KİV haqqında qanun dəyişdi

kiv

Prezident İlham Əliyev "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 8 fevral tarixli 277 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında fərman imzalayıb Faktinfo.az AZƏRTAC-a istinadən bildirir ki, fərmanda deyilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 93-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram: "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 8 fevral tarixli 277 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 2, maddə 92; 2003, № 10, maddə 585; 2004, № 1, maddə 24; 2008, № 5, maddə 359; 2009, № 8, maddə 627; 2014, № 5, maddə 477) 2-ci hissəsinin yeddinci abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda səkkizinci abzas əlavə olunsun: "həmin Qanunun 19-cu maddəsinin birinci hissəsində nəzərdə tutulmuş müvafiq dövlət orqanının səlahiyyətlərini Milli Televiziya və Radio Şurası həyata keçirir".

21 Aprel 2016 4:26

İlham Əliyev “Bank olmayan kredit təşkilatları haqqında” qanuna dəyişiklikləri təsdiqləyib

ilham

təşkilatları haqqında” qanunda dəyişikliklər edilməsi barədə” 2016-cı il 5 aprel tarixli qanunun tətbiqi haqqında sərəncam imzalayıb. Nazirlər Kabinetinə Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası prezidentinin aktlarının “Bank olmayan kredit təşkilatları haqqında” qanunda dəyişikliklər edilməsi barədə” qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlamaq, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin etmək, habelə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində prezidentə məlumat vermək tapşırılıb. Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Bank olmayan kredit təşkilatları haqqında” qanunda dəyişikliklər edilməsi barədə” qanuna uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir. “Bank olmayan kredit təşkilatları haqqında” qanunun 1.0.5-ci maddəsi aşağıdakı redaksiyada verilib: “aidiyyəti olan şəxslər – Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49-1.1-ci maddəsində göstərilən şəxslər”. Habelə aşağıdakı məzmunda 15.5-ci maddə əlavə edilib: “BOKT tərəfindən aidiyyəti olan şəxslərlə əqdlərin bağlanması qaydaları Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49-1-ci maddəsi ilə tənzimlənir. Girov əmanəti qəbul etmək hüququ olan BOKT aidiyyəti olan şəxslərə kreditlərin verilməsi zamanı, həmçinin bu qanunun 19.1.2-ci maddəsinə müvafiq olaraq müəyyən olunan prudensial normativlərə və tələblərə əməl etməlidir”.

21 Aprel 2016 2:04

Əli Abbasovdan Ramin Quluzadəyə “miras” qalan problemlər

ramin

Məlumdur ki, ölkəmizdəki mobil operatorlar şəffaf fəaliyyət göstərmir. Bunu bütün ölkə vətəndaşları bilir və istifadə etdikləri mobil operatorların xidmətindən boyun qaçırmağın yollarını axtarırlar. Abunəçilərdən oğurlanan qəpiklərdən milyonlar qazananlar dəbdəbəli villalarda yaşayır, bahalı xarici avtomobillərdə gəzirlər. Yalan və oğurluqlarına özləri belə inanaraq düşünürlər ki, bu onların ağlının, savadının, ideya və təşəbbüslərinin məhsuludur. Lakin mobil operatorların abunəçiləri aldatmasının bir adı var – oğurluq!. Sosial şəbəkələrdə, mətbuatda bu barədə yüzlərlə məqalə yazılıb. Hər dəfə məsələ ictimai rəydə “şişəndə” sabiq Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov tv-lərdə bir neçə cümlə ifadə etməklə məsələnin qaydaya qoyulacağına əminlik ifadə edirdi. Sonradan məlum oldu ki, elə Əli Abbasovun özü də vətəndaşları “soyan” mobil operatorlarla əlbir olub. Məlum MTN işi və Eldar Mahmudovun ətrafında baş verənlər bir daha sübut etdi ki, Əli Abbasov milyonlarla (bəlkə də milyardlarla) dövlət vəsaitinin mənimsənilməsinə başına yığdığı “banda” vasitəsilə imza atıb. Onun efirlərə danışdıqları isə “filfilo”-dan başqa bir şey olmayıb. Rabitə sistemi “üstü bəzək, altı təzək” olmaqla Abbasov və ailəsinə milyonlar qazandırmaq üçün vasitə olub. Bu səbəbdən xalqın yaddaşında ən pis nazir kimi qalan Əli Abbasov Ramin Quluzadə ilə əvəzlənib. Yeni nazirdən gözləntilərdən ən birincisi hər gün xalqın cibinə girən mobil operatorlarla bağlı ölçü götürülməsidir. Yəni, danışıq tariflərlərinin hədsiz baha olması, digər şəbəkə xarici operatorlara zənglərin ikiqat 14-15 qəpik çıxılması, zəng zamanı saniyələrin oğurlanması, (050) 211-lə başlayan nömrələrin 5-10 min manata satılması SMS-lərin vətəndaşlara göndərilməsi və digər onlarla negativ halların Ramin Quluzadə tərəfindən tənzimlənməsi vacibdir. Faktinfo.az Fuad İsgəndərov

