Baş pediatr: Azərbaycanda uşaqlar arasında soyuqdəymə xəstəlikləri yayılıb və sayda artım var

5 Yanvar 2017 14:15

Xəbər 35 dəfə oxunub

“Payız-qış mövsümündə Azərbaycanda uşaqlar arasında soyuqdəymə xəstəlikləri yayılıb. Mövsümi olaraq xəstələrin sayında artım var, amma bu, epidemiya xarakterli deyil. Azərbaycanda qrip virusunun, yaxud başqa bir xəstəliyin epidemiyası yoxdur”.

Faktinfo.az  xəbər verir ki, bunu APA-ya Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, respublikanın baş pediatrı Nəsib Quliyev deyib.

Onun sözlərinə görə, soyuqdəymə xəstəliklərinə mövsümi olaraq ilin soyuq fəsillərində rast gəlinir və bu da payız-qış mövsümündə bədənin soyuması nəticəsində insan orqanizminin reaktivliyinin azalması ilə əlaqədar olur. N.Quliyev qeyd edib ki, soyuğun təsiri ilə tənəffüs yollarında kəskin respirator xəstəliklər müşahidə olunur: “Xəstəlikləri bakteriyalar və viruslar törədə bilər. Virusların sayı minlərlədir və hər bir virus tərəfindən bu xəstəlik törənəndə 100-dən artıq əlamətləri olur. Payız-qış mövsümündə rast gəlinən xəstəliklərin artmasının səbəbi uşaqların bu aylarda kollektivlərdə daha çox cəmləşməsi ilə bağlıdır. Yayda uşaqlar tətildə olur və nəticədə kütləvilik az olur. Sentyabrdan isə bağçalar, məktəblər açılır və həmin ərazilərdə uşaqların bir-birini yoluxdurması ehtimalı qat-qat artır. Bundan əlavə, temperatur birdən-birə 5-10 dərəcə dəyişirsə, uşaqların geyimi də ona uyğunlaşdırılmalıdır. Bu hallara riayət olunmadıqda soyuqdəymələr baş verir və sonradan günahkar axtarılır”.

Valideynlərin uşaqları, xüsusilə körpələri soyuqdan qorumalı olduğunu deyən N.Quliyevin sözlərinə görə, yaz-yay mövsümündə günəş-qum vannasından, dənizdən, meyvə-tərəvəzlərdən daha çox istifadə edilməlidir: “Uşaqlarda xəstələnmə əlamətləri olduğu zaman onları bağçaya, məktəbə buraxmaq olmaz. Onları vaxtında müalicə etmək lazımdır. Çünki xəstə halda bağçaya-məktəbə getmək həm həmin uşaq üçün təhlükə yaradır, həm də digər uşaqları yoluxdurur”.

N.Quliyev qeyd edib ki, bu xəstəliklərin qarşısı vaxtında alınmazsa sonradan ağır və qorxulu fəsadlar-haymorit, ağciyərlərin iltihabı, pnevmaniya baş verə bilər. Bəzən ağır dərəcədə baş-beynin zədələnməsi-meningitlərin inkişaf edə biləcəyini deyən baş pediatr bildirib ki, bu xəstəliklərə məsuliyyətsiz yanaşmaq olmaz: “Böyüklər uşaqları qorumağı bacarmalıdır. Uşaqların sağlamlığının qorunmasında əsas amil valideyn məsuliyyətidir”.

