Mehriban Rzayeva: “Biz heç hələ bilmirik ki, Dəyanətin ölümü intihardır, ya yox…”

Psixoloq  və tanınmış ekspert-mütəxəsis Dəyanət Rzayevin intiharı ətrafında  hələ ekspertizanin rəyi vəaparılan təhqiqatların nəticəsi açıqlanmasa da, mətbuatda və sosial şəbəkələrdə dəqiqləşdirilməmiş və əsli olmayan xəbərlər dərc edillər. Ehtimalları  fakt və sübut kimi dəyərlərindən bəzi media mənsublarının bu cür davranışları mərhumun ailə üzvlərini, yaxınlarını və əzizlərini çox məyus edir.  Məhz, buna görə  də Gununsesi.info-ya üz tutan, mərhumun bacısı Mehriban Rzayeva bəzi məqamlarla bağlı açıqlama verib. …Mətbuatda yazırlar ki,  guya qardaşım Dəyanətin küllü miqdarda borcları varmış, ali təhsili isə yox imiş. Qardaşım Dəyanət Rzayev haqqında söylənilən fikirlərin heç biri, qətiyyən,  doğru deyil.  Dəyanətin heç kimə 1 qəpik belə borcu olmayıb, yoxdur da.  Lakin ona coxlu borcu olanlar var idi. Onun  ali təhsilinin olmaması haqqında yazanlara, danışanlara demək istəyirəm ki, Dəyanətin 3 ali təhsili vardı.   Onun haqqında dərc edilən və həqiqəti əks etdirməyən yazılar bizi çox narahat edir. Axı, əsli olmayan, doğruluğunu təsdiq edən fakt-sübut  və sənədlər olmadan necə həyatda olmayan bir insanın arxasınca bu cür xoşagəlməz fikirləri səsləndirib, ictimailəşdirmək olar. Əksinə, qardaşımın vəfatından sonra öyrəndik ki,  onu nə qədərtanımadığımız  insan sevirmiş. Onlar yazırlar ki, Dəyanət necə ağır, çətin durumlarında bu şəxslərə  təmənnasız kömək əlini uzadıb.  Hansı ki, biz heç bu adamların mövcudluqlarından xəbərsiz  idik.  Bütün  bunlar indi-indi üzə çıxır… Biri yazır ki, “Dəyanət məni intihardan xilas edib”,  o biri yazır  ki,  “Bu gün övladım Dəyatin köməyi sayəsində özünə inamını bərpa edib” və s.  Dəyanət çox xeyirxah  insan idi.  Qardaşımın yanına o qədər imkansız, hətta konsultasiya xidməti haqqını ödəmək iqtidarında olmayan  xəstələr göndərirdim ki,  arada utanırdım.   Onda Dəyanət deyirdi ki, əgər insanların köməyə ehtiyacı varsa, onları  mütəxəsis yanına göndərməkdən utanma. Mənim qazancım xilas etdiyim insanların həyatıdır. Mənim qardaşım dünya malına bağlı insan deyildi.  O heç vaxt belə bir məqsəd qoymurdu ki, bahalı, telefon  saat, maşın alsın. Hətta onun  şəxsi avtomobili də yox idi, ictimayi nəqliyyatdan istifadə edirdi. Ala bilərdi, buna imkanı da çatırdı.  Lakin, o,  daha çox heyvanları sevər, müdafiəsinə qalxardı.   Boşanmaya görə depessiyaya düşməyib Dəyanət. İlk ailəsindən ayrımışdı. Ancaq çox sakit, anlaşaraq. Hər zaman da münasibətləri çox yaxşıydı.  3 il idi ki, boşanmışdı.Həyat yoldaşı da onun bu qərarına qarşılıqlı qərar verdi. O evlənməyə hazırlaşırdı. Son zamanlar cox xoşbəxt idi  və gələcəyə ümüdlə baxirdı. Evlənəcəyi xanım da bu xəbərlə barışmaq istəmir. Ona da çox ağırdır.   Hamının vəziyyəti bu  hadisədən sonra pisdir. Keçmiş həyat yoldaşının da, evlənmək istədiyi xanımın da… Dəyanət niyə intihar etməliydi ki? Hələki istintaq gedir. Ona  görə də, mən hələ bu haqda dəqiq heç nə deyə bilmərəm. Çünkü özümüz sual içindəyik. Vaxt getdikcə, daha çox suallar artır.  Ona görə də, bu istintaq bitsin, baxaq qərar nə olacaq, ondan sonra  mütləq açıqlama verəcəyik. Bəziləri deyir ki, hardanıydı 2 mənzili? Necə, hardanıydı? Dəyanət gözünü açandan işləyirdi,  əziyyət çəkirdi, pul qazanırdı. Niyə də onun mənzili olmayaydı kı… Dəyanətinminimum 25 il əmək stajı vardı.   Yazırlar ki, guya onun çoxlu borcu, hansısa    banka  krediti vardı… Çox  əsassız fikirlərdir. Həmin sayta zəng edib soruşdum ki, bu məlumatı  hardan  almısınız?  Və ya bu xəbərləri kim və hansı məqsədlə  sizə ötürür?  Hardadır həmin borc verənlər,  kredit verən debitorlar?   Hansısa uydurma imzanın sahibi də ortaya çıxmadı. Tələb etdim ki, qardaşımın ölümündən sonra onun haqqını tapdalayanlar ədalət naminə təkzib verib üzr istəməlidirlər.  Və qeyd etmək istəyirəmki, hal-hazırda onun haqqında müsahibə verən bəzi “psixoloqlar” vaxtı ilə onun tələbələri olublar və onların indiki fəaliyyətlərində  Dəyanətin əməyi böyuk idi. Onların Dəyanət haqqında mənfi rəy verməyə ən azı mənəvi iqtidarları çatmır. Onun qeyri-adiliyi ondan ibarət idi ki,  dünya malında gözü yox idi,   dünya malına bağlı deyildi. İkincisi, o  nəinki köməksiz, imkansız insanlara, həmçinin, heyvanlara belə təmənnasız yardım edirdi.  Dəyanət öyrənmək istəyən insanlara kömək edirdi.  Görürdü ki, adamın öyrənməyə həvəsi var,  təmənnasız öyrədirdi, müalicə edirdi. Cox zarafatçıl, sözü üzə deyən və dürüst insanıydı. Onun xeyriyyəçiliyi bütün Azərbaycana məlumuydu və onun bu hərəkəti heç vaxt göstəriş xarakterli olmayıb… Onun intaharı bizim üçün anlaşılmazdır.   Təhqiqat gedir. Hər şey məlum olacaq. Bir məqamda bizi düşündürür ki, dünya dahillərinin əksəriyyəti  həyatına  intiharla son verib. Qeyd edim ki, hazırda kitabları bestseller olan dünya şöhrətli psixoloq Ziqmund Freyd də intiharla həyatına son qoyub. Biz heç hələ bilmirik ki, Dəyanətin ölümü intihardır, ya yox. Odur ki, biz təhqiqatın nəticəsini səbirsizliklə gözləyirik.

