ABŞ-ın Putinin dostu olan gələcək dövlət katibi –Elçi ABŞ-Rusiya münasibətlərinə nə gətirəcək? – Təhlil

1

Mixail Buşuyev Deutsche Welle (Almaniya), 14.12.2016 Donald Tramp ABŞ Senatına "ExxonMobil"in başçısı Reks Tillersonu ABŞ dövlət katibi təsdiq etməyi təklif edib. O kimdir və onun təyin edilməsi Amerika-Rusiya münasibətlərinə nə gətirə bilər? Reks Tillerson Rusiyanın dostudur. Bu, rəsmi faktdır: "ExxonMobil" energetika konserni Direktorlar Şurasının başçısı 2013-cü ildə Rusiyada "Dostluq" ordeni alıb. Bu, o, “Rosneft” konserni ilə Arktikanın Rusiya hissəsində neft yataqlarının birgə işlənməsi haqda tarixi saziş imzaladıqdan sonra baş verib. O zaman deyilirdi ki, bu sövdə tərəflərə 500 milyard dollara qədər qazandıra bilər. Tillerson həm də Rusiya prezidentinin dostudur: “Mənim Vladimir Putinlə münasibətlərim, demək olar, 15 il öncə başlanıb. Onu 1999-cu ildən tanıyıram və çox yaxın münasibətimiz var”, – deyə Reks Tillerson bir neçə il əvvəl Ostində Texas universitetinin tələbələri ilə görüşdə məlumat verib. Bill Klinton administrasiyasının yüksəkçinli məmurlarından biri, strateji və beynəlxalq araşdırmalar Mərkəzinin prezidenti Con Hamr mümkün gələcək dövlət katibi haqda deyir: “O, Vladimir Putinlə təkcə Henri Kissincer istisna olmaqla ABŞ-ın istənilən hər hansı vətəndaşından daha çox ünsiyyətdə olub”. Siyasi təcrübəsi yoxdur, amma bu, əladır Reks Tillerson dövlət katibi olacağı halda seçilmiş prezident Donald Tramp kimi siyasətdə təzə adam olacaq – 64 yaşlı respublikaçı heç vaxt heç bir dövlət postunu tutmayıb. O, bütün həyatı boyu bir yerdə işləyib: Tillerson 1975-ci ildə universitet təhsilini başa vurduqdan sonra "Exxon"da karyeraya başlayıb və 2006-cı ilə doğru adi mühəndislikdən Direktorlar Şurasının sədrinə kimi müvəffəq ola bilib. Texaslı bu gün 260 milyard dollardan yuxarı dövriyyəsi və bütün planetə səpələnmiş 350 milyard dollara yaxın akivi olan şirkəti idarə edir. Tillerson bununla ad çıxarıb ki, qatı mühafizəkardır, lakin eyni zamanda radikal baxışları ilə seçilmir. O, kürəsəl iqlimin dəyişildiyini etiraf edir və onun müdafiəsi üzrə tədbirlər görməyə hazırdır, azad ticarət uğrunda çıxış edir və dövlət katibi postu uğrunda rəqabətdə ona uduzmuş və indi Tillersonun müavini vəzifəsini tutacağı güman edilən Con Bolton kimi millətçi deyil. Beynəlxalq siyasəti yaxşı bilməsi, dünyanın əksər guşələrində, o cümlədən Yaxın Şərq və Rusiyada yaşayıb işləməyi "ExxonMobil" başçısının Dövlət Departamentinin rəhbəri kimi xeyrinədir. Ola bilsin, əksər peşəkar diplomatlardansa o, dünyanın ən böyük özəl neft şirkətinin şefi kimi, bütün dünya üzrə aparıcı siysaətçilərlə daha çox böyük təmas təcrübəsinə malikdir. Lakin onun xarici siyasət problemlərinə baxışı haqda praktik olaraq heç nə məlum deyil. Tillerson növbəti ildə "ExxonMobil"in başçısı postundan getməyə hazırlaşırdı, ona görə də Dövlət Departamentinə rəhbərlik etməklə bağlı formal problemi olmayacaq – sadəcə, öz şirkətinin bütün səhmlərini satmalı olacaq ki, maraqlar münaqişəsindən yayınsın. O isə kasıb adam deyil – müxtəlif hesablamalara görə, Tillersonun şirkətdəki payı 149-218 milyon dollar civarındadır. Tillerson və Rusiya Krımın ilhaqına görə 2014-cü ilin martında Rusiya ilə Qərb ölkələri arasında gərginlik meydana çıxarkən Reks Tillerson özünü bacarıqlı praktik kimi göstərib – "The New York Times" (NYT) qəzeti bu qənaətə gəlib. "ExxonMobil" şirkəti onun başçılığı altında Amerika administrasiyasının Moskvaya münasibətdə qəbul etdiyi sanksiyalara itaətlə əməl edib, lakin Reks açıq şəkildə buna qarşı çıxış edib. Bu aydındır: Amerika neft konserni bir sıra layihələrin dondurulması üzündən milyardlarla ziyana düşdü. Lakin Tillerson həmin dövrdə pərdəarxasından Rusiya hökuməti ilə yaxşı münasibətləri saxlamaq və RF-də biznesi davam etdirməyə hazır olduğunu göstərməyə nail olub. Çoxları əmindir ki, konsern başçısı kimi sanksiyaların ləğvi və Rusiyada işlərin genişləndirilməsində marağı olan Reks Tillerson dövlət katibi postunda sanksiyaların ləğvi uğrunda çıxışı davam etdirəcək. Vaşinqtondan "Public Citizen" ictimai təşkilatının prezidenti Robert Vayssman işarə vurur: “Onun Rusiyaya "ExxonMobil" prizmasından baxacağı şansı 100 faizə yaxındır”. “Tillerson ABŞ və Rusiya münasibətlərinin yenidən yüklənməsi üçün etibarlı və effektli elçi olacaq”, – deyə keçmişdə Obama administrasiyasında Dövlət Departamentinin energetika məsələləri üzrə aparıcı diplomatı Devid Qolduin NYT-a bildirib. Qolduin hesab edir ki, Tillersonun seçilməsi bildirir ki, gələcək prezident Tramp ”Çinə qarşı Rusiya ilə pakt bağlamağı qət edib”. Dəf edilməsi mümkün şəkk Tramp Tillersonun Rusiyaya yaxınlığını üstünlük sayır, lakin yerli müşahidəçilər diqqəti buna cəlb edilər ki, texaslının namizədliyi Amerika Konqresində böyük vəcd doğurmayıb. Floridadan senator Marko Rubio və Arizonadan senator Con Makkeyn kimi bir sıra respublikaçılar artıq onun ünvanına şəkkak ifadələr işlədiblər. Dövlət Departamentinin başçısı kimi Reks Tillersonun namizədliyini Senat təsdiqləməlidir və orada “Rusiya kartı” qəti şəkildə hansısa rolu oynayacaq. Ancaq müşahidəçilər şübhə edirlər ki, bu, texaslının təyinatını dayandırmaq üçün kifayət edər. Çox güman ki, demokratlar onun təyinatının önünü kəsəcəklər, lakin hazırda Senatda üstünlüyü olan respublikaçıların əksəriyyətinin Trampın seçimini dəstəkləyəcəyi ehtimalı daha yüksəkdir. Tərcümə Strateq.az-ındır.

14 Dekabr 2016 2:25

Türkmənistanda “gülənçilər ovu” başlandı –Təhlil

fg

Türkiyə prezidenti Tayib Ərdoğanın ardıcılları Təqsim meydanında  mitinq zamanı © AFP 2016, Ozan Kose   Nik Eşdaun EurasiaNet.org (ABŞ), 11.12.2016   Türkmənistan xüsusi xidmətləri Türkiyə din xadimi Fətüllla Gülənin onlarla ehtimal edilən ardıcılını həbs edib. Bu haqda onların dost-qohumları xəbər verib. Xaricdə təhsil alan Türkmənistan vətəndaşı, saxlanılanların bir neçəsinin şəxsi tanışı Nepes Əzizov deyir: “Adamları aparıb 30-40 gün saxlayır, kiminsə adını çəkənə qədər işgəncə verirlər. Kiminsə adını deməsən, buraxmırlar”. Türkmənistanı üçün mühüm tərəfdaş olan Türkiyə hökuməti beynəlxalq islamçı hərəkatın başında duran, Mərkəzi Asiyada yaxşı təmsil edilən Güləni bu ilin iyulunda Türkiyədə baş tutmamış qiyamın təşkilində ittiham edir. Ankara ölkə daxilində hərəkat üzvlərinə hücumları davam etdirir və qonşu dövlətləri də Gülən ardıcıllarına münasibətdə sərt tədbirlər görməyə çağırır. Qazaxıstan və Qırğızıstan daxil olmaqla bəzi ölkələr yardımdan imtina edib, lakin hər şeyə əsasən, Türkmənistan bu çağrışa səs verib. Britaniyanın Qlazqo universitetindəki Mərkəzi Asiya üzrə mütəxəssis, professor Luka Ançeşçi deyir: “Ankara olduqca əhəmiyyətli tərəfdaşdır, çünki Türkiyə ənənə üzrə Türkmənistana (birbaşa xarici investisiyaların) önəmli qaynağıdır”. Ançeşçinin sözlərinə görə, Türkiyə az-az ölkələrdən biridir ki, Türkmənistan vətəndaşları xüsusi çətinlik olmadan səfər edir və o bu qayda ilə nəfəslik rolunu oynayır və narazılara Türkmənistanda qalıb problem yaratmaq əvəzinə çıxıb germək imkanı verir. O bildirir ki, “Hansısa br anda getməyə və haradasa işləməyə imkan vermək lazımdır – xüsusən də gənclərə. Əks halda hər şey barıt çəlləyinə çevrilir” və əlavə edir: “Bu cür imkan Türkmənistandakı iqtisadi böhran fonunda indi xüsusən vacibdir”. Ekspertin sözlərinə görə, “Türkmənistan vətəndaşlarının Türkiyəyə getmək imkanı olsun deyə Türkmənistan hökuməti Türkiyə prezidenti Ərdoğan və hökumətinin tələblərini yerinə yetirməyə daha çox meylli olacaq”. Zamanında Gülən məktəblərindən birini bitirmiş Türkmənistan biznesmeni Kemek Geldıyev repressiyaların başlandığını eşidər-eşitməz oktyabrda digər adamlarla yanaşı Türkmənistandan qaçıb. “Dostlarımızı həbs edəndə bunun bizim də başımıza gələ biləcəyini gözləyib xaricə getdik, – o, EurasiaNet.org-a deyib. –Bundan sonra da belə getsə, çoxları çıxıb gedəcəklər”. Geldıyevin sözlərinə görə, yüzə yaxn adam həbs edilib və sorğuya tutulub. Müəllim, iş adamı və mühəndislər daxil olmaqla onlardan 20-30-u həbsxanada qalmaqdadır. Türkmənistan vətəndaşlarının əksəriyyəti elektron poçtla EurasiaNet.org-la yazışmada bu rəqəmləri təsdiqləyib. Xaricdə təhsil alan Н. Х.-in dediyi kimi, onun biznesmen və Gülən məktəbinin məzunu olan qardaşını oktyabrın əvvəlində həbs ediblər. O və ailənin başqa üzvləri həmin ay ona həbsxanada baş çəkməyə nüvəffəq olublar. O, elektron poçtlaEurasiaNet.org-a xəbər verib: “Onunla görüşəndə saxlanma şəraiti haqda heç nə demədi. Lakin sifətindən və dərisindən dərhal görünürdü ki, onu işgəncəyə məruz qoyublar”. Н. Х.-nin bir neçə nəfər söylədikləri ilə üst-üstə düşən sözlərinə görə, onun qardaşının vəkili yoxdur. “Hüquqşünaslar da hökumətdən qorxurlar, – o yazıb. –Bu ölkədə qanunlar işləmir”. Fəalların dediyinə görə, işgəncə Türkmənistanda geniş yayılmış hadisədir. “Bu, dünyada ən repressiv hökumətlərdən biridir, lakin hətta son repressiyalar onun üçün də xüsusən amansızdır”, – deyə Human Rights Watsch-un Avropa və Mərkəzi Asiya üzrə şöbəsinin direktor müavini Reyçel Denber EurasiaNet.org-a elektron məktubunda bildirib.   Türkmənistanda “türk məktəbləri” adlandırılan ilk Gülən məktəbləri respublikada 1993-cü ildə açılıb. Gülən şəbəkəsi çərçivəsində fəaliyyət göstərən orta məktəblər, dil mərkəzləri və universitet ingilis və türk dilləri, həmçinin Gülən təlimi daxil olmaqla Qərb üslubunda təhsil proqramı ölkənin ən yaxşı təhsil müəssisələri nüfuzu qazanıb. Ola bilsin, prezident Qurbanqulu Berdımuhəmədov sələfi Saparmurat Niyazov qədər Gülən hərəkatı ilə yaxın münasdibətdə olmadığından məktəblərin əksəriyyəti hələ 2011-ci ilin avqustunda bağlanıb. Vudro Vilson mərkəzində Mərkəzi Asiya üzrə ixtisaslaşan və Qərb ölkələrinin Türkmənistanda yaşayaraq araşdırma aparan tək-tük vətəndaşlarından biriViktoriya Klement deyir: “Bunun niyə baş verdiyini heç kim bilmir. Şübhə var ki, (Berdımuhəmədov) Gülən ardıcıllarını son dərəcə nüfuzlu sayır”. Türkmənistan təhsil sisteminin tarixi haqda kitabı gələn il çap olunmalı olan Klement bildirir: “Onlardan islamı yeritməyə görə şübhələnirlər, hökumət isə bu sahə üzərində nəzarəti saxlamaq istəyir. Bundan savayı, ardıcıllarla qalan cəmiyyət arasında müəyyən mübahisələr var idi”. Klement əlavə edir ki, bəziləri hesab edirlər ki, Gülən məktəblərinin şagirdləri daha mühafizəkar dindar olublar və “bu, valideynləri narahat edir. Son zamanlarda Ərdoğandan türklər və türk məktəbləri haqda siqnallar gəlirdi və Türkmənistan hökuməti indi bu məktəblərin məzunlarını işə könülsüz götürür və artıq bu sistemdə işləyənlərə böyük şübhə ilə yanaşır”. O, əlavə edir ki, türk məktəbləri ölkədə ən yüksək ixtisaslı müinlərlə gənc buraxıb vəonların “bağlanması cəmiyyət üçün dəhşətli zərbə idi”.   Tərcümə Strateq.az-ındır.

