Qənirə Paşayeva: “Tovuz istiqamətində baş verən hadisə birbaşa Ermənistanın təxribatıdır”

qenire

  “Bu gün Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində baş verən hadisə birbaşa Ermənistanın və işğalçı ölkənin silahlı qüvvələrinin təxribatıdır. Tovuzla, aidiyyatı qurumlarla tez-tez danışırıq. Azərbaycan Ordusu Ermənistanın təxribatının qarşısını layiqli şəkildə alıb,sərhədlərimizi, mülkü vətəndaşlarımızı qoruyublar”. Strateq.az bildirir ki, bu barədə Milli Məclisin üzvü, Tovuz rayonundan seçilmiş deputat Qənirə Paşayeva bildirib. Deputat qeyd edib ki, işğalçı Ermənistan və onların havadarları hər zaman olduğu kimi yenə də yalan idddialarla Azərbaycanı günahlandırmağa çalışırlar: “Bu ilk hadisə deyil,son zamanlar Tovuz istiqamətində və digər istiqamətlərdə işğalçı ölkənin ordusu dəfələrlə təxribatlara əl atıblar amma hər dəfə də ordumuz layiqli cavabını verib. ATƏT-in Minsk Qrupu həmsədr ölkələrinin təmsilçiləri ümumi açıqlamalar verməkdənsə işğalçı ölkədən işğalı bitirməsini tələb etsələr o zaman münaqişə də həllini tapa bilər”. Deputat KTMT-nin baş katibi Nikolay Bordyujanın bəyanatını tənqid edib: “Bir az əvvəl oxudum ki Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı baş katibi Nikolay Bordyuja baş verən hadisəni təxribat adlandırıb. Amma bu təxribatı törədən ölkənin Ermənistan olduğunu deməyib. Hər zaman olduğu kimi…”

29 Dekabr 2016 5:26

Aqrar Univeristet fakultələrdə nəticələri müzakirə edib

img_1757

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il şənliyi Azərbaycan Dövlət Aqrar Universitetində böyük coşqu ilə qeyd edilib. Bir neçə gün əvvəl Yeni il gecəsi keçirilib, tləbələrlə rektorluq yeni istafadəyə verilən tələbə evinin həyətində bayram təntənəsini yaşayıblar. Silsilə tədbirləri davamı olaraq bütün fakültələrdə isə ötən ilin uğurları təhlil edilib, qarşıda duran vəzifələr dilə gətirilib.          ADAU-nun mətbuat xidmətinin xəbərinə görə Aqrar İqtisadiyyat,  Aqrobiznes və İdarəetmə fakültələrinin professor-müəllim kollektivi də bayram ərəfəsində bir araya gəlib, ilin uğurlarına nəzər salınıb, problem və nöqsanların aradan qaldırılması yolları müzakirə edilib. Universitetin rektoru, professor, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov tədbirdə çıxış edib, Dünya Azərbaycanlılarının Həmrəylik Gününün dəyərindən, tarixi mahiyyətindən danışıb, kollektivi təbrik edib. Ötən ilin uğurlarından söz açan rektor İbrahim Cəfərov mövcud nöqsanları da nəzərə çatdırıb və qarşıda daha mühüm vəzifələrin olduğunu, bu gün aqrar sahəyə bazar rəqbətli kadrlar hazırlamağın əsas hədəf götürüldüyünü bildirib.          Hər iki fakültənin professor və müəllimləri də çıxışlarında əldə edilən naaliyyətlərin daha da artırılması barədə fikir və təkliflərini səsləndirib, yeni ildə mövcuq çatışmazlıqların aradan qaldıralacağna əminliklə söz veriblər

29 Dekabr 2016 2:20

Direktor: ‘İndi kim 10 manata bütün günü çöldə işləyər?’

