“Azəriqaz”ın qərarı etiraz doğurdu

10 Yanvar 2017 14:00

Xəbər 44 dəfə oxunub

Yanvarın 1-dən etibarən istifadə etdikləri qaza görə borcunu ödəmək istəyən, köhnə sayğaclarını yeni smart tipli sayğaclarla əvəz etmək istəyən sakinlər “sürprizlə” qarşılaşıblar.

Belə ki, borclarını ödəmək üçün “Azəriqaz” İstehsalat Birliyinin Babək prospektində yerləşən «Azqazservis»-ə yollanan sakinlərdən bir neçə ay və ya il bundan əvvəl istifadə etdikləri qaza görə ödəməni yeni tariflə (istifada olunan qazın 1700 kubmetri 10 qəpikdan qalanı isə 20 qəpik olmaqla) ödəmək tələb olunub.

Məsələ ilə bağlı Aznews.az-a açıqlama verən “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev bu məsələdə heç bir qanun pozuntusunun olmadığını bəyan edib:

“Söhbət ondan gedir ki, nə vaxt istifadə olunmasından asılı olmayaraq istehlakçının ödəmə etdiyi tarixdən satış həyata keçirilir. Yəni, istehlakçı istifadə etdiyi qaza görə borcunu dekabr ayında ödəsəydi köhnə tariflə hesablanacaqdı. Ödəməni gecikdirib yanvar ayında etdikləri üçün yeni tariflə ödəməyə məcburdurlar”.

Hüquq müdafiəçisi Adəm Məmmədov belə bir faktla “Azəriqaz”-ın abunəçinin hüquqlarını kobud şəkildə pozuduğunu qeyd edib:

“Azərbaycan qanunvericiliyində belə bir bənd yoxdur. Borc yığılan illərdə hansı qanunvericilik qüvvədə olubsa, abunəçi də həmin qanunun tələbinə uyğun ödəmə aparmalıdır. Belə halla rastlaşan vətəndaşlar mütləq məhkəməyə müraciət etməlidirlər.”

“Ən vacib məsələ məhz Azərbaycan məhsullarının ixracıdir” –Prezidentdən sahibkarlara çağırış

"Növbəti illərdə əsas vəzifələrdən biri qeyri-neft ixracının artırılmasıdır. Çünki neft-qaz sahəsində hər şey müsbət istiqamətdə gedir. Bizim böyük “Cənub Qaz Dəhlizi” layihəsi uğurla icra edilir. Bu da tarixi layihədir. Ancaq bizim əsas məqsədimiz qeyri-neft ixracımızı artırmaqdır". Bu sözləri Prezident İlham Əliyev Saatlıda pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində deyib. Prezident bildirib ki, bunun üçün kənd təsərrüfatının ənənəvi sahələri inkişaf etməlidir: "Burada təkcə pambıqçılıqdan söhbət getmir. Biz keçən il tütünçülükdə də, baramaçılıqda da ciddi dönüş yarada bilmişik. Tütün istehsalı artır. Biz artıq quru tütünün ixracı ilə də ciddi məşğuluq, kontraktlar imzalanıb. Üzümçülüyün inkişafı sürətlə gedir. Şərab məhsullarının ixracı da artmalıdır və artıq artır. Baramaçılıq sürətlə inkişaf edir. Qeyri-neft məhsullarının, xüsusilə kənd təsərrüfatı məhsullarının ixracı bizim üçün indiki inkişaf mərhələmizdə əsas vəzifədir. Biz bir neçə ölkədə artıq ticarət evləri yaradırıq. “Made in Azerbaijan” brendi artıq dünyaya yayılıbdır. İndi bütün siyasi təmaslarda, həmkarlarımla görüşlər əsnasında ən vacib məsələ məhz Azərbaycan məhsullarının ixracı məsələsidir. Bu məsələni mən qaldırıram və siyasi dəstək olan yerdə, əlbəttə ki, bizim sahibkarlarımız üçün də yeni imkanlar yaranır. Sahibkarlar özləri də fəal olmalıdırlar, özləri yeni bazarlara çıxmalıdırlar. Onsuz da Azərbaycan dövləti bunu təşkil edir”.

