İlmək-ilmək sökülən korrupsiya “corabı”:“Akula” Akifin “sağ əli” gücünü hardan alır?

sad

Ləğv olunmuş Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun vəzifəsindən uzaqlaşdırılmasından sonra yerli iş adamlarının başına hörülmüş corabın da ilməkləri qaçdı. Azərbaycanı talan edən ən böyük mafiyalardan biri ilmək-ilmək sökülməyə başladı. Maraqlıdır ki, bütün cinayətləri ortaya çıxan bu şəbəkənin iri çarxları hələ də azadlıqdadır. Onlardan bəzilərinin səsi xaricdən gəlir, bəziləri isə əlini-qolunu sallaya-sallaya aramızda gəzir. Eldar Mahmudovun işdən uzaqlaşdırılmasından sonra xaricə qaçan şəbəkə üzvlərindən biri “Akula Akif” adıyla tanınan Akif Mustafayevdir. Mətbuata sızdırılan məlumatlardan məlum olur ki, yerli iş adamlarını xırda balıqlar kimi yeyən “Akula”, MT naziri işdən çıxarılan günün sabahı Azərbaycandan qaçmağa nail olub. O, əvvəl Belarusun paytaxtı Minskə, ordan isə Fransaya gedib. Sözsüz ki, bu qaçışda müəyyən dairələrin də xidmətləri az olmayıb. Əlimizdə müfəssəl məlumat olmadığından, bu barədə ictimaiyyətə açıqlama verməyi rəsmilərimizin öhdəsinə buraxırıq. Mətbuatda isə “Akula”nın  aradan çıxarılmasının səbəbi bir neçə amillə izah edilir. Səbəblərdən biri iş adamlarının başına hörülən corab istintaqının yekun nəticələrə gəlməsinin qarşısını almaqdır. Baş prokurorluğun aralarında Akif Çovdarov, İlqar Əliyev, Teymur Quliyev və digər 16 MTN rəhbərlərinin həbsiylə bağlı yaydığı 29 noyabr 2015-ci tarixli məlumat da bu faktı təsdiqləyir. Məlumatda bildirilir: “Qeyd olunan faktlar üzrə MTN-dən qovulan 19 sabiq vəzifəli şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə həbs olunub, 1 nəfər ev dustağı edilib, istintaqdan yayınan 1 şəxs barəsində axtarış elan edilib”. Rəsmi məlumatda həbs olunan 19 nəfərin adı açıq şəkildə bildirilsə də, ev dustağı edilən və barəsində axtariş qərarı verilən 2 şəxsin kimliyi göstərilmir.Bununla belə, mətbuata ötürülən məlumatlar bu müəmmaya aydınlıq gətirir: “Ev dustağı edilən şəxs MTN-in Monitorinq Mərkəzinin rəhbəri, general-mayor Natəvan Mürvətova, ölkədən qaçan isə “Akula Akif” kimi tanınan həmin Akif Mustafayevdir”. Belə aydın olur ki, Baş Prokurorluğun bir il bundan əvvəl həbs etməyə çalışdığı şübhəlilər arasında yalnız Akif Mustafayev mülki şəxs, digərləri isə MTN rəsmiləriydi. Həmin dairədən canını həbsdən qurtaran yeganə şəxs isə elə həmin mülki vətəndaş olub. Bu fakt istər-istəməz “Akula” Akifin digər şübhəlilərdən daha qüdrətli olduğu barədə mülahizələrə yol açır. Eldar Mahmudovun çevrəsi haqqında verilən məlumatlar da bu ehtimalı qüvvətləndirir. Mətbuatın yazdıqlarına inansaq, sabiq nazir hər həftənin şənbə günü villasında ziyafət təşkil edirmiş. Məhdud çərçivədə adamların qatıldığı ziyafətlərdə həmişə əsas qonaq kimi iştirak edən adam isə “Akula” olurmuş. Hətta E.Mahmudovun arağı yalnız “Akula” ilə içdiyi də verilən məlumatlar arasındadır. Deməli, sabiq nazirin öz rəsmi komandasının fövqündə tutduğu Akif Mustafayevin prokurorluq orqanları tərəfindən ən təhlükəli hesab edilən çevrəyə daxil olması  əbəs deyilmiş. Eldar Mahmudovun ziyafətlərində generallardan belə yuxarıda əyləşən bu şəxsin məsuliyyətdən yayına bilməsi sirri də elə mülki vətəndaş statusu daşımasındadır. Məlumatların analizindən aydın olur ki, MTN rəhbərliyi Prezidentin qəzəbinə gələ biləcəklərindən bixəbər imişlər. Ölkə başçısının ani bir qərarla MTN-nin “qələmini qırması” generalların ölkədən qaçmasına fürsət verməyib. Onlar dərhal nəzarət altına alındıqlarından ölkəni tərk edə bilməyiblər. Mümkündür ki, nazirə hər kəsdən daha yaxın olan Akif Mustafayev isə rəsmi çevrəyə daxil olmadığından və iş adamı statusu daşıdığından, əməliyyatçıların nəzərindən yayına bilib. Bu fakt həm də onu göstərir ki, MTN ətrafında əməliyyat aparan qrup üçün də həmin qərar ani və gözlənilməz olub. Əks halda istintaqın işini xeyli asanlaşdıracaq kilid isim aradan çıxmağı bacarmazdı. “Akula” Akifin aradan çıxa bilməsinin digər səbəbləri MTN mafiyasının qrup maraqları ilə izah olunur. Daha konkret desək, mafiyanın beynəlxalq banklardakı hesablarının təhlükəsizliyini təmin etmək üçün də “Akula” aradan çıxarıla bilərdi. Mətbuata sızdırılan məlumatlarda da bu ehtimalın ipucları yatır. Gəlin,Virtualaz.org saytının bununla bağlı yaydığı bir məlumata nəzər salaq: “Əslində “Akula”nın Avropaya qaçmaqda məqsədi təkcə istintaqdan yayınmaq deyildi. Onun bir neçə Avropa bankında (o cümlədən Fransa banklarının birində) sanballı hesabları olub. Habelə İspaniyada mülkü var. Görünür, “Akula” daxil olduğu “Eldar Mahmudov və qırx quldur” dəstəsinin sonunun gəldiyini görərək Avropaya qaçıb sahibkarlardan taladıqları pullarla ömrünün qalan hissəsini firavan yaşamağa ümid edirdi” (Mənbə:http://virtualaz.org/olke/59457). Məlumatda o da bildirilir ki, Azərbaycan hüquq-mühafizə orqanlarının proflaktik tədbirləri nəticəsində həmin hesablara həbs qoyulub və Akif Mustafayev iş adamlarından qəsb etdiyi pulları banklardan çıxara bilməyib. Nəticədə o, Fransanın müxtəlif şəhərlərində zirzəmilərdə öz həyatını davam etdirməyə çalışır. Əlbəttə, bütün bunlar təsdiqlənməyə ehtiyacı olan versiyalardır. Hələlik isə bilinən budur ki, Akif Mustafayev qırmızı bülletenlə axtarılsa da, onu tutub Azərbaycana ekstradisiya etmək mümkün olmayıb. Bu, heç də “Akula”nın Avropadakı dərin sularda gizləndiyindən irəli gəlmir. İspaniyanın “lavanguardia.com” saytının məlumatına inansaq, Akif Mustafayev bu ölkənin Loret-de-Mar şəhərində saxlanılıb. Xəbərin üzərindən bir aya yaxın zaman keçməsinə baxmayaraq, Akif Mustafayev hələ də Azərbaycana təhvil verilməyib. Belə görünür ki, “Akula”nı qoruyan çox qüdrətli “əllər” var. Əldə etdiyimiz məlumatların analizi onu göstərir ki, bu qüdrətin əhatəsi dairəsi yalnız xarici dövlətlərlə də məhdudlaşmır. Azərbaycanın özündə belə, “Akula”nın tam zərərsizləşdirilməsi istiqamətində işlərin ləng getməsi hiss olunur. Belə ki, “Akula” istintaqdan yayınıb xaricə qaçmağı bacarsa da, onun ətrafı indiyə qədər ölkəmizdədir. Amma nədənsə onlar nəinki göz altına alınmayıb, əksinə özlərini istintaqa MTN-nin iş adamlarını talaması işində zərərçəkmiş qismində göstərməyi bacarıblar. Bu cür qüdrətli şəxslərdən biri də Akif Mustafayevin “sağ əli” olan Aydəm İsmayılovdur. Mətbuat orqanlarında haqqında ciddi ittihamlar irəli sürülməsinə baxmayaraq, indiyə qədər məsuliyyətə cəlb olunmamış Aydəm İsmayılov barəsində ciddi məlumatlar əldə etmişik. Starteq.az-ın əldə etdiyi məlumatlar MTN mafiyasının əsas qəhrəmanlarından olan Aydəm İsmayılovun bundan əvvəl də bir neçə cinayətlərdə adının hallanmasını göstərir. Qəribədir ki, olduqca qüdrətli məmurlarımızın “çörək təknəsi”nə əl uzadan bu adamı cəzalandırmaq hələ də mümkün olmayıb. Əldə etdiyimiz məlumatlarda Aydəm İsmayılovun “işgüzarlıq” sahəsində yüksəlişə“Caspian Fish”lə başladığı aydın olur. Bildirilir ki, o, 2006-cı ildə 6-7 ay ərzində “Caspian Fish” MMC-nin direktoru vəzifəsini yerinə yetirib. Sonradan işində yol verdiyi nöqsanlara görə müəssisədən qovulub. Şirkətin prezidenti Əhədpur Mənuçehr hətta onu həbs etdirmək qərarına gəlib. Lakin araya “hörmətli” şəxslərin qarışması nəticəsində həbsdən canını qurtara bilib. Aydəm İsmayılovun “Caspian Fish”-də batan ulduzu qısa bir müddətdən sonra tikinti sektorunun talanması və maliyyə maxinasiyalarıyla yenidən bərq vurmağa başlayıb. MTN mafiyasının himayəsi altına girən bu “qəhrəman”ın növbəti fəaliyyəti bank yaratmaq olub. Əldə etdiyimiz məlumata görə, artıq mövcud olmayan Evrobankın təsisçilərindən biri odur. Ötən il Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 10.07.2015-ci il tarixli 27 saylı qərarı ilə ləğv olunmuş Evrobank, ümumiyyətlə, bank kimi fəaliyyət göstərmirmiş. Bunu  iqtisadçı ekspert Vüqar Bayramov da etiraf edib. Mərkəzi Bankın həmin qərarını şərh edən ekspert mətbuat açıqlamalarının birində bildirib ki, bu bank simvolik olaraq “müştərisiz bank” kimi tanınırdı: “Razılaşaq ki, ölkədə olduqca az insan bu ad ilə bankın olmasından xəbərdar idi. Ona görə də, burada sadəcə xeyli müddət öncə müflis olmuş bankın rəsmi olaraq bağlanmasından söhbət gedir”. Sual oluna bilər: Bəs, faktiki olaraq, bank fəaliyyətiylə məşğul olmayan Evrobank niyə yaradılmışdı? Əldə etdiyimiz məlumatlar bu müəmmaya kifayət qədər aydınlıq gətirir. Bildirildiyinə görə, Aydəm İsmayılov bankdan əsasən zəmanətlərini satmaq üçün istifadə edirmiş. Həmçinin özünü Evrobankın rəhbəri kimi təqdim etməklə, işgüzar adam imici formalaşdırmaq niyyəti güdürmüş. O, bu bank vasitəsilə MTN-nın toruna düşən bir sıra iş adamlarından əldə olunan xəracların toplanma vasitəsi kimi də istifadə edirmiş. Maraqlıdır ki, “Akula” Akifin sağ əli öz “işgüzar” fəaliyyətini təkcə təsisçisi olduğu Evrobankla deyil, həmçinin digər daha nüfuzlu banklarla bərabər yürüdürmüş. Ona bu işdə kifayət qədər dəstək verən banklardan biri də Texnikabank imiş. Belə ki, Aydəm İsmayılovun “Caspian Fish”-dən qovulduqdan dərhal sonra “Mersol” MMC adlı şirkət yaratdığı bildirilir. “Arena” ASC-də Cəmiyyətin səhmlərinin 73 faizinə sahib olan bu şirkət “Texnika Bank”dan 12.000.000  ( 12 milyon) manat kredit götürüb və bu səhmləri alıb. Sonra o, yenidən həmin bankdan 5. 000.000 (5 milyon) manat kredit götürüb. Görünür, daha sonrakı illərdə də Aydəm İsmayılov Texnikabankdan külli miqdarda kredit götürməli olub. Hazırda “Mersol” MMC-nin “Texnika Bank”a 24.000.000 manata yaxın borclu olması da bu faktı təsdiqləyir. Qeyd edək ki, kredit götürüldüyü an dolların məzənnəsi indiki məzənnə ilə müqayisədə 2 dəfə aşağı idi. Köhnə məzənnəylə hesablasaq, bu, hardasa, 50 milyon dollara bərabərdir. Aydəm İsmayılov isə bu borcun bir qəpiyini belə geri qaytarmayıb. Kredit borcunu ödəmədiyi üçün “Texnika Bank” tərəfindən 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinə şikayət edilib.  İş Nömrəsi: 2-2(103)-298/1 olan məhkəmə müraciətində iddiaçı tərəf kimi “Bank Technique” ASC, cavabdeh tərəf kimi “Mersol” MMC göstərilir. Maraqlıdır ki, 15.07.2014-cü ildə başlayan məhkəmə işi üzərindən bir ay keçməmiş 12.08.2014-cü ildə təxirə salınıb. Bu faktın özü də Aydəm İsmayılovun himayədarlarının olduqca böyük qüdrətə sahib olduğundan xəbər verir. Bəs, kimdir bu himayədarlar? Nə yazıq ki, bu barədə konkret məlumatlar əldə edə bilməsək də, Aydəm İsmayılovun bu qədər böyük maliyyə imkanına sahib olmasında Milli Bankın rəhbəri Elmar Rüstəmovun da adı hallanır. Məlumata görə, ona bu qədər böyük məbləğdə kreditin verilməsi birbaşa baş bankirin göstərişiylə baş tutub. Hətta bildirilir ki, Aydəm İsmayılov 75% səhmdarı olduğu “Arena” ASC-də Elman Rüstəmovun şəriki imiş: “Səhmlərin alınmasında tərəflər heç bir nağd vəsaitdən istifadə etməmişlər. Razılaşmaya görə, Aydəm İsmayılov krediti girovlarla təmin etməli, Elman Rüstəmov isə aşağı faizlə kreditin ayrılmasını banklardan birinə tapşırmalı idi. Razılığa əməl olunub. Məhz Elman Rüstəmov öz səlahiyyətlərindən sui-istifadə edib və şərikinə aşağı faizli kreditin ayrılmasını Texnika Banka tapşırıb. “Arena” ASC-nin idarə edilməsinə nəzarəti isə Elman Rüstəmovun şəriki və ən yaxın adamı olan Akif Kərimov edirmiş. Onu Mərkəzi Bankla bağlayan tellər və iş adamları ilə yanaşı bir çox sadə vətəndaşların başına açılan oyunlar barədə növbəti yazılarımızda tanış olacaqsınız. Heydər Oğuz