21 Aprel 2016 1:23

Nazir Ramil Usubov 460 gəncdən 199-nu seçdi – Xaçmazda işə qəbul

ramil-usubov-1

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov bu gün Xaçmaz Rayon Polis Şöbəsində Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayon polis orqanlarında vakant olan sıravi və kiçik rəis heyəti, həmçinin, "İctimai asayişin qorunmasında vətəndaşların iştirakının təmin edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 2 mart tarixli Fərmanının icrası çərçivəsində mülki işçi vəzifələrinə xidmətə qəbulla bağlı sıra baxışı keçirib. Strateq.az DİN-ə istinadən xəbər verir ki, sıra baxışında həmin şəhər və rayonlarda yaşayan, polis və Daxili Qoşunlarda xidmət etmək istəyən 460 nəfər iştirak edib. Onların arasından daha hazırlıqlı olan 47 nəfəri polisin, 25-i Daxili Qoşunların sıralarında xidmətə, 127 gənc isə mülki işçi vəzifələrinə namizəd kimi seçilərək sənədlərinin hazırlanması üçün aidiyyatı baş idarələrin rəhbərlərinə müvafiq göstəriş verilib. Namizədlər qarşısında çıxış edən nazir bildirib ki, ictimai asayişin qorunmasında vətəndaşların iştirakı könüllülük, qanunçuluq, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinin üstünlüyü, insanların şərəf və ləyaqətinə hörmət, müvafiq dövlət orqanları ilə qarşılıqlı əməkdaşlıq və polis orqanlarının səlahiyyətlərinin əvəzlənməsinin yolverilməzliyi prinsiplərinə əsaslanır. Vətəndaşların polis orqanları ilə əməkdaşlığı isə onların həmin orqanların vəzifəli şəxslərinin rəhbərliyi altında ictimai asayişin qorunması üzrə vəzifələrin yerinə yetirilməsində iştirakını nəzərdə tutur. General-polkovnik Ramil Usubov gəncləri təbrik edərək polis adını daim uca tutmalarını, bilik və təcrübələrini artırmalarını, vətəndaşların müraciətlərinə həssaslıqla və operativ şəkildə yanaşmalarını tövsiyə edib, gələcək çətin və şərəfli xidmətlərində onlara uğurlar arzulayıb.

20 Aprel 2016 7:56

“Azəriqaz” şefinin müavinindən Rövnəq Abullayevə şikayət olundu – Qanunları pozur…

azer

"Azəriqaz” İB-nin Baş direktorunun satış və istismar üzrə müavini Ruslan Əliyev əmək qanunvericiliyi qaydalarına məhəl qoymur. Vizual.az xəbər verir ki, bu barədə Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı məlumat verib. QHT sədri SOCAR-ın prezidenti Rövnəq Abdullayevə müraciət edərək işçilərin hüquqlarının bərpa olunmasını istəyib: "Hörmətli cənab Rövnəq Abdullayev! Xahiş edirəm şirkətin vəzifəli şəxsləri üçün Əmək qanunvericiliyinin tədrisi üzrə marifləndirici treninqlər təşkil edəsiniz. "Azəriqaz” İB-nin Baş direktorunun satış və istismar üzrə müavini cənab Ruslan Əliyev Azərbaycan Respublikasının Əmək qanunvericiliyinin tələblərini pozaraq, ixtisara saldıqları işçinin Əmək Məcəlləsində nəzərdə tutulmuş hüquq və təminatlarını məhdudlaşdırıb. Belə ki, R.Əliyevin 09 Fevral 2016-cı il tarixli məktubu ilə, test imtahanından 22 bal toplamış Dürdanə Məmmədovaya Xidmət müqaviləsi əsasında Təmirçi-çilingər peşəsi təklif edilib. Hörmətli Ruslan müəllim. İşçi ilə işəgötürən arasında olan əmək münasibətləri,(xüsusən də ştatlı işçilərlə) Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulan qaydada, əmək müqaviləsi ilə rəsmiləşdirilməlidir. Düzdür, qanunvericilik xidmət müqaviləsini bağlanmasını qadağan etməsə də,qeyd olunan xidmət müqaviləsi,Əmək Məcəlləsi ilə deyil Mülki Məcəllə ilə tənzimlənir.

20 Aprel 2016 1:14

Bakının məşhur otelləri MTN şəbəkəsinin nəzarəti altında… – Hələ də haq verirlər…