12 Dekabr 2016 1:48

Əfqanıstanda Rusiya-ABŞ qarşıdurması Taliban-İŞİD savaşına çevrilir –Təhlil

t-2

Qayaxan Uyğur Güneş (Türkiyə), 09.12.2016 Son zamanlar Əfqanıstanda baş verən hadisələr dünya tarixinin son 40 ildəki gedişini xeyli dəyişəcək. Qərblə İslam arasındakı qütbləşmə yeni biçim alır. Rusiya Talibanla əməkdaşlığa başlayıb. Rusiya indi Talibana silah və döyüş sursatı verir. Əfqanıstanlın müstəqilliyi uğrunda vuruşduğunu deyən, xeyli fərqli  istiqamətləri təmsil edən və terrorçu kimi müəyyən edilən bütün qruplaşmaları Taliban adlandırırlar. Bir çox ölkələrin terrorçu təşkilatlar siyahısına daxil olan Talibanın daha bir özəlliyi bundan ibarətdir ki, diqqətini tamamilə Əfqanıstana cəmləşdirib və başqa ölkələrdə fəaliyyət göstərmir. 2001-ci ildən ABŞ və NATO-nun başçılığı ilə beynəlxalq koalisiyann minlərlə hərbçisi Əfqanıstanda yerləşib; Qərbin Talibanla müharibəsi indiyədək sürməkdədir.   Əvvəlcə işğala son qoyun   Amerika rəsmiləri son illərdə gileylənirlər ki, bu müharibə uzanır, NATO qüvvələrini isə dünyada tədricən işğalçı ordu kimi qəbul etməyə başlayırlar. Müdafiə naziriEşton Karter keçən mayda Talibanı dialoqa çağırıb. Taliban bildirib ki, bu təklifi Amerika hərbçilərinin ölkəni tərk edəcəyi halda qəbul edər. İndiki anda Əfqanıstanda ABŞ-ın cəmi on min hərbçisi var. Obama bildirib ki, bunun yarısı 2017-ci ildə çıxarılacaq, bu məsələdə Trampın mövqeyi isə hələlik məlum deyil. Digər tərəfdən, Amerika KİV-lərində məlumat verilir ki, Qətərdə Talibanla gizli görüşlər keçirilib. Taliban təşkilatının yeni lideri Heybətulla Axundzadə intellektual lider kimi tanınır.Görünür, Əfqanıstanda koalisiya qüvvələri ilə İran arasında münasibətlərin son illərdə möhkəmlənməsi və İranın şiə əfqanlar vasitəsilə ABŞ-a dəstək verməsi faktı Talibanın strategiyasına təsir edib. Siyasi icmalçılar bu kontekstdə koalisiya qüvvələrinin Əfqanıstandan uzaqlaşdırılmasında Talibana kömək edən Rusiya ilə Taliban arasında sıx əməkdaşlığın qurulmasını strateji baxımdan mühüm hadisə kimi qeyd edirlər.   Tarix geri dönür   Reuters agentliyinin məlumatlarına əsasən, Amerika rəsmiləri və hərbçiləri Rusiya və Taliban arasında münasibətlərin necə inkişaf etdiyindən son dərəcə narahatdırlar. Tarix praktik olaraq geri dönüb və ssenari tamamilə dəyişilib. Məlum olduğu kimi, Əfqanıstanda vətəndaş müharibəsi Sovet İttifaqının ölkəni işğal etdiyi 1979-cu ildə başlanıb. “Əl-Qaidə” təşkilatına bağlı və ABŞ-ın Pakistan sərhədində yaratdığı ofislərdə “qeydiyyatdan keçən” əcnəbi yaraqlılar sovet Rusiyasına qarşı müharibəyə başladılar. Qərbin dəstəyi ilə on il çəkən bu müharibə bitəndə Əfqanıstan müstəqillik qazandı. Sovet İttifaqı dağıldı, kommunizmdən imtina edildi və təkcə Rusiya qaldı. Taleyin istehzası il bu gün ABŞ-a qarşı oxşar hərəkat müşahidə olunur və bu dəfə hərəkatı ruslar dəstkləyir. Ümid  edirəm ki, dağılmış Sovetlərin taleyini digərləri də bölüşəcək.   1980-ci illərdəki kimi   1980-ci illəri xatırlayanların hamısı rusların Talibana yardımı haqda iddiaları necə inkar etdiklərini təbəssümlə qarşılayır. Çünki o illərdə ABŞ oxşar mövqeyi tuturdu. Rusiya rəsmiləri Talibanla münasibətlərini etiraf edir, lakin deyirlər ki, onların məqsədi bu təşkilatı danışıqlara təhrik etməkdir. Bununla belə, Pakistan bir vaxtlar logistik baza kimiydi və bu gün Tacikistan bu durumdadır; yeganə fərq əcnəbi yaraqlıların keçirilməməsindədir. Çünki Əfqanıstanda böyük dəstək tapan Talibana əcnəbi yaraqlılar lazım deyil. Amerika komandiri, general Con Nikolson bu durumu son dərəcə təhlükəli sayır və keçən həftə Vaşinqtondakı brifinqdə deyib ki, Rusiya Talibana legitimlik verir. Rusiya XİN rəsmi təmsilçisi Mariya Zaxarova isə, əlbəttə, bütün bunları inkar edir.   Taliban çox şaddır   Taliban təmsilçiləri Reuters-lə söhbətdə deyirlər: “Bizim düşmənimiz ümumidir. Biz ABŞ və müttəfiqlərini Əfqanıstandan qovmaq istəyirik. Ruslar da istəyirlər ki, bütün xarici qüvvələr ölkədən çıxsınlar”. Əvvəllər Əfqanıstanda ABŞ-a yardım göstərmiş Rusiyanın bu yeni mövqeyi 2014-cü ildə Ukraynaya Qərb müdaxiləsindən sonra biçimlənib. Ruslar ABŞ-ın Donbas və Krımda onların ölkəsi üçün təhlükə təşkil etdiyini görərək Əfqanıstanda Talibanı dəstəkəməyə başlayıblar. 15  iyul çevriliş cəhdini yaşamış və işğal təhlükəsilə üzləşmiş Türkiyə də, ən azı, öz hərbçilərini Əfqanıstandan çıxarda bilər. Amerikayönlü Əfqanıstan hökumətinin Qunduzdakı komandiri Qasım Canqalbayın qeyd etdiyi kimi, döyüşlərdə ələ keçən Rusiya istehsallı xeyli silah, sərhəd bölgələrində aşkarlanan tanınmamış helikopterlər Rusiya yardımının ən mötəbər sübutudur. Canqalbay deyir ki, Talibanın bu rayondakı canişini molla Əbdülqasım daim ruslarla təmasdadır və qeyd edir: “Onlar yer-hava zenit raketlərin əldə etsələr, bizə ancaq sülh haqda xülyaya düşmək qalır”.   ABŞ-ın İŞİD fəndi   Talibanın Rusiya ilə yaxınlaşmasının daha bir səbəbi İŞİD terror təşkilatının son zamanlar Əfqanıstanda peyda olmasıdır. ABŞ Obama administrasiyasının yaradıb bəslədiyi İŞİD-i Əfqanıstana gətirib ki,  Talibanın müqavimətini qırsın. Bu durumdan olduqca narahat yerli qüvvələr əvvəllər irimiqyaslı mübarizə apardıqları Rusiya ilə sazişə üstünük verirlər. Amerika generalı Nikolsondan bu haqda fikrini soruşarkən qeyd edib ki, bütün bunlar Rusiya üçün yalnız bəhandəir. Talibanın sözçüsü Zəbihulla Mücahid isə deyir:“Rusiya ABŞ və müttəfiqləri ilə mübarizədə bizi dəstəkləyir və buna çox şadıq. İŞİD ABŞ üçün həll ola bilməz”. Münasib iraddır!   Tərcümə Strateq.az-ındır.

10 Dekabr 2016 1:18

Amerika eksperti:“Donald Tramp Mərkəzi Asiyada əsas tərəfdaş kimi Qazaxıstanı seçir” – Təhlil

3

Bill Kouen The National Interest (ABŞ), 08.12.2016 Bütün dünya ABŞ-ın seçilmiş prezidenti Donald Trampla Tayvan lideri Say İnven arasında telefon söhbətini müzaklirə edincə Trampın Qazaxısan başçısı Nazarbayevə zəngi əsil gözlənilməzlik olub. 30 noyabrda olmuş telefon söhbəti təkcə baş tutduğuna görə deyil, həm də hansı mövzuların müzakirə edildiyinə görə əsil hadisəyə çevrilib. Deməli, Tramp və Nazarbayev ən genmiş məsələlər dairəsinə, o cümlədən ABŞ-ın Rusiya ilə münasibətlərinə toxunub.Təzəcə seçilmiş prezidentin artıq birinci il vəzifədə olmayan dövlət liderinə zəngi geopolitik baxımdan məntiqlidir, çünki yeni administrasiya başçısı əsas bölgələrdəki açar ölkələrlə münasibətlər qurmağa can atır.Qazaxıstan Avrasiyanın lap mərkəzində yerləşir, ABŞ xarici siyasət cəmiyyətinin başağrısının iki qaynağı Rusiya və Çinlə həmsərhəddir. Və həqiqəqtən də Barak Obama administrasiyasının səkkiz ilinin şərait yaradığı Çin və Rusiyanın kürəsəl nüfuzunun artması fonunda prezident Tramp and içdikdən dərhal sonra Avrasiyaya yaxından nəzər salmağı və beynəlxalq səhnədə ABŞ maraqlarının saxlanması üçün hansı rolu oynaya biləcəyini düşünməyi lazım gələcək.Qazaxıstan başlanğıc üçün yaxşı yer ola bilər. Deməli, ölkə bu yaxınlarda BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olub. Qazaxıstan Sovet İttifaqının dağıldığı andan xeyli dərəcədə prezident Nursultan Nazarbayevin hesabına əhəmiyyətli tərəqqiyə nail olub və Tramp telefon söhbətinin gedişində bunu xatırlatmağı unutmayıb. Nazarbayev indi isə hədəfi ölkəni 2050-ci ilə doğru dünyanın otuz ən inkişaf etmiş ölkəsi sırasına çıxartmaq olan Millət planı sayəsində müvəffəqiyyəti möhkəmləndirməyə çalışır. Bu nəzərə alınmaqla Qazaxıstan beynəlxalq səhnədə həm diplomatik, həm də iqtisadi baxımdan, həm də, ola bilsin, hərbi sahədə, ABŞ maraqlarının gerçəkləşməsində, Rusiya və Çini önlənməsində, həmçinin terrorizmlə mübarizədə ABŞ-ın tərəfdaşı rolunu oynaya bilər. Təkcə Çinin Afrikada öz varlıq və nüfuzundan necə ustalıqla istifadə etdiyi və ABŞ-ın buna laqeyd şəkildə baxdığına diqqət yetirmək lazımdır. Məsələ Mərkəzi Asiyaya gəlincə, ABŞ bu cür passiv ola bilməz.Qazaxıstan dünya əhəmiyyətli məsələlərə nadir baxış nöqtəsindən baxmaq imkanı verir. Nüvə silahının yayılmaması məsələsi Qazaxıstanın səsinin nüfuzlu olduğu və bütün dünyada eşidilə biləsi sahədir. Məsələn, Qazaxıstan KXDR-in nüvə silahı yaratmasına qarşı çıxış edir, həmçinin İran nüvə proqramı ətrafında gərginliyin zəiflədilməsi üzrə beynəlxalq addımları fəal şəkildə dəstəkləyib. Qazaxıstan İslam Əməkdaşlıq Təşkilatının – BMT-dən sonra miqyasına görə ikinci hökumətlərarası təşkilat – üzvü olmaqla ABŞ üçün bu sahədə də önəmlidir. Həm də ölkə vətəndaşlarının 70%-i mötədil müsəlmandır, ölkə rəhbərliyi radikal islamçılıq təhlükəsini anlayır və Astananın hazırladığı onunla mübarizə strategiyası bütün islam aləmində tətbiq oluna bilər. Qazaxıstan iqtisadi baxımdan neft ehtiyatları, nəqliyyat şəbəkəsi sayəsində Asiya ilə Avropa arasında bütün Mərkəzi Asiyada iqtisadi artıma səbəb ola bilən körpüdür. Qazaxıstan Amerikanın böyük korporasiyalarından kredit almaqla tezliklə iqtisadi partlayış yaşaya biləsi bölgənin lap mərkəzində açar tərəfdaş ola bilər. ABŞ Qazaxıstanın İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv olmasına yardım edə bilər.Beləliklə, ABŞ Mərkəzi Avrasiyada yaxşı münasibətlər qurmağı davam etdirməyinə, həmçinin Qazaxıstanın coğrafi, iqtisadi və diplomatik baxımdan güclü müttəfiq qismində tanımağın mühümlüyünə dəyər.ABŞ Əfqanıstanda davam edən sabitsizlik fonunda əsas diqqəti kontrterrorizm və bölgəsəl təhlükəsizliyə ayırıb Qazaxıstanla əməkdaşlıq çərçivəsini genişləndirmək imkanını nəzərdən keçirə bilər.Bu cür cüzi yatırımlar 2050-ci ilə doğru və sonralar ABŞ-a önəmli dividendlər gətirə bilər. ABŞ-ın dünya lideri kimi rolunun saxlanması Vaşinqtonun kimə dəstək verdiyi və kimin onu dəstəklədiyindən asılı olacaq. Həmdə Ağ Ev Qazaxıstanla münasibətləri inkişaf etdirməlidir. Donald Tramp Qazaxıstana səfər edən ilk Amerika prezidenti kinmi tarixə düşə bilər. Tətrcümə Strateq.az-ındır.

9 Dekabr 2016 2:05

Tramp-Çin qarşıdurması başlandı! –Təhlil

ds

İrina Alksnis Vz.ru, 06.12.2016 Donald Tramp Tayvan rəhbəri ilə telefon söhbətindən sonra Pekinin iqtisadi və hərbi siyasətini sərt tənqid edərək tvit yayımlamaqla növbəti “antiçin” addımı atıb. Lakin bunu həm diplomatik təcrübəsizlik, həm də məsuliyyətsiz populizm saymaq səhv olardı. ABŞ-ın seçilmiş prezidenti nə etdiyini dəqiq bilir.Bazar günü dekabrın 4-də ABŞ prezidenti seçilmiş Donald Tramp həm siyasi, həm də media dairələrində geniş rezonans doğurmuş tvit dərc edib: “Məgər Çin bizdən soruşub ki, (şirkətlərimizin rəqabətə girməsinin çətin olması üçün) onların valyutasını devalvasiya etmək, onların ölkəsinə daxil olan mallarımıza yüksək vergi qoymaq və yaxud Cənubi-Çin dənizinin ortasında irimiqyaslı hərbi obyekt inşa etmək yaxşıdırmı? Mən bu cür düşünmürəm”. Bu, Trampın Çinə münasibətdə son günlərdə ikinci kəskin qarşıdurma addımı olub. O bundan iki gün qabaq, demək olar, Amerika prezidentlərinin Tayvan rəhbərliyi ilə birbaşa təmaslarına (1979-cu ildən bəri) 40 illik moratoriumu pozub ada administrasiyasının başçısı Say İnvenlə telefonda söhbət edib. Telefon söhbəti qızğın nəticələr doğurub. Amerika ekspertləri və KİV-ləri öz qəzəbini Trampın üzərinə tökərək onu səriştəsizlik, prezident vəzifəsinə uyğunsuzluq və Çinlə münasibətlərdə Amerika diplomatiyasının çoxillik səylərini məhv etməkdə ittiham ediblər. Fəaliyyətdə olan administrasiya öz dəyərləndiməsində daha təmkinli çıxıb. Lakin Con Kerrinin şərhi şübhə yeri qoymur ki, baş verənlər Ağ Ev və Dövlət Departamanetində də qıcıq yaradıb: “Bu söhbətdən əvvəl bizimlə əlaqə saxlamayıblar. Həm də düşünürəm ki, bizim tövsiyələrimizi almaq, ən azı, səmərəli olardı”. Qaldı ki, Pekinə, o, diplomatik xətlə Amerika tərəfinə “sərt məlumat” verməklə tamamilə gözlənilən reaksiya sərgiləyib. Çin eyni zamanda baş vermiş hadisəni yumşaltmağa cəhd edib. Bu hərəkəti Çin qəzetlərində təzə seçilmiş prezidentin siyasi təcrübə çatışmazlığı ilə izah ediblər. Amma telefon söhbətindən dərhal sonra dərc edilmiş və Trampın iki “ağrılı döyənəyə” (iqtisadi ixtilaf və Cənubi Çin dənizində hərbi qarşıdurma) eyni vaxtda sıxdığı tvit onun hərəkətlərindəki bütün ifşa-barışdırıcı versiyalara son qoyur. Seçilmiş prezidentin addımları diplomatik təcrübəszilik və yaxud siyasi bacarıqsızlıqdan deyil, tam şəkildə əks səbəblərdən diktə olunur.Say İnvenlə söhbətin Tramp komandasının Taybey administrasiyası ilə yaxınlaşmaq üzrə düşünülmüş və çoxdan planlaşdırılmış addım olduğu barədə KİV-ə sızmalar bunu ancaq təsdiq edir.Tramp Amerikaya hər şeydən başqa sənaye və infrastruktur dirçəlişi vəd etdiyi üçün seçilib və hər şeyə görə, seçkiqabağı vədlərini yerinə yetirmək niyyətindədir. Problem bundadır ki, bu, “sıfır məbləğli oyundur”. ABŞ 2000-ci ildən bəri istehsalatda beş milyon iş yeri itirib. Sənaye istehsalının ABŞ-a qaytarılması və proteksionist iqtisadi siyasət əksər transmili şirkətlər və Ştatların xarici tərəfdaşları üçün ciddi itkilər deməkdir. Çin isə bunların içində birinci yeri tutur.Amerikanın sənaye dirçəlişi mövzusu seçilmiş prezident üçün o qədər önəmlidir ki, o, artıq bu yöndə konkret addımlar atıb və müəyyyə uğurlar var. Məsələn, Carrier şirkəti öz istehsalını Meksikaya aparmaq əvvəzinə İndiana ştatında saxlamağı qət edib, lakin Trampın iş üsulları Amerikanın müəyyən dairələrində məftunluq doğurmur.Tramp seçkiöncəsi çıxışlarında valyuta manipulyasiyalaırna görə Çin mallarına 45% rüsum tətbiq etməyi söz verib. Artıq atılmış addımların qətiyyətinə görə fikir yürüdülsə, o və administrasiyası ABŞ və Çin münasibətlərinin qəfildən kəskinləşməsinə səbəb olacaq sərt fəaliyyətə həqiqətən də hazırdır. Amerikanın yeni administrasiyası və Pekinin bu şəraitdə toqquşması ancaq vaxt məsələsidir. Ölkələr arasındakı bütün problemlər spektrinin – Tibetdən tutmuş Cənubi Çin dənizinədək – bu vəziyyətdə aktuallaşması da bu qədər qaçılmazdır.Çinlə “yaxşı polis” oyununun Tramp üçün heç bir mənası yoxdur. Madam qoyulmuş məqsədlərə çatmaq üçün onsuz da qarşıdurmaya getmək lazım gələcək, “pis polis” rolunu öz üzərinə götürmək daha yaxşıdır. Bu hətta Pekinlə danışıq mövqelərində üstünlük verəcək. Bəlkə də, Çin hökumətini labüd “bazarlaşma”da əlavə güzəştlrə getməyə məcbur edəcək.Çünki Trampı təcrübəsiz siyasətçi saymaq nə qədər səhvdirsə, onu ağlına gələni və radikal hərəkət edən məsuliyyətsiz populist saymaq da eynilə bir o qədər böyük yanlışlıqdır.Son həftələr üzə çıxarıb ki, Trampın arxasında ən müxtəlif sahələr üzrə güclü və nüfuzlu peşəkarları birlşdirən olduqca qüdrətli komanda durur. Onun bütün gurultulu və arabir sarsıdıcı bəyanatları, sonradan aydınlaşdığı kimi, diqqətlə düşünülmüş və hazırlanmış təşəbbüslərdir. Güman etmirəm ki, ən mühüm iqtisadi və geopolitik “sparrinq-tərəfdaş”a münasibətdə başqa cür taktika tətbiq olunsun.Hər şeyə əsasən, Pekində də bunu başa düşürlər, buna görə də seçilmiş prezidentin “antiçin” tvitini şərhdən imtina edərək hələlik fasilə götürüb və onun sonrakı addımını gözləyirlər. Tərcümə Strateq.az-ındır.

