BSU-da beynəlxalq konfrans keçirilib

“Alman dili və ədəbiyyatı ilə bağlı multukultural və transkultural tədqiqatlar” mövzusunda beynəlxalq konfrans keçirilib. Martın 3-də Bakı Slavyan Universitetində (BSU) “Alman dili və ədəbiyyatı ilə bağlı multukultural və transkultural tədqiqatlar” mövzusunda beynəlxalq konfrans keçirilib. BSU-nun Germanistika İnstitutunun təşkilatçılığı ilə baş tutan konfransın əvvəlində Azərbaycan və Almaniyanın Dövlət himnləri səslənirilib. Tədbiri giriş sözü ilə açan Almaniyanın Osvald fon Volkenştayn cəmiyyətinin prezidenti, Vürsburq Universitetinin professoru Ziqlinde Hartman çıxışında Germanistika İnstitunun BSU-da yeni yaranmasına baxmayaraq böyük uğurlara imza atdığını dilə gətirib. BSU tələblərinin alman dilinə olan marağını yüksək dəyərləndirən Z. Hartman konfransın işinə uğurlar arzulayıb. Çıxış edən BSU-nun rektoru, professor Nurlana Əliyeva bildirib ki, multikultural dəyərlərin önündə təhsil və elm gəlir: “Düşünürəm ki, belə konfranslar gənclərimizin elm və təhsil sahəsində beynəlxalq aləmə inteqrasiyasında böyük rol oynayacaq. Elm və təhsil dünyanın mütərəqqi hissəsinin bir araya gəlməsinə zəmin yaradır. Dildən yaxşı ünsiyyət vasitəsi ola bilməz. BSU-da gənclərin alman dili və ədəbiyyatını dərindən mənimsəmələri xalqlarımızın bir-birinə yaxınlaşmasının başlıca şərtidir”. Almaniyanın Azərbaycandakı səfirliyinin nümayəndəsi xanım Tereza Şönfeld səfirlik adından konfrans iştirakçılarını salamlayıb. O qeyd edib ki, yaxın günlərdə səfirlik tərəfindən almanların Almaniyadan Azərbaycana köçürülməsinin 200 illiyi münasibəti ilə böyük konfrans keçiriləcək. Səfirlik nümayəndəsi həmin köçkünlərin Şillerin, Hötenin dilini Azərbaycana gətirdiyini, alman mədəniyyətinin, adət-ənənlərinin burada inkişafına rəvac verdiyini bildirib. T.Şönfeld alman dilinin təkcə şeir sənət dili olmadığını, bu dilin həm də dünya iqtisadiyyatının dili olduğunu qeyd edib. Konfransda çıxış edən Türkiyənin Marmara Universitetinin professoru İclal Cankorel Bakıda olmağından məmnun qaldığını deyərək konfransda yüksək səviyyəli mövzuların müzakirəsinin aparılacağını diqqətə çatdırıb. İ.Cankorel bu mövzuların Mərmərə Universitetində də daim müzakirə olunduğunu bildirib. Alman Akademik Mübadilə Xidmətinin (DAAD) Bakı ofisinin rəhbəri Stephanie Dufaux Germanistikanın bu gün bir çox ölkələrdə inkişafda olduğunu nəzərə çatdırıb. Bakı Slavyan Universitetində Germanistika İnstitutunun fəaliyyətini xüsusilə yüksək qiymətləndirən S.Dufaux bu universitetdə 200-dən artıq tələbənin alman dilini öyrənməsinin bu dilə göstərilən diqqətin sübutu olduğunu söyləyib. DAAD tərəfindən keçirilən dil kurslarında BSU-nun alman dilini tədris edən müəllimlərinin və bu dili öyrənən tələblərin daim fəal olduğunu qeyd edib. Konfransda iştirak edən professor Vilayət Hacıyev dəvətə görə təşəkkürünü bildirib, bu konfransın alman ədib və filosoflarının əsərlərinin dilimizə tərcüməsinə, ümumiyyətlə almanşünaslığa olan diqqəti artıracağını söyləyib. BSU-nun Germanistika İnstitutunun direktoru Sevinc Rzayeva konfransın alman modeli əsasında keçirildiyini vurğulayıb. S. Rzayeva bu konfransın Azərbaycanda almanşünaslığın inkişafına təkan verəcəyini, ölkələrimiz arasında daha sıx münasibətlərin dərinləşməsinə müsbət təsir göstərəcəyini bildirib. Qeyd edək ki, konfrans öz işini iki gün müddətində 6 bölmə üzrə davam etdirəcək.

