“Döyüş”ün ikinci pərdəsi: O qadın Saakaşvilini ölkəyə qaytaracaq

publika.az1471250310unnamed (11)

Bazar günü Gürcüstanda 8 oktyabr tarixinə planlaşdırılmış parlament seçkilərində iştirak üçün partiyaların qeydiyyatı başa çatdı və seçkiqabağı kampaniya aktiv mərhələyə qədəm qoydu. Faktinfo.az “Kommersant” nəşrinə istinadən xəbər verir ki, əsas mübarizə baş nazir Georgi Kvirikaşvilinin liderliyi ilə “Gürcü arzusu” və sabiq prezident Mixail Saakaşvilinin lideri olduğu “Vahid Milli Hərəkat” Partiyası arasında gedəcək.Sosioloqlar hələ ki favoritin adını çəkmirlər. Belə şəraitdə seçki prosesinin iştirakçıları öz kampaniyalarını maksimum kəskinləşdirmək niyyətindədir. Və artıq bir sıra qalmaqallar yaranıb. Müzakirələrin gedişatında Rusiya ilə münasibətlər mövzusu xüsusi diqqət mərkəzində olacaq.Seçkiqabağı kampaniyanın xüsusiyyətlərindən biri 8 oktyabrda səs vermək niyyətində olan seçicilərin çoxunun sosioloji agentliklərə suallarına cavab verməkdən imtina etməsidir. NDI şirkətinin məlumatlarına əsasən, seçicilərin 57 faizi öz seçimini gizlətməyi üstün tutublar. Onlardan yalnız 19 faizi “Gürcü arzusu”, 15 faizi isə “Vahid Milli Hərəkat” Partiyasına səs verəcəyini bildirib. NDI belə nəticəyə gəlib ki, seçkiqabağı proqnozu etmək mümkün deyil, bir halda ki, seçicilərin çox hissəsi ya seçimini müəyyən etməyib, ya da onu gizlətməyə üstünlük verir.Vəziyyətin qeyri-müəyyənliyini siyasətçilərin özləri də anlayırlar. Bu səbəbdən də gürcü ekspertləri hesab edirlər ki, seçkiqabağı kampaniya kifayət qədər sərt keçəcək, “Gürcü arzusu” və “Vahid Milli Hərəkat” Partiyasının nümayəndələri arasında ictimai atışmalarla yadda qalacaq.“Kommersant”ın yazdığına görə, hazırda Ukraynanın Odessa vilayətinin qubernatoru olan Mixail Saakaşvili qalmaqalların mərkəzində ola bilər. Xüsusi halda, avqustun əvvəlində Gürcüstanın Gənc Hüquqşünaslar Assosiasiyası Saakaşvilininin 865 dollar çərimələnməsini tələb edib. “Ukrayna vətəndaşı Mixail Saakaşvili seçkiqabağı kampaniyaya qarışaraq əcnəbilərin Gürcüstanın siyasi həyatında iştirakını qadağan edən qanunu pozur”, - bəyanatda deyilirdi. Siyasətçinin seçkiqabağı müdaxiləsi isə ondan ibarət olub ki, o, “ölkəni bataqlıqdan çıxarmaq üçün” gürcüləri partiyasına səs verməyə çağırıb. Saakaşvili partiyasının qələbəsindən dərhal sonra Gürcüstana qayıdacağına söz verir. Halbuki, bir sıra cinayətlərdə ittiham olunan Saakaşviliyə qarşı vətənində dörd cinayət işi qaldırılıb və Tiflis şəhər məhkəməsi onu qiyabi həbs edib. Amma Gürcüstanın keçmiş birinci xanımı Sandra Rulofs deputatları seçicilərlə görüşlərdə daim müşayiət edir.Milyarder, “Gürcü arzusu”nun banisi Bidzina İvanişvili heç bir partiya və ya hökumət postu tutmasa da, Mixail Saakaşvili və onun partiyasının hakimiyyətə qayıdışına imkan verməmək üçün bütün resurslardan istifadə edəcəyinə söz verir. Baxmayaraq ki, qanun seçkiqabağı kampaniyanın aparılması üçün fiziki və hüquqi şəxslərdən maliyyənın alınmasını məhdudlaşdırır. Amma “Gürcü arzusu” son illər ərzində həyata keçirilmiş genişmiqyaslı layihələrdə milyarderin köməyini nəzərə çarpdırır. Söhbət, xüsusi halda, hepatit C xəstəliyinin pulsuz müalicəsi və başqa analoji proqramların icrasından gedir.Hakim partiyanın ən yaxın iki ayda aktiv istifadə etmək niyyətində olduğu daha bir arqument Rusiya ilə ticarət-iqtisadi münasibətlərin bərpası və Gürcüstanda Rusiya turistlərinin sayının daimi artmasıdır. Öz növbəsində, Saakaşvilinin komandası bildirir ki, Rusiya ilə münasibətləri inkişaf etdirmək hələ tezdir, əvvəlcə Abxaziya və Cənubi Osetiyanı Tiflisin nəzarəti altına qaytarmaq lazımdır. “Vahid Milli Hərəkat” indiki hökumətin praqmatik siyasətini kəskin tənqid edirr. Mixail Saakaşvilinin silahdaşları qeyd edirlər ki, hakimiyyət dəyişikliyindən sonra ölkədə inkişaf dayanıb, “Gürcü arzusu” iqtisadiyyatı müasirləşdirməyə və avroatlantik strukturlara real inteqrasiyaya nail olmağa qadir deyil. “Biz səhvləri nəzərə aldıq və yeni enerji ilə işə girişməyə hazırıq”, - seçkiqabağı videoçarxda parlamentin keçmiş sədri, “Vahid Milli Hərəkat”ın partiya siyahısının birincisi David Bakradze söz verir. Amma o, söhbətin hansı səhvlərdən getdiyini dəqiqləşdirməyib.

