Bu qida həm arıqladır, həm enerji verir, həm də…

6 Yanvar 2017 23:50

Xəbər 176 dəfə oxunub

Faktinfo.az xarici KİV-ə istinadən badamın faydalarını sadalayır:

1. Ürəyin dostudur – aparılan araşdırmalar sübut edib ki, ara yeməklərdə badamla birlikdə digər çərəzləri yemək ürək xəstəliyindən ölmə riskini azaldır.

2. Arıqlamağı asanlaşdırır – badam zəngin və aşağı kalorili pəhriz elementidir. Aşağı kalorili yüksək karbohidratlı pəhriz tətbiq edənlərin 62 faizi çəki itkisinə nail olub.

3. Enerji verir – badam riboflavin (B2 vitamini) ehtiva edir və B2 vitamini enerji istehsalını dəstəkləyir. Ehtiyacınız olan enerjini almaq üçün badam ehtiva edən sağlam yeməklər yeyin.

4. Kaliumla zəngindir – bu mineral ürək əzələlərinin sıxılmasını təmin etdiyi üçün ürək döyüntüsü baxımından həyati əhəmiyyət daşıyar. Kalium qəbul edən insanların sistolik (ən əhəmiyyətli) qan təzyiqi təxminən səkkiz dərəcə azalıb.

5. E vitamini ehtiva edir – E vitamini bədəni sağlam hüceyrələrə zərər verən sərbəst radikalların yaratdığı ziyanlardan qoruyar.