mtn

Ötən günlərdə xəbər vermişdik ki, MTN generalı, hazırda həbsdə olan Elçin Quliyev əxlaqsızlıq yuvalarından da aylıq haqq alırmış. Faktinfo.az Azerinews.tv-yə istinadən xəbər verir ki, Quliyevin haqq aldığı əxlaqsızlıq yuvası kimi ad çıxarmış otellərdən biri «Clear» olub. Məlumatda deyilir ki, Fikrət adlı şəxsin olan, əsasən imkanlı adamların uşaqlarını şantaj edərək, pul qazanmağa üstünlük verilən oteldə indi də analoji proseslərdən yararlanıldığı istisna deyil. MTN ləğv olunana qədər Elçin Quliyevə ayda 1000 manat haqq verən «Clear» rəhbəri, elə zənn edir ki, əvvəlki kimi indi də addım atmaq olar. Qeyd edilir ki, sözügedən otelin sahibi hələ xeyli əvvəl İrana civə keçirərkən yaxalanıb, lakin müəmmalı şəkildə azadlığa çıxıb. Bundan başqa, həmin otelin sahibinin Ermənistanda da ticarətlə məşğul olduğu və istirahət mərkəzi işlətdikləri vurğulanır. «Clear»la bağlı ayrıca bir yazımız daha olacaq və yaxın günlərdə oxuculara təqdim ediləcək. Sayt yazır ki, Elçin Quliyevə haqq vermiş digər otellər isə «Romi» və «Ağ Otel» olub. Binəqədi yolunun üzərində yerləşən və əxlaqsızlıq yuvası kimi ad çıxarmış «Romi»nin keçmiş generala ayda 400 manat verdiyi artıq dəqiqdir. «Ağ Otel»in sahibi isə ayda 1000 manatla MTN-in himayəsinə sığınmağa nail olub. Saytın apardığı araşdırmalar zamanı Elçin Quliyevə haqq vermiş və bu gün də onun ailəsinə pul göndərən əxlaqsızlıq yuvalarının daha 6-ı dəqiqləşdirməyə nail olub. Belə ki, həmin otellərdən biri «Neapol»dur. Bu otelin sahibi MTN generalına hər ay 1000 manat haqq ödəyirmiş. Çox maraqlıdır ki, bu otelin MTN generalının «nişangahı»na gəlməsində media təmsilçilərindən birinin müstəsna rolu olub. Bundan başqa, «Bədo» motel də Elçin Quliyevə haqq verib. Ayda 300 manat ödəməklə generalın himayəsi altına keçən bu əxlaqsızlıq yuvası birmənalı olaraq heç kimdən çəkinmədən hərəkət edir. Elə bu gün də həmin arxayançılıq var. «Sabirabad» moteldən də aylıq 1000 manat alan keçmiş MTN generalı, onlara da çoxlu sayda vədlər verib. Qeyd edək ki, bu motel də əxlaqsızlıq yuvası kimi ad çıxarıb və ölkədə məşhuri-cahandır. Bazarda elə də böyük olmayan, hətta bir o qədər ad çıxarmamış obyektlər də keçmiş generalın diqqət mərkəzində olub. Daha doğrusu, ona bu yerlərlə bağlı məlumatlar ötürülüb. Aydın məsələdir ki, bu zaman mətbuatdakı dostlarının da imkanlarından geniş yararlanıb. Bu əsnada «Kinq Palas» otelin Elçin Quliyevə ayda 200 dollar haqq verməsi üzə çıxıb. Bir generalın özünü bu qədər aşağı səviyyəyə salması da elə bu səbəbdən anlaşılan deyil. Belə başa düşmək olur ki, Elçin Quliyev dilənçiliklə məşğul olub. Eyni məbləğin, yəni ayda 200 dolların alınması «Azərin» və Quest House» otelləri üçün də keçərli olub. Çünki hər iki oteldən aylıq haqq alınmasını elə özləri də etiraf edirlər. Əldə etdiyimiz məlumatlara görə, Elçin Quliyevin adamları hər ay bu otel və motellərə gələrək, aylıq haqları indi də yığırlar. Və bu yığımın «generala kömək lazımdır» adı altında həyata keçirirlər. Quliyevin adamları deyirlər ki, «General çıxdıqdan sonra, hamıya daha geniş imkanlar yaradacaq».

20 Aprel 2016 11:56

İŞİD-ə qoşulmuş iki azərbaycanlı: “Ya ölməli, ya döyüşməli idik”