1 Fevral 2017 4:07

ŞOK…Un və çörəyin qiyməti qalxacaq – Xəbərdarlıq

Yaxın günlərdə Azərbaycanda un və un məhsullarının qiyməti qalxa bilər. Bunu mətbuata  açıqlamasında kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov bildirib. Onun sözlərinə görə, manat dəyərdən düşdükcə kənd təsərrüfatı məhsullarının qiymətində artımlar yaranacaq: “Azərbaycan idxaldan asılıdır. İdxal da inhisardadır. İnhisarçılar çalışır ki, daha çox qazanıb, gəlir əldə etsinlər. Belə olan halda, daxili istehsal zəif olduğu üçün və manat dəyərdən düşdükcə kənd təsərrüfatı məhsullarının qiymətində artımlar yaranacaq. Ona görə ki, ölkəyə dollarla gətirilən məhsullar Azərbaycanda manatla satılır. Bu halda unun qiymət artımı un məhsullarının artımına səbəb olacaq. Bu birmənalıdır.” Vahid Məhərrəmov qeyd edib ki, un və çörəyin qiymətini hər bir sahibkar özü müəyyən edəcək: “Elektrik enerjisinin və qazın qiymətinin artması sahibkarın xərcini artırır. Sahibkar da istəyir ki, çəkdiyi xərcin müqabilində gəlir əldə etsin. Əlbəttə, indiki halda çörəyin qiyməti mütləq artacaq. Yaxud da keyfiyyətinə təsir edəcək.” Çörəyin qiymətinin nə zaman qalxması məsələsinə gəldikdə isə, ekspert bunu inhisarların marağından asılı olduğunu deyib: “Çörəyin qiymətinin qalxması sabah da baş verə bilər, bu gecə də. Bu inhisarçıların marağından asılıdır. Qiymət hər an dəyişə bilər.”

