Bacısını öldürən şəxs: Qəbiri açdım və bacımın sümüklərini dənizə atdım – YENİLƏNİB + VİDEO

2925141_1200_675

4 Yanvar 2017 23:28

Xəbər 554 dəfə oxunub

Lənkəranda 4 il əvvəl bacısı Təranə Ağayevanı öldürərək Nərimanabad 1 qəsəbəsi ərazisində basdırdığını deyən Ağayev Fuad Polad oğlunun göstərdiyi yerdə qazıntı işləri aparılıb və meytin qalıqları tapılmayıb.

Faktinfo.az Report-a istinadən xəbər verir ki, Lənkəran Rayon Prokurorluğu meyitin ekskumasiya olunması haqda qərar verib.

Ekskumasiyada Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinin ekspertləri, hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak edib. Amma F.Ağayevin göstərdiyi yerdən T.Ağayevaya aid heç bir qalıntı tapılmayıb.

F.Ağayev hadisə yerində hüquq-mühafizə orqanların əməkdaşlarına bildirib ki, meyiti həmin ərazidə basdırıb. Amma iki il keçəndən sonra qəbiri təkrar açaraq sümükləri oradan çıxarıb və dənizə atıb.

Faktla bağlı araşdırmalar davam edir.

16:20

Daxili İşlər Nazirliyi Lənkəranda 4 il əvvəl baş vermiş cinayətlə bağlı məlumat yayıb.

Faktinfo.az DİN-in rəsmi saytına istinadən xəbər verir ki,  məlumata görə, 2012-ci iyun ayının 17-də Lənkəran rayon sakini Təranə Ağayeva yaşadığı Nərimanabad qəsəbəsindəki evdən çıxmış və geri qayıtmayıb.

Lənkəran ŞRPŞ-yə daxil olmuş məlumat əsasında T.Ağayevanın həmin gün qəsəbə ərazisində qardaşı Fuad tərəfindən daşla döyülərək qətlə yetirilməsi və cəsədinin evinin yaxınlığında basdırılması müəyyən edilib.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində F.Ağayev tutulub. O, hadisəni törətdiyini etiraf edib.

Təranənin cəsədinin qalıqlarının eksqumasiya edilməsi üçün tədbirlər görülür.

Araşdırma aparılır.

Bakıda təcili yardım xəstəni aparmaqdan imtina etdi, gənc qız öldü – VİDEO

eyutrui_586767

Təcili yardım həkiminin xəstəni xəstəxanaya aparmaqdan imtina etməsi nəticəsində gənc qız ölüb. Faktinfo.az xezerxeber.az-a istinadən bildirir ki, şok iddianı Bakının Xəzər rayonu Zirə qəsəbəsinin sakini olan qızın valideynləri səsləndirib. Onların sözlərinə görə, 23 yaşlı Məlhəm Mailova özünü narahat hiss etdiyindən evə təcili yardım çağrılıb. Valideynləri deyir ki, həkim qızlarını müayinə edib və deyib ki, ciddi bir şey deyil. Sadəcə təzyiqi aşağı düşüb. İynə vurub ki, təzyiq normallaşsın. Lakın iynədən sonra 23 yaşlı qızın vəziyyəti daha da pisləşib. Bundan sonra həkim getmək istəyib. Valideynləri iddia edir ki, qızın narahat olduğunu görüb xahis ediblər ki, bir qədər dayanıb onun özünə gəlməsini gözləsinlər. Həkim isə buna etiraz edib. Ancaq iddialar bununla kifayətlənmir. Bu dəfə valideynlər xahiş edib ki, qızı hansısa xəstəxanaya çatdıraq. Həkim deyib ki, ehtiyac yoxdur. Guya xəstəxana gecə soyuqdur, üstəlik həkimlər də yoxdur. Həkim gedəndən yarım saat sonra Məlhəmin dili qatlanıb və nəfəs ala bilmədiyindən ölüb. Onların sözlərinə görə, bu dəfə də həkim çox gec gəlib. Evə çatanda artıq 23 yaşlı Məlhəm keçinmişdi. Ərazi üzrə təcili yardım stansiyasında isə məsələylə bağlı münasibət öyrənməyə heç kimi tapmadıq. Stansıyanın baş həkimi də yerində yox idi. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev "Xəzər Xəbər"ə bildirdi ki, təcili yardım həkimi ilə bağlı araşdırma aparılır. Həkimin günahı olduğu təqdirdə Xəzər Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanılacaq. Faktinfo.az Videonu izləmək üçün şəklə klikləyin:

19 Fevral 2017 00:48