28 Mart 2017 15:29

Maliyyə böhranı icra hakimiyyətlərini vurdu,KÜTLƏVİ İXTİSARLAR BAŞLANDI

Manatın devalvasiyasından sonra bir sıra  nazirliklərin regional qurumlarının yaradılmasına, həmçinin, həyata keçirilən infrastruktur islahatları nəticəsində yerli  icra hakimiyyətlərində kütləvi ixtisarlara başlanılıb.  Məlumata görə, ixtisarlar əsasən yerli icra hakimiyyətlərinin humanitar və iqtisadi sektorlarında həyata keçirilir.  Hətta, bir sıra rayonlarda  icra hakimiyyətində şöbələr ləğv edilir və işçilər ixtisar olunur. Bundan əlavə, yerli icra hakimiyyəti aparatı maksimum dərəcədə yığcamlaşdırılır və bir sıra  məsləhətçi, mütəxəsis  vəzifələri ləğv edilir. İxtisarlar nəticəsində icra hakimiyyətindəki şöbələr birləşdirilir və ştatlar yığcamlaşdırılır. İxtisarlar həmçinin,  daha çox daha mədəniyyət, təhsil və ictimai-siyasi şöbələrdə baş verir. Elə rayon var ki, orada bu ixtisarlar iqtisadi sektora aid olan şöbələrdə də həyata keçirilir. Qeyd edək ki, bu ixrisarlar bir neçə səbəbdən həyata keçirilir. Birincisi, bu 2017-ci ildən etibarən 40-ya yaxın rayon və şəhərə büdcədən vəsait-dotasiya ayrılmaması ilə bağlıdır. Belə ki, öz-özünü  maliyyələşdirmə sisteminə keçdiyindən  bəzi icra hakimiyyətləri şişirdilmiş ştat cədvəlindən imtina edərək, maksimum yığcam aparatın yaradılmasına üstünlük verirlər. Bu səbəbdən də icra hakimiyyətinin aparatında fəaliyyət göstərən  paralel və uyğun sahəyə aid olan şöbələrin birləşdirilməsi prosesinə balanılıb. Bunun nəticəsində də   çoxsaylı məsləhətçi,  mütəxəsis, şöbə müdiri, sektor rəhbəri vəzifələri ixtisara düşüb. İkinci səbəb isə  Təhsil , Mədəniyyət və Turuzm nazirliklərinin regional  qurumlar yaratmasıdır. Bunun nəticəsində də  yerli icra hakimiyyətlərində təhsil, mədəniyyət və turizm sahəsinə aid şöbələr birləşdirilərək,  yerində bu sahəyə aid ümumi bir  şöbə yaradılır. İşçilərin də sayı minimuma enidirilir.  Digər səbəb(lər)  isə ölkədə həyata keçirilən struktur islahatları və ölkədəki maliyyə problemi ilə bağlıdır. Əldə etdiyimiz məlumata görə, artıq bu  cür ixtisarlar təkcə ölkənin regionlarında deyil, Bakının rayonlarında da həyata keçirilməkdədir.

27 Mart 2017 15:45

Zərdab sakinləri başçını görün, nədə ittiham edirlər… – “O… savadsızdır!”

Zərdab rayon sakinləri tərəfindən Prezident İlham Əliyevə və 1-ci Vitse-prezident Mehriban xanım Əliyevaya şikayət məktubu ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciəti bəzi ixtisarlarla diqqətinizə çatdırırıq: "Hörmətli prezident, hörmətli vitse-prezident düz 10 ildir ki, Lütvəli Babayev Zərdab rayonunda icra başçısıdır. Gəlin baxın, Zərdab Respublikada ən geridə qalmış rayondur ki, bununda bir nömrəli səbəbkarı Lütvəli Babayevin yarıtmaz fəaliyyətidir. Zərdab-Ucar, Zərdab-Kürdəmir, Zərdab-Ağcabədi rayon yolları tam yararsız vəziyyətdədir.Rayonun mərkəzi küçələrinin asfalt örtüyü dağlıb.Rayonun mərkəzi küçələri zibilliklərə sahibsiz itlərə qərq olub. Bu 10 il ərzində Lütvəli Babayev ancaq talançılıqla məşğul olub.Buna görə Zərdab Respublikada ən yoxsul, şəraitsiz rayondur.Lütvəli Babayev sahibkarlardan haqq alır.Dəhşətlisi odur ki, həttda çayxana ilşədənlər də icra başçısına haqq verirlər.Rayon sakinləri bu yaramaz icra başçısından narazıdırlar.Lütvəli Babayev həm də savad baxımdan çox zəifdir". Daha sonra daxil olan müraciətdə deyilir: "Bu adam nəinki icra başçısı adicə gözətçi vəzifəsinə də layiq deyil. Lütvəli Babayevin toy şənliyində prezidentin şəninə dediyi tostun sosial şəbəkələrdə yayılmasına baxıb çox xəcalət çəkdik ki, sakini olduğumuz rayonu görün kim idarə edir.Bu video çıxış tam subut etdi ki, Lütvəli Babayev savadsızdır. Lütvəli Babayevin yaxın günlərdə Ucar rayonuna icra başçısı vəzifəsinə təyin ediləcəyi barədə yaxın ətrafına deyib.Buna görə artıq yuxarı dairələrin haqqın verdiyinidə qeyd edib. Elə buna görədir ki, Ucar rayonuna icra başçısı vəzifəsinə təyin ediləcəyindən tez sahibkarlara hücum çəkib.Rayonda fəaliyyət göstərən bütün sahibkarlardan 500 -1000 manat arası pulun yığılmasını tapşırıb.Adınıda belə qoyub ki, guya pambıq əkilməsi üçün pul toplanılır. Biz mətbuat vasitəsi ilə prezident cənab İlham Əliyevə və vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edib xahiş edirik heç bir vəzifəyə yaramayan savadsız Lütvəli Babayevin barəsində tədbir görsünlər. Bizə kömək edin. İmza; Zərdab rayon sakinləri Qasımov Faiq Nəsir oğlu Sadıqova Səmərrux Eldar qızı Mehdiyeva Aybəniz Rafiq qızı Əliyev Lətif Səhrab oğlu Süleymanova Xədicə Məmməd qızı Vəliyev Qurban Oruc oğlu"