17 Noyabr 2016 4:22

Politoloq:”Azərbaycan Rusiyadan “İsgəndər” raketləri istəməlidir”

elxan-1

  Azərbaycan Rusiyadan “İsgəndər” raketləri istəməlidir. Bu sözləri Ermənistan Prezidenti Serj Sərkisyanın “RİA-Novosti” agentliyinə müsahibəsini şərh edərkən politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, Rusiya heç bir məsələdə balansın Azərbaycanın xeyrinə pozulmasını istəmir: “Sərkisyan bildirib ki, Rusiyanın “İsgəndər” raketlərini Ermənistanda yerləşdirilməsi məcburi addım idi və məqsədi hərbi balansın Azərbaycanın xeyrinə pozulmasının qarşısını almaq idi. Prinsipcə, onun bu sözlərində yeni heç nə yoxdur, dedikləri doğrudur. Rusiya Azərbaycanın hərbi baxımdan Ermənistandan güclü olmasını istəməyib. Çünki Aprel döyüşləri İrəvanla yanaşı, Moskvanı da qorxutdu. Kremldə hesab etdilər ki, Azərbaycan hərbi yolla işğal altındakı torpaqları geri qaytara bilər. Ona görə də “düyməyə” basdılar. Əvvəlcə Ermənistana “İsgəndər” raketləri göndərdilər, indi isə Ermənistan ordusunu Rusiya Müdafiə Nazirliyinin tabeliyinə keçirməklə birgə hərbi qoşun birlikləri yaradırlar”. Politoloq bildirib ki, Ermənistanı sürətlə militarisləşdirməsinə baxmayaraq, Rusiya Azərbaycana silah satışını dayandırmır: “Azərbaycan Rusiyadan 5 milyard dollar civarında silah-sursat alıb. Rəsmi Bakı hansı silahı istəyibsə, Rusiya onu Azərbaycana satıb. Sadəcə, Rusiyanı bir daha sınamaq lazımdır. Rəsmi Bakı Rusiyadan “İsgəndər” raketlərini satmağı xahiş etməlidir. Satmaq istəməsələr, rəsmi Bakı Moskvaya mesaj yollamalıdır ki, eyni tip raketləri başqa ölkələrdən almaq məcburiyyətində qalacaq və milyardlarla dollar gəlir də həmin ölkəyə gedəcək”. Qeyd edək ki, Ermənistan Prezidenti Serj Sərkisyan“RİA-Novosti” agentliyinə müsahibəsində Rusiyanın “İsgəndər” raket komplekslərinin Ermənistanda yerləşdirilməsinin məcburiyyət qarşısında atılmış addım olduğunu açıqlayıb.

17 Noyabr 2016 2:26

Qüdrət Həsənquliyev dəyişikliyə etiraz etdi – “Qəti əleyhinəyəm”

14143

“Azərbaycanda belə fikirlər var ki, guya çox zaman cinayət təqibi zamanı əməliyyat-istintaq hərəkətlərini aparan orqanlar maddi sübutları özləri hadisə yerinə qoyur və sonra da götürürlər”. Bu sözləri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu günkü iclasında deputat Qüdrət Həsənquliyev deyib. Deputat istinaq zamanı hal şahidlərinin iştirakının saxlanılmasını məcburi hesab etdiyini bildirib. O qeyd edib ki, əgər hal şahidləri istintaqda iştirak etməsə bu tam ədalətsiz olar: “Bəzən istintaq zamanı hal şahidlərini də ittiham edirlər. İndi isə hal şahidi olmadan istintaq çəkilişinin aparılması məhkəmə baxışında çox ciddi şübhə meyarlarını ortaya qoyacaq. Yəni əməliyyat çəkilişinin obyektivliyi, maddi sübutların hadisə yerinə istintaq əməliyyat orqanları tərəfindən qoyulub-qoyulmaması ilə bağlı ədalət mühakiməsi şübhə altına alacaq. Ona görə də hadisə yerində kameralarla yanaşı, canlı hal şahidlərinin olması daha obyektiv və ədalətli olar”. Cinayət-Prosessual Məcəlləsində hal şahidlərinin iştirakının məcburi olmaması təklifinə deputat Çingiz Qənizadə də etiraz edib: “Cinayət Məcəlləsinə görə axtarış və əməliyyat zamanı 2 hal şahidinin iştirakı məcburidir. Bu günə qədər evlərdə, obyektlərdə təqsirkar şəxsə məxsus istintaq aparılan ərazidə hal şahidi yaxud şahidlərinin iştirakı mütləq idi. Amma bu gün bizə təklif olunan layihədə isə qeyd olunur ki, hal şahidi iştirak edə bilər. Bu o deməkdir ki, yəni hal şahidi iştirak etməyə də bilər. Məhkəmə praktikasında 10-15 il bundan öncə görürdük ki, küçədə dayanan bir şəxs hal şahidi qismində çıxış edirdi və bu da məqbul qəbul edilirdi. Hətta hal şahidinin iştirakında məcburilik olanda belə, müəyyən qeyri-oyektivlik yaranan hallar da olurdu. Buna görə də hesab edirəm ki, cinayət işlərində məhləmə baxışları zamanı hal şahidinin saxlanılması mütləqdir”. Çingiz Qənizadə vurğulayıb ki, sovet dövründə belə istintaq zamanı hal şahidi var idi: “Amma bu gün təklif olunan bu bənddə hal şahidinin iştirakı məcburi deyil. Hüquq müdafiəçisi olaraq bu bəndin qəti əleyhinəyəm. Bu bəndin haradan və niyə gəldiyini bir daha aydınlaşdırmalıyıq. Hətta sovet dövründə də hal şahidi var idi. Dəyişikliyə görə vətəndaşın üzərində axtarış aparılarkən hal şahidi qalır və video görüntülər çəkilən zaman da hal şahidi saxlanılır. Amma mənzildə bağda, evdə axtarış aparılarkən hal şahidinin iştirakı məcburi deyil. Bu çox böyük etirazlar doğuracaq. Beylnəlxalq təşkilatların da buna müsbət rəyi olmayacaq”.

16 Noyabr 2016 1:12

“Zərdüşt Əlizadə, Araz Əlizadə kimi milli satqınlar…”

14143

“17 noyabr 1988-ci ildə keçmiş Lenin meydanında baş tutmuş mitinq təbii ki, birdən-birə olmadı. Ermənistanın Azərbaycana torpaq iddiası, təcavüzü ilə bağlı bundan əvvəl də dəfələrlə tədbirlər keçirmişdik. Oktyabrın 2-də də mitinq təyin etmişdik. Sadəcə hüquq-mühafizə orqanları mitinqin baş tutmasına imkan vermədi. 17 noyabr isə Azərbaycan tarixində, bir millətin tarixində yüz, min ildən bir baş verəcək fenomenal hadisədir”.   Bunu mətbuata  açıqlamasında Milli Azadlıq Hərəkatının liderlərindən biri, Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı bildirib.   Nemət Pəhanlı sözlərinə görə, millət 18 gün gecə-gündüz bütün varlığı ilə meydanda olub ki, bu da unikal bir addım kimi qiymətləndirilməlidir: “17 noyabrdan qabaq da mitinqlər keçirilib, 17 noyabrdan sonra da. Ancaq onların heç biri 17 noyabr mitinqi kimi əzəmətli, möhtəşəm olmayıb. Bütün Azərbaycanı yumruq kimi özündə birləşdirən ikinci belə gün olmayıb. Məhz bu gün sayəsində qul psixologiyasından xilas olduq, Sovet imperiyasının köləliyindən qurtulduq. Lenin meydanının adı dəyişdi, ora Azadlıq meydanı adı qoyuldu. Milli azadlığımızın təməl daşı məhz 17 noyabrda qoyuldu. Bu mitinqdən sonra meydan elə bir formada milləti köklədi ki, ondan sonra Sovet imperiyası bütün güc sturukturlarını, təxribat mexanizmini işə saldı. İstədilər ki, o mübarizəni dayandırsınlar, söndürsünlər, bacarmadılar. Bunun kulminasiya nöqtəsi 20 yanvar idi. Azərbaycan xalqını qan içində boğmaq istədilər, bacarmadılar. Bu gün müstəqilliyimizin əsası həmin gün qoyuldu”.   Nemət Pənahlı meydanda çox əziyyəti olan adamlar haqqında da danışıb: “Məhəməd Hatəmi Cənubdan gəlmişdi, onun çox böyük xidmətləri olub. İsfəndiyar Coşqun vardı, gözəl şair idi. Doğrudur, xalq onu tanımır, xalqımız şair işləyənləri tanıyır. İran İslam İnqilabının iştirakçısı olmuş fədailər vardı. Məhz həmin hadisələrin, o dirçəlişin sayəsində Azərbaycan ilin milləti elan edildi. Dünyanın ən mübariz, mütəşəkkil xalqı elan olundu. UNECO tərəfindən. O ocağı söndürə bilmədilər”.   Milli Dövlətçilik Partiyasının sədrinin sözlərinə görə, indiki nəsil o dövrü, o hadisələri tam şəkildə anlaya bilməz: “Bütün ordu, polis, başqa dövlət strukturları bütün gücünü qoymuşdu ki, o meydanı dağıtsın, məhv eləsin. Milli Azadlıq Hərəkatını beşiyində boğsun. Elə bir üsul, metod, elə bir təxribat yox idi ki, ona əl atmasınlar. Ancaq heç nəyə nail olmalıdlar. O vaxt elə təkcə Bakıda 750 mindən çox erməni vardı. Ermənilər də bütün təxribatlara əl atırdılar ki, xalqı qan içində boğsunlar. Amma heç bir təxribat bunun qarşısını ala bilmədi. Sovetin hərəkatın içinə yerləşdirdiyi agentura da axırda məcbur qaldı azadlıqdan danışmağa. Özlərini istiqlal tərəfdarı kimi göstərməyə başladılar. İndiki nəsil tam mənada o hadisələri başa düşə, anlaya bilməz”.   Nemət Pənahlı başqa maraqlı məqamlara da toxunub: “O dövrün rəsmi hakimiyyəti-din xadimi, incənət xadimi, ədəbiyyat adamlarının mövqeyi belə idi ki, biz Moskvaya nə qədər yaltaqlansaq, Moskvaya nə qədər qul və kölə olduğumuzu sübut etsək, o qədər Moskva Dağlıq Qarabağ məsələsini Azərbaycanın leyhinə həll edəcək. Amma mən elan elədim ki, bu gündən bura Azadlıq meydanıdır və bizim başımıza gələn bütün müsibətlərin, bəlaların baiskarı rus imperiyasıdır. Yəni biz bütün çılpaqlığı ilə millətə bunu aşıladıq. Millətdə özünə güvən yaratdıq. O xadimlər ki, adını çəkdim, deyirdilər, rusa qarşı çıxmaq olmaz, Azərbaycanı yer üzündən silərlər. Azərbaycan heç vaxt müstəqil yaşaya bilməz. Biz isə çalışdıq onu sübut edək ki, Azərbaycan rusa qarşı çıxa da bilər, mübarizə apara bilər, müstəqilliyə nail ola da bilər. Həyat da göstərdi ki, bizim tutduğumuz xətt ən doğru, düzgün xəttdir. Həmin dövrdə yenidənqurma uğrunda mübarizə aparanlar, SSRİ-nin tərkibində suveren haqlarımızı müdafiə edənlər milli azadlıq xəttini vurmaq məqsədilə bu yolu seçmişdilər. Həyat da sübut elədi ki, onların dedikləri cəfəngiyatdır, imperiyanın tərkibində hansısa müstəqillikdən söhbət gedə bilməz. O dövrdə o yolu tutanların əksəriyyəti sovet imperalizminə xidmət edirdi. Elələri də vardı ki, qorxurdu, heç cür anlamırdı ki, rus imperiyasına qarşı mübarizə aparmaq olar. Hətta milli, vətənpərvər insanlar da qorxurdular. Təsəvvür edə bilmirdilər müstəqilliyimizi”.   Milli Dövlətçilik Partiyasının sədri deyir ki, o dövrdə təkcə müstəqllik uğrunda mübarizə aparanlar yox, milli satqınlar da meydanda olub: “Meydana rəhbərlik edənlər mən idim, Məhəmməd Hatəmi, Sabir Rüstəmxanlı idi. Eyni zamanda hərəkatın nüvəsində “Çənlibel”, “Yurd”, “Karvan”, “Oğuz” kimi birliklər dayanırdı. Zərdüşt Əlizadə, Araz Əlizadə kimi milli satqınların komandası isə müstəqilliyə qarşı idi. Bu gün elə təəssürat yaradılar ki, erməni Azərbaycana qalib gəlib. Ancaq elə deyil. Bu fikir cəfənfiyatdır, qəti şəkildə doğru deyil. Erməni, rus məhz Azərbaycan kommunistlərinin Vətəninə, millətinə etdiyi xəyanət nəticəsində bizə qalib gəlib. Həmin dövrün polisi, KQB-si, siyasi hakimiyyəti xalqın əl-qolunu bağlayırdılar. Təsəvvür edin, Dağlıq Qarabağ hadisələrinə erməni kommunistləri rəhbərlik edirdi, erməni dövləti, siyasi hakimiyyəti faktiki olaraq bütün xalqı birləşdirib Dağlıq Qarabağın işğalına yönəltmişdi. Bizdə isə başda Vəzirov olmaqla milli satqınlar xalqın ov tüfəngini yığır, əl-qolunu bağlayırdılar. Mübarizə aparan insanları həbs edib türmələrə doldururdular. Bütün variantlara əl atırdılar ki, xalqın əl-qolunu bağlasınlar. Erməni polisi gəlib Azərbaycanda ov silahlarını yığmırdı ki?! Erməni polisi milli azadlıq uğrunda mübarizə aparan insanları həbs etmirdi ki? Erməni hakimiyyəti bunları məhz Azərbaycan hakimiyyətinin əli ilə edirdi”. Nemət Pənahlı deyib ki, o vaxt Qərbi Azərbaycandan köçürülən həmyerlilərimizi Qarabağa yerləşdiriblər, ancaq hakimiyyət onları oradan köçürüb: “Qərbi Azərbaycandan gələn həmyerlilərimizin əsas tələbi bu idi ki, bizi Dağlıq Qarabağa yerləşdirin, biz özümüz ermənini ordan qovub çıxaracağıq. Biz qaçqınları Qarabağa yerləşdirirdik,  Azərbaycan polisi, KQB-si siyasi hakimiyyətin göstərişi ilə gecə ilə onları ordan çıxardıb Bakıya gətirirdilər. Mənim zərrəcə şübhəm yoxdur ki, Azərbaycan hakimiyyəti Qərbi Azərbaycandan gələn qaçqınların Dağlıq Qarabağa yerləşdirilməsinə imkan versəydi, bu məsələ həmin vaxt həll ediləcəkdi. Yəni ən böyük xəyanətkar başda Vəzirov olmaqla onun komandası və müxtəlif don altında-liberal, demokrat donu altında xalq hərəkatına yerləşdirilmiş agenturadır. Bunun nəticəsində biz uduzduq. Hakimiyyətin xəyanəti olmasaydı, 100 il də qalsa ermənilər qalib gələ, Azərbaycan torpaqları işğal edilə bilməzdi”.  

