Seçkiyə ataların əvəzinə oğullar gedir

101964

Bu ilin noyabrında Azərbaycanda keçiriləcək növbəti parlament seçkiləri ərəfəsində ölkə siyasətinin alt qatında bizim kəsdirə bilmədiyimiz kifayət qədər məsələlər var Əslində, hər bir ictimai-siyasi fiqurun qanunverici orqanda təmsil olunmaq iddiasına düşməsində qeyri-adi heç nə yoxdur.Bütün dövlətlərdə siyasi proseslərin önündə gələn şəxslərin belə təzahürlərə meyllənməsinə normal hal kimi baxılır.Mövcud siyasi şərtlər, onun dəyərləndirilməsi prizmasından yanaşdıqda, Azərbaycan siyasi mənzərəsindəki Milli Məclisə keçiriləcək seçkilərlə bağlı canlılığı da anlamaq çətin deyil.Ancaq bəzi siyasi çevrələrdəki lokomotiv fiqurantlar hazırkı atmosferin dikə etdiyi şərtlər altında özlərinin növbəti dəfə deputat mandatı əldə edə bilməyəcəyini də başa düşürlər.Yerli mətbuatın hakimiyyət mənbələrinə istinadən yazdığına görə, qarşıdakı parlament seçkilərində yaşlı, vəzifədə olan deputatlar (əsasən də rektorlar) növbəti dəfə namizədliklərini irəli sürməyəcəklər.Demək ki, Azərbaycan hakimiyyəti qanun çərçivəsində deputat yerləri ilə bağlı müəyyən strategiyasını hazırlayıb və bu da Milli Məclisin perspektiv işini daha da təkmilləşdirməyə hesablanıb.İndidən 100 faizlik proqnoz vermək həm etik, həm də məntiqi baxımdan düzgün sayılmaz.Ancaq heç şübhəsiz ki, yaxın gələcəkdə hakimiyyətin deputatlıqla bağlı iddia edilən məlum islahatları parlament seçkilərinin episentrində dayanacaq.Belə olan təqdirdə, bir neçə illərdir deputat statusunda olan yaşlılar öz xələflərinin yaxın ətrafından olmasını arzulayırlar. Çünki artıq onlara bəllidir ki, Milli Məclis dəhlizlərində bir daha deputat kimi gəzməyəcəklər.Buna görə də həmin şəxslər övladlarını qabağa verməyi düşünürlər.Məsələn, Ana Vətən Partiyasının (AVP) sədri, deputat Fəzail Ağamalı açıqlamalarının birində bildirmişdi ki, oğlu Elçin Ağamalıyevin deputat olmasını çox arzulayır.Uzun illərin siyası burulğanlarından keçmiş deputatın bu açıqlaması heç də təsadüfi sayıla bilməz. Şübhə doğurmur ki, hər hansı mətbəxdən məlumatlı olan cənab Ağamalı bu fikrə düşüb.Modern.az saytına daxil olan məlumata görə, qanunverici hakimiyyət orqanı üçün baş tutacaq seçkilərdə təkcə yaşlı, vəzifədə olan deputatlar deyil, eyni zamanda hökumətin yüksək postlarında olan məmurlar da öz övladlarının mandat qazanması uğrunda mübarizə aparacaqlar.Onların içərisində nazirlər, bizneslə məşğul olan deputatlar da var. Təbii ki, onların öz övladları üçün belə can yandırması da başadüşüləndir. Lakin bu, hakimiyyət daxili, ictimai gərginlik müstəvisinə qalxmamalıdır və hər şey qanunun tələbləri əsasında olmalıdır.Mümkündür ki, bu üsulla xeyli gənc parlamentdə öz valideynlərini əvəz eləsinlər.pia.az

