AzTU-da KİV nümayəndələrinin iştirakı ilə mediator – FOTO +

unnamed_(3)1484305974

Azərbaycan Texniki Universitetində (AzTU) imtahan sessiyasının gedişiylə tanış olmaq üçün mediator təşkiledilib. MediaturdaUniversitetin İctimai Şurasının üzvləri və KİV nümayəndləri iştirak edib. Media təmsilçiləri universitetin bir neçə auditoriyasında imtahanların gedişini izləyib və cavabların yoxlanılması prosesi haqqında məlumat əldə ediblər AzTU-nun rektor əvəzi, Xalıq Yahudovun sözlərinə görə, universitetdə imtahanlar həm test üsulu ilə, həm də yazılı formada keçirilir: "Bu ildən başlayaraq I kursda oxuyan bütün tələbələrdən imtahanlar yazılı şəkildə götürülür. Əvvəllər yalnız Xüsusi texnika və texnologiya fakültəsinin, SABAH qruplarının tələbələri və magistrlar yazılı imtahan verirdi. Rektor əvəzi bildirib ki, Universitetdə bütün məsələlər "Elektron Universitet Portalı" vasitəsilə nəzarətə götürülür, istər yazılı, istərsə də test imtahanlarının nəticələri dərhal həmin sistemdə qeydə alınır. Tələbə test imtahanlarının nəticələrini cavabları təsdiq etdikdən sonra dərhal kompüterin ekranından görür. Yazılı imtahanlar da test imtahanları kimi ciddi nəzarətə götürülüb, yazılar şifrələnir, sonra yoxlanılır. Həmin gün qiymətlər tələbələrə elan edilir. Hər günün sonunda istər yazılı, istərsə də test imtahanlarının nəticələri Universitetin Elektron Portalında yerləşdirilir". Xalıq Yahudov qeyd edib ki, universitetdə imtahan sessiyasının gedişinə nəzarət etmək məqsədilə Qərargah və Apelyasiya Komissiyası yaradılıb: "Qiymətləndirmədən narazı qalan tələbələrin Apellyasiya Komissiyasına ərizə ilə müraciət etməsi üçün şərait təmin edilib. Komissiya bütün müraciətlərə baxır, araşdırır, qiymətləndirmədə şəffaflıq və operativliyi təmin edir". X. Yahudovİctimai Şura üzvlərinə və KİV nümayəndələrinə bildirib ki, universitetdə imtahan prosesinin müşahidə olunması üçün valideynlərin iştirakına şərait yaradılır: "İmtahan sessiyası dövründə hər həftənin şənbə günləri "Açıq qapı" günləri keçirilir. Şikayət və təklifləri olan valideyn və tələbələr sərbəst müraciət etmək imkanına malikdirlər". Tur zamanı Universitetin İnnovati Təhsil və İKT departamenti ilə də tanışlıq olub. Tur iştiakçıları burada aztu.edu.az saytının imkanları haqqında məlumatlandırılıb. Bildirilib ki, sistem vasitəsi ilə akademik təhsil və imtahan nəticələri vahid mərkəzdə birləşdirilib. Bu yolla tədris prosesində operativlik və tam şəfaflıq təmin olunub.   Mediaturdan sonra Universitetin İctimai Şurasının iclası keçirilib. İclasda Şuranın sədri və katibi müəyyənləşdirilib. Üzvlərin yekdil qərarı ilə professor Şahlar Əsgərov Şuranın sədri, əməkdar jurnalist Flora Xəlilzadə isə katib seçilib. Daha sonra Şura üzvlərinə AzTU-da aparılan islahatlar, görülən işlər və yeniliklər haqqında geniş məlumat verilib. Şura üzvləri qərara gəlib ki, Universitetin bəzi problemlərinin həll olunması üçün AzTU rəhbərliyi ilə paralel onlar da fəaliyyət göstərəcək. Üzvlərdən bəzilləri Universitet rəhbərliyinə konkret təkliflər, bəziləri isə problemlərin həlli üçün kənar təşkilatlara müraciət etmək məsələsini gündəmə gətiriblər.   Sonda qərar alınıb ki, mütəmadi olaraq Şuranın iclasları keçirilsin və Universitet Elmi Şurasında İctimai Şuranın üzvlərin iştirakı təmin olunsun. İctimai Şuranın üzvləri bu yolla Universitetin bütün problemləri ilə yaxından tanış olmaq və həll olunması üçün səylərin səfərbər etmək niyyətindədir.  

