Bu yol sabahdan açılır

991cf9643bf2

Nobel prospektinin 1.6 kilometrlik hissəsində təmir-tikinti işləri yekunlaşdırılıb Yol Nobel prospektinin Yusif Səfərov küçəsinin kəsişməsindən “Ağ şəhər”ə qədər olan 1.6 kilometrlik hissəsində təmir-tikinti işləri yekunlaşdırılıb. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən  verilən məlumata görə, prospektin bu hissəsi sabahdan etibarən nəqliyyat vasitələrinin hərəkəti üçün tam olaraq açılacaq. Əvvəllər prospektin bu hissəsində səth sularının normal axıdılması üçün yağış-kanalizasiya sistemi yox idi. Nəticədə yağış yağarkən yolun hərəkət hissəsində gölməçələr əmələ gəlirdi. Bu isə öz növbəsində asfalt-beton örtüyünün sıradan çıxmasına səbəb olurdu. Bunu nəzərə alan Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC sözügedən ərazidə yağış-kanalizasiya sisteminin qurulması və asfalt-beton örtüyünün yenilənməsi üçün təmir-tikinti işlərinə başlamışdı. Görülən işlər nəticəsində Nobel prospektinin Yusif Səfərov küçəsinin kəsişməsindən “Ağ şəhər”ə doğru istiqamətdə səth suların normal axıdılması üçün 1 kilometrdən artıq yağış-kanalizasiya sistemi qurulub. Asfalt-beton örtüyünün üst qatı qaşınaraq, təqribən 30 min kvadrat metr əraziyə yeni asfalt-beton örtüyü döşənib, yolda komunikasiya xətlərinə 60-dan artıq baxış qapağı qoyulub, zəruri olan yerlərdə yağış barmaqlıqları yerləşdirilib. Bundan əlavə yol boyu 3 min poqon-metr səki daşı düzülüb. Qeyd edək ki, Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən I Avropa Oyunları öncəsi paytaxtın bəzi küçə və prospektlərində təmir-tikinti işləri həyata keçirilir. Təmir işləri tərtib olunmuş qrafikə əsasən həyata keçirilir və işlərin vaxtında yekunlaşdırılması üçün bütün qüvvələr səfərbər olunub. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC təmir işləri ilə əlaqədar yaranan müvəqqəti narahatçılığa görə üzr istəyir və sürücüləri aparılan işlərə anlayışla yanaşmağa çağırır.

16 May 2015 1:13

“ASAN” dünya mükafatı aldı

dya

Mükafatlar qaliblərə iyunun 23-də Kolumbiyada veriləcək “ASAN xidmət” BMT-nin 2015-ci il Dövlət Xidmətləri Mükafatına layiq görülüb. Ans press-in məlumatına görə, mükafat uğrunda seçim prosesi 2014-cü ilin oktyabrından 2015-ci ilin mayınadək davam edib. Bu prosesə dünyanın bütün ölkələrindən dövlət xidmətlərinin göstərilməsi sahəsində yüzlərlə təşəbbüs və layihə qatılıb. “ASAN xidmət” seçim prosesinin bütün mərhələlərindən uğurla keçib və aprelin 20-24-də BMT-nin Dövlət İdarəçiliyi üzrə Ekspertlər Komitəsinin illik sessiyasında qalib seçilib. “ASAN xidmət” “Dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsi” kateqoriyasında 1-ci yerə layiq görülüb. Dövlət Xidmətləri Mükafatı 2003-cü ildə təsis edilib və dövlət xidmətləri sahəsində ən nüfuzlu beynəlxalq mükafatdır. Hər il təqdim edilən mükafat qalib təşkilatlarda mükəmməlliyin, peşəkarlığın, idarəetmənin və vətəndaş məmnunluğunun ən yüksək səviyyədə təmin edilməsinin beynəlxalq tanınmasıdır. BMT-nin Dövlət Xidmətləri Mükafatının məqsədi dövlət idarəçiliyi sahəsində dünya ölkələrində mövcud olan ən qabaqcıl innovativ təcrübələri təltif etmək və bu kimi ən uğurlu təcrübələrin digər dövlətlər tərəfindən tətbiqini təşviq etməkdir. Mükafat ənənəvi olaraq BMT-nin Dövlət Xidmətləri Günü kimi qeyd edilən iyunun 23-də xüsusi təşkil olunan təltifetmə mərasimində qaliblərə verilir. Builki mərasim iyunun 23-26-da Kolumbiyanın Medellin şəhərində keçiriləcək beynəlxalq forum çərçivəsində baş tutacaq.