27 Aprel 2015 3:17

Politoloq: “Ermənilərin bəzi dairələri üçün “soyqırım“ şəxsi biznesdir“

poliq

Ermənilər XX əsrin 60-cı illərindən başlayaraq müntəzəm və ardıcıl şəkildə qondarma "erməni soyqırım" məsələsinin "qabardılması" ilə məşğuldur "Soyqırım"ın tanınması məsələsində müəyyən nailiyyətlərin olmasına baxmayaraq, ermənilər bu istiqamətdə beynəlxalq miqyaslı uğur əldə edə bilməyiblər. Bu barədə "Report"a azərbaycanlı politoloq Əli Hacızadə aprelin 24-də Yeravanda qondarma "erməni soyqırımı"nın 100 illiyinə həsr olunan tədbirlərin keçirilməsini şərh edərkən bildirib.Onun fikrincə, ermənilər XX əsrin 60-cı illərindən başlayaraq müntəzəm və ardıcıl şəkildə qondarma "erməni soyqırımı" məsələsinin "qabardılması" və qondarma "erməni soyqırımının" tədqiqi ilə məşğuldur: "1990-cı illərin sonlarında bütün zəruri infrastruktur artıq yaradıldı. İndi bizim müşahidə etdiklərimiz əslində o zaman yaradılan həmin infrastrukturun fəaliyyətinin nəticələri və məhsullarıdır". Ekspert bildirib ki, ermənilər bu kimi üsullarla "xeyli uğur" əldə edə biliblər. Politoloq əlavə edib ki, söhbət ermənilərin istədiyi kimi genişmiqyaslı və başgicəlləndirici uğurdan getmir: "Ermənilərin nailiyyətləri onların məqsədyönlü fəaliyyəti ilə deyil, Türkiyə və Azərbaycanın zəif müqaviməti və Qərbdə erməni diasporunun öz məqsədləri üçün istifadə etdiyi müəyyən türkofobiya meyilli dairələrin mövcud olması ilə bağlıdır". Ermənilərin aprelin 24-dəki tədbirlərin keçirilməsindən sonrakı hərəkətlərindən danışan Ə.Hacızadə bildirib ki, ermənilər fəaliyyətlərini bir neçə istiqamətə yönəldəcəklər: "Bura "erməni soyqırımı"nın tanınması ilə bağlı kampaniyaların davam etdirilməsi,"soyqırımı" tanımağa hazır olan tarixçilər, jurnalistlər və siyasi xadimlərin satın alınması, eləcə də Türkiyədən maddi kompensasiya və ərazi güzəştlərinin tələb edilməsi daxildir".Onun sözlərinə görə, erməni tərəfi Türkiyədən heç nə ala bilməyəcək, lakin ermənilərin başqa çıxış yolu yoxdur, çünki bu tələblər "soyqırım" məsələsinin geniş şəkildə davam etdirilməsi üzrə kampaniyanın əsas məntiqi davamıdır: "Onu da bilmək vacibdir ki, ermənilər arasında müəyyən milliyətçi dairələr "soyqırım" məsələsini şəxsi biznes məqsədləri üçün istifadə edirlər. Onlar erməni diasporuna başlatdıqları işi yarımçıq qoymağa imkan verməyəcəklər".pia.az