6 Dekabr 2016 4:07

Amerika fövqəldövlətə necə çevrildi? –Təhlil

sam

Vox (ABŞ), 05.12.2016   Müasir Birləşmiş Ştatlar 800-dən çox hərbi baza və dünya hərbi xərclərinin 37%-dən çoxuna sahib olmaqla bəşəriyyətin tarixdə ən qüdrətli ölkədir. O, irimiqyaslı birləşmiş kürəsəl sistemin lideri olub ki, bu da ona misli görünməmiş tərəqqi verib. Amerikanın dünyadakı rolu  və dünya siyasətinin bizim üçün adiləşmiş bu qədər mühüm dəyərini anlamaq üçün ölkənin yaranma qaynaqlarına qayıtmaq lazımdır – bu sözün istənilən mənasında hələ dünya dövləti olmadığı məqama. ABŞ öz varlığının 70 ili ərzində əraziləri və Şimali Afrikada təsiri genişləndirərək qitədə məskunlaşmış yerli xalqların kütləvi məhv edilməsinə dönüşən işğallar dalğası nəticəsində Sakit okeana çatmağa nail olub. Erkən amerikalılar ölkəni Sakit və Atlantik okeanının hüdudlarından kənara genişləndirməyə dəyib-dəymədiyi fikrində güclü fikir ayrılığında idilər. Bu, dövlət katibi Uilyam Syuard daxil olmaqla bəzi liderlərin Amerikanın mütləq dünya dövləti olmağa cəhd etməsiylə bağlı dəlillər gətirdiyi bir dövrdə vətəndaş müharibəsi bitərkən əsas mübahisə olub. Syuard  Alyaskanın Rusiyadan satın alınması planının yeridilməsində müvəffəqiyyət qazandı. Lakin Konqres onun Qrenlandiya və İslandiyanı əldə etmək, həmçinin Karib dənizində ərazilər ilhaq  etməkdə bütün səylərinin qarşısını alıb. Bütün bunlar ona görə olub ki, Kapitoliya təpələrində iclas keçirənlərin əksəriyyəti daxil olmaqla bəzi amerikalıların arasında güclü antiimperialist əhvali-ruhiyyəsi üstünlük təşkil edirdi. Onlar Amerikanın kürəsəl siyasətə yüksək dərəcədə cəlb edilməsindən, həmçinin “aşağı irqlər” deyilən kəsimin hesabına əhalinin inteqrasiyası zərurətindən narahat idilər. Bu qarşıdurma isə imperialist genişlənmə cəhdlərinin qarşısını xeyli alırdı. Lakin 1880-ci ilərin axırında Amerika ekpansionizmi haqda diskussiyaların gedişini dəyişən nəsə baş verdi. Sənaye inqilabı iqtisadiyyatın partlayışlı artımını törətdi, bu cür şəraitdə isə daha intensiv inkişaf üçün daha da mərkəzləşdirilmiş hakimiyyət və bürokratiya yaratmaq lazım idi. Hakimiyyət federal hökumətin əlində cəmləşərək Birləşmiş Ştatların xaricdə nüfuzunun birtərəfli qaydada genişlənməsi uğrunda çıxış edən Uilyam Makkinli kimi ekpansionist prezidentlərin vəzifəsini yüngülləşdirdi. Əsas həlledici dönüş həmvətənlərinin qəzəbli müqavimətinə baxmayaraq prezident Makkinlinin ölkəni Kuba uğrunda İspaniya ilə müharibəyə cəlb etdiyi  1898-ci ildə baş verdi. İnkişaf edən ştatlar İspaniya imperiyası üzərində asanlıqla üstünlük qazanaraq işarası Puerto-Riko, Guam və Filippini işğal etdi. ABŞ növbəti iki ilin gedişində Havay krallığı, Ueyk mərcan adası və Şərqi Samoanı ilhaq etdi, bir qədər sonra isə Panama Kanalı zonasına nəzarət etdi, Dominikan Respublikasını işğal etdi və Virgin  adalarını satın aldı. Birləşmiş Ştatlar coğrafiyaca pərakəndə ərazilərin sürətlə əldə edilməsi dövrü sayəsində əsil dünya dövlətinə döndü. Amerika bu dövrdə xaricdə artan ticarət və hərbi maraqlarının müdafiəsi üçün öz nüfuzundan istifadə etməyə başlayaraq Nikaraqua kimi ərazilərdə Amerikayönlü idarəçilik sistemi müəyyən etdi və Qərbin Çində iştirakı baxımından dünya diplomatiyasında mühüm rol oynadı. I dünya savaşı Amerika nüfuzunun nə qədər güclü şəkildə artdığını göstərdi və bu, təkcə müharibənin başa çatmasında onun müdaxiləsinin həlledici amil olduğuna görə deyildi. Prezident Vilson müharibəyə son qoymuş Paris sülh konfransında və sülh müqaviləsi şərtlərinin hazırlanmasında iştirak etdi. O, tarixdə Amerikanın ən iddialı xarici siyasət təşəbbüsünün – kürəsəl kontekstdə sülh və əməkdaşlığın möhkəmləndirilməsi üçün “Millətlər Liqası” adlı beynəlxalq təşkilatın qurulmasının ideya ruhlandırıcısı oldu. Dünya iqtisadiyyatının bu cür irimiqyaslı şəkildə büsbütün dəyişmək cəhdləri göstərdi ki, Birləşmiş Ştatların xarici siyasəti nə qədər iddialı olub. Təcrid ABŞ-da indiyədək fəaliyyət göstərən əsas qüvvələrdən biri olaraq qalır. Konqres ölkənin Millətlər Liqasına girməyinin qarşısını alaraq Vilson layihəsinin üstündən xətt çəkdi. Böyük Depressiya və Hitlerin hakimiyyətə yüksəlişi vaxtı ABŞ diqqətini Avropa problemlərindənsə daha çox daxili problemlərə cəmləmişdi. Nəhayət, Amerikanın xaricdə getdikcə artan çətinlikləri dünya siyasətinə tam müdaxiləni istisna edirdi. Yaponiya imperializmindən Amerika mülklərinə və Şərqi Asiyadakı qoşunlarına qaynaqlanan təhdidlər ABŞ və Yaponiya arasında münaqişəyə səbəb oldu. Bunun zirvəsi Perl-Harbora hücum oldu, nəticədə ABŞ ölkənin beynəlxalq səhnədə iştirak səviyyəsini həmişəlik dəyişməyi qismət edən II dünya savaşına girişdi. Amerika müharibənin gedişində iqtisadiyyatın iflasından yayınmağı bacaran yeganə dünya dövləti oldu. Və atom silahının yeganə sahibi idi. Əslində, ABŞ sülh şərtlərini irəli sürmək üçün nadir mövqedə idi və daha bir müharibənin önlənməsi qəsdilə öz üstünlüyündən istifadə edirdi. Bunun ən məşhur nümunəsi Birləşmiş Millətlər Təşkilatının yaradılmasıdır. BMT nizamnaməsi nasist və yaponların apardığı kimi işğalçı müharibələri yasaqlayan beynəlxalq hüquq sistemini müəyyən etdi. Təşkilat həmçinin dünya ictimaiyyətinin mübahisələri həll edə bildiyi və həllinə kömək etdiyi  forum rolunu oynadı. Amerika hesab edirdi ki, dövlətlər bu qayda ilə fikir ayrılıqlarını aradan qaldıra və qanuna əsasən güzəştə nail ola bilərdi. BMT hərbsonrası ən məşhur təşkilatlardan biridir, lakin yeganəsi deyil. 44 iştirakçı ölkədən 730 nümayəndə daha bir Böyük Depressiya və yaxud dünya savaşının qarşısını almaq üçün kürəsəl maliyyə sistemi yaratmaq məqsədilə Nyu-Həmpşirə toplaşdı. Bu görüş nəticəsində alınmış Bretton-Vudson sazişi son nəticədə kürəsəl maliyyə sisteminin təməlini qoydu, Ümumdünya Bankı və Beynəlxalq Valyuta Fondunun əsasının qoyulmasına səbəb oldu. ABŞ bu institutları təsis edib dünya siyasətində fəal iştirak öhdəliyi götürdü. Problem bunda idi ki, gücünə görə dünyanın ikinci böyük dövləti Sovet İttifaqı başqa baxış nöqtəsi tuturdu. II dünya savaşı və Hitlerə qarşı mübarizə demokratik Qərbi və kommunist Şərqini birləşdirdi, lakin bu ittifaq əbədi çəkə bilməzdi. Amerika Şərqi Avropada və digər istiqamətlərdə sovet ekspansiyasını özünün azad ticarət görüşləri və demokratik dünya üçün birbaşa təhlükə kimi qəbul edirdi. “Sosializm bu və ya digər formada xeyli dərəcədə dünyanın əksər millətlərini ümumi bərabərlik kölgəsi ilə örtür və bu kölgə bizim azadlığımıza əl uzadır”. ABŞ və Avropanın digər dövlətləri Qərbi Avropaya münasibətdə sovet niyyəti qorxusundan Şimali Atlantika Müqaviləsi Təşkilatını – Rusiyanın digər Avropa ölkələrinə müdaxiləsini dayandırmağa yönəlmiş hərbi alyans yaratdı. ABŞ kürəsəl kontekstdə kommunizmin dünyada yayılmasının dəf edilməyinə yönəldiyi üçün önləmə siyasəti prinsiplərini tuturdu. Bu yeni kürəsəl mübarizə bildirirdi ki, ABŞ çarxı II dünya svaşından sonra fırlanmaqda davam edən təsirli hərbi maşını buraxmalı deyil, hər yerdə və həmişə öz təsirini yaymalıdır. Əsas nəticələr iki idi. Birincisi, ABŞ Səudiyyə Ərəbistanı, İsrail və Cənubi Koreya kimi ölkələrlə onun üçün qeyri-səciyyəvi ittifaqlara girdi və hər birinə göstərilən bölgələrdə kommunist nüfuzuna qarşı mübarizədə alət kimi baxırdı. İkincisi, ABŞ Sovet İttifaqının nüfuzunu önləmək üçün bəzən gizli şəkildə onlarla ölkənin işlərinə qarışmağa başladı ki, bu da bəzən İrandakı kimi diktatorlara dəstəklə müşayiət olunur, bəzən də 1979-cu ildə Əfqanıstanda, 1985-ci ildə Nikaraquada baş verdiyi kimi üsyançıların silah və pulla təchiz edilməsini bildirirdi. ABŞ soyuq müharibənin gedişində bütün dünyada yüzlərlə mübahisəyə qarışıb. Berlin divarının süqutundan sonra ABŞ sistemdən çıxaraq müttəfiqlərlə münasibətləri pozmaq və hərbi gücünün səviyyəsini azaltmaq imkanına malik idi. Və o, doğrudan da, müdafiə xərclərini və Soyuq müharibədən sonra müttəfiqlərdə qalmış hərbi infrastrukturun xeyli hissəsini azaltdı. Prezidentlər Corc Buş və Bill Klinton qərara gəldilər ki, həm Amerika, həm də bütün dünya maraqlıdır ki, ABŞ kürəsəl problemlərlə fəal şəkildə məşğul olan yeganə superdövlət olmasın. “Bizim sülhməramlı olmağımız lazım gəlir və sülhməramlı olmalıyıq”. NATO – yeganə olaraq Sovet İttifaqına qarşı durmaq üçün yaradılmış alət sovet təhlükəsinin olmadığı şəraitdə Avropa ölkələri arasında ittifaqı saxlamaq problemindən uzaqda qalır. Vaşinqtonun İsrail və Yaponiya kimi ölkələrə dəstəyi dəyişilməz qalıb və bu bölgələrdə müharibənin qabağının alınmasında ifadə olunur. Sülhün daimi əsasda qorunması qəsdilə yaradılmış kürəsəl ittifaq və təşkilatlar sisteminin işləməsi üçün Amerika hərbi və siyasi öhdəlikləri zəruridir. Bu sistem bu gün də işləyir və soyuq müharibə dönəmindən bəri Amerikanın böyük siyasətçilərindən heç kim onu ciddi şəkildə məhv etməyə çağırmayıb. Ola bilsin, bu cür öhdəliklərlə razılaşmayan Donald Tramp istisna olmaqla. O, dəfələrlə bildirib ki, ABŞ-ın müttəfiqləri öz müdafiələri üçün yetərincə pul ödəmir, həmçinin azad ticarətin zəruriliyi haqda sual edib. Bu, NATO və hətta Ümumdünya Ticarət Təşkilatının özünün mövcudluğunu şübhə altına alır. “Biz hansısa bir anda deməliyik: bilirsiniz ki, Şimali Koreyadakı bu manyakdan Yaponiya özü özünü qorusa, həmçinin Cənubi Koreya və Səudiyyə Ərəbistanı özü qorunsa, daha yaxşı olar”. Bu, ABŞ xarici siyasətində 1945-ci ildən üstünlük təşkil edən konsensusdan kəskin sapmadır. Deməli, prezident Tramp on illərlə yaradılmış təşkilat və alyansları buraxacaqmı? Tezliklə biləcəyik.

5 Dekabr 2016 7:21

“Başa düşürəm, vəziyyət çətindir, amma heç olmasa…” –Arif Rəhimzadədən hökumətə çağırış

arif-rehim

Milli Məclisdəki büdcə müzakirələrində çıxış edən Regional Məsələlər Komitəsinin sədri Arif Rəhimzadə 33 şəhər və rayonun dotasiyadan məhrum edilməsindən bəhs edib. Zahirən bu rəqəmlərin ürəkaçan olduğunu deyən komitə sədri yerlərdə vəziyyəti ciddi dəyərləndirmədən belə qərar verilməsini düzgün saymayıb: “Bu, tamamilə düzgün hal deyil və strateji xəttimizə zidd məsələdir. Necə yəni, yerlərdə işləyənlərin ağlı çatmır, yoxsa səhlənkarlq edirlər. Əgər belədirsə, onları çıxartmaq, yenilərini qoymaq lazımdır. Neftçala rayonunun gəlirləri artmayıb, ancaq büdcəyə 4 milyon əlavə vəsait ödəməlidir. Nəyin hesabına? Elə edək ki, orada müəssisələr tikilsin, əlavə vəsait əldə olunsun. Bunlar edilmədiyi halda, əlavə vəsait tələb ediriksə, özümüz-özümüzü aldadırıq”. A.Rəhimzadə daha sonra əlavə edib: “Mədəniyətə 8 milyon dotasiya ayırlırsa, Azərbaycanın bütün əhalisini əhatə edən yerli özünüidarə orqanlarına 5,2 milyon vəsait verilir. Bu, çox azdır. 2014-cü ildə dotasiya ilə birgə subvensiyaların da verilməsi qərara alındı. 2015-ci ildə verildi, bu il yenə də büdcədən çıxarıldı. Başa düşürəm, vəziyyət çətindir, amma heç olmasa, kənd bələdiyyələrinə kiçik yardımlar edək. Bu il 70-ə yaxın kənd bələdiyyəsi tərəfindən layihələr təqdim olunub, biri də qəbul olunmayıb. Nəyə görə? Heç olmasa, büdcədə yazın subvensiya, qarşısına da “0” yazın. Bu da yazılmayıb. Mən xahiş edirəm, bu məsələlərə diqqət yetirin”. Musavat.com

2 Dekabr 2016 3:29

“Manatın ucuzlaşması davam edəcək” –Vüqar Bayramovdan dollar açıqlaması

sam

"OPEK-in hasilatının azaldılması ilə bağlı razılaşmasından sonra manatın məzənnəsinin necə dəyişəcəyi yenidən gündəmdədir. Aydındır ki, neftin qiyməti manatın məzənnəsi üçün önəmlidir. Amma möcud qiymət milli valyutamızın məzənnəsini stabilləşdirə bilərmi, ümumiyyətlə, manatın kursunun stabilləşməsi üçün neftin qiyməti neçə olmalıdır?". Faktinfo.az  xəbər verir ki, bunu iqtisadçı Vüqar Bayramov deyib. Onun sözlərinə görə, manatın məzənnəsi üçün neftin qiyməti ilə yanaşı, Dövlət Neft Fondundan xərcləmlər səviyyəsi olduqca vacibdir: "Çünki manatın taleyini artıq daha çox Mərkəzi Bankın intervensaiyası deyil, Neft Fondunun hərraca çıxardığı dollarların məbləği müəyyənləşdirir. Bu baxımdan, fondun xərcləmələrinin artmasl birbaşa dollar təklifini artırır və ya əksinə, “az xərcləmə- az dollar” deməkdir". İqtisadçı bildirir ki, bu ilin 9 ayında 4 milyard dollar satan fond həmin müddətdə cəmi 3 milyard 823 milyon manat xərcləyib: "Həmin müddətdə manatın dollara orta məzənnəsini nəzərə aldıqda bu o deməkdir ki, sözügedən dövrdə fondda orta hesabla 2 milyard 440 milyon manat milli valyuta artıqlığı olub. Təbii ki, fond belə manat artıqlığı prinsipi ilə uzun müddət hərraclara çıxa bilməz və bu sözügedən qurumun strategiyasına da tam uyğun gəlmir. Deməli, dövlət xərcləmələri və neft fondunun dollar satışı manatın məzənnəsi üçün yaxın illərdə əsas amil olacaq".  Vüqar Bayramovun sözlərinə görə, ehtiyatlarının 75 faizini itirən Mərkəzi Bank 4 milyard dollarlıq rezervi ilə artıq prosesə birbaşa müdaxilə etməkdə maraqlı görünmür: "Deməli, neftin indiki qiymət artımları Azərbaycanda dollara olan tələbi azaltmayacaq və təbii ki, bu kontekstdən manatın məzənnəsinin möhkəmlənməsi real deyil.  Digər tərəfdən, neftin dünya bazar qiymət hətta 60 dollara çatsa da belə bu manatın möhkəmlənməsi üçün yetərli deyil. Çünki bu halda da fondun qənaət prinsipi davam edəcək və nəticədə bazarda dollar qıtlığı olacaq. Eləcə də, 2017-ci ildə Dövlət Neft Fondundan dövlət büdcəsinə transferin həcmi azalmaqda davam edəcək. 2017-ci ildə 1,5 mlrd. manat azalmadan söhbət gedir.  Deməli, fond gələn il daha az dollar satacaq. Ona görə də, neftin dünya bazar qiyməti manatın məzənnəsi üçün əhəmiyyətli olsa da belə hələlik mövcud qiymət valyuta bazarımıza təsir etmir və bizim qiymətləndirmələr göstərir ki, əgər neftin qiyməti kəskin artmazsa və bazara ciddi intervensiya olmazsa, növbəti ildə də dollara tələbin artması fonunda manatın ucuzlaşması müşahidə ediləcək". İqtisadçı deyir ki, bütövlükdə, bu ilin ortalarında qeyd etdiyim kimi, gələn il Rusiya və Qazaxıstanda olduğu kimi Mərkəzi Bank mövcud məzənnə siyasətindən istifadə edib, liberal üzən siyasətə keçməsi ehtimalı kifayət qədər yüksəkdir: "Bu halda isə, hətta neft fondunun mövcud transferləri də manatın ucuzlaşmasının qarşısını ala bilməyəcək".

