Fətullah Gülən Kanadaya qaçmaq istəyir

Fətullah Gülənin Kanada da gizlənə bilməsi üçün ferma satın aldığı məlumatı üzə çıxıb. Faktinfo.az xəbər verir ki, ABŞ prezidenti Donald Trampın hakimiyyətə gəlməsindən sonra Türkiyə ilə ABŞ arasında Fettullahçı Terror Təşkilatının (FETÖ) başçısı Fətullah Gülənin qaytarılması ilə əlaqəli işlər sürətlənib. Pensilvaniyada yaşayan terrorçu Fətullah Gülənin qaytarmasını tələb edən Türkiyə bu müddət ərzində ABŞ-a çox sayda əhəmiyyətli məlumat və sənəd göndərib. Hətta Ədliyyə naziri Bəkir Bozdağ Gülənin geri qaytarılması prosesi ilə əlaqədar ABŞ-a səfər edib və əhəmiyyətli görüşlər keçirib. Ancaq bütün bunlara baxmayaraq Gülənin qaytarılması ilə əlaqəli Obama rəhbərliyindən gözlənilən nəticə əldə edilməyib. 15 İyul çevriliş cəhdinin ardınca ABŞ-dan qaçacağı bildirilən Gülənin Türkiyəyə  verilməsi prosesi Trampın prezident seçilməsiylə daha da sürətlənib. Keçdiyimiz həftələrdə də Tramp administrasiyasının Gülənin qaytarılması məsələsinə müsbət yanaşdıqlarıını görən FETÖ-çular hərəkətə keçərək Gülən üçün Kanadadan ferma satın alıb. Qeyd edək ki, Türkiyə ilə Kanada arasında ekstradisiya ilə bağlı razılaşma yoxdur. Bu səbəbdən Pensilvaniyada yaşayan Gülən Kanadaya qaçsa özünün təhlükəsizliyini təmin etmiş olacaq. ABŞ isə Gülənin "etibarlı liman" olaraq gördüyü Kanadaya qaçma iddiaları ilə əlaqəli məlumat tələb edib. Türkiyə Ədliyyə Nazirliyi də Gülənin Kanadaya qaça biləcəyi ilə bağlı məlumatları ötən cümə günü ABŞ-a göndərib. Göndərilən sənədlərdə FETÖ tərəfindən Kanadada satın alınan fermanın ünvanı, kimlər tərəfindən və nə zaman satın alındığı ilə bağlı məlumatların yer aldığı ifadə edilir. Fermanı satın alan şəxslərin türk vətəndaşı olduğu məlumatı vurğulanıb, lakin satın alan şəxsin  şəxsiyyəti isə gizli tutulur. Xatırladaq ki, Türkiyə tərəfi ekstradisiya razılaşmasına uyğun olaraq ABŞ-dan Gülənin müvəqqəti olaraq həbs olunmasını tələb etmişdi. 10 Sentyabr 2016-cı ildə ABŞ-a göndərilən bu tələblə bağlı indiyədək heç bir əməliyyat həyata keçirilməyib. Ədliyyə naziri Bəkir Bozdağ Gülənin başqa ölkəyə gedə biləcəyi iddiaları ilə əlaqəli "Kanada başda olmaqla fermalar satın alındığına dair ciddi məlumatlar var. Başqa ölkələr də var. Kanada da bu iş daha sürətli aparılır" deyə fikir bildirmişdi. Digər tərəfdən Bozdağ, ABŞ prezidenti Donald Tramp tərəfindən Ədliyyə Nazirliyi vəzifəsinə gətirilən Jeff Sessionsa biraz əvvəl  Gülənin qaytarılması ilə əlaqəli bir məktub göndərib. Məktubda," 15 İyul çevriliş təşəbbüsünün təlimatını verən və hələ də milli təhlükəsizliyimiz üçün böyük bir təhdid olaraq qalan Gülənin qaytarılması hər  iki ölkə arasında inkişafa böyük töhfə verəcək " fikiri yer alıb.

27 Fevral 2017 11:50

Zeynəb Xanlarovadan müharibə çağırışı

Neçə illərdir Milli Məclisdə hamı çıxış edir. Özümüz deyib, özümüz eşidirik. Torpaqlarımız işğal edilib, şəhidlərimiz olub. Birdəfəlik müharibə edək. Onlar da qırılsın. Mən onu demək istəyirəm ki, bu danışıqlara qulaq asan, bu işlərə baxan, problemi həll edən yoxdur. Elə müharibə edib torpağımızı geri alaq. Öz torpağımızı alırıq da. Bunu xalq artisti, millət vəkili Zeynəb Xanlarova Milli Məclisin sessiyasında çıxışı zamanı deyib. Z.Xanlarova qeyd edib ki, son 25 ildə kifayət qədər qədər şəhidlər vermişik: “Birdəfəlik ya ölüm, ya da qalım olsun. Nə ATƏT-ə, nə də filankəsə qulaq asıram. Mənim evimə giriblər. Mən heç kimin evinə girməmişəm. Amma hər şeyin bir həddi var. Həmişə sülh tərəfdarı olmuşam. 25 ildir burada danışırıq. Hər dəfə şəhid olanda elə bilirəm ki, balalarım ölür, ağlamağım gəlir, bağrım çatlayır. Biz haçana qədər dözməliyik? Onsuz da onlar müsəlmanın düşmənidir. Mənim müharibə etməyə gücüm çatar. Niyə onlardan xahiş edirəm ki, icazə verin, torpağımı geri qaytarsınlar? Niyə icazə istəməliyəm? Torpağımı alıb, mən də gedirəm torpağımı geri almağa. Xocalını geri qaytarmaq lazımdır. Ürəyimdən gələn sözləri deyirəm. Həmişə xaricə gedəndə öz disklərimin yerinə Xocalı soyqrımı ilə bağlı diskləri aparırdım. Allah erməniləri vurub. Vuruşmaq və torpaqları almaq lazımdır”.