12 May 2015 3:08

Polşada Heydər Əliyevin 92-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

polsa8

Azərbaycan Respublikasının Polşadakı səfirliyi və Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş tədbir keçirib Tədbirdə Azərbaycan Respublikasının Polşadakı Fövqaladə və səlahiyyətli səfiri Həsən Həsənov, ASGA-nın sədri Səbuhi Abbasov, Azərbaycan Respublikasının Polşadakı Fövqaladə və səlahiyyətli səfirinin müşaviri Ülvi Baxşəliyev, ASGA Polşa nümayəndəliyinin sədri Anar Məmmədov, Polşanın nüfüzlü ictimaiyyət nümayəndələri və tələbə gənclər iştirak edirdilər. Tədbirdən öncə Polşada təhsil alan azərbaycanlı tələbələrin Varşavanın Mərkəzindən səfirliyə doğru VeloTuru reallaşdı. Azərbaycan bayrağı ilə bəzədilmiş velotur iştirakçıları bir neçə kilomet qət etdikdən sonra səfirliyə daxil oldular. Tədbiri Azərbaycan Respublikasının Polşadakı Fövqaladə və səlahiyyətli səfiri Həsən Həsənov açaraq Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən danışdı: “Heydər Əliyev birinci dəfə hakimiyyətə gələndən sonra Azərbaycan iqtisadiyyatında yeni bir səhifə açıldı. Bütün sahələr inkişaf etməyə başladı. 90-cı illərin əvvəllərində isə Azərbaycanda baş verən hadisələrin fonunda ölkəmizi yalnız və yalnız Heydər Əliyev kim nadiri şəxsiyyət xilas edə bilərdi. Onun ikinci dəfə hakimiyyətə qayıdışı isə məhv olmaq təhlükəsində olan Azərbaycanı xilas etdi. Onun yaratdığı, formalaşdırdığı siyasi və iqtisadi kurs Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir” Daha sonra ASGA-nın sədri Səbuhi Abbasov çıxış edərək Ümummilli lider Heydər Əliyevin xalqın təkidi ilə ikinci dəfə hakimiyyətə qayıdışını Azərbaycan üçün böyük qurtuluş olduğunu dedi: “Heydər Əliyevin həyata keçirdiyi ən önəmli islahatlardan biri də gənclər siyasətinin və proqramının işlənib hazırlanması oldu. Heydər Əliyevin təşəbbüsü ilə ilkin mərhələdə Gənclər Nazirliyinin, Gənclər forumunun və Gənclər gününün təsis edilməsi sağlam gələcəyə hesablanmış bir addım idi. Bu siyasət bugün də davam edir. Cənab Prezidentin təşəbbüsü ilə gənclərin müxtəlif təklif və layihələrinin reallaşdırılması məqsədi ilə 7 istiqamətdə müxtəlif fondlar yaradılmışdır. Bundan başqa Azərbaycan Avropanın strateji tərəfdarı kimi bir çox mühüm, siyasi, iqtisadi və mədəni beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bakı-2015: Birinci Avropa Oyunlarının Bakıda həyata keçirilməsi buna əyani nümunədir. Erməni lobbisi var gücü ilə çalışaraq İlk Avropa Oyunlarının Bakıda keçirilməsinə maneələr törətməyə çalışırlar. Lakin onlar bir məqamı lazımı səviyyədə qiymətləndirməyiblər. Bugün Azərbaycan gəncliyi informativ və innovativ biliklərinə görə dünyada ön sıradadırlar. Buda imkan verir ki, düşmənin bütün hücumlarını anındaca dəf edək” Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən filmin təqdimatı isə iştirakçılarda böyük marağa səbəb oldu. Sonra ASGA İdarə heyəti adından Azərbaycan Respublikasının Polşadakı Fövqaladə və səlahiyyətli səfiri Həsən Həsənova “SÜLH SƏFİRİ” mükafatı təqdim olundu. Bundan başqa ASGA İdarə heyəti adından Azərbaycan Respublikasının Polşadakı Fövqaladə və səlahiyyətli səfirinin müşaviri Ülvi Baxşəliyevaya və ASGA Polşa nümayəndəliyinin rəhbəri Anar Məmmədova “FƏXRİ DİLPLOM”lar təqdim oliundu. VeloTurda iştirak edən, Polşada təhsil alan azərbaycanlı gənclərə isə müxtəlif sertifikatlar hədiyyə verildi. Tədbirin sonunda iştirakçılar ölkəmizin ləziz təamlarını, milli mətbəxini dadmaq üçün yemək süfrəsinə dəvət olundular. Qeyd edək ki, “Heydər Əliyev polyakların gözü ilə” adlı tədbir Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilir. Layihə çərçivəsində eyni zamanda Varşavanın mərkəzində “Heydər Əliyev polyakların gözü ilə” və “Bakı-2015: Birinci Avropa Oyunları polyakların gözü ilə” adlı sərginin keçirilməsi də planlaşdırılıb.pia.az