Fətullah Gülənin Azərbaycandakı parlayan üzü… – İddia

Hökümət Taleh Ziyadovun "güzəşt” biznesinin qarşısını alsaydı və həmin vəsaitləri Taleh Ziyadovun, Gülənçi şəbəkənin və ayrı-ayrı şirkət rəhbərlərinin cibinə deyil, dövlət büdcəsinə daxil olmasını təmin etsəydi, büdcəni doldurmaq üçün onsuzda biçarə vəziyyətdə olan sadə vətəndaşların cibinə də girməyə ehtiyac qalmazdı. Faktiki olaraq Azərbaycan dövlətinin büdcəsi kiçildiyi halda, Gülənçi şəbəkənin və Taleh Ziyadovun şəxsi büdcəsi böyüyür. Bununla bağlı cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalarda rastlaşdığımız məlumatlara görə, bir müddət əvvəl Limanda vergi yoxlamalarının aparldığı zaman baş direktor Taleh Ziyadov bir qanunsuzluqları ört-basdır edə bilmək üçün köhnə tarixlə bir neçə daxili əmrin hazırlanmasına göstəriş verib. Vergi işçiləri həmin qanunsuzluğu aşkarlasalar da, bu qanunsuzluğu və saxtakarlığı ört-basdır etməyə qərar veriblər. Faktiki olaraq ört-basdır edilən qanunsuzluqların nəticəsində isə Limanda fəaliyyət göstərən Gülənçi şəbəkə milyonlarla dollar dövlət vəsaitini mənimsəyiblər. Bu barədə yayılan məlumatlarda bildirilir ki, artıq iki ilə yaxındır bu qanunsuz mənimsəmələr davam etdirilir və dövlət büdcəsinə daxil olacaq milyonlarla dollar mənimsənilir. Şəbəkənin qurduğu sistem isə çox sadədir. Güya ki, Limana daxil olan gəmilərin və yüklərin miqdarını artırmaq məqsədi ilə dəniz daşımalarında liman xərcləri bəzi şirkətlər üçün 50 faiz azaldılıb. Əslində isə həmin şirkətlərlə əlbir olan Liman rəhbərliyi "güzəşt” olunan məbləği şirkətlərin rəhbərləri ilə bölüşür. Və nəticədə büdcəyə daxil olacaq olan milyonlarla dollar vəsait şəxsi ciblərə daxil olur. Bu şirkətlərin bəzisinin adlarına diqqət edək: 1. "Karvan Logistics” şirkəti: 2 il ərzində bu şirkətin Bakı Beynəlxalq Dəniz Ticarət Limanında aşırılan yüklərindən 1.5 milyon dollara yaxın qanunsuz gəlir əldə edilib. Yəni faktiki olaraq "Karvan Logistics” şirkətinə olunan "güzəştlərə” görə dövlət büdcəsi 1.5 milyon dollar ziyana düşüb. "Karvan Logistics” şirkətinin Limana daxil olan hər bir gəmisindən 15000 dollar alınacağı halda, sadəcə 5000 dollar dövlət büdcəsinə ödənilir. "Güzəştə” görə Taleh Ziyadov "Karvan Logistics” şirkətinin Limana daxil olan hər bir gəmisinə görə 5000 dollar, paralel olaraq şirkət rəhbəliyi də 5000 dollar qazanıb. 2. "İP Altynyoda” şirkəti: Türkmənistan şirkətidir. Bu şirkət hər gəminin Bakı Beynəlxalq Dəniz Ticarət Limanına girişinə görə 12000 ABŞ dolları ödəməli olduğu halda, 6000 ABŞ dolları ödəyir. 3. "Magic Trans FZE” şirkəti: Türkmənistan şirkətidir. Hər gəmi girişinə 12000 ABŞ dolları ödəməli olduğu halda, 6000 ABŞ dolları ödəyir. 4. "Socar Logistics DMCC” şirkəti: 15000 ABŞ dolları ödəməli olduğu halda , 5000 ABŞ dolları ödəyir. 5. "Cronus Energy AZ” şirkəti: hər gəminin Bakı Beynəlxalq Dəniz Ticarət Limanına girişinə görə 15000 ABŞ dolları ödəməli olduğu halda , 5000 ABŞ dolları ödəyir. Bu şirkətlərin Bakı Beynəlxalq Dəniz Ticarət Limanına illik gəmi girişləri yüzlərlə sayda olub və dövlət büdcəsinə hər il milyonlarla dollar ziyan vurulub. Bütün bu işləri isə Taleh Ziyadovun müşavirləri Xudayar Həsənli və Şahin Yusifov həyata keçirir. Taleh Ziyadovun bu iki müşaviri bir qayda olaraq şirkət rəhbərləri ilə qeyri-rəsmi şəraitdə görüşür və onlara "güzəştlərlə” bağlı təklif verilir. Yemək süfrəsi arxasında əldə olunan razılaşma isə sonradan müqafilə ilə rəsmiləşdirilir. Əslində isə bu şirkətlərə hansısa güzəştlərin edilməsi üçün heç bir iqtisadi əsas yoxdur. Çünki bu şirkətlərin bir qayd olaraq Bakı Beynəlxalq Dəniz Ticarət Limanından istifadə edirlər və Rusiyanın Xəzərdəki limanlarında yükaşırma qiymətləri daha bahalıdır. Digər tərəfdən vaxt və məsafə baxımından yüklərin Rusiya limanlarından aşırılması həmin şirkətlərə iqtisadi baxımdan sərf eləmir. Buna baxmayaraq Taleh Ziyadov Azərbaycan büdcəsinin hesabına bu şirkətlərə 70 faizdən artıq "güzəşt” edir. Yəni faktiki olaraq Azərbaycan dövlətinin büdcəsi kiçildiyi halda, Güdənçi şəbəkənin və Taleh Ziyadovun şəxsi büdcəsi böyüyür. Bundan başqa cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalarda yer alan məlumatlarda o da bildirilib ki, Taleh Ziyadovun "güzəşt” biznesi yuxarıda adı keçən şirkətlərlə məhdudlaşmır. Bu şirkətlərin sayı həddindən artıq çoxdur və əlaqədar dövlət qurumları yoxlamalar aparasa, bu şirkətləri müəyyən etmək heç də çətin olmayacaq. O zaman Taleh Ziyadovun Azərbaycan büdcəsinə vurduğu əsil ziyan bəlli olacaq. Redaksiyadan: Büdcə gəlirlərini artırmaq və büdcəyə əlavə 300 milyon manat gətirmək üçün hökümət elektrik enerjisinin və qazın qiymətini qaldırdı. Halbuki hökümət Taleh Ziyadovun "güzəşt” biznesinin qarşısını alsaydı və həmin vəsaitləri Taleh Ziyadovun, Gülənçi şəbəkənin və ayrı-ayrı şirkət rəhbərlərinin cibinə deyil, dövlət büdcəsinə daxil olmasını təmin etsəydi, büdcəni doldurmaq üçün onsuzda biçarə vəziyyətdə olan sadə vətəndaşların cibinə də girməyə ehtiyac qalmazdı…

