Eldar Mahmudovun baş istintaqçısı Pərviz Həşimliyə telefon açdı

perviz-hesimli-yeni-300x202

Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin sabiq rəisi general Mövlam Şıxəliyevin qanunsuz əməllərinə görə cinayət məsuliyyətinə cəlb olunmaması ilə bağlı Gununsesi.info-nun sərgilədiyi prinsipial mövqe, habelə, generalın bir gün “bandotdel”də saxlanması barədə xəbərimiz deyəsən, onu bərk əsəbləşdirib. Belə ki, baş redaktorumuz Pərviz Həşimliyə telefon açan Mövlam Şıxəliyev ondan yazıların səbəbini soruşub. Bu dialoqun ictimaiyyət üçün də maraqlı olduğunu nəzərə alıb, həmin söhbətin bəzi məqamlarını təqdim edirik: Mövlam Şıxəliyev: Siz gündə bir şey yazırsınız. Məndən nə istəyirsiniz? Pərviz Həşimli: MTN cinayətlərinin əsas məsuliyyətini daşıyan vəzifəli şəxs kimi sizdən yazılması təbii deyilmi? Mövlam Şıxəliyev: Mən neynəmişəm axı…Gedin, başqalarından yazın. Kim nə edibsə, hesabatını da özü verir. Mənim adımı hallandırmaqla, böhtan atırsınız. Pərviz Həşimli: MTN-də sizin rəisi olduğunuz baş idarədə yüzlərlə insanın qanunsuz istintaqları aparılıb, elə biri mənim özümü götürün. Eldar Mahmudovun məni şərləməsi üçün saxta hüquqi əsaslar yaratmısınız. Mən cinayətkar idim ki, tabeçiliyinizdə olan müstəntiq Elşən Murtuzov saxta istintaq aparırdı? Mövlam Şıxəliyev: Mən sənin istintaqını aparmışam? Səni kim tutub get, onların yaxasından yapış. Özün də bilirsən ki, səni kimlər tutub. Pərviz Həşimli: Siz MTN-nin İstintaq Baş İdarəsinin rəisi olmusunuz. Sizin idarə məni şərləyib. Məsuliyyət sizindir… Mövlam Şıxəliyev: Bilirsən, nə var, hər şeyi gözəl bilirsən… Mənlik bir şey yoxdur. Get, səni tutuanlarla, şərləyənlərlə mübarizə apar, məndən əl çək. Pərviz Həşimli: “Bandotdel”ə niyə aparılmısınız? Mövlam Şıxəliyev: Mən sənə sözümü dedim. Bilmədiyin şeyi yazma. (telefonun dəstəyini asır-red.)

16 Yanvar 2017 12:49

KİV numayəndələri və valideyinlər Aqrar Universitetdə imtahanların gedişini izləyib