24 Aprel 2015 1:43

“Yeni Qarabağ savaşında Rusiya bitərəf qalacaq“

yeni0

Müharibə ehtimalının artması Türkiyə amilinin önəmini birə-iki artırıb; rusiyalı hərbi ekspert: “Azərbaycanla Ermənistanın eyni ittifaqda olması mümkün deyil...” Dağlıq Qarabağ danışıqlarında üzücü durğunluq mərhələsi davam edir. Bu mərhələ eyni zamanda cəbhə bölgəsində vaxtaşırı gərginliyin artması ilə müşayiət olunmaqdadır. Yaranmış situasiyada yeni müharibə ilə bağlı risklər, münaqişə tərəflərinin iqtisadi, hərbi qüdrəti, onların müttəfiqlərinin - ilk növbədə də Rusiya və Türkiyənin, habelə Qərbin və İranın hansı davranışı sərgiləyəcəyi bir daha gündəmə gəlir. Bu və digər faktorları təzədən səf-nəzər eləmək zərurəti ortaya çıxır.Bəllidir ki, işğalçı Ermənistanın arxasında Rusiya durub. Bu ölkə ilə təcavüzkar dövlət azı, 45 illiyə siyasi-hərbi ittifaqdadır. Düşmən ölkə üstəgəl, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) Rusiyaya hərbi tellərlə bağlıdır. Bəs bu müttəfiqlik İrəvana hansı üstünlüklər yaradır və Azərbaycan ərazilərinin işğalının uzanmasında haraya kimi həlledici rol oynaya bilər?Rusiyalı hərbi ekspert, Moskvadakı MDB İnstitutunun Qafqaz şöbəsinin rəhbəri Vladimir Yevseyevin bu xüsusda maraqlı sayılacaq yanaşması var. Ekspert erməni portallarından birinə müsahibəsində tam doğru olaraq hesab edir ki, KTMT bir qurum olaraq yalnız kağız üzərindədir, formal xarakter daşıyır və bu təşkilat çərçivəsində Ermənistanda keçirilən birgə təlimlər də sırf ikitərəfli Rusiya-Ermənistan təlimləridir: “Odur ki, Ermənistan bu quruma xüsusi əhəmiyyət verməməlidir. Çünki KTMT-nin əksər funksiyaları işlək deyil”.Rusiyalı analitik Azərbaycanın KTMT-yə qoşulması və Ermənistanla birgə təmsilçiliyini real saymır və bunu ölkənin sərbəst inkişaf kursu aparması ilə izah edir: “Azərbaycan Avrasiya İqtisadi Birliyinin üzvü ola bilər. Ancaq hələ ki, o, müşahidə edir görsün ki, bu layihənin aqibəti necə olacaq. Əgər üstünlüklər vəd eləsə, o zaman mümkündür ki, üzvlük haqda fikirləşsin. Amma bu üzvlük istənilən hala tam həcmli olmayacaq, qismən olacaq. Bundan əlavə, mən hesab edirəm ki, Dağlıq Qarabağ münaqişəsi hələ uzun müddət davam edəcək. Təsəvvürə gətirmək çətindir ki, Azərbaycanla Ermənistan eyni ittifaqın üzvü ola bilər. Qarabağ problemi nizamlananadək başqa perspektiv görmürəm”.Münaqişə zonasında isə hərbi ekspertin qənaətincə, situasiya kəskinləşməkdədir: “Bunun sübutu kimi ötən ilin kritik avqust hadisələrini, noyabrda erməni hərbi vertolyotunun vurulmasını, yanvar və mart aylarında təmas xəttində təzədən artan və canlı itkilərə gətirən gərginlikləri göstərmək olar. İyun ayında Bakıda Avropa Oyunlarının gözlənilməsinə baxmayaraq vəziyyət gərginləşməkdə davam edir. Ötən il Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik ”Madrid prinsipləri"nin dəyişdirilmiş variantını təklif elədi. Ancaq təklifdən nə Bakı və İrəvanda, nə də Stepanakertdə (Xankəndində - red.) razı qaldılar. Yəni belə çıxır, heç bir tərəfi qane etməyən bir variant irəli sürülüb. Azərbaycan indi “Madrid prinsipləri”ni əvəzləyəcək prinsiplərdən danışır. Lakin Bakı çox istəyir ki, bütün bunlara Avropanı cəlb eləsin, çünki hesab edir ki, Minsk Qrupunun hazırkı tərkibi erməniyönlüdür".Bu həqiqətən də belədir. “Üçlük”dən ermənilərə ən yaxın olan, problemin həllinə əsas əngəl yaradan həmsədr dövlət isə təbii ki, Rusiyadır.Lakin moskvalı analitik Qarabağ münaqişəsinin həll edilməmiş qalmasında Kremlin maraqlı olması fikri ilə razılaşmır: “Bu, məncə, yanlış fikirdir. Rusiya, həmçinin də Türkiyə və İran sabitlikdə maraqlıdır. Moskva sabitlik istəyir. Əgər vəziyyət pisləşsə, bu, Şimali Qafqazadək çatacaq ki, bu da Rusiya üçün məqbul deyil. Moskva üçün sabitlik prioritet xarakter daşıyır. Qarabağda müharibə olsa, Rusiya nə edə bilər?İlk növbədə onu ki, Türkiyə ona qatılmasın. Fikrimcə, bu, çox mühümdür ki, Rusiya Türkiyənin bitərəf qalmasına zəmanət verir. O halda, münaqişə genişmiqyaslı olmayacaq, regional müharibəyə çevrilməyəcək. İkinci yandan, Moskva maksimum qısa zamanda atəşkəs əldə edilməsində maraqlı olacaq. Amma söyləmək ki, Rusiya o dəqiqə ordusunu çıxaracaq ki, erməni qüvvələrinə kömək eləsin, bu - doğru deyil. Yox, situasiya kritik olsa, Rusiya Ermənistanı müdafiə edəcək. Əgər genişmiqyaslı müharibə başlasa, o zaman o, mütləq Dağlıq Qarabağın hüdudlarından kənara çıxacaq və o halda birmənalı şəkildə Rusiyanın Ermənistanı müdafiə eləmək imkanı yaranacaq”.Ancaq Rusiya işğalçıya kömək eləsə də, etməsə də fakt budur ki, ermənilər həmişə başqa xarici qüvvələrdən, anti-Azərbaycan, antitürk dairələrindən yardım alıb. Söhbət həm də muzdluların xidmətindən istifadədən gedir. Bu, özünü ikinci Qarabağ savaşında xüsusilə göstərib.“Keçmiş SSRİ məkanında azərbaycanlılara qarşı müharibəyə Yaxın Şərq ölkələrindən, eləcə də Cənub-Şərqi Avropadan, Qərbi Avropadan və ABŞ-dan erməni millətindən olan 6 minə yaxın xarici muzdlu hərbçi cəlb olunub”. Bunu Prezident yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) rusiyalı tarixçi və hüquqşünas Oleq Kuznetsovun “XX əsrdə transmilli erməni terrorizmi: tarixi-kriminoloji tədqiqat” kitabının təqdimat mərasimində müəllifin özü deyib.Kuznetsovun sözlərinə görə, Dağlıq Qarabağdakı müharibə erməni milliyyətçiliyinin Azərbaycan xalqına qarşı terror müharibəsidir: “Dağlıq Qarabağa gəlmiş döyüşçülər altruist deyil, sözün həqiqi mənasında muzdlu hərbçilər, terrorçular olub, azərbaycanlı qocaları, qadın və uşaqları abstrakt siyasi ideallar yolunda yox, pul naminə qətlə yetiriblər. Məsələn, Ermənistan Dövlət Milli Təhlükəsizlik İdarəsinin kəşfiyyat əməliyyatları şöbəsinin rəisi, polkovnik-leytenant Caan Ohanesyan, həmin idarənin mayoru Aşot Qaloyan və onlara qoşulmuş digər şəxs - Rusiyanın Federal Əks-kəşfiyyat Xidməti terrorizmə qarşı mübarizə idarəsi 2-ci şöbəsinin məsləhətçisi Boris Simonyan haqqında Tambov qarnizonu Hərbi Məhkəməsinin 11 mart 1996-cı il tarixli hökmündə açıq şəkildə bildirilir ki, onlar Azərbaycan Respublikasına qarşı silsilə terror aktları həyata keçirmək məqsədilə Rusiya Federasiyası ərazisində hazırlıq işlərinə görə ittiham ediliblər”.Tarixçi əlavə edib ki, ermənilərin Azərbaycana qarşı törətdikləri cinayətlər həm də kommersiya məqsədi daşıyır: “Erməni terrorizminin kommersiya maraqları özünü ilk dəfə XX əsrin əvvəllərində - katolikos I Mkrtıçın və erməni həvari kilsəsinin din xadimlərinin ekstremist və radikal erməni siyasi qruplaşmalarını Rusiya hakimiyyətinə qarşı açıq mübarizəyə qalxmaq çağırışlarında qabarıq şəkildə özünü büruzə verib”.Qarabağ savaşı qızışarsa, işğalçı tərəfin yenə də silahlı muzdlulardan istifadə edəcəyi şübhə doğurmur. Zatən, nəzarətsiz qalan ərazilərimizdə çoxdandır ki, ASALA tipli erməni terror təşkilatlarının gen-bol yararlandığı haqda məlumatlar gəlməkdədir. Odur ki, Azərbaycan öz əzəli torpaqlarını zor gücünə, antiterror əməliyyatı adı altında azad eləməyə qərar verməzdən öncə bütün bu kimi amilləri ciddiyə almalı, yüz ölçüb bir biçməlidir.(musavat.com)

23 Aprel 2015 12:41

Putin İrəvana hansı şərtlə gedir?

