanlardan savayı, uşaq birliyinə, psixoloqa şiddətli töhmət vermişik. Biz orada 3 gün olduq. Nə lazımdır etmişik. Video necə yayılıb bilmirəm, biz görməmişik. Təkcə onu bilirəm ki, orada bir qız və bir oğlandan başqa kimsə olmayıb. Videonu görmüsünüzsə, siz məndən yaxşı bilirsiniz. Bizə üstüörtülü çatdırılıb. Bu hadisəni pisləyirik və nə lazımdır cəza tədbiri görmüşük”. Təhsil Nazirliyindən isə məsələyə münasibət öyrənmək mümkün olmayıb.

10 Mart 2017 11:45

SOCAR neft və qaz hasilatında planı yerinə yetirə bilməyib

2016-cı ildə Azərbaycanda 41 milyon ton neft çıxarılıb. Bundan 33,5 milyon ton beynəlxalq konsorsiumlar tərəfindən, 7,5 milyon ton isə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən hasil edilib. Modern.az saytının məlumatına görə, bu barədə Nazirlər Kabinetinin Milli Məclisə təqdim etdiyi illik hesabatda bildirilib. Neft hasilatı üzrə nəzərdə tutulmuş ümumi proqnozun 103 faiz yerinə yetirilməsinə baxmayaraq, Dövlət Neft Şirkəti proqnoza nisbətən 178 min ton, əvvəlki illə müqayisədə isə 685,5 min ton az neft hasil edilib. Hasil edilən neftin 35 milyon tonu dünya bazarlarına ixrac olunub. Hesabat ilində ölkə üzrə 29,3 milyard kubmetr, o cümlədən beynəlxalq konsorsiumlar tərəfindən 23,1 milyard kubmetr, Dövlət Neft Şirkəti tərəfindən isə 6,2 milyard kubmetr qaz hasil edilib. Ümumi qaz hasilatı  proqnoza nisbətən 2,1 faiz, əvvəlki illə müqayisədə isə 0,3 faiz çox olmasına baxamayaraq, Dövlət Neft Şirkəti tərəfindən qaz hasilatı proqnozu 2,5 faiz kəsrilə yerinə yetirilib, 2015-ci illə müqayisədə isə 12,7 faiz azalmaya yol verilib. Hökumətin hesabatına görə, Dövlət Neft Şirkəti üzrə neft-qaz hasilatının azalmasına səbəb olan amillər, o cümlədən baş vermiş texnogen hadisələr hərtərəfli araşdırılaraq, stabil və təhlükəsiz istehsal fəaliyyətinin təminatı üçün əlavə təşkilati-texniki tədbirlər həyata keçirilib. Yataqların işlənmə layihələrinin optimallaşdırılması və qalıq neft-qaz ehtiyatları baxımından perspektivli sahələrin intensiv işlənməyə cəlb edilməsi məqsədi ilə əlavə tədqiqatlar aparılıb, yəni texnoloji qurğuların layihələndirilməsi və tikintisi hesabına infrastruktur genişləndirilib. Bu istiqamətdə işlərin növbəti illərdə də davam etdirilməsi nəzərdə tutulur. Ötən il hasil olunan neftin 35 milyon tonu, təbii qazın isə 8 milyard kubmetri ixrac olunub. Faktinfo.az