12 May 2015 12:12

Gəncə Texniki Kollecinin direktoru ila bağlı şok xəbər – Gedəcəyini bildiyindən 300 min manat toplamaq qərarına gəlib

gence

Gəncə Texniki Kollecinin direktoru ila bağlı şok xəbər Gəncə şəhərində yerləşən Gəncə Texniki Kollecində maliyyə yoxlanılması zamanı külli miqdarda dövlət vəsaitininin mənimsənilməsi aşkarlanıb və qərara gəlinib ki, kollecin direktoru haqqında hüquq mühafizə orqanlarına müraciət edilsin. Bu barədə DİA.AZ-ın elektron poçtuna göndərilən məlumatda deyilir. Daha sonra xəbərdə qeyd olunur: “Media isə vaxtaşırı kollecin direktoru Eldar Əliyevin kobud davranışlarından, dərs bölgüsü zamanı narazılıq yaratmasından, tələbələrin semestr imtahanları zamanı rüşvət verməsinə məcbur edilməsindən, kollecə direktora yaxın şəxslərin müəllim və digər sahələrə işə götürülməsindən yazıb. Amma bir faydası olmayıb. Eldar Əliyev bu günə qədər də mənimsəmə və talançı hərəkətlərindən əl çəkməyib”. “Hazırda semestr imtahanları ilə bağlı kollecdə rüşvət yığma kampaniyasına start verildiyini iddia edən qaynaq dia.az-a yazır: “Eldar Əliyev kollecdən qovulmaq ərəfəsində qərara gəlib ki, tələbələrin 300 min manat rüşvət yığsın. Kollecdə 2 minə yaxın (qiyabi, əyani) tələbə təhsil alır. Onlar isə dərsə gəlmir, müxtəlif sahələrdə çalışır. Tələbə və müəllimlərdən Rusiyada işləyənlər də var. Adları kollecdə gedir. Onların məvacibi və təhsil haqları Eldar Əliyev tərəfindən mənimsənilir. Bu səbəbdəndir ki, Eldar Əliyev Gəncə şəhərində bahalı obyektlər alıb. Bakıda bir neçə mənzilə sahibdir. Komfortlu həyat tərzi sürən kollec direktoru pula o qədər hərisdir ki, kollecdən uzaqlaşdırıldığı ərəfədə də külli miqdarda rüşvət yığmağa başlayıb. Onun bu hərəkətlərinə təbii ki, təhsil nazirliyindəki himayədarları kömək edir. Yoxsa onun bu oyunlardan özünü təmizə çıxarması mümkünsüzdür”. Qarşı tərəfi də dinləməyə hazırıq...