13 Yanvar 2017 3:58

Polis idarəsində dəhşətli işgəncələrə məruz qalan qadın özünü 3-cü mərtəbədən atıb

176619_res_01

Lənkəran rayonunun Şürük kənd sakini, əslən Füzuli rayonundan məcburi köçkün, 46 yaşlı Yaqut Əliyeva Rayon Polis İdarəsində dəhşətli işgəncələrə məruz qalıb. Etmədiyi cinayəti boynuna qoymaq üçün döyülən qadın polis idarəsində namusuna toxunacaqlarından ehtiyat edərək, özünü idarənin 3 mərtəbəsindən atıb. Hazırda Respublika 1 saylı Kliniki Tibbi Mərkəzə (Semaşko) yerləşdirilən Y.Əliyevanın vəziyyəti ağırdır. Virtualaz.org-a polis idarəsində başına gətirilənləri danışan zərərçəkmiş döyülməsinin səbəbini 4 il əvvəl qonşuluqda baş verən ölüm hadisəsinin onun boynuna qoyulması ilə izah edir. Y.Əliyevanın sözlərinə görə, bir müddət öncə qonşuluqda yaşayan Azadə və Şəbnəm bacılarına 900 manat borc pul verib. Lakin borcunu geri istədikdə, bacılar onu hədələyib və polisə 2013-cü ildə yanaraq ölən qonşusu Fəxriyyə Hüseynovanı onun öldürdüyünü deyəcəklərini bildiriblər. Zərəçəkmişin sözlərinə görə, dekabrın 28-də axşam vaxtı namaz qılmağa hazırlaşarkən mülki geyimdə olan 5 polis əməkdaşı qəfil evinə soxulub və onu polis idarəsinə aparıblar. “Məni bir gecə orada saxladılar. Ertəsi gün Lənkəran Polis İdarəsinin rəis müavini Əlifağa Kazımovun otağına apardılar. O,  polislərə dedi ki, aparın bunu toka qoşun. Orada rəis müavinin gözünün qarşısında dubinka ilə döydülər. Başıma, bədənimə, hara gəldi təpikləyirdilər. O qədər döydülər ki, huşumu itirdim. Deyirdilər ki, ölən qonşum Fəxriyyəni öldürdüyümü boynuma alım. Hətta zorla mənə hansısa kağıza imza da atdırılar”, - deyə Y.Əliyeva bildirir. Zərərçəkmişin sözlərinə görə, polis idarəsində döyüləndən sonra onu Lənkəran Rayon Prokurorluğuna aparıblar. Qadın orada başına gətirilən işgəncələri danışaraq qonşunun ölümünü zorla boynuna qoyulduğunu bildirib. Prokurorluqda ifadəsi alınaraq buraxılsa da, qapıdan çıxarkən polis əməkdaşları ondan əl çəkməyiblər. Qollarından tutub maşına basaraq yenidən bölməyə gətiriblər. Y.Əliyeva bu dəfə daha möhkəm döyülüb və ondan prokurorluqda verdiyi ifadəni dəyişdirməsini istəyiblər. Döyülmə prosesində Əlifağa Kazımov özü də iştirak edib. “Bu dəfə ölənin adamları da idarədə idi. Onlar da məni vəhşicəsinə döydülər. Rəis müavini məndən ölənin adamlarından üzr istəməyi tələb etdi. Ayaqlarına düşüb dedim ki, qələt eləmişəm. Mənim heç bir günahım yoxdur. Məni döyə-döyə telefona çəkirdilər. Ə.Kazımov məni təpiklə döydü, dedi ki, bu gecə başına oyun açacağam. Sonra polislərə dedi ki, bunu aparın aşağı necə lazımdı dərsini verin. Dözə bilmədim, ayaqyoluna getmək üçün icazə aldım. Qorxdum ki, namusuma sataşarlar, özümü ayaqyolunun pəncərəsindən, 3-cü mərtəbədən tulladım”, - deyə Y.Əliyeva qeyd edir. Yıxılanda polislər qadını dövrəyə alıblar ki, birdən yaxınlıqdakı binaların yuxarı mərtəbəsindən kimsə hadisəni görüb kameraya çəkə bilər. 3 gün Lənkəran Rayon Xəstəxanasında qalan qadını polis əməkdaşları gecə yarısı Təcili yardım maşını ilə 1 saylı Kliniki Tibbi Mərkəzə gətiriblər. Ailəsinə, uşaqlarına onun özünü atması və işgəncələrlə bağlı heç nə deyilməyib. “Uşaqlarım balacadır - 6, 10, 13 yaşlarında. Yoldaşım rəhmətə gedib. Dalımca anam uşaqlarla birlikdə yemək gətiribmiş, onlara özümü atdığımı deməyiblər, deyiblər izahatını alıb buraxacağıq. Neçə gündür əməliyyatımı da ləngidirlər. Xəstəxana pulsuz əməliyyat edir, amma qiyməti 1800 manata yaxın olan mil alınmalıdır. Onurğa sümüyüm sınıq-sınıqdı, amma dağılmayıb. Dünən Ə.Kazımovun köməkçisi bura gəlmişdi. Mənə dedi ki, niyə özünü ayaq üstə atmısan, başı üstə atardın, ölərdin də. Sonra qardaşımla danışıb. Ona pul təklif edib, deyib ki, mil üçün lazım olan pulun 1500 manatını biz verərik, üstünü özünüz düzəldin, əməliyyat olunsun. Amma bir şərtlə ki, bu məsələ bağlansın, qalanını özümüz ört-basdır edərik”. Y.Əliyeva 2013-cü ildə dünyasını dəyişən F.Hüseynovanı yaxşı tanıdığını deyir. Onun sözlərinə görə, qadın elektrik sobasının üstünə yıxılaraq ölüb, onun qonşusunun ölümü ilə heç bir əlaqəsi yoxdur: “Mən Fəxriyyə ilə tanış idim. Onun xəstə anasının altını da mən təmizlımişəm. Kasıb adam idi, kömək edirdim. Mənə borcu olan qonşuların polislə əlaqəsi var, onlar birlikdə bu işi planlayıblar. Mənim boynuma almadığımı görüb hadisəni o biri qonşum Elgün Həşimovun üzərinə atıblar ki, guya ikimiz F.Hüseynovanı boğmuşuq. İndi də Elgünü inzibati həbsdə saxlayırlar, guya polisə müqavimət göstərib”, - deyə zərərçəkmiş bildirir.