16 Noyabr 2016 12:23

Azərbaycanlı milyarder rüşvətlə tutulan nazir haqda nə dedi…

vv

Rusiyada iqtisadi inkişaf naziri Aleksey Ulyukayevin ötən gecə FTX əməkdaşları tərəfindən 2 milyon dollar rüşvət alarkən tutulması ekspertlər, siyasətçilər və iri biznesin nümayəndələri arasında çaşqınlıq yaradıb. Bəziləri bunu hakimiyyətdəki mühafizəkar qanadın islahatçıların son nümayəndələrindən birini vurub çıxarmaq planları ilə izah edir. Vaxtilə Ulyukayevlə birlikdə hökumətdə işləmiş keçmiş baş nazir, “Rosnano”nun rəhbəri Anatoli Çubays bu həbsi “mütləq şok” adlandırıb.“Ulyukayevi 30 ildən çoxdur tanıyan adam kimi deyirəm ki, bu hadisə mütləq şokdur. Lakin hətta emosiyaları və dara düşmüş yoldaşın halına acımağı bir kənara qoysaq belə qızıl qayda var: gərək hər iki tərəfi dinləyəsən. İndi tərəflərdən biri deyir ki, Ulyukayev “Rosneft”i hədələyib və rüşvət tələb edib ( görünür mən bu dünyada nələrisə dərk etmək qabiliyyətimi itirmişəm-Çubays), digər tərəfi isə hələ eşitməmişik”-Çubays bildirib. Keçmiş maliyyə naziri (Ulyuyakayev onun müavini olub) Aleksey Kudrin isə bildirib ki, bu məsələdə həddən çox suallar var və iş obyektiv araşdırmalıdır. Rusiya sənayeçilər və sahibkarlar İttifaqının rəhbəri Aleksandr Şoxin də Ulyukayevin həbsində çoxlu suallar olduğunu deyir. “Gərək dəli olasan ki, “Rosneft”in “Başneft”in səhmlərini almasına dair sövdələşmədən bir ay sonra, bütün siyasi, hüquqi, kommersiya anlaşmalarının tamamlandığı bir vaxtda ölkənin ən qüdrətli adamlarından biri olan İqor Seçini  hədələyib 2 milyon dollar rüşvət tələb edəsən. Belə olan halda naziri müstəntiqlərin yox, psixiatrların yanına aparmaq lazım idi”-Şoxin bildirib. Azərbaycanlı milyarder, “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərov da Ulyukayevin həbsini şərh edib. O, bildirib ki, baş verənləri hələ dərk edə bilmir.“Bu gün baş verənlər mənim üçün də yenilikdir. Mən hələ baş verənləri dərk edə bilməmişəm”-Ələkbərov deyib. Rusiya İstintaq Komitəsi isə Ulyukayevin rüşvəti nəğd alarkan yaxalanmadığı haqda xəbərləri təkzib edib. Bildirib ki, nazir məhz rüşvət pullarını alarkən “iş başında” yaxalanıb.

15 Noyabr 2016 5:24

Lələtəpə xəbərdarlığı Ermənistanı təşvişə saldı

1

Düşmən ölkə Azərbaycanı mühakimə etmək üçün beynəlxalq təşkilatlara müraciət etməyə başladı; Zahid Oruc: “Qarabağ cəbhəsində növbəti savaş lokal olmaya bilər...” Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ötən həftə Füzuli bölgəsinə səfər edərək, aprel ayında ordumuzun düşməndən azad etdiyi Lələtəpə yüksəkliyində əsgər və zabitlərimizlə görüşməsi, işğalçıya və havadarlarına etdiyi xəbərdarlıq təkcə ölkəmizdə deyil, Ermənistanda da ciddi müzakirə mövzudur.Son aylarda himayədarından “pay” aldığı silah-sursat, raket komplekslərinə görə danışıqlardan imtina yolunu seçən, üstəlik, cəbhəboyu təxribatları yenidən artıran işğalçı Azərbaycan prezidentinin xəbərdarlıqlarının ardınca ənənəvi hay-küy şousuna başlayıb. Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Ermənistanın xarici işlər nazirinin müavini Şavarş Köçəryan beynəlxalq birliyə müraciət edərək cəbhə zonasında eskalasiyaya yol verməməyə çağırıb. Ehtiyatda olan general-mayor Vardan Avetisyan isə qeyri-nizami dəstələrin komandirlərini bütün könüllü gücləri səfərbər etməyə çağırış edib. Erməni saytları Azərbaycan prezidentinin cəbhə zonasına kamuflyajda gəlməzdən öncə ABŞ-ın yeni lideri D.Trampa yazdığı təbrik məktubunda Azərbaycanın 20% işğal olunmuş ərazisi, BMT-nin 4 qətnaməsinin icra olunmamasına diqqət çəkməsini xatırladıb.Qeyd edək ki, Azərbaycan prezidenti Lələtəpədəki çıxışında ölkəmizin son illər ərzində milyardlarla dollar dəyərində ən müasir silah-sursat, hərbi texnika aldığını xatırlatmaqla, “əgər erməni silahlı qüvvələri aprel döyüşlərindən düzgün nəticə çıxarmasalar, gələcəkdə Lələtəpə əməliyyatı kimi bir çox uğurlu əməliyyatlar olacaq” - xəbərdarlığı növbəti döyüşlərin anonsu kimi dəyərləndirilir. Prezidentin Lələtəpədən düşmənə və beynəlxalq aləmə çağırış etdiyi saatlarda isə Silahlı Qüvvələrimizin 60 min nəfərlik şəxsi heyəti, döyüş texnikalarının iştirakı ilə irimiqyaslı hərbi təlimlərə başlayıb. Bu arada prezident Vladimir Putin Rusiya və Ermənistanın birləşmiş ordu qrupunun yaradılması barədə saziş bağlanmasına sərəncam verib. Müdafiə Nazirliyinə Xarici İşlər Nazirliyinin iştirakı ilə Ermənistanla müzakirə aparmaq və razılıq əldə olunacağı təqdirdə sazişi imzalamaq tapşırılıb. Görünür, Lələtəpə xəbərdarlığından sonra İrəvanın növbəti dəfə həyəcanlanması Kremli bəzi addımlara vadar edib.Deputat, Milli Məclisin Təhlükəsizlik, müdafiə və korrupsiya məsələləri komitəsinin üzvü Zahid Oruc “Yeni Müsavat”a bildirdi ki, aprel döyüşlərindən sonra yeni təmas xətti yaranıb: “Ermənistanın son 6 ayda həyata keçirdiyi diplomatik və hərbi tədbirlərə baxanda düşmənin Azərbaycan əleyhinə hansı əməliyyatlara əl atdığını aydın görmək olur. Sankt-Peterburq görüşü ilə bütün cəbhəyanı bölgəyə müşahidə qrupunun yerləşdirilməsinə və tərəflərin hərbi eskalasiyadan çəkinməsinə dair öhdəlik götürməsinə nail olmayınca, erməni hakimiyyəti Ağdam və ətraf rayonlara yeni texnika və canlı qüvvə gətirməyə başladı. Kəşfiyyat məlumatları ilə bunları müşahidə edən Azərbaycan tərəfi Pakistan və İsraildən aldığı silahlarla Bakının təhlükəsizliyini gücləndirmək üçün hava hücumundan müdafiə sistemlərini artırdı. Deməli, müharibə başlayacağı təqdirdə strateji nöqtələrə zərbə endiriləcəyi haqda tam əminlik var. Neft və su mənbələrinə, həmçinin enerji sektoruna gözlənilən təhlükəni neytrallaşdırmaqla arxa cəbhədə dayanıqlığa nail olan olmağa çalışan Azərbaycan prezidenti məhz ön cəbhəyə gedərək, Lələtəpədən növbəti çağırışlarını etdi. Ali Baş Komandanın hərbi libasda əsgər və zabitlərin yanında olması, döyüş tapşırıqlarına bilavasitə nəzarət etməsi ordumuza mənəvi ruh verməklə bərabər, prezidentin böyük planlarını təyin etməyə imkan verdi”. Z.Oruc hesab edir ki, hazırki beynəlxalq şərait siyasi vasitələrin yaxın müddətdə işə düşməyəcəyini deməyə imkan verir: “ABŞ-da keçirilən seçkilərin nəticələri Minsk Qrupunun taleyini sual altında qoyur. Belə olan təqdirdə Qarabağ cəbhəsində növbəti savaş aprel toqquşmalarından fərqli olaraq, lokal olmaya bilər. Əgər qırıcı təyyarələr və helikopterlər tankları müşayiət edirsə, deməli, çox mürəkkəb coğrafiyalarda müharibəyə hazırlıq gedir. Kəlbəcər, Laçın, Ağdərə və digər cəbhəyanı zonalarda, dağlarda və çökəklik ərazilərdə hərbi əməliyyatları yerinə yetirmək üçün ordu qüvvələri hazırlıq vəziyyətinə gətirilib. Razılaşın ki, həmin relyefləri-strateji yüksəklikləri çox asanlıqla əldən verdiyimiz halda, indi yalnız ”Smerç" raketləri, yaxud T-90 tankları ilə onları geri qaytarmaq mümkün deyil. Havadan hücumsa, mülki insanları canlı şitə çevirən ermənilərin kütləvi qırğın səhnələri yaratmasının yeganə yoludur. Ona görə də qarşı tərəf dünəndən başlayaraq, Azərbaycanı mühakimə etmək üçün beynəlxalq təşkilatlara müraciət etməyə başlayıb. Hər halda, Lələtəpədən Ali Baş Komandanın baxdığı hərbi nöqtələrdə atəşkəsin pozulacağı təqdirdə daha böyük toqquşmalar qaçılmaz olacaq. Bu arada Ermənistan hakimiyyəti sürətlə silahlanma yarışına getməklə xalqın sosial vəziyyətini daha da ağırlaşdıraraq siyasi böhranı bir az da yaxınlaşdırır. Bizə də elə bu lazımdır". Deputat Kremllə İrəvan arasındakı növbəti hərbi razılaşmaya fərqli prizmadan yanaşır: “1 milyondan artıq ordu qüvvəsinə malik Rusiyanın zəif bir dövlətin hərbi imkanlarına ehtiyac duyması absurd görünərdi. Lakin Ermənistan aprel döyüşlərindən sonra anti-Putin və anti-Rusiya mitinqləri ilə Moskvanın tam himayəsini qazanmaq istəyirdi. İndi qeyd etdiyiniz birləşmələrin sayı, qoşun növü, hərbi bazası bəlli olmadan onu rusların gəlib Qarabağda Azərbaycana qarşı döyüşəcəyi kimi qələmə vermək qarşı tərəfin avantürasıdır. Məqsəd Moskva-Bakı arasında yüksək siyasi-hərbi əlaqələrinə zərbə vurmaqdır. Ruslar ikinci dəfə ermənilər əvəzindən başqa torpaqlarda vuruşub işğalçılıq müharibəsində iştirak etməyəcəklər. Lakin vahid hərbi birləşmələr NATO-nun Gürcüstanda həyata keçirdiyi tədbirlərə, cənub cinahının Türkiyədən qorunmasına və Yaxın Şərqdən gələn təhlükələrə qarşı cavab reaksiyasıdır. Azərbaycan Türkiyə ilə demək olar ki, vahid ordu qüvvələri halına gəlib. Ümidvarıq ki, Rusiya siyasi rəhbərliyi ermənilərin son addımdan ölkəmiz əleyhinə canfəşanlıqla istifadəsini yaxşı görürlər. Dünənə kimi Gümrüdəki bazanı ”işğalçı qüvvə" adlandıranlar indi sanki əsrin əvvələrindəki bolşeviklərin xilas ordusunu qarşılayırlar. Azərbaycan Rusiya ilə səngərdə üz-üzə deyil və Sərkisyanın avantürası onu xilas edə bilməyəcək". “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə bu qənaətdədir ki, Azərbaycan prezidenti İlham Əliyevin noyabrın 12-də Füzuli rayonuna səfəri zamanı bu ilin aprel ayında işğalçılardan geri alınan Lələtəpəyə gedib hərbçilər qarşısında çıxış etməsinin simvolik əhəmiyyəti var: “Birincisi, İlham Əliyev Lələtəpəyə getməklə rəsmi İrəvanın təxribatlarına cavab vermiş oldu. Məsələ burasındadır ki, son vaxtlar Ermənistan rəsmiləri və generalları cəbhə bölgəsindəki Talış kəndinə getməklə bir növ Azərbaycana açıq verirdilər ki, ”bu kənd bizim nəzarətimizdədir". İlham Əliyev isə Lələtəpəyə gedərək strateji yüksəklikdən düşmən mövqelərinə baxış keçirməklə Talış kəndinin istənilən an işğaldan azad oluna biləcəyinə eyham vurdu. İkincisi, İlham Əliyevin səfərə hərbi formada çıxmasının özü Ermənistana mesaj idi. Başqa sözlə, elə bilməyin ki, aprel döyüşləri təkrarlanmaya bilməz. Danışıqlar uzanır, ortada isə konkret nəticə yoxdur. Üçüncüsü, İlham Əliyevin vücud dili vasitəsilə verdiyi ismarıclardan başqa Lələtəpədə verdiyi konkret açıqlamalar da var idi ki, onları kifayət qədər sərt qiymətləndirmək mümkündür". Ekspert şübhə etmir ki, Azərbaycan hərbi potensialını artırmaqda, yeni növ silahlar almaqda davam edəcək: “Prezidentin ”Şuşa və Xankəndi də Azərbaycandır" sözləri isə ona dəlalət edir ki, söhbət yalnız Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması vacibliyindən getmir, sıralamada Dağlıq Qarabağın özü də var. Dördüncüsü, İlham Əliyevin Lələtəpədə verdiyi ən əhəmiyyətli mesajlardan biri bu oldu: “Ermənistan rəhbərliyi başqasının gücünə güvənməsin”. İlham Əliyev bu cümləsində Rusiya-Ermənistan hərbi ittifaqını nəzərdə tutub. Yəni dövlət başçısı demək istəyib ki, Ermənistan hakimiyyəti və cəmiyyəti elə bilməsin ki, Rusiya-Ermənistan hərbi ittifaqına görə Azərbaycan işğal altındakı torpaqların güc yolu ilə həllinə girişə bilməz. Rusiya Dağlıq Qarabağ və ətraf rayonları Azərbaycanın ərazisi sayır. Demək, Rusiya digər ölkələr kimi Azərbaycanın bu torpaqlardakı hüququnu tanıyır. Yox, əgər Rusiya hərbi birləşmələri işğalçı ilə birgə Azərbaycana qarşı hər hansı təxribat həyata keçirərlərsə, müharibə total xarakter daşıyacaq ki, bu, heç Rusiyanın da maraqlarına cavab vermir". Ekspertin fikrincə, Putinin Ermənistanla birgə qoşun yaradılması barədə sənədi imzalaması təsadüf də ola bilər, mesaj da... Lakin eyni zamanda növbəti “təsadüf”ün olması inandırıcı görünmür. Belə ki, Rusiya Ermənistana 6 ədəd “Smerç” reaktiv artilleriya sistemi və 6 ədəd TOS-1A (“Solnçepyok”) ağır odpüskürmə sistemi verəcək. (axar.az) Dünya Silah Ticarəti Analizi Mərkəzinin hesabatında bildirilir ki, Ermənistan bu “Smerç” sistemlərinə görə Rusiyaya 60 milyon dollar, “Solnçepyok”a görə isə 40 milyon dollar ödəməlidir. Bu il İrəvan Rusiyadan “Tiqr” tankları və “İqla-S” zenit-raket kompleksləri də alacaq.Moskva Azərbaycana silah satdığına görə şivən qoparan işğalçı nədənsə bu faktların üstündən sükutla keçir. Rusiya prezidentinin son qərarı və Ermənistana göndəriləcək silahlarla bağlı məlumat şübhə yoxdur ki, panik vəziyyətdə olan Ermənistanı sakitləşdirmək niyyəti daşıyır. Moskva Ermənistanda yenidən anti-Rusiya aksiyalarının başlanmasını istəmədiyi üçün ermənilərə təskinlik verir.Amma şübhə yoxdur ki, bununla Kreml Bakını növbəti silah və hərbi texnika almaq üçün hərəkətə keçməyə də sövq edir. Necə ki, Rusiya Federasiya Şurasının üzvü Nikolay Rıjkov ötən həftə buna eyham vuran açıqlama vermişdi. Dekabr ayında isə bu mövzuda müzakirələrə məsul şəxslərdən biri, Rusiya baş nazirinin müavini Dmitri Roqozin Bakıya gələcək. (musavat.com)