112323

Azərbaycan Dövlət Aqrar Universitetində 2016/2017-ci tədris ilinin payız semestrinin imtahan sessiyası uğurla davam edir. Ən əsası tələbələr, onların valideyinləri belə  imtahanların təşkilindən və yaradılan şəraitdən tam razıdır. ADAU-nun mətbuat xidmətindən bildirilib ki, Universitet rektorunun imzaladığı əmrlə “Qaynar xətt” yaradılıb və əlaqə telefonu, e-mail ünvanı qeyd edilib, imtahanların cavablarını kodlaşdırmaq üçün qrup yaradılıb.  İmtahanlarda verilən qiymətlərə etiraz edən tələbələrin müraciətlərinə baxılması üçün bakalavriat və magistratura səviyyələrində apellyasiya komissiyaları təşkil edilib. Şəffaflığın, obyektivliyin, növbətçiliyin və digər məsələlərin təmin edilməsi üçün müvafiq struktur bölmələrə tapşırıqlar verilib, kütləvi informasiya vasitələri nümayəndələrinə və valideynlərə imtahanlarda iştirak etmək üçün şərait yaradılıb, imtahan fənləri üzrə mütəxəssis olmayan şəxslərdən ibarət  xüsusi nəzarətçilər qrupu və imtahan rəhbəri təsdiq edilib. Növbəti imtahanları isə bütün fakültə və korpuslarda KİV nümayəndələri valideyinlərlə birgə izləyib. Bir daha təsdiq olunub ki, ADAU da imtanlar olduqca şəffaf keçirilir və burda yalnız tələbənin biliyi əsas götürülür. Mətbuata açıqlama verən valideyinlər deyib ki, biz evdə uşaqlarımızdan eşitdiklərimizi gözlərimizlə gördük və əmin olduq ki, universitetdə yaradılan hər şərait yalnız tləbə üçündür.  Dövlətin aqrar sahənin inkişafına kompleks yanaşmasının bariz nümunəsi isə hazırlanan kadrlara göstərilən qayğıdan başlayır və ADAU da yüksək hazırlıqlı kadr olmaq üçün bütün baza formalaşıb. İmtahanların isə necə ədalətli keçməsini öz gözlərimizlə gördük. Demək yerinə düşər ki, İmtahan korpusunda tibb məntəqəsi təşkil edilib, və iki tibb işçisi təhkim olunub. Rektorun əmrinə müvafiq olaraq tədris işləri üzrə prorektorun sədrliyi ilə sessiyanın gedişində daxil olan müraciətlərin operativ şəkildə araşdırılmasını təmin etmək məqsədilə qərargah yaradılıb,  xüsusi otaq ayrılıb, telefonla təchiz edilib.  "Qaynar xətt”ə Universitetin internet ünvanından bir başa onlayn formada müraciət etmək imkanı da  yaradılıb. “Azərbaycan tarixi” fənni üzrə şifahi imtahanların qəbulu məqsədilə xüsusu komissiya yaradılıb. Yazılı imtahanların biletlərinin sualları sessiyadan xeyli əvvəl tərtib edilib, kafedra iclaslarında baxılıb, tələbələrə çatdırılıb, test sualları elektron imtahan bazasına yerləşdirilib, tələbələrin  semestrdə topladıqları balların nəticələri sessiyanın başlanğıcınadək elektron sistemə yüklənib. Sessiya imtahanları 2016-cı il dekabrın 29-dan başlayıb. Mühəndislik fakültəsinin tədris korpusunda 2 auditoriyada quraşdırılan 152 kompyuter vasitəsilə test formasında qəbul edilir. İmtahanlara kənar müdaxilələrin qarşısı tam alınıb, hər gün 1000-dək tələbə növbəliklə kompyuterlə imtahan verərək, sonda nəticəni də dərhal kompyuterdə  qəbul edir. Bütün tədris korpuslarında quraşdırılan videokameralar mühafizə və nəzarət üçün universitetin fəaliyyətinə müsbət təsir edən amillərdəndir.

14 Yanvar 2017 4:57

Pan Gi Mun prezident olmaq iddiasını vurguladı

Pan-BMT

BMT-nin keçmiş baş katibi Cənubi Koreyada keçiriləcək prezident seçkisində namizədliyini irəli sürmək niyyətində olduğunu bildirib. Pan Gi Mun məsələ ilə bağlı Cənubi Koreyanın paytaxtı Seuldakı hava limanında çıxış edib. Beş il BMT-nin baş katibi olmuş Pan Gi Mun ölkəsinin bölünmüş cəmiyyətini toparlamaq və yenidən cənubi koreyalıları birinci dərəcəli millət etmək istədiyini vurğulayıb. Ümumiyyətlə, bu il ölkədə növbədənkənar prezident seçkisinin keçiriləcəyi gözlənilir. Adı korrupsiya qalmaqalında hallandığından ötən il dekabrın 9-da Prezident Pak Kın Xenə impiçmenti elan edilib. Onun səlahiyyətlərini müvəqqəti olaraq baş nazir yerinə yetirir. Bir müddət əvvəl Cənubi Koreya prezidentinin keçmiş müşaviri An Çan Pom tutulub. Onun adı prezidentin rəfiqəsi ilə bağlı rüşvət qalmaqalında hallanırdı. Rəfiqəsi Çxve Sun Sil prezidentin qərarına təsir etmək üçün rüşvət almaqda şübhəli bilinir. Prokuror hesab edir ki, An Çon Pom vəzifə səlahiyyətlərini aşaraq, iş adamlarını müxtəlif qeyri-hökumət təşkilatlarına ianə verməyə məcbur edib. Prokuror bildirib ki, onlar Cənubi Koreyanın 50-dən çox şirkətini on milyonlarla dollar məbləğində ianə köçürməyə məcbur ediblər. Xatırladaq ki, Pan Gi Munu BMT-nin baş katibi postunda Antoniu Quterreş əvəzləyib. FAKTİNFO.AZ