27 Mart 2017 11:01

Ermənilər cəbhədə yenə təxribat törətdi

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 111 dəfə pozub. Müdafiə Nazirliyindən Axar.az-a verilən məlumata görə, Ermənistanın İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə, Noyemberyan rayonunun Voskevan, Şavarşavan, Berdavan, Barekamavan kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Cəfərli, Quşçu Ayrım, Fərəhli, Kəmərli və Qaymaqlı kəndlərində, Berd rayonunun Ayqepar, Mosesqex, Çinari kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam, Muncuqlu kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Qaravəlilər kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Qaraqaşlı, Yusifcanlı, Baş Qərvənd, Şıxlar, Mərzili, Cəvahirli, Şirvanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan, Horadiz, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

27 Mart 2017 10:42

Siyavuş Novruzov nazirləri və nazirlikləri “yıxıb-sürüdü”

Millət vəkili Siyavuş Novruzov parlamentin plenar iclasında hökumətin hesabatının müzakirəsi zamanı bir sıra təkliflərlə çıxış edib.  S. Novruzov çıxışında xüsusilə bank  faizlərinin həddindən artıq yüksək olmasına  etiraz edib: “Yerli kommersiya bankları  istehlak kreditləri müıyyənləşdirib. Banklar vətəndaşa 29 faizlə kredit təklif edir. Hansı ki Mərkəzi Bank onlara 10 faizlə kredit verir. Yaxud, dollarla depoziti isə  3 faizlə götürər, amma krediti ən azı 24 faizlə  təklif edir. Mərkəzi Bank bu rəqəmləri ciddi araşdırılmalıdır ki, hansı haqla bank  24 faizlə kredit verir. Burada hansı qazanclar var. Bütün bunlar ölçülüb-biçilməlidir”. Bundan əlavə, çıxışında struktur islahatları məsələsinə də toxunan millət vəkili qeyd edib ki,  Azərbaycanda bu gün  19- 18 nazirlik var: “Ancaq bəzi nazirliklərin regional idarələri mövcuddur. Ölkənin nazirliyi hökumətin strukturudur. Əgər  lazımdırsa, nazirliklərin hamısı  regional olmaldıır. Kimsə axşam yatıb səhər durub deyir ki, mən öz struktrumu regional etdim. Bəzi hallalda görürsən ki, həmin strukturlar ləğv olunur, əvvəlki sistemə qayıdır. Və yaxud,  kim hansı rayonu istəyirsə, özünə regional mərkəz seçir. Bu, nəyə əsasən seçilir? İnsanlar başa düşməlidir ki, bu, nə üçün həyata keçirilir. Vətəndaş hər hansı problemi olanda yerli icra hakimiyyətlərinə müraciət edir. Hökumətin yerdəki səlahiyyətli nümayəndələri onlardır.  Belə olan halda isə, icra  hakimiyyətləri küçə süpürməklə məşğul olur”. Sonda o  qeyd edib ki, axır  vaxtlar özəl sektorda insanlar yerli-yersiz ixtisara salınır: “İdarə rəhbəri öz cibinə toxunmur, amma işçinin maaşından çıxır. Əvvəl 500 verirdisə, indi 200 manat maaş verir. Bu özbaşınalıqlar aradan qaldırılmalıdır”. Faktinfo.az

17 Mart 2017 15:07

Baş nazir parlamentdə Cahangir Hacıyevdən danışdı:- CİNAYƏTKAR FƏALİYYƏTİ BANK SEKTORUNA ZİYAN VURUB”

“Məqsədyönlü siyasət nəticəsində iqtisadiyyatda əldə edilən inkişaf nəticəsində əmək haqqılar və pensiylar 10% faiz artırılıb”. Bunu baş nazir Artur Rasi-zadə bu gün Milli Məclisdə hesabatı zamanı deyib. Onun sözlərinə görə, bu artımlar ümüumilikdə 3,6 milyon insanı əhatə edib. O əlavə edib ki, hesabat ilində ölkənin qazlaşdırılması 90 faizə çatıb: “ÜDM 3 dəfə artıb. Qeyri-neft ixracı 3, 3 dəfə, orta aylıq əməkhaqqı 6,5 dəfə, qeyri-neft sektorunda istehsal 5,6 dəfə artıb”.         Baş nazir deyib ki, maliyyə-bank sektorundan baş verən proseslər tədiyyə balansında böyük kəsr yaradıb: “ Bir sıra bankların yaxşı işləməməsi, Beynəlxalq Bankın başçısının cinayətkar fəaliyyəti bank sektoruna ziyan vurub. Bunu nəzərə alan ölkə başçısı bank sektorundakı vəziyyəti araşdırmaq üçün yeni bir qurumun , Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılmasına qərar verib və bank sektorundakı vəziyyət araşdırılıb. Nəticədə bu ölkənin iqtisadi durumunun sabitləşməsinə gətirib çıxarıb. Bundan əlavə, qeyri-neft sənayesində istehsal 5 faiz artıb. 400-dən artıq sənaye müəssisəsi açılıb. Kənd təsərrüfatında mövcud istehsal 2,6 dəfə artıb”. Baş nazir onu da deyib ki, ötən hesabat dövründə ölkədə 400 sənaye məüssisəsi istifadəyə verilib.