11173553_382545245267935_1737314524_n

Rusiya prezidenti saxta yubiley tədbirinə qatılmaq üçün Sərkisyana şərt qoyubmuş: “Dağlıq Qarabağın separatçı lideri mərasimdə gözə görünməməli, prezidentlərlə yanaşı durmamalıdır”Rusiya lideri Vladimir Putin uzun tərəddüdlərdən sonra nəhayət, aprelin 24-də İrəvana getmək qərarı verdi.Belə bir qərarın mümkünlüyü istisna edilmirdi. Hərçənd, bunun əksinə olan arqumentlər də az deyildi və biz də bir çox siyasi müşahidəçilər kimi kontur-dəlilləri əsas götürərək, baş nazir Dmitri Medvedyevin Ermənistana gedəcəyini daha məntiqli saymışdıq. Lakin bunu birmənalı iddia da etməmişdik. Çünki Rusiya və onun indiki rəhbərinin bir elə proqnoza, məntiqə yatmayan olmasını həmişə fərq eləmişik...Kreml başçısının İrəvana gedəcəyinin xeyrinə ən güclü səbəb kimi işğalçı ölkənin regionda Moskvanın yeganə forpostu olması göstərilirdi. Bu yerdə mənəvi borcdan doğan başqa bir amilin də qərar təsirli ola biləcəyini qeyd eləmək mümkündür. Söhbət ondan gedir ki, 1914-15-ci illərdə Osmanlı İmperiyasında ermənilərin qırılmasının səbəbi məhz onların Türkiyəyə xəyanəti, Rusiya və onun müttəfiqlərinə (fransızlar, italyanlar və s.) satılaraq türklərə qarşı arxadan cəbhə açması, dinc əhaliyə divan tutması ilə bağlıdır.Yəni ermənilərin çoxsaylı itki verməsinə, böyük iztirablar çəkməsinə özləri ilə bahəm, Rusiya və onun 1-ci Dünya müharibəsi zamanı müttəfiqlərinin fitnəsi səbəb olub.Amma təbii ki, 100 il sonra dünya artıq bambaşqadır - ermənilər öz ənənəvi amplualarında qalsalar da. Hazırda beynəlxalq sanksiyalarla üzləşən Rusiya faktiki, təcrid vəziyyətindədir, Türkiyə və Azərbaycana böyük ehtiyacı var. Rusiya liderinin Fransa prezidentindən fərqli olaraq saxta yubileylə bağlı uzun müddətli tərəddüdünün aparıcı motivi də bu ola bilərdi. Şübhəsiz ki, Azərbaycan faktoru da seçimə məxsusi təsirini göstərməkdə idi.Fəqət, 24 aprelə bir neçə gün qalmış Vladimir Putin qərarını elan elədi və bütün hallarda bu, Ankara və Bakıda sözsüz ki, məmnunluq yaratmayacaq. Ancaq Kreml başçısının çox çətin bir seçim elədiyi də şübhə doğurmur. Hətta buna dəlalət edən yeni ilginc məqamlar ortaya çıxıb.Məsələn, Putinin İrəvana gedəcəyi bəlli olan gün erməni mətbuatı yazıb ki, Rusiya prezidenti Ermənistana gəlsə də, qondarma “DQR”-in başçısı “burdan-bura yubiley törəninə qatıla bilməyəcək”. Belə qənaət hasil olur ki, məhz Putin bu cür istəyib. Yəni Rusiya prezidenti faktiki surətdə erməni prezident Serj Sərkisyanın qarşısında səfərlə bağlı şərt qoyub.Səbəbi məlumatın özünə nəzər salmaqla anlamaq çətin deyil. Orada deyilir ki, Dağlıq Qarabağdakı separatçı rejimin başçısı Bako Saakyan aprelin 24-də İrəvana getməyəcək. Qondarma qurumun rəhbərinin “mətbuat katibi” David Babayan bunu “prezidentin” Xankəndində “soyqırım” memorialının açılış mərasimində iştirak etməsi ilə izah edib. Lakin həqiqət başqadır.Gerçəyi isə erməni siyasi ekspert Armen Badalyan belə izah edib. Sitat: “Bu, sıradan bir ildönüm deyil. İrəvana elan edildiyi kimi, ən azı 4 prezident gələcək. Onların yanlarında tanınmayan bir qurumun başçısının dayanması dünya tərəfindən düzgün anlaşılmaz və bu ölkələrin Azərbaycanla münasibətlərinə mənfi təsir edərdi. Azərbaycanla münasibətləri isə heç kim korlamaq istəmir. Bako Saakyanın Minsk Qrupunun iki əsas yaradıcı dövləti - Rusiya və Fransanın başçıları ilə yanaşı durması xüsusilə arzuolunmazdır”.“Aydın məsələdir ki, memorialın açılışı İrəvana gəlməmək üçün bəhanədir. Çünki indiyədək Bako Saakyan hər il aprelin 24-də İrəvanda olub” - əlavə edib erməni analitik.Kremlin adamı kimi tanınan Bako Saakyana belə bir qadağının qoyulması məntiqli olmaqla yanaşı, Bakının “könlünü almağa” hesablanmış taktiki gediş təəssüratı yaradır. Eyni zamanda Azərbaycanın ərazi bütövlüyünə hörmət anlamına gəlir.Hər halda, Rusiya prezidenti Krımın, Abxaziyanın, Cənubi Osetiyanın, Dnestryanı bölgənin separatçı liderləri ilə bir araya gəlməkdə heç vaxt kompleks yaşamayıb. Bu addımı Moskvanın ermənilərin “başını sığallayıb üzünə şillə çəkmək” və ya “qamçı və kökə” siyasətinin yeni təzahürü kimi qəbul eləmək olar.O ki qaldı Türkiyənin könlünü almağa, bəlli olduğu kimi, Rusiya Çanaqqala yubileyində də kifayət qədər nüfuzlu şəxslə - parlamentin spikeri Sergey Narışkinlə təmsil olunacaq.(musavat.com)