13 Yanvar 2017 9:31

AzTU-da KİV nümayəndələrinin iştirakı ilə mediator – FOTO +

unnamed_(3)1484305974

Azərbaycan Texniki Universitetində (AzTU) imtahan sessiyasının gedişiylə tanış olmaq üçün mediator təşkiledilib. MediaturdaUniversitetin İctimai Şurasının üzvləri və KİV nümayəndləri iştirak edib. Media təmsilçiləri universitetin bir neçə auditoriyasında imtahanların gedişini izləyib və cavabların yoxlanılması prosesi haqqında məlumat əldə ediblər AzTU-nun rektor əvəzi, Xalıq Yahudovun sözlərinə görə, universitetdə imtahanlar həm test üsulu ilə, həm də yazılı formada keçirilir: "Bu ildən başlayaraq I kursda oxuyan bütün tələbələrdən imtahanlar yazılı şəkildə götürülür. Əvvəllər yalnız Xüsusi texnika və texnologiya fakültəsinin, SABAH qruplarının tələbələri və magistrlar yazılı imtahan verirdi. Rektor əvəzi bildirib ki, Universitetdə bütün məsələlər "Elektron Universitet Portalı" vasitəsilə nəzarətə götürülür, istər yazılı, istərsə də test imtahanlarının nəticələri dərhal həmin sistemdə qeydə alınır. Tələbə test imtahanlarının nəticələrini cavabları təsdiq etdikdən sonra dərhal kompüterin ekranından görür. Yazılı imtahanlar da test imtahanları kimi ciddi nəzarətə götürülüb, yazılar şifrələnir, sonra yoxlanılır. Həmin gün qiymətlər tələbələrə elan edilir. Hər günün sonunda istər yazılı, istərsə də test imtahanlarının nəticələri Universitetin Elektron Portalında yerləşdirilir". Xalıq Yahudov qeyd edib ki, universitetdə imtahan sessiyasının gedişinə nəzarət etmək məqsədilə Qərargah və Apelyasiya Komissiyası yaradılıb: "Qiymətləndirmədən narazı qalan tələbələrin Apellyasiya Komissiyasına ərizə ilə müraciət etməsi üçün şərait təmin edilib. Komissiya bütün müraciətlərə baxır, araşdırır, qiymətləndirmədə şəffaflıq və operativliyi təmin edir". X. Yahudovİctimai Şura üzvlərinə və KİV nümayəndələrinə bildirib ki, universitetdə imtahan prosesinin müşahidə olunması üçün valideynlərin iştirakına şərait yaradılır: "İmtahan sessiyası dövründə hər həftənin şənbə günləri "Açıq qapı" günləri keçirilir. Şikayət və təklifləri olan valideyn və tələbələr sərbəst müraciət etmək imkanına malikdirlər". Tur zamanı Universitetin İnnovati Təhsil və İKT departamenti ilə də tanışlıq olub. Tur iştiakçıları burada aztu.edu.az saytının imkanları haqqında məlumatlandırılıb. Bildirilib ki, sistem vasitəsi ilə akademik təhsil və imtahan nəticələri vahid mərkəzdə birləşdirilib. Bu yolla tədris prosesində operativlik və tam şəfaflıq təmin olunub.   Mediaturdan sonra Universitetin İctimai Şurasının iclası keçirilib. İclasda Şuranın sədri və katibi müəyyənləşdirilib. Üzvlərin yekdil qərarı ilə professor Şahlar Əsgərov Şuranın sədri, əməkdar jurnalist Flora Xəlilzadə isə katib seçilib. Daha sonra Şura üzvlərinə AzTU-da aparılan islahatlar, görülən işlər və yeniliklər haqqında geniş məlumat verilib. Şura üzvləri qərara gəlib ki, Universitetin bəzi problemlərinin həll olunması üçün AzTU rəhbərliyi ilə paralel onlar da fəaliyyət göstərəcək. Üzvlərdən bəzilləri Universitet rəhbərliyinə konkret təkliflər, bəziləri isə problemlərin həlli üçün kənar təşkilatlara müraciət etmək məsələsini gündəmə gətiriblər.   Sonda qərar alınıb ki, mütəmadi olaraq Şuranın iclasları keçirilsin və Universitet Elmi Şurasında İctimai Şuranın üzvlərin iştirakı təmin olunsun. İctimai Şuranın üzvləri bu yolla Universitetin bütün problemləri ilə yaxından tanış olmaq və həll olunması üçün səylərin səfərbər etmək niyyətindədir.  