17 Mart 2017 15:05

“Azərbaycanda dolların 25 % bahalaşacağı deyilir ” – Deputat

"Elə dövlət yoxdur ki, uçot dərəcəsinin artırılması milli valyutasına təsir etməsin”. Bunu Sherg.az-a ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) uçot dərəcəsini artırmasının təsirlərindən danışarkən iqtisadçı-deputat Vahid Əhmədov deyib. O diqqətə çatdırıb ki, FED-in uçot dərəcəsini artırması bütün dünya valyutalarına öz təsirini göstərir: "Amerika dolları bütün dünyada dövriyyədədir. Buna görə, Azərbaycan da daxil olmaqla bütün maliyyə bazarlarına ciddi təsir göstərir. Xüsusən, son vaxtlar manatın məzənnəsi müəyyən qədər möhkəmlənib. Bu da, Mərkəzi Bankın atdığı siyasətin nəticəsidir. Çünki real sektor ciddi inkişaf etmir. Bunun inkişafı üçün müəyyən qədər vəsait ayrılıb. Hazırda pul kütləsinin qıtlığını yaratmaqla manatın möhkəmlənməsinə nail olurlar. Hesab edirəm ki, FED-in uçot dərəcəsini artırması Azərbaycan milli valyutasına da təsir edəcək. Hələlik Azərbaycanda dolların 25 faiz  bahalaşacağı deyilir. Amma gələcəkdə daha çox olması nəzərdə tutulur”. Manatın nə qədər ucuzlaşacağını dəqiq deməyin mümkün olmadığını söyləyən V. Əhmədovun sözlərinə görə manat hələlik bazarda öz dəyərini almayıb: "Bazarda manatın dəyərini almasına qədər dəqiq artmanı və ya azalmanı demək çətindir. Bu idxal-ixrac əməliyyatlarının strukturundan, idxalın, ixracın sayqosundan, Azərbaycanda qeyri-neft sahəsinin inkişafından, neftin qiymətindən asılıdır. Bu proses həqiqətən tam üzən məzənnə içərisində keçsəydi manatın nə qədər azalmasını demək mümkün olar. Lakin görünür, hazırda aparılan siyasət fərqlidir. Müəyyən qədər bazarda pul qıtlığı yaradılıb. Həm inflyasiyanın bir qədər qarşısını almaq istəyirlər, həm də bazara buraxmırlar ki, manatı qoruyub saxlasınlar. Buna görə də manat hansı səviyyəyə qədər gəlib dayanacaq onu demək mümkün deyil”. Qeyd edək ki, Açıq Bazar Əməliyyatları üzrə Komitə üzvlərinin proqnozlarına görə ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FED) bu il ərzində uçot dərəcəsini daha iki dəfə, təxminən 1,375%-dək artıracaq. Xatırladaq ki, ötən gün FED uçot dərəcəsini illik 0,5-0,75% səviyyəsindən 0,75-1% faizə qədər artırıb.Faktinfo.az