15 Noyabr 2016 12:50

Prezidentin Lələtəpədən böyük güclərə və Ermənistana verdiyi ismarıclar… –Ekspertdən şərh

leletepe-4

  "Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli əvvəlkitək dalana dirənib. Böyük dövlətlər yenə passiv mövqe tutublar, həmsədrlər isə Azərbaycana az qala “paket həll” təklif edirlər, yəni Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldıması bölgənin status müzakirələri ilə paralel getməlidir. Bu, heç bir halda Azərbaycanın maraqlarına cavab vermir. Bu şəraitdə hərbi ritorika istər-istəməz artmalıdır". Faktinfo.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib. Onun sözlrinə görə, Azərbaycan prezidenti İlham Əliyevin noyabrın 12-də cəbhə bölgəsinə səfəri də məhz hərbi ritorikanın ön plana keçə biləcəyinə işarədir. Belə ki, dövlət başçısının Füzuli rayonuna səfəri zamanı bu ilin aprel ayında işğalçılardan geri alınan Lələtəpəyə gedib, hərbçilər qarşısında çıxış etməsinin simvolik əhəmiyyəti olub: "Birincisi, İlham Əliyev Lələtəpəyə getməklə rəsmi İrəvanın təxribatlarına cavab vermiş oldu. Məsələ burasındadır ki, son vaxtlar Ermənistan rəsmiləri və generalları cəbhə bölgəsindəki Talış kəndinə getməklə bir növü Azərbaycana açıq verirdilər ki, “bu kənd bizim nəzarətimizdədir”. İlham Əliyev isə Lələtəpəyə gedərək strateji yüksəklikdən düşmən mövqelərinə baxış keçirməklə Talış və ətraf kəndlərin istənilən an işğaldan azad oluna biləcəyinə eyham vurdu. İkincisi, İlham Əliyevin səfərə hərbi geyimdə çıxmasının özü Ermənistana mesaj idi. Başqa sözlə “elə bilməyin ki, aprel döyüşləri təkrarlanmaya bilməz”. Danışıqlar uzanır, ortada isə konkret nəticə yoxdur. Aydındır ki, Ermənistan rəsmiləri, ekspertləri və sadə vətəndaşları hazırda İlham Əliyevin Lələtəpəyə gəlişi və orda verdiyi açıqlamalar üzərində baş sındırırlar, rəsmi Bakının hansı taktikaya üstünlük verəcəyini anlamağa çalışırlar. Üçüncüsü, vücud dili vasitəsilə verdiyi ismarıclardan başqa İlham Əliyevin Lələtəpədə konkret açıqlamaları da var idi ki, onları kifayət qədər sərt qiymətləndirmək mümkündür. Bir daha xatırladıldı ki, Azərbaycan hərbi potensialını artırmaqda, yeni növ silahlar almaqda davam edəcək. Rəsmi Bakı bu prosesi dayandırmaq fikrində deyil. Ermənistanı Rusiyadan aldığı “İsgəndər” raketləri xilas etməyəcək. Çünki Ermənistanın hər aldığı uzaq mənzilli raketə Azərbaycan beşqat cavab verəcək, haradan mümkündür eyni tipli raketlər alacaq. Ermənistanda yanlış olaraq düşünürlər ki, əgər onlarda “İsgəndər” raketləri varsa, Azərbaycan ordusu işğal altındakı torpaqları aza olunması əməliyyatına risq etməyəcək. Əksinə, prezidentin “Şuşa və Xankəndi də Azərbaycandır” sözləri isə ona dəlalət edir ki, söhbət yalnız Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması vacibliyindən getmir, sıralamada Dağlıq Qarabağın özü də var. Dördüncüsü, İlham Əliyevin Lələtəpədə verdiyi ən əhəmiyytli mesajlardan biri bu oldu: “Ermənistan rəhbərliyi başqasının gücünə güvənməsin”. İlham Əliyev bu cümləsində Rusiya-Ermənistan hərbi ittifaqını nəzərdə tutub. Yəni dövlət başçısı demək istəyib ki, Ermənistan hakimiyyəti və cəmiyyəti elə bilməsin ki, Rusiya-Ermənistan hərbi itifaqına və ya birgə hərbi qoşun birlikləri yaradılmasına görə Azərbaycan işğal altındakı torpaqların güc yolu ilə həllinə girişə bilməz. Əlbəttə, Kreml Azərbaycanın Ermənistan üzərində hərbi üstünlük qazanmasını istəmir. Ancaq orası da var ki, Rusiya Dağlıq Qarabağ və ətraf rayonları Azərbaycanın ərazisi sayır. Demək, Rusiya digər ölkələr kimi, Azərbaycanın bu torpaqlardakı hüququnu tanıyır. Yox, əgər Rusiya hərbi birləşmələi işğalçı ilə birgə Azərbaycana qarşı hər hansı təxribat həyata keçirərlərsə, müharibə total xarakter daşıyacaq ki, bu, heç Rusiyanın da maraqlarına cavab vermir".

14 Noyabr 2016 3:08

«İqtisadiyyatda ciddi struktur islahatları aparılmalıdır»

tramp-44

Samir Əliyev: «Vergilər Nazirliyini, Gömrük Komitəsini və Maliyyə Nazirliyini birləşdirmək mümkündür» Maliyyə böhranı ölkənin iqtisadiyyatını iflic vəziyyətinə salsa da, hökumətin bu istiqamətdə addımları nəzərə çarpmır. Yaranmış vəziyyətdə məntiqlə hökumət ciddi qənaət rejiminə keçməlidir. Amma biz nə görürük? Bir-birini təkrarlayan dövlət strukturları yenə də qalmaqdadır. Halbuki hələ birinci devalvasiyadan sonra müstəqil ekspertlər vurğulayırdılar ki, bu istiqamətdə ciddi islahata ehtiyac var. Lakin böhran yalnız özəl sektorda ixtisarlara səbəb oldu. Xırda və orta şirkətlər işçilərini ixtisar edərək fəaliyyətlərini qoruyub, saxlamağa çalışdılar. Bu arada isə hökumət islahatlar adı altında təqdim etdiyi addımlar tam əksinə dövlət strukturlarının yükünün artırılmasına səbəb oldu. Məsələn, Nəqliyyat Nazirliyinin səlahiyyətləri əlindən alınsa da, yerlərdə yaradılan əlavə strukturlar əlavə xərc deməkdir. Bundan başqa bir çox dövlət idarələrində daxili istintaq şöbəsi fəaliyyət göstərir ki, bu qurumun da ləğvi dövlət aparatını əlavə yükdən götürə bilər. Belə olan halda hökumət niyə dövlət aparatının əlavə yüklərdən götürülməsi istiqamətində addım atmır? Bəs, ölkədə hansı nazirliklər ixtisara məruz qalmalıdır? İqtisadçı Samir Əliyevin fikrincə, Azərbaycan iqtisadiyyatında ciddi struktur islahatları aparılmalıdır. Bir-birini təkrarlayan qurumlar ləğv edilməli, eyni zamanda vacib olan yeni institular yaradılmalıdır: «Azərbaycanda bir-birini təkrarlayan eyni qurumlar hələ də qalmaqdadır. Məsələn, Vergilər Nazirliyini, Gömrük Komitəsini və Maliyyə Nazirliyini birləşdirmək mümkündür. Yaxud da, Sosial Müdafiə Fondu Sosial Müdafiə Nazirliyinə birləşdirildi. Amma orada sosial haqların yığılmasını Vergilər Nazirliyinə vermək lazımdır».