2 Dekabr 2016 11:55

“Rəisinə” müxalif olan müavin- Putin 34 yaşlı Oreşkini niyə nazir təyin etdi?

sam

Ulyukayevin qəfil və müammalı həbsindən sonra Rusiyada iki həftədir boş qalan iqtisadi inkişaf naziri postunu kimin tutacağı məlum oldu. Prezident Vladimir Putin rüşvət ittihamı ilə həbs edilən keçmiş nazir Aleksey Ulyukayevin müavinini – Maksim Oreşkini dünən bu vəzifəyə təyin etdi. 34 yaşlı Oreşkin bu təyinatla Rusiya hökumətində təmsil olunan ən gənc nazir statusunu da qazandı. Onunla eyni yaşda  daha bir nazir var – Nikolay Nikiforov. Lakin Oreşkin ondan bir ay kiçikdir. Vaxtilə Rusiya Mərkəzi Bankında işləyən Maksim Oreşkinin əsas hədəfi iqtisadiyyatın inkişafını əngəlləyən sədləri aradan qaldırmaqdır. Hökumətin bugünkü geniştərkibli iclasına o, artıq nazir statusu ilə qatılacaq. Oreşkin kimdir? Maksim Oreşkin iqtisadi inkişaf nazirinin müavini postunu 2015-ci ilin martından tuturdu. Ondan əvvəl isə Maliyyə Nazirliyinin Strateji Planlama Departamentinin direktoru olmuşdu.  Hökumətdə təmsil olunmazdan əvvəl 7 il müxtəlif maliyyə strukturlarında çalışmışdı – «Rosbank», «VTB Kapital» v s. Vladimir Putinlə görüşdə Maksim Oreşkin rəhbərlik edəcəyi nazirliyin qarşıdakı il üçün hədəflərindən danışdı. Bildirdi ki, gələn il nazirlik iqtisadiyyatın inkişafı üçün təsirli tədbirlər görəcək. Putinlə Oreşkinin görüşü  «Ən pisi geridə qalıb. Lakin inkişaf tempi təbii ki, qaneedici deiyl. Ona görə də 2017-ci il üçün başlıca hədəflər açar tədbirlərin görülməsidir. Bu tədbirlər ölkə iqtisadiyyatının inkişafının qarşısını alan baryerləri aradan qaldırmağa imkan verəcək», deyə Oreşkin Putinlə görüşündə bildirmişdi. Putinin cavabı isə belə olmuşdu: «Maksim Stanislavoviç, kifayət qədər gəncsiniz. Lakin sizə gənc mütəxəssis demək olmaz. Savadlı, yetkin və təcrübəlisiniz. Sizə uğurlar arzulayıram». Həbsindən təxminən bir ay əvvəl keçmiş nazir Ulyukayev də əsas hədəflərini müəyyənləşdirmişdi – Rusiya vətəndaşlarının həyat səviyyəsinin yüksəldilməsi. Nazir-müavin mübahisəsi, toqquşan mövqelər  Məlum həbsdən iki ay əvvəl isə gənc Oreşkinlə nazir Ulyukayev arasında neftin qiyməti və ölkəyə mümkün təsirləri ilə bağlı üstüörtülü mübahisə yaranmışdı. Yeni nazir həmçinin «Rosneft»in özəlləşdirilməsi təşəbbüsünü aktiv şəkildə dəstəkləyənlərdən idi. Halbuki ovaxtkı «rəisi» Ulyukayev buna qarşı çıxırdı. Keçmiş nazir «Rosneft»in başqa bir dövlət neft şirkəti olan «Başneft»in səhmlərini almasının əleyhinə idi. O, hökumətə bu məsələni başqa variantlarla həll etməyi təklif etmişdi. Ulyukayev hesab edirdi ki, «Rosneft»i «Başneft»in özəlləşdirilməsi prosesinə yaxın buraxmamaq üçün müxtəlif üsullar var. "Başneft"in özəlləşdirilməsi hökumət üçün nəhəng sazişə imza atmaq idi. Şirkətin kapitalında dövlət payı 315 milyard rubla yaxın idi ki, bu da Rusiya büdcəsi üçün kifayət qədər böyük məbləğ deməkdir. Həmin vaxt Putin etiraf etmişdi ki, hökumətin "Başneft"in özəlləşdirilməsi ilə bağlı mövqeyindən təəccüblənib. Bu, həm də onun prosesə qarşı çıxan Ulyukayevə dolayı etirazı idi. Bütün bu mübahisələrə görə Rusiya hökuməti bu ilin avqust ayında «Başneft»in özəlləşdirilməsini təxirə salmışdı. Lakin sentyabrın 30-dan proses yenidən bərpa olunmağa başladı. Okytabrın 10-da isə baş nazir Dmitri Medvedev «Başneft»in səhmlərinin 50,08 faizinin satışı ilə bağlı xüsusi sərəncam imzaladı. İlin sonuna qədər də «Rosneft»in özünün dövlət səhmləri özəlləşdiriləcəyi elan olundu. Beləliklə, «Rosneft» məsələsində Ulyukayevlə müavini Oreşkinin mövqeləri toqquşurdu. Hökuməti qane edənsə Ulyukayevin yox, onun  gənc müavininin tutduğu mövqe idi. Oreşkin bu ilin avqustunda açıqlama vermişdi ki, əgər dövlət səhmlərini satmaq mümkün olmasa, Ehtiyat Fondu sürətlə «əriyəcək». Daha bir maraqlı məqam və müamma ondan ibarətdir ki, Ulyukayev məhz «Rosneft»dən 2 milyon dollar rüşvət almaqda ittiham olunur. İddiaya görə, o, bu pulu «Başneft» şirkətinin dövlət səhmlərini (50 faizini) ala bilmək üçün «Rosneft»ə müsbət rəy verməsi müqabilində alıb. Aleksey Ulyukayev Müəmma və açıq qalan suallar… «Rosneft»lə bağlı bütün işlər hökumət səviyyəsində və ölkənin birinci şəxsinin də razılığı əsasında yekunlaşandan sonra şirkət Ulyukayevə niyə rüşvət verməli idi? Yaxud keçmiş nazir Putinin yaxın adamı İqor Seçindən necə hədə yolu ilə rüşvət ala bilərdi? Başqa bir məqam – Ulyukayev sistemin korrupsiyalaşmasına qarşı çıxır və bununla mübarizə aparmaq üçün konkret təkliflər verirdi. Belə olan halda korrupsiyaya bulaşmağa necə risk edə bilərdi?  Özü də qalmaqallı «Rosneft» işi üzrə… Bu suallar ətrafında yerli ekspertlər də baş sandırır. Ulyukayevin həbsini maraqlı tərəflərin «Rosneft»in hər «tiksəsi» uğrunda savaşının tərkib hissəsi kimi qiymətləndirənlər də var, ABŞ-da respublikaçı Donald Trampın qələbəsindən sonra bu vaxta qədər Rusiyada əsasən demokratların «qanadı» altında mövcud olan liberalların şəbəkəsinin sıradan çıxırılması kimi görənlər də. Suallar az deyil və onların çoxu hələ ki açıq qalıb. Görünən isə odur ki, Putini hökumətin təşəbbüslərinə qarşı çıxan Ulyukayevdənsə, prinsipial məsələlərdə rəhbər şəxslərin mövqeyini bölüşən Oreşkin qane edir… Strateq.az

1 Dekabr 2016 3:50

Alman nəşri: “Hələbdə tökülən qanlarda Qərbin də əli var” – Təhlil

sam

Hələbdə bombardmanın nəticələri © REUTERS, Əbdülrəhman İsmayıl   Rayner Zollix Deutsche Welle (Almaniya), 30.11.2016   Görünür, Bəşər Əsəd ordusu ən yaxın vaxtlarda Hələbi tam nəzarətə götürəcək. Bu – Qərbin fəaliyyətsizliyinin nəticəsdir. Qərb siyasətçiləri neçə illər qeyd ediblər – Suriyada münaqişəni hərbi yolla həll etmək olmaz. Lakin Rusiya prezidenti Vladimir Putin və suriyalı pərvərdəsi Bəşər Əsəd iranlı və livanlı müttəfiqləri ilə aşkarca başqa fikrin tərəfindədirlər. Birhəftəlik bombardman və Hələbin şərq hissəsində aclıqdan sonra Suriya hökumət qoşunları və onu dəstəkləyən şiə bölmələri nə zamansa ölkənin iqtisadi mərkəzi olmuş şəhərin üsyançıların nəzarət etdiyi rayonlarını döyüşlə geri almağa başlayıb. Onlar insanların taleyinə etinasızdırlar. Onlar üçün yalnız hərbi qələbə və düşmənin devrilməsi vacibdir. Bəs ABŞ və Avropa Birliyi nə edir? Əməli olaraq heç nə! Qərb xəbərdarlıq edir və qınayır, konfranslar çağırır, qətnamələrin qəbuluna təşşəbüs göstərir. Lakin əslində, sadəcə, müşahidə edir. Məhz buna görə müstəsna Hələb hadisəsi Qərbin Suriya siyasətinin tutarsızlığının daha bir təsdiqidir. Eyni zamanada Putin və Əsədə Hələbi nəzarətə götürmək artıq bir qədər gülüncdür: onlar seçkilərdən sonra ABŞ-da yaranmış hakimiyyət boşluğundan şüurlu şəkildə yararlanırlar. Lakin onlar bunsuz da istədiklərini edirdilər! Barak Obama təkcə Donald Trampın seçkilərdə qələbəsindən sonra “topal ördək” olmayıb. O həmişə bu cür idi.   Günahın bir hissəsi Qərb ölkələrinin üzərinə düşür   Obama Suriyada sələfi Corc Buşun İraqda buraxdığı fatal səhvlərdən yayınmaq istəyirdi. Amma, həqiqətdə, Obama və bütün Qərb guya bu sülh kampaniyasının nəticəsində Suriya faciəsində iştirak etdi. Axı bu, hər şeydən əvvəl Rusiya və İranı, xarici siyasət baxımından ABŞ-ın getdikcə daha da etibarsız Səudiyyə Ərəbistanı və Türkiyə kimi müttəfiqlərini öz maraqları xeyrinə Suriyanı məzhəb və etnik baxımdan  qızışdırılan döyüş meydanına çevirməyə eyni dərəcədə təhrik edib. Bu yaxınlardakı duruma baxmayaraq, Suriya nifrət və zorakılıq spiralından çıxış yolu görünmür – eynilə siyasi və yaxud hərbi xarakterli “həll” kimi. Hələb yenidən doğrudan da Əsədin nəzarətinə keçsə, bu onun rejiminin gücünün qüdrətli, simvolik nümayişi olacaq. Bu, sübut edəcək ki, o, Rusiyanın müdafiəsi altındadır və onu devirmək mümkünsüzdür. Lakin həm mötədil, həm də radikal üsyançılar kənd yerlərində döyüşməyi davam etdirəcək və onları yaxşıca silahlandıracaq sünni müttəfiqləri yenidən tapacaqlar. Nəhayət, İŞİD terrorçuları da heç hara qeyb olmayacaqlar – təkcə ona görə yox ki, Moskva və Dəməşq inandırmaqlarına baxmayaraq, İŞİD-lə kifayət qədər ciddi şəkildə mübarizə aparmayıb.   Hərbi cani hakimiyyətdədir   Əslini desək, Hələb faciəsi artıq çoxdan məlum olan nəticələri simvollaşdırır: ehtimala görə, çağdaş dövrün ən böyük hərbi canisi Bəşər Əsəd Rusiya və İran onu devirməyə imkan verməsə, hələ uzun müddət hakimiyyətdə qalacaq, ABŞ isə bundan sonra da passiv şəkildə müşahidə edəcək. Lakin Əsəd Suriyada sülhü bərpa edə bilməz – hətta Suriya müxalifətinin ehtiyat etdiyi kimi Donald Tramp Suriyada öz səylərini Putinlə birləşdirsə də. Bu isə qətllərin davam edəcəyini bildirir.  

1 Dekabr 2016 11:37

Azərbaycanda böyük bahalaşmaya niyə start verildi? –Qubad İbadoğlundan açıqlamalar

q

  "Dünyada "Black Friday” qiymət endirimlərinin davam etdiyi günlərdə Azərbaycanda elektrik enerjisi, təbii qazın tariflərinin qaldırılması nə qədər təzadlı görsənsə də, Azərbaycanda böyük bahalaşmaya start verilib". Faktinfo.az xəbər verir ki, bu sözləri iqtisadçı-ekspert Qubad İbadoğlu deyib. Onun sözlərinə görə, Tarif Şurasının qiymət siyasəti, həm iqtisadi və həm də sosial aspektlərinə görə ciddi tənqidə layiqdir: "Tarif Şurasının yanaşması differensial deyil, ikili tarif yanaşmasıdır. Diferensiallıq çox sayda müxtəliflik deməkdir. Belə müxtəliflik adətən gecə və gündüz, iqisadiyyatın sahələri və ev təsərrüfatları, eləcə də adambaşına istehlakın normalar üzrə fərqli tariflərlə ifadə olunur. Azərbaycanda isə saat qurşağını belə düzgün seçə bilməyən hökümət (hazırda havann işıqlnması səhər saat 7.30-dan sonra başlayır) məqsədli şəkildə əhalini elektrik enerjisindən istifadəyə sövq edir. Diğər tərəfdən isə Tarif Şurasının son qərarı ilə əhali qrupu üzrə istehlakçılar üçün fərqləndirici səviyyənin 1 sayğaca görə 250 kilovat saat müəyyən edilməsi də iqtisadi cəhətdən əsaslandırılmayıb. Belə ki, bir çox ölkələrdə belə fərqləndirmə ailə üzvlərinin sayına müvafiq olaraq həyata keçirilir. Burda təbii ki, başlıca məqsəd aztəminatlı əhalinin sosial vəziyyətini ağırlaşmasının qarşısını almaqdır. Azərbaycanda tətbiq edilən norma 1 nəfərlik ailənin minimal istehlak normasına uyğun gəlsə də, ailə üzvlərinin sayı 2 və ondan çox olanların ən minimal ehtiyaclarını belə ödəmir. Hətta, məcburi köçkünlər üşün adambşına norma yay aylarında 100 kilovatt, qış aylarında isə 200 kilovat, orta hesabla isə 150 kilovatt müəyyən edilib. Məcburi köçkünlər üçün uzun illərdir ki, tətbiq olunan normanı əsas götürərək Tarif Şurası elektrik enerjisinin tarif fərqləndirilməsi zamanı fərqləndirici normanı ailə başına deyil, adambaşına uyğunlaşdırmalı idi". Ekspertin sözlərinə görə, Azərbaycanda orta statistik ailənin 4,5 nəfər olduğunu nəzərə alanda, aylq norma belə differensialladırılmalı idi: "1 nəfərlik ailə üçün 250 kilovatt, 2 nəfərlik ailə üçün 300 kilovatt, 3 nəfərlik ailə üçün 450 kilovatt, 4 nəfərlik ailə üçün 600 kilovatt, nəhayət 5 və ondan çox üzvləri olan ailə üçün 750 kilovat. Müqayisə üçün qeyd edim ki, Qirğızıstanda üzvlərinin sayndan asılı olmayaraq 1 ailə üçün minimal tarif ayda 700 kilovattdır, Türkmənistanda hər ay adambaşına 35 kilovatt, 1 ailə üçün minimal olaraq isə 100 kilovatt elektrik enerjisi pulsuz verilir. Onu da əlavə edim ki, əhali qrupu üçün Qırğızıstanda 1 kilovat elektrik enerjisi 1,1 sent, Qazaxıstanda 4,7 sent, Azərbaycanda isə yuxarı tarif üzrə 6,3 sentdir". Ekspert bildirib ki,Tarif Şurasının son qərarı aşağıdakı fəsadlara səbəb olacaq: "1) Yoxsulların sayı artacaq. Ev təsərrüfatlarının büdcə müayinəsi göstərir ki, ailədə uşaqların sayı artdıqca yoxsulluq səviyyəsi daha da dərinləşir. Belə olan halda əslinə ölkədə aztəminatlı təbəqələr əsasən ailə üzvlərinin sayı çox olanlar sayılır. Tarif Şurasının son qərarı isə bu mühüm sosial aspekti nəzərə almadan verildiyindən ölkədə yoxsulluq həddindən aşağıda yaşayanların sayının sürətlə artımı müşahidə olunacaq. 2) Elektrik enerjisinin yığım səviyyəsi aşağı düşəcək. Qısa müddətli dövrdə yığım səviyyəsi sabit qalsa da, orta və uzun müddətli dövrdə elektrik enerjisinə görə boclu olan abonentlərin sayı artacaq. Bu isə satışı həyata keçirən qurumlarla əhali və qeyri-əhali qrupları arasına konfliktlər yaradacaq. 3) Əhalinin sosial-iqtisadi tərəqqinin nəticələrinə çıxışı pisləşəcək. Müasir məişət (qab yuyan, paltar yuyan və qurudan və s. ) və elektron (televezor, radio, kompyuter və s.) avadanlıqların istifadə səviyyəsinin aşağı düşməsi nəticəsində ev təsərüfatlarında sosial-iqtisadi tərəqqinin nəticələrindən bəhrələnmək səviyyəsi aşağı düşəcək. 4) İnflyasiya səviyyəsi yüksələcək. Eyni və digər bazarlarda qarşılqlı təsirlərdən və xərclərin artmasında qaynaqlanan faktorlar qiymətləri sürətlə bahalaşdıracaq. Qiymət artımı əvvəlcə elektrik enerji və qaz sərfiyyatı yüksək olan çörək bişirmə, qənnadı, emal, polad əritmə mü və digər əssisələrinin məhsullarını, eləcə də dəmiryolu, metro nəqliyyatının xidmətlərini bahalaşdırcaq. Ümumi qiymət səviyyəsi artdıqca, mobil rabitə xidmətlərindən tutumuş hotel xidmətlərinədək müxtəlif sahələrdə bahalaşma müşahidə olunacaq. 5) Sosial narazılıq artacaq. Düzgün olmayan differensiallaşdırma siyasəti sosial vəziyyətdən narazı qalanların əhatə dairəsini genişləndirəcək. İndi belələrinin sırasına diffensiallaşdırılmanın neqativ təsirlərinə məruz qalanlar da qoşulacaq". Q. İbadoğlu sonda qeyd edib ki, elektrik enerjisinin qiymətinin bahalaşdırılması Asiya İnkişaf Bankı və Azərbaycan hökuməti ölkənin enerji paylama şəbəkəsinin bərpası və genişləndirilməsi məqsədilə 1 milyard dollar məbləğində investisiya proqramı çərçivəsində həyata keçirilən tədbirlərdən biri hesab oluna bilər: "Çünki, bu məqsədlə imzalanan anlaşma memorandumunda müvafiq qrurumlar qarşısına enerji bölməsində islahatarın aparılması tələbi qoyulub. Azərbaycan hökümətinə isə islahat deyəndə yalnız qiymət artımını başa düşür".