16 Mart 2017 17:27

Ondan narazılıq var – ŞİKAYƏT

Gəncə - Respublikanın ikinci böyük şəhəridir. İllər öncə bu şəhərə Elmar Vəliyev icra hakimiyyəti başçısı təyin olundu. Gəncədə bu təyinatdan sonra ədalət dəfn olundu və haqsızlığa meydan verildi. Təsadüfi deyil ki, Gəncənin bütün dövlət orqanları icra başçısının quluna çevrildi. Və hətta müstəqil adı daşıyan məhkəmələrimiz Elmar Vəliyevin sifarişlərini icra etməyə "borclu olduqlarını” düşünməyə başladılar. Məhkəmələrdə hakimlik edənlər icra başçısının tapşırıqlarını icra etmək üçün ən ucuz yollardan yararlanmağa cəhd etməklə özlərini ona yaxın etməyə varlıqları ilə mübarizə apardılar. Sadə vətəndaşlar, sahibkarlar ədalətsizliyin hökmran olduğu şəhərdə icra başçısının qəddar cəzalarının qurbanına çevrilməkdədirlər. Elmar Vəliyev Gəncəni "Cəhənnəm qapısına” çevirməklə istəklərinin nədən ibarət olduğunu ortaya qoymuş oldu. Insanları əzmək, onların hüquqlarını pozmaq, qanunsuz yolla mülklərinə sahib çıxmaq və şikayət üçün ünvan olan məhkəmələri alətinə çevirmək icra başçısının əsas məqsədidir. O, bu yolla Gəncədə bir çox insanın haqlarını əlindən almaqla öz ideya və istəklərini həyata keçirməkdə israrlıdır. Necə ki, Pərvanə Cəfər qızı İsgəndərovaya qarşı edilən haqsızlıq kimi... Pərvanə İsgəndərova ölkə başçısına müraciət edərək Elmar Vəliyev tərəfindən rast gəldiyi haqsızlıqdan bəhs edir və Prezidentdən kömək istəyir. İcra başçısı haqqında olunan şıkayətlər ünvanına çatmadığından Pərvanə xanım mediaya üz tutur və poçtun gizlətdiyi müraciətləri ictimailəşdirməyə üstünlük verir. Axı icra başçısının tapşırığı ilə Gəncədən heç bir şikayət yuxarı instansiyalara çatmır və yoxa çıxır. Qeyd edək ki, Pərvanə xanım yüngül sənaye və qida sahəsində çalışan sahibkar xanımdır. Xüsusi mülkiyyətində olan Gəncə şəhəri, Cavadxan küçəsi, 34 ünvandakı 70 kv. metr sahəsi olan qeyri-yaşayış sahəsi, 04 noyabr 2011-ci ildə Gəncə şəhər icra başçısı Elmar Vəliyevin tapşırığı ilə tamamilə dağıdılıb. Bu özbaşınalığa 5 ildir ki, məhkəmələrdə qiymət verilmir və araşdırılaraq güya baxılır. Lakin, Elmar Vəliyevin "qoçu”luq etdiyi Gəncədə yerləşən İnzibati İqtisad məhkəməsi və Gəncə Apelyasiya məhkəməsi Pərvanə xanımın haqlı iddisını təmin etməmiş və hətta hakim Zərbəli Zərbəliyev icra başçısına xoş gəlsin deyə qarşı tərəfi dinləmədən qərar qəbul etmişdir. Bu qanunsuz qərar Elmar Vəliyevin istəklərini özündə əks etdirməklə haqlı tərəfin hüquqlarını kobud şəkildə pozmuşdur. Lakin, Ali məhkəmə Gəncədə yerləşmədiyi üçün Elmar Vəliyevin və hakim Zərbəli Zərbəliyevin özbaşınalığına biganə qalmamış və Gəncə Apelyasiya məhkəməsinin qərarını ləğv etmişdir. Ali Məhkəmənin qərarı ilə iş yenidən baxılması üçün Gəncə Apelyasiya məhkəməsinə göndərilmişdir. İş hazırda Gəncə Apelyasiya məhkəməsinin hakimi Şamil Rzaquliyevin icraatındadır və bu gün məhkəmənin ilk iclası olacaq. Haqlı tərəf Pərvanə İsgəndərovanın istəyi – dəymiş ziyanın ödənilməsi və Cavadxan 34 ünvanında uçurulmuş mülkünün əvəzinə tikilən binada eyni öçüdə sahənin qaytarılmasıdır. Lakin, Pərvanə xanım Gəncədə Elmar Vəliyevin məhkəmə hakimlərinə təzyiqlər etdiyini qeyd edərək ədalətin bərqərar olacağına inanmır. O, redaksiyamız vasitəsilə ölkə başçısına müraciət edərək Gəncədə üzləşdiyi haqsızlığa son qoyulmasını istəyir. Qeyd edim ki, Elmar Vəliyev Gəncədə məhkəmə hakimlərini təhqir etməklə və hədələməklə istəklərini zor gücü ilə həyata keçirməkdədir. Bu şəxs icra başçısı kimi vəzifə səlahiyyətlərini aşaraq qanunları ayaq altına alır və özünü Gəncənin "qoçu”su adlandırır. Insanların qanunu mülkünü əlindən alan icra başçısı bununla kifayətlənməyərək ölkənin hüquq-mühafizə orqanlarına və məhkəmələrə təzyiqlərini davam etdirir. Ölkə başçısının, "Məmurlar, icra başçıları qudurub. Unudurlar ki, onları mən təyin etmişəm və mən də işdən qovacağam. Ona görə xalqı incitməsinlər, vətəndaşların qayğısına qalsınlar” - kimi tapşırıq və tövsiyyələrinə məhəl qoymayan Elmar Vəliyev Respublikanın ikinci böyük şəhərində "at oynadır”. Biz ümid edirik ki, Ali məhkəmənin ədalətsiz sayıb geri göndərdiyi qərarı Gəncə Apelyasiya məhkəməsinin hakimi Şamil müəllim ədalətli qərarı ilə təsdiqləyəcək. Zərbəli kimi "qulbeçələrin” Elmar Vəliyevə xoş gəlsin deyə qəbul etdiyi qərarlar bir daha təsdiqini tapmayacaq. Haqlı tərəf Pərvanə İsgəndərovanın istəyi – dəymiş ziyanın ödənilməsi və Cavadxan 34 ünvanında uçurulmuş mülkünün YERINDƏ tikilən binada eyni öçüdə sahənin qaytarılmasıdır. Qeyd etmək yerinə düşər ki, artıq Gəncədə bu kimi qanunsuzluqlara son qoyulmasının zamanı yetişib. Respublikanın ikinci böyük şəhərində etirazlara qanunsuz əməlləri ilə şərait yaradan Elmar Vəliyevə "dur” deməyin vaxtıdır. Əgər bu baş verməsə, Gəncədə Elmar Vəliyevin növbəti özbaşınalıqlarını gözləməyə uzun zaman gərək olmayacaq.