8 May 2015 6:35

Mişanın Bakı komplimentləri…

92874_res_01

Ukrayna prezidentinin məsləhətçisi Mixail Saakaşvili Bakıya gəldi və getdi. Ondan qalan isə Azərbaycan hakimiyyətinin şəninə ünvanladığı bol-bol komplimentlər oldu. Bununla da Mişa Azərbaycandakı pərəstişkarlarını pəjmürdə etdi. Yerli liberalların və millətçilərin kumiri olan gürcüdən nədənsə bu tərifləri gözləmirmişlər. Sadəlövhlər. Mişa ani mənfəət üçün bundan da çoxuna qadirdir... Yadınıza salın: prezidentliyi dövründə Bakıya səfərlərindən birində onun Məmməd Əmin Rəsulzadənin adını çəkməsi millətçi düşərgədə necə coşğu yaratmışdı. Yaxud azəri liberalları üçün Mişa ölkəsini Qərbin neoliberal reseptlərinin eksperiment yerinə çevirmiş nümunəvi siyasətçidir. İndi isə hakimiyyətsiz, sərgərdan eks-prezident ona inananların ümidlərini çilik-çilik etdi. Təkcə onlarınmı? Yox, həm də Azərbaycan hakimiyyətinə onun münasibəti Avropanın münasibəti ilə qətiyyən üst-üstə düşmədi. Sitatlara diqqət yetirək. Məsələn, Saakaşvili söylədi: “Azərbaycandakı son dəyişikliklər məni sevindirdi. Bəziləri Azərbaycanda insan haqlarının pozulmasından danışırlar. Bu, ikiüzlü yanaşmadır”. Aydındır ki, bu “bəziləri” - Avropadır. Yəni Qərbi (ABŞ-ı çıxmaqla) o, “ikiüzlü” adlandırdı. Sonra Saakaşvili dedi: “Əgər Avropa həqiqətən də öz dəyərlərini müdafiə etmək istəyirsə, o, Azərbaycanla sıx əməkdaşlıq etməlidir”. Yəni əməkdaşlıq sıx olmazsa, deməli, Avropa dəyərlərinə sahib çıxmır və onları itirmək ərəfəsindədir. Bu da hamısı deyil. Daha bir sitat: “Azərbaycan bir çox Avropa ölkələrindən daha liberaldır. Bu ölkə sürətli modernləşmə yolunu seçib. Avropa cəmiyyəti bunu bilməli və anlamalıdır. Tez-tez belə bir fikir eşidirik: Rusiya - əməkdaşdır və ona hörmət etmək lazımdır, Azərbaycanda isə problemlər var. Elə çıxır ki, Azərbaycan balaca ölkə olduğu üçün onu tənqid etmək olar? Bu, Azərbaycana münasibətdə ikili yanaşmadır”. Bir sözlə, Saakaşvili Bakıda özünü YAP-çılardan daha çox YAP-çı kimi göstərdi. Pərəstişkarları fikir qırıqlığı yaşamasın, neyləsin? Bir sözlə, sevgisi də, nifrəti də heç bir sağlam mühakiməyə arxalanmayan, kumirlərini impulsiv seçən siyasi lümpenlər üçün daha bir soyuq duş! Günah isə peşman olanlardadır. Mişa elə həminki Mişadır - qətiyyən dəyişməyib. Onu Bakıya Açıq cəmiyyətlərin III Qlobal Forumunda iştirak üçün dəvət etmişdilər. Həm də təkcə onu yox, üstəlik qohum-əqrəbasını da. Yəni Bakı Gürcüstana ayaq basa bilməyən Mişa üçün anası Giuli və dayısı Temuri Alasaniya ilə görüş yeri oldu. O Temuri