30 Noyabr 2016 3:33

Deputat Zahid Oruc od püskürdü:“Enerjinin qiymətinin artırlmasına nə lüzum var idi? Bu təxribatdır”

vaqif-abdullayev

Milli Məclisin (MM) komitələrinin birgə iclasında 2017-ci il büdcə layihəsi ilə bağlı çıxış edən millət vəkili  Zahid Oruc hökumətin bank sektorundakı vəziyyət, elektrik enerjisi, qazın qaldırılması ilə bağlı tənqidi mövqeyini dilə gətirib. Bank sektoru, maliyyə bazarındakı vəziyyətə və manatın ucuzlaşmasına toxunan Z. Orucun sözlərinə görə, bu gün Azərbaycan vətəndaşı manat sabitləşməyənədək yastığı altında saxladığı maliyyəni ortaya çıxarmayacaq: “Ona görə də həyata keçirilən layihələr öz lazımi effektini verməyəcək. Bu gün hökumət düşüb Beynəlxalq  Bankın sağlamlaşdırılamasının üstünə və bunun üçün milyonlarla vəsait xərcləyir. Axı, vətəndaşın günahı nədir ki,  ölkədə Beynəlxalq Bank və onun da rəhbəri Cahangir  adlı bir şəxs olub.  Ölkənin milyardalını mənimsəyib və hökumət də indi onun oğurladığı vəsaitlər nəticəsində bankda yaranmış problemi aradan qaldırmaq istəyir.  Belə olmaz axı?! Nəyə görə, vətəndaşla banklar qarşı-qarşıya qoyulsun? Hökumət bu sahədə məsələni həll etməlidir”. Z. Oruc bildirib ki, 21 dekabr devalvasiyasından sonra bir dəfə də olsun Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovu  ekranda görməmişik: “Son bir ildə bu problemlər məngənəsində məmurlar xalqla birbaşa təmasdan qaçır. Bu, təxribatdır. Bir ildir məmurların ekranlara çıxışı məhdudlaşıb”. Dövlət strukturlarının ixtisara salınmasının tərəfdarı olduğunu dilə gətirən Z. Oruc deyib ki, Azərbaycan məmur sayına görə, dünyada öncül yerlərdən birini tutur. “Axı, illər öncə bunu deyəndə niyə qulaqardına vurlurdu?  Bu ona görə deyilirdi ki, islahatlarla ölkənin inkişafına nail olunsun”. Elektrik enerjisi və qazın qiyməti ilə bağlı Tarif Şurasının qərarına toxunan millət vəkili deyib ki, buna ehtiyac yox idi: “Filizi, transformatoru, qazı, elektrik enerjisini Azərbaycan özü istehsal etdiyi halda enerjinin qiymətinin artırlmasına nə lüzum var idi. Bu əlavə problemlər yaradacaq”.

30 Noyabr 2016 2:52

Vladimir Putin:“Rusiyanın sərhədi heç harada bitmir”

ouitt

Yirji Penyas Echo24 (Çexiya), 29.11.2016 Yaddaşım məni aldatmırsa, hazırcavablığa rusca zarafat (шуткa) deyirlər, kimin barəsində isə ağıllı fikir demək “zarafat etmək” (пошутить) deməkdir. Və budur, Vladimir Vladimiroviç Putin bir neçə gün əvvəl bir növ teleşouda coğrafiyadan biliyini yoxladığı balaca bir oğlanla zarafat edib… Rusların şouları qəribədir. Qorxmuş uşaq, arxetip Koli Rusiyanın kimlərlə həmsərhəd olması haqda suala səylə cavab verirdi, bundan sonra Putin onun sözünü ağzında qoyub dedi: “Rusiyanın sərhədi heç harada bitmir” – və güldü. Zalda ruslar da gülüşdülər. Ha-ha-ha.Rus güləndə onun gülüşü çox vaxt nəhs səslənir və sanki haradansa soyuq gəlir. Təəssüf ki, Putin həiqqəti deyib. Bunu hamı bilir, amma bundan danışmaq qeyri-məqbuldur – dünyada nüfuz aşağı düşər. Ona görə yox ki, yaxşı nüfuz rusları qayğılandırır və hər halda bu haqda tez-tez danışmamaq daha yaxşıdır – indiki haldakı kimi bəzən siqnal vermək yetərlidir. Ola bilsin, Freydin zarafat nəzərəiyyəsinin gerçəkləşməsi ilə uğraşırıq və söhbət hansısa dilxorluğun dəf edilməsindən gedir, “hirs soyudulur”. Sadəcə, biz ruslar zaman-zaman əcnəbiləri qorxudurmuşuq. Bizim sərhədimiz yoxdur və biz hər yerdəyik. Ha-ha-ha. Biz sizi – sərhədlərimizə “sanki” yaxın olanları – istənilən an işğal edə bilərik. Axı siz bizimsiniz. Əgər bu cür düşünmürsünüzsə, sizi öz ağuşumuzla inandırarıq. Rus hüdudsuzluğu – rus taleyi və rus qarğışıdır. O, sonsuz düzənliklərə yayılmış və harada dayanacağını bilməyən bu çöl xalqının genetik koduna qeyd olunub. Rusiya tarixi – mürəkkəb ləkəsinin çöllər boyu süzülməsinin tarixidir. Şərqdə Rusiyanın sonu yoxdur, şimalda okeanla və Sovet-Finlandiya müharibəsində özünü qorumuş finlərlə məhdudlaşdırılıb. Cənubda Qafqaz və səhralardır, lakin ayaqları cənub okeanlarında yumaq xülyası – ümumiyyətlə, bu, ruslarda nadir arzudur – hüdudsuzdur. Hesab edilir ki, qərb istiqamətində – və bu bizim üçün də son dərəcə maraqlıdır – ruslar tədricən və hansısa səhvdən müvəqqəti ukraynalı, belorus, polyak, slovak və nəhayət, həmçinin rus olmayan, lakin hələlik sadəcə, bunu başa düşməyən çexlərlə əvəz olunur. Ruslar üçün estonlar, latışlar, litovlar möcvcud deyillər: azdırlar və madam kimsə azdır, onda ruslara gülməli görünür. Biz də yetərincə azıq, amma fəlakət burasındadır ki, slavyanıq. Slavyan rus üçün hər şeydən əvvəl rusdur. O qədər mərhəmətli qəlbi olan və bu cür dağıdıcı ehtirasla keçirdiyi burnufıtrılıqlı yaşamı bizimlə bölüşmək istəyən, bizi bu qədər sevən istənilən rus bizə deyər – “Siz bizimsiniz”. Bizim onlara cavab verməyimiz gərəkir – ən yaxşısı, elə həmin zarafatla. Deyək ki, Rusiyanın var olmadığı və orada monqolların yaşadığı haqda. (Tərcümə Strateq.az)

29 Noyabr 2016 2:25

Norveç eksperti: “Tramp yoxsul ölkələri daha da yoxsullaşdıracaq” – Təhlil

tr

© AP Foto, Audrey McAvoy   Frude Anderssen Dagbladet (Norveç), 27.11.2016   Donald Tramp bazar ertəsi xəbər verib ki, prezident kimi ilk addımlarından biri Transsakitokean tərəfdaşlığı haqda ticarət sazişinin qüvvəyə minməyinə maneçilik olacaq. Ekspertlər hesab edirlər ki, bu, Çinin dünya ticarətinə təsirinin artımına şərait yaradacaq.  Bu yöndə inkişaf isə davam etsə, Avropa və Şimali Amerikaya mühacir axınının çoxalmasına səbəb olacaq. Transsakitokean əməkdaşlığı Asiya, Şimali və Cənmubi Amerikanın 12 ölkəsi arasında fevralda imzalanmış ticarət müqaviləsidir. Lakin hazırda Tramp istəyir ki, Müqavilə ratifikasiya olunmamış ondan çıxsınlar.   Trampın niyyətlərinin ziddinə olaraq   Oslo universitetinin ictimai iqtisadiyyat fəxri professoru Onund Hyulland hesab edir ki, bu, Çinin ticarət və bazara təsirinin güclənməsinə səbəb olacaq ki, Trampın məqsədi bu deyil. Hyulland bunu belə izah edir: “Bu, qətiyyən Trapın məqsədi deyil, lakin bu addımın nəticələri məhz bu ola bilər. O zaman Transsakitokean əməkldaşlığı haqda Müqavilənin digər tərəflərinin Çinə müraciət və onunla danışıqlar aparmaq üçün əsaslı bəhanəsi olacaq”. Ölkələr arasında ticarəti məhdudlaşdıran iqtisadi sityasət barədə danışarkən proteksionizm anlayışı işlədilir. Tramp hesab edir ki, beynəlxalq ticarət Amerikada iş yerlərinə məhvedici təsir göstərir, o, mövcud ticarət sazişlərini pozmaq istəyir.   “Yoxsullar daha da yoxsullaşacaq”   Kəşfiyyatın keçmiş şefi və indi DNB konsernində risklər analitiki Xyell QrandhagenTrampın ticarət siyasətinə tənqidi yanaşır. O, hesab edir ki, hazırda nəticələrə malik ola biləsi prosesin başlanğıcını görürük. O deyir: “Narahat olmağa əsas var ki, ardınca digər tədbirlər də gələcək – məsələn, başqa ölkələrə, misal üçün, Meksikaya münasibətdə cərimə vergisi. Bu, yoxsulluqdan çıxmağa çalışan ölkələrin durmunu köklü şəkildə mürəkkəbləşdirəcək, çünki öz mallarını varlı dünyaya daha sata bilməyəcək”. Qrandhagen hesab edir ki, bu ona səbəb ola bilər ki, yoxsul ölkələr daha da yoxsullaşacaq və daha çox adam Avropa və Şimali Amerikaya qaçmaq istəyəcək. O həm də hesab edir ki, adamların qaçdığı ölkələrdə hansısa həlledici qərarlar qəbul etmək lazımdır, lakin proteksionizm  daha pisdir, təsəvvür etmək mümkündür ki, o bu adamları yoxsulluqdan çıxmaqda yeganə yoldan məhrum edir. O bildirir: “Mənə elə gəlir ki, mühacirət artımı böyük risklə bağlı məqamlardan biridir. Bu sonra daha böyük narahatlığa gətirəcək. O zaman isə müharibə və münaqişə təhlükəsi çoxalır – həm ayrı-ayrı ölkələr daxilində, həm də ölkələr arasında”.   “Bu cür tədbirlər üçün əsaslar var”   Onund Hyulland deyir ki, tamamilə mümkündür ki, gömrükxana, həmçinin məhdudiyyətlər kimi proteksionist tədbirlər yoxsul ölkələrə ziyan vura bilər. Bununla bərabər, o, hesab edir ki, bu cür tədbirlər üçün əsaslar var. O düşünür: “İrimiqyaslı proteksinozim pisdir, lakin ayrı-ayrı tədbirlərin qəbul edilməsi üçün əsaslar var. Məsələn, Norveç öz kənd təsərrüfatını saxlamaq istəyir, eyni zamanda sənayeləşmə astanasında duran inkişaf etməkdə olan ölkələr də öz sənayelərini müdafiə etmək üçün əsaslı səbəblərə malikdir”.   Tərcümə Strateq.az-ındır.

27 Noyabr 2016 7:03

“NATO generallarını narahat edən rus-türk ittifaqıdır” –Deputat Zahid Orucun təhlili

