Binəlidən Türkiyədəki teraktla bağlı – Bəyanat

5 Yanvar 2017 23:52

Xəbər 33 dəfə oxunub

Türkiyə Baş naziri Binəli Yıldırım bu gün İzmirdə baş verən teraktla bağlı bəyanat verib.

Faktinfo.az xəbər verir ki, Yıldırım Türkiyənin bu çətin günlərdən inamla çıxacağını bildirib.

“Ölkəmiz birlik, bərabərlik və inamla bu çətin günlərdən çıxacaq. Terror bəlası dövləti ilə çiyin-çiyinə olan əziz millətimizin sinəsində yox olub gedəcək. Parçalanmayacağımız və boyun əyməyəcəyimizi terror mərkəzləri bilməlidir. Bu mənfur hücumu lənətləyir, şiddətlə qınayıram”, – Yıldırım qeyd edib.