Bakı sakini kredit götürdü, maaşa həsrət qaldı – VİDEO

62994

4 Yanvar 2017 22:19

Xəbər 25 dəfə oxunub

Paytaxt sakinlərindən biri bankdan kredit götürüb. Müqaviləyə belə bənd əlavə edilib ki, gecikmə olarsa, aylıq maaşdan çıxılsın. Amma bank karta maaşdan əlavə yüklənən vəsaitdən növbəti ayın ödənişini də çıxır. Bu isə vətəndaşın narazılığına səbəb olub.

Paytaxt sakini qəribə vəziyyətlə üzləşib. O, kartına maaşından əlavə yüklənən vəsaitin bank tərəfindən növbəti ayların ödənişləri üçün çıxarıldığını deyir.
Bu məsələ bank və müştəri arasındakı münasibətləri yenidən gündəmə gətirir. Hüquqşünas Asif Abdullayev deyir ki, bankın belə davranışı qaydalara ziddir.
Hüquqşünasın sözlərinə görə, banklar ödənişlə bağlı əməliyyatlar həyata keçirərkən mütləq müştəriyə məlumat verməlidirlər, tutulan məbləğ barədə ya kağız, ya da onlayn formada müştəri sənəd ilə təmin edilməlidir.
Müştərilər kredit müqaviləsi bağlayarkən şərtləri diqqətlə oxumalıdırlar ki, sonradan belə anlaşılmazlıqla üz-üzə qalmasınlar. (“Xəzər TV”)
https://youtu.be/1kEPXK9tkYo

Məhəmməd Məmmədov: “Hər ay qovşaqlardan 5 min manat alınırdı” – “RABİTƏ İŞİ”