24 Fevral 2017 2:47

Pakistan mətbuatında Xocalı soyqırımı ilə bağlı məqalə dərc olunub (FOTO)

Pakistanın “Election Times” qəzetində və elektron portalında “Xocalı soyqırımı və Dağlıq-Qarabağ münaqişəsinin həlli” sərlövhəli məqalə dərc olunub. Azərbaycanın Pakistandakı səfirliyindən Trend-ə verilən məlumata görə, məqalədə Xocalı soyqırımının XX əsrin ən qanlı və mənfur hadisələrindən biri olduğu qeyd olunur və hadisə nəticəsində 613 nəfərin, o cümlədən 106 qadın, 70 yaşlı və 83 uşağın qətlə yetirildiyi vurğulanır, Xocalı soyqırımının Ermənistanın işğal siyasətinin tərkib hissəsi olduğu diqqətə çatdırılır. Müəllif həmçinin, cari il fevralın 20-də işğal olunmuş ərazilərdə keçirilmiş qeyri-qanuni referendumun Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən qətiyyətlə pisləndiyini bildirir, beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın tərkib hissəsi kimi tanınan ərazinin adının dəyişdirilməsi cəhdinin Ermənistanın təxribatı olduğunu, bu ölkənin münaqişənin həllində maraqlı olmadığını və status-kvonu möhkəmləndirməyə çalışdığını vurğulayır. Eyni zamanda, BMT-nin qurumları tərəfindən Ermənistanın təcavüzünü pisləyən və işğalçı qoşunların Azərbaycan ərazilərini tərk etməsini tələb edən müvafiq qətnamələrin qəbul olunduğunu xatırladır. Məqalədə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində gedən yenidənqurma işlərinə də toxunulur və Azərbaycanda akkreditə olunmuş diplomatik missiyaların və beynəlxalq təşkilatların nümayəndəliklərinin rəhbərlərinin həmin kəndi zayarət etdikləri qeyd olunur. Müəllif münaqişənin həlli prosesi ilə məşğul olan ATƏT-in Minsk Qrupunun həmsədrlərinin fəaliyyətinin sülh prosesinə heç bir töhfə vermədiyini, bəzi hallarda isə əksinə prosesə zərər vurduğunu qeyd edir. O, ABŞ-ın yeni seçilmiş prezidenti D.Trampın münaqişənin həllinə öz töhfəsini verə biləcəyini və bunun üçün Rusiya prezidenti ilə sıx işləməli olduğunu diqqətə çatdırır. Sonda, Pakistanın bu məsələdə Azərbaycana verdiyi dəstək və Pakistanın Ermənistanı müstəqil dövlət kimi tanımaması vurğulanır, bu yaxınlarda Pakistan Milli Assambleyasının Xarici İşlər Komitəsi tərəfindən Ermənistanın Azərbaycana qarşı təcavüzünü və Xocalı soyqırımını pisləyən, Azərbaycanın ərazi bütövlüyünü beynəlxalq birlik tərəfindən qəbul olunmuş sərhədləri çərçivəsində bir daha tanıyan qətnamənin qəbul olunduğu nəzərə çatdırılır. (daha&helliip;)

21 Fevral 2017 10:23

Rusiya orada bizim əsgərlərimizin olduğunu bilirdi – Türkiyə

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı fevralın 9-da Suriyanın Əl Bab qəsəbəsi ətrafında Rusiya hərbi təyyarəsinin türk əsgərlərini bombalaması ilə bağlı Rusiya tərəfinin məlumatını təkzib edib.  “Hürriyet”-in məlumatına görə, Baş Qərargah bildirib ki, Rusiya prezidentinin sözçüsü Dmitri Peskovun söylədikləri doğru deyil: “Suriyada aparılan əməliyyat çərçivəsində qüvvələrin bir-birinə zərər verməsinin əngəllənməsi məqsədilə iki ölkə arasında 12 yanvar 2017-ci ildə imzalanan və təxminən 1 aydır qüvvədə olan sazişə uyğun olaraq Türkiyə Silahlı Qüvvələri tərəfindən əməliyyat məlumatları rusiyalı tərəf-müqabillərimizlə müntəzəm paylaşılır. Fevralın 9-da bombalanan qüvvələrimiz 10 gündən bəri eyni nöqtədədir. Son olaraq fevralın 8-də Rusiya qüvvələrinin nəzarətindəki ərazidən bizə dost qüvvələrin olduğu nöqtəyə raket atılması ilə əlaqədar qüvvələrimizin olduğu yerin koordinatları həmin gün axşam saat 23:11-də Hmeymim bazasındakı əməliyyat mərkəzinin səlahiyyətli şəxslərinə təkrar çatdırılıb. Eyni saatlarda Ankaradakı Rusiya hərbi attaşesi Baş Qərargaha dəvət edilərək eyni koordinatlar ona da verilib”. Qeyd edək ki, hadisə zamanı 3 türk əsgəri həlak olub, 11-i yaralanıb. D. Peskov hadisənin səbəbini belə izah edib ki, bombalanan yerin koordinatları Türkiyə tərəfindən verilib və orada türk əsgərləri olmamalı imiş: “Bizim hərbçilərimiz zərbələr endirərkən türk tərəfdaşlarımız tərəfindən verilən koordinatlar əsasında hərəkət edib. Həmin koordinatlarda türk hərbçiləri olmamalı idi”. Faktinfo.az

10 Fevral 2017 8:24

Fakt

Bizi izləyin