9 Mart 2017 12:05

Məktəblərdə 8 Mart “yığım”ı başladı

Əksər  ailə başçılarının makaron, qənd,çay v.s  gündəlik tələbat mallarına pul çatdira bilmədiyi bir vaxtda 8 Mart Beynəlxalq Qadınlar günü ilə bağlı Bakı şəhərinin orta   məktəblərində azı  20-30 manatdan müəllimələr üçün pul yığılması söz-söhbətə səbəb olur.Məktəb Valideyn Komitələrinin pul yığması valdeynləri artıq zara gətirib. Fond ,süpürgə pulu daha nələr-nələr uydurub valideyinlərdən vəsait  yığmaları " Məktəb Valideyn Komitələri"nin  nə üçün  yaradılmalarına aydınlıq gətirir. 8 Mart, Novruz bayramı, müəllimlərin ad günü, müəllimlərin dünyasını dəyişən yaxınları üçün yas pulu və digər adlar altında   şagirdlərin valideynlərindən pul toplamaları artıq  bu "qurum"un vəzifə borcuna çevrilib. Həmişə olduğu kimi, bu il də məktəblərdə yığılan pullara görə təbii ki, vaideynlər əziyyət çəkəcək. Bakıdakı məktəblərin birində   övladı təhsil alan valideynin bildirdiyinə görə, ərzaq mallarında olduğu kimi, bu il 8 Martla bağlı  yığılan pullarda da artım müşahidə olunur: “keçən il bir uşağa görə sinif rəhbərinə 25 manat verirdiksə, bu il həmin rəqəm 40 manat olub”. O da həqiqətdir ki, müxtəlif adlar altında il boyu məktəblərdə pul yığılır. Nəzərə alanda ki, hər ayda bir neçə  bayram var,məktəbdə  2-3 uşağı oxuyan  valideynin vəziyyətini təsəvvür etmək o qədər də çətin deyil. Faktinfo.az

6 Mart 2017 17:13

Nizaməddin Şəmsizadə Şah İsmayıl haqda qalmaqallı fikrindən geri çəkilmədi: “Haqlıyam!”

“Nə kompyuterim var, nə də internetim. Saytlara da baxmıram. Görünür, dediklərimi diqqətlə oxumayıblar. Diqqətlə oxusaydılar, mövqeyimin aydın olduğunu görərdilər. Sadəcə, məsələnin bir hissəsindən yapışıblar. Ona görə də dediklərimi konteksdən çıxarıb qalmaqala çevriliblər”. Bunu Modern.az saytına açıqlamasında filologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin professoru Nizaməddin Şəmsizadə “Şah İsmayılın damarında xristian qanı axırdı” fikirlərinə aydınlıq gətirərkən deyib. O, bildirib ki, dediyi fikirlərə görə indi də peşman deyil və bu ətrafda açılan müzakiərlərdən, qalmaqaldan narahat deyil. “Müsahibədə Azərbaycanı aşağılamamışam. Məni yanlış anlayıblar. Haqqımda yazılanlara görə narahat da deyiləm. Halbuki, dediklərim tarixi faktdır. Şah İsmayılın damarında xristian qanının axması barədə dediyim fikrimdə də qalıram. Haqqımda nə deyirlər desinlər. Hamısına hörmətlə yanaşıram”. Xatırladaq ki, filologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin professoru Nizaməddin Şəmsizadə Publika.az-a müsahibəsində bunları deyib: “Doğrudur, Şah İsmayıl Xətainin Azərbaycan üçün xidmətləri danılmazdır. O, Azərbaycanın üçüncü böyük imperiyasını yaradıb, ana dilimizi dövlət dili edib. Amma eyni zamanda şiəliyi təbliğ edib, dövlət səviyyəsinə qaldırıb. Bunun da səbəbləri var idi. O, xristian dövlətlərin təsiri altında bunu edirdi. Çünki Şah İsmayıl Xətainin damarlarından xristian qanı axırdı”. Nizaməddin Şəmsizadənin fikirləri sosial şəbəkələrdə etirazlara səbəb olub.

6 Mart 2017 13:04

Eldar Mahmudova biət etmiş məmurlar – siyahıda kimlər var?

