“Bu il daha çox mükafatlar qazanacağıq”

78098

12 Yanvar 2017 09:08

Xəbər 12 dəfə oxunub

“Bu mövsüm bizim üçün uğurlu oldu, indi isə qarşıdakı oyunlar haqda düşünürük. Qış təlim-məşq toplanışını yaxşı dəyərləndirib mövsümün sonuna qədər komandamız üçün ən yaxşısını etməyə çalışacağıq”.

Faktinfo.az xəbərinə görə, bu sözləri “Qarabağ”ın futbolçusu Ansi Aqolli klubun saytına açıqlamasında deyib.

Albaniyalı müdafiəçi  ötən ili həm özü, həm də “Qarabağ” üçün dəyərləndirib: “Ağır ili geridə qoyduq, həm “Qarabağ”da, həm də milli komandada çox oyunlar keçirdik. Daha sonra istiraht tam yerinə düşdü. İndi isə yaxşı hazırlaşıb mövsümü uğurlu tamamlamalıyıq. Hazırda komandada əhval-ruhiyyə əladır. İstirahətdən qayıdandan sonra hər kəs özünü yaxşı hiss edir.

Ötən il mənim həyatımda xüsusi yer tutur. “Qarabağ”la ölkə kuboku və çempionatda qızıl medalları qazandıq. Milli komandayla Avropa çempionatının final mərhələsində mübarizə apardıq. Ümid edirəm ki, bu il daha çox mükafatlar qazanacağıq”.

“Məni hələ də bağışlamayan azarkeşlər var” – Ruslan Abışov

78187

“Neftçi” yeni transferi Ruslan Abışov klubun rəsmi saytına müsahibə verib. Faktinfo.az-ın məlumatına görə, millimizin üzvü  "Neftçi"yə keçidi və yeni komandasının hədəflərindən danışıb - Doğma komandana qayıtmısan. Dönüşün barədə nə deyə bilərsən? - Uzun müddətdən sonra evimə qayıtmışam. Ona görə də özümü çox xoşbəxt hiss edirəm. Mənə etimad göstərib “Neftçi”yə dəvət edən hər kəsə təşəkkür edirəm. - “Neftçi”dəki iddian nədir? Bildiyin kimi, komandanın heyətində bir çox dəyişiklər olub. Bu barədə fikirlərini bilmək istərdik. - “Neftçi”dəki iddiam hər zaman çempionluq olub. Hazırkı mövsüm üçün bu bir qədər çətin görünür. Çempionatda mümkün qədər irəliləməyi düşünürük. Kubokda isə mübarizəni davam etdiririk. Gələn mövsüm isə hədəf yalnız çempionluq olmalıdır. Artıq uğursuz günlər geridə qalsın. Komandadakı dəyişiklik müsbət mənada sözünü deməlidir. Mən buna inanıram. - Son olaraq, azarkeşlərə nə demək istərdin? - “Neftçi”yə keçdiyim üçün tam sevinə bilmədim. Bilirdim ki, məni hələ də bağışlamayan azarkeşlər var. Onların hər birini haqlı sayıram, fikirlərinə hədsiz hörmət edirəm. Lakin indiki məqamda həm mənim, həm də komandamızın azarkeşlərin dəstəyinə ehtiyacı var. “Neftçi”nin bütün tarixi uğurlarının əsas pay sahibi onlardır. (daha&helliip;)

13 Yanvar 2017 16:40