3 Mart 2017 4:43

Bu hərəkətlər kişini yoldan çıxarır-Qadınların nəzərinə

Sadə, adi hesab etdiyimiz bəzi davranışlar əslində kənardan çox cazibədar görünə bilər. Xüsusən də qadınlarda. Hər zaman kişilər üzərində xüsusi təsir gücünə malik olan qadınlar onların diqqətini cəlb etməyə çalışırlar. Gülümsəyin Gülümsəyin. Məsum bir gülümsəmənin açmayacağı qapı yoxdur. Şəhvətlə şəfqət arasındakı xətti silən ilk həmlə bir təbəssümdür. Məsumiyyətinizi qoruyun Nə qədər seksual, alovlu olduğunuzu vurğulasanız, kişiləri qorxudarsınız. Bu halda sizdən uzaqlaşar. İmkan verin bəzi şeyləri bilmədiyinizi düşünsün. Kiçik toxunuşlar Kiçik toxunuşlar sandığınızdan daha çox təsirlidir. Yan-yana oturarkən dizlərinin toxunmasına imkan verin. Danışarkən barmaq uclarınızla əllərinə, dizinə toxunun. Dekolteniz azca aralansın Hərəkət etdikcə öz-özünə aralanan yüngül dekoltelər, dərin dekolteyə nisbətən çox adrenalin yaşadır. Azca əyilin, hərəkət edin, gerisi onun xəyal gücünə qalsın. Baxışlarınızı üzündə gəzdirin Davamlı gözlərinin içinə baxaraq deyil, baxışlarınızı üzündə gəzdirərək danışın, xüsusilə də arada bir dodaqlarına baxın. Sıxlıq bir yerdə nə istədiyinizi söyləyin Restoranda yemək yeyərkən, birlikdə yeriyərkən, tamamilə gündəlik sadi şeyləri danışarkən məhrəm saatlarınızda nə istədiyinizi söyləyin və sonra söhbətinizə qaldığınız yerdən davam edin. Alt paltarlarınızı çıxarın Alt paltarlarınızı geyimlərinizdən əvvəl çıxarın. Bununla kişinin ağlını başdan alacaqsınız.

1 Mart 2017 8:24

Siqaretin nağdsız satışına icazə verildi

Tütün məhsullarının kartsız (nağdsız) satışına icazə verildiyi və qiymətlərin aşağı düşdüyü bildirilir. Xəbər verdiyimiz kimi, Azərbaycanda topdansatış mərkəzlərində siqaretlərin nağd pulla satışı qadağan edilmiş, nağd pulla satınalma əməliyyatlarının həyata keçirilməsi dayandırıldığı üçün mağazalarda müəyyən növ siqaretlərin qıtlığı müşahidə edilirdi. Yeni qaydalara görə, tütün məhsullarının pərakəndə satışı istisna olmaqla, onların alqı-satqısı yalnız nağdsız şəkildə aparıla bilər. İstənilən dükan siqaret almaq üçün ya bank hesabına, ya da VÖEN-ə bağlı kart hesabına malik olmalıdır. Tütün məmulatlarının pərakəndə satışı istisna olmaqla, aksiz markaları ilə markalanmalı olan məhsulların nağd yolla az miqdarda satılması, belə məhsulların satış məqsədləri üçün nağd qaydada az miqdarda alınmasına görə, 100 manat cərimə nəzərdə tutulub. Burada "az miqdarda" 50 manatlıq məbləği nəzərdə tutur. Topdan və pərakəndə satış obyeklərinin nümayəndələri yeni qaydaların həm biznesə, həm də istehlakçılara ciddi ziyan vurduğunu bildirirdilər. Müşahidələr göstərib ki, hazırda qanuni şəkildə istehsal edilən siqaretləri əsasən Bakıda yerləşən iri supermarket şəbəkələrində tapmaq mümkündür. Hətta onlar üçün də siqaretləri vaxtlı-vaxtında əldə etmək asan deyil. Bu da öz növbəsində bəzi siqaretlərin qıtlığı ilə nəticələnir. Belə supermarketlərin sayı isə çox deyil. Lakin istehlakçılar siqaret almaq üçün adətən iri marketlərə müraciət etmirlər, onların siqaret almaq üçün tez-tez müraciət etdikləri orta və kiçik dükanlarda isə siqaret qıtlığı yaranıb. Nağd satış qadağan olunduqdan sonra, piştaxtalarda leqal siqartetlərin yerini qaçaqmal yolu ilə gətirilən, büdcəyə heç bir vergi və rüsumu ödənilməyən, mənşəyi bilinməyən siqaretlər tutmağa başlamışdı. (Fins.az)