22 Aprel 2015 11:15

Yol qəzalarında Asiya amili

avvf

  Bu, son bir ildə yol qəzalarına, qəzalarda ölən və yaralananlara dair neçənçi yazımdır, bilmirəm, statistikasını aparmamışam Amma bu yazılar qəzaların, qəzalarda ölənlərin və yaralananların faciəvi statistikasından doğur.Tək mən deyiləm, son vaxtlar başqa həmkarlarım da istər peşəkar mediada, istərsə də sosial şəbəkələrdə tez-tez bu mövzuda məlumatlar, təəssüratlar bölüşürlər.Sanki bu, ölkənin başlıca və ciddi problemlərindən biri halına gəlib. Əslində məhz belədir. Bir neçə gün öncə Ziya Bünyadov prospektində sürətlə işıq dirəyinə çırpılan avtomobilin ikiyə bölünməsi nəticəsində maşının salonunda həlak olan 3 gəncin faciəsi barədə işlədiyi telekanal üçün süjet hazırlayan həmkarımız Mahir Məmmədli fəaliyyəti boyunca çox qəza xəbəri hazırladığını, ancaq bu cür qandonduran mənzərə görmədiyini yazmışdı.Şərh yazanların çoxu avtomobilin ikiyə bölünməsinə hansı sürətin səbəb olduğunu təxmin etməyə çalışırdı və nəhayət, hadisənin şahidi olan bir nəfər qeyd etdi ki, həmin avtomobil onların yanından saatda 160 kilometr sürətlə ötüb keçib və çox uzaqlaşmadan qəzaya uğrayıb.Dünən Belçikada yaşayan satirik şair Mirzə Sakit həmin mövzuya qayıdaraq yazıb: “Bu gün yaşadığım şəhərin polis idarəsinə getdim, özümü təqdim etdikdən sonra gəlişimin məqsədini bildirdim.Onlar da çox mədəni şəkildə məni maraqlandıran məsələnin dəqiq cavabını almağım üçün bu sahə üzrə məşğul olan polis zabitini çağırdılar, bəxtimdən həmin adam da türk idi, məni öz otağına aparıb dinlədikdən sonra statistik məlumatı açdı...Amma onun tablosunda son məlumatlar 2013-cü ilə qədər olan məlumatlar idi.Buna baxmayaraq, 2013-cü ildə Belçika ərazisində baş verən yol qəzalarının və həmin qəzalar nəticəsində ölən insanların sayını yazıb götürdüm.Məlum oldu ki, bir il ərzində Belçikada 1.628 yol qəzası olub və həmin qəzalar nəticəsində ölənlərin sayı 84-dür".Xatırladım ki, üç il öncə İsveçrədə, İsveçdə, Almaniya və Hollandiyada yaşayan həmkarlarıma (Elxan Həsənli, Rahib Kazımlı, Fəxrəddin Hacıbəyli, Kamal Qasımlı) müraciət edərək yaşadıqları ölkədə qəza statistikası barədə məlumat istəmişdim. Onların göndərdiyi rəqəmlər il ərzində yol qəzalarında ölənlərin sayının 30-60 arasında olduğunu göstərirdi. Bu o vaxt idi ki, ölkəmizdəki yol qəzalarında il ərzində 1068 adam ölmüşdü. Ondan sonrakı il bizdə ölənlərin sayı 1160-ı keçdi.Ümumiyyətlə, son beş ildə ölkəmizdə yol qəzalarında ölənlərin sayı 1000 rəqəminin üstündə olur. Üç bu qədər də yaralanıb şikəst olanları hesaba alın.Avropada il ərzində ölənlərin sayı ilə bizdə iki ay ərzində ölənlərin sayı təxminən eynidir. Bəzi dostlar yazırlar ki, yol qəzalarının bu cür faciəvi statistikası Asiya ölkələrində buraxılan avtomobillərdən çox istifadə etməyimiz üzündəndir. Guya ki, Avropa maşınları Asiya avtomobillərindən daha etibarlıdır.Əlbəttə, yol qəzalarının faciəvi statistikasında Asiya faktoru var, amma bu, avtomobillərə aid deyil. Biz Avropada istehsal olunan ən etibarlı avtomobilləri Asiya qafası ilə idarə etdiyimizə görə bu duruma düşmüşük.“Asiya qafası ilə avtomobil idarə etmək” dedikdə, sükan arxasına içkili keçmək, yüksək sürətə meyillilik, yol hərəkəti qaydalarına məhəl qoymamaq, daima “mənə heç nə olmaz”, “hamı mənə yol verməlidir, görmürlərmi gəlirəm” düşüncəsiylə hərəkət etmək, özünü göstərmək, qızışmaq və sair və ilaxır daxildir. Bunların hamısı faciəyə aparır.Adi bir misal. Ötən həftənin ortalarında reportyorumuzla Ziya Bünyadov prospektindəki tunellər silsiləsindən keçirdik. Ondan xahiş etdim ki, tuneldə avtomobilinin qabarit işıqlarını yandıran sürücüləri saysın. Saydı və dedi ki, gördüyü 10 maşından cəmi ikisi işıqlarını yandırıb.Tunel qaranlıq idi və üç metr irəlidəki, üç metr geridəki avtomobillər görünmürdü, amma sürücülər özlərinə zəhmət verib işıqlarını yandırmır, tunelə bu cür girir, bu cür də çıxırlar.Təhlükəsizlik kəmərini qurşamamağa görə hər gün minlərlə sürücüyə cərimə yazılır, amma xeyri yoxdur, yenə də bir xeyli sürücü qurşamır, hətta daha pisi, bunu əskik iş hesab edirlər. Nəticə isə göz qabağındadır. Nadan, bisavad, korafəhim, qaba, ötkəm adamların sürücülk vəsiqəsini pul-para ilə satın aldığı ölkədə vəziyyət bundan fərqli ola bilməz.pia.az

