Bakıda Üzeyir Hacıbəyliyə həsr olunmuş festival keçiriləcək

zeyir-hacibeyov-film-1976

6 Yanvar 2017 20:38

Xəbər 27 dəfə oxunub

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası tərəfindən “Üzeyir Hacıbəylinin milli lad sistemi gənc musiqiçilərin tədris repertuarında” adlı II Respublika festivalı keçiriləcək.

Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən Faktinfo.az-a verilən məlumata görə, festival aprelin 10-dan 17-dək təşkil olunacaq.

Festivalın dörd nominasiya – “Fortepiano”, “Bəstəkarlıq”, “Solo oxuma”, “Orkestr alətləri” üzrə keçirilməsi nəzərdə tutulur.

Məqsəd böyüməkdə olan nəslin mənəvi simasının formalaşmasında mühüm amil olan milli musiqi gen yaddaşının dirçəldilməsi və aktivləşdirilməsi, milli lad sisteminin Avropa alətlərində (fortepiano, violin, vilonçel və nəfəs və zərb alətləri) ifa edilməsi, respublikanın musiqi məktəbləri və incəsənət məktəblərinin təlim-tərbiyə prosesində milli musiqinin didaktik rolunun gücləndirilməsindən ibarətdir.

Bakıda təcili yardım xəstəni aparmaqdan imtina etdi, gənc qız öldü – VİDEO

eyutrui_586767

Təcili yardım həkiminin xəstəni xəstəxanaya aparmaqdan imtina etməsi nəticəsində gənc qız ölüb. Faktinfo.az xezerxeber.az-a istinadən bildirir ki, şok iddianı Bakının Xəzər rayonu Zirə qəsəbəsinin sakini olan qızın valideynləri səsləndirib. Onların sözlərinə görə, 23 yaşlı Məlhəm Mailova özünü narahat hiss etdiyindən evə təcili yardım çağrılıb. Valideynləri deyir ki, həkim qızlarını müayinə edib və deyib ki, ciddi bir şey deyil. Sadəcə təzyiqi aşağı düşüb. İynə vurub ki, təzyiq normallaşsın. Lakın iynədən sonra 23 yaşlı qızın vəziyyəti daha da pisləşib. Bundan sonra həkim getmək istəyib. Valideynləri iddia edir ki, qızın narahat olduğunu görüb xahis ediblər ki, bir qədər dayanıb onun özünə gəlməsini gözləsinlər. Həkim isə buna etiraz edib. Ancaq iddialar bununla kifayətlənmir. Bu dəfə valideynlər xahiş edib ki, qızı hansısa xəstəxanaya çatdıraq. Həkim deyib ki, ehtiyac yoxdur. Guya xəstəxana gecə soyuqdur, üstəlik həkimlər də yoxdur. Həkim gedəndən yarım saat sonra Məlhəmin dili qatlanıb və nəfəs ala bilmədiyindən ölüb. Onların sözlərinə görə, bu dəfə də həkim çox gec gəlib. Evə çatanda artıq 23 yaşlı Məlhəm keçinmişdi. Ərazi üzrə təcili yardım stansiyasında isə məsələylə bağlı münasibət öyrənməyə heç kimi tapmadıq. Stansıyanın baş həkimi də yerində yox idi. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev "Xəzər Xəbər"ə bildirdi ki, təcili yardım həkimi ilə bağlı araşdırma aparılır. Həkimin günahı olduğu təqdirdə Xəzər Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanılacaq. Faktinfo.az Videonu izləmək üçün şəklə klikləyin:

19 Fevral 2017 00:48