12 Noyabr 2016 12:50

Dollar ilin sonuna 2 manat olacaq

tramp-44

Ölkənin 10 iri bank dollar satışını dayandırdı Ötən oktyabr ayının 17 və 18-də 1 ABŞ dolları 1.5969 manat səviyəsinədək düşmüşdü. Ötən 25 gün ərzində Dollar 0.09 manat və ya 5,6% bahalaşaraq bu gün 1.6869 manata qalxıb. Artıq bir çoxları dolların belə bir sürətlə qalxmasından narahatlıq keçirir. “Marja”nın məlumatına görə, əgər, Mərkəzi Bankın müdaxiləsi olmasa və Dolların bahalaşması son 25 gündəki sürətlə davam edərsə, ilin sonunda 1 dollar 1.87-1.88 aralığındakı səviyyələrədək çıxa bilər. Dolların bahalaşmasının sürəti bir az aşağı olarsa belə, 1 dollar 1,8 manat səviyyəsinin üzərinə qalxa bilər. Bu ssenarilər reallaşarsa banklar 1 dolları 1 manat 90 qəpikdən baha satacaqlar. Əgər Mərkəzi Bank və Neft Fondu birlikdə valyuta hərracında böyük məbləğdə valyuta satarlarsa Dolların bahalaşması səngiyə və ya düşə bilər. Məsələ burasındadır ki, Mərkəzi Bank ehtiyatlarını maksimum qoruyub saxlamaq istəyir. 31.10.2016-cı il tarixinə Mərkəzi Bankın valyuta ehtiyatları 4 milyard 5,5 milyon dollar təşkil edib. Dövlət Neft Fondu isə bildirib ki, Fond manata ehtiyacı olduqca dollar sata bilər. Dolların məzənnəsinin qalxması Mərkəzi Banka və Neft Fonduna ehtiyatlarını az da olsa qorumağa kömək edir. Məzənnə yüksəldikcə, tələb olunan manat vəsaiti üçün Daha az dollar satılır. Dollar satışı dayandırıldı Bu gün dollar satmayan bankların sırasına daha 2-si əlavə olunub. Fins.az xəbər verir ki, “Bank of Baku” və “Bank Respublika” ABŞ valyutasının satışını dayandırıb. Qeyd edək ki, bu günədək “Bank Respublika” dolları müəyyən limitlə satırdı. Dünən isə limiti tamamilə azaldaraq 100 dollar məbləğimdə müəyyən etmişdi. “Bank of Baku” isə son günlər valyuta satışını limitsiz həyata keçirirdi. Lakin bu gündən satışı dayandırıb. Bankdan bildiriblər ki, əgər kassada dollar alınsa həmin həcmdə də satış olacaq. Xatırladaq ki, dünən Pakistan Milli Bankının Bakı filialı və Azərbaycan Sənaye Bankı valyuta satışını dayandırıb. Bundan öncə isə “Kapital Bank”, “VTB Bank” və “Paşabank” dollar satmaqdan imtina edib. Beləliklə, bu gün ABŞ valyutasını satmayan bankların sayı 10-a çatıb. Dollar satmayan banklar bunlardır “Bank of Baku”, “Bank Respublika”, Pakistan Milli Bankının Bakı filialı, Azərbaycan Sənaye Bankı, Azər-Türk Bank, Ziraat Bank, “Naxçıvanbank”, “Kapital Bank”, “VTB Bank”, “Paşabank”. Trampın müşaviri: “FED dekabrda uçot dərəcəsini artıracaq” ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın iqtisadi müşaviri Devid Malpas Federal Ehtiyatlar Sisteminin (Federal Reserve System, FED) fəaliyyətini ciddi tənqid edib. ABŞ-ın CNBC telekanalına müsahibəsində D. Malpas qeyd edib ki, FED-in fəaliyyətinin nəticələri qənaətbəxş deyil.  Bununla yanaşı, müşavir qeyd edib ki, tənzimləyici müstəqil siyasət yürüdür. “FED müstəqildir. Lakin problem ondadır ki, tənzimləyicinin nəticələri qənaətbəxş deyil. Bizim iqtisadi artım templərimiz olduqca aşağıdır. Məsələnin dərinliyinə baxmalı və onların nəyi düz etmədiyini anlamalıyıq”, – deyə o izah edib. O bildirib ki, FED dekabrda keçiriləcək iclasda uçot dərəcəsini artıracaq: “FED dekabrda keçiriləcək iclasda statistik məlumatlara əsaslanacaq. ABŞ-da iqtisadi artım tempinin sürətlənməsinin bütün əlamətləri var”. Müşavir qeyd edib ki, FED ABŞ-da iqtisadi artım tempinin ləngiməsinə səbəb olan qurumlardan  biridir. D. Malpasın sözlərinə görə, D. Tramp prezidentliyi dövründə kiçik biznesdə məşğulluğun artmasına fokuslanacaq: “Buna tənzimləmənin artırılması və vergilərin azaldılması hesabına nail olmaq olar”. Millət vəkili Vahid Əhmədov isə hazırda bankların dollar satışını dayandırmasının səbəbini anlamır: «Mən bilmirəm ki, banklar dollar satışını niyə dondurub. Çünki satışa dollar çıxarılır. Neft Fondu və Mərkəzi Bank müəyyən məbləğdə vəsait ayırır. Dolların satışının dondurulması düzgün əməliyyat deyil. Amma ötən gün yaxın bir dost bankdan 45 min dollar vəsait götürdü, dəyişdi  və heç bir problem olmadı. Mərkəzi Bank vaxtında öz ehtiyatlarını qorumalı idi. İndi artıq gecdir. Manatı qorumağa heç ehtiyac yoxdur. Çünki manatın kursu üzən məzənnə üzrə müəyyən olunur və bazara dəyərini almalıdır. Ona görə də, vaxtında 11.2 milyard vəsaiti real sektora versəydilər, indi Azərbaycanda heç bir problem olmazdı». Hazırda yaşananların fonunda manatı nə gözləyir? Biz dolların məzənnəsində hansı dəyişiklikləri görə bilərik? Samir Əliyev: «Manat ucuzlaşmaqda davam edəcək» İqtisadçı Samir Əliyev bildirdi ki, manat ucuzlaşmaqda davam edəcək. S.Əliyevin sözlərinə görə, bu artıq müzakirə mövzusu deyil: «Manat real bazarını almayıb. Manatı indiki səviyyədə saxlamağa valyuta ehtiyatlarımız uzun müddət tab gətirə bilməz. Eyni zamanda manata təsir edən xarici və daxili faktorlar var. Xarici faktorlar neftin qiymətidir. Eyni zamanda FED-in qərarları da prosesə təsir edir. Amma FED ABŞ-da müstəqil qurumdur. FED hakimiyyətdə olanların göstərişlərini yerinə yetirmir. Onlar müstəqil qərar verirlər. Uçot dərəcəsini qaldırmaq üçün müəyyən tələblər var. Hətta Klinton seçilsəydi belə FED müstəqil qərar verəcəkdi. Ona görə Trampın müşavirənin deməyindən asılı olmayaraq FED qərarı müstəqil qəbul edəcək». S.Əliyev onu da bildirdi ki, Dekabrda ABŞ-ın makro iqtisadi göstəriciləri məlum olacaq. Ondan sonra məlum olacaq ki, uçot dərəcəsi qaldırılacaq yoxsa-yox. İl ərzində FED səkkiz dəfə iclas keçirir. Dolların uçot dərəcəsi qaldırılmasa belə, manat ucuzlaşacaq. «Sadəcə olaraq uçot dərəcəsi qaldırılsa manata təzyiq artacaq. Manat ucuzlaşmalıdır. Mən yay ayında da demişdim ki, manat dollar qarşısında 1.80 ola bilər. Amma fövqəladə hadisə baş versə, manat daha çox ucuzlaşa bilər», deyə S.Əliyev vurğuladı.

12 Noyabr 2016 11:41

Atatürk SSRİ səfirinə nə üçün hirslənib?“Mən Stalindən qorxmuram, niyə məni saymır?” –TARİX

dollar-3

10 noyabr Mustafa Kamal Atatürkün vəfatı günüdür. Faktinfo.az bildirir ki, professor, tarix elmləri doktoru Cəmil Həsənli XX əsrin böyük siyasi liderlərindən olan Mustafa Kamal paşanın 1936-cı ilin oktyabr ayının 29-da Ankaradakı Sovet səfiri Lev Karaxanla (Karaxanyanla) olan söhbətinin gizli şəkildə Moskvaya göndərilmiş məzmununu açıqlayıb. Gizli sənəddə göstərilirdi ki, həmin gün Türkiyədə Cümhuriyyət bayramı olduğu üçün Mustafa Kamal paşa onu müşayiət edən şəxslərlə birlikdə Sovet səfirliyində təşkil edilən qəbula xeyli gec gəlmişdi. O, Karaxanla salamlaşdıqdan sonra onunla birlikdə bufetə keçmiş və orada qızğın mübahisələr başlayıb. Mustafa Kamal paşa SSRİ-yə olan dostluğundan və rəğbətindən söz açıb və həmin dəqiqə bəyan edib ki, Türkiyə müstəqilliyinin ildönümü münasibəti ilə Sovet rəhbərinin təbrik göndərməməsindən çox incikdir. Lev Karaxan ona cavab verib ki, bu, həqiqətə uyğun deyil və  həmin təbriki teleqraf vasitəsi ilə yoldaş Mixail Kalinin göndərib. Mustafa Kamal paşa acıqlı halda bildirir ki, bu ona məlumdur: “Mən onu almışam və cavab da vermişəm. Lakin mən vasitəçinin araçılığı ilə iş görməyi xoşlamıram. Mən nəinki Türkiyə Cümhuriyyətinin prezidentiyəm, eyni zamanda türk xalqının lideriyəm”. Daha sonra o, Karaxandan soruşur: “Sizdə rəhbər kimdir?”. Karaxan cavab verir ki, rəhbərimiz yoldaş Stalindir. Mustafa Kamal paşa cavabında deyir: “Onda nə üçün o, mənə təbrik teleqramı göndərməyib. Ondan başqa hamı göndərib. Bununla o, göstərmək istəyir ki, məni saymır?” Karaxan cavab verir ki, bu belə deyil, SSRİ-də Stalinin təbrik teleqramı göndərməsi qəbul olunmayıb. Əlavə edir ki, oktyabrın 28-də Cümhuriyyət günü münasibəti ilə Kamal paşanı təbrik etdikdə, Stalinin şəxsi salamlarını da ona çatdırıb. Kamal paşa qeyd edir ki, o, Sovet İttifaqı ilə dostluğa böyük əhəmiyyət verir və nə qədər ki, o, yaşayır, bu dostluq mövcud olacaq. Lakin o, bu dostluğu yalnız bərabər tərəflərin dostluğu kimi qəbul edir. Atatürk hesab edirdi ki, Stalin ona təbrik teleqramı göndərməli, bunu vasitəçi yolu ilə etməməlidir. Karaxan etiraf edir ki, müəyyən mənada bu fikir doğrudur. Onun özü Xarici işlər naziri Rüştü Arasla söhbət edən zaman bəzən bir-birini başa düşmürlər, lakin Aras Maksim Litvinovla söhbətləşəndə daha yaxşı bir-birlərini anlayırlar. O, əmindir ki, əgər Kamal paşa şəxsən yoldaş Stalinlə görüşsə, onlar bir neçə dəqiqənin içində istisnasız olaraq bütün məsələlərdə razılığa gələ bilərlər. Sonra söhbət zamanı Kamal paşa ilə Stalinin görüşünün təşkil edilməsi barədə fikir mübadiləsi edilir və bu görüşün vacibliyi vurğulanır. Atatürk söhbət zamanı yenidən xəbərdarlıq edir ki, o, yalnız bərabər hüquqlu münasibətlərin tərəfdarıdır. Ayrı formada qarşılıqlı əlaqələrə razı deyildir. “Mən bilirəm, Sizin çox güclü, mexanikləşdirilmiş ordunuz var, lakin mən ondan qorxmuram, ümumiyyətlə, bu dünyada heç kimdən qorxmuram, o cümlədən sizdən də. Mənim arxamda 18 milyonluq xalq dayanır, yetərlidir ki, mən əmr edim, mən hara desəm, onlar mənim arxamca gələcəkdir. Mən istəsəm münasibətlərə böyük ziyan vura bilərəm. Mən bunu əlbəttə ki, heç vaxt etmərəm, ona görə ki, mənim sözüm də dostluğum kimi müqəddəs və sarsılmazdır.” Gizli məlumatın mətni ilə tanış olduqdan sonra Stalin onun üzərinə maraqlı dərkənar qoyub: “Voroşilova, Kaqanoviçə, Orcanikidzeyə, Litvinova. Bizim “dostumuz” Atatürkün “nitqinin” mətni ilə tanış olmaq maraqlı olardı." Gördüyünüz kimi, qələmlə yazılmış dərkənarda hər iki söz məhz Stalin tərəfindən dırnaq içərisinə alınıb.