ilə ki, BMT-də illərlə çalışıb və korrupsiyaya bulaşdığını gürcü mətbuatı dəfələrlə qabardıb. Mişa vətənində qanundan kənardır. Barəsində Cinayət Məcəlləsinin beş maddəsi ilə iş açılıb. İttihamlar arasında büdcə oğurluğundan tutmuş (o cümlədən özünün və xanımının sifətini eks-prezident büdcə hesabına botokslayıb) 2007-ci ilin 7 noyabrında Tiflisdə mitinqi dağıdaraq şəhəri qan gölünə çevirməyinə qədər. Bu sonuncuda həlak olanların dəqiq sayı bəlli deyil (hər halda 10 nəfərdən çoxdur), həbs olunanlar isə yüzlərlədir. Və unutmayaq - gürcülərə divanı bu dəfə general Rodionov (1989-cu ilin aprelində olduğu kimi) yox, milli Mişa tutub. İttihamları inkar etməkdə Saakaşvili acizdir, əvəzində isə cinayət işinin siyasi motivli olduğunu təkrarlayır. Elə çıxır ki, siyasidirsə, cinayətlərə görə məsuliyyət daşımamalıdır. Və bunu özünü “demokrat” sayan birisi deyir. Üstəlik o, öz demokratlığını sübut etməkdə davam edir - Kiyev xuntasında vəzifə tutur. Onun Bakıda peyda olması Gürcüstan hakimiyyətini hərəkətə keçirdi. Rəsmi Tiflis Mişanın ekstradisiyasını xahiş etdi (bunun üçün qanuni baza da var). Vətəninə təhvil verilməyəcəyinə əmin olan Mişa isə Tiflis hakimiyyətinə ironik münasibət sərgilədi: “Onlar mənim ekstradisiyamla bağı müraciət ilə həm özlərini, həm də başlarını sındırırlar. Eybi yox, oliqarx İvanişvilinin hökmranlığı tezliklə bitəcək”. Halbuki aydındır: Saakaşvilinin özünün reytinqi yerlə sürünür. Əlbəttə, Bakının Saakaşvilini təhvil verməyəcəyi əvvəldən aydın idi. O, Bakıya gizli gəlməmişdi, onu rəsmən dəvət etmişdilər (niyə dəvət etmişdilər - bu, artıq başqa mövzudur). Və Azərbaycan prezidenti ilə çəkilmiş fotolar da çox isti qəbuldan xəbər verirdi. O da aydın idi ki, Tiflis ekstradisiya tələbində israr etməyəcək. Hansısa Saakaşviliyə görə Azərbaycanla münasibətləri qəlizləşdirmək absurd olardı. Gürcüstan azəri neftinin tranzit yoludur, ölkə azəri qazından bütünlüklə asılıdır, üstəlik Bakı Tiflisə qazı güzəştli qiymətlə verir (hər kubmetri 35 sentə), tarifləri dəyişmək niyyətində də deyil. Nəhayət, Gürcüstanın xarici dövriyyəsinin 11 faizi Azərbaycanın payına düşür (burada Bakını yalnız Türkiyə üstələyir). Get-gedə daha çox avantüristə və təxribatçıya çevrilən Mişaya görə Bakı ilə münasibətləri soyutmağa əlbəttə ki, dəymir. Bunlar hamısı öz yerində. Ancaq əsas çıxarılmalı nəticə başqadır: Mişa yuxarıda çəkdiyimiz sitatlarla Bakıda dərs verdi. Adeptləri bər-bəzəksiz, əsl Mişanı gördülər. O isə qətiyyən demokrata bənzəmirdi... Virtualaz.org