MTN çetesinin iş adamlarına divan tutmasının yeni detalları “Yeni Müsavat”da… Eldar Mahmudovun çetesi ifşa ediləndən sonra bir çox iş adamlarının adları ittiham aktlarına zərərçəkən qismində yazıldı. Bu şəxslərin əksəriyyəti vaxtilə ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin yarıqaranlıq dəhlizlərindən keçmiş, var-yoxları əllərindən alınmışdı, özlərinin adı ən müxtəlif qondarma işlərə təqsirləndirilən şəxs kimi yazılmışdı. Eldar Mahmudovun özü və ətrafı varlandıqca, iş adamları sıradan çıxır, ölkədə biznes mühiti də xoş olmayan məcraya yönəlmişdi. Böyük xərcə salınan iş adamları ən müxtəlif yollara əl atmaqla vəziyyətdən çıxmağa çalışıblar. Belə şəxslərdən biri də “Qozbel İman” ləqəbli İman Quliyev olub. Onun barəsində əvvəllər yazmışdıq. “Xalqlar Dostluğu” ticarət mərkəzinin sahibi, tikinti maqnatı İman Quliyev vaxtilə “MTN çetesi”nin qarmağına düşüb. Onu MTN-ə aparıb qorxudub, şantaj edib pulunu alıblar, özünü isə sərbəst buraxıblar. Bu hal bir neçə dəfə təkrarlansa da, onun adı “MTN işi” üzrə aparılan araşdırmalar çərçivəsində zərərçəkən kimi keçmir. İman Quliyev Redaksiyamıza daxil olan məlumata görə, İ.Quliyev “MTN çetesi”nin həbs edilməyən, sərbəst hərəkət imkanları olan üzvlərinin ona qarşı qanunsuz addımlar atmasından çəkinir. Gələn məlumatlara görə, İman Quliyev rəsmən müflisləşib. İş adamı obyektlərini satışa çıxarıb. Söhbət Yasamal rayonunda yerləşən “Filiz” şadlıq sarayı və 8-ci kilometrdəki “Şərq Saray”dan gedir. Məlumata əsasən, ümumi sahəsi 18 sot olan “Filiz” şadlıq sarayı “Quzu” restoranı ilə birlikdə satılır. Şadlıq evinin qiyməti 4 milyon 800 min manatdır. İndi icarədə olan “Filiz” sahibinə ayda 25 min manat gəlir gətirir. “Şərq Saray”ı da hazırda fəaliyyət göstərir. Ümumi sahəsi 65 sot olan şadlıq evinin qiyməti öncəki şadlıq sarayından 3 dəfə bahadır - 12 milyon manat. İ.Quliyev çoxsaylı obyektlərin - “Romans” şadlıq evi, “Şərq Saray” şadlıq evi, “Xalqlar Dostluğu” ticarət mərkəzinin, “Qreen Haus” istirahət mərkəzləri şəbəkəsinin sahibidir. Eyni zamanda tikinti sektorunda da ciddi payı olub. Hakimiyyətdəki iki nüfuzlu generalla qohumluq əlaqələri olan İ.Quliyevin son vaxtlar öz biznesini xaricə köçürdüyü haqda məlumatlar var. Ölkədə Mahmudov çetesinin quldurluğu ilə üzləşən bir çox sahibkarlar bizneslərini daha təhlükəsiz dövlətlərə ərazi köçürüblər. Bundan ziyan çəkən Azərbaycan dövlətnin büdcəsi, iş yerlərini itirən sadə vətəndaşlar olub. Varlanan, harınlaşanlar isə Eldar Mahmudov və ətrafında qərarlaşıblar. Maraqlıdır ki, MTN generallarına çəpik çalan, onların qanunsuz əməllərini mədh edən, can-başla yerinə yetirən vəzifə sahibləri də çox olub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ənvər Seyidovun Eldar Mahmudova mədhnamə yazması, onun qanunsuz əməllərini təqdirəlayiq hərəkətlər kimi təqdim etməsi yaddaşlardan silinməyib. Ə.Seyidovun məktubu üzə çıxmasaydı, bu gün onun MTN çetesi ilə əlaqələri bilinməyəcəkdi. Onun özü də kölgədə qalacaqdı. Bu gün “mahmudovçu”larla əlaqələri bilinən vəzifə sahiblərindəndir. Amma