tarverdi-muellim

«Bu gün elmdə əsas problemlərdən biri çöl-tədqiqat işlərinin aparılması, digəri isə beynəlxalq, xarici qrant layihələri ilə bağlıdır». Bunu Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov bildirib. R.Məmmədov deyib ki, Nazirlər Kabineti çöl-tədqiqat, ekspedisiya işlərindən ötrü ödənişlər haqqında yeni qaydalar hazırlayıb: «Təsdiq olunan yeni qaydalara əsasən, çöldə tədqiqat işlərini aparmaq üçün elmi işçiyə 10 manat verilir. Əlavə maşın tutulsa, sürücüyə yanacağı da özündən olmaq şərti ilə yenidən 10 manat verilir». İnstitut direktoru sual edir ki, indi kim 10 manata bütün günü çöldə işləyər? Yaxud hansı sürücü öz maşını və yanacağı ilə birlikdə bütün gününü çöl işlərinə sərf edər?: «Gələcəkdə bu sahədə işlərin uğurlu olması üçün maliyyə məsələlərinə yenidən baxılmalıdır, dəyişikliklər edilməsinə ehtiyac var». R.Məmmədov deyib ki, xarici qrantların alınması ilə bağlı da müəyyən problemlər var: «Qalib gələn alim xarici qrant hesabında olan maliyyəni ala bilmir. Nazirlər Kabineti yeni qayda qoyub ki, qrantlar Nazirlər Kabinetində qeydiyyatdan keçilməlidir, icazə alınmalıdır. Yalnız bundan sonra fəaliyyətə başlamaq olar». R.Məmmədova görə, belə hallar elm adamlarını işdən soyudur. Gələn ilin dövlət büdcəsində elm xərcləri azaldılıb. 2017-ci ilin dövlət büdcəsində elm xərcləri 118.5 milyon manat proqnozlaşdırılır. Bu, 2016-cı ilin eyni göstəricisindən 13 milyon manatdan da çox azdır. Üstəlik, nəzərə almaq lazımdır ki, ötən il Azərbaycanda manat iki dəfə dəyər itirib. Bu il isə 1 ABŞ dolları 1 manat 55 qəpikdən 1 manat 76 qəpiyə yüksəlib Son illər qrantların qeydiyyatı ilə də bağlı prosedurlar bir xeyli çətinləşib. Bundan vətəndaş cəmiyyətinin təmsilçiləri də narazılıq edirlər.

28 Dekabr 2016 7:50

Kənd Təsərrüfatı Nazirliyi yeyintilərlə bağlı Baş Prokurorluğa müraciət etdi

trend_respublika_prokuroglugu_160513_01

Kənd Təsərrüfatı Nazirliyinə daxil olan müraciətə əsasən, Nazirliyin internet saytında (http://agro.gov.az/subsidiyalar) yerləşdirilmiş məlumatda Şəhla Məmmədəli qızı İsmayılovaya ödəniləcək yardımın məbləği 9900 AZN göstərildiyi halda, Kapital Bank ASC-nin Zərdab filialı tərəfindən istehsalçıya 5000 AZN ödənilib. Bu barədə nazirlikdən məlumat verilib.Bildirilir ki, Kənd Təsərrüfatı Nazirliyinin apardığı araşdırmalar zamanı Yardımların verilməsi üzrə Respublika Komissiyası tərəfindən Zərdab rayon komissiyasına təqdim edilmiş siyahı ilə Zərdab rayon komissiyasından Kapital Bank ASC Zərdab filialına göndərilmiş siyahı müqayisə edilib. Nəticədə məlum olub ki, 238 nəfər istehsalçıya bank tərəfindən faktiki ödənilən vəsaitlə Respublika Komissiyasının ödənilməsi barədə qərar qəbul etdiyi vəsait arasında 37185,50 manat fərq var. Nəzərdə tutulduğundan artıq olan həmin vəsait məhsul istehsalçılarının bir qisminə ödənilməli məbləğdən azaldılaraq digər istehsalçıların bank hesablarına köçürülüb.Nazirlik bildirir ki, Nazirlər Kabinetinin 15 fevral 2007-ci il tarixli 32 nömrəli qərarına əsasən, kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdikləri yanacaq və motor yağlarının 50%-nin dövlət tərəfindən ödənilməsini təmin etmək məqsədi ilə hər hektara 50 manat məbləğində yardım verilir. Rayon icra hakimiyyəti başçılarının sərəncamı ilə yaradılmış ərazi komissiyaları hər bir rayon üzrə əkin sahələri və yardım alan istehsalçılar barədə məlumatları toplayaraq, Yardımların verilməsi üzrə Respublika Komissiyasına təqdim edir. Yardımların köçürülməsi üçün rayon komissiyaları yardım veriləcək istehsalçıların siyahısı, bank rekvizitləri və onlara veriləcək yardımın məbləği barədə məlumatı müvəkkil banka göndərir.Şəffaflığı təmin etmək üçün subsidiya alacaq kənd təsərrüfatı məhsulları istehsalçılarının siyahısı (rayonun, kəndin, məhsul istehsalçısının adı, əkin sahəsi və alacağı subsidiyanın miqdarı) Kənd Təsərrüfatı Nazirliyinin internet saytında http://agro.gov.az/subsidiyalar ünvanında yerləşdirilir.Kənd Təsərrüfatı Nazirliyi aşkar etdiyi nöqsanlara hüquqi qiymət verilməsi üçün sənədləri Respublika Prokurorluğuna göndərib.

