Azərbaycanla bağlı dediklərini təkzib edən erməninin SƏS YAZISI

10 Yanvar 2017 15:27

Xəbər 75 dəfə oxunub

Ukrayna Erməniləri Milli Konqresinin sədri Aşot Avanesyanın təkzib etdiyi “Azərbaycanın işğal altında olan rayonları geri qaytarılmalıdır” məzmunlu açıqlamasının səs yazısı yayılıb.

Səs yazısında A. Avanesyan APA-nın əməkdaşının “Münasibətlərin düzəlməsi üçün Azərbaycanın işğal olunmuş rayonları geri qaytarılmalıdır. Bununla bağlı mövqeyiniz necədir” sualına “Əlbəttə. Düşünürəm ki, bu gün işğal olunmuş o rayonları, işğal olunmuş Azərbaycan ərazilərini qaytarmalıdırlar, elə də olacaq” cavabını verib.

Avanesyanın səs yazısında Azərbaycan dilində danışdığı da diqqətdən yayınmayıb.

Həmin səs yazısını təqdim edirik:

Qeyd edək ki, APA saytında yayılan sözügedən açıqlamadan dərhal sonra Aşot Avanesyan öz facebook hesabında təkzib statusu ilə çıxış etmişdi. O, belə bir açıqlama vermədiyini iddia etmiş və bunun təxribat olduğunu bildirmişdi.

“Rusiyada hansısa ağıllı düşünürsə ki, bizi həmişə əyə bilər, bu, olmayacaq”- Lukaşenko

“Rusiya-Belarus münasibətlərinin əsasında mühasibat durmamalıdır”. Faktinfo.az APA-ya  istinadən verdiyi məlumata görə, bu sözləri Belarus prezidenti Aleksandr Lukaşenko deyib. A. Lukaşenko Rusiyanın baş naziri Dmitri Medvedevin bir neçə gün əvvəl Bişkekdə Avrasiya İqtisadi Birliyinin hökumətlərarası komissiyasının iclası zamanı Belarusa təbii qazın Avropa qiymətlərinə satıla biləcəyi ilə bağlı bəyanatına cavab verib. “Məni ən çox köhnə dostum Dmitri Medvedevin sözləri təəccübləndirdi. Bizi qorxutmağa başlayıblar ki, təbii qazı Avropa qiymətləri ilə əldə edə bilərik. Yəni 150 dollar əvəzinə, 200 dollara… Bu, sanki bizim Rusiyanın çörəyini havayı yeyən olmağımıza bir işarədir. Sanki onlar bizə hədiyyə edir. Mən detallara varmayacağam, amma Medvedev anlamalıdır ki, əgər biz Avropa qiymətləri ilə ödəyəcəyiksə, o zaman onun özü də bəzi şeylərə görə ödəmə etməli olacaq. Və bu qiymət təbii qazın qiymətindən qat-qat çox olacaq. Mən düşünürəm, əksər ruslar və rusiyalılar da bu fikirdədir ki, Rusiya ilə bizim münasibətimiz mühasibat deyil. Mühasibat və Medvedeva məxsus olmayan təbii qaz bizim münasibətlərimizin əsasında durmamalıdır“. A. Lukaşenko qeyd edib ki, Belarusa ucuz təbii qaz lazım deyil: “Bizə lazımdır ki, qardaş Rusiya üzərinə götürdüyü öhdəlikləri hərtərəfli yerinə yetirsin. Əgər biz ittifaq, vahid dövlət qururuqsa, bizim insanlarımız və müəssisələrimizin bazarda bərabər hüquqları olmalıdır. Biz bundan artıq heç nə istəmirik. Əgər orada hansısa ağıllı düşünürsə ki, bizi həmişə əyə, diz çökdürə bilər, bilsin ki, bu, olmayacaq”.

9 Mart 2017 17:24