13 Yanvar 2017 3:41

“Azərbaycan milli rəqsləri” layihəsi icra olundu – FOTO + VİDEO

image10

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, layihə rəhbəri Vüqar Paşayevin təşkilatçılğı ilə 8-ci qrant müsabiqəsinin qalibi olmuş “Yeniyetmə və gənclər arasında “Azərbaycan milli rəqsləri” yarış - müsabiqə” layihəsinin yekun konserti respublikanın müxtəlif regionlarında fəaliyyət göstərən “Zirvə”, “Çovqan”, “Təbəssüm”, “Leyla”, “Azad”, “Dostluq”, “Şənlik”, “Aysel” rəqs kollektivlərinin iştirakı ilə “MetroPark” alış-veriş mərkəzində təşkil olunub. Faktinfo.az  xəbər verir ki, geniş kütlənin diqqətinin cəlb olunması, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 5 illik uğurlu fəaliyyətini ictimayətə çatdırılması və qala konsert təntənəli şəkildə təşkil olunması məqsədi ilə “MetroPark” alış-veriş mərkəzində layihə icra olunması qərara alınıb. Layihədə iştirak üçün çoxsaylı fərdi və kollektiv, peşəkar və qeyri- peşəkar rəqqaslar müraciət etmiş, bunlardan mütəxəssislər tərəfindən seçilmiş kollektivlər yekun konsertə dəvət almışlar. Gənclər Fondunun dəstəyi ilə təşkil olunmuş həvəsləndirici və təbliğat xarakterli “Azərbaycan milli rəqsləri” layihəsi genişmiqyaslı milli rəqs müsabiqəsinin ənənəsini yaratmaqla yanaşı, gəncləri milli irsimizə sahib çıxmalarına təkan verilməsi, rəqslə məşğul olmağa sövq edilməsi, asudə vaxtlarının səmərəli keçirilməsini təmin edəcəkdir. Böyük kütlənin izlədiyi, 8 rəqs kollektivi, 100-dən artıq rəqqas tərəfindən ifa olunan 20-yə yaxın rəqs nömrələrinin yer aldığı konsert proqramı hamı tərəfindən maraqla qarşılanıb. Yekun konsertdə iştirak edən kollektivlərə, onların rəhbərlərinə diplom, fəxri fərman və sertifikatlar təqdim olunub.