1484727457_0001

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA-nın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə prosesdə şahidlər ifadə verib. Faiq Hümbətov Şamaxı telefon qovşağının rəisi vəzifəsində işlədiyini deyib. O bildirib ki, tenderlərdə qalib gələn şirkətlər nazirliyin rəhbərliyinə qohum olan şəxslərin şirkətləri idi: "2014-cü ildə qoşağın hesabına 42 min manat pul köçürülmüşdü və bu puldan mənə 3000 manat çatmışdı. Bəzən tenderlərdə qalib gələn şirkətlərin görməli olduğu müəyyən işləri biz yerinə yetirirdik. Bunu kömək məqsədi ilə yerinə yetirirdik". Yaqub Cəfərov ifadəsində bildirib ki, “Aztelekom” MMC-də Təchizat Şöbəsinin rəisi işləyib. Onun sözlərinə görə, qovşaqlar üçün kabel və avadanlıqlar nazirlik tərəfindən göndərilirdi: "Hər bir qovşaq özü tender keçirirdi". Səbuhi Hüseynov ifadəsində deyib ki, Tovuz rayon telefon qovşağının rəisi vəzifəsində işləyib. Prokurorun suallarını cavablandıran şahid qeyd edib ki, qovşağa ayrılan pullardan "Aztelekom" MMC-nin hesabına ödəmələr olmayıb. Şahidin məhkəmədəki ifadəsi ibtidai istintaqa verdiyi ifadəsi ilə ziddiyyət təşkil edib. Prokuror onun ifadəsini elan edib. Bundan sonra şahid ifadəsini xatırladığını deyib və deyilənləri təsdiqləyib. Bildirilib ki, "Aztelekom"un hesabına ayda 5 min manat pul ödənilirdi. "Bu, abunəçilərdən yığılan pullar idi" "Aztelekom” MMC-nin sabiq baş direktoru, təqsirləndirilən Məhəmməd Məmmədov da bəzi qovşaqlardan ayda 5000 manat alınmasını təsdiq edib. O qeyd edib ki, bu, kredit pulları idi: "Amsterdam şəhərindən kreditlə avadanlıq alınmışdı. Bu kreditin ödənilməsi üçün rəsmi qaydada internet abunəçilərindən daxil olan pullardan qovşaqlar hər ay pul ödəyirdi. Bununla bağlı qovşaqlara rəsmi məktub göndərmişdi". Digər şahid Hafiz Qurbanov deyib ki, Goranboy rayon telefon qovşağının rəisi vəzifəsində işləyir. O, ibtidai istintaqa ifadəsini təsdiq edib. Sonra məhkəmə kollegiyası digər şahidlərin məcburi gətirilməsi haqqında qərar verib. Proses yanvarın 25-də davam etdiriləcək. Qeyd edək ki, həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynovun 2009-2015-ci illərdə arvadının təsisçisi olduğu “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, yaxın münasibətlərdə olduğu “3 nömrəli Rabitə Təmir Tikinti”, “Rabitə Mülki Tikinti” MMC-lərinin direktoru Emin Məmmədov və birliyin baş mühasibi Anar Mustafayevlə qabaqcadan əlbir olub yeni rabitə xətlərinin çəkilməsi, binaların, qurğuların təmiri-tikintisi və sair işlərin yerinə yetirilməsi üçün onların hesablaşma hesablarına köçürüləcək pul vəsaitlərinin işlərin həcmindən asılı olaraq 35-45% həcmində hissəsinin nağdlaşdırılaraq B. Hüseynovun özünə verilməsi barədə razılığa gəliblər. B. Hüseynov tabeliyində olan qovşaqların formal olaraq keçirdikləri tenderlərdə vəzifə saxtakarlığı ilə həmin məhdud məsuliyyətli cəmiyyətlərin qalib elan olunaraq müqavilələr bağlanmaqla və faktiki işlərin tam icra olunmadığı halda, o cümlədən internet xidmətinin təmin edilməsi üçün fiber-optik kabel xətlərinin çəkilişi zamanı işlərin faktiki olaraq telefon qovşaqları tərəfindən aparıldığı halda guya həmin işlərin faktiki özünə məxsus olan müəssisələr tərəfindən görülməsi və işlərin həcminin artırılması barədə saxta sənədlərin tərtib edilməsi yolu ilə adıçəkilən MMC-lərin hesabına köçürülmüş ümumilikdə 71 milyon 263 min manat məbləğində vəsaitin 21 milyon 379 min manatını mənimsəməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmalarında şübhələr üçün əsaslar müəyyənləşib. Nazirliyin Aparat rəhbəri Vidadi Zeynalovun qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdə olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat vəsaitin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyən edilib. Cinayət işi üzrə nazirliyin strukturuna daxil olan “Aztelekom” MMC, “AzİnTelekom” MMC, “Azərpoçt” MMC, Məlumat Hesablama Mərkəzi və özəl şirkət “Optik Rabitə Tikinti və Quraşdırma” MMC-nin fəaliyyətində də mənimsəmə və israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı faktları müəyyənləşib. İş üzrə Beytulla Hüseynov, Anar Mustafayev, Emin Məmmədov, Bayram Vəliyevə və “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), Vidadi Zeynalova, həmçinin “AzİnTelekom” MMC-nin baş direktoru Cəlil Cəfərova, “Azərpoçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayevə və “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədova həmin məcəllənin 179.3.2 və 308.2-ci, MMC-nin baş mühasibi Səhrab Hümbətova isə 179.3.2, 308.2 və 313-cü maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.