1 Mart 2017 11:12

Şahmar İbadov qardaşını bələdiyyəyə necə yerləşdirib? – İddialar

Abidin Fərzəliyev 14 ildir ki, Bakının Nərimanov rayonuna rəhbərlik edir Politika.Az-a verilən yeni məlumata görə, bu müddətdə rayondakı ərazilərin qarış-qarış satılıb. Son xəbərə görə, icra başçısının müavini Şahmar İbadovun bələdiyyə üzvü olan qardaşı torpaqların satışında xüsusi fəallıq edir. Məlumata görə, Ş.İbadov bələdiyyəyə öz yaxın qohum-əqrəbasını yerləşdirib və istəklərini reallaşdırır. Ş.İbadovun bələdiyyə seçkiləri zamanı əvvəlcədən nəzərdə tutulan 19 adamı hər biri ayrı-ayrılıqda bələdiyyə üzvü seçilib. Hətta o zaman siyahı mətbuatda təqdim olunub, lakin başçı müavini seçkilərə müdaxilə edib.Bundan sonra Nərimanov ərazilərini pay-püş etmək, bələdiyyənin əli ilə əraziləri satmaq asanlaşıb. Nərimanov rayonunda yeni tikilmiş binaların qazsız olmasıdır. Bu rayon Bakının sənaye ərazisi olub. Hazırda bir zavod və ya fabrik işləmir.Belə ki, kondisioner zavodu fəaliyyətsizdir, Elektroterm Şin zavodu indi otelə çevrilib, Komvol zavodu, Ulduz zavodu, Bakmil zavod, Elektroştamp zavodu, Mərkəzi elektrotökmə və digər zavodların ərazisixarabalığa çevrilib. A.Fərzəliyevin yarıtmaz idarəçiliyi nəticəsidir ki, sənaye rayonunda zavodlar dayanıb, yüzlərlə insan böhran dövründə işsiz qalıb. Habelə, Nərimanovun ara yolları, məhəllələri bərbad vəziyyətdədir. İcra başçısı 14 ildə bu yolları təmir etməyi ağlına gətirməyib.Nəticədə başçı ilə müavini bələdiyyədəki adamların əli ilə rayonun ərazilərini satırlar. Bakının mərkəzi rayonlarından biri iki məmur arasında bölüşdürülüb. Şəhərin tən ortasını sözün əsl mənasında dədə malı kimi pay-püş edən, qubernatorluq yaradan vəzifəli şəxslər bu imkanları bir-birinə yaradıb. Nərimanov kimi mərkəzi rayon Abidin Fərzəliyev-Şahmar İbadov arasında bölünüb. İcra başçısı və müavini paytaxtın ən strateji rayonlarından birini inhisara alıb. Onların nəzarətindən kənarda nə bir sahibkar, nə kommersiya obyekti var. Total şəkildə rayona nəzarət edən başçı-müavin tandeminin əsas praktiki Ş.İbadovdur. A.Fərzəliyev Ş.İbadovu qabağa verərək məsuliyyəti onun üzərinə qoyub. Bu, həm ona olan etimaddan irəli gəlir, həm adının hallanmaması üçün bu priyomu istifadə edir. Məlumatlarda bildirilir ki, ciddi dayaqlara malik olan icra başçısı yüksək çinli məmurlardan bir çoxu ilə hesablaşmır.

27 Fevral 2017 5:27

Azərbaycan təhsilində “yenilik“: valideynlərə rüşvət sənədi imzalatdırılır – FOTO