prezident-yaqub-e

Zahid ORUC, Milli Məclisin deputatı   Avropa qapılarını Türkiyəyə nə vaxt bütöv açdığını tarixçilər belə xatırlamır. Varşava Paktının çətiri altına toplanan sosialist düşərgəsi ölkələri Şimali Atlantik Alyansına qarşı hərbi dirəniş göstərəndə Ankara mühüm strateji yüksəlik idi. Lakin onda da NATO-nun qurucuları, gizli xidmətlər və maliyyə mərkəzləri imperiya qurmuş bir xalqı avrostrukturlardan uzaq tutmağa üstünlük verirdilər. Çünki söhbət hər hansı Baltikyanı karlikdən-xüsusi beynəlxalq siyasi ambisiyaları olmayan sovet ucqarlarından getmirdi. Türkiyə ərəb dünyasında liderliyə can atan, İran kimi güclü teokratik sistemin din inqilabı ixracına qarşı dünyəvi modeli ilə cavab verən, Avrasiya nəhənglərindən və Qərbin son 500 ildə daimi başağrısına çevrilən ruslarla iqtisadi-siyasi alyansa can atan və Yaxın Şərqin arxitekturasında bəzən yaxın müttəfiqi Amerikanı belə tanımaq istəməyən müstəqəl bölgə liderindən danışarkən hamı bir anlıq susur. Əcəba, gerçəkdənmi, Ərdoğan müasir dövrün dünyəvi lideridir və onun yenidən neosmanizmə qayıtmaq fikri qətidir? Bir il əvvəl hələ Davudoğlunun baş nazirliyində Almaniyada növbəti antitürk kampaniyasına start verilərkən indi prezidentliyə can atan Ştaynmayer Qərbin qapalı hücrələrində dolaşan təhlükə mistikasından bir tezisi açıq dilə gətirmişdi. Hərçənd onda mediada uzun illər məxfi lojalar haqqında yayılan əsatirlər həmin bəyənatları dərindən qiymətləndirməyə imkan verməmişdi. Almanlar yenidən Türkiyə ilə Qərbin ittifaqı baş verərsə, tamam yeni bir dövlətin meydana çıxacağından qorxurdular. Mühüm iqtisadi azadlıqlardan və gömrük rüsumu ödənişlərindən azad olan, təhsilə, bank sektoruna və qabaqcıl texnologiyalara yiyələnən bir millətin nə demək olduğunu izah etmək artıqdır. İndi təkcə Rusiya və İranın enerji resursunu özündə cəmləşdirməklə Avropa qarşısında baş qaldıran Ankaranı Birliyin üzvü statusu ilə dayandırmaq və onun xarici siyasət maraqlarına qarşı sipər çəkmək qeyri-mümkün olacaqdı. Türkiyə Almaniya və Fransanın liderliyinə qarşı Avropa İttifaqında ən yaxşı müqavimət cəbhəsinə çevriləcəkdi. Ərdoğanla bir ranqda olmayan zəif siyasi liderlərin çox asanlıqla toplaşıb, məsələn, Liviyaya qarşı hərbi cəbhə açması heç də asan başa gəlməyəcəkdi. Çünki regionu bürüyən xaosun təsiri yaxın sərhədləri birinci tutur və yalnız neft-qaz maraqları üzündən,yaxud liberal dəyərlərin və demokratiya modellərinin sırınması səfsəfəsindən bir xalqa qarşı silahlı savaş aparılmasını normalda müdafiə etmək olmazdı. Yaxud əvvəlcə İŞİD-in logistik bazaları üçün sünni şeyxlərə məxfi direktivlər göndər, sonra onlar da Klinton Fonduna vəsaitlər yatırıb öz təhlükəsizliklərini sığortalasınlar, sonra diktator dediyin Əsəd rejiminə qarşı terror ordularından müqavimət cəbhəsi yarat. Halbuki kiminsə cəsarəti yoxdur çıxıb soruşsun ki, 5 ildir tiran dediyini yıxmaq niyə müşkülə çevrilib. Demək, xalq əlində silah öz liderini və dövlətini qoruyur da. Lakin əgər Türkiyə tamhüquqlu üzv olsaydı, belə avantüranın qarşısında onlarla dövləti təşkil edə və konsensusun alınmasına imkan verməzdi. Ancaq Bəşəri devirmək istəyənlər Ərdoğanı kənara itələyincə, qarşılarında Rusiyanı gördülər. İndi Putin kiminlə alyans quracaqsa, qələbəni onun qazanacağını görüb, Avroparlamentdən sanksiyalar tətbiq etməyə qalxıblar. NATO generalları öz düşmənlərini yaxşı tanıyırlar. Onları vahimələndirən ruslar və türklərin hərbi ittifaqıdır. İki ölkə, iki imperiya varisi, iki döyüşən xalq, iki mədəni-dini sivilizasiya Bizansın bütün tarixi missiyasını geri qaytarmağa qadir olan gücdür. Ona görə də son 300 ilin müharibələri məhz Avrasiyadakı kimlik məsələsini həll etməyə yönəlib. Lakin nə Rusiya yox olub, nə də Türkiyə ərazicə və siyasi iddia mərkəzi olaraq sıradan çıxıb. İndi avropalılar Ərdoğanın daxili siyasi əleydarlarına qarşı aşırı güc və təzyiq siyasətini pisləməyə və ölüm cəzasını tətbiq edənlə bir arada olmaq istmədiklərinin davasına çıxarkən, 15 iyul çevrilişinə sükutla yanaşan bəlli paytaxtların məqsədləri tam aydın olur. Əgər Gülən hərəkatı hakimiyyəti ələ götürsəydi, Qərb bir islam mötədilindən və müsəlman dünyası üçün cazibədarlıq qazanan hökmrandan xilas olacaqdı. Hər halda miqyası böyük olan adamlara təhlükə kimi baxılmasının bir əsası da var. Onsuz da ruzveltlər, çörçillər dövrü arxada qalıb. Nə olsun ki, hazırki Türkiyə siyasi hakimiyyətini səhnədən aparmaq istəyən qüvvənin özü məscidlərdə, yaxud hizmət hücrələrində təşkilatlanır. Olsun da. Onların platformasını yazanlar 75 yaşlı bir adamın yağmur gözlərindən qorxmurlar axı. Çünki belə liderlər heç türklərin Xomeynisi də ola bilməz. Qüdrətli ideya sahibi olmaqla deyil, əgər xalqın önünə çıxdınsa, dünya ilə savaş cəbhəsi yaratmağa qadir olan milyonlarla tərəfdarın və hərbi gücün yoxdursa, onda səni nəinki iqtisadi sanksiyalarla, adicə çoxmərtəbəli idarəçilik piramidasının dayaqlarını dağıtmaqla sənin peyğəmbərliyinə son qoyacaqlar. Lakin Ərdoğanı devirmək, yaxud onu qətl etmək istəyənlər açıq-aşkar Avroparlamentin tribunasından Gülən tərəfdarlarına haqq qazandırır, onlara siyasi hamilik edirlər. Fətullahın Ərdoğanla mübarizəsi Avropanın baş binalarında aparılır. On illərdi türk siyasi iqtidarını daxildən idarə edənlər, onlara qulluq edən hərəkatlar ifşa olunduqca qəzəblənir və Ankaranı sanksiyalara məruz qoyurlar. Belə yerdə ərəb axını ilə Strasburqu, yaxud Brüsseli qorxutmağın heç bir faydası olası deyil. Çünki Qərbdə baş qaldıran millətçi hərəkatlar, məsələn, Almaniyadakı PEGİDA kimi faşist təmayüllər çox asanlıqla türklərin can varlığına və mülklərinə əl qaldıracaqlar. Hər halda məxfi xidmət orqanları ilə sıx təmasda işləyən partiyalar və qruplar üçün belə avantürist əməllərə getmək o qədər də çətin görünmür. Ona görə də miqrant axını ilə avropalıları boğacağına arxayın ola bilməzsən. Türkiyədə yalnız indi ruslarla dostluq üzrə parlament qrupunu yaratmağa başlayıblar. Cəbhə xəttinin İstanbula və Ankaraya keçdiyi bir vaxtda müxtəlif siyasi paytaxtlarla vuruşan Ərdoğan Qərbi xeyirsizlikdə və səmərəsizlikdə qınayaraq onların düşmənlərinə doğru böyük qucaq açır. Sizcə, Avropanın qapısı ağzında 50 il gözlədilən bir ölkə özünə ləyaqətli yanaşma tələb etməkdə haqsızdırmı? Ərdoğanın üzünə qapı bağlayanlar, Türkiyənin özünə yeni yollar açacağına əmin olsunlar. Azlıqlardan siyasi hakimiyyət qurmağı normaya çevirən cəmiyyətlərin idealları Atatürkün vətənində qalib gəlmirsə, onu bayram etmək lazımdır. Yaralı Ukraynaya 3 ildir qapıda viza qəbzi sürənlər, yenidən Rusiyanın və müsəlman dünyasının təhlükəsini evlərində yaşayanda, türk ordusunu təzədən xatırlayacaqlar. Onda kim-kimə qapı göstərəcək? Avropa türkün olmaya bilər, lakin Türkiyənin Avropa olmasını heç kəs qadağan edə bilməz!

26 Noyabr 2016 12:09

Rus zabitləri:“Türkiyə hərbçilərinə hücum edən biz deyilik” – Təhlil

rus

Suriya ordusu HHQ-nin Xoms əyalətindəki bazası ©RİA Novosti, İlya Pitalyov Dəniz Zeyrək Hurriyet (Türkiyə), 25.11.2016 Türkiyə SQ-nin birləşmələri Suriya ərazisində hava həmləsinə məruz qaldıqdan sonra Ankara, İncirlik, Hələb və Moskva bir müddət gərginlik içində donub qaldı. Hücumdan sonra Rusiya Türkiyə ilə tam şəkildə əməkdaşlıq edib, lakin Türkiyə bu olaya ehtiyatla yanaşıb. Hücumun isə noyabrın 24-ə, yəni Rusiya təyyarəsinin məhv edilməyinin ildönümünə düşməsini “Rusiya və Türkiyəni yenidən üz-üzə gətirmək cəhdi” kimi şərh olunur. Hürriyet–i məlumatlandırmış qaynaqlara əsasən, hücum anından bəri sıradakı hadisələr baş verib. Qırıcılar havaya qaldırılıb Hücum edilmiş birləşmə baş vermiş hadisə haqda işarə ilə Əməliyyat Mərkəzinə “təcili” xəbər verib. İncirlikdə yaxalayıcı qismində yerləşən (və 13 dəqiqədə havaya qalxmaq üçün hazır durmuş) iki qırıcı havaya qalxmaq əmri alıb. Təyyarələr vaxtında qalxıb və həmlənin baş verdiyi bölgəyə yönəlib. Onlar uçuş əmri aldıqları andan keçən vaxtda hadisə yerinə çatarkən hücumu həyata keçirmiş təyyarə Hələb aeroportunda yerə enib. Qırıcılar bir müddət Suriya hava məkanında olub və sonra bazaya dönüb. Rusiya tam şəkildə əməkdaşlıq edib Ankara birbaşa xətlə Rusiya hərbi instansiyaları ilə əlaqə yaradıb. Bu xətt Rusiya ilə Türkiyə arasında etimadın möhkəmləndirilməsi tədbirlərindən biri kimi yaradılıb ki, Rusiya təyyarəsinin məhv edilməsi ilə bağlı böhrana son qoyulsun. Gələn ilk cavab “Bu biz deyilik” olub. Hücum etmiş təyyarənin endiyi aeroportun və onun uçduğu bazanın Rusiyanın nəzarəti altında olduğu bilindikdən sonra Rusiya rəsmiləri xəbər veriblər ki, vəziyyəti aydınlaşdırır və məlumatı Türkiyə tərəfinə təqdim edəcəklər. Rusiyalı komandir müəyyən vaxtdan sonra məlumat verib: “Bu, Suriya ordusuna məxsus “Albatros” tipli təyyarə olub”. Üçüncü cəbhə açmaq cəhdi Hökumət və prezident üçün Ankarada keçirilmiş brifinqlərdə sıradakı faktlar ön plana çıxıb. Rusiyanın bu həmlə ilə bağlı olduğu və yaxud yönəltdiyi haqda hər hansı məlumat yoxdur. Əksinə, Rusiya ordusunun zabitləri əvvəldən axıra kimi bizimlə əməkdaşlıq ediblər. Həmlənin 2015-ci il noyabrın 24-də türk qırıcısının Rusiya hərbi təyyarəsini vurduğu gündən tam bir il sonra baş verməyi təsadüfi deyil. Ola bilsin, Əsəd ordusu Rusiyadan pərdə kimi istifadə edib. O, bir tərəfdən noyabrın 24-də hücum etməklə Rusiyanın narazılığını doğurmayıb, digər tərəfdən kozır qismində bu faktdan yararlanıb ki, Türkiyə istənilən cavab reaksiyası zamanı Rusiya ilə yaxalaşacaq. Bu hücuma görə Suriya ilə münasibətlərdə gərginliyin artmağa başlayacağı halda Türkiyə İŞİD və “Demokratik Birlik” partiyası (PYD)/Xalq özünü müdafiə dəstələrindən savayı bölgədə daha bir cəbhə açmağa məcbur olacaq. Hətta bu cəbhənin o biri tərəfində Rusiya da olacaq. Türkiyənin “Fərat qalxanı” əməliyyatında havadan dəstəyin böyük əhəmiyyəti var, Suriya/Rusiya ilə münasibətlərdə yüksək gərginlik isə uzunmüddətli perspektivdə bu dəstəyi neytrallaşdıra bilər. Gəlin, özümüzü aldatmağa yol verməyək Türkiyə SQ bundan sonra da bu hadisə haqda bütün konkret məlumatları araşdıracaq və NATO, müttəfiqləri tərəfdən texniki dəstək alıb bu hücumun mənzərəsini tərtib edəcək. Pərdəarxasında Rusiyanın durduğu aydınlaşsa, diplomatik kanallarla addımlar atılacaq. Hərbi qaynaqlar bölgədəki hərbi hadisələrin fonunda deyir ki, qısamüddətli perspektivdə cavab verilməyəcək. Lakin baş nazir Binəli Yıldırım kimi qeyd edirlər ki, günahkarların müəyyən edilməsi ilə vaxtında və lazımi cavab veriləcək.

26 Noyabr 2016 10:28

Kəbəyə basqın: fransız əsgərlər kəlmeyi-şəhadət gətirdi və… –TARİXİN OXUNMAYAN SƏHİFƏSİ

al-utabi

“Fil” surəsində deyildiyi kimi, Yəmən hökmdarı Əbrəhənin Allah Evinə hücumunun qarşısını əbabil quşları alıb. 37 il əvvəl Kəbəni ələ keçirən silahlı qruplaşmanı müqəddəs məkandan çıxaran isə su və elektrik oldu. Üstəlik, terrorçulara qarşı hücum ərəfəsində kəlmeyi-şəhadət gətirən fransız əsgərləri… Strateq.az hələ də üstündən sirr pərdəsi tam qaldırılmamış hadisəyə nəzər salır. 1979-cu il noyabrın 20-i hicri təqvimlə Məhərrəm ayının 1-nə müvafiq idi. O gün Kəbədə sübh azanı ərəfəsində Cuheyman əl-Uteybənin rəhbərliyi ilə bir qrup silahlı şəxs Allah Evinə basqın etdi. Hərəmi Şərif həftələrlə terrorçuların nəzarətində qaldı. Silahlı qarşıdurmada yüzlərlə adam həlak oldu. Əl-Uteybə kim idi? Düz 18 il Səudiyyə Ərəbistanında kral mühafizəçiləri alayının komandanı olmuşdu. Daha sonra istefa verərək Mədinə İslam Universitetində təhsil almışdı. Bundan sonra müxtəlif risalə və məqalələr yazmışdı. Vəssalam. Başqa heç nə ilə bu adam tanınmırdı. Məhərrəm ayının həmin ilk günü basqınçıların rəhbəri əl-Uteybə mikrofonu götürərək hacıların qarşısında Səudiyyə rejimini şəriətdən, dindən-imandan uzaqlaşmaqda ittihamladı, Qərb ənənələrə son verilməsini, krallığın ləğv edilərək yeni bir dövlət qurulmasını tələb etdi. Bundan sonra o, "Mehdinin zühur etdiyini" söylədi, yanında olan qaynı Məhəmməd əl-Kahtani adlı gənci "Mehdi" olaraq tanıtdı. Üstəlik, Kəbədə olanlardan ona beyət edilməsini tələb etdi. Sonradan məlum oldu ki, basqının hazırlıqları çoxdan görülüb. Kəbənin altındakı qədimdən qalma yüzlərlə metrlik dəhlizlərdə aylar boyu gizlicə silah, sursat və ərzaq toplanılıb. Gizli dəhlizlərin biri Məkkəyənin müxtəlif yerlərə, o cümlədən Əcyad qalasına gedib çıxırdı. Yeraltı yolu tutan terrorçular təhlükəsizlik qüvvələrinin Hərəmi-Şərifə bu yolla girmələrini də qeyri-mümkün hala gətirdi. Basqından dərhal sonra təhlükəsizlik qüvvələri Kəbəni geri almağa çalışdısalar da, bu cəhdlər uğursuz oldu. Səudiyyə Ərəbistanı rəhbərliyi vəziyyətə nəzarət etmək üçün informasiya blokadası yaratdı, hətta şəhərin telefon xətlərini belə kəsdilər. Hər cür güc tətbiqinin qadağan olduğu Kəbəni işğaldan qurtarmaq üçün qan axıdılmasına dair xüsusi fitva çıxarıldı. İki həftə sonra rəsmi ər-Riyadın istəyi ilə Pakistan əsgərləri, GIGN (Fransız xüsusi təyinatlıları), CIA və “Vinell” komandosları köməyə çağırıldı. Qeyri-müsəlmanların Məkkəyə daxil olması üçün əvvəlcə əsgərlərə kəlmeyi- şəhadət oxuduldu və Kəbənin ətrafı mühasirəyə alındı. Fransız komandosları hücuma keçməzdən qabaq xüsusi plan düşünüldü. Həmin vaxt Məkkənin su şəbəkəsi yenilənirdi və şəhərin dörd bir yanına geniş borular çəkilirdi. Kəbəyə hücum ərəfəsində su şəbəkəsinin planları dəyişdirildi, boruları Kəbəyə və Haremin Şərifin altındakı dəhlizlərə yönəltdilər. Sonra içəriyə tonlarla kubmetr su buraxıldı, suya elektrik verildi və antiterror qruplarına yalnız suda üzməyə başlayan cəsədləri yığmaq qaldı. Diri ələ keçirilən əl-Uteybə və 62 (bəzi mənbələrə görə isə 170) terrorçu ibrət olsun deyə 8 ayrı şəhərdə edam olundu. Əvvəlcə qolları, sonra qıçları, sonra başları bədənlərindən ayrıldı. Hadisənin səbəbləri və bunun arxasında kimlərin olduğu heç bir zaman rəsmi olaraq açıqlanmadı. Sonralar bu işdə bəzi Səudiyyə şahzadələrinin barmağı olduğu iddia edildi. Amma dövrün kralı Xalidin onları sürgünə göndərdiyi də bu iddialar arasında idi. Hadisədən 37 il keçir, lakin Kəbəyə basqın üzərindəki sirr pərdəsi hələ də tam qalxmayıb. M.Rzasoy  

