Bu xəstəlik kompüterdən istifadə edənlərdə yaranır

63417735

3 Yanvar 2017 20:41

Xəbər 415 dəfə oxunub

Əllərdə ağrı, keyimə, bəzən əzələ gücsüzlüyü kimi əlamətlər varsa, bunun səbəbi Karpal tunel sindromu ola bilər.

Bu sindrom Median sinirin bilək nahiyəsində sıxılması nəticəsində əmələ gəlir.

Əldəki sinirlər hər hansı təzyiq altında qaldıqda keyimə meydana gəlir. Türkiyəli həkim Səlim Çepel əllərdə meydana gələn keyimənin səbəbləri və müalicəsi haqqında məlumat verib.

Travmatoloq-ortoped Səlim Çepelin sözlərinə görə, əllərdə keyimə barmaqların uzun müddət eyni işi yerinə yetirməsi nəticəsində yaranır. Bu hal xüsusilə klaviatura istifadə edənlərdə daha çox rast gəlinir.

Müalicə üsulları hansılardır?

Həkim bildirib ki, bu xəstəliyin müalicəsində nadir hallarda əllərə inyeksiyaya ehtiyac duyulur: “Digər hallarda adətən, fiziki müalicə (barmaqların məşq etdirilməsi) və reabilitasiya proqramları tətbiq olunur. Əgər bunların heç biri kömək etmirsə və rahatlıq yaranmırsa, kiçik cərrahi ilə müdaxilə ilə buna son qoymaq mümkündür. Bu üsul xəstənin vəziyyətindən asılı olaraq, açıq şəkildə və ya endoskopik cərrahiyyə istifadə edilməklə keçirilə bilər”.

Hamilə xəstələrdə də əl biləyi sindromu tez-tez rast gəlinir. Lakin çox hallarda uşaq dünyaya gələndən sonra bu, öz-özünə keçir./publika.az

“Sarışın, yoxsa əsmər?”

112087

Başlayaq dünyaya gəlməyimizdən: - Gələk ya gəlməyək? Baxmayaraq ki, bu heç özümüzdən asılı deyil. Ömür boyu seçimin nə olduğunu  anlamağa çalışdıq. Biz seçimi anladığımız kimi də qəbul etdik - bu prosesi xatırlmasaq belə. Və bunun nəticəsində bu dünyadayıq. Dünyaya gəldikdən sonra isə seçimlərin ardı arası kəsilmədi: 1.Cənnət, ya Cəhənnəm?! 2.Atan, yoxsa Anan? 3.Sarışın, yoxsa Əsmər? 4.Pullu, yoxsa Ağıllı? 5.Universtet, yoxsa Əsgərlik? 6.Azərbaycan, yoxsa Digər ölkə? 7.Rahat iş, yoxsa Əziyyət? 8.Sevdiyin, yoxsa Ailən seçdiyi? 9.Qız, yoxsa Oğul? 10.Uşaqların gələcəyi, yoxsa Öz kefin? 12.Qocalar evi, yoxsa Ölüm? 13.Bakı qəbristanlığı, yoxsa doğulduğun yerdə... Hətta insan öləndən sonra dəfn olacağı yeri bəri başdan seçə bilir. İnsanın ömrü sual və seçim məngənəsindədir. Sevdiyim şairlərdən birinin, dediyi kimi ilk sual Adəm qadağan olunmuş meyvəyə tamah salanda yaranıb: -Yeyim yoxsa yeməyim? Həyatda seçim bircə dəfə verilir, bu bir dəfəlik şansın qədrini bilək. İlişib keçmişdə qalmayaq - keçmişin seçimi də özü kimi çoxdan keçib gedib və bu gün işimizə yaramaz. İnsanın dünəni ilə bugünü eyni deyil. Dünən insanın seçim imkanı daha çox idi, bugün isə seçim imkanı ən çox zamanın əlindədir. Hə... Bəzən seçimdən yarımayan da əllərimizi göyə qaldırıb şükr eləməkdən başqa heç nəyə gücümüz çatmır. Bəzən də...Seçimlərin bizə verdiyi imkanlardan harınlaşıb pəndam olanda şükür eləmək üçün göylərə açdığımız əllərimiz yanımıza düşür, nəfsimizin amiranə çığırtısından ləzzət alırıq. Bu ləzzətin-seçimin havasında boğula-boğula bilmirik ki, dünyanın müxtəlif yerindəki körpələrin qarşısında ikicə seçim bədheybət heykəl kimi dayanıb: -Ya öz vətənində göydən yağan, bombalardan tikə-tikə olamaq, ya da yad sularda boğulmaq... Bu da seçimdir... İsmayıl Xanlarzadə, İ.Yusifov adına Göradil kənd  tam orta məktəbinin 10-cu sinif şagirdi