bilinməyənləri də az deyil. Uzun illər boyunca qarşılıqlı mənfəətə əsaslanan münasibətlər sistemi də formalaşıb. İcra hakimiyyəti başçılarının bəziləri də “mahmudovçu”ların maraqlarını təmin edənlər sırasında olub. Xəzər rayon icra hakimiyyətinin başçısı Gülağa İslamovun adı da bu sırada ilk yerlərdən birində gəlir. Bu haqda bir müddət əvvəl vəkil Ramiz Zeynalov yazmışdı. Bildirmişdi ki, 2010-cu ildə Türkan qəsəbəsində 8 hektar torpaq sahəsini Xəzər RİH Türkan qəsəbəsi üzrə nümayəndəsi Rahib Babayev və İlham İslamov tərəfindən hasara alınıb. Sonradan isə həmin torpaq sahəsi Gülağa İslamov tərəfindən Eldar Mahmudova hədiyyə edilib. 2013-cü ildə də sabiq nazirə belə bir hədiyyə verilib. Bu dəfə aeroport şossesində yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsinin arxasındakı 10 hektar torpaq sahəsi G.İslamovun qanunsuz sərəncamı ilə E.Mahmudovun əmisi oğlu Yaşar Mahmudova peşkəş edilib. Ərazi hasarlanıb və restoran kompleksi inşa olunub. Vəkil yazıb ki, Gülağa İslamov rayonun Mərdəkan qəsəbəsində yerləşən unikal Dendrari parkının və ona bitişik Kurortlar Şurasının balansında olan 5 hektar sahəni qanunazidd olaraq 2008-ci il tarixli sərəncamı ilə sabiq nazir Eldar Mahmudova fərdi yaşayış evi inşa etmək üçün ayırıb. 2014-cü ilin yanvar ayında isə G.İslamov Eldar Mahmudovun ən yaxın adamı Lalə Əhmədovanı özünə müavin təyin edib. Lalə Əhmədova 2015-ci il parlament seçkilərində 17 saylı Yasamal seçki dairəsindən hakim Yeni Azərbaycan Partiyasının namizədi kimi seçkilərə qatılıb. Lakin Eldar Mahmudov 17 oktyabrda prezident İlham Əliyev tərəfindən vəzifəsindən çıxarıldıqdan 10 gün sonra Lalə Əhmədova könüllü olaraq namizədliyini geri götürdü. Həmin vaxt icra başçısının xanım müavinin seçkilərdə namizədliyinin məhz MTN rəhbərliyi tərəfindən irəli sürülməsi ilə bağlı mətbuatda xəbərlər vardı. Xəzər rayon İcra Hakimiyyəti başçısının müavini Vaqif Həsənovun MTN-in Antiterror Mərkəzinin müavini olmuş, həbsdə müəmmalı şəkildə dünyasını dəyişmiş İlqar Əliyevə 2 mərtəbəli mağaza bağışlaması haqda məlumat da var. Həmin mağaza Mərdəkan qəsəbəsinin girəcəyinin solunda, hazırda “Embawood” şirkətinin icarəsində olan 2 mərtəbəli binadır. Bina Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov vasitəsilə rəsmiləşdirilərək bağışlanıb. Beləliklə, iki müavin birləşib MTN-çi İ.Əliyevə bina bağışlayıb. Redaksiyamıza daxil olan məlumata görə, hazırda Mahmudovun çetesinə tabe olmuş və icra hakimiyyəti strukturlarında post tutan məmurlarla bağlı müvafiq araşdırmalar aparılır. Bu strukturlar arasında Eldar Mahmudova boyun əymiş, onunla əməkdaşlıq etmiş, tapşırıqlarını icra etmiş və MTN xətti ilə icra başçısı vəzifəsinə təyin olunmuş məmurlar təftiş edilir. Onların siyahısı hazırlanır və Prezident Administrasiyasına təqdim olunacaq. Paralel olaraq hazırda vəzifədə olmayan, keçmiş icra başçıları ilə bağlı araşdırmalar aparılır. Onlar barəsində mətbuatda kifayət qədər yazılıb. Adı MTN işində keçmiş icra başçıları ilə bağlı hansı qərar veriləcəyi bilinmir. Faktinfo.az