13 Yanvar 2017 3:58

Polis idarəsində dəhşətli işgəncələrə məruz qalan qadın özünü 3-cü mərtəbədən atıb

176619_res_01

Lənkəran rayonunun Şürük kənd sakini, əslən Füzuli rayonundan məcburi köçkün, 46 yaşlı Yaqut Əliyeva Rayon Polis İdarəsində dəhşətli işgəncələrə məruz qalıb. Etmədiyi cinayəti boynuna qoymaq üçün döyülən qadın polis idarəsində namusuna toxunacaqlarından ehtiyat edərək, özünü idarənin 3 mərtəbəsindən atıb. Hazırda Respublika 1 saylı Kliniki Tibbi Mərkəzə (Semaşko) yerləşdirilən Y.Əliyevanın vəziyyəti ağırdır. Virtualaz.org-a polis idarəsində başına gətirilənləri danışan zərərçəkmiş döyülməsinin səbəbini 4 il əvvəl qonşuluqda baş verən ölüm hadisəsinin onun boynuna qoyulması ilə izah edir. Y.Əliyevanın sözlərinə görə, bir müddət öncə qonşuluqda yaşayan Azadə və Şəbnəm bacılarına 900 manat borc pul verib. Lakin borcunu geri istədikdə, bacılar onu hədələyib və polisə 2013-cü ildə yanaraq ölən qonşusu Fəxriyyə Hüseynovanı onun öldürdüyünü deyəcəklərini bildiriblər. Zərəçəkmişin sözlərinə görə, dekabrın 28-də axşam vaxtı namaz qılmağa hazırlaşarkən mülki geyimdə olan 5 polis əməkdaşı qəfil evinə soxulub və onu polis idarəsinə aparıblar. “Məni bir gecə orada saxladılar. Ertəsi gün Lənkəran Polis İdarəsinin rəis müavini Əlifağa Kazımovun otağına apardılar. O,  polislərə dedi ki, aparın bunu toka qoşun. Orada rəis müavinin gözünün qarşısında dubinka ilə döydülər. Başıma, bədənimə, hara gəldi təpikləyirdilər. O qədər döydülər ki, huşumu itirdim. Deyirdilər ki, ölən qonşum Fəxriyyəni öldürdüyümü boynuma alım. Hətta zorla mənə hansısa kağıza imza da atdırılar”, - deyə Y.Əliyeva bildirir. Zərərçəkmişin sözlərinə görə, polis idarəsində döyüləndən sonra onu Lənkəran Rayon Prokurorluğuna aparıblar. Qadın orada başına gətirilən işgəncələri danışaraq qonşunun ölümünü zorla boynuna qoyulduğunu bildirib. Prokurorluqda ifadəsi alınaraq buraxılsa da, qapıdan çıxarkən polis əməkdaşları ondan əl çəkməyiblər. Qollarından tutub maşına basaraq yenidən bölməyə gətiriblər. Y.