16 Mart 2017 12:34

Taleh Qaraşov torpaq alverində… – İTTİHAM OLUNUR

Azərbaycanın “cənub incisi” sayılan Lənkəranda məmur özbaşnalıqları ucbatından acınacaqlı durum yaranıb. Rayon bir qrupun əlində girova çevrilib. İcra başçısı Taleh Qaraşov Lənkəranı özəl şirkəti kimi idarə edir-satır, uçurdur, tikir... Rubrika.az saytına verilən məlumata görə bu gün Lənkəran nəhəng torpaq satış mərkəzinə çevrilib. Rayonda satılması mümkün olan, hətta mümkün olmayan bütün ərazilər qarış-qarış satılıb. Bildirilir ki, Mərkəzi Qala küçəsində yol üstü, Nizami kinoteatrının yeri, uşaq xəstəxanasının binası, gimnaziyanın həyəti, Şilavar torpaqları satılıb. Ötən illər ərzində Lənkəranda barmağını qatlayıb bir yer göstərmək olmaz ki, orada abadlıq işi görülüb yaxud yol çəkilib, sosial problem həll olunub. Lakin istənilən qədər satılan əraziləri qarış-qarış göstərmək olar. Elə axırıncı dəfə Lənkəran rayon Mərkəzi Xəstəxanasının qabağı satılıb. Verilən məlumatda deyilir ki, icra başçısının sərəncamı ilə satılan yerdə aptek, dükan və s. iaşə obyektləri tikilir. Ərazinin neçəyə satıldığı bilinməsə də, ortda böyük bir məbləğ olduğu məlumdur. Xəstəxana şəhərin mərkəzi küçələrindən birində yerləşir. Bu yol iki istiqamətdə həm Şəhidlər Xiyabanına, həm də Lənkəran RİH-nin qarşısına qədər aparır. Lənkəran Rayon Mərkəzi Xəstəxanasının (RMX) qarşısı satılandan sonra ərazidə nəqliyyatın hərəkəti iflic olub Sakinlərin verdiyi məlumata görə, tikinti meydançasına çevrilmiş tibb ocağının qabağında hərəkət etmək mümkün deyil. Hazırda xəstəxananın önündə şıdırğı tikinti işləri getdiyi bildirilir. T.Qaraşov Qala deyilən mərkəzi küçədə yol üstünü satıb və iki mərtəbəli bir bina tikilib. Bundan başqa, Nizami kinoteatrının binası da sökülüb və yerində tikinti aparılıb. Eyni zamanda Lənkəran uşaq xəstəxanasının binası satılıb və yerində hotel-restoran tikilib. Habelə, Digəh, Şilavar kəndlərinin yol üstündə torpaqlar peşkəş olunub, bələdiyyənin iştirakı ilə ayrı-ayrı adamlara satılır. İcra başçısı Lənkərana böyük bir bazar kimi baxır və gözqamaşdıran yerləri satışa çıxarır. Taleh Qaraşov rayondakı bütün əraziləri peşkəş etdikdən sonra Xarici Dillər Təmayüllü Gimnaziyanın ərazisinə göz dikib. Məktəb rəhbərliyinə isə meydançadan istifadə etmək qadağan edilib. Lənkəranda bütün gəlirli sahələr icra başçısının, övladlarının və yaxınlarının nəzarətindədir. Bütün rayonun iqtisadiyyatı T. Qaraşovun maraqlarına tabe edilib. Rubrika.az-a daxil olan məlumata görə Lənkəranda icra başçısının bir sıra pul gətirən obyektləri var. Onların sırasında zavoddan tutmuş, mağazaya qədər hər şey sıralanıb. Bununla yanaşı Taleh Qaraşov Azərbaycanın digər rayonlarında da müxtəlif obyektlərə sahibdir. Taleh Qaraşovun obyektlərindən biri “Göl” adlanan restoranıdır. Taleh Qaraşovun digər bir biznes sahəsi Kürdəmirdə 1000 hektara yaxın sahəsidir ki, orda 10 mindən çox iri buynuzlu heyvandarlıq təsərrüfatı var. Onun Lənkəranda ələ keçirdiyi ikinci ən böyük obyekt isə “Xan bulaq” deyilən ərazidə restoranlar şəbəkəsidir. Göründüyü kimi Lənkəran sosial-iqtisadi problemlər girdabında boğulsa da icra başçısının biznes imperiyası hər gün daha da çiçəklənir. Ancaq rayonda artan narazılıqlar, çoxalan şikayətlər tezliklə qəti tədbirlər görülməsini zəruri edir.