6 Mart 2017 11:54

Bu gün Rəsulzadənin anım günüdür

Bu gün Azərbaycanın dövlət və ictimai xadimi, siyasətçi və publisist, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən və siyasi mühacirətinin liderlərindən olmuş Məhəmməd Əmin Rəsulzadənin 62-ci ildönümüdür. Faktinfo.az xəbər verir ki, Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. M.Ə.Rəsulzadə məşhur pedaqoq Sultan Məcid Qənizadənin müdir olduğu ikinci "Rus-müsəlman" məktəbində təhsil alıb. O, buranı bitirdikdən sonra təhsilini Bakı texniki məktəbində, rus dilində davam etdirib. Azərbaycan milli istiqlal hərəkatının və təkcə türk ellərində deyil, bütün Şərq, İslam aləmində ilk respublika üsul-idarəsi olan Azərbaycan Demokratik Respublikasının təməl daşını qoyan Məhəmməd Əmin Rəsulzadənin inqilabi fəaliyyətinin ilk illəri də məhz bu dövrə təsadüf edir. O, hələ 17 yaşında ikən - 1902-ci ildə "Müsəlman gənclik təşkilatı"nı yaradıb. Bu, XX əsrdə Azərbaycanda rus müstəmləkə üsul-idarəsinə qarşı gizli mübarizə aparan ilk siyasi qurum idi. 1917-ci ilin payızında M.Ə.Rəsulzadə Rusiya parlamentinə Azərbaycan və Türküstandan millət vəkili seçilib. 1918-ci il mayın 26-da Zaqafqaziya seymi daxili fraksiyaların çəkişmələri nəticəsində ləğv olunub. Həmin ayın 27-də seymin müsəlman fraksiyasına daxil olan müxtəlif partiyaların üzvlərindən ibarət olan Azərbaycan Milli Şürası yaranıb. Səs çoxluğu ilə M.Ə.Rəsulzadə Milli Şüranın sədri seçilib. 1918-ci il mayın 28-də bütün ölkələrin radio stansiyaları və qəzetləri Azərbaycan istiqlaliyyətinin elan olunmasını dünyaya yaydılar. Bu o demək idi ki, Azərbaycan xalqı öz varlığını, bir xalq kimi mövcudluğunu bütün bəşəriyyətə çatdırır və milli dövlətinin qurduğunu tam şəkildə bəyan edirdi. Fətəli Xan Xoyskinin başçılığı ilə Azərbaycan Demokratik Respublikası hökuməti təşkil olunub. Beləliklə, Azərbaycan xalqı nəinki türk xalqları arasında, həmçinin bütün Şərqdə ilk dəfə olaraq respublika qurub. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin ömrü cəmi 23 ay çəkib. 1920-ci ilin 28 aprelində, Azərbaycanın sovet Rusiyası tərəfindən işğalından sonra M.Ə.Rəsulzadə vətəni tərk etmək məcburiyyəti ilə üzləşib. Uzun illər xaricdə Azərbaycanın azadlığı uğrunda mübarizə aparmış M.Ə.Rəsulzadə 1955-ci il martın 6-da Ankarada şəkər xəstəliyindən vəfat edib. 1992-ci ilin 24 dekabrında Azərbaycan Prezidenti Əbülfəz Elçibəy Məhəmməd Əmin Rəsulzadənin anadan olması münasibətilə "Görkəmli ictimai-siyasi xadim M.Ə.Rəsulzadənin totalitar sovet rejimi dövründə repressiyaya məruz qalmış ailə üzvlərinin Azərbaycana qaytarılması və onların sosial-məişət məsələlərinin həlli haqqında" sərəncamı imzalayıb. 1993-cü ilin 29 dekabrında Azərbaycan Prezidenti Heydər Əliyev "Azərbaycanın görkəmli ictimai-siyasi xadimi M.Ə.Rəsulzadənin anadan olmasının 110 illik yubileyinin keçirilməsi haqqında" fərman imzalayıb. Həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2013-cü ilin 22 noyabrında "Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında" sərəncam imzalayıb.

