Dünyanın ən böyük yelkənli yaxtası azərbaycanlı oliqarxın limanına yan aldı FOTO

104395_res_01

Türkiyənin ilk meqa yaxta layihəsi olan “Palmarina Bodrum” istifadəyə veriləndən bəri dünyanın ən müxtəlif qitə və ölkələrindən gələn nəhəng yaxtalar burada lövbər salıb. Lakin “Palmarina Bodrum” bu dəfə başqa bir özəlliyi ilə diqqət mərkəzinə düşüb. Bu dəfə dünyanın ən böyük özəl yelkənli yaxtası - “Maltese Falcon” yaxtası “Palmarina Bodrum”a gəlib. Dünyanın 100 ən böyük və lüks yaxtası siyahısında yer alan və Malta bayrağı altında üzən 88 metrlik “Maltese Falcon” (“Malta şahini”) İtaliya şirkəti tərəfindən inşa edilib. Bu lüks meqa-yaxta 12 nəfərlikdir, daha 18 nəfərlik də xidmət personalı var. 2006-cı ildə suya endirilən yaxtanın ilk sahibi amerikalı milyarder Tom Perkins olub. T.Perkins onu 2009-cu ildə 60 milyon funt-sterlinqə yunan əsilli britaniyalı sərmayədar, “İKOS Ltd.” şirkətinin sahibi Elena Ambrosiaduya satıb. İrili-xırdalı 620 yaxtanı qəbul etmək gücündə olan “Palmarina Bodrum” limanına gəlincə isə bu buxta dənizçiliyin ən son tələb və standartlarına uyğun yüksək xidməti ilə seçilir. Türkiyədə yaşayan azərbaycanlı milyonçu Mübariz Mənsimovun “Palmali Group” şirkətinə məxsus liman beynəlxalq statusa və Türkiyənin dənizçilik və turizm sektorunda xüsusi paya malikdir. Bu liman azərbaycanlı iş adamı tərəfindən 2011-ci ilin mayında satın alınaraq yenidən qurulub. İl boyu elit xidmətlər göstərməsi ilə seçilən “Palmarina Bodrum” dünyanın ən təhlükəsiz yaxta limanlarından biri hesab olunur. (Virtualaz.org)

2 Avqust 2015 5:14

Amerikalı hakerlər internet vasitəsilə avtomobilin idarə edilməsini ələ keçirməyi bacarıblar

a937b3f7-bde0-42a7-89f3-efdf96befe96_292

  Sınaq zamanı hakerlər Sent-Luis şəhəri yaxınlığında hərəkətdə olan maşının elektronika sisteminə nəzarəti ələ keçiriblər ABŞ-da iki nəfər proqramçı internet vasitəsilə avtomobilin elektronika sisteminə uzaq məsafədən nəzarət edərək onu idarə edə bilib. Onlar həmçinin avtomobilin mühərrikini və əyləc sistemini uzaqdan işə salaraq söndürməyə müvəffəq olublar. "Report" TASS agentliyinə istinadən xəbər verir ki, hazırda "Twitter"də çalışan ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin keçmiş proqramçısı Çarli Miller və kompüter təhlükəsizliyi üzrə ixtisaslaşan IOActive şirkətinin əməkdaşı Kris Valasek jurnalistlərə onların hərəkətdə olan "Jeep Cherokee" avtomobilinə nəzarəti ələ ala biləcəyini nümayiş etdiriblər. Sınaq zamanı hakerlər Sent-Luis şəhəri yaxınlığında hərəkətdə olan maşının elektronika sisteminə bir neçə km. aralıdan nəzarəti ələ keçirə biliblər. Onlar avtomobilin kondisioneri, radiosu, şüşətəmizləyənlərini işə salıb və söndürüblər. Bundan əlavə, proqramçılar göstəriblər ki, istədikləri zaman onlar avtomobilin mühərrikini söndürə, avtomobilin əyləc sistemininin fəaliyyətini dayandıra bilərlər. Miller və Valasek bildiriblər ki, bunları nümayiş etdirməkdə məqsədləri istehlakçılara avtomobil elektronika sisteminin nə dərəcədə zəif olduğunu göstərmək idi. "Yüzlərlə və minlərlə yolda olan avtomobilin kifayət qədər müdafiəsi yoxdur", - Miller deyib. Ekspertlər 2014-cü ilin oktyabrından "Jeep Cherokee" istehsal edən "Fiat Chrysler" şirkəti ilə əməkdaşlıq edərək onlara proqram təminatının yenilənməsi və haker hücumlarının qarşısının alınması üçün boşluqları aradan qaldırmaq üçün köməklik göstərdiklərini bildiriblər. Avtomobil şirkətinin nümayəndələri artıq belə mexanizmlərin yaradıldığını açıqlayıb.

23 İyul 2015 8:38

Fakt

Bizi izləyin