15 Avqust 2016 1:26

Ərdoğanı orada öldürməli idilər – ŞOK ETİRAF

publika.az1471244968Без названия

FETÖ (Fəthullahçı Terror Təşkilatı) Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı cərrahiyyə əməliyyatı zamanı öldürməyi planlaşdırıb. Faktinfo.az “Sabah” nəşrinə istinadən xəbər verir ki, bu barədə 17-25 dekabr dövlət çevrilişi cəhdi sonrası təşkilata aid 200-ə yaxın məxfi məlumat, sənəd, görüntü və səs yazısını İzmir Respublika baş prokuroru Vəkili Okan Batoya təslim edən FETÖ imamı Hüseyn Sarıçiçek bildirib. “7 fevral MİT böhranının yaşandığı gün idi. Fətullah Gülənə ən yaxın 6 nəfərlik çox gizli heyətdə olan Egey dənizi bölgə imamı Necdət İçel mənə zəng etdi və avtovağzaldan bir polkovniki götürərək Torbalıdakı bağ evinə aparmağımı istədi. Mən də o polkovniki götürərək İçelin bağ evinə apardım. Bu arada Necdət İçelin qışqıraraq bağçaya çıxdığını və yanında olan bir polis rəisinə hücum etdiyini gördüm. İçel “Əməliyyata necə girməz? Bu adam necə ölməz? deyə bağırırdı. Sonradan həmin dövrdə baş nazir olan Ərdoğanın İstanbulda bir cərrahiyyə əməliyyatından son anda imtina etdiyini öyrəndim. Necdət İçel 7 fevral və 17-25 dekabr hadisələrindən əvvəl Amerikaya gedib gəlmişdi”, - Hüseyn Sarıçiçək deyib. Təşkilat hərbi liseylər və ali hərbi məktəblərində tələbələrə çox əhəmiyyət verirdi. Bu tələbələr, Fətullah Gülənin dualarında bir nömrə deyilərək, mənəvi cəhətdən təmin edirdilər.

15 Avqust 2016 12:48

Terrordan “alman dəmir ledi”yə ZƏRBƏ

publika.az1471245205unnamed (5)

İctimai yerlərdə törədilən bir sıra terror aktları Almaniya kansleri Angela Merkelin reytinqinin güclü şəkildə aşağı düşməsinə gətirib çıxarıb. Faktinfo.az xəbər verir ki, bu haqda Norveçin “Aftenposten” nəşri yazıb.İyul ayında bir həftə ərzində dörd qanlı terror aktı Almaniyanı silkələdi. Bu, kanslerə baha başa gəldi. “DeutschlandTrend” təşkilatı tərəfindən keçirilmiş son ictimai rəy sorğusu göstərdi ki, iyulun əvvəlindən onun reytinqi 12 faiz düşüb. Keçən həftə “ZDF Politbarometer” təşkilatı tərəfindən keçirilmiş son ictimai rəy sorğusu da təsdiq edir ki, Merkel öz reytinqinin əhəmiyyətli hissəsini itirib. “DeutschlandTrend” tərəfindən keçirilmiş sorğunun yalnız 35 faiz iştirakçısı Merkelin miqrant siyasətindən razıdır. “Deutsche Welle” nəşrinə əsasən, bu, qaçqınların axınının başlanmasından sonra ən kiçik göstəricidir.Merkelin reytinqinin düşdüyü bir vaxtda, onun ən güclü tənqidçisi Bavariya federal torpağının baş naziri Xorst Zeexoferin reytinqi yüksəlir. Amma Merkelin azalan reytinqi onun başçılıq etdiyi Xristian-Demokratlar Partiyasına (CDU) olan dəstəyə təsir etməyib. Partiyaya dəstək 35 faiz həddindədir.Həmçinin bu onu göstərmir ki, Merkel gələn il keçiriləcək seçkilərdə öz namizədliyini irəli sürməyə qərar verərsə, kansler vəzifəsində qalmayacaq. “Ona heç bir layiqli rəqib yoxdur”, - bu həftə Merkel haqqında kitabı çıxan yazıçı və jurnalist İnqrid Brekke deyib.