10 Noyabr 2016 8:03

Tramp ABŞ siyasi sistemini necə məsxərəyə qoydu? –TƏHLİL

trtrtr

    Əksər Qərb və rus media orqanları ABŞ-da prezident seçkilərinin gözlənilməz nəticəsindən, respublikaçıların namizədi Donald Trampın qələbəsindən yazır. “ZƏRBƏ DALĞASI” «The Associated Press» agentliyinin «The New York Times» qəzetində dərc olunan məqaləsi bu sözlərlə başlayır və müəllif amerikalıların seçimini başqa cür təsvir edə bilmədiyini deyir. Müəllif yazır ki, Donald Trampı seçməklə ABŞ xalqı cilovu kampaniyasını dövlətə etimadsızlıq əsasında quran, bütün siyasətçiləri işdən qovacağını deyən adama verdi. Xalqın arzuları kimi qəzəbini də yönləndirəcəyinə söz verən, dəyişiklik deyil, vurub-yıxmağı vəd edən şəxsi prezident seçdi. Müəllifin fikrincə, Trampın prezidentliyinin sonuclarını ehtimal etmək çətindir. Çünki Klintona qarşı kampaniyası dövründə bu adamın siyasətindən çox şəxsiyyəti diqqəti çəkirdi. Dedikləri isə minlərlə adamın küçələrə, etiraz aksiyalarına çıxmasına səbəb olurdu. KÜTLƏNİN ÜSYANI Amma Tramp ABŞ-ın Böyük Tənəzzüldən əziyyət çəkmiş kənd icmaları və ağdərili işçi qüvvəsinin rəğbətini qazana bilibmiş. Çünki onun seçilməsi məhz bu zümrə arasında çoxdan uduzulan yarışda qazanılmış qələbə kimi qarşılandı. Müəllif yazır ki, Tramp bu kütlənin iş yerlərinin azalması və miqrantların axınıyla bağlı narahatlığını anladı. O da bu insanlar kimi liberal mətbuata nifrət etdi, heç bir siyasətçiyə bənzəmədi. Həqiqəti söyləməyə, qaydaları yenidən yazmağa və yoluna çıxanları hətta təhqir etməyə hazır görünən maqnatın seçilməsi özünü hər şeydən kənarda hiss edən kütlənin üsyanı oldu. AP-nin yazdığına görə, Trampın qələbəsi sarsıtdı, çaşdırdı, eyni zamanda sanki Obama siyasətinə ittiham hökmü oxudu. BİRCƏ TRAMP BİLİR «Bizim həyatımızda belə bir şey olmayıb», -deyə prezidentlərin tarixiylə məşğul olan Duglas Brinkley Trampın qələbəsini Franklin Ruzveltinkinə bənzədib. Ruzvelt 1932-ci ildə Böyük Depressiyaya görə günahlandırılan Herbert Quverə qalib gəlmişdi. Maraqlıdır ki, siyasətçilərin, iqtisadçıların, hərbçi və diplomatların çoxunun fikrincə, Trampın yeni idarəçilik barədə təkliflərinin gerçəkləşməsi ağlasığmazdır, mümkünsüzdür və konstitusiyaya ziddir. Məsələn, onun müsəlmanların ABŞ-a buraxılmamasıyla bağlı təklifi Vaşinqtondakı demokratları da, respublikaçıları da yerindən oynadıb. Onun Meksika hökumətini sərhədə divar çəkməyə məcbur edə biləcəyinə çox az adam inanır. İraq və Suriyada İŞİD-i bombalamağın da qəzəbli nitqdən artıq bir şey olub-olmamağını isə bircə Tramp bilir. Xalqın Trampın planlarına xeyir-dua verib-vermədiyini göstərən faktlar da qarışıqdır. Bir tərəfdən, seçicilər respublikaçıların çoxunun Senatda qalmasına razılıq veriblər. Digər tərəfdən, sorğular miqrantlar məsələsinin seçicilərdən ötrü bir o qədər əhəmiyyətli olmadığını göstərib. Sorğularda iştirak edənlərin yarısı Trampın Meksikaya divar çəkdirməyinin əleyhinə olduğunu söyləyib. KLINTONA ZƏRBƏNİ KİM VURDU? Amma seçicilərin daha çox əleyhinə olduğu Klinton imiş. Müəllif yazır ki, 20 illik siyasi təcrübəsinə baxmayaraq, ağdərili işçi qüvvədən uzaqlığı, üstəlik, həm tərəfdarları, həm də rəqibləri arasında etimadının azalması Klintonun məğlubiyyətinin əsas səbəbləridir. Müəllifin fikrincə, Federal Təhqiqatlar Bürosunun (FBI) seçkiyə cəmi 11 gün qalmış Klintonun gizli məlumatları şəxsi e-mail-indən paylaşması barədə açıqlaması demokratların kampaniyasına çox böyük zərbə oldu. Düzdür, FBI direktoru səsverməyə 2 gün qalmış işi bağladı, Klintonu təmizə çıxardı. Ancaq artıq gec idi. Erkən seçkilərə qatılan 24 milyona yaxın adam seçimini artıq etmişdi. Bu isə prezidentlik üçün çox böyük rəqəmdir. “Trampın qələbəsi bütün ənənəvi siyasi qaydaları məsxərəyə qoydu”, – deyən müəllif bu namizədin seçicilərlə heç bir faktiki iş aparmadığını, televiziyalardakı reklamlarının rəqiblərininkinə çatmadığını, seçici proqramları və analizləri rədd etdiyini vurğulayır. Klinton-un seçki kampaniyasına 513 milyon dollar toplandığı halda, Trampın öz cibindən qoyduğu pullar da daxil olmaqla, cəmi 66 milyon dollar yığdığı da qeyd olunur.

10 Noyabr 2016 2:21

Trampın sözçüsündən Fətullah Gülən açıqlaması

dollar-3

ABŞ-ın yeni prezidenti Donald Trampın təhlükəsizlik və kəşfiyyat üzrə baş sözcüsü, təqaüdçü general-leytenant Maykl Flaynn siyasi analiz saytı "The Hill" üçün qələmə aldığı yazısında Türkiyə ilə əlaqədar qiymətləndirmələr aparıb   Faktinfo.az Milliyet-ə istinadən bildirir ki, Trampın təyin edəcəyi yeni dövlət adamları sırasında ismi Müdafiə Nazirliyi üçün çəkilən Flaynn "The Hill" üçün "Müttəfiqimiz Türkiyə böhran içində və dəstəyimizə ehtiyacı var" başlıqlı yazısında Türkiyəylə bağlı maraqlı məqamlara toxunub. "Vaşinqton, Türkiyənin Usamə Bin Ladeninə sığınacaq olur" Yazısında ABŞ-ın, FETÖ rəhbəri Fətullah Gülənə sığınacaq verməməsini işarə edən Flaynn "Pensilvanyaya rahatca köçərək bu maskalı terror və qeyri-sabitlik mənbəyi tərəfindən Vaşinqtonun NATO müttəfiqi Türkiyəyə mane olmaq məntiqsizdir. Vaşinqton Türkiyənin Usamə bin Ladeninə sığınacaq yeri olub. 11 sentyabrdan sonra Usamə bin Ladenin Türkiyədə gözəl bir kənddə yaşadığını və eyni anda da türk vergi ödəyicilərinin vergiləri ilə maliyyələşən 160 məktəbin rəhbəri olduğunu öyrənsəydik, nə edərdik?" şərhini edib. FETÖ-nün ABŞ-dakı məktəblərinə da toxunan Flaynn "Amerika vergi ödəyiciləri, Gülənin ABŞ-dakı 160 məktəbinin maliyyələşməsinə kömək edir. Bu məktəblərlə əlaqədar bir çox iddia var" qeydini edib. Yeni prezidentin Gülən mövzusunda Obama dövründən fərqli bir yol cızacağı ehtimalına diqqəti çəkən Flaynn Gülənin özünü "mülayim" olaraq göstərdiyini, ancaq əsl üzünün göründüyündən fərqli olduğunu ifadə edib.

10 Noyabr 2016 11:58

Amerikanın yeni prezidenti Trampın qələbə nitqi: “Biz ədavət deyil, ümumi maraqlar, münaqişə deyil, tərəfdaşlıq arayırıq”

tr

  Vox (ABŞ), 09.11.2016 © REUTERS, Andrey Kelli   Təşəkkürlər! Hər birinizə böyük təşəkkürlər. Bağışlayın ki, sizi gözləməyə məcbur etdim. Məsələ olduqca, son dərəcə mürəkkəbdir. Sizə böyük təşəkkürlər. Dövlət katibi Klinton indicə mənə zəng etmişdi. O bizi təbrik etdi. Söhbət bizdən gedir. Bizim qələbəmizdən. Mən də onu və ailəsini dedikcə sərt mübarizə ilə müşayiət olunan kampaniyaya görə təbrik etdim. O, var qüvvəsilə mücadilə apardı. Hillari uzun müddət ərzində inadla, çətinliklə zəhmətə qatlaşdı və hamımız ölkəmizə xidmətə görə ona təşəkkür etməliyik. Mən tam səmimi danışıram. İndi Amerikanın nifaq yaralarını sarımağın zamanı yetişib, bir yerə toplanmağın vaxtıdır. Bütün respublikaçılara, demokratlara və müstəqillərə deyirəm ki, birləşmək və vahid xalq olmağın vaxtı çatıb. Vaxtdır. Ölkəmizin bütün vətəndaşlarına vəd edirəm ki, bütün amerikalıların prezidenti olacağam və bu mənim üçün çox önəmlidir. Keçmişdə məni dəstəkləməyənlərə – belələri isə çox azdır – məsləhət və yardım üçün xahiş edirəm ki, birgə işləyə bilək və böyük ölkəmizi birləşdirək. Lap əvvəldən söylədiyim kimi, bizim kampaniyamız deyil, ağlasığmaz, böyük, özü və ailəsi üçün daha işıqlı gələcək arzulayan, ağır şəraitdə işləyən milyonlarla kişi və qadını birləşdirən hərəkat var idi. Bu hərəkat bütün irq, etiqad, mənşə və baxışların amerikalılarından ibarətdir. Onlar gözləyirlər ki, hökumət xalq xidmət edəcək və bu  olacaq. Biz birlikdə işləyərək millətin bərpası və Amerika arzusunun yenilənməsi kimi təcili vəzifəni həll etməyə başlayacağıq. Layihələrdə və bütün dünyadakı insanlarda kəşf edilməmiş potensial axtarmaqla  bütün ömrümü biznesdə keçirmişəm. İndi bunu ölkəmiz üçün etmək istəyirəm. Nəhəng potensialdır. Mən ölkəmizi çox yaxşı tanıdım. Nəhəng potensialdır. Bu, son dərəcə gözəl olacaq. Hər bir amerikalı kişi və qadın öz potensialını tam gerçəkləşdirmək imkanı əldə edəcək.  Ölkəmizin unudulmuş kişi və qadınları daha tərk edilmiş olmayacaqlar. Daxili şəhərlərimizi sahmana salacaq və yol, körpü, aeroport, məktəb və xəstəxanalar inşa edəcəyik. İnfrastukturumuzu sazlayıb dünyada ən yaxşı infrastuktur edəcəyik. Yeri gəlmişkən, milyonlarla adam da bunun üzərində işləyəcək. Nəhayət, bu on səkkiz ay ərzində ölkəmizə nə qədər sadiq olduqlarını öyrəndiyim görkəmli veteranlarımızn qayğısına qalacağıq. Kampaniya zamanı onlarla vaxt keçirmək mənim üçün çox böyük şərəf idi. Veteranlarımız valehedici insanlardır. Biz milli yenilənmə və yüksəliş layihəsini işə salacağıq. Xalqımızın yaradıcı istedadlarını işə cəlb edəcəyəm və yaxşıların ən yaxşılarını əzəmətli bacarıqlarını ümumi rifah üçün istifadə etməyə çağırıram. Bu, baş verəcək. Bizim böyük iqtisadi planımız var. İnkişaf tempini ikiqat artıracaq və dünyada ən güclü iqtisadiyyat yaradacağıq. Eyni zamanda bizimlə sülh içində yaşamaq istəyən ölkələrlə sülh içində yaşayacağıq. Bu cür olacaq. Bizim gözəl münasibətlərimiz olacaq. Biz çox gözəl, möcüzəli münasibətlər gözləyirik. Olduqca böyük arzu və olduqca çətin vəzifələr olmur. Gələcəyimiz üçün istədiyimiz hər şey əlçatandır. Amerika yalnız ən yaxşısını qəbul edəcək. Ölkəmizin taleyini bərpa etməli və böyük, ötkəm və cəsur mətləblər haqda xəyal etməliyik. Bunu etməyə borcluyuq. Ölkəmiz üçün cürbəcür, çox gözəl və uğurlu nəsnələr arzusunda olmalıyıq. Dünya birliyinə demək istəyirəm ki, Amerika maraqlarını birinci yerə qoymaqla hamı, hamı ilə düzgün davranacağıq. Bütün ölkələrə və bütün xalqlara. Biz ədavət deyil, ümumi maraqlar, münaqişə deyil, tərəfdaşlıq arayırıq. Və indi tarixi qələbə adlandırılan hadisəyə yetişməkdə mənə kömək edənlərin bəzilərinə təşəkkür etmək istəyirəm. * * * Uşaqlar, qubernator Kris Kristi inanılmaz idi. Sağ ol, Kris. Birinci adam, birinci qubernator, birinci böyük siyasətçi – icazə verin deyim ki, Vaşinqtonda ona dedikcə sayğı göstərirlər, çünki çox ağıllıdır. Senator Ceff. Haradadır Ceff? Böyük adamdır. Daha bir böyük adam, son sərəcə sərt döyüşçüdür. Onlarla asan deyildi, çətin idi. Bəs bu kimdir? Orada görünən mer deyildimi? Bu Rudidir? Bura, yuxarı. Mənim həqiqi dostumdur, amma sizə deyim ki, onu döyüşçü kimi tanıyıram, çünki demokratlara qarşı danışıqlar aparanlardan birincisiydi. Doktor Ben Karsons. O haradadır? Ben haradadır? Yeri gəlmişkən, Mayk Hakkabi də hardasa buradadır və o sadəcə, fantastik adamdır. Maykla tanışı Saranı gətirib, çox sağ olun. General Maykl Flinn. Və general Kelloq. 200-dən çşox general və admiral kampaniyamıza dəstək verib və onlar özəl insanlardır. Konqresin Şərəf medalına layiq görülmüş 22 nəfər bizimlədir. Hələ tanış olmadan   reportajlarını oxuduğum nadir insandır, inanın. Onunla heç bir pis saniyə də keçirməmişəm. O, valehedici ulduzdur. O … düzdür, necə sezdiniz? İcazə verin, sizə Rinsdən danışım. Mən Rins dedim. Bilirəm. Bilirəm. Bütün bu adamlara baxın. Bilirəm, Rins superulduzdur. Mən dedim ki, biz qalib gəlməsək, Rinsə superulduz demək olmaz. Katiblik kimi. Rins əsil ulduzdur və ən çalışqan və ağır şəkildə işləyən adamlardan biridir və bunu qismən mən etmişəm. Rins, bura gəl, bura çıx, Rins. İlahi, bunu düzgün etməyi öyrənməyinin vaxtıdır. Ya Rəbbim. Xeyr, bura gəl. Nəsə de. (Rins Pribas: Xanımlar və cənablar, ABŞ-ın növbəti prezidenti Donald Tramp! Təşəkkür! Bu, şərəf idi. Allah razı olsun!) Məftunedici oğlandır. Respublikaçıların milli qurultayı ilə əməkdaşlığımız bu qələbədə və gördüyümüz işlərdə çox mühüm rol oynadı və deməliyəm ki, bəzi valehedici insanları tanıdım. Məxfi Xidmətin əməkdaşları. Onlar sərt, ağıllı, bəsirətlidir və düzünü deyim ki, məı onlarla calaşmazdım. Mən böyük bir insan dəstəsinə yaxınlaşıb onlara əl etmək istərkən onlar məni aşağı dartıb oturacağa əyləşdirdilər. Amma fantastik adamlardır və Məxfi Xidmətə təşəkkür etmək istəyirəm. Nyu-Yorkun hüquq-mühafizə orqanları. Onlar bu gün buradadırlar. Bunlar əla adamlardır, lakin təəssüf ki, bəzən onları yetərincə qiymətləndirmirlər. Onlara dəyər verməyə borcluyuq. Deyirlər ki, bu, tarixi hadisədir, ancaq bunu həqiqətən tarixi hadisə etmək üçün çox böyük işlər görməliyik və söz verirəm ki, sizi pis vəziyyətə salmayacağam. Biz böyük işlər görəcəyik. Biz böyük işlər görəcəyik. Və sizin prezidentiniz olmaqla xeyli uzağa baxıram və ümid edirəm ki, iki, üç, dörd və hətta səkkiz ildən sonra deyəsiniz ki, əksəriyyətiniz bizimlə bizim üçün elə möhkəm işləyibsiniz və deyəsiniz ki, bununla fəxr edirsiniz. Sizə böyük təşəkkürlər. Və deyə bilərəm ki, kampaniya başa çatsa da, hərəkatımızın işi indi-indi başlanır. Biz yubanmadan Amerika xalqının xatirinə işləməyə başlayırıq. Biz işləyəcəyik və ümid edirəm ki, öz prezidentinizlə fəxr edəcəksiniz. Çox fəxr edəcəksiniz. Və bu mənim üçün şərəfdir. Bu, sarsıdıcı hadisədir. Bu iki il ağlasığmaz idi. Mən bu ölkəni sevirəm. Sağ olun. Böyük təşəkkürlər. Sağ ol, Mayk Pens.   Tərcümə Strateq.az-ındır.