20 Aprel 2015 12:52

Bakının ölü soyanları

bakiii

Yeni qərarların bu ilin ikinci yarısından işə düşəcəyi gözlənilir Azərbaycanda ölüləri yeni qaydalarla basdırılması məsələsi tətbiqinə başlanılır. Özəl və bələdiyyə qəbirstanlıqlarının yaradılması ilə bağlı Nazirlər Kabineti verəcəyi müvafiq qərarın bu ilin ikinci yarısında işə düşməsi gözlənilir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində isə artıq yeni sənəd hazırdır. Qəbirstanlıqlar bələdiyyələrin tərkibində yaradılacaq qurumlar tərəfindən idarə olunacaq. Yeni qaydalara görə, təzə qəbirstanlıqlarda ailəvi məzarlıqlara icazə verilməyəcək. Yalnız ər və arvadın vəsiyyətnaməsinə əsasən onun yanında həyat yoldaşını basdırmaq üçün bir yer saxlanıla bilər. Digər qohumlar isə qəbirstanlığın qeydiyyat kitabındakı nömrələnmə siyahısına uyğun basdırıla bilər. Hər bir məzarın ümumi sahəsinin 5 kvardrat metr olacağını deyib. Məzarın içi 1 metr, uzunluğu isə 2 metr, baş daşının hündürlüyü 60 sm, eni 40 sm kimi müəyyənləşdirilir. Sinə daşının yerdən olan hündürlüyü isə 30 sm kimi nəzərdə tutulub. Lakin burada da bir çox suallar açıq qalıb. Sənəddə imkansız ailələrin dəfninin həyata keçirilməsi ilə bağlı məsələlər də öz əksini tapıb. Azərbaycanda dünyasını dəyişən insanların dəfni ilə bağlı bütün xərclərin dövlət və bələdiyyələr tərəfindən ödənilməsi təklif edilir. Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev hələ ötən il qəbirin yerləri icra hakimiyyəti orqanları, yaxud bələdiyyələr tərəfindən vətəndaşlara verildiyini deyib. "Ancaq qəbirin hazırlanması, qəbir daşının sifarişi, qoyulması, ümumiyyətlə, dəfn prosesinin təşkili xərclərini vətəndaşlar ödəyirlər". Dini baxımdan da dəbdəbəli dəfnlər, qəbirlər məqbul hesab edilmir. İlahiyyatçı İsmayıl Əhmədovun sözlərinə görə, yeni qaydaların ən əsası israfçılığın qarşısını alacağını düşünür. O qeyd edib ki, əslində qəbir yerlərinin pulla satılması məsələsi də bununla öz həllini tapacaq.” Bu məsələ dində öz əksini tapmasa da, qəbrin pulla satılmaması məsləhətdir. Düzdür bəzən özəl qəbristanlıqlara qulluq məqsədi ilə cüzi haqq alına bilər. Bundan isə məzarlığa xidmət, təmizliyin qorunması üçün istifadə edilə bilər”. Qanunun geriyə işləmə qüvvəsi olmadığından qəbul ediləcək yeni qaydalar indiyədək tikilən qəbirlərə aid edilməyəcək. Qaydaların tətbiqinə isə bu ilin ikinci yarısından başlanması nəzərdə tutulur. (ans pres)