15 Avqust 2016 12:46

AntiGÜLƏN dalğası ilk olaraq onu “vuracaq”… – Gülənə milyonları qapdırıb…

44

DİA.AZ: - Azərbaycandakı gülənçi emissarların "vurulması" prosesinə sanılı günlər qalıb. Bu barədə DİA.AZ-a hökumətdəki mötəbər mənbə informasiya verib. Xəbəri verən qaynaq iddia edir ki, əslində proses hər an başlaya bilərdi: "Lakin qarşıdan gələn referendum və referendumdan sonraya planlaşdırılan kadr və struktur islahatları əslində rəsmi Bakı üçün daxili gülənçilərdən təmizlənməyə əlavə fürsət verib". Mənbə bildirir ki, bu əsnada ilk olaraq hədəfə şevrilən şəxs "Azərsu" şefi Qorxmaz Hüseynov olacaq. Qaynağın dia.az-a söylədikləri: "Qorxmaz Hüseynovun Fətullah Gülən cameəsinə nə qədər sıx bağlı olduğunu hər kəs yaxşı bilir. Məhz onun sayəsində gülənçilər Azərbaycan dövlət büdcəsindən ayrılan milyonlara şərik olublar. Nəticədə gülənçilər büdcəmizin pullarını ölkədən çıxarmaqla yanaşı Azərbaycan iqtisadiyyatına da ağır yara vura biliblər. Burada isə "Azərsu"nun tenderlərini "udan" Fətullaha Gülənə yaxın şirkətləri unutmaq doğru olmazdı". Mənbə iddia edir ki, Qorxmaz Hüseynovla bağlı məsələyə hətta qardaş Türkiyədən dövlət səviyyəsində də reaksiya verilib. Dia.az-a bildirilənlər: "İndi belə bir şəraitdə rəsmi Bakının "Azərsu" şefini çətiri altına alacağı ağlabatan deyil. Ən azından daxili rahatlıq naminə Hüseynovun əlindən rəsmi imtiyazlar alınmalıdır". Əlavə bilgilərimiz olacaq. Qarşı tərəfi də dinləməyə hazırıq...

15 Avqust 2016 12:04

Gürcü politoloq: “Rusiyanın Qafqaz siyasəti dəyişməyəcək”

gu

  Rusiyanın Qafqaz siyasəti dəyişməyəcək. Bu sözləri Axar.az-a açıqlamasında gürcü politoloqu Gela Vasadze söyləyib. Onun sözlərinə görə, İvanovun istefaya getməsi daha çox daxili səbəblərlə bağlıdır: “İvanovun istefası Rusiyanın Qafqaz siyasətində heç nəyi dəyişməyəcək. Bu, daha çox daxili səbəblərlə əlaqədardır. Sadəcə, İvanov artıq Putinə lazım deyil. Ona güclü şəxsiyyətlər yox, verilən tapşırıqları icra edən, resursları olmayan və siyasətlə İvanov kimi məşğul olmayan şəxslər lazımdır. Hətta Putinin hakimiyyətdən getməsi belə Rusiyanın Qafqaz, xüsusilə, Gürcüstan siyasətini dəyişməyəcək. Rusiya və Gürcüstan arasında keçilməsi mümkün olmayan fikir ayrılıqları var. Məsələn, Abxaziya və Cənubi Osetiyanın Rusiya tərəfindən tanınması buna aiddir. Belə fikir ayrılıqları, amma nisbətən Gürcüstandan daha yumşaq formada olan fikir ayrılıqları Rusiya və Azərbaycan arasında da mövcuddur. Hətta Rusiya və Ermənistan münasibətlərində də belə şeyə rast gəlmək olar. Situasiya ancaq Rusiyanın obyektiv səbəblər ucbatından Cənubi Qafqaz ölkələrinin daxili işlərinə qarışmaqdan imtina etdiyi və ya daxili işlərinə qarışmaq imkanı olmadığı zaman dəyişəcək”. Qeyd edək ki, Sergey İvanov bu gün Prezident Administrasiyasının rəhbəri vəzifəsindən azad edilib. O, Rusiya elitasındakı militarist qrupun rəhbəri, həm də Putinin əsas kadrlarından biri hesab edilirdi.