12 Yanvar 2017 14:57

Android telefonlarını sürətləndirməyin yolları

mobil_telefon_0188

Fərqi yoxdur üç il əvvəl aldığınız android sistemli telefonunuz olsun ya da yeni "Galaxy S7" olsun. Yəqin ki, hamımız telefonunun daha sürətli olmasını istəyirik. Telefonunuzu sürətləndirəcək tədbirlər görsənizdə bu üsulların heç bir faydası olmayıb. Android sistemi ilə işləyən telefonumuzun asan yolla necə sürətləndirə bilərik? Giriş ekranı təmizləyin: Faktinfo.az bildirir ki, canlı divar kağızları və vidjetlər, RAM-ı zəif olan telefonlarda ağırlaşmaya səbəb olurlar. Xüsusilə "Chrome" kimi brauzerlər android sistemli telefonların RAM-ından dahaçox istifadə edirlər. Buna mane olmaq üçün giriş ekranı təmiz saxlamalaq lazımdır. Fərqli bir launçer yükləyin: Telefonunuzun sistemində olan launçer sadə və sürətli olmur. Play store-də sürəti artıran launçerlər mövcuddur. "Nova Launcher" yaxşı seçimdir ancaq sizə uyğun olanı tapmaq üçün bir neçə launçer sınaya bilərsiniz. Veb brauzerinizi dəyişdirin: Android sistemli telefonda gələn "Chrome" brauzeri telefonun RAM-dan çox istifadə edir. Bunun qarşısını almaq üçün fərqli brauzerlərdən istifadə edin. Sürətli və yüngül veb brauzerlərdən "Puffin" və "Opera"nı məsləhətlidir. Lazımsız tətbiqləri silin: Optimallaşdırılmamış tətbiqlər, telefonunuzu ləng işləməsinə səbəb ola bilər. Bu tətbiqlər bəzən ən böyük firmaların da ola bilər. Snapçat android sistemli telefonların işini yavaşladır. feysbuk tətbiqini də telefondan sildikdə 15 faiz sürətəldə etmək mümkündür. Antivirusu silin: Antivirus proqramları sizin telefondan virus silmir. Amma telefonun sürətini azaldır. Telefon yaddaşını təmizləyən tətbiqlər də eyni funksiyanı daşıyır. Avtomatik eyniləşdirməNi bağlayın: Sosial proqramlar, xəbərlər, hava durumu və digər proqramlar, avtomatik olaraq məlumatları yeniləyir. Bu cür əməliyyatların sayının artması, telefonunuzun sürətini olduqca azaldır. Yenidən başladın (Restore) : Son olaraq telefonunuzu yenidən işə salmaqla sürətlənməsini təmin edə bilərsiniz. Bunu hər gün etməyə ehtiyac yoxdur ancaq xüsusilə telefonunuzun sürəti azalanda, ağır işləyəndə yenidən başlatmaqla əvvəlki sürəti əldə edə bilərsiniz. Bu məlumatlarının heç bir təsiri olmasa, telefonunuzu zavod parametrininə gətirin.

5 Yanvar 2017 01:07