17 Aprel 2015 2:51

Başçının şapalaqlanmasına dair şayiə

basss

Müdafiə nazirinin icra başçısını şapalaqlamasına dair şayiəni elektron poçtuma isti-isti göndərmişdilər “İsti-isti” deyəndə bu ifadə sillə-şapalağa aid deyil. Əslində hadisənin 3 gün əvvəl olduğunu deyirlər. Söhbət bu barədəki informasiyanın qaynarlığından gedir. İndi durum deyim ki, xəbərə inanmadım, yalan olar. Belə xəbərlər həmişə inandırıcıdır. İnsanlıq halıdır. Bir nazirin əsəbiləşmək və sözünə baxmayan məmuru tənbeh etmək haqqı var. Ancaq təbii ki, tənbeh-məzəmmət prosedurunda fiziki təmasa qanunlar yol vermir. Bununla yanaşı, bəzən qanunların yanından sivişib məmura bir-iki zərbə tutuzdurmaq lazım gəlir. Sadəcə, belə edərkən məqsəd ona bədən xəsarəti yetirmək olmamalıdır, şillə də, təpik də yüngül tənbeh xarakteri daşımalıdır. Amma baxaq, görək, xalq o şayiəyə dərhal inandımı? İnanmadı. Çünki xalq bilir ki, belə xəbərlər yalan çıxa bilər. Bəzən elə dairələr olur ki, onlar bir İH başçısını aşağılamaq, çurbanın biri olduğunu göstərmək üçün barəsində “şapalaqlanmış”, “təpiklənmiş”, “itələnmiş” adam obrazı yaradırlar və hesab edirlər ki, dövlət başçısı gün axşamacan “şillə yeyən”, “yerlərdə sürünən” kadrını vəzifədə saxlamaz. Yəni bir İH başçısını “vurdurmaq” üçün onu əvvəlcə şillə ilə vurdurmaq lazımdır. Əvvəllər belə söhbətlər çox olub. Birində deyirdilər, polis rəisi İH başçısına kəllə qoyub, bir xəbərdə də rəisin İH başçısının qasıq nahiyəsinə təpik tutuzdurduğunu bildirirdilər. Əlbəttə ki, bu xəbərlərin heç bir təsdiqlənmirdi. Nə gözünün altına kəllə və ya qasığına təpik zərbəsi alan başçı çıxıb deyirdi ki, bəli, belə bir fiziki təzyiqə məruz qalmışam, nə də qoluzorlu rəis etdiyi qəhrəmanlıqdan bəhs edirdi. Bu şayiənin yeganə təsdiqi o oldu ki, həmin İH başçısı ilə həmin polis rəisi daha eyni rayonda işləmədilər. Əslində işləməliydilər, əgər ortada şillə-kəllə-qasıq-təpik söhbəti olmasaydı, prinsipcə, onlar öz işlərində qalmalıydılar. Çünki vəzifələrinə yeni təyin olunmuşdular. Fəqət, məsələ belədir ki, təsdiq olunmayan xəbər yalan sayılır. Tərəflər “belə şey olmayıb” deyirlərsə, heç kimə heç nə sübut eləmək mümkün deyil. Hətta ortada fotolar və videokadrlar olsa belə, adı qalmaqalda hallananlardan biri çıxıb deyə bilər ki, o videoda şillələnən adam mən deyiləm, qonşumuz İvandır, beləcə, məsələ bitər. Bu səbəbdən müdafiə nazirinin İH başçısını döyməsi, yəni ona bir şillə, bir təpik ilişdirməsi xəbəri böyük ehtimalla şayiədir. Birincisi, ortalıqda təsdiq yoxdur, təkzib var. İkincisi, əldə videokadrlar yoxdur. Təbii ki, nazir İH başçısını şapalaqlamaq fikrinə düşübsə, bunu təhlükəsizlik kameralarının görünüş dairəsində etməyəcəkdi, etsə belə, o görüntüləri kim yaya bilər? Ağzımızda “hərbi sirrin qorunması” deyirik. Heç kəs cürət edib başçının şillə-təpiyə qonaq edilməsi prosedurunu mobil telefonunun kamerasıyla da çəkə bilməz. Belə həvəskarları qoyasan, yolda dalaşanları, qəzaya düşənləri çəkələr. Əgər əldə uyğun videokadrlar, heç olmasa, nazirin başçıya qolaylanmasını göstərən bircə şəkil olsaydı, bəzi nəticələr çıxarmaq olardı. Amma ortada quruca söz-söhbət, şayiə, bəlkə də iftira var. Kim bilir, bəlkə bu şayiə heç İH başçısına qarşı yönəlməyib, birbaşa naziri “vurmaq” üçün düşünülüb? Ola bilməzmi? Olar. Məqsəd də nazirin aqressiv biri olduğunu göstərmək ola bilər. Hərçənd yayılmış şayiədən sonra cənab nazirin reytinq əmsalı xalq arasında yüksəlmiş kimi görünür. Sosial şəbəkələrdə, xalq arasında nazirin İH başçısını vuran əlinə və ayağına sağlıq diləyənlərin sayı xeyli çoxdur. Bununla belə, məhz nazir tərəfin adamları şayiəni təkzib edirlər, deyirlər, elə bir haqq-hesab olmayıb. Beləcə, biz rəsmi qurumların dediyinə inanmalıyıq. Hamı bilsin ki, müdafiə nazirinin Şəmkirdə hərbi hissədə fəaliyyət göstərən restoranı sökməkdən imtina edən İH başçısına bir şillə, bir təpik vurması barədə yayılan xəbərlər şayiədən başqa bir şey deyil. Siz də belə söhbətlərə inanmayın, əziz oxucular. Video olmasa, inanmayın. (musavat.com)