18 Yanvar 2017 18:04

10 ilin icra başçısı Hacıqabulda nə qədər vəsait mənimsəyib? – İDDİA

1484741538_0001

Hacıqabulun icra başçısı vəzifəsini itirə bilər. Onun yaş senzi ilə əlaqədar rəhbər postdan uzaqlaşdırılması gözlənilir Əhməd Muxtarovun vəzifəsini itirməəsinin əsas səbəbi isə 10 il müddətində rayonu inkişaf etdirə bilməməsidir. BakiXeber.az-a Hacıqabuldan daxil olan məlumata görə, bu xəbər başçı ilə yanaşı köməkçisi Afiq Kərimovu da həyəcanlandırıb. Daxil olan məlumata görə Əhməd Muxtarov sakitcə büdcə pullarını talayıb və bu yaxınlarda Hesablama Palatası tərəfindən təftiş aparılırkən ciddi yeyintilər aşkarlanıb. Yaxın aylarda Hacıqabula yeni rəhbər təyin olunacağı gözlənilir. Özünü sakit göstərən icra başçısı səs-küylü maliyyə əməliyyatlarının üstünü ört-basdır eləməyə çalışır. Qeyd olunan maliyyə maxinasiyarında başçının müavinləri Aslan Səmədov və Fikrət Qasımovun da rolu olduğu bildirilir. Mənbə qeyd edir ki, mühasib Güləli Əhmədov da şəbəkənin maxinasiya əməliyyatlarında iştirakçıdır. Xatırladaq ki, Əhməd Muxtarov 10 ildir Hacıqabula rəhbərlik edir. Bu 10 ildə rayonda heç bir iş görməyib. Hacıqabulun sosial inkişafı üçün prezidentin ayırdığı vəsaitlərin böyük hissəsi isə mənimsənilib. Mənimsənilmə faktları artıq yuxarı instansiyaların diqqətinə çatdırılıb və 1951-ci il təvəllüdlü icra başçısının yaş senzi ilə əlaqədar işdən çıxarılacağı gözlənilir. Daha əvvələr mediada yayılmış xəbərlərdə isə göztərilir ki, Hacıqabul rayonunda yolların tikintisi, əsaslı təmiri kimi işlərə ayrılmış 400 min manata yaxın vəsait həmin İlham Əzizlinin rəhbərlik etdiyi "Müstəqil Çoxsahəli Muğan-1” Firmasının hesabına keçirilib. Media yazıb ki, İlham Əzizli və onun "Müstəqil Çoxsahəli Muğan-1 Firması” ilə yanaşı Əhməd Muxtarovun korrupsiya şəbəkəsinə Samir Qasımovun rəhbərlik etdiyi "İnşaatçı-S” Məhdud Məsuliyyətli Cəmiyyəti də aiddir. Əldə etdiyimiz məlumata görə ötən il icra başçısı Əhməd Muxtarov dövlət büdcəsinin nə az, nə çox 300 min manata yaxın vəsait Samir Qasımovun rəhbərlik etdiyi "İnşaatçı-S” MMC-nin hesabına keçirib. Guya ki, bu MMC-də bu pulların müqabilində iki yaşayış binasının dam örtüyünü təmir etməli, küçələrdə abadlıq işləri aparmalı idi. Amma faktiki olaraq heç bir iş görülməyib və bu pullar mənimsənilib. Mənbə bildirir ki, ötən il ən ilginc korrupsiya əməliyyatı 40 min manata yaxın büdcə vəsaiti hesabına guya Hacıqabul şəhər inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinə ərzaq alınması əməliyyatıdır. Bu əməliyyatı həyata keçirmək üçün Əhməd Muxtarov Hacıqabul rayonunda şirkət tapa bilməyib, üz tutub Şirvan şəhərinə. Beləliklə Şirvan şəhərində qeydiyyatda olan Səbuhi Rüstəmovun direktoru olduğu "Arsenal-SR” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə əlbir olan başçı ayrılan vəsaitləri sakitcə mənimsəyib. Mənbə bildirir ki, əgər Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi Hacıqabul rayonuna yönələn büdcə vəsaitlərinin taleyinə aydınlıq gətirmək istəsə, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində baş verən korrupsiya mexanizminin eynisini bu rayonda da üzə çıxa bilər. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