6 Mart 2017 01:09

Görkəmli şair Mikayıl Müşfiq “mərdimazar” oldu…

Bir neçə gün əvvəl görkəmli şair Mikayıl Müşfiqin heykəlinin heç bir açıqlama verilmədən götürülməsi və ərazidə söküntü işlərinin aparılması ölkədə şok effekti yaratdı.  Hətta ölkə rəhbərliyindən tutmuş, ən sıravi vətəndaşlara  qədər hər kəs bu məsələdən hiddətləndiklərini və günahkarların cəzalandırılmalı olduqlarını bildirdilər. Doğrudan da, az sonra 3 nəfər cəzalandırıldı. Onlar da kim olsa, yaxşıdır: bir iş icraçısı və iki fəhlə. Vallah, adam deməyə söz tapmır. Yəqin ki, Mikayıl Müşfiqin özü sağ olsaydı, o da razı olmazdı ki, ona görə gündəlik çörək puluna işləyən hansısa binəvalar cəzalandırılsın. Maraqlıdır ki, söküntü-tikinti işləri aparan “Azəravtoyol” ASC-nin  rəhbərliyi, ərazinin yerləşdiyi Yasamal rayon İcra Hakimiyyətinin rəsmiləri kənarda qaldı. Halbuki ilk günlər “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov və Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyevin adı əsas günahkarlar kimi KİV-də daha çox tənqid olunurdu. Əsində nə baş verib və nə etmək lazım idi? Hər şeydən əvvəl “Azəravtoyol”un rəhbərliyi bilməli idi ki, görkəmli ədibin heykəlinin götürülməsi əksər  vətəndaşların, o cümlədən ,jurnalistlərin,bloqqerlərin,şairsevərlərin diqqətini çəkər,bir sözlə ictimailəşə bilər.Bu səbəbdən də ilk növbədə ərazidə iş aparan “Azəravtoyol”un rəhbərliyi rəsmi şəkildə aidiyyatı qurumları və aparıcı KİV-lər vasitəsilə geniş ictimaiyyəti görüləcək işlər barədə ətraflı məlumatlandırmalı idi. Necə ki,paytaxtın hansısa küçəsində yolun təmiri ilə bağlı əvvəlcədən əhali xəbərdar edilir.Bu olmadı, “Azəravtoyol”un rəhbərliyi susmağa üstünlük verdi ki, bəlkə məsələnin üstündən keçilə. Amma,mətbuat durmadan yaranmış vəziyyəti tənqid etdi,ölkə ictimaiyyətini məlumatlandırdı.Bu zaman  isə bildirilməliydi ki, ərazidə yol genişləndiriləcək, abadlıq işləri aparılacaq və gözəl bir park salınacaq. Həmin  işlər görülərkən orada işləyən texnika Müşfiqin büstünə istəmədən zədə yetirə bilər.Bu məsələ nəzərə alınaraq görkəmli şairin büstü müvəqqəti oradan götürülüb və işlər başa çatdıqdan sonra əvvəlkindən də  gözəl bir şəkildə   yerinə qoyulacaq. Fikrimizcə, belə bir açıqlama olsaydı, heç bu qədər ajioataj da əmələ gəlməzdi. Butun bunlar ölçülü şəkildə, mühəndisi nöqteyi nəzərdən “Azəravtoyol”un rəhbərliyi tərəfindən hadisənin ilk günündən əsaslandırılmalı idi ki, bu da olmadı.Belə olan təqdirdə “Azəravtoyol” rəsmilərinin KİV-i məsələni şişirtməkdə günahlandırmaları nə dərəcədə ədalətlidir?! Faktinfo.az-a daxil olan məlumata görə, məsələdən Mədəniyyət və Turizm Nazirliyinin əvvəlcədən xəbəri olub, ancaq səhlənkarlıq göstərilərək hökumətə və ictimaiyyətə məlumat verilməyib. Dövlət başçısınn bu məsələ ilə bağlı sərt təpkisindən sonra isə Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev hərəkətə keçdi, əl-ayağa düşərək büstün götürülməsindən xəbərsiz olduqlarını və günahkarların cəzalandırılmasına çalışacaqlarını bildirdi. Yeri gəlmişkən, cənab nazirə demək istərdik ki, əgər M.Müşfiqə hörmət və ehtiramları varsa, zəhmət çəkib şairin Qaradağ rayonu, Müşfiqabad qəsəbəsindəki heykəli ilə də maraqlansınlar. Çünki, həmin heykəl hazırda çirkab içərisindədir və çox utancverici bir vəziyyətə düşüb. Sonda bir daha təkrar olaraq qeyd etmək istərdik ki, Yasamalda Müşfiqin büstünün götürülməsinə görə 3 sıravi şəxsin cəzalandırılması heç ölməz şairin ruhuna da rahatlıq gətirmir və ölkə ictimaiyyəti tərəfindən də normal qarşılanmır.Çünki,ölməz şairin özü də  heç vaxt məqsədəuyğun bilməzdi ki,kimlərsə yol və park salınmasından milyonlar qazansın,bir-iki yetim-yesir də bu işin güdazına getsin.Qısası Mikayıl Müşfiq razı olmazdı ki, kimlərinsə məsuliyyətsizliyinə görə  cəzalandırılan binəvaların gözündə "mərdimazar"olsun. Rizvan Əhmədli   Faktinfo.az