14 Mart 2017 17:04

Deputat pensiya yaşının artırılmasına qarşı çıxdı –”Bu qanun konflikti dərinləşdirə bilər”

Parlamentdə “Əmək pensiyaları haqqında” Qanuna dəyişikliyin müzakirəsi zamanı çıxış edən deputat Zahid Oruc bir sıra prinsipial məqamlara toxunub. Deputat, işsizlik faizinin yüksək olduğu şəraitdə yalnız sığorta sisteminə əsaslanan modelə keçilməsinin ciddi problemlər yaradacağını deyib: “Faktiki olaraq Fondun büdcəsinə daxil olmalar əsasən dövlət hesabınadır. Gəlirlər azaldıqca valyuta ehtiyalarının xərclənməsi müəyyən islahatları tələb edir. Lakin özəl sektorda əmək qabiliyyətli insanların 80 faizinin çalışmasına baxmayaraq, onların ödəmələri ümumi məbləğin 25 faizini keçmir. Deməli, pensiya yaşının qaldırılması üçün irəliyə sürülən arqumentlərdən biri-büdcə gəlirləri, gizli əmək haqlarının leqallaşdırlmasından keçməlidir. O halda, əhalinin cəmi 6 faizini təşkil edən pensiyaçılar üçün qənaət rejimi, yaxud imtiyazlı təbəqə ilə aralarındakı sosial ödəmələrdəki fərqi aradan qaldırmağın tamam ayrı yollarını tapmaq mümkün olar”. Deputat, dövlət qulluqçuları, yaxud prokurorluq orqanlarına yeni qanunun tətbiqinin yaradacağı fəsadlardan danışıb: “Tutaq ki, indi qüvvədə olan qanunla mən 14 illik qulluq stajına malikəm. Hazırda qüvvədə olan qanunvericilikdən çıxış edib həyatımı qurmuşam. İndi yeni normaların bizə tətbiqi hüququn baş prinsipinə-vətəndaşların ziyanına geriyə qüvvəsinin olmaması” müddəasına zidd olacaq. Lakin bu hələ hamısı deyil. Üstəlik, gənclərin dövlət orqanlarında, yaxud digər hakimiyyət qollarında təmsilçiliyi daha da çətinləşəcək. 25 və ya 35 il işləmək məcburiyyəti kadrların əvəzlənməsini çətinləşdirəcək. Kreslosunu itirmək istəməmək məcburiyyətə çevriləcək. Yeni qanun nəsillərarası konflikti dərinləşdirə bilər. Özü də günah bu halda böyüklərdə olmayacaq. Çünki onlar gələcək uzunmüddətli qulluq stajını yığmaq üçün məcburən vəzifələrini itirmək istəməyəcəklər”. Zahid Orucun fikrincə, problemin həlli üçün birdən-birə artıma deyil, 6 ay prinsipi ilə vətəndaşlara yanaşılmalıdır ki, dövlət qulluğunda çalışma prestijli olaraq qalsın. Deputat eyni zamanda,hərbi qulluqçulara və polis orqanlarına yeni dəyişikliklərin şamil olunmamasını təqdir edib. ”Çünki xarici və daxili təhlükəsizlik sahəsində çalışanların əmək fəaliyyəti digər kateqoriya insanlardan köklü şəkildə fərqlənir”. Qeyd edək ki, “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik Milli Məclisdə səsə qoyularaq qəbul edilib. Bununla da pensiya yaşı qadınlar və kişilər üçün 65 yaş müəyyən olunub.