23 Fevral 2017 13:03

4,4 milyon ödəyib azadlığa çıxır

Eldar Mahmudovun MTN-dəki mütəşəkkil cinayətkar qruplaşmasının sıradan çıxarılmasından sonra onun Rabitə və Yüksək Texnologiyalar Nazirliyindəki əlaltıları da ifşa edildi. Nazir Əli Abbasovun özü həbs olunmasa da, onun tabeçiliyində olan bir neçə şəxs “MTN işi” çərçivəsində həbsə alındı. Ancaq deyəsən, hakimiyyət MTN–nin cinayətkar ünsürlərindən fərqli olaraq, həbsdəki rabitəçilərə qarşı güzəştli mövqe tutur. Təxminən iki ay əvvəl “MTN işi” çərçivəsində həbs edilən Nizami Rayon Telefon Qovşağının sabiq rəisi Fətulla Seyidov azadlığa çıxdı. Gununsesi saytını  bilgiləndirən mənbənin sözlərinə görə, yaxın zamanlarda daha bir rabitəçi azadlığa qovuşacaq. Bu, “Aztelekom”un sabiq rəisi Məhəmməd Məmmədovdur. Məlumata görə Məhəmməd Məmmədov istintaq dövründə dövlətə vurduğu zərəri ödəyib. Bu məbləğ 4 milyon 400 min manat təşkil edib. Zərəri ödəyən sabiq rəisin əmlakları üzərində qoyulan həbslər də götürülüb. Mənbə Məhəmməd Məmmədovun yaxın zamanlarda azadlığa buraxılacağını deyir. Qeyd edək ki, Məhəmməd Məmmədov barəsində Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. Baş direktorla birlikdə daha bir neçə vəzifəli şəxs, o cümlədən «Aztelekom»un baş mühasibi Oqtay Rüstəmov də həbs edilənlər arasındadır.

21 Fevral 2017 13:21