11 Yanvar 2017 8:28

Mehriban Əliyeva Fransa nümayəndə heyəti ilə görüşüb

mehri

PrevNext Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Fransa Respublikasının Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyinin inkişaf və frankofoniya məsələləri üzrə dövlət katibi Jan-Mari Le Guenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.   Faktinfo.az -ın məlumatına görə, M. Əliyeva bu səfərin Azərbaycan-Fransa əlaqələrinin möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib, bu gün Azərbaycan və Fransa arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğunu və bir çox sahələri əhatə etdiyini böyük məmnunluqla bildirib.   Azərbaycanın birinci xanımı deyib ki, informasiya texnologiyaları, kosmos və digər sahələrdə yaxşı əməkdaşlıq qurulub, Fransa şirkətləri ölkəmizdə uğurla fəaliyyət göstərir.   Heydər Əliyev Fondunun prezidenti humanitar sahədəki əlaqələri xüsusi qeyd edib, son illər Azərbaycan ilə Fransa arasında bu sahədəki əlaqələrin yeni səviyyəyə çatdığını deyib. Ölkələrimiz arasında təhsil sahəsində son illərin ən böyük nailiyyətlərindən biri kimi Bakıda Fransız Liseyinin və Fransız-Azərbaycan Universitetinin - UFAZ-ın fəaliyyətə başlamasını qeyd edən M. Əliyeva 4 ixtisas üzrə qəbulun həyata keçirildiyi universitetdə 5-ci ixtisasın da tədris olunacağını məmnunluqla bildirib.   Son illər Azərbaycan ilə Fransanın şəhərləri və regionları arasında qardaşlaşma haqqında 12 sazişin imzalandığını deyən Heydər Əliyev Fondunun prezidenti bunun həm siyasi, həm iqtisadi, həm də humanitar sahələrdə əlaqələrin inkişafına xidmət edəcəyini vurğulayıb. Azərbaycanın birinci xanımı ölkələrimiz arasında parlamentlərarası əlaqələrin yüksək səviyyədə olduğunu söyləyib. Azərbaycan-Fransa dostluq qrupunun rəhbəri kimi Mehriban Əliyeva bu sahədə daha sıx əməkdaşlığın qurulmasının mümkünlüyünə əminliyini bildirib. M. Əliyeva Fransada fəaliyyət göstərən Azərbaycanın Dostları Assosiasiyasının fəaliyyətindən danışıb, bu assosiasiyanın ikitərəfli əməkdaşlığa mühüm töhfə verdiyini qeyd edib.   Jan-Mari Le Guen isə Heydər Əliyev Fondunun prezidentinin fəaliyyətini yüksək qiymətləndirib, bu fəaliyyətin həm də Fransa ilə dostluq və əməkdaşlıq əlaqələrinə töhfə olduğunu söyləyib. Qonaq Bakıda Fransız-Azərbaycan Universitetinin fəaliyyətə başlamasında Mehriban Əliyevanın rolunu və dəstəyini xüsusi qeyd edib.

11 Yanvar 2017 5:57

Fakt

Bizi izləyin