18 Yanvar 2017 18:02

ADAU-da “20 Yanvar xalqın qürur və şərəf tarixidir” adlı tədbir keçirilib

112816

Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olan 1990-cı il 20 Yanvar hadisələrindən bir il də keçdi. Keçmiş sovet dövlətinin həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz insanlığa qarşı törədilən ən ağır cinayətlərdən biri kimi hər il anılır, xalqımızın qürur və şərəf tarixi kimi yaşanır.  Azərbaycan Dövlət Aqrar Universitində keçirilən anım tədbirində də bildirilib ki, milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxan dinc əhaliyə silahlı təcavüz nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. Universitetin mətbuat xidmətinin xəbərində deyilir ki, Aqranomluq, Aqrar iqtisadiyyat, Aqrobiznes və idarəetmə,Elektroenergetika və Informasiya texnologiyaları, eləcə də digər fakultələrdə   keçirilən tədbirlərdə  sovet ordusunun böyük heyətinin, xüsusi təyinatlı bölmələrin və daxili qoşunların Bakıya yeridilməsi xüsusi qəddarlıq və görünməmiş vəhşilik olduğu  dilə gətirilib. Aqranomluq fakültəsinin dekanı Məhərrəm İsmayılıov, Biologiya kafedrasının professoru Bəhmən Əliyev, Dillər kafedrasının müdiri Aidə Həsənova, İctimai elmlər və multikulturalizm kafedrasının  müdiri,  professor Azad  Bayramovçıxışlarında bildirib ki, heç şübhəsiz 1990-cu il yanvarın 20-də Bakıda baş verən hadisələri Qarabağdakı erməni təcavüzündən ayrıca təhlil etmək düzgün deyil. Çünki Azərbaycan həmin dövrdə Ermənistanın təcavüzünə məruz qalmışdı. Belə bir şəraitdə sovet rəhbərliyi nəinki münaqişənin qarşısını almaq üçün qəti tədbirlər görmədi, əksinə, Azərbaycana yeridilən ordu hissələrinin tərkibinə Stavropol, Krasnodar və Rostovdan səfərbərliyə alınan xüsusi təlim keçmiş erməni əsgər və zabitləri, eləcə də sovet hərbi hissələrində xidmət edən ermənilər, hətta erməni kursantlar da daxil etdilər.  Universitetin rektoru, professor, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov isə keçirilən tədbirlərdə faciənin mahiyyətindən danışıb, xalqın iradəsinin yenilməzliyindən qürur duyduğunu söyləyib. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinə tam siyasi-hüquqi qiymət verilidiyini, Prezident İlham Əliyevin şəhidlərin adını uca tutmasını, onların ailələrinin sosial problemlərinin həll edilməsinə xüsusi diqqət göstərdiyini vurğulayıb.          Tələbələrin hazırladığı ədəbi-bədi kompozisiyalar və səhnələr isə tədbirə sanki bir canlanma gətirib,  bir anlıq iştirakçıları həmin dəhşətli gecəyə qaytarıb.