1 Fevral 2017 3:53

Bəşər Əsəd ölüm ayağındadır – Video

Son 10 gündür Suriya prezidenti Bəşər Əsədin xəstə olması, beyninə qan sızması, iflic olması və ya cangüdəni tərəfindən güllələnməsi barədə söz-söhbətlər səngimək bilmir. Ötən gün Suriya prezident administrasiyasının rəsmisi Tvitter səhifəsində, "Bəşər Əsəd barədə yayılan məlumatlar həqiqəti əks etdirmir" - deyərək bu söz-söhbətə son qoymağa çalışmışdı. Visamel Hürra adlı qadın jurnalistin Əsədin yatdığı iddia edilən "Şami" xəstəxanasının əməkdaşı ilə baş tutmuş telefon danışığı Bəşər Əsədin vəziyyəti barədə şübhələri çoxaldıb. Jurnalistlə Dəməşqin Muhacirun zonasında, prezident sarayının yaxınlığında yerləşən və əsasən yüksəkçinli dövlət məmurlarının istifadə etdiyi "Şami" xəstəxanasının əməkdaşı arasında etiraf kimi dialoq baş tutub. Rəsmi Dəməşq Əsədin səhhəti barədə iddiaları inkar etsə də, başda Suriyanın rəsmi xəbər agentliyi "Sana" olmaqla Suriya mətbuatında son 5 gündə Əsədə aid heç bir görüntü yayımlanmayıb. Bəşər Əsədin xəstəxanada olması ehtimalını qüvvətləndirən dialoq: Qadın: Salam. Kişi: Xoş gəldiniz. Qadın: Mən prezident sarayından zəng vururam. Prezidentin səhhəti barədə danışmaq qadağandır. Xəstəxanadan hər cür məlumat verilməsi qadağandır. Kişi: Bura gələn xəstənin kim olduğunu bütün həkimlər bilir. Qadın: Xəstəxanadan prezident barədə heç kimə məlumat verməyəcəksiniz. Bu sirrdir. Kişi: Oldu. Qadın: Kim prezident barədə telefonla da olsa məlumat almaq istəsə verməyəcəksiniz. Kişi: Yaxşı. Oldu. Qadın: Cavabdeh həkimlə, müdirlə danışmaq istəyirəm. Kişi: Bu məsələni başa düşdüm. Məsuliyyəti üstümə götürürəm. Onunla danışacağam. Qadın: Prezident barədə heç kimə məlumat verilməsin oldumu? Kişi: Oldu, başa düşdüm. Qadın: Sənin adın nədir? Kişi: Qeydiyyat şöbəsindən Həsən. Qadın: Bağışlayın? Kişi: Qeydiyyat şöbəsindən Həsən. Qadın: Mən prezident sarayından zəng vururam. Mələk Əli Həsən. Oldumu? Kişi: Okey okey. Qadın: Səninlə danışdığım vaxtı qeyd etdim. 12.45 və səninlə danışıram. Sizdən xahiş edirəm prezidentin xəstəxanada olması barədə heç kimə xəbər verməyəcəksiniz. Kişi: Təşəkkür edirəm. Qadın: Təşəkkür edirəm. Dialoq başa çatdıqdan sonra qadın jurnalist bu sözləri deyir: "Şami" xəstəxanasından etiraf etdilər. Bəşər Əsəd xəstəxanadadır.

31 Yanvar 2017 11:48

Deputat Araz Əlizadə:“Parlamentdə pensiya yaşının artırılmasının əleyhinə çıxacağam”

Son günlər Azərbaycanda pensiya yaşının artırılacağı barədə xəbərlər gündəmin əsas mövzularından birinə çevirilib. Məlumata görə, hökumət pensiya yaşını qadınlar üçün 60-dan 63-ə, kişilər üçün 63-dən 65-ə qaldırmağı nəzərdə tutur. Bununla bağlı əmək pensiyasına görə yaş həddinin artırılması, pensiya sistemi ilə bağlı digər düzəlişləri özündə əks etdirən “Əmək pensiyaları haqqında” qanuna əlavə və dəyişikliklər layihəsinin Milli Məclisə daxil olduğu, sənədin 2017-ci il yaz sessiyasında müzakirəyə çıxarılmasının planlaşdırıldığı bildirilir. Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Araz Əlizadə  Modern.az-a açıqlamasında deyib ki, şəxsən o, belə bir qanun layihəsinin parlamentə daxil olmasından xəbərsizdir. “Mən də sizin kimi bunu eşitmişəm. Amma yaş həddinin artırılması ilə bağlı hələ ki heç nə yoxdur. Əgər belə bir qanun layihəsi Milli Məclisə daxil olsa, mən onun əleyhinə olacam. Çünki insanlar həyatlarını planlaşdırırlar. Adam var ki, deyir mən gələn il təqaüdə çıxacam. İkinci bir işə düzələcəm ki, gəlirim də biraz artsın. İnsanların ümidlərini qırmaq olmaz”. Xatırladaq ki, hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır.