25 Noyabr 2016 12:11

Tramp neftin qiymətini 25 dollara salacaq –Onun islahatları Azərbaycan üçün nə vəd edir? –Təhlil

ss

Donald Tramp öz prezidentliyinin ilk 100 günündə görəcəyi işləri Youtube-da yerləşdirdiyi videoda açıqlayıb: ”…Enerji haqda. Mən Amerika enerjisinin istehsalına məhdudiyyətləri götürəcəm”. Tramp Amerikanın federal torpaqlarının və eləcə də federal sularının daha çox hissəsini neft və qaz istehsalına açmaq istəyir. Tramp may ayında da deyirdi ki, “Amerikanın istifadə olunmayan inanılmaz enerji potensialı var.” (Azadlıq radiosu) Trampın planı reallaşsa, ABŞ ölkə daxilində böyük neft istehsalına başlasa, bu, neftin qiymətinə necə təsir göstərəcək? Bu sual Azərbaycan kimi ölkələr üçün həyatı əhəmiyyətlidir. 2017-ci ilin büdcəsində neftin baza qiyməti 40 dollardan götürülüb. Neft 40 dollardan aşağı düşsə, və uzun müddət belə qalsa, Azərbaycan büdcə layihələrini reallaşdıra bilməyəcək. ABŞ HAZIRDA NƏ QƏDƏR NEFT ALIR? ABŞ daxili istehsalı nə qədər arttıra bilər? Bunun yuxarı həddi gündə 9,4 milyon barreldir. ABŞ-ın rəsmi Enerji İnformasiya Administrasiyasının məlumatına görə,ABŞ 88 ölkədən gündə məhz 9,4 milyon barrel neft alır. ABŞ-ın aldığı neftdə Səudiyyə Ərəbistanının payı 11 faizdir. ABŞ-a gələn neftdə ən böyük payı olan Kanadadır -40 faiz. OPEK ökələrinin ABŞ-a neft idxalında ümumi payı 31 faizdir. NEFT 25 DOLLARA DÜŞƏ BİLƏR Tramp planının neftin qiymətinə təsiri barədə Forbes jurnalı investor məktubunu dərc edib. Orda həmin sərmayəçi yazır ki, “…ABŞ-da neft istehsalına məhdudiyyətlər götürülsə, Trumpın bu enerji siyasəti neftin qiymətini 25 dollar civarına gətirib-çıxaracaq və neft bu qiymətdə uzun müddət qalacaq.” Ancaq neftin yüksək qiymətində maraqlı olan Azərbaycan kimi ölkələr üçün ümid yeri də var. O da Trampın neft planlarının gec reallaşmasıdır. NEFT BUMU. ANCAQ NƏ VAXT? CNBC televiziyası hesab edir ki, Trampın vəd etdiyi enerji bumu başlayanda Tramp artıq prezident olmayacaq. Yəni bu, çox-çox sonra baş verəcək. “CNNMoney”başqa amili – dolları göstərir. Trampın seçilməyi və iqtisadi planları indinin özündə dolları qaldırıb. CNN “Goldman Sachs” maliyyə qurumunun rəyini sitat gətirir ki, dolların qalxmağı neftin qiymətini aşağı salır, bu düzdür, ancaq gərək neft istehsal oluna ki, qiyməti də aşağı düşə. İstehsala maraq isə güclü dollar vaxtında zəif olacaq. Çünki güclü dollar ABŞ-ın şist neftini rəqabətə qabiliyyətsiz edir. “Financial Times” qəzeti yazır ki, Trampın qadağaları götürməsi ilə bazara nə qədər neft çıxacaq?- bu, dəqiq bilinmir. Ekologiyanın Müdafiə Fondundan “Financial Times” qəzetinə deyiblər ki, neft istehsalında qaydaların dəyişdirilməsi sadə məsələ deyil. Təkcə ekolologiya ilə bağlı xeyli tənzimləyici qanunlar var. Ona görə, 2020-ci, hətta 2025-ci ilə neft istehsalı eyni səviyyədə olacaq. Enerji eksperti Kevin Buk da “Financial Times” qəzetinə deyib ki, yaxın dövrdə nefti daha çox bazar idarə edəcək, nəinki Tramp hökuməti. Tramp neft istehsalına qadağaları həmçinin Arktik sularda götürmək istəyir. Ancaq “Financial Times” yazır ki, “Royal Dutch Shell” burda böyük neft ehtiyatı tapa bilməyəndən sonra Arktikada neft kəşfiyyatı 2015-ci ildən yerində sayır. CNN isə hesab edir ki, neftin dünya qiymətinə təkcə Trampın bilavasitə eneri siyasəti təsir etmir. İran, Rusiya kimi amillər də var. Məsələn, İranla nüvə sazişi ləğv olunsa, neftin qiyməti kəskin qalxacaq. Buna görə də CNN-nin fikrincə, həttaTrampın enerji siyasəti neftin qiymətini dəyişsə belə, İran kimi amillər həmin dəyişikliyi tarazlaşdıracaq. OPEC DAHA ÇOX TƏSİR EDƏCƏK Göründüyü ki, “Trampın planları neftin qiymətinə necə təsir edəcək?” sualına nüfuzlu Qərb mediasının özündə də birmənalı cavab yoxdur. Amerikada yaşayan azərbaycanlı iqtisadçı Fariz Hüseynli Azadlıq Radiosuna deyib ki, “yaxın dövrdə neftin qiymətinə OPEC qərarlarının təsiri daha böyük olacaq, nəinki Tramp hökumətinin. Tramp istehsalı stimullaşdırmaq istəyir, bu baxımdan neftin qiyməti düşə bilər, ancaq o biri amillərin təsiri bu düşməni tarazllaşdıra bilər. Trampın planlarının reallaşmasına gəlincə, “Tramp hökuməti köklü islahata gedəcəkmi?” sualı sual olaraq qalır. Əgər köklü dəyişikliyə gedəcəksə, bu, əlbəttə vaxt aparacaq. Burda ştatların da bu məsələlərdə öz muxatariyyəti var.Demək olmaz ki, prezident dərhal öz istədiyini edəcək. Hal-hazırda məsələn, Şimali Dakotada boru kəməri kiçik bir yerdə yerli qəbilələrin ərazisindən keçir və onlar etiraz nümayişi edir. Aylardır ki, nümayişlər gedir. İndi daha böyük boru kəmərinə qərar verilsə, ola bilsin ki,daha böyük nümayişlər olsun. Və yaxud ekoloqların iradları. Bundan başqa, Konqresin də razılığını alımaq lazımdır. Bir sözlə, Tramp əhəmiyyətli dəyişiklik etmək istəsə, buna vaxt tələb olunacaq”

24 Noyabr 2016 1:11

İŞİD Mosuldan qaçmadı: ABŞ koalisiyasının itkiləri çoxalır – Təhlil

m-1

  İllüstrasiya: rusdialog.ru Eadaily, 21.11.2016 ABŞ-ın başçılığı ilə koalisiya İraq Mosulunda – İŞİD-in əsas qalasında ağır itkilər verir. Ekstremistlərin Amaq informasiya agentliyinin iddia etdiyi kimi, şəhərin azad edilməsi üzrə əməliyyat başlanandan bir ay sonra koalisiyanın 2671 hərbçisi həlak olub. Eyni zamanda yaraqlılar guya 40 PDM, zirehli maşın ələ keçirib, PDM, zirehli maşınlar, tanklar, pilotsuzlar, buldozerlər və minatutanlar daxil olmaqla 52 texnikanı məhv ediblər. Ekspertlərin bildirdiyi kimi, koalisiyaya ən böyük zərbəni kamikadzelər vurub. Onlar Mosul uğrunda döyüşün bir ayında 124 əməliyyat keçiriblər. İŞİD rəsmi ruporunun məlumatları təbliğatdır və bunları yoxlamaq çətindir. Öz növbəsində koalisiyadan bildirirlər ki, Mosula hücumun bir ayı ərzində 2800 ekstremist öldürülüb və yaxud ələ keçib, amma İraq ordusu, kürd birləşmələri və Amerika hərbçiləri arasındakı itkilərdən danışmamağa üstünlük verirlər. Lakin itkilərin xeyli olduğu faktdır. Suriya “mötədil müxalifət”inin məlumatına görə, İraq hərbçiləri təkcə oktyabrın son üç günündə 300 nəfər itirib. Əl-Cəzirə telekanalı xəbər verir ki, noyabrın 5-də isə 30 hərbçi həlak olub, daha 50-i yaralanıb. Britaniyanın “Independent” qəzeti yüksəkçinli İraq məmurunun itkilərin yüksək olduğu haqda sözlərini misal gətirir: “Təkcə bir gündə 37 nəfər itirmişik və 70 yaralı var”. Moskvada diplomatik qaynaq əvvəllər SİTA-ya məlumat vermişdi ki, Mosulun azad edilməsi üzrə əməliyyatda 16 Amerika hərbçisi həlak olub. Koalisiya qüvvələrində böyük sayda həlak olanların daha bir təsdiqi yeni qüvvələrin cəlb edilməsi haqda xəbər ola bilər. “Əl-Məsdər” ərəb nəşrinin 21 noyabrda xəbər verdiyi kimi, İraq ordusunun 16-cı diviziyası itkilərin yerini doldurmaq üçün Mosulun şərqinə gəlib. Hərbçilər antiterror xüsusi təyinatlısı və 9-cu diviziyanın sıralarını tamamlayacaqlar. Slovakiya tibb təşkilatının təmsilçisi Corc Kalzadilla koalisiya qüvvələrinin itkisi haqda “The Washington Post”-a deyib: “Mən hesabı itirmişəm. Bir gecədə bizə dərhal doqquz həlak olmuş hərbçi gətiriblər. Bu, cəsədlərin həftəbecəri idi”. Qurbanların sayı artıq əməliyyatın gedişinə təsir edir – əməliyyat maneə ilə üzləşib. Vaşinqtonun özü isə İŞİD-in başqa bir qalasına – Rakkaya hücuma bağlı pedalı sıxmalı olub. Pentaqonda bildirildiyi kimi, İŞİD paytaxtının mühasirəyə alınması Mosulda ekstremistlərin qüvvəsini azaltmağa imkan verəcək. Serjant Əli Cəfər Əl-Cəzirə telekanalına deyib ki, ekstremistlər indi kamikadzelərdən savayı başqa effektli taktikalardan da istifadə etməyə başlaylıblar və hətta amerikalıların da buna qarşı durması çətindir. Əli Cəfər söyləyib: “Onlar, adətən, snayper tüfəngləri, qranatatan, minaatanlarla 4-5 nəfərlik qruplara bölünür və əhalinin sıx olduğu rayonlarla hərəkət edirlər. Bəzən belə olur ki, indi də adamların yaşadığı evlərdən atəş mövqeyi kimi istifadə edirlər”. Mosulun başqa sakininin sözlərinə görə, yaraqlılar şəhərin dinc sakinlər olan küçələrində gündüzlər hərəkət etməyə üstünlük verirlər. Bundan başqa, bütün şəhərdə partladıcı bərkidilmiş avtomobillər qoyublar. Britaniyanın “Independent” nəşrinin yazdığı kimi, İraq ordusunun bir hissəsi küçə döyüşlərinə hazır deyil. Məsələn, şəhərə tanklar daxil ediblər və noyabrın 8-də dərhal iki T-72 itiriblər. Kürd liderlərdən Hasro Goran Britaniya nəşrinə bildirib: “Mosulu iki-üç həftəyə götürəcəymiz haqda əvvəllər nikbin idim. Ancaq indi fikrimi dəyişmişəm. İŞİD döyüşü indiki kimi davam etdirsə, onda Mosulun böyük hissəsi alt-üst olacaq”. Rusiya Müdafiə Nazirliyindən yüksəkçinli qaynağın “gazeta.ru”-ya xəbər verdiyi kimi, bu cür templə Mosulun azad edilməsi əməliyyatı yaza qədər uzana bilər. BMT-nin məlumatına görə, əməliyyatın başlanğıcından milyonluq Mosul şəhərindən 48 min nəfər qaça bilib. Qalanını İŞİD şəhərdən buraxmır. Həm də hər iki tərəfin atəşindən nə qədər dinc sakinin həlak olduğu məlum deyil. “Mülki vətəndaşlar olmasaydı, burada hər şeyi yandırardıq, – deyə antiterror xüsusi təyinatlısının komandirlərindən bir general Sami əl-Əridhi bildirib. – Mən tank və artilleriya ilə bombardman edə bilmirəm. Biz heç nə edə bilmirik. Mülki vətəndaşların əlindən usanmışam. Onlar hər yerdən gəlirlər. Onların dinc sakin və yaxud yaraqlı olduğunu bilmirik. Əllərində çantalar var, içində nə var, bilmirik”. Koalisiya Mosulun azad edilməsinə beş ay hazırlıq görüb, buna görə də İraq şəhərindəki durum kobud yanlışlıq kimi görünür, bu da çətin ki, Pentaqondakı təşkilatçıları sevindirsin. Həm də terrorizmlə necə mübarizə aparmaq lazım gəldiyi barədə Rusiya üçün örnək olmalı olan əməliyyat Vaşinqtonun gözlədiyi kimi alınmadı. Koalisiya gücləri bu gün Mosula aviazərbə endirməyi davam etdirirlər (məsələn, Rusiya Müdafiə Nazirliyində qonşu Təll-Kayfda və Xəznə, Qaraqoş, Qaraqxarab və Əş-Şura yaşayış rayonlarına bombalar düşdüyü haqda məlumat veriblər), lakin Amerika hökuməti Rusiya və Suriya ordusunun Hələb və İdlib şəhərlərində xəstəxana və məktəblərin bombardmanından danışmağa üstünlük verir. Həm də Hələbdə sakinlərin şəhərdən çıxması üçün beş humanitar dəhliz fəaliyyət göstərir. Tərcümə Strateq.az-ındır.

23 Noyabr 2016 5:12

Rusiya Baltik dənizi sahilində “İsgəndər”i yerləşdirir –ABŞ etiraz bəyanatı verdi

ss

ABŞ Rusiyanı Kalininqrada yeni silah yerləşdirməməyə çağırıb. Dünən – noyabrın 21-də Kremlə yaxın deputatlardan biri Kalininqrada əlavə silah yerləşdiriləcəyini deyib. Rusiya parlamentinin yuxarı palatasının müdafiə komitəsinin rəhbəri Viktor Ozerov RIA xəbər agentliyinə müsahibəsində bildirib ki, Moskva Kalininqrada S-400 raketləri və nüvə qabiliyyətli «Iskəndər» sistemləri göndərir və bununla NATO-nun bölgəyə yeni qüvvə göndərməsinə cavab verir.(Azadlıq radiosu) MOSKVA ŞƏRQİ AVROPADA MÖHKƏMLƏNƏCƏK? ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi yeni qurğuların Avropanın təhlükəsizliyini pozduğunu söyləyib. Onun sözlərinə görə, Rusiya yalnız Avropada fövqəladə vəziyyət olduğu halda Kalininqrada belə silah göndərəcəyinə söz vermişdi. İndi də buna səbəb ola biləcək heç nə baş verməyib. «Reuters» agentliyi yazır ki, Rusiyanin Kalininqrada raket yerləşdirməsi təzə xəbər deyil, amma indiyə qədər Moskva bunun adi təlim prosesinin bir hissəsi olduğunu deyirdi. İndi isə NATO-nun Rusiyanın qərb sərhədlərində möhkəmlənməsinə cavab tədbiri görüldüyü rəsmən elan edilir. Kremllə isti münasibətləri dəstəklədiyini deyən, üstəlik, NATO-dakı müttəfiqlərini müdafiə etmək niyyətində olmadığını bildirən D.Trampın ABŞ prezidenti seçilməsi, bəzi analitiklərin fikrincə, Moskvanın Şərqi Avropada möhkəmlənməsinə gətirəcək “TƏHLÜKƏYƏ CAVAB VERİRİK” RIA agentliyinə müsahibəsində Viktor Ozerov deyib ki, Rusiya ABŞ-ın Şərqi Avropada planladığı raket qalxanına cavab verməyə məcburdur: “Biz təhlükəyə hay verərək…əlavə qüvvə göndərməli oluruq…”. V.Ozerov Rusiyanın hərbi hava qüvvələrini möhkəmləndirdiyini, ABŞ-ın Avropadakı havadan müdafiə sistemlərinə üstün gəlmək yönündə iş gördüyünü, yeni, müasir raket sistemləri yaratdığını da etiraf edib. Rusiya Müdafiə Nazirliyi «Reuters»in məsələylə bağlı suallarına cavab verməyib. Amma agentlik Rusiya prezidenti Vladimir Putinin ABŞ qüvvələrindən gələn təhlükəyə ölkənin necə cavab verməli olduğu haqda danışdığını xatırladır: “NATO-nun genişlənməsinə niyə bu qədər emosional reaksiya veririk? NATO-nun qərarları bizi narahat edir. Neyləməliyik? Cavab tədbirləri görməliyik. Raket sistemlərimizi bizi təhlükə altında qoya biləcək vasitələrə tuşlamalıyıq” –deyə Putin yerli telekanallara müsahibəsində belə deyib.