18 Yanvar 2017 15:48

Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı – SMS göndəriləcək

mesajcell-phone4

SMS vasitəsilə məhkəmə qərarı ilə şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məlumat göndəriləcək Ədliyyə Nazirliyinin Kollegiyası “Mülki dövriyyə nəticəsində baş verən hüquqi hadisələrdən yaranan yeni hüquq və vəzifələr barədə fiziki və hüquqi şəxslərin məlumatlandırılması üzrə inzibati reqlament”i təsdiq edib. APA-nın məlumatına görə, reqlament bu ildən qüvvədədir. Bu reqlamentə əsasən “exidmet.justice.gov.az” və “dxr.az” elektron ünvanlarında təqdim edilən elektron xidmət vasitəsilə fiziki şəxslər elektron xidmətin abunəçisi olaraq şəxsiyyət vəsiqəsi, ümumvətəndaş, xidməti və ya diplomatik pasportlar, sürücülük vəsiqəsi, ölkə ərazisində daimi və ya müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi, dövlət qeydiyyatına alınmış vətəndaşlıq vəziyyəti aktları və ya notariat qaydasında təsdiq edilmiş etibarnamələrin qüvvədən düşməsi, həmçinin məhkəmə qərarları və əmrləri ilə şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması və bu məhdudlaşdırmanın götürülməsi, hüquqi şəxslər isə ləğv olunmaları ilə bağlı məlumatları əldə edəcəklər. Bunun üçün adına mobil telefon nömrəsi (hansı mobil operatorun xidmətindən istifadə edilməsindən asılı olmayaraq) olan istifadəçi elektron xidmətin təqdim edildiyi internet ünvanına daxil olaraq müvafiq pəncərəyə fiziki şəxsdirsə fərdi identifikasiya nömrəsini (FİN) və ya şəxsiyyət vəsiqəsinin nömrəsini, hüquqi şəxsdirsə vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN), mobil telefon nömrəsini, sistemdə olan təhlükəsizlik kodunu daxil edib “Abunə ol” və ya “Abunəni ləğv et” düyməsini vurur. Bundan sonra daxil edilən mobil telefon nömrəsinə SMS vasitəsilə göndərilən kodu açılan yeni pəncərədə qeyd edərək “Təsdiq et” düyməsini vurmaqla sorğunu formalaşdırır. Məlumatlar tam və düzgün daxil edildikdə sorğu qəbul edilir və bu barədə bildiriş ekrana çıxır. Məlumatlar tam və ya düzgün daxil edilmədikdə sorğunun yerinə yetirilməsindən imtina edilir və bu barədə bildiriş ekrana çıxır, bildirişdə sorğunun qəbulundan imtinanın səbəbləri göstərilir. Fiziki şəxslər elektron xidmətin abunəçisi olaraq şəxsiyyət vəsiqəsi, ümumvətəndaş, xidməti və ya diplomatik pasportlar, sürücülük vəsiqəsi, ölkə ərazisində daimi və ya müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi, dövlət qeydiyyatına alınmış vətəndaşlıq vəziyyəti aktları və ya notariat qaydasında təsdiq edilmiş etibarnamələrin qüvvədən düşməsi, həmçinin məhkəmə qərarları və əmrləri ilə şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması və bu məhdudlaşdırmanın götürülməsi, hüquqi şəxslər isə ləğv olunmaları ilə bağlı SMS vasitəsilə məlumatlandırılır.

17 Yanvar 2017 19:04

OĞLU ÖLDÜRÜLƏN ATANIN FƏRYADI – YAP sədrini kim məsuliyyətdən yayındırır?