Əliyeva bu dəfə daha möhkəm döyülüb və ondan prokurorluqda verdiyi ifadəni dəyişdirməsini istəyiblər. Döyülmə prosesində Əlifağa Kazımov özü də iştirak edib. “Bu dəfə ölənin adamları da idarədə idi. Onlar da məni vəhşicəsinə döydülər. Rəis müavini məndən ölənin adamlarından üzr istəməyi tələb etdi. Ayaqlarına düşüb dedim ki, qələt eləmişəm. Mənim heç bir günahım yoxdur. Məni döyə-döyə telefona çəkirdilər. Ə.Kazımov məni təpiklə döydü, dedi ki, bu gecə başına oyun açacağam. Sonra polislərə dedi ki, bunu aparın aşağı necə lazımdı dərsini verin. Dözə bilmədim, ayaqyoluna getmək üçün icazə aldım. Qorxdum ki, namusuma sataşarlar, özümü ayaqyolunun pəncərəsindən, 3-cü mərtəbədən tulladım”, - deyə Y.Əliyeva qeyd edir. Yıxılanda polislər qadını dövrəyə alıblar ki, birdən yaxınlıqdakı binaların yuxarı mərtəbəsindən kimsə hadisəni görüb kameraya çəkə bilər. 3 gün Lənkəran Rayon Xəstəxanasında qalan qadını polis əməkdaşları gecə yarısı Təcili yardım maşını ilə 1 saylı Kliniki Tibbi Mərkəzə gətiriblər. Ailəsinə, uşaqlarına onun özünü atması və işgəncələrlə bağlı heç nə deyilməyib. “Uşaqlarım balacadır - 6, 10, 13 yaşlarında. Yoldaşım rəhmətə gedib. Dalımca anam uşaqlarla birlikdə yemək gətiribmiş, onlara özümü atdığımı deməyiblər, deyiblər izahatını alıb buraxacağıq. Neçə gündür əməliyyatımı da ləngidirlər. Xəstəxana pulsuz əməliyyat edir, amma qiyməti 1800 manata yaxın olan mil alınmalıdır. Onurğa sümüyüm sınıq-sınıqdı, amma dağılmayıb. Dünən Ə.Kazımovun köməkçisi bura gəlmişdi. Mənə dedi ki, niyə özünü ayaq üstə atmısan, başı üstə atardın, ölərdin də. Sonra qardaşımla danışıb. Ona pul təklif edib, deyib ki, mil üçün lazım olan pulun 1500 manatını biz verərik, üstünü özünüz düzəldin, əməliyyat olunsun. Amma bir şərtlə ki, bu məsələ bağlansın, qalanını özümüz ört-basdır edərik”. Y.Əliyeva 2013-cü ildə dünyasını dəyişən F.Hüseynovanı yaxşı tanıdığını deyir. Onun sözlərinə görə, qadın elektrik sobasının üstünə yıxılaraq ölüb, onun qonşusunun ölümü ilə heç bir əlaqəsi yoxdur: “Mən Fəxriyyə ilə tanış idim. Onun xəstə anasının altını da mən təmizlımişəm. Kasıb adam idi, kömək edirdim. Mənə borcu olan qonşuların polislə əlaqəsi var, onlar birlikdə bu işi planlayıblar. Mənim boynuma almadığımı görüb hadisəni o biri qonşum Elgün Həşimovun üzərinə atıblar ki, guya ikimiz F.Hüseynovanı boğmuşuq. İndi də Elgünü inzibati həbsdə saxlayırlar, guya polisə müqavimət göstərib”, - deyə zərərçəkmiş bildirir.

13 Yanvar 2017 3:41

Fakt

Bizi izləyin