15 Aprel 2015 10:03

İrəvan daha bir fırıldağa əl atır

ireeee

İrəvan Bakıdan Qarabağa görə daha çox pul qoparmaq fikrinə düşüb İrəvan işğal etdiyi Azərbaycan torpaqlarına ayırdığı maliyyə resursları ilə bağlı daha sərt siyasətə keçib. Ans press-in məlumatına görə, Ermənistan büdcəsindən işğal rejimi üçün kredit kimi ayrılan vəsaitlərin faiz dərəcəsi 2015-ci ilin ikinci rübündə 800 dəfə qaldırılıb. “Haykakan jamanak” qəzetinin yazdığına görə, Dağlıq Qarabağın maliyyələşdirilməsi indiyə kimi ucuz büdcə kreditləri şəklində gerçəkləşdirilirmiş və faiz dərəcəsi çox aşağı (0,01%) təşkil edirmiş. Həmin borcların geri qaytarılması isə ildən-ilə təxirə salınırmış. İlkin razılaşmaya görə, 2015-ci ildə İrəvan işğal rejiminə illik 0,01%-lə 45 milyard dram verməli idi. Amma hazırda Serj Sarkisyan hakimiyyəti həmin pulu xarici valyutaya çevirib. Beləliklə, İrəvan bu il Dağlıq Qarabağdakı işğal rejiminə 120 milyon dollar verəcək və bunu illik 8 faizlə rəsmiləşdirəcək. Erməni mətbuatı Serj Sarkisyan hakimiyyətinin bu addımının səbəblərini anlaya bilmir. Amma, görünür, İrəvan Dağlıq Qarabağı Azərbaycana qaytarmaqdan başqa bir yolu qalmadığını anlayır və bu prosesdən maksimum fayda ilə çıxmağa çalışır. Məntiq də aydındır, Dağlıq Qarabağı geri götürən Azərbaycan onun borclarına da sahib çıxmalıdır. Təbii ki, İrəvanın Dağlıq Qarbağa borc kimi verdiyi pulları da ödəməlidir. Özü də bu pullar elə də kiçik deyil, borcların əsas hissəsi kobud hesabla 21 illik müddət üçün təxminən 2,5 milyard dollar təşkil edir. Amma faiz dərəcələri qaldırılarsa, bu, borcu maksimum artırmağa imkan yaradar. Qarabağı geri verən ermənilər əlavə xərcdən can qurtarmaqla yanaşı, 3 milyard dollara yaxın əlavə valyuta ehtiyatı qazanacaq. Bu, isə Ermənistanın təxminən illik büdcəsi qədərdir.

15 Aprel 2015 10:01

Cinayətkarı həbs etmək üçün atanın xahişi lazımdır?”

fazil

“Bir general öz xahişi ilə övladını həbs etdirirsə, bu Azərbaycan hüquq sisteminə mənfi bir çalar gətirir” Bunu Azvision.az-a açıqlamasında millət vəkili Fazil Mustafa general-mayor Şərif Əsədullayevin qanunsuz əməl törədən oğlu Tamerlan Əsədullayevi həbs etdirməsinə münasibət bildirərkən deyib. Deputatın sözlərinə görə, generalın övladını öz xahişi ilə tutdurması ifadəsi doğru deyil. “Burada xahişdən söhbət getməməlidir. Əgər oğul qeyri-qanuni bir əməl törədibsə tutulmalıdır. Burada kiminsə bəyəm xahişini gözləmək lazımdır? Övladı kimə görəsə həbs etmirlər. Hamı qanun qarşısında bərabərdir. Bu informasiyanın kütləvi informasiya vasitələrində generalın öz oğlunu tutdurması formasında verilməsi doğru deyil”. Daha sonra millət vəkili daxili işlər nazir Ramil Usubovun fəaliyyətindən danışıb: “Ramil Usubov hüquqa ən çox hörmət edən insanlardan biridir. O, həmisə çərçivəni dəqiq gözləyən vəzifəli şəxlərdən biridir. Bunu onun fəaliyyətində də müşahidə edirik”. Millət vəkili qanunsuz əməl törədən məmur övladlarından da söhbət açıb: “Oğula görə atanın işdən çıxarılması yalnış bir addımdır. Əgər oğul hansısa bir qeyri-qanuni əməli törədibsə və bu ata tərəfindən stimullaşdırılmayıbsa burada onun günahı yoxdur. Əgər oğul xuliqan və norkamandırsa, atada da bunun qarsışını ala bilmirsə, o zaman hüquq mühafizə oraqanları fəaliyyətə keçməlidirlər. Biz hüquqi dövlət qurmaq istəyiriksə qeyri-qanuni əməl törədən hər kəs həbs olunmalıdır. Həmin generalın övladını xahişlə həbs etdirməsi ifadəsinin işlədilməsi bizim hüquq mühafizə oarqanlarının fəaliyyətinə kölgə salır”. Qeyd edək ki, bir neçə gün öncə Bakının Yasamal rayonunda fəaliyyət göstərən “Senator” restoranında dava-dalaş baş verib, bir nəfər bıçaqlanıb. Hadisədə təqsirli bilinən Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi, general-mayor Şərif Əsədullayevin oğlu Tamerlan Əsədullayev həbs edilib.

15 Aprel 2015 9:08

Fakt

Bizi izləyin