manaf-vaqif-azpolitika

Baki şəhəri Bakıxanov qəsəbəsi, Sülh küçəsində yaşayan Cəmşid İrzaquliyev “AZPolitika.info” saytı vasitəsilə Prezident İlham Əliyevə müraciət ünvanlayıb. Cəmşid İrzaquliyevin oğlu Tariyel Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon Təşkilatının sədri Manaf Manafovun xidməti avtomobili ilə vurularaq, həyatını itirib. Ancaq ortada ölüm faktının olmasına baxmayaraq, hadisədən keçən 4 ay ərzində heç kim həbs edilməyib. Gözü yaşlı ata da Prezidentdən oğlunun ölümünə səbəb olanların cəzalandırılması üçün kömək istəyir. Onun müraciətini qısa ixtisarla dərc edirik: “Cənab Prezident! Aşağıda qeyd olunan cinayət hadisəsinin baş verdiyi tarixdən artıq 4 aylıq bir zaman keçib. Təəssüf ki, bunca zaman ərzində hadisə ilə bağlı dəfələrlə aidiyyatı orqanlara etdiyim müraciətlərin bir nəticəsi olmadı. Demək olar ki, məsələnin bu şəkildə, yəni mətbuat vasitəsi ilə diqqətinizə çatdırmağa məcbur edildik. Belə ki, 02.09.2016-cı il tarixdə saat 19:25 radələrində fotosunu gördüyünüz oğlum Tariyel İrzaquliyev Qala-Dübəndi yolundakı piyada keçidinin üzərində Pirallahı rayon İcra Hakimiyyətinin işçisi, Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Manaf Manafovun (özüdə maşında olmaqla) xidməti istifadəsində olan 10 AS 649 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə vurularaq (bu gün də bizdə şübhə var ki, sükan arxasında o özü olmuşdur) həyatına son qoyulmuş, ailəsi azyaşlı övladı ilə başsız qalmışdır. Diqqətinizə çatdırıram ki, biz Tariyeli yaşatmaq üçün ailə olaraq çox məşəqqətlərdən keçmiş, on il öncə İranda ona böyrək çatışmazlığından böyrək köçürtdürmüş (07.10.2006), həyatda qalması üçün on il İranın yollarında bütün maddiyatımızdan və canımızdan belə keçmişik. Lakin bizi ən çox ağrıdan isə həyatda qalması üçün özünün çəkdiyi onca acı və məhrumiyyətlərin bir nadanın müştəbehliyi və qudurğanlığı səbəbindən boşa çıxması oldu. Hadisəni törədənlər, başda Manaf Manafov olmaqla, maşını saxlamamış, hadisəni törətdikləri sürətlə sürüb getmişlər. Sonradan nə fikirləşiblərsə iki-üç yüz metr aralıda saxlayıb, geri dönüblər. Uşağa dərhal ilkin yardım etmək əvəzinə telefonla özlərinə kömək çağırıb, insanlığa xas olmayan bir hərəkətlə oradan uzaqlaşmışlar. Bunu görən hadisə yerinin yaxınlığındakı 981 saylı hərbi hissənin zabitləri, hərbi hissənin sanitar maşını ilə uşağı götürüb, sonra da dediklərinə görə yarı yolda təcili yardım maşınına köçürüb, Mərdəkənda morq deyilən bir yerə çatdırmışlar. Bütün bu gedişatda hadisəni törədənlərdən heç kim onlarla olmamışdır. Ən dəhşətlisi isə həmin anda insanlıqdan və humanistlikdən uzaq adamların – Manafın maşınında olanların qarşıma dikilib bir üzr, bir təsəlli belə diləməməsi, əksinə, kənardan gedişatı müşahidə etmələri onun nə qədər mənəviyyatsız biri olmasını göstərmişdir. Cənab Prezident, ilkin istintaqın Pirallahı rayon Polis Şöbəsinin Baş müstəntiqi Namiq Mirzəbəyli tərəfindən birtərəfli qaydada aparılması səbəbindən Sizə və aidiyyatı orqanlara etdiyimiz çoxsaylı müraciətlərdən sonra, iş alınıb 14.10.2016-cı il tarixdə DİN Baş İstintaq və Təhqiqat İdarəsinin Nəqliyyat şöbəsində icraata verilmişdir. Təəssüf ki, işin həmin şöbədə olmasından da artıq 2 ay yarım keçməsinə baxmayaraq, bu günə kimi əsl cinayətkarın üzə çıxarılması yönündə heç bir əməli tədbir görülməmişdir. Şöbə bunca zaman ərzində sadəcə qovluğa əhəmiyyətsiz kağızlar doldurmaqla məşğul olmuşdur. Hətta bu günə kimi maşında olub, şübhəli bilinənlərdən heç biri haqqında ilkin həbs qəti imkan tədbiri seçilməmişdir. Bu da hələ həmin şöbənin müdiri Vüqar Əhədovun özünün dediyi kimi, guya DİN və Baş Prokurorun nəzarətində olan işdir ki, onun da Vüqar Əhədov tərəfindən ciddiyə alınmaması göz qabağındadır. Bizi ən çox narahat edən digər məsələ hadisədən 4 aydan artıq