14 Avqust 2016 10:57

Rusiya-Ukrayna münasibətləri yenidən gərginləşdi

5

Politoloq: “Yaxın aylarda Ukrayna və Rusiya münasibətlərinin gərginləşməsinin yeni mərhələsinə qədəm qoya bilər” Avqustun 10-dan etibarən Rusiya və Ukrayna arasında münasibətlər gərginləşib. Rusiya tərəfinin yaydığı məlumata görə, Krıma daxil olmağa cəhd edən diversantların iki qrupu ilə baş verən toqquşmalarda iki Rusiya zabiti həlak olub, bir neçəsi yaralanıb. Yayılan məlumatlarda Rusiya Ukraynanın Krıma təxribatçılar göndərdiyini və hücuma hazırlaşdığını iddia edib.Kiyev rəhbərliyi isə bu ittihamları təxribat olaraq qiymətləndirib. Digər tərəfdən, Ukrayna dövlət başçısı Petro Poroşenko Krım sərhədi və Ukraynanın şərqindəki təmas xəttində orduya döyüş üçün hazır olmağı da əmr etdiyini bildirib. Ukraynanın döyüş hazırlığı səviyyəsinə gətirilmiş qoşunlarını Krımla sərhədə yerləşdirməsi cəhdlərinə rəsmi Moskva da cavab tədbirləri düşünür.“İzvestiya” rus xarici siyasət dairələrindəki mənbəsinə istinadən yazır ki, iki ölkə arasında diplomatik əlaqələrin kəsilməsi məsələsi də müzakirə mövzusudur. Moskva Kiyevdəki rus səfirliyini bağlaya və bütün diplomatlarını geri çağıra bilər. Məlumat üçün bildirək ki, Ukrayna hökuməti hələ də yeni rus səfirinin namizədliyini təsdiqləməyib. Prezident Putinin mətbuat katibi Dmitriy Peskov bildirib ki, Moskva əvvəlki kimi yeni səfir təyin edilməsini təklif edir, lakin Kiyev diplomatik əlaqələrin səviyyəsini aşağı salmaq istəyirsə, bu, onun seçimidir.Son olaylarla bağlı Ukraynanın Təhlükəsizlik Xidməti Donetsk və Luqansk vilayətləri ilə Krım yarımadasında terror təhlükəsinin ən yüksək səviyyəsi olan “qırmızı səviyyə”ni elan edib.Baş verənlərlə bağlı “Yeni Müsavat”a politoloq Elxan Şahinoğlu danışıb. O bildirib ki, Krımdakı son hadisə təxribata bənzəyir: “Çünki Ukraynanın nə marağı var ki, indiki situasiyada Rusiya ilə vəziyyəti daha da gərginləşdirsin? Mümkündür ki, hansısa Ukrayna ordusuna bağlı olmayan qruplar da Krıma müdaxilə etmək istəyib. Poroşenko özü də qeyd edib ki, Ukrayna ordusunun belə bir əməliyyatı yoxdur. Ancaq hər halda, bu faktdır ki, atışma olub və iki nəfər də Rusiya tərəfindən dünyasını dəyişib. Bu o deməkdir ki, Rusiya ilə Ukrayna arasındakı münasibətlər daha da gərginləşəcək. Hadisələrdən sonra ”Normand dördlüyü" çərçivəsində görüş də yəqin ki, baş tutmayacaq. Ən nəhayət, xəbərlərə görə, Rusiya artıq Ukraynada diplomatik münasibətlərin ləğvi haqqında da müəyyən fikirlər ortaya atır. Bütün bunlar ondan xəbər verir ki, yaxın aylarda Ukrayna və Rusiya münasibətlərinin gərginləşməsinin yeni mərhələsinə qədəm qoya bilər".Politoloq bildirib ki, bu mərhələdə Rusiya əlindən gələni edəcək ki, Ukrayna zəifləməkdə davam etsin: “Donbasda müəyyən təxribatlar həyata keçirilə bilər. Onsuz da orada bu gün də atəşkəsə riayət olunmur. Hər an atəşkəsin pozulmasının, növbəti dəfə qarşıdurmanın şahidi ola bilərik. Bu yaxınlarda separatçıların iddiasına görə, guya onların liderlərinin birinə də sui-qəsd təşkil olunub. Bu, eləcə də Krımdakı toqquşmalar hamısı ondan xəbər verir ki, Donbasda yenidən gərginlik arta bilər. Bütün bunların müqabilində inanmıram ki, Amerika tərəfindən Rusiyaya qarşı hər hansı bir sanksiyalar artırılsın. Amerika hazırda keçiriləcək prezident seçkiləri ilə məşğuldur. Eyni zamanda Rusiya ilə də münasibətlərində soyuqluq var. Bu xüsusdan bir az daha gərginliyə getməzlər. Çünki Suriya mövzusunda da iki dövlət arasında müəyyən dialoq var. Sadəcə olaraq, baş verənlərə ABŞ seyrçi yanaşsa da, əslində Ukraynanın mövqeyini dəstəkləyir. Rusiya gözləyirdi ki, bəzi Qərb ölkələri Krımda baş verən son olayları heç olmasa bir qədər pisləyərlər. Lakin heç bir ölkə buna qarışmadı. Hamı da bu hadisəyə şübhə ilə yanaşır və daha çox təxribat olduğuna gümanlar var. Yenidən müharibə alovlanarsa, Donbasda toqquşmalar başlayarsa, mümkündür ki, Rusiyaya qarşı sanksiyalar bir az daha sərtləşsin. Çünki hər kəs bilir ki, Rusiya separatçıların arxasında olmasa, onlar duruş gətirə bilməzlər”. Onu da qeyd edək ki, ABŞ, Rusiya Federasiyasını və Ukraynanı Krım ətrafında gərginliyin artmasına gətirib çıxara biləcək hər hansı bir addımdan çəkinməyə çağırır. Bu haqda məlumat ABŞ Dövlət Departamentinin rəsmi saytında yer alıb. Brifinq zamanı bu haqda danışan ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Elizabet Trüdo gərginliyi azaltmağın və danışıqlar masasına oturmağın vaxtı olduğunu açıqlayıb.Xatırladaq ki, 2014-ci ildə Ukraynanın şərqindəki Rusiya tərəfdarı üsyançılar və ordu arasında başlayan qarşıdurmalar Krımın Rusiya tərəfindən ilhaq edilməsi ilə nəticələnmişdi. Bu hadisələrdən sonra Moskvanı Ukraynadakı üsyançılara birbaşa dəstək verməkdə günahlandıran ABŞ və Avropa İttifaqı Rusiyaya iqtisadi sanksiyalar tətbiq etməyə davam edir.(musavat.com)