30 Yanvar 2017 5:24

“Reina” terrorçusu danışdı:əmri kimdən alıb, kimlər kömək edib, necə qaçıb…

Yeni il gecəsi İstanbulun “Reina” klubunda qanlı terror aktı törədərək onlarla insanı qətlə yetirən terrorçu Əbdülqədir Maşaripovun polisə verdiyi ifadəsinin tam mətni ortaya çıxıb. Faktinfo.az sozcu.com.tr-yə istinadən xəbər verir ki, Maşaripov terror aktı barədə təlimatı İŞİD liderlərindən olan Əbu Cihaddan aldığını deyib. O bildirib ki, bir neçə il öncə də Pakistanın Bader şəhərində bir hərbi maşının altına bomba yerləşdirib partladıblar. Maşaripov deyib ki, Türkiyəyə 2016-cı ildə qeyri-qanuni yollarla gəlib: “Ailəmlə 4 ay Zeytinburnunda qaldıq. Sonra Qayaşəhərdə bir ev kirayələyib ora köçdük. Suriyadakı İŞİD əmirindən 2016-cı ilin noyabr ayında “Konyaya get” təlimatı aldım. Ailəmlə Konyaya köçdük. Konyada 1 ay qaldıktan sonra İstanbula gəldim”. Terrorçu bildirib ki, İŞİD rəhbərliyi ilə xəbərləşməni telefonlarda olan “Telegram” proqramı vasitəsilə həyata keçirib: “İŞİD-in Suriyadakı əmiri zəng edib “canlı bomba olacaq biri varmı” deyə soruşdu. Mən də “araşdıraram” dedim. O isə məndən bunu etməyimi istədi. Dekabrın 26-da terror barədə planı həyata keçirməyə başladım. Həmin gecə “Telegram”dan bir nəfər mənə teraktı qəbul edən şəxsin mən olub-olmadığımı soruşdu. Məni avtobus dayanacağına çağırdı. Rusca danışan qafqaz əsilli biri yanıma gəldi. Mənə yaddaş kartı və 700 lira verdi. Özünə yeni ev kirala dedi. Evə gedib yaddaş kartına baxdım. Teraktla bağlı rusca səs yazısı var idi. Ebu Cihad adlı biri yazdı ki, səs yazısı ona aiddi. Dekabrın 27-də Taksimdə kamerayla ətrafı çəkdim. Sonra Başakşəhərdə tutduğum yeni evə getdim. Ailəmi da oraya apardım”. Qeyd edək ki, terror aktından sonra Maşaripovun “Əbu Cihad” dediyi şəxs də yaxalanıb. O, hazırda həbsdədir. Terrorçu həmçinin bildirib ki, qanlı aktda istifadə etdiyi silahı yeni il gecəsindən 2 gün əvvəl bir başqa terrorçu ona verib. O, iddia edir ki, həmin terrorçu da rusca danışırmış və qafqaz əsilli imiş: “Həmin şəxs mənə “yeni il gecəsi Taksimdə nə edə bilərsən?” dedi. Mən də oraya xarici vətəndaşların gəldiyini, avtomatla onlara atəş açacağımı bildirdim. O isə məndən özümü partlatmağımı istədi”. Maşaripov terror aktı barədə arvadına da məlumat verdiyini deyib: "Hava yağışlı idi deyə Taksimə silahla gəlməyin çətin olacağını düşündüm. Həm də Taksimdə çox adam olmayacağını Əbu Cihada yazdım. Bundan sonra ondan yeni təlimat gəldi. Dedi ki, bu saatda Taksimdə heç kim olmaz, “Reina” adlı bir klub var, orada terror törədə bilərəm. Taksiyə minib silahsız halda “Reina”ya getdim. Ətrafı izlədim, içəri girmədim. Əbu Cihaddan içəridən görüntü istədim. Mənə içəridə oynayanların videosunu atdı”. Qatil 39 nəfəri necə öldürdüyünü də danışıb: “Bel çantamda maqazinlər var idi. Əl çantasına da avtomatı qoydum. Bombaları cibimə qoyub “Reina”ya getdim. Yolda telefonumu sındırıb atdım. Qapının ağzında polis var idi. İçəri girmək üçün onu vurdum. İçəri girəndə hədəf seçmədən maqazinlər boşalana qədər ətrafa atəş açdım. Ardınca da iki əl bombası atdım. Kurtkamı niyə çıxardığımı xatırlamıram. Bombalarından biri əlimdə partladı, əlim yaralandı. Öldüyümü düşündüm. Az sonra huşum yerinə gəldi, ayağa qalxıb çölə çıxdım”. Terror aktından iki gün sonra Bakırköydə polis yoxlamasına ilişən Maşaripov necə qaçdığının detallarını da açıqlayıb. O deyib ki, Əbu Cihad bir nəfər göndərəcəyini bildirib: "Yolda maşınımızı polis saxladı. Arxada oturmuşdum. Polis diqqətlə mənə baxdı, biri isə başını pəncərədən içəri saldı. O an ona başından atəş açmağı düşündüm. Son anda fikrimi dəyişdim. Polislərə atəş açıb qaçdıq. Polis ardımızca gəldi, lakin bir müddət sonra izləməni saxladılar. Sonra maşından düşüb bir binada gecəyə qədər gözlədim. Silahı da orada gizlətdim. Əbu Cihada yazdım. Əbu Cihad dalımca bir iraqlı göndərdi. Mənə dedi, ölü kimi yaşa və heç bir yerə tərpənmə. Daha sonra isə elə həmin evdə yaxalandım”.

28 Yanvar 2017 6:33

İraqın PKK-ya yardımı ortaya çıxdı

Peşmərgə ilə birlikdə PKK terrorçularının Sincardan çıxaracağını deyən İraq rəhbərliyinin kürdlərə yardım etdiyi ortaya çıxıb. Axar.az Xəbər 7-yə istinadən məlumat verir ki, dəstək təkcə maliyyə yardımı ilə bitməyib. Son aylarda İraq hökuməti Sincara hərbi təchizat və texnika da göndərib. Ötən çərşənbə axşamı kürdlərə 12 milyon dollar məbləğində maliyyə yardımı göndərilib. Yanvarın 13-də isə Telafər hava limanına endirilən 2 TIR həcmində hərbi təchizat kürdlərə təhvil verilib. Bundan başqa, 2 həftə əvvəl İranın dəstəklədiyi Haşdı Şabi-PKK birləşmələrinin İŞİD-in hərbi anbarına tşkil etdiyi hücum zamanı ələ keçirilən külli miqdarda silah-sursatın üçdə biri PKK-ya verilib. Bütün bu yardımlar ABŞ-ın Bağdaddakı səfirliyinin koordinasiyası ilə həyata keçirilib. PKK-nın rəhbərliyi ilə Sincarda yezidilər üçün qurulan YBŞ-yə (Sincar-Şenqal Mübarizə Birlikləri) son 14 ayda verilən maddi və hərbi dəstəyin 38 milyon dolları ötdüyü bildirilir. Kürdüstan Vətənpərvərlər Birliyinin (KYB) sözcüsü Heyas Surçi İraqın təşkilata etdiyi yardımları təsdiqləyib: “Bağdad Şenqalda PKK-ya milyonlarla dollar maliyyə və silah verib, bu gizli deyil. PKK ilə İraq arasında açıq bir anlaşma var. Rəsmi Bağdad PKK-ya yaxın silahlı qruplara da dəstək verir. Şenqaldakı PKK qüvvələrinin əlindəki silah İraq ordusunun köhnə silahlarıdır”. Xatırladaq ki, Türkiyənin Baş naziri Binəli Yıldırımın İraqa səfəri zamanı rəsmi Bağdad terror təşkilatları ilə mübarizə aparacağını açıqlamışdı. Faktinfo.az

28 Yanvar 2017 1:50

“Aprel döyüşlər”ində azad olunan kəndlə bağlı Prezidentdən –Sərəncam

Prezident İlham Əliyev "İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında" sərəncam imzalayıb.  Faktinfo.az xəbər verir ki, sərəncama əsasən ötən ilin aprel ayında Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum hərbi əməliyyatı nəticəsində erməni işğalından azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində insanların təhlükəsiz yaşaması mümkün olmuşdur. Bununla da, tarixən burada yaşamış dinc əhalinin öz doğma yurdlarına qayıtması üçün Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarətinə keçmiş həmin ərazilərdə əsaslı yenidənqurma işlərinin başlanmasına şərait yaranmışdır. Sərəncama əsasən, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı görüləcək işlər çərçivəsində birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ilkin olaraq 4 milyon manat ayrılıb. Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə isə bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

24 Yanvar 2017 7:16

Fakt

Bizi izləyin