28 Dekabr 2016 1:22

Tu-154 təyyarəsinin qəza anını görən şahid: “Arxa təkəri üstündə gedən motosikletə oxşayırdı”

tey

  Soçidə dənizə düşmüş TU-154 təyyarəsinin qəzaya uğradığı anı görən və bunu videoya çəkən şahidlər var. “Kommersant” qəzetinin yazdığına görə, onlardan biri Rusiya Federal Təhlükəsizlik Xidmətinin Soçi sərhəd dəstəsinin sahil mühafizə xidmətinin hadisə vaxtı dənizdə patrul xidməti həyata keçirən əməkdaşıdır. Həmin əməkdaşın adı açıqlanmır, ancaq “Kommersant” onun qəzanı araşdıran komissiyaya verdiyi ifadəyə əsasən yazır ki, şahid təyyarənin Adler aerportundan havaya qalxdıqdan sonra yüksəklik yığmaq əvəzinə sürətlə aşağı endiyini və bir neçə dəqiqə sonra dənizin səthi ilə toqquşub parçalandığını deyib. Sərhədçinin dediyinə görə, Tu-154 təyyarəsinin havadakı vəziyyəti ona hətta eniş vəziyyəti üçün də qəribə gəlmişdi. Çünki təyyarənin burun hissəsi qeyri-normal vəziyyətdə yuxarı idi, sanki arxa təkərinin üstündə gedən motosikli xatırladırdı. “Bir neçə an sonra təyyarə quyruq hissəsi ilə suyun səthinə toxundu və arxa hissəsi parçalandı, ardınca sürətlə suyun dibinə getdi”-şahid danışıb. Aviasiya üzrə ekspertlər şahidin danışdıqlarına əsasən belə qənaətə gəliblər ki, qəza hər halda ekipajın səhvi ilə bağlıdır. Çünki pilotlar təyyarəni həddən artıq cəld qaldırmağa çalışıblar və nəticədə layner qanadların qaldırıcı qüvvəsinin azalması ilə yüksəklik itirməyə başlayıb. Bildirilir ki, 2006-cı ildə “Rossiya” aviaşirkətinin Tu-154M təyyarəsi Donetsk yaxınlığında analoji situasiya üzündən qəzaya uğramışdı. Qeyd edək ki, ötən bazar günü Suriyaya uçan TU-154 təyyarəsi Qara dənizə düşüb və 92 nəfər həlak olub. Hazırda Tu-154 laynerinin “mühərrikə kənar predmetin düşməsi nəticəsində” qəzaya uğraması versiyası önə keçib. Bununla belə mənbə pilot səhvi və texniki nasazlıq versiyalarının da araşdırıldığını bildirib.