13 Avqust 2016 11:54

Nazirlər Kabinetindən yeni QƏRAR

publika.az1471037054qerar

Azərbaycan Respuiblikası Nazirlər Kabineti vergi orqanlarının büdcədənkənar fondunun formalaşdırılması və onun vəsaitlərindən istifadə qaydasını təsdiq edib. Faktinfo.az xəbər verir ki, bu barədə qərarı baş nazir Artur Rasizadə imzalayıb. Qərarda bildirilir: “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 292-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 iyun tarixli 946 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 1. “Vergi orqanlarının büdcədənkənar fondunun formalaşdırılması və onun vəsaitlərindən istifadə Qaydası” təsdiq edilsin (əlavə olunur). 2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə tapşırılsın ki, bu qərardan irəli gələn məsələləri həll etsinlər. (Report)

13 Avqust 2016 9:08

Ağalarovun şirkətinə qarşı müflisləşmə iddiası qaldırıldı

155184_res_01

Rusiyada məşhur azərbaycanlı oliqarx Araz Ağalarovun “Crocus İnternational” şirkətinə qarşı müflisləşmə iddiası qaldırılıb. Faktinfo.az  xəbər verir ki, bu barədə RAPSİ (Rusiyanın Məhkəmə və Hüquqi İnformasiyalar Agentliyi) xəbər verir.Xəbərə əsasən Stavropolda qeydiyyatdan keçmiş “Kron” ASC adlı şirkət Moskva vilayətinin Arbitraj məhkəməsinə biznesmen Araz Ağalarovun “Crocus Group” şirkətlər qrupuna daxil olan “Crocus İnternational” Səhmdar Cəmiyyətinin müflis elan edilməsi tələbi ilə iddia qaldırıb. İddiaya baxılması tarixi hələ müəyyən edilməyib.“Kron” ASC çoxprofilli şirkətdir, alkaqollu içkilərin topdansatışından tutmuş avtomobil texnikasına, ən müxtəlif avtomobil texnikasına, avadanlıqlara qədər bir çox malların topdansatışı ilə məşğul olur. Şirkətin “Crocus İnternational”ın müflis edilməsini niyə tələb etdiyini dəqiqləşdirmək mümkün olmayıb. Ehtimal olunur ki, Ağalarovun şirkətinin “Kron” ASC qarşısında hansısa borc öhdəliyi var. Rusiyada müflisləşmə haqda yeni qanuna görə kreditorlar borcluların müflif elan edilməsinə məhkəmə yolu ilə nail ola bilsə onun əmlakı üzərində sərəncam vermək hüququ qazanır. “Crocus” şirkətlər qrupu Rusiyada üst-üstə 4 milyon kvadratmetrdən çox sahəyə malik obyektlər tikib. Şirkətin obyektləri arasında çoxfunksiyalı “Crocus City” kompleksi, “Crocus Expo” beynəlxalq sərgi mərkəzi, “Crocus City Hall” konsert mərkəzi və s. obyektlər daxildir. Hazırda şirkət 2018-ci il Dünya Çempionatına hazırlıq çərçivəsində Rostovda və Kalininqradda iki futbol stadionu tikir.