3 Mart 2017 17:48

“Dedi, Abutalıbovla razılaşdırmışam, sərəncamı var…” – Heykəllə bağlı yeni açıqlama

Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov şair Mikayıl Müşfiqin Bakının İnşaatçılar prospektində, “Statistika dairəsi” adlanan ərazidə yerləşən heykəlinin “Azəravtoyol” ASC tərəfindən necə söküldüyünü danışıb. Zakir Sultanov APA-ya müsahibəsində deyib ki, Müşfiqin heykəlinin sökülməsindən bir həftə əvvəl “Azəravtoyol” Səhmdar Cəmiyyətindən ona zəng vurublar. Bildiriblər ki, Müşfiqin heykəlini sökmək istəyirlər, nazirlik bu barədə nə fikirləşir. Sitat: “Dedilər, bir çox dövlət orqanları ilə razılaşdırmışıq, sizinlə də razılaşdırmalıyıq. Mən dedim, əvvəla, siz birinci bizimlə razılaşdırandan sonra başqa dövlət orqanları ilə danışa bilərdiniz. Dedim, nə mənim rəhbərim cənab Əbülfəs Qarayev, nə də mən buna razı ola bilmərik. Yəni qəti etiraz edirik, heykələ toxunmayın. Əgər çox vacibdirsə, layihəni göndərin, baxaq, ölkə rəhbərliyinə göstərək, memarlarla müzakirələr aparaq, sonra çözüm yolu tapaq. Dedilər, yaxşı. Söhbət bitdi. Fevralın 27-də səhər bizim müfəttişliyin rəisi Etibar Axundov zəng vurdu ki, Müşfiqin abidəsini dağıdıblar”. Zakir Sultanov bildirib ki, nazirliyin müfəttişləri dərhal heykəlin sökülməsini yerində aktlaşdırıb, şəkillərini ona göndəriblər. “ “Əvvəlcə nazir Əbülfəs Qarayevə məlumat verdim. Daha sonra “Azəravtoyol”un rəhbəri ilə danışdım. Mənə dedi Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovla məsələni razılaşdırıb, sərəncamı var. Mən Yasamal rayon icra hakimiyyətinin başçısı İbrahim Mehdiyevlə danışmışdım, gördüm, məsələdən xəbəri yoxdur. Hacıbala müəllimlə telefonla danışdım, məlum oldu, heykəlin götürülməsindən onun da xəbəri yoxdur. Hacıbala müəllimə müraciət olunub, amma o razılıq verməyib”-Zakir Nuriyev deyib. Dövlət Xidmətinin rəisi bildirib ki, həmin vaxt artıq məsələ mətbuata çıxmışdı və müzakirələr aparılırdı. Onun sözlərinə görə, məsələyə ən doğru qiyməti cənab prezidentimiz verdi. “Xalqımız gördü ki, ölkə başçısı düzgünlüyün, ədalətin yanındadır. Müşfiqin heykəli bir ay müddətində bərpa olunacaq”-Zakir Nuriyev bildirib. Xatırladaq ki, Müşfiqin heykəlinin sökülməsini ilk dəfə virtualaz.org və haqqin.az saytları ictimailəşdirib, habelə nüfuzlu ictimai xadimlər, mədəniyyət xadimləri saytlara açıqlamalar verərək bu hadisəni kəskin pisləyiblər.

3 Mart 2017 16:21