9 Noyabr 2016 5:26

“Qızıl kimdədirsə, qızıl qanun da ondadır!” –Zahid Orucdan Trampın qələbəsi ilə bağlı təhlil

za

  Zahid ORUC, millət vəkili Bir neçə gün öncə İspaniyanın nəşrlərindən biri Donald Trampın Putinə telefon açaraq onun prezident seçkilərini qazanmasından sonra Klintonun gələcək taleyi haqqında xəyali bir söhbət qurmuşdular. Gerçəkliyə yaxın görünməsə də, hər iki prezident birgə qələbəsini qeyd edərək rəqiblərini "tonqalda yandırmaq" istəyirdilər. Deyəsən, ispan münnəcimlərinin lətifə olaraq düzüb-qoşduqları hekayə doğru çıxır. Bir il altı ay davam edən seçki kampaniyasında baş verən bütün fatal hadisələrə baxmayaraq,Tramp ona qarşı işləyən dövlət maşınını məğlub etdi. Lakin onun rəqiblərinin Hitler adlandırdıqları Putinin marionet təmsilçisi kimi Amerika seçkilərinə qatılan Trampı aşağılamaq istəmələri nəticə vermədi. Deməli, dünyada Trampa rəsmi Ağ Evin və Klinton komandasının təbliğatı özünə böyük tərəfdarlar qazanmadı. Nəticədə Rusiyada və dünyanın onlarla ölkəsində rəy sorğularında öndə olan şəxs qalib gəldi. Bunu Putinin qələbəsi adlandırmağın əleyhinə olanlar, yenə də ABŞ sisteminin insan faktorundan asılı olmadığı arqumentini irəliyə sürəcəklər. Lakin reallıq bununla dəyişməyəcək: – Putinə nifrət Amerikada qalib gəlmədi. Hər iki Obama bütün dövlət resurslarını rəqiblərinin əleyhinə çevirəsələr də,hətta az qala Federal Kəşfiyyat Bürosunun rəhbəri Kameyi Rusiyanın xeyrinə casusluqda günahlandırsalar da, Putinin Ağ Ev üzərindəki kölgəsini yox edə bilmədilər. Kiberhücumlar Moskvanın qələbəsinə səbəb oldu. İndi Yaxın Şərqdən Qafqaza, Afrikadan Asiyaya qədər böyük bir məkanda baş verən fəlakətlərin durdurulması mümkün olacaqmı, bunu yaxın gələcək göstərəcək. Lakin Amerikada siyasi zəlzələlər törədiləndə, dünyada nizamın pozulmadığı dəfələrlə üzə çıxıb. Tramp kimin taleyini təkrarlayacaq: – Reyqanın, Buşun, yoxsa Kennedinin? Amerika xalqının hüzur və əminamanlığını istəyən hər kəs yeni prezidentdən təmsil etdiyi dövlətin ədaləti və sülhü simvolizə etməsini arzulayır. Seçkilərdə bütün namizədlərə nifrətini və hiddətini ifadə edən milyonlarla insanıın üzərinə dünyadakı antiamerikanistləri də gəlsək, Trampın qlobal missiyasını anlamaq, o qədər də çətin olmayacaq. Amerika təkcə amerikalıların deyil. Tramp yalnız bir ölkəni təmsil etmir. Ona görə də seçki qələbəsini idarəçilikdə doğrultmaq hələ zaman tələb edir. İnaqurasiyada and içəndən sonra yeni prezidentin çiyinlərinə düşən yük onu dünyanın gözü qarşısında büsbütün dəyişəcək. Bax, onda seçki çıxışlarını çoxları xatırlamayacaq! Trampın 6 milyard kapitala malik olması məşhur aforizmin əbədiyaşar gücünü göstərir: "Qızıl kimdədirsə, qızıl qanun da ondadır!".

9 Noyabr 2016 3:11

Rusiyanın ən varlı milyarderləri  –Araşdırma

mil

Erik Nilson Svenska Dagbladet (İsveç), 06.11.2016 Neft, qaz və polad – Rusiya multimilyarderlərinin əsas gəlir qaynağı budur.  Son 10 ildə Rusiyanın ən varlı adamı titulu yeddi nəfəər məxsus olub və hazırda bu yarışda yeni lider meydana çıxıb. “Bloomberg Billionaires”-in məlumatına görə, bu günlərdə polad maqnatı Aleksey Mordaşovun sırası çatıb. Siyahı gerçək zaman rejimində yenilənir. Mordaşov birinci yerdə cəmi bir gün qalıb, sonra başqa bir milyarder onu geridə qoyub. 7.Vladimir Lisin silah sənayesindən gileylidir Lisin 60 yaşı ərzində yüksəlib böyük pullar qazana bilib. O, kömür şaxtasında mexaniklikdən başlayıb, Sibirdə poladəritmə müəssisəsində işləyib. 1991-ci ildə SSRİ dağıldıqdan sonra isə rəisinin metallurgiya naziri təyin edildiyi Moskvaya yollanıb. Lisin paytaxtda Rusiya poladı və alüminium ixracatı bazarında üstün mövqe tutan “Trans-World Group” şirkətində işə düzəlib. 2000-ci ildə indi ölkədə ən böyük sayılan Novolipetsk metallurgiya kombinatı səhmlərinin nəzarət paketini alıb. Lisin həmçinin dəmiryol “First Cargo”-ya məxsus “Cargo Logistics Holding” şirkətini idarə edir. Moskva yaxınlığındakı Avropada ən böyük komplekslərdən biri olan “Tülkü yuvası” atıcılıq kompleksinin inşasını maliyyələşdirib. O bu il Davos beynəlxalq iqtisadi forumunda mülki hədəflər üçün pis silahlar buraxan Rusiya silah istehsalçılarından gileylənib. “Forbes”-in məlumatına görə, o deyib: “Üzr istəyirəm, amma bu məni təngə gətirib və mən öz istehsalımı işə salmışam. Hərbi sənayemiz hətta barıt və giliz istehsalı kimi primitiv işlərin də öhdəsindən gələ bilmir”. Lisin Bloomberg-in dnyanın ən zəngin adamalrı siyahısında 89-cu yerdədir. Onun sərvəti 11,5 milyard dollar təşkil edir. 2010-2011-ci illərdə Rusiyanın ən varl adamı sayılıb. 6.Əlişir Usmanov Nobel laureatının medalını alıb Əlişir Usmanov 1953-cü ildə Özbəkistanda anadan olub. Karyerasının başlanğıcında polietilen zərflərin istehsalı ilə məşğul olub, həmçinin tütün alveri edib, lakin 1990-cı illərin sonunda “Qazprom” konsernində  işləməyə başlayıb. “Qazprom” şirkətlərindən birində icraçı direktor vəzifəsini tutaraq öz imperiyasını qurmaq imkanı əldə edib. Usmanov metallurgiya və dağ hasilat sənayesinə, sonralar isə dəmir filizinə yatırımlar qoyub. 2007-ci ildə Rusiyada böyüklüyünə görə ikinci mobul rabitə əməliyyatçısı “Meqafon”un səhmlərini almağa başlayıb. 2012-ci ilin aprelində şirkətin əsas səhmdarı olub və ona tam nəzarət əldə edib. O, əvvəldən facebook-a yatırım qoymağa başlayıb, bu gün isə Airbnb, Spotify, Alibaba və “Arsenal” futbol komandasının səhmlərinə sahibdir. Rusiyada ən böyük şəxsi təyyarə – Airbus A340 – Usmanova məxsusdur. Usmanov Beynəlxalq Qılıncoynatma Federasiyasının rəhbəridir. Əlişir Usmanov 2014-cü ildə Nobel mükafatı laureatı Ceyms Uotsonun medalənı hərracda 4,1 milyon dollara alarkən hamının diqqətini cəlb etdi. O, medalı Uotsona qaytardı və tələb etdi ki, pul elmi araşdırmalara sərf edilsin. Uismanov təəssüflənirdi ki, Uotson medalı satmalı olub. “The Guardian” onun sözlərini sitat gətirir: “Gözəl bir alimin onu xidmətlərinin etirafı kimi aldığı medalı satmağa məcbur olduğu durumu qeyri-məqbul hesab edirəm”. Əlişir Usmanov 12 milyard dollarlıq sərvətlə dünyanın ən zəngin adamları sırasında 81-ci yeri tutur. O, üç il dalbadal – 2012-2014 – Rusiyanın ən varlı adamı sayılıb. 5.Mixail Fridman gecə klubunu idarə edib və  xalça ticarəti ilə məşğul olub Fridmanın doğma şəhəri – Lvovdur, musiqi isə onun tarixçəsinin ayrılmaz hissəsidir. O, klavişli alətlər qrupunda çıxış edib, həmçinin universitetdə oxuyarkən “Zemlyaniçnaya polyana” gecə klubunu idarə edib. Bundan başqa, Moskva teatrlarına biletlərin təkrar satışından da pis qazanmayıb. Nəticədə ona ən böyük gəliri gətirmiş işlə məşğul olmazdan qabaq pəncərələri yumaq üzrə şirkətin sahibi idi, həmçnin xalça alveri edir və Sovet İttifaqının son illərində kompüter satırdı. Hazırda telekommunikasiya və pərakəndə ticarətə yatırım qoyan “Alfa Group”-un tərkib hissəsi olan “Alfa-bank”ı 1991-ci ildə açıb. 1997-ci ildə bu siyahının növbəti iştirakçısı ilə birlikdə əvvəllər dövlətin mülkiyyətində olmuş “TNK” neft şirkətini alıb. 2004-cü ildə şirkətin yarısını Britniyanın BP şirkəti alıb. “TNK-BP” Rusiyada ən böyük neft istehalçısı oldu, 2013-cü ildə tamamilə “Rosneft”in nəzarətinə keçdi. Mixail Fridman dünyanın ən varlı adamları siyahısında 73-cüdür. Bloomberg-in məlumatına görə, onun 12,7 milyard dollar pulu var. Danışırlar ki, Fridman sərvətinin böyük hissəsini xeyriyyəçiliyə buraxmaq niyyətindədir. 4.Viktor Vekselberq diktatorun villasını alıb Riyaziyyat elmləri namizədi Viktor Vekselberq də Lvovda anadan olub.  Sovet İttifaqı dağıldıqdan sonra Rusiya özəlləşmə dalğasına başçılıq etmiş “Renova” investisiya şirkətini 1990-cı ildə qurub. Vekselberq “TNK”-ya investisiya qoymuş Fridmanla birlikdə Alfa Group-un sahibi olub. 2007-ci ildə dünyada ən böyük alüminium istehsalçısı “RUSAL” birləşmiş şirkətinin 16%-i alıb.  Lakin bir ildən sonra idarə heyətində mübahisələr başlanıb və Vekselberq 2012-ci ildəı sədr vəzifəsindən gedib. Veksleberq Forbs ailəsindən dünyanın ən zəngin Faberje yumutraları kolleksiyasını alıb. Həmçinin Benito Mussolininin yaşadığı Feltrinelli villası da ona məxsusdur. Vekselberq 14,1 milyard dollar qazanıb və dünyanın ən varlı adamları siyahısında 63-cü yeri tutur. 3.Leonid Mixelson incəsənət sərgilərini maliyyələşdirir Dağıstan respublikasında Xəzər dənizinin lap sahilindəki Kaspiysk şəhəri Rusiyanın ən varlı adamlarından birinin doğma şəhəridir. Leonid Mixelson varlılar siyahısına bir neçə dəfə başçılıq edib, amma indi üçüncü yerdədir. Mixelson Tümen vilayətinnə qaz kəməriləri çəkən inşaat idarəsində haçansa briqadir idi. 1985-ci ildə qaz şirkətinin baş mühəndisi oldu, 1990-cı ildə isə onu özəlləşdirdilər. Mixelson sonralar yeni neft-qaz yataqları axtardığı “Новафининвест” investisiya şirkətini işə saldı. “Новафининвест” indi adını “Новатэк” qoyub və Rusiyada ən böyük təbii qaz istehsalçısıdır. Mixelson həmçinin Şərqi Avropada ən böyük neft-kimya məhsulları istehsalçısı oan “Sibur” şirkətinin əsas səhmdarlarından biridir. Mixelson biznesdən savayı incəsənətlə ciddi maraqlanır və Rusiya muzeylərində sərgiləri maliyyələşdirir. Bloomberg-in məlumatına görə, Mixelson planetin ən imkanlı adamları siyahısında 55-cidir, onun sərvəti 14,9 milyard dollara çatır. 2.Aleksey Mordaşov almanca həvəslə danışır Altı övlad atası Aleksey Mordaşov Moskvadan şimaldakı Çerepovetsdə anadan olub və orada böyüyüb. O, metallurq oğlu idi və karyerasına Çerepovets metallurgiya kombinatında iqtisadçı kimi başlayıb. 1992-ci ildə müəssisənin maliyyə direktoru olub. Prezident Boris Yeltsin 1993-cü ildə kombinatı səhmdar cəmiyyətə çevirdi və adını dəyişib “Северсталь” qoydu. Mordaşov üç ildən sonra bu gün dünyanın ən böyük şirkətləri sırasına daxil olan müəssisənin baş direktoru vəzifəsini tutdu. O həm də səmhlərin nəzarət zərfini, o cümlədən kombinat əməkdaşlarının səhmlərini aldı. Mordaşov “Северсталь”da böyük paydan başqa TUİ turist şirkəti, “Силовые машины” energetika-maşınqayırma şirkəti və Tele2-Russia rabitə xidməti əməliyyatçısının səhmlərinə sahibdir. Bloomberg noyabrın 1-də məlumat verib ki, Mordaşov Vladimir Potanini arxada qoyub və Rusiyanın ən varlı adamı olub. Rusiyanın RT xəbər agentliyi rəqəmləri araşdırıb və aydınlaşdırıb ki, polad maqnatı oktyabrda 126 milyon dollar qazanıb.“Северсталь” səhmlərinin birjada dəyəri son bir ildə 18% artıb. Lakin Potanin cəmi bir gün sonra Mordaşovu taxtından aşırdıb. Lakin onların sərvəti, təxminən, bərabərdir, buna görə də istisna olunmur ki, tərəddüd hələ də davam edəcək. Bloomberg-in məlumatına görə, Mordaşov ingilis və alman dillərində səlis danışır, lakin ikinciyə üstünlük verir. Hər şeyə əsasən, dağ xizəyini sevir və bütün dünya üzrə dağ-xizək yamaclarını tez-tez yoluxur. Mordaşovun sərvəti 15,3 milyard dollardır və sözgedən siyahida 53-cü yeri tutur. 1.Vladimir Potanin keçmiş arvadı ilə məhkəmədə çəkişir O, prezidentin adaşıdır, amma gəlirləri aşkarca xeyli çoxdur. Potanin Moskvada diplomat və həkim ailəsində anadan olub. O, karyerasına sovet xarici ticarət nazirliyində başayıb, sonra isə Mixail Proxorovla birlikdə “Beynəlxalq maliyyə şirkəti” və o dövrdə Rusuiyada ən böyük özəl bank olan “ОНЭКСИМ Банк”-ı yaradıb. 1996-cı ildə Yeltsin təkrar seçildikdən sonra iqtisadiyyat və energetika məsələlərinə sorumlu olan nazir təyin edilib. Onu tez-tez Sovet İttifaqı dağılandan sonra dövlət müəssisələrinin özəlləşdirilməsi prosesinin arxasında duran adam kimi yada salırlar. Potanin sonralar siyasətdən aralanaraq “ОНЭКСИМ”-ə qayıdıb. O, Proxorovla birgə dünyada ən böyük nikel istehsalçısı olan “Норильский никель” daxil olmaqla əvvəllər dövlətə məxsus olmuş bir neçə müəssisəyə çıxış əldə edib. “ОНЭКСИМ” 1997-ci ilin avqustunda onun səhmlərinin 30%-i alıb. Potanin bu gün “Норильский никель”-in baş direktoru vəzifəsində çalışır. Onun Mixail Proxorovla tərəfdaşlıq münasibətləri korlanıb – xüsusən də Proxorov Fransanın dağ-xizək kurortunda fahişəlik şəbəkəsi təşkil etmək ittihamı üzrə həbs olunandan sonra. Potanin həmçinin arvadı Yekaterina ilə ağır boşanma prosesi yaşayıb: qadın 30 illik nikahdan sonra ona təklif edilmiş 140 milyon dolları yetərsiz sayıb və Potaninin bütün gəlirlərinin yarısını əldə etməyə can atmaqla ərini məhkəməyə verib. Moskva məhkəməsi onun iddiasını təmin etməyib və o, hökmdən şikayətə hazırlaşır. Potanin Bill Geyts və Uorren Baffetin “Hədiyyə etmək andı” qrupunun üzvüdür. Qrup iştirakçıları öz sərvətlərinin yarıdan çoxunu xeyriyyəçiliyə verməyi vəd edirlər. Bloomberg-in məlumatına görə, Potaninin 15,4 milyard dolları var – bu isə ümumdünya siyahısında 52-ci yer deməkdir. Hər halda, indiki anda.   Tərcümə Strateq.az-ındır.