12 Avqust 2016 3:29

Krımda “qırmızı səviyyə” elan edildi – Vəziyyət pisləşir

publika.az1470995788pic_18fc24b549aea8e60f25583486146376

Ukraynanın Təhlükəsizlik Xidməti Donetsk və Luqansk vilayətləri ilə Krım yarımadasında terror təhlükəsinin ən yüksək səviyyəsi olan “qırmızı səviyyə”ni elan edib. Faktinfo.az UNİAN agentliyinə istinadən xəbər verir ki, bu haqda idarənin mətbuat xidmətindən bildirilir.Qeyd edilir ki, Krımla sərhəddə və Ukraynanın şərqində döyüş hərəkətləri zonasında vəziyyətin kəskinləşməsi qərarın qəbulu üçün səbəbi olub.Xüsusi xidmət orqanı həmçinin ölkənin digər regionları üçün terror təhlükəsinin müxtəlif səviyyələrini elan edib. Zaporojye, Nikolayev, Odessa, Sumsk, Xarkov, Herson və Çerniqov vilayətlərində “sarı səviyyə” tətbiq edilib. Dneprepetrovsk, Zakarpatya, Xmelnitski, Çerkasski, Çerniqov və Kiyev vilayətləri “göy səviyyə” zonasında yer alıb.Vinnitsa, Volıski, Jıtomirski, İvano-Frankovski, Kirovoqrad, Lvov, Poltava və Ternopol vilayətlərində “boz səviyyə” elan edilib.Qeyd edək ki, avqustun 10-da Rusiya və Ukrayna arasında münasibətlər kəskin kəskinləşib. Rusiya tərəfinin açıqladığı məlumata görə, Krıma daxil olmağa cəhd edən diversantların iki qrupu ilə baş verən toqquşmalarda iki Rusiya zabiti həlak olub, bir neçəsi yaralanıb.Rusiya Federal Təhlükəsizlik Xidmətinin versiyasına görə, səs-küylü terror aktları hazırlayan bütöv agentura şəbəkəsi hərəkət edirdi və şəbəkə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi tərəfindən hazırlanıb.Rusiya prezident Vladimir Putin Ukrayna hakimiyyətinin terror təcrübəsinə keçdiyini bildirib. O, rusiyalı hərbçilərin həlak olmasına laqeyd qalmayacağına söz verib. Dövlət başçısı eyni zamanda Çində sentyabr ayında keçirilməsi planlaşdırılan “Normandiya formatı”nın görüşünü mənasız adlandırdı.Ukrayna prezidenti Pyotr Poroşenko Krımda terror aktlarının hazırlığında Ukraynanın ünvanına səsləndirilən ittihamları “fantaziya” adlandırıb.Poroşenko dünən Təhlükəsizlik Şurasının toplantısını keçirərək güc strukturlarının döyüş hazırlığı vəziyyətinə gətirilməsi barədə tapşırıq verib.