22 Noyabr 2016 5:27

Mirməhəmməd Seyidovun “FETÖ” terror təşkilatından sonra PKK ilə sıx əlaqələri üzə çıxdı – İDDİA

SONY DSC

PKK-nın gömrük bölgə sorumlusu Başkan ləqəbli Hamid adlı türk vətəndaşı Seyidovun yaxın dostu imiş. Bu şəxsin ölkəmizə girişi qadağan olsada 4 gün bundan öncə Sədərək gömrüyünə gəlmiş və Mirməhəmməd Seyidovla 3 saatlıq görüşü olmuşdur. Bunu gömrük kameralarında görmək mümkündür. Görüşdə Naxçıvandan Türkiyəyə keçən qaçaq yanacağın azalması və burdan daşınan narkotika, silah və digər qaçaq malların keçirilməsi eyni zamanda PKK üzvlərinin bu məntəqədən sərbəst keçirilməsinin biraz çətinləşməsi olub. Qeyd edək ki, bu məntəqə Azərbaycanla Türkiyə arasında terror təşkilatı üzvlərinin və sənədi olmayan eyni zamanda axtarışda olan şəxslərin keçidi üçün illərdir fəaliyyət göstərir. Bu müzakirəyə ehtiyac Mirməhəmməd Seyidovun ailə dostu İgdir Vilayətinin kaymakamı İlhanın 1 ay öncə Fetö terror təşkilatının aparıcı adamı kimi həbs olunandan sonra yaranıb. Kaymakamın gömrüyə təzyiqi əsasında istənilən qədər qaçaq mal keçirilirdi. Hamid bu qaçaqçılıqdan əldə etdiyi bütün gəlirlə PKK-nı maliyyələşdirir. Bununla bağlı Türk hökuməti Naxçıvana bir neçə dəfə irad bildirmiş Sədərək gömrüyündən yanacaq idxalına qadağa qoyulmuşdur. 3 ay bundan öncəsə Türk polisi tərəfindən Sədərəkdən Türkiyəyə qaçaq keçmiş 78 ton qırmızı ətin tutulması da Türk mediasını silkələmişdi. Mirməhəmməd Hamidlə ona alıb verdiyi katel 060 540 95 88 nömrəli telefonla əlaqə saxlayır. Seyidov İğdir vilayətinin Kaymakamı İlhan və Hamidin vasitəsi ilə Naxçıvan tərəfdən rahatlıqla keçirdikləri qaçaq malları türk gömrüyündən keçirirlər. Naxçıvandakı Sədərək gömrüyü uzun illərdir çox böyük miqyasda qaçaqmalçılığın, rüşvətin, korrupsiyanın və özbaşınalığın tüğyan etdiyi məkan kimi qalır. Sədərək gömrüyü Azərbaycandan Türkiyəyə yanacaq və digər qaçaqmalçılıqlar üçün əsas məntəqədir. Bu məntəqədə heç bir qanun işləməyib. Rüşvət verməyən iş adamlarının malları müsadirə olunub və şərlənərək həbs olunublar çıxdıqdan sonra Naxçıvandan qaçmalı belə olublar. Sədərək gömrük idarəsi beynəlxalq qaçaqmalçılıq məntəqəsi kimi fəaliyyət göstərir. Dəqiqləşmiş məlumata əsasən Mirməhəmməd Seyidov " İğdir Turizm " firmasının sahibi Turqay Arasla kirvə və ortaq olmaqla bərabər eyni zamanda onlarla şirkətə sahibdir. Məhz bu şirkətlər vasitəsi ilə qaçaq mallar daşınır. Bunlardan biridə Rza Zərrabın qızıllarının bu məntəqədən daşınmasıdır. Hamidin Naxçıvana girişinə kimlər niyə şərait yaradir? Buna müvafiq orqanlar nə üçün göz yumur? Bu qaçaqçılıqdan Mirməhəmməd Seyidov hansı sərvətləri qazanıb? Azərbaycan Naxçıvan limitlərin nə üçün dayandırdı? Möhtərəm prezidentimizin " gömrükdə şəffaflığı təmin edin" tapşırığına Mirməhəmməd Seyidov nə üçün əməl etmir? Mirməhəmməd Seyidovun gizli qoruyucusu kimdir? Sədərəkdən idxal olunan mallar niyə rəsmiləşmir? Şapka kimi alınan pullar nə üçün büdcədən yayınır? Büdcədən yayınan pulların aqibəti necə olur? Naxçıvanda bu özbaşınalıqlara dur deyən olacaqmı? Ardı var ... Qeyd edək ki dəqiqləşdirilmiş məlumata əsasən Mirməhımməd Seyidovun qardaşı Binəqədi rayonunun sabiq prakroru Elşad Abdullayev işində adı hallanan və cinayət məcəlləsinin 178 ci (dələduzluq) maddəsi ilə təqsirləndirilən Mirələkbər Seyidovdur. Mirələkbər Seyidov iki il sınaq müddəti olmaqla 7 il müddətinə azadlıqdan məhrum edilib. O Elşad Abdullayevi aldadaraq 700 000 $ almaqda ittiham olunub.

21 Noyabr 2016 6:13

Telman İsmayılov iki biznesmenin qətlini sifariş verən qardaşını necə xilas edib…

is

Azərbaycanlı oliqarx və hazırda müflis durumda olan biznesmen Telman İsmayılovun qardaşının iki nəfərin qətlini sifariş verməsi ilə bağlı yeni təfərrüatlar məlum olub. virtualaz.org xəbər verir ki, qətldən az sonra, 2016-cı il mayın 18-də Rafiq İsmayılov sifarişli qətldə əli olması şübhəsi ilə saxlanılıb. Rusiya hüquq-mühafizə orqanlarındakı mənbə deyib ki, istintaqın Rafiq İsmayılovdan şübhələndiyini bilən kimi oliqarx Telman İsmayılovun ailəsi bütün əlaqələrini işə salaraq onu xilas etməyə çalışıb. Və bu səylər ilkin nəticə verib. Rafiq İsmayılovun bu qətldə əli olmasını təsdiqləyən tutarlı dəlillərə baxmayaraq Moskvaətrafı vilayətinin Krasnoqorsk rayonu üzrə İstintaq şöbəsi onun həbsi üçün “yetərli əsas tapa bilməyib”. Nəticədə istintaq onun barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə müraciət etməyib və İsmayılov buraxılıb. Biznesmenlərin qətlini araşdıran əməliyyatçılar Rafiq İsmayılovun bu qətllə birbaşa bağlılığı haqda ciddi şübhələrə malik olsalar da ona qarşı tədbir görə bilməyiblər. Məlumdur ki, Telman İsmayılovun Rusiya hüquq-mühafizə orqanlarında güclü əlaqələri olub və görünür oliqarx həmin əlaqələri sayəsində qardaşını bir müddət xilas edə bilib. Lakin qətlə yetirilən biznesmen Savkinin oğlu Roman atasının qətlini İsmayılovun sifariş verdiyini və təşkil etdiyini bildiyi üçün aylarla İstintaq Komitəsinin qapısını döyüb, hadisənin düzgün araşdırılmasını tələb edib. “İşin üstünü örtməyə imkan verməmək üçün İstintaq Komitəsi onu Krasnoqorsk rayonu üzrə istintaq şöbəsindən alaraq Moskva vilayəti üzrə baş istintaq idarəsinə verib. Yeni müstəntiq cəmi bir neçə günə bütün lazım olan istintaq hərəkətlərini aparıb və qətli Telman İsmayılovun qardaşının təşkil etdiyini sübut edən dəlillər toplayıb. Nəticədə R.İsmayılov həbs edilib”-mənbə deyib. İstintaqın əldə etdiyi dəlillərə görə killer biznesmenləri güllələyəndən sonra R.İsmayılovun idarə etdiyi “Mercedes”lə hadisə yerindən uzaqlaşıb.Hadisədən sonra İsmayılov həmin “Mercedes”i tələsik satıb. Life-ru bildirir ki, istintaqa ilkin ifadəsində R.İsmayılov qətllə bağlı ittihamı rədd edib, ancaq hadisədən əvvəl yanacaqdoldurma məntəqəsində Mehman Kərimovla birlikdə olduğunu təsdiqləyib. M.Kərimov isə ifadəsində qətlə görə məsuliyyəti üzərinə götürüb və hələlik R.İsmayılovun adını çəkmir. Bildirilir ki, istintaqın gedişində başqa həbslər də mümkündür. Ən azından R.İsmayılovu  vaxtilə azadlığa buraxan müstəntiqin məsələsinə baxılacaq. Çünki istintaqın ona ciddi sualları var. *   *   *10:58 Virtualaz.org life.ru-ya istinadən xəbər verir ki, Telman İsmayılovun qardaşının biznesmenin qətlini sifariş verməsi onların arasındakı maliyyə mübahisəsi ilə bağlı ola bilər. Hüquq-mühafizə orqanlarındakı mənbə bildirib ki, öldürülən Vladimir Savkin Rafiq İsmayılovla birlikdə Moskvada iri ticarət-əyləncə mərkəzinin sahibi olub. İsmayılov biznesini satıb və bundan 10 milyon dollar əldə edib. Bu məbləğdən İsmayılov Savkinə 5.5 milyon dollar verməliydi. Lakin İsmayılov şərikinə çatacaq məbləği vermək istəməyib, Savkin isə ondan pulu almaq üçün cəhdlər edib. Belə görünür ki, İsmayılov pulu verməmək üçün ortağını aradan götürməyi qərara alıb. Bildirilir ki, həbs edilən Mehman Kərimov bu qətldə sifarişçi rolunu oynayıb və biznesmenlərlə görüşə İsmayılovla Savkin arasında mübahisənin danışıqlar yoluyla həll edilməsində vasitəçilik etmək üçün getmişdi. Həmin vaxt məsələyə aidiyyatı olmayan biznesmen, “Lyublino Motors” şirkətinin rəhbəri də orada olub və təsadüfi qurbana çevrilib. İstintaq sübuta yetirib ki, Rafiq İsmayılov killeri-əvvəllər həbsdə olmuş Mehman Kərimovu şəxsən qətl yerinə aparıb. Telman İsmayılovun doğma qardaşı killeri biznesmenlərin öldürüldüyü yerə oğlu Raul İsmayılova məxsus “Mercedes”də aparıb. Mənbənin bildirdiyinə görə, killer Vladimir Savkinlə görüşü mayın 16-da Novorisk şossesində yerləşən BP yanacaqdoldurma məntəqəsinə təyin edib. Təsadüfən Savkin “Lyublino Motors” şirkətinin direktoru Yuri Brilyovu da özüylə götürüb. Biznesmenlərin görüş yerinə çatmasına bir neçə dəqiqə qalmış Telman İsmayılovun qohumu Raula məxsus “Mercedes” yanacaqdoldurma məntəqəsinə daxil olub. İstintaq müəyyən edib ki, avtomobildə killer Mehman Kərimovla birlikdə Rafiq İsmayılov da var idi. Bunu videomüşahidə kameraları qeydə alıb. Videogörüntülərə əsasən “Mercedes” yanacaqdoldurma məntəqəsində bir qədər aralıda dayanıb ki, biznesmenlər salondakı Rafiq İsmayılovu görə bilməsinlər. “Biznesmen Vladimir Savkinlə görüşə ancaq Mehman Kərimov çıxıb, qısa söhbətdən sonra killer biznesmenlərlə birlikdə biznesmenlərin“Toyota Land Cruiser” markalı cipinə əyləşib və Moskva vilayəti tərəfə yola düşüb. 40 saniyə sonra onun arxasınca Rafiq İsmayılovun olduğu “Mercedes” yola çıxıb. Yanacaqdoldurma məntəqəsindən bir neçə kilometr aralıda həmin “Toyota Land Cruiser”i  salonunda güllələnmiş biznesmenlərlə birlikdə tapıblar. “Saat 22.40 radələrində Novorisjk şosesinin 30-cu kilometrliyində salonunda başından güllələnmiş iki nəfərin meyidi olan avtomobil aşkar olunub. Bundan dərhal sonra şübhəli şəxs qismində Mehman Kərimov tutulub. Müəyyən edilib ki, biznesmenləri güllələyərkən Mehman Kərimov onun ardınca gələn Rafiq İsmayılova bir neçə dəfə zəng edib. Mehman Kərimov saxlanılandan sonra ifadəsində deyib ki, Savkin ona 500 min dollar borclu idi və onu da bu borca görə öldürüb. Lakin istintaq müəyyən edib ki, münaqişə Kərimovla Savkin arasında deyil, onunla Rafiq İsmayılov arasında olub”-mənbə bildirib. *   *   *10:17 Azərbaycanlı biznesmen Telman İsmayılovun qardaşı Rafiq İsmayılov Rusiyada həbs edilib. “Qafqazinfo” rus KİV-nə istinadən xəbər verir ki, Rafiq İsmayılov paytaxt biznesmenlərinin güllələnməsində təqsirli bilinir. Hüquq-mühafizə orqanları İsmayılovu ticarət komplekslərinin sahibi Vladimir Savkin və “ Lublino motors”un təsisçi Yuri Brilevin qətlində şübhəli hesab edir. R.İsmayılov və onunla əlbir olan Mehman Kərimova “iki və daha artıq şəxsin öldürülməsi” maddəsi ilə ittiham irəli sürülüb. Qeyd edək ki, hər iki qətl hadisəsi ötən il mayın 26- da baş verib. Rafiq İsmayılov ittihamı qəbul etməsə də, istintaq killer Mehman Kərimovun qətl törədilən yerə R.İsmayılov tərəfindən gətirildiyini sübuta yetirib. Ehtimala görə, Vladimir Savkin Rafiq İsmayılovla arasındakı sığorta və maliyyə mübahisəsinə görə öldürülüb. “Lublino motors”un təsisçi Yuri Brilevin isə təsadüfi qurban olduğu güman edilir.

21 Noyabr 2016 12:42

Deputat:”Maaşımızın dörddə bir hissəsini maşının park edilməsinə veririk…”

ss

Bakıda maşınların park edilməsi ilə bağlı problemlər səngimir. Həm qiymətlərin yüksək olması, həm də park edilərkən tıxacların yaranması haqlı narazlığa səbəb olur. Milli Məclisin deputatı Çingiz Qənizadə mətbuata  açıqlamasında maşınların park edilməsi zamanı bəzi sürücülərin məsuliyyətsizliyinə diqqət çəkib. “Qanunsuz yerlərdə maşınları saxlamaq düzgün deyil. Bu, başqa maşınların hərəkət etməsinə mane olur, eləcə də tıxac yaradırr. Bir də görürsüz ki, hansısa ticarət mərkəzinin, iri marketlərin qarşısında maşınlarını saxlayıb çıxıb gediblər. Bu da yüzlərlə maşınların hərəkətinə mane olur. Həm  maşının necə saxlanmasında, həm də hərəkətin idarə edilməsində sürücülük mədəniyyəti olmalıdır. Demirəm ki, bizdə sürücü mədəniyyəti yoxdur. Sadəcə, çox aşağıdır. Mandarini yeyib qabığını küçəyə atan sürücüdən yaxşı nə gözləyə bilərik?! Bilməlidirlər ki, onların etdikləri yanlış hərəkət başqalarının həyatı, hərəkəti üçün təhlükədir. Bəzi iri marketlər nizamlı şəkildə maşınların saxlanması üçün yer ayırıblar. Dəfələrlə şahidi olmuşam. Amma elə yerlər var ki, maşını küçənin ortasında saxlayırlar. Biri minir, biri düşür. Birinin nizamsızlığına görə arxada nə qədər maşın gözləməli olur”. Deputat, maşınların park edilməsi qiymətinə də kəskin etirazını bildirib. “Parkinqlərin qiyməti çox bahadır. Guya, bir az azaldılmalı idi. Dövlət müəssisələrində çalışan əməkdaşlar səhər saat 9-dan axşam saat 7-yə, 8-ə qədər iş yerində olur. 6 saatdan artıq müddətə maşın saxlamaq çox bahadır. Maaşımızın dörddə bir hissəsini maşının park edilməsinə  veririk. Faktinfo.az

19 Noyabr 2016 3:58

Yadplanetlilər ABŞ-ın atom gəmisini qaçırdı – Gizli tarix

yad

“Əqrəb”dən bu günə qədər xəbər yoxdur 1968-ci ildə Amerikanın “Əqrəb” atom sualtı gəmisi tam məxfi missiya ilə SSRİ-yə doğru yola düşür. Məqsəd SSRİ dəniz donanmasını izləmək və kəşfiyyat məlumatlarını göndərmək idi. Planlaşdırmaya görə, gəmi hərəkətə keçəndən 7 gün sonra geri qayıtmalı idi. Lakin aylar keçsə də, heç bir xəbər yox idi və Amerika Hərbi Dəniz Qüvvələri anladı ki, sualtı gəmi itib. Avtosfer.az xəbər verir ki, “Əqrəb”dən bu günə qədər xəbər yoxdur. Ehtimallardan biri sualtı gəminin zədələnərək batması idi. Halbuki, o, həmin dövr üçün müasir tipli gəmilərdən hesab olunurdu və hesablamalara görə, batması ehtimalı zəif idi. 1998-ci ildə Amerika mediasında məlumat yayıldı ki, “Əqrəb”in yox olmasında sirli qüvvələr rol oynayıb. Lakin bu, hərbi-elmi dairələrdə inandırıcı görünmürdü. Məlumatlar var ki, “Əqrəb”in komandiri Frensis Etvud Sletter itməmişdən iki ay əvvəl gəminin təcili təmir olunması haqda müraciət edib. Lakin onun sözünə qulaq asmayıblar. publika.az Və “Əqrəb” 1968-ci ilin 20 may tarixində yola düşdü. Bir gün sonra gəmi yeri haqda məlumat verdi. Mayın 27-də də hər şey qaydasında idi. Lakin 28 may tarixində Hərbi-Dəniz Qüvvələri anladı ki, sualtı gəmi batıb, 99 ekipaj üzvü həlak olub. İlkin ehtimal gəmin Sovet donanması tərəfindən məhv edilməsi idi. Bütün araşdırmalar, nəzəriyyələr, texniki tədqiqatlar “Əqrəb”in nasazlığa görə batdığı fikrini irəli sürürdü. Lakin yenə də bütün fikirlərin tam təsdiqi üçün möhkəm sübutlar yox idi. SSRİ-nin varisi olan Rusiya da indiyə qədər bu hadisə ilə bağlı heç bir məlumat verməyib. Və məhz buna görə Amerikada “Əqrəb”in sirli yoxa çıxmasında yadplanetlilərin rolunun olduğuna dair fikirlər irəli sürülür.

18 Noyabr 2016 4:22

Fakt

Bizi izləyin