Sumqayıt şəhər 21 saylı orta məktəbin direktoru valideynlərdən rüşvət toplamaqda ittiham olunur. Lent.az-ın məlumatına görə, məktəb direktoru İbrahimov Vladim Məhəmməd oğlu məktəbdə keçirilən kiçik summativ qiymətləndirmə, böyük summativ qiymətləndirmə, formativ qiymətləndirmə və. s. üçün testlərin çıxarılmasına lazım olan bütün xərcləri könüllü olaraq valideynlərin öz öhdəsinə götürdüyünü təsdiqləyən akt hazırlayıb və valideyn komitəsinin bütün üzvlərinə imzalatdırır.  Valideynlər şikayət edir ki, əgər məktəbin bütün irili-xırdalı xərcləri onların boynunda olacaqsa, onda uşağı məktəbə qoymasınlar, elə özləri evdə öyrətsinlər. Məsələ ilə bağlı qarşı tərəfin də fikrini öyrənməyə çalışdıq. Məktəb direktoru Vladim İbrahimov deyir ki, haqqında yayılan məlumatların heç biri həqiqətə uyğun deyil: “Həmin fotonu sosial şəbəkədə yayan məktəbin rus sektoru üzrə I sinif şagirdinin valideynidir. Hazırda həmin sinfin valideyn komitəsinin üzvü yanımdadır. Fotonu paylaşan şəxsi gözləyirik ki, bu məsələni müzakirə edək. Valideyn komitəsinin üzvünün dediyinə görə, valideynlər özləri öz təşəbbüsü ilə belə bir şey etmək istəyiblər və aktı həmin valideynə göstərəndə o, əsəbiləşib şəkilini çəkib və sosial şəbəkədə paylaşıb”. V.İbrahimov deyir ki, bu işdən xəbərdar olsaydı, qətiyyən icazə verməzdi: “Hazırlanan bu aktdan xəbərim yoxdur və elə bir şey olsa, icazə verməzdim. Məgər mən  o qədər təcrübəsizəm ki, belə bir iş görüm?! Məktəbdə keçirilən bütün test summativ qiymətləndirmə üçün gərəkli xərcləri  məktəb özü qarşılayır.  Kim istəyir, gəlib yoxlama aparsın.  Məktəbdə 1500 şagird oxuyur, 137 müəllim işləyir.  Ümumtəhsil məktəbləri arasında bizim məktəb 46-cı yerdədir. Məktəbimizdə hər il şagirdlərin 69 faizi tələbə adını qazanır.  Bu, bizim işimizin nəticəsidir”. Təhsil Nazirliyindən Lent.az-a bildirilib ki, məsələ nazirliyin Daxili Nəzarət Şöbəsinə yönləndirilib və  xidməti araşdırma aparılır.

23 Fevral 2017 4:28

Kür çayında təhlükə- biogen maddələrin miqdarı normadan dəfələrlə artıqdır

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə fevral ayının II ongünlüyü üçün növbəti monitorinqləri həyata keçirib. Nazirlikdən Gununsesi.info-ya verilən məlumata görə, fevral ayının II ongünlüyündə Kür çayında suyun sərfi fevral ayının I ongünlüyünə nisbətən 15 m3/san artaraq 138 m3/san təşkil edib. Monitorinqin nəticələrinə əsasən Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olması müşahidə olunub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar Şıxlı-2 məntəqəsində 4.4, Ağstafaçayda 4, Ağstafaçay su anbarında isə 3.4 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib. Fevral ayının II ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə fenollar Araz çayı üzrə Horadizdə 2.4, I Şahsevəndə 2.7, Bəhramtəpədə isə 2.3 dəfə YVQH-ni keçib. Mis birləşmələri isə Kür və Araz çayları üzrə bütün məntəqələrdə norma daxilində tərəddüd edib. Suyun oksigen rejimi bütün məntəqələrdə 5.75-6.80 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.

22 Fevral 2017 4:12

Türkiyədən Azərbaycana ciddi güzəştlər gəlir

Türkiyə Azərbaycanın Naxçıvan Muxtar Respublikasında istehsal olunan məhsulların idxalçılarını gömrük rüsumlarının ödənişindən azad etməyə hazırdır. Bu barədə Türkiyənin ərzaq, kənd təsərrüfatı və heyvandarlıq naziri Faruk Çelik bildirib. Onun sözlərinə görə, Türkiyənin şərq vilayətlərinin tələbatını təmin etmək üçün sərhədyanı ticarət çərçivəsində qonşu ölkələrdən bir sıra ərzaq məhsulları idxal oluna bilər: "Bununla belə, Türkiyə Ümumdünya Ticarət Təşkilarının qaydalarına uyğun fəaliyyət göstərməlidir". F.Çelik qeyd edib ki, Türkiyə Nazirlər Kabineti ötən il "Sərhədyanı ticarətin nizamlanması haqqında" qərar qəbul edib. Bu qərara əsasən, Naxçıvandan ölkənin sərhədyanı vilayətlərinə idxal müəyyən edilmiş limit çərçivəsində həyata keçiriləcək: "Bu qərarla əlaqədar olaraq, Naxçıvandan idxal olunan mallara münasibətdə gömrük rüsumunun sıfır dərəcəsi tətbiq ediləcək. Naxçıvan Türkiyə ilə Azərbaycan arasında "birləşdirici halqa"dır. Naxçıvan coğrafi mövqeyinə görə strateji əhəmiyyət kəsb edir". Qeyd edək ki, bundan əvvəl Azərbaycan iqtisadiyyat nazirinin müavini Sahil Babayev Trend-ə Naxçıvan Muxtar Respublikasında istehsal olunan malların tədarükü zamanı gömrük güzəştləri əldə etmək üçün Türkiyə ilə danışıqlar aparıldığını bildirmişdi.

21 Fevral 2017 11:08

Fakt

Bizi izləyin