12 Avqust 2016 2:15

BSU rəhbərliyi mozaikaları niyə sökdüklərinə aydınlıq gətirdi

44

Prorektor Əbülfəz Nağıyev: “Bu şayiələri yayanlar rektor Nurlana Əliyevanı gözü götürməyənlərdir” Bakı Slavyan Universitetinin (BSU) fasadındakı mozaikaların yeni təyin edilmiş rektor Nurlana Əliyevanın tapşırığı ilə sökülməsi bir neçə gündür ki, medianın və sosial şəbəkələrin gündəmini zəbt edib. 46 illik mozaiklərin tarixi abidə olduğunu iddia edən vətəndaşlar və tələbələr sözügedən hadisəyə öz etirazlarını bildiriblər. Dünən isə facebookda  rektorun universitetdə tələbələrə rus dilində danışmağı qadağan etdiyi, qadağaya əməl etməyənlərin cəzalandırılacağı barədə məlumatlar yayılıb.  “Yeni Musavat”ın əməkdaşı həm söküntü işləri ilə tanış olmaq, həm də gündəmə gələn qadağa məsələsini yerində aydınlaşdırmaq üçün universitetdə olub. Biz universitetə çatanda günün qızmar vaxtı olsa da, binanın fasadında təmir işləri davam edirdi. Universitetə yaxınlaşıb foto çəkməyə başlamışdıq ki, fəhlələrdən biri qışqıra-qışqıra yoldaşına işarə edir: - Yenə gəldilər. Şəkil çəkirlər.   - Qoy, çəksinlər, onsuz heç nə dəyişməyəcək. Oradan ayrılıb universitetin qapısına yaxınlaşırıq. Mühafizəçi rektorun olmadığını, qəbul gününün cümə günü olduğunu bildirir və əlavə edir ki, universitetdə prorektor Əbülfəz Nağıyevdir. Onunla görüşmək istədiyimizi bildirdikdən sonra mühafizəçi prorektora xəbər verir və onun müşayiəti ilə ikinci mərtəbədə yerləşən kabinetə yollanırıq. Bizi qapıda qarşılayan prorektor əvvəlcə çalışdığımız media orqanına mənsub sənədə baxır. Gəliş səbəbimizi öyrəndikdən sonra Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətin məktubunu bizə uzadaraq söhbətə başlayır:  “Xahiş edirəm ki, bu məktubu diqqətlə oxuyun. O zaman sizə hər şey aydın olacaq”. Məktuba nəzər yetirməyimizi gözləyir və bir neçə dəqiqədən sonra davam edir: “Siz də şahid oldunuz ki, mozaikalar tarixi abidə deyil. Tarixi abidə olsaydı, biz onu sökməzdik. Biz kiməsə, daha doğrusu, özümüzə başağrısı olmasını istəməzdik. Yəqin ki, universitetə daxil olanda təmir işlərini gördünüz. Mətbuatda isə bu haqda heç nə yazılmır. Heç kim gəlib həqiqətlə maraqlanmır, sosial şəbəkələrdə yayılan məlumatlara inanır. Həmin mozaikalar tarixi abidə deyil, tarixi abidə olsaydı, universitetin binası da tarixi abidə siyahısına düşərdi. Mozaikaların sökülməsinin əsas səbəbi tökülməsi idi. Gün ərzində 5-6 daş tökülürdü, alt hissələr tamamən sıradan çıxmışdı, bərpası mümkün deyildi. Onları kərpicin üzərinə yapışdırıblar. Ona görə akt tərtib olundu, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə müraciət edildi, mütəxəssislər gəlib baxdılar, məsləhət görüldü ki, sökülsün. Universitet tamamilə təmir olunur. Foyedə Heydər Əliyev Muzeyi olacaq. Yeni lift quraşdırılır. Müasir, 600 nəfərlik akt zalı  hazırlanır. Fasad da memar tərəfindən Şərq üslubunda düzəldilir. Orada milli ruhumuza oxşar olmayan heç nə olmayacaq. Mətbuat bunları işıqlandırmır. Elə bilirlər ki, burada kortəbii iş görürlər. Amma elə deyil. İnformasiya-kommunikasiya texnologiyalarına cavab verən otaqlar düzəldirik. Elektrik işləri görülür, yeni internet çəkilir. Müşahidə kameraları qurulacaq, bütün bunlar internet üzərindən idarə olunacaq. Mozaika ilə bağlı səhv məlumatlar yayırlar. Media nümayəndələri universitetə bu gündən başlayaraq gəlib, gerçəkdə olanlarla maraqlanır. İnanırıq ki, jurnalistlər bundan sonra yalan məlumatlar yaymayacaqlar”. Ə.Nağıyev rektor Nurlana Əliyevanın tələbələrə rus dilində danışmağı qadağan etməsi barədə yayılan məlumatlara da aydınlıq gətirib: “Rus dilində danışan tələbələrə cəza veriləcəyi barədə xəbər yayanlar yeni rektoru gözü götürməyənlərdir. Nurlana Əliyeva elə qadağa qoymayıb. Sadəcə, hamı bilməlidir ki, Azərbaycan dili dövlət dilimizdir. Vəssalam. Kim istəyir, rus-ingilis dilində danışsın. İnsanlar niyə hər deyilənə inanır?! Heç bir inzibati qaydada Azərbaycan dilində danışmayanların cəzalandırılacağı yazılmayıb. Cinayət Məcəlləsində də yoxdur. Heç kim xarici dili qadağan edə bilməz”. Prorektor tez-tez mətbuatda yeni rektorla bağlı yayımlanan neqativ xəbərlərə də münasibət bildirib:“Rektor yeni gələndə məlumat yayıldı ki, müəllim və tələbələr vahid formaya keçəcək. Hər kəs bunu tənqid etməyə başladı. Vahid formaya keçmək Təhsil Nazirliyinin kollec və məktəblərə tətbiq etdiyi qaydadır. BSU-da belə qayda tətbiq edilməyib. Yenə də deyirəm, yeni rektoru gözü götürməyənlər həqiqəti əks etdirməyən xəbərlər yayırlar. Onu da əlavə edim ki, universitet sentyabrın 15-i tam hazır olacaq. Mətbuat nümayəndələrini də dəvət edirik, gəlib işıqlandırsınlar”.

12 Avqust 2016 1:11

Cahangir Hacıyevin arvadını niyə heç kim axtarmır…

155006_res_01

Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri Cahangir Hacıyevin arvadının beynəlxalq axtarışa verilməsinə dair məhkəmə qərarı icra olunmamış qalıb. Faktinfo.az  xəbər verir ki, beynəlxalq polis təşkilatı İnterpol Hacıyeva Zamirə adlı şübhəlinin axtarışı ilə məşğul deyil və onun adı təşkilatın axtarılanlar siyahısında yoxdur.Xəbər verildiyi kimi Zamirə Hacıyevanın barəsində həbs qətimkan tədbirinin seçilməsi və onun beynəlxalq axtarışa verilməsinə dair qərarı bu il iyunun 1-də Bakının Nərimanov rayon məhkəməsi çıxarıb. Qərara əsasən Zamirə Hacıyeva Beynəlxalq Bankdan 2009-2015-ci illər ərzində bir neçə kredit kartı ilə üst-üstə 18 milyon manat çıxararaq şəxsi ehtiyacları üçün xərcləyib. Bura xanım Hacıyevanın Avropa ölkələrində lüks istirahət xərcləri, gözəllik salonlarının xidmətlərindən istifadə etməsi, təyyarə biletləri və s. daxildir. Qərarda deyilirdi ki, Zamirə Hacıyeva 2014-cü il noyabrın 15-də Bakı aeroportundan “London istiqamətində” ölkəni tərk edib və həmin vaxtdan Azərbaycana qayıtmayıb. Göründüyü kimi Z.Hacıyevanın barəsində çıxarılmış beynəlxalq axtarış qərarı formal xarakter daşıyıb. Bu yaxınlarda Cahangir Hacıyev vəkili vasitəsilə bəyan etmişdi ki, Beynəlxalq Bankın ona məxsus yüz milyonlarla dollarlıq səhmlərini dövlətə təhvil verib və deməli bankdan pulların mənimsənilməsinə dair ona qarşı irəli sürülmüş iddia qüvvədən düşməlidir. O cümlədən Zamirə Hacıyevaya qarşı 18 milyon manatlıq mənimsəmə əsassızdır.