isid

Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada Bəşər Əsədə qarşı qeyri-qanuni silahlı dəstələrin tərkibində döyüşməkdə ittiham olunan Elşən İsmayılov və Mirrahim Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilir. Virtualaz.org saytının əldə etdiyi məlumata görə, prosesə hakim Zeynal Ağayev sədrlik edir. İttihama görə, Elşən İsmayılov və Mirrahim Abdullayev bir qrup şəxslərlə qabaqcadan əlbir olaraq, dini düşmənçilik zəminində qanunvericilikdə nəzərdə tutulmayan, terror təşkilatı kimi tanınan silahlı birləşmələrin (İŞİD-in) tərkibində vuruşublar. Dini məzhəbləri yaymaq, dini ayinlərin icrası altında Suriyada hökumət qüvvələrinə qarşı aparılan silahlı münaqişədə iştirak etmək məqsədilə “Xəttab” ləqəbli Dəyanət Yadigarovun dəvəti əsasında 29 iyun 2013-cü ildə Gürcüstana, oradan isə Türkiyənin Hatay vilayətinə gediblər. Hatayda şəxsiyyəti istintaqa məlum olmayan Həsən adlı şəxsin köməkliyi ilə qanunsuz olaraq Suriya ərizisinə keçiblər. Orada silahlı təlimlərdə iştirak ediblər, silahdan istifadə qaydalarını öyrəniblər. “Xəttab”ın internet vasitəsilə cihada çağırışı Əvvəllər narkotik vasitələrin dövriyyəsində ittiham olunaraq həbs olunan Elşən İsmayılov cəza çəkdiyi dövrdə ibadətlə məşğul olmağa başlayıb, İslam dininin sələfi təriqətinə etiqad edib. Həbsdən buraxıldıqdan sonra internet vasitəsilə öyrənib ki, Suriyada Bəşər Əsədə qarşı hərbi əməliyyatlar aparan silahlı birləşmələr yaradılıb. Əslən azərbaycanlı olan “Xəttab” ləqəbli Dəyanət Yadigarovun internetdəki çıxışlarını dinlədikdən sonra Suriyaya getməyi qərara alıb. “Xəttab” çıxışında Bəşər Əsədə qarşı mübarizə apardıqlarını, kafirlərə qarşı mübarizənin, cihadın vaxtının çatdığını deyib, hər kəsi Suriyaya dəvət edərək əlinə silah götürüb Bəşər Əsədə qarşı döyüşməyə çağırıb. Həmin çağırışda “Xəttab” İstanbulda əlaqə nömrəsi də verib ki, istəyənlər əlaqə saxlasın, müxtəlif bələdçilər vasitəsilə onların Suriya ərazisinə keçirilməsinə kömək ediləcək: “Həmin çağırışlarda sonra qərara gəldim ki, Suriyaya gedib döyüşlərdə iştirak edim. Bu məqsədlə də tanışım Mirrahim Abdullayevlə birlikdə 2013-cü ilin iyun ayında əvvəl Gürcüstana, oradansa İstanbula gəldik. Mirrahim də mənim kimi internetdə “Xəttab”ın döyüşmək üçün çağırışlarını eşitmişdi. İstanbula çatıb Həsən adlı şəxsə zəng vurduq, Azərbaycandan gəldiyimizi dedik. O, bizə Hatay bölgəsinə gəlməyimizi tapşırdı. Mirrahimlə birgə avtobusla Hataya yola düşdük, Həsənlə görüşdük”. “Ya ölməli, ya da qalıb döyüşməliydin” E.İsmayılov ifadəsində Həsənin onları Türkiyə ərazisindən Suriyaya keçirdiyini və milliyyətcə ərəb olan iki nəfərə təhvil verdiyini göstərib. Həsən onları təhvil verdikdən sonra Türkiyəyə qayıdıb. Həmin ərəblərsə iki azərbaycanlını Suriyanın “Şeyx Süleyman” ərazisinə gətirib, orada yerləşən düşərgəyə apararaq “Usama” ləqəbli Vasif adlı azərbaycanlıya təhvil veriblər: “Vasif döyüşlərin birində həlak oldu. Biz “Xəttab”ın başçılıq etdiyi silahlı birləşməyə qoşulduq. Mənim dini ləqəbim “Abu Yusif”, Mirrahiminki isə “Abdulrahman” oldu. Orada Azərbaycandan gələn çoxlu döyüşçülər vardı. Biz hərbi təlimlərdə iştirak edirdik, müxtəlif silahlardan istifadə qaydalarını, döyüş taktikalarını öyrənirdik. Döyüş taktikasını, hərbi təlimləri “Xəttab”la yanaşı, “Abu Hamza” ləqəbli Eldəniz Eynullayev də keçirdi. Hərbi təlimləri və döyüş taktikalarını mənimsədikdən sonra 2013-cü ilin sonlarında döyüşlərdə iştirak etməyə başladım. Yaralıları minik maşını ilə döyüş bölgəsindən çıxarır, onlara ilkin tibbi yardım göstərirdim. 2013-cü ilin iyul ayınıdan 2014-cü ilin dekabr ayınadək döyüşlərdə iştirak etmişəm”. E.İsmayılov ifadəsində xəstəliyi ilə əlaqədar sonradan döyüşlərdə iştirak edə bilmədiyi üçün Rakka şəhərinə gəldiyini, orada döyüşdə iştirak edən şəxslərin ailələrinə yemək və dərman təminatını həyata keçirdiyini deyib: “Döyüşlərin birində Mirrahimin yaralandığını eşitdim. Mirrahimi axtarıb tapdım. Müalicə olunduqdan sonra Rakkadakı evlərdən birində qalırdı. 2014-cü ilin yaz aylarında Mirrahim Türkiyəyə keçməkdə ona köməklik etməyimi istədi. Həmin dövrdə heç kimi könüllü buraxmırdılar. Ya ölməli, ya da qalıb döyüşməliydin. Mirrahim üçün bələdçi tapdım. Onun köməkliyi ilə Mirrahim Türkiyəyə keçə bildi. Amma sənədlərində problem yarandığını, sonradan Azərbaycana qayıtdığını eşitdim”. Xəstəlik, saxta pasport və deportasiya E.İsmayılov xəstəliyi ilə əlaqədar sonradan Türkiyəyə keçib, orada müvəqqəti yaşamaq hüququ ala bilmədiyinə görə bir müddət Türkiyənin dövlət orqanlarından gizlənib. Müalicə üçün Almaniyaya getməiyi planlaşdırıb, özünə saxta Türkiyə vətəndaşı pasportu düzəltdirsə də, Almaniyaya gedə bilməyib. Təyyarə ilə əvvəlcə Moldovaya uçan E.İsmayılovun pasportunun saxta olması elə Kişinyov hava limanında aşkar edilib. Ona görə də, E.İsmayılovu geri göndəriblər. Türkiyəyə geri qayıdan kimi pasportu cırıb atıb. Azərbaycana dönməkdən qorxan E.İsmayılov ötən ilin iyul ayında Malayziyaya yollanıb. Amma oradan da deportasiya olunub. İstanbulda iki ay qaldıqdan sonra Azərbaycana təhvil verilib. “Bəşər Əsədə qarşı döyüşlərdə iştirak etmişəm” Təqsirləndirilən şəxs qismində dindirilən Mirrahim Abdullayev ifadəsində 2013-cü ilin iyul ayından 2014-cü ilin noyabr ayınadək “Xəttab”ın rəhbərlik etdiyi dəstədə Bəşər Əsədə qarşı döyüşlərdə vuruşduğunu, hərbi əməliyyatlarda iştirak etdiyini göstərib: “Həsənə “Xəttab”ın dəstəsinə qoşulmaq niyyətində olduğumuzu dedik. Ertəsi gün başqa maşınla bizi Suriyanın “Şeyx Süleyman” ərazisinə gətirdilər. Həmin ərazidəki silahlı birləşməyə “Xəttab” başçılıq edirdi. Döyüşlərdə iştirak etmək üçün gələn şəxslərə bir müddət hərbi təlim keçirdilər, silahla davranmağı öyrədirdilər. Hərbi təlimləri, döyüş taktikalarını mənimsədikdən sonra 2013-cü ilin payız aylarından başlayaraq hərbi əməliyyatlarda iştirak edirdik. Döyüşdə iştirak edəcək silahlı birləşmənin sayı vuracağımız obyektdən və həmin obyektdə olan şəxslərin sayından asılı olurdu. Dəqiq sayı həmin bölgədə yaşayan sakinlərdən müəyyənləşdirirdik. Azərbaycandan olan Ömər Xalidlə 2014-cü ilin yaz aylarında Rakka şəhərinə gəldik. Ömər, mən, Elşən və digərləri “Xəttab”ın dəstəsində idik. Ömərlə birlikdə dəfələrlə döyüşlərdə olmuşuq. 