bir zaman keçməsinə baxmayaraq, insanlıq və humanistlik hisslərindən uzaq olan Manaf Manafov haqqındaYAP Mərkəzi Aparatına və şəxsən Pirallahı rayon İcra Hakimiyyətinin Başçısı Vasif İmanova indiyə kimi etdiyimiz müraciətlərə baxılmaması, onun haqqında heç bir tədbir görülməməsidir.Rayon sakinlərindən verilən məlumatlara görə, işlədiyi yerlərdə (həmçinin də Nizami rayonunda) YAP adından müxtəlif xoşagəlməz əməllərlə məşğul olan bu zat, bütün bu olanlardan sonra da YAP rayon təşkilatının sədrliyində qalmaqda davam edir. Təbii ki, buna havadarlıq edən də Başçı Vasif İmanovdur. Təəssüf ki, Sizin bütün çıxışlarınızda zaman-zaman ifadə etdiyiniz “məmur və onların övladlarının özbaşınalıqları və qanuna zidd əməlləri ən ağır cəza ilə cəzalandırılmalıdır” fikri də, rayonun başçısı Vasif İmanov tərəfindən diqqətə alınmamışdır. Diqqətə alınsa idi, maşında olanlar bu günə kimi Vasif İmanov tərəfindən qorunaraq vəzifələrində saxlanılmazdılar. Belə ki, biz hadisənin Pirallahı rayonunda baş verdiyini və həmin rayonun icra başçısı da daxil olmaqla, icra strukturlarının bu məsələdə laqeyidliyini görüb (bir təsəlli üçün üzrə belə gəlməmələri), oğlumum üçünün sabahı- yəni 06.09.2016-cı il tarixdə həmin Rayonun İcra başçısı Vasif İmanovunqəbulunda olduq. Görüşdə başçının müavinlərindən Vəzir Səfixanov, köməkçisi, yerli Polis və Prokurorluğun başçıları da iştirak edirdi. Danışıq zamanı icra başçısı cinayəti törədənlərin müdafiəsi yönündə mülahizələr irəli sürməklə məşğul oldu. Sanki, bir gəncin taleyi müzakirə mövzusu deyildi. O, bu hadisənin yuxarılara çatdırılmamasını məsləhət görür, guya ailəyə maddi köməklik göstərilməsini (bütün insanlığı yalnız maddiyyatda görən mənəviyyatsızlar!) özü də daxil omaqla, hadisəni törədənlərə tövsiyyə edirdi. Vasif İmanovun öz iş otağında qurduğu “məhkəmə”də hadisə zamanı maşında olanlardan Niftəliyev Həsəni sorğularkən (bu da icra hakimiyyətinin işçisidir və bu gün də vəzifəsində saxlanılır), onun qorxudan titrədiyini və danışıqlarında baş-ayaq vurduğunu görən Vasif İmanov, hətta bizim yanımızda onu kobud şəkildə təhqir də etdi. Təəssüf ki, sonrakı gedişat bütün bu eybəcərliklərin davamı oldu ki, bu da sükan arxasında Manaf Manafovun olma ehtimalında bizim şübhələrimizi daha da artırmış oldu. Cənab Prezident, vəzifəsindən asılı olmayaraq, tutduğu bu cür qeyri-insani və mənəviyyatsız mövqeyə görə Manaf Manafovun Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu partiyanın yerli təşkilatının başında olması böyük utancdır və yerli təşkilatda olan ləyaqətli insanlara bir hörmətsizlikdir . Sizdən oğlu öldürülmüş bir ata olaraq, artıq dərəcədə xahiş edirəm yuxarıda qeyd olunanlardan dolayı Manaf Manafovun etdiyi qeyri-insani və qudurğan hərəkətlərinin nəzərə alınıb, onun belə bir ali vəzifədə qalmaması məsələsinə baxılması və bu hadisədə əsl cinayətkarın üzə çıxarılması işinin sürətləndirilməsi yönündə müvafiq göstəriş verəsiniz”. Qeyd edək ki, “AzPolitika.info”ya Manaf Manafova yaxın mənbədən daxil olan məlumata görə, Tariyel İrzaquliyev vurularkən, sükan arxasında Manaf Manafovun olduğu sübut olunub. İstintaqçılar çox asanlıqla dəqiqləşdiriblər ki, sükan arxasında M.Manafov olub, lakin hadisədən dərhal sonra o, öz sürücüsünü (Baxşıyev Bağış) hadisə yerinə çağıraraq, məsuliyyəti öz üzərinə götürməsini tapşırıb. Lakin bu zaman çox mühüm bir məqam unudulub. İstintaqçılar mobil operatorlar vasitəsilə çox asanlıqla dəqiqləşdiriblər ki, hadisə baş verən dəqiqələrdə məsuliyyəti öz üzərinə götürən sürücü başqa məkanda olub. Bununla belə, atanın müraciətindən də göründüyü kimi, nədənsə istintaq obyektiv mövqe tuta bilməyib.   P.S. Müraciətdə səslənən ittihamlarla bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. Hadisəni diqqətdə saxlayacağıq.

16 Yanvar 2017 15:35