3 May 2015 8:47

BDU ABŞ universiteti ilə memorandum imzaladı

abbggn

BDU-da “Dəniz və enerji hüququ sahəsində əməkdaşlığın perspektiv istiqamətləri” mövzusunda tədbir keçirilib Universitetin mətbuat xidmətindən daxil olan məlumata görə, tədbir Bakı Dövlət Universitetinin hüquq fakültəsi ilə ABŞ-ın Tuleyn Universitetinin hüquq fakültəsinin birgə əməkdaşlığına həsr olunub. Universitetin rektoru Abel Məhərrəmov tədbirin əhəmiyyətindən və universitetlərarası münasibətlərdən söz açıb. O, BDU və Tuleyn Universiteti arasında 2012-ci ildə imzalanan niyyət protokoluna əsasən hüquq fakültəsinin iki tələbəsinin Tuleyn Universitetinin hüquq fakültəsində dəniz hüququ və enerji hüququ üzrə magistratura ixtisaslarında təhsil aldığını qeyd edən rektor bu layihənin gerçəkləşməsində SOCAR-ın maliyyə dəstəyi göstərdiyini xüsusilə qeyd edib.ABŞ-ın ölkəmizdəki səfiri Robert Sekuta çıxışında universitetlərarası əməkdaşlıqdan söz açıb və tədbirin həm də ölkələrarası münasibətlərə müsbət töhfə verəcəyini qeyd edib.Hüquq fakültəsinin Tuleyn Universitetində dəniz və enerji hüququ üzrə magistratura ixtisaslarında təhsil almış iki tələbəsinə «ikili diplom» təqdim edilib.Tədbirdə həmçinin Azərbaycan Respublikası Dövlət Dəniz Administarasiyası ilə Bakı Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb. Memorandumu rektor Abel Məhərrəmov və Administrasiyanın rəisi Qüdrət Qurbanov imzalayıblar. Memorandum BDU-nun hüquq fakültəsində dəniz hüququ və enerji hüququ üzrə təhsil alan tələbələrin bu qurumda təcrübə keçmələri, birgə əməkdaşlıq kimi məsələləri nəzərdə tutur.pia.az

28 Aprel 2015 2:46

Füzulidə səyyar ASAN xidmət fəaliyyətə başladı

seedd0

“ASAN xidmət” mərkəzlərinin təsis edilmədiyi regionlardakı əhaliyə xidmətlərin çatdırılması və mərkəzlərə gəlmədən vətəndaşların xidmətlərdən yararlanmalarının təmin edilməsi üçün zəruri müasir texnoloji avadanlıqlarla təchiz edilmiş irihəcmli xüsusi avtobuslar vasitəsi ilə səyyar formada əhaliyə xidmətlər göstərilir Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin informasiya təminatı şöbəsindən AzVision.az-a verilən məlumata görə, aprelin 27-dən mayın 10-a kimi Sabirabad, Saatlı, İmişli, Kürdəmir, Hacıqabul, Şirvan, Salyan, Beyləqan və Füzuli rayonlarının 900 000-ə yaxın sakini Səyyar ASAN xidmətdən Füzuli rayonunda yararlana biləcək. Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.Bu xidmətlərə aşağıdakılar daxildir: Notariat fəaliyyəti;Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı; Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi; Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi; Sürücülük vəsiqələrinin dəyişdirilməsi; Əmək pensiyalarının təyin edilməsi; Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi; Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi; Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi.Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin ediməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır pia.az