27 Dekabr 2016 5:17

Prokuror Xətaidəki yanğınla bağlı tutulanlara şərti cəza istədi

f33afcfa-f5ce-44fd-8161-ddf79e2bfe07

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Xətai rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğında təqsirləndirilən Fərid Sadıqov və Zaur Əşrəfovun cinayət işi üzrə məhkəmə keçirilib. Teleqraf.com-un məlumatına görə, hakim Eldar İsmayılovun sədrlik etdiyi prosesdə prokuror təqsirləndirilən şəxslərə cəza istəyib.Prokuror Fərid Sadıqovun 4 il, Zaur Əfrəfovun 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Dövlət ittihamçısı onların barəsində 70-ci (şərti məhkum etmə) maddənin tətbiq edilməsini və 3 il sınaq müddəti olmaqla şəti cəza verilməsini, həmçini məhkəmə dövründə vəfat edən Nüsrət Muxrarovun barəsində olan cinayət işinə xitam verilməsini təklif edib. Prosesdə çıxış edən təqsirləndiriləndirilənlərin vəkilləri müdafiə etdikləri şəxslərə bəraət istəyiblər. İttihama görə, yanğın hadisəsi ötən il aprelin 10-da Bakının Xətai rayonu, Zığ yolu,16 ünvanda baş verib. “TNH” şirkəti tərəfindən doqquzmərtəbəli yaşayış binasının fasadının poliuretan materialla üzlənməsi yanğınla nəticələnib. Bu hadisədən sonra Fərid Sadıqov, Zaur Əşrəfov və Nüsrət Muxtarov həbs olunublar. Nüsrət Muxtarov iyulun 13-də saxlandığı Bakı İstintaq Təcridxanasında vəfat edib.Bundan sonra cinayər işi üz təqsirləndirilən şəxs qismində tanınmış və məhkəmə istintaqı zamanı vəfat etmiş Nüsrət Muxtarovun nümayəndəsi olan onun oğlu Asif Muxtarov hərbi xidmətə gedib. Bu səbəbdən mərhumun qardaşı Elşən Muxtarov cinayət işi üzrə nünayəndə olacaq, zərərçəkmişlərə dəymiş ziyanın ödənilməsi üçün mülkü cavabdehliyi o daşıyacaq.

27 Dekabr 2016 3:05

“Şərurlu İsfəndiyar”ın işində meyxanaçı ifadə verdi – MƏHKƏMƏ

isfen

Tanınmış iş adamı "Şərurlu İsfəndiyar" kimi tanınan İsfəndiyar Axundova qarşı dələduzluqda təqsirləndirilən Asif Pirəliyevin cinayət işi üzrə məhkəmə davam edib. Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə tanınmış meyxanaçı Elşən Xəzər ifadə verib. Meyxanaçı bildirib ki, "Şərur İnşaat"a məxsus binadan mənzil alıb: "Evi 8 il əvvəl 59500 manata aldım. Asifi şəxsən tanıyırdım, münasibətim var. Evi də onun vasitəsilə tapdıq. Pulları ofisə vermişik. Amma konkret kimə verdiyimi xatırlamıram. Yoxlama zamanı evimin sənədlərinin qaydasında olduğunun aydınlaşdırdım. Mən binaya yoxlama gələndə də sənədləri verdim, yoxladılar. Ödənişləri göstərən çekləri də verdim. Baxdılar hamısını yoxladılar. Mənzilin orderi var. Amma "kupçası" yoxdur. Məni İsfəndiyar müəllim özü də tanıyır". Asif Pirəliyev isə bildirib ki, həqiqətən də Elşən Xəzərlə münasibətləri var. Qeyd edək ki, A.Pirəliyev İsfəndiyar Axundova məxsus evləri ondan xəbərsiz satmaqda və tikinti sahəsində bir neçə dələduzluq əməlində təqsirləndirilir. İttihama görə, Asif Pirəliyev "Şərur" inşaatın Xətai rayonu, Xudu Məmmədov küçəsində inşa etdiyi binada olan bir neçə evi satıb. Ş.İsfəndiyarın şikayəti ilə hər iki şəxs cinayət məsuliyyətinə cəlb olunub. İ.Axundova ümumilikdə 1 milyon 900 min manat dəyərində ziyan dəydiyi qeyd edilib.

26 Dekabr 2016 5:49

Fakt

Bizi izləyin