7 Noyabr 2016 5:33

Dubaydan Azərbaycana 22 min turist gəlib

m

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında “Turizm haqında” yeni qanun layihəsi müzakirəyə çıxarılıb AzVision.az-ın məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin Planlaşdırma və inkişaf sektorunun müdiri Mahir Qəhrəmanov deyib ki, yeni qanun layihəsinin maddələri azaldılıb. Sektor müdiri bildirib ki, “Turizm haqqında” qanun layihəsi ilə bağlı fikir ayrılıqları olsa da, nəticə etibarı ilə ümumi məxrəcə gəlinib: “Qanun ilkin olaraq 135 maddədən ibarət idi. Müzakirələrdən sonra mövcud vəziyyət, tələblər və edilən təkliflər nəzərə alınaraq 97 maddəyə endirilib. Artıq Maliyyə Nazirliyi daxil olmaqla bütün dövlət qurumları qanun layihəsi ilə bağlı rəylərini bildirib. Qanunda əsas hədəf kimi Mədəniyyət və Turizm Nazirliyi 2001-ci ildən bu günə qədər olan təcrübəsi, ölkədə formalaşan və beynəlxalq müəssisələrdə təhsil olan mütəxəssislərin və turizm şirkətlərinin verdikləri təklif tövsiyələr, eləcə də Ümumdünya Turizm Təşkilatının bizə verdiyi tövsiyələr götürülüb. Layihədə eyni zamanda Avstriya və Litva tərəfindən bizə təqdim olunan təkliflər nəzərə alınıb”. Nazirliyin şöbə müdiri qeyd edib ki, turizm sahəsində Türkiyə praktikası mütləq öyrənilməlidir: “Turizmin inkişafında bələdiyyələrin rolu Türkiyə təcrübəsindən götürülməlidir. Orada bələdiyyələr turizmin inkişafına çox böyük töhfə vermək imkanına malikdirlər. Bələdiyyələr müstəqil formada öz ərazisində müəyyən turizm təsisatı yaradıb, gəlir gətirmək, sakinləri üçün yeni iş yerləri yaratmaq səlahiyyətlərinə malikdir”. Mahir Qəhrəmanov bu il Azərbaycana gələn turistlərin sayını açıqlayıb: “Ölkə başçısı tərəfindən viza məsələsi ilə bağlı turistlərə verilən dəstək yay mövsümundə turistlərin ölkəmizə axınına şərait yaratdı. 2015-ci ildə Dubaydan ölkəmizə gələn xarici vətəndaşların sayı 750 nəfər olub. Ancaq 2016-cı ilin 6 ayında Dubaydan gələn xarici vətəndaşların sayı 9500-dən çox olub. 9 ayda isə bu rəqəm 22 minə çatıb. Bildiyiniz kimi, ölkə başçısının tapşırığı ilə hər bir vətəndaş “ASAN xidmət” vasitəsilə müvafiq qanunvericiliyə uyğun olaaq 3 gün müddətində viza ala biləcək. Bu da turizm inkişafnda mühüm əhəmiyyət kəsb edəcək”.

4 Noyabr 2016 2:41

Britaniya nəşri: “Rusiya bu həftə Hələbə tammiqyaslı hücum başlayacaq” –Təhlil

1

“Times” qəzeti Qərb kəşfiyyat analitiklərinə istinadən yazır ki, Rusiya artıq bu həftə “Hələbə tammiqyaslı hücum” başlayacaq. O, “Admiral Kuznetsov” aviadaşıyıcısının döyüş qrupu Aralıq dənizi bölgəsində onun hərbi kontingentini möhkəmləndirəndən sonra hərbi əməliyyatlara başlamağı planlaşdırır. Nəşrin qeyd etdiyi kimi, Moskva əməliyyat üçün xüsusi olaraq elə bir vaxt seçib ki, ABŞ-da prezidenti seçkiləri və ondan sonrakı keçid dövrü ilə eyni vaxta düşsün. Hələbə gözlənilən hücum meydan oxunmayan “həyasiz militarizm”min nəyə gətirib çıxardığına əyani nümunədir. Məqalədə deyilir ki, keçən həftə Rusiya və Suriya təyyarələri Hələbin şərq məhəllələrinə vərəqələr atıb. Vərəqələrədə “qorxunc bir aydınlıqla” deyilir: “Bu sizin son ümidinizdir… Canınızı qurtarın. Bu rayonları təcili tərk etməsəniz, məhv ediləcəksiniz”. Nəşr yazır ki, deyəsən, bu, boş hədə deyil. Qərb kəşfiyyat analitiklərinin məlumatına əsasən, “Admiral Kuznetsov” aviadaşıyıcısının döyüş qrupu ilə möhkəmləndirlən Rusiya hərbi kontingenti Hələbə tammiqyaslı həmlə başlayacaq. Əldə olan məlumata görə, Vladimir Putinin məqsədi bundan ibarətdir ki, “avtokrat dostu”, Suriya prezidenti Bəşər Əsəd üçün növbəti ilədək önəminə görə Suriyanınn ikinci şəhərində hərbi qələbəyə nail olsun. Bəlkə də, bu məqsədə nail olunacaq. Səudiyyə Ərəbistanının silahlandırdığı Suriya üsyançıları Əsədin onları sıxşıdrmaqda çoxillik cəhdlərinə meydan oxuyur və son günlərdə rejimin mövqelərinə hücumları ilə birliyin yeni əlamətlərini nümayiş etdiriblər. Aydındır ki, dünyadakı ən ciddi humanitar böhran ağırlaşacaq, həm də heç bir zəmanət yoxdur ki, Rusiyanın nominal dəstək verdiyi BMT-nin yardımı da ehtiyacı olanlara gedib çıxacaq. Eyni zamanda şübhə yoxdur ki, Ağ Ev uğrunda mübarizə hətta indikdi prezident Brak Obamanı da xarici siyasətdən yayındırır. Prezident Obamanın Suriya və Ukraynada Vladimir Putinin  qabağını almaqda daimi uğursuzluqları olmasaydı, Moslva xarici şəhərə tammiqyaslı hücum nəzərdə tutmazdı. Lakin Rusiya prezidentinin fəaliyyət göstərdiyi cari hakimiyyət boşluğuna Avropa da əlini qoyub. Tarix xatırlayır ki, göyərtəsində 14 reaktiv zərbə təyyarəsi və ən azı, iki hərb helikopter daşıyan “Admiral Kuznetsov”un Arktikadan Aralıq dənizinə yürüşünü bütün qitə necə laqeydliklə müşahidə edirdi. Avropa əlavə yanacaq vurmaqdan imtinadan başqa heç bir addım atmadı. Rusiyanın Suriyada bərqərar olmağa xüsusi bir ehtiyacı yoxdur və buna görə də Moskva bu Yaxın Şərq ölkəsindəki iştirakına bəraət qazandırmaq üçün təbliğata əsaslanmış versiya yaradıb. “Times”-ın fikrincə, Rusiya lıideri “yalandan” iddia edir ki, İŞİD-lə mübarizə aparır, lakin əslində Hələb rayonunda onun hədəfləri istisnasız olaraq “Əsədi devirməyə çalışanlar” olub. Bundan başqa, o, ABŞ-ı radikal cihadçıları mötədil üsyançılardan ayırmaqda uğursuz cəhdlərə görə ittiham edir. Nəşr göstərir: “Bunda həqiqət payı var, lakin bu, geişatında dinc sakinlərin hamıdan çox əzab çəkdiyi quduz hava basqısına bəraət qazandırmır”. Nəhayət, Britaniya qəzeti iddia edir ki, Vladimir Putin oktyabrın 18-dən aviazərbələri dayandırıb ki, zərbələr bir də başlananda “Suriya terrorizmi üzərində əxlaqi üstünlüyünü” bəyan etmək imkanı olsun. “Times” yekunda yazır: “Həqiqət bundan ibarətdir ki, Rusiyanın Aralıq dənizinin şərqinə üzmüş döyüş qrupu terrorizmlə mübarizə üçün deyil, müharibə üçün təchiz olunub və buna qarşı durmaqda uğursuzluğa görə məsuliyyət eyni dərəcədə həm Avropa, həm də ABŞ-ın üzərinə düşür”. Faktinfo.az

1 Noyabr 2016 11:31

Türk analitik: “ABŞ-ın strategiyasında ehtiyat təkər olmağın vaxtı deyil” –Təhlil

filippin-preezidenti