10 Mart 2017 19:47

Daha bir orta məktəbdə seks -Qalmaqalı

Faktinfo.az  xəbər verir ki,təhsil sistemində özbaşnalıq,rüşvət,yerlibazlıq,dostbazlıq artıq   o həddə çatıb ki,orta məktəblərdə tədris və tərbiyyə işi nazirlik rəsmlərinin,təhsil şöbə müdirlərinin yadından çıxıb.Təhsil Nazirliyi  orta məktəblərdə baş verənləri ancaq hadisə baş verəndən sonra bilir.Sonda da araşdırılacaq,hadisəyə qiymət verilməsi üçün tədbir görüləcək kimi ifadələr işlətməklə vəzifələrini bitmiş hesab edir. Təhsil ekspertləri də baş verənləri nədənsə müşahidə etməklə kifayətlənirlər. Beyləqanda orta məktəb şagirdi 17 yaşlı A.Z.-nın oğlan dostu Məlik Hüseynov (ad şərtidir) tərəfindən təcavüzə uğradığı deyilir. M.Hüseynov onu bir müddət öncə çəkdirdikləri səmimi fotolarla hədələyib. A.Z.-nı əvvəlcə özü, sonra da istəmədiyi digər insanlarla münasibətə girməyə məcbur etdiyi bildirilir. Bu haqda məlumatı Meydan TV yayıb. Xəbərdə bildirilir ki, yayılan videogörüntüdə qız istəmədiyi cinsi münasibətə məcbur edilir. Görüntünün sinif otağında çəkildiyi aşkardır. Otaqda partalar, divarda lövhələr var. Hətta bəzi adlar da səslənir. Qız “xahiş edirəm silin, nə olar, silin”, – deyə yalvarır: “Başınıza dönüm, silin, etməyin”, - deyir. Beyləqan rayon təhsil şöbəsinin müdiri Xuraman Rüstəmova uzun müddətdir həmin məktəbin direktorunun olmadığını deyib. Onun sözlərinə görə, direktor təqaüd yaşına çatdığı üçün işdən çıxıb. Məktəbi dərs hissə müdiri idarə edir: “Bu olaydan sonra o da işdən çıxarıldı. Şagirdlərin hər ikisi (qız və oğlan) məktəbdən qovulub. Sinif rəhbəri vəzifəsindən kənarlaşdırılıb, töhmət alıb. Qız 11-ci sinif şagirdi olub. Heç bir zorlama hadisəsindən söz gedə bilməz. Bir oğlanla, bir qız sinifdə mehriban şəkildə qucaqlaşıb oturublar. Burada artıq-əskik nəsə yoxdur”. Təhsil şöbəsinin müdiri deyir ki, videonu görməyib, sadəcə bu barədə məlumat alıb. Verilən məlumatda isə artıq-əskik heç nə olmayıb: “Araşdırma apardıq. İşdən azad olunanlardan savayı, uşaq birliyinə, psixoloqa şiddətli töhmət vermişik. Biz orada 3 gün olduq. Nə lazımdır etmişik. Video necə yayılıb bilmirəm, biz görməmişik. Təkcə onu bilirəm ki, orada bir qız və bir oğlandan başqa kimsə olmayıb. Videonu görmüsünüzsə, siz məndən yaxşı bilirsiniz. Bizə üstüörtülü çatdırılıb. Bu hadisəni pisləyirik və nə lazımdır cəza tədbiri görmüşük”. Təhsil Nazirliyindən isə məsələyə münasibət öyrənmək mümkün olmayıb.

10 Mart 2017 11:45

SOCAR neft və qaz hasilatında planı yerinə yetirə bilməyib

2016-cı ildə Azərbaycanda 41 milyon ton neft çıxarılıb. Bundan 33,5 milyon ton beynəlxalq konsorsiumlar tərəfindən, 7,5 milyon ton isə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən hasil edilib. Modern.az saytının məlumatına görə, bu barədə Nazirlər Kabinetinin Milli Məclisə təqdim etdiyi illik hesabatda bildirilib. Neft hasilatı üzrə nəzərdə tutulmuş ümumi proqnozun 103 faiz yerinə yetirilməsinə baxmayaraq, Dövlət Neft Şirkəti proqnoza nisbətən 178 min ton, əvvəlki illə müqayisədə isə 685,5 min ton az neft hasil edilib. Hasil edilən neftin 35 milyon tonu dünya bazarlarına ixrac olunub. Hesabat ilində ölkə üzrə 29,3 milyard kubmetr, o cümlədən beynəlxalq konsorsiumlar tərəfindən 23,1 milyard kubmetr, Dövlət Neft Şirkəti tərəfindən isə 6,2 milyard kubmetr qaz hasil edilib. Ümumi qaz hasilatı  proqnoza nisbətən 2,1 faiz, əvvəlki illə müqayisədə isə 0,3 faiz çox olmasına baxamayaraq, Dövlət Neft Şirkəti tərəfindən qaz hasilatı proqnozu 2,5 faiz kəsrilə yerinə yetirilib, 2015-ci illə müqayisədə isə 12,7 faiz azalmaya yol verilib. Hökumətin hesabatına görə, Dövlət Neft Şirkəti üzrə neft-qaz hasilatının azalmasına səbəb olan amillər, o cümlədən baş vermiş texnogen hadisələr hərtərəfli araşdırılaraq, stabil və təhlükəsiz istehsal fəaliyyətinin təminatı üçün əlavə təşkilati-texniki tədbirlər həyata keçirilib. Yataqların işlənmə layihələrinin optimallaşdırılması və qalıq neft-qaz ehtiyatları baxımından perspektivli sahələrin intensiv işlənməyə cəlb edilməsi məqsədi ilə əlavə tədqiqatlar aparılıb, yəni texnoloji qurğuların layihələndirilməsi və tikintisi hesabına infrastruktur genişləndirilib. Bu istiqamətdə işlərin növbəti illərdə də davam etdirilməsi nəzərdə tutulur. Ötən il hasil olunan neftin 35 milyon tonu, təbii qazın isə 8 milyard kubmetri ixrac olunub. Faktinfo.az

9 Mart 2017 12:05