11 Avqust 2016 3:45

Putin nəsə hazırlayır…

155033_res_01

Rusiyanın Ukrayna xüsusi təyinatlılarının Krıma müdaxiləsi cəhdi və yarımadaya diversantlar göndərdiyi barədə həyacanlı bəyanatlarından sonra Kiyevlə Moskva arasında yeni dramatik vəziyyət yaranıb. Virtualaz.org xəbər verir ki, bu gün Putin Təhlükəsizlik Şurasının iclasını çağıraraq “Ukraynanın Krımda diversiya cəhdləri” ilə bağlı vəziyyəti müzakirə edib, yarımadanın təhlükəsizliyinin təmin olunmasına dair havadan, qurudan və dənizdən əlavə tədbrlərin görülməsinə dair göstərişlər verib. Bu tədbirlərin nədən ibarət olduğu məlum deyil.Ukrayna tərəfi isə Rusiyanın Krıma müdaxilə haqda iddialarını qətiyyətlə rədd edir. Bəs o zaman Rusiyanın Krım ətrafında vəziyyətin gərginləşdiyini göstərən bəyanatlarının arxasında nə dayanır? Bəlkə bu, Krıma qurudan dəhliz açmaq barədə Kremlin çoxdankı planlarının işə düşdüyünü göstərir? “The Guardian” qəzeti yazır ki, ola bilsin Rusiya Krıma “təhlükəsizlik dəhlizi” açmaq üçün məhdud hərbi müdaxilə hazırlayır. Ukrayna diversantlarının Krıma daxil olması və iki Rusiya hərbçisinin həlak olması ilə nəticələnən atışma haqda bəyanatlar da buna hazırlıqdır. “Yaxud ola bilsin Putin daha böyük miqyaslı nəsə hazırlayır”-qəzet yazır. Qəzetin yazdığına görə Krıma quru dəhlizinin açılması cəlbedici variantdır. Çünki bu, Krımı indiki mürəkkəbliklərdən, su və elektrik təchizatı ilə bağlı problemlərdən xilas edəcək. Habelə bir güllə iki bir neçə dovşan vurulacaq-Krımın infrastrukturu ilə bağlı qısamüddətli və uzunmüddətli problemlər həll olunacaq. Xüsusən də indi, Qərbin başının çox qarışıq olduğu bir vaxtda bunu etmək asandır. “Putin bununla rusiyalı idmançıların Olimpiadadan kənarlaşdırılmasına və dopinq qalmaqalına görə qisas almış olardı”-qəzet yazır.Bu arada ABŞ-ın Ukraynadakı səfiri Ceffri Payett bəyan edib ki, Birləşmiş Ştatlar hökuməti Ukraynanın Krıma müdaxiləsi haqda Rusiyanın bəyanatlarının heç bir təsdiqini görməyib. “Bu, Rusiyanın Ukraynaya qarşı ilk yalan ittihamları deyil, onların məqsədi diqqəti öz qanunsuz hərəkətlərindən yayındırmaqdır”-səfir bildirib. Krımın Armyansk şəhərində tutulmuş ukraynalı “diversantlardan” birinin qardaşı isə deyib ki, onu Zaparojets vilayəti ərazisində FTX-çilər oğurlayıb və Krıma aparıb. Donbassdakı döyüşlərdə iştirak etmiş Yevgeni Panovun qardaşının dediyinə görə, o, evdən adi idman geyimində çıxmışdı və Krıma getməklə bağlı heç bir planı yox idi. “Mən qorxuram ki, Yevgenini oğurlayb Krıma aparmaqda məqsəd təkcə onu hansısa ağlasığmaz qəsdin təşkilatçısı kimi qələmə vermək deyil. Bununla Kreml Ukraynaya tammiqyaslı hərbi müdaxiləsini əsaslandıra bilər”-qardaşı deyib. Rusiya KİV-lərinin məlumatına görə Krımda tutulan “ukraynalı diversantlar” yarımadada panika yaratmaq üçün seriya partlayışlar törətməyə hazırlaşırdı və onlar artıq etiraf ifadələri verirlər.Krımın rəhbəri Sergey Aksyonov isə deyib ki, “diversantları” öldürüb cəsədlərini sərhəddən asmaq lazımdır. “Fermerlər qarğaları asdıqları kimi. Qoy Ukraynaya dərs olun”-o deyib.

11 Avqust 2016 3:42

Fakt

Bizi izləyin