27 Aprel 2015 12:48

Quilmes Milli Universitetinin rektoru BDU-da

ddd6

Quilmes Milli Universitetinin rektoru doktor Mario Lozano Bakı Dövlət Universitetində olub BDU-nun Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru, professor İradə Əliyeva qonağa universitet haqqında məlumat verib, aparılan uğurlu təhsil islahatlarından danışıb, universitetin yaranma və inkişaf tarixindən, beynəlxalq əlaqələrindən bəhs edib. Qloballaşan dünyada vahid təhsil sisteminə inteqrasiyanın əhəmiyyətini vurğulayan prorektor bunun reallaşması istiqamətində universitetlərarası əməkdaşlığın önəmini xüsusilə qeyd edib.Quilmes Milli Universitetinin rektoru doktor Mario Lozano, öz növbəsində, təmsil etdiyi ali məktəb haqqında məlumatı görüş iştirakçılarının diqqətinə çatdırıb, son illər Argentina ilə Azərbaycan münasibətlərin dərinləşməsinin müşahidə olunduğunu bildirib. Bu baxımdan, universitetlərarası əməkdaşlığın daha da genişlənməsinə ehtiyac olduğunu vurğulayıb.Görüşdə Biologiya fakültəsinin dekanı, professor Akif Quliyev və Mikrobiologiya kafedrasının müdiri, professor Xudaverdi Qəmbərov iştirak edib.Sonda qonaqlar universitetlə yaxından tanış olmaq məqsədilə laboratoriyalar, Heydər Əliyev muzeyi, Elektron Tədris Mərkəzində olublar.Qeyd edək ki, rektor Mario Lozano 20-dən artıq elmi xülasənin müəllifi, bununla yanaşı, konqres,universitet və müəssisələrdə 114 konfransın təşkilatçısıdır. Həmçinin Argentinanın Mikrobiologiya Assosiasiyası Cəmiyyətinin, Tətbiqi Biokimya Cəmiyyətinin və Virusologiya Cəmiyyətinin idarə heyətinin üzvüdür.pia.az

24 Aprel 2015 4:00

“Facebook”un gəliri azalıb

16638

“Facebook”un xərclərinin artımı сari ilin birinci rübündə dünyanın ən böyük sosial şəbəkəsinin gəlirinə mənfi təsir göstərib 31 mart 2015-ci il tarixində bağlanmış üçaylıq hesabat dövrünün nəticəsinə görə, “Facebook”un xalis mənfəəti 509 milyon dollar təşkil edib. Bir il əvvəl bu göstərici 639 milyon dollar olub.“Facebook”un gəlirinin azalmasının əsas səbəbi əməliyyat xərclərinin artmasıdır. Tədqiqat və işləmələrə yatırılan investisiyalar 133 faiz, marketinq və satışların təşkilinə xərclər isə 2 dəfə yüksəlib. “Qafqazinfo”nun məlumatına görə, “Facebook” heyətin sayının artımına, planetin bütün sakinlərini internetə qoşmaq üçün “Internet.org” layihəsinə, virtual reallıq texnologiyalarının hazırlanmasına və şirkətlərin satın alınmasına aktiv sərmayə yatırıb. 2014-cü ildə Mark Zukerberqin şirkəti “WhatsApp” messencerini 21 milyard dollara satın alıb.Hazırda “Facebook” yalnız auditoriyası 1 milyardı ötən sosial şəbəkə deyil, artıq “WhatsApp” (800 milyon aktiv istifadəçi), “Facebook Messenger” (600 milyon) və “Instagram”ın (300 milyon) yer aldığı mobil tətbiqlər silsiləsidir.Böyük miqyaslı biznes və reklam sayəsində 2015-ci ilin birinci rübündə “Facebook”un mədaxili 41 faiz yüksələrək 3,54 milyard dollar təşkil edib.2015-ci ilin yanvar-martında “Facebook”un gündəlik aktiv auditoriyası illik hesablama üzrə 17 faiz yüksələrək 936 milyon istifadəçi təşkil edib. “Facebook”dan ayda ən azı bir dəfə istifadə edənlərin sayı 1,44 milyarddır. 31 mart 2015-ci il tarixinə olan məlumata əsasən, “Facebook”un mobil istifadəçilərinin aylıq auditoriyası 1,25 milyarda çatıb.

24 Aprel 2015 1:53

Fakt

Bizi izləyin