2014-cü ilin yay aylarında Suriya-Türkiyə sərhədində kürdlərin məskunlaşdığı yaşayış məntəqəsi uğrunda döyüşdə birlikdə iştirak etdik. Döyüş barədə əmri “Xəttab” versə də, qrupa “Usama” başçılıq edirdi. “Usama” onunla rasiya vasitəsilə əlaqə saxlayırdı. “Usama”dan başqa heç kim “Xəttab”la əlaqəyə girə bilmirdi. Rakkadan Türkiyə sərhədində yerləşən kürd kəndinədək təxminən bir saat məsafə idi. Tural, “Usama”, Xalid, Ömər, ərəb və türk millətindən olan digər şəxslərlə birlikdə iki maşınla Rakkadan yola düşdük. Maşınlarda silah, çoxlu sayda patron vardı. Kəndə çatmamış maşınları buğda anbarının yanında saxladıq, maşından düşüb piyada getdik. Səhərə yaxın idi, hava işıqlanırdı. Hücuma keçəcəyimiz ərazidə bir-birindən aralı olmayan çoxlu sayda kürd kəndləri vardı. Döyüş meydanında qalan azərbaycanlıların meyitləri Suriyada olanda eşitmişdim, sonradan özüm də gördüm ki, kürd kəndlərində döyüş aparmaq çox çətin olur. Onların özlərinin sanki bir döyüş taktikası, xüsusi maskirovka qaydaları var. Məsələn, bir evə daxil olurdun, diqqəti bir an əldən verdinsə evin həyətində qazılmış hansısa quyuya, çalaya düşürdün. Evlər gildən, tikili hasarı olmayan evlər idi, ətrafında yarıyacan səngərlər qazılmışdı. Hər bir həyətdə çörək bişirmək üçün nəzərdə tutulmuş təndir, su çəni, ev quşları və heyvan saxlamaq üçün yerlər olurdu. Səhər saatlarında həmin kəndə hücuma keçdik. Lakin qarşı tərəfin ciddi müqaviməti ilə rastlaşdıq. Bir neçə saat ağır döyüş getdi. Əslən Azərbaycandan olan Tural və Xalid həlak oldular. Qarşı tərəf ərazini minaatanlardan atəşə tuturdu deyə, nə qədər çalışsaq da, meyitləri döyüş bölgəsindən çıxara bilmədik. Xeyli döyüşdükdən sonra “Usama”ya rasiya ilə geri çəkilməyimiz barədə xəbər gəldi. Maşınlara oturub Rakkaya qayıtdıq. “İŞİD əmr vermişdi ki, həmin bölgəni Bəşər Əsəddən alaq” Suriya-İraq sərhədinə yaxın ərazidə yerləşən Abu-Kamal qəsəbəsi yaxınlığında başqa bir döyüşdə iştirak etdim. Abu-Kamal ərazisindən İraq sərhədinə təxminən 5 km məsafə vardı. İŞİD əmr vermişdi ki, həmin bölgəni Bəşər Əsəddən geri alaq. O səbəbdən döyüşlər aparılırdı və sonda həmin bölgə İŞİD-in tabeçiliyinə keçdi. Həmin döyüşdə yerə düşən mərminin qəlpələri kürəyimə dəydiyindən yaralandım. Ağır yaralandığıma görə məni İraqın Suriya ilə digər sərhəd bölgəsinə - Anbar vilayətindəki xəstəxanaya gətirdilər. Orada əməliyyat olunduqdan iki gün sonra başqa bir evə apardılar”. Vəd olunan Cənnət: “Bəs deyirdin Suriya Cənnətdir, hanı bunun Cənnətliyi?” İstintaq zamanı şahid qismində Nuranə Aslanova dindirilib. O, ifadəsində Elşənin həbsxanadan qayıtdıqdan sonra Allah naminə Suriyaya getmək istədiyini, oradakı bacı-qardaşlara köməklik göstərmək, döyüşmək niyyətində olduğunu dediyini göstərib: “Ailələrimiz arasındakı ziddiyətlərlə bağlı Elşənlə rəsmi qaydada ayrılmışdıq. Amma dini nikah bağlayıb bir yerdə yaşayırdıq. Əmircan qəsəbəsində yaşayan və ibadətlə məşğul olan din qardaşı Mirrahimlə Suriyaya yollandı. Suriyada olduğu dövrdə zəng vurub mənimlə danışırdı. Hər dəfə Elşənlə danışanda onun yanına getmək istədiyimi deyirdim”. 2013-cü ilin oktyabr ayında N.Aslanova əvvəl Gürcüstana, oradansa Türkiyənin Adana şəhərinə gedib. Orada onu iki nəfər türk millətindən olan ər-arvad qarşılayaraq evlərinə aparıb. Evində qaldığı şəxslər onu və daha iki nəfər ərinin yanına getmək istəyən qadını gizli yolla Suriyaya keçiriblər. Üç nəfər qadın Suriya ərazisinə keçib gözləməyə başlayıblar. Bir qədər sonra Elşən İsmayılov bir maşında, o biriləri isə başqa maşında gələrək onları Buşkatin kəndinə aparıblar. N.Aslanova üç ay həmin kənddə Elşənin yanında qalıb: “Elşən deyirdi ki, Mirrahim döyüşlərin birində yaralanıb, yaralı vəziyyətdə döyüş meydanında qalıbmış, onu oradan çıxarıb və tibbi yardım göstərib. 2014-cü ilin mart ayında Suriyadan qaçaq yolla Türkiyəyə, sonrasa Azərbaycana qayıdıb”. Təqsirləndirilən E.İsmayılovun həyat yoldaşı Billurə İsmayılova ifadəsində göstərib ki, Elşən bir gün onun, bir gün isə Nuranənin yanında qalırmış: “Elşən Suriyanı mənə izah edərkən oranın Cənnət olduğunu, Şəriət qaydaları ilə idarə edildiyini, hər yerdə məscidlərin, müsəlmanların olduğunu, qadınların hicabdan və niqabdan istifadə etdiklərini deyirdi. Elşənin dediklərinə inanmışdım. Suriyanın Cənnət olduğuna inanmışdım. 2013-cü ildə Elşənin yanına getməyə qərar verdim. Noyabr ayında İstanbula, oradan da Qaziantep şəhərinə gəldim. Hava limanında 15-20 nəfər niqablı qadının Suriyadakı həyat yoldaşlarının yanına gəldiklərini gördüm. Həmin qadınların əksəriyyəti övladlarını da özləri ilə götürmüşdülər. Məni türk ailəsi qarşıladı, evinə apardı, üç-dörd gün sonra qaçaq yolla Suriyanın Rakka şəhərinə keçirdilər. Orada Elşəni gördüm, Rakkada Elşənlə bir evdə qalırdıq”. Suriyanın hər yerində atışma səsləri eşidən, bundan qorxu-həyəcan keçirən qadın Suriyada Cənnətlə bağlı səsləndirilən fikirlərinin əslində cəfəngiyyatdan başqa bir şey olmadığı qənaətinə gəlib: “O qədər həyəcan, qorxu keçirmişdim ki, bütün həyatıma nifrət edirdim. Elşəndən soruşurdum ki, bəs sən deyirdin Suriya Cənnətdir, hanı bunun Cənnətliyi? Elşən cavab verə bilmirdi”. Məhkəmə prosesi davam edir.

15 Aprel 2016 7:37

“Ermənistan iqtidarı işğal olunmuş ərazilərə terrorçuları toplamağa çalışır” –Zakir Həsənovdan xəbərdarlıq

zakir-xanlar

  Bu gün Müdafiə naziri general-polkovnik Zakir Həsənov Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi cənab Herbert Salberin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Faktinfo.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş verən son hadisələr, döyüş əməliyyatlarının aktivliyinin artması, hazırkı vəziyyətə dair məsələlərin müzakirə edildiyi görüşdə general-polkovnik Z.Həsənov düşmən tərəfindən yaşayış məntəqələrimizin və mülki əhalinin atəşə məruz qalması faktlarını diqqətə çatdırıb. Müdafiə naziri, beynəlxalq birlik tərəfindən tanınan Azərbaycan ərazilərinin 20 ildən artıq bir vaxtda erməni işğalı altında olmasını, bunun nəticəsində bir milyondan çox soydaşımızın didərgin düşdüyünü, danışıqlar prosesinin nəticəsiz qalmasını da bir daha qonaqlara xatırladıb. "Ermənistan Silahlı Qüvvələrinin işğal edilmiş ərazilərdən qeyd-şərtsiz çıxması ilə bağlı BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul edib. Ermənistan hakimiyyəti isə uzun illərdir beynəlxalq ictimaiyyətin haqlı tələbinə məhəl qoymur və mövcud "status-kvo"nu saxlamaqda davam edir. Bizə yaxşı məlumdur ki, işğalçılar Azərbaycan əsgərinin onlara vurduğu zərbədən sonra ağır vəziyyətə düşüblər. Ona görə də Ermənistan dünyanın müxtəlif qaynar nöqtələrindən muzdluları, terror təşkilatlarının üzvlərini könüllü adı altında Azərbaycanın işğal olunmuş ərazilərinə toplamağa çalışır. Rəsmi Yerevan artıq öz hərəkətlərində heç nəyə məhəl qoymadan açıq-aydın terror təşkilatları ilə əməkdaşlığa gedərək bunu dövlət siyasəti səviyyəsinə yüksəldib. Beynəlxalq təşkilatlardan, dünya ictimaiyyətindən bu məsələyə düzgün, obyektiv qiymət verilməsini tələb edirik. Əks-halda Silahlı Qüvvələrimiz Ali Baş Komandanın söylədiyi kimi ərazilərimizin işğal altında saxlanılması faktı ilə heç vaxt barışmayacaq və torpaqlarımızın azad edilməsi kimi müqəddəs vəzifəni mütləq yerinə yetirəcəkdir", – deyə nazir bildirib. Görüşdə iştirak edən Azərbaycan Respublikası Baş prokurorunun müavini – Azərbaycan Respublikasının Hərbi prokuroru ədliyyə general-leytenantı Xanlar Vəliyev Ermənistan hakimiyyətində təmsil olunan şəxslərin Azərbaycan torpaqlarının işğalında və törədilən ağır cinayətlərdə iştirakı, son döyüş əməliyyatları zamanı erməni hərbçilərin silahlı münaqişələr hüququnu pozaraq azərbaycanlı mülki əhaliyə qarşı zorakılığı, döyüş meydanında qalmış meyitlərə olan hörmətsizlik, o cümlədən digər fakt və dəlilləri qonaqların diqqətinə çatdırıb. Sonda qonaqları maraqlandıran bütün suallar ətraflı cavablandırılıb.

15 Aprel 2016 6:34

Vaqif Novruzov Hacıbala Abutalıbovu əvəzləmək istəyir…

hacik

Azərbaycanda mühüm dövlət qurumlarına rəhbərlik edən şəxslərin daha yüksək vəzifəyə təyinat alması uğrunda apardıqları mübarizə heç kimə sirr deyil. Aldığımız məlumatlara görə, Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin baş direktoru Vaqif Novruzov tutduğu vəzifə ilə kifayətlənmək istəmir, BŞİH başçısı olmaq istəyir. Faktinfo.az saytına danışan şəxsin fikirlərinə istinasız inanırıq. Nəinki Vaqif Novruzov, uzun illər kresloları zəbt etmiş vəzifəlilərimizin 80%-i bu fikirdədir. Vaqif Novruzova gəlincə, o da digərləri kimi daha yüksək posta təyinat almaq fikrinə düşə bilər, burada pis heç nə yoxdur. Onun arzusunun reallaşıb-reallaşmaması da başqa zamanın mövzusudur. Maraqlı olan isə ondan ibarətdir ki, görəsən, Vaqif Novruzov Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin baş direktoru kimi qarşısında duran vəzifədə özünü doğrulda bilibmi? Bu gün paytaxt Bakıda vətəndaşlar tərəfindən yüzlərlə şikayət olunur ki, qəzalı ağacların yaratdığı təhlükəli vəziyyətlə bağlı tədbir görülsün, ağacları aqrotexniki xidmətin göstərilməsi mümkünləşsin, bu baş verirmi?! Yox! Bakıda qanunsuz ağac kəsintisi faktları yığışdırılsın, yığışdırılırmı?! Yox! Əksinə, sağlam ağacların kəsilməsi vətəndaşların gözü qarşısında baş verir, kəsilmiş ağacların yerində “obyekt”lər tikilir. Əlavə olaraq xarici ölkələrdən baha qiymətə tinglər alınır, torpağa basdırılır. Torpağa basdırılan körpə tinglərə sonradan normal göstərilməyən aqrotexniki qulluq sonda əkilmiş ağacların 20-30%-nin quruması ilə nəticələnir. Bu da hamısı deyil. BŞİH Yaşıllaşdırma Təsərrüfatı Birliyinin 10 min hektardan çox yaşıllıq ərazisinə göstərdiyi xidmətdən, maliyyə təsərrüfat fəaliyyətindəki nöqsanlardan, onun ölkənin ən nüfuzla şəxsləri ilə əlaqələrindən və s. danışmaq, mövzunu uzatmaq olar. Sadəcə təəssüf doğuran səbəb ondan ibarətdir ki, heç kim gördüyü işlə fərqlənib yüksəlmək, daha yaxşısına layiq olmaq istəmir, o cümlədən Vaqif Novruzov. Faktinfo.az

14 Aprel 2016 2:10

Aprelin 14-də Qarabağla bağlı qərar veriləcək…

19883

Ermənistan-Azərbaycan probleminin həlli istiqamətində Təmas qrupunun yaradılmasına dair qərarı aprelin 14-də dövlət başçıları verəcək Faktinfo.az xəbər verir ki, bu sözləri APA agentliyinin sualını cavablandırarkən İslam Əməkdaşlıq Təşkilatının Baş katibi İyad Manavi deyib. Təşkilatın İstanbuldakı XIII zirvə toplantısının ikinci gününün sonunda mətbuat konfransı keçirən Manavi, APA-nın “Ermənistan-Azərbaycan probleminin həlli istiqamətində Təmas qrupunun yaradılacağını dediniz. Qrupa daxil olacaq ölkələr məlumdurmu?” - sualına bu şəkildə cavab verib: ”Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından çıxması və Dağlıq Qarabağ məsələsinin ədalətli şəkildə həlli üçün Təmas qrupu yaradılması təklifi bu günkü iclasımızda gündəmə gəlib. Bu, bir tövsiyədir, inşallah, dövlət başçılarının aprelin 14-də keçiriləcək toplantısında qərar da qəbul ediləcək. Təmas qrupuna neçə ölkənin daxil ediləcəyini indidən deyə bilmərəm. İndiyə qədər yaratdığımız təmas qruplarında 15 ölkə təmsil olunub. Ermənistan-Azərbaycan problemi ilə bağlı yaradılmasını tövsiyə etdiyimiz qrupda 20 ölkə də ola bilər. Hər şey ayın 14-də dövlət başçılarının qəbul edəcəyi qərardan asılı olacaq”.Qeyd edək ki, İslam Əməkdaşlıq Təşkilatının XIII Zirvə toplantısı aprelin 11-də İstanbulda öz işinə başlayıb. Zirvə toplantısında daha əvvəl üzvlüyü dondurulmuş Suriya iştirak etmir, Liviya isə toplantıda təmsil olunub.

13 Aprel 2016 1:26

Müdafiə Nazirliyi: “Azərbaycan ordusu ölülərlə müharibə aparmır”

sss

Erməni tərəfinin Azərbaycan hərbçilərinin erməni əsgərlərinin cəsədlərini təhqir etmələri ilə bağlı yaydığı bəyanatlar həqiqətəuyğun deyil. Faktinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir. "Erməni tərəfi belə bəyanatlar yaymaqla dünya ictimaiyyətinin diqqətini Qarabağ münaqişəsi ilə bağlı yanlış istiqamətə yönəltməyə və azərbaycanlıları vəhşi kimi təqdim etməyə çalışır”, - deyə məlumatda vurğulanır. Məlumatda həmçinin qeyd olunur ki, Azərbaycan tərəfi ölən şəxslərlə humanist davranır, heç bir təhqir və işgəncə faktları olmayıb: “Azərbaycan ordusu ölülərlə müharibə aparmır. Ermənistan Azərbaycanın humanistliyini qiymətləndirərkən nəzərə almalıdır ki, hərbi əməliyyatları biz dayandırdıq və beləliklə, həm də daha çox erməni hərbçisinin məhv olmasının qarşısını aldıq”. “Biz ölən əsgərlərimizin valideynlərinin, ailə üzvlərinin emosional vəziyyətini nəzərə alaraq, erməni tərəfindən hərbi qulluqçularımızın meyitlərinin təhqir olunması ilə bağlı faktları bildirmədik. Azərbaycan əsgərləri heç vaxt ermənilərin etdikləri vəhşilikləri edə bilməzlər. Erməni tərəfi belə bəyanatlar yaymaqla Azərbaycanı dünya ictimaiyyətinə vəhşi kimi təqdim etmək niyyəti güdür”, - deyə məlumatda bildirilir.

11 Aprel 2016 6:40

Bayrağın qiymətini qaldıranlara XƏBƏRDARLIQ

bay

Cəbhədə vəziyyətin gərginləşməsi ilə birlik nümayiş etdirən Azərbaycan xalqı orduya dəstək məqsədilə ölkənin müxtəlif yerlərində dövlət atributlarından daha geniş istifadə etməyə başlayıb. Bayrağımızı xüsusilə iri ticarət mərkəzlərinin girişindən, eyvanlardan, avtomobillərin şüşələrindən, parklardakı hündür ağaclardan asılan görürük. Orduya dəstək məqsədilə təşkil edilən aksiyalarda insanlar mütləq surətdə bayraqla iştirak edirlər. Bu günlərdə milli atributumuza artan tələbatdan istifadə edən işbazlar üçrəngli bayrağın satış qiymətini bahalaşdırıb. Belə ki, əvvəllər ölçüsündən asılı olaraq 3-4 manata təklif edilən bayraqlar, 5-8 manata, 7-8 manat dəyərində olan bayraqlar 10-14 manata, nisbətən böyük ölçüdə olan və əvvəllər 20 manata təklif edilən bayraqlar isə hazırda 25 manata satılır. İqtisasiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev Modern.az saytına bayrağın bahalaşması ilə bağlı Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət daxil olmadığını bildirib: “Bununla belə, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti bayraq satışını həyata keçirənlərə məsələyə həssaslıqla yanaşmalarını tövsiyə edir. Bayraqların daha çox alınması vətənpərvərlik hissinin daha da yüksəlməsindən xəbər verir”. A.Əliyev bildirib ki, bayraq satışı ilə məşğul olanlar dövlət atributuna artan tələbatdan dolayı milli atributumuzu daha ucuz qiymətə təklif etsələr yaxşı olar.

11 Aprel 2016 5:35

Gürcüstanın Dövlət Agentliyinin sədri: “Təəssüflər olsun ki, qonşularımızı biz özümüz seçməmişik”

guu

  “Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik” “20 Yanvar Azərbaycan, 9 Aprel gürcü xalqlarının şərəf və ləyaqət tarixidir. Şəhidlərimizin qanı bahasına müstəqilliyimizi qazandıq. İndi də Azərbaycan və Gürcüstan müstəqil dövlətdirlər və demokratik inkişaf yolunda inamla addımlayırlar. Amma təəssüf olsun ki, ciddi problemlərimiz də var. Hər iki dövlətin ərazi bütövlüyü pozulub, torpaqlarımızın 20 faizi işğal olunub. İnsanlar doğma yurd-yuvalarından zorla didərgin düşüblər. Son günlər Azərbaycanın işğal olunmuş ərazilərində atəşkəs yenidən pozulub. Çoxlu insan tələfatı var. Azərbaycan Prezidenti müdrik və praqmatik siyasətçi kimi bu hadisələrə öz münasibətinə bildirdi. Biz Azərbaycan Prezidentinin mövqeyini yüksək qiymətləndiririk. Eyni zamanda, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik”. Bunu "Report"a müsahibəsində Gürcüstanın Dini məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşaqmadze deyib. Komitə sədr bildirib ki, Gürcüstan və Azərbaycan təkcə Cənubi Qafqazda deyil, dünyada tolerant ölkə nüfuzu qazanıblar: "Bizim ölkələrimizdə insanlar dinindən, dilindən və milli mənsubiyyətindən asılı olmayaraq, bərabərhüquqludurlar. Onlara qarşı heç bir ayrı-seçkilik tətbiq olunmur. Lakin təəssüflər olsun ki, elə bu iki ölkənin də əraziləri işğal olunub. Biz bu gün də müəyyən problemlər yaşayırıq”. Azərbaycanın işğal olunmuş ərazilərindəki hərbi əməliyyatlardan Gürcüstan dövləti, hökuməti və ictimaiyyətinin də ciddi narahat olduğunu vurğulayan Z.Vaşaqmadze deyib: “Biz bu müharibənin daha da genişlənməsini istəmirik. Hətta öz ərazilərimizin də sülh yolu ilə azad olunmasına çalışırıq. Ona görə də öz ərazimizdə, paytaxt Tbilisidə tərəflərin görüşünü təşkil etməyə hazırıq və bununla bağlı hər iki tərəfə müraciət etmişik. İstəyirik ki, Cənubi Qafqazda sülh, təhlükəsizlik, bərabərlik və firavanlıq olsun. Azərbaycan bizim yaxın dostumuz, strateji tərəfdaşımızdır. Ermənistan da dost ölkədir. Qonşular arasında münaqişə heç kimə fayda gətirmir. Çalışmalıyıq ki, qonşularla birlikdə, sülh və əmin-amanlıq şəraitində yaşayaq. Lakin təəssüflər olsun ki, qonşularımızı biz özümüz seçməmişik”.

11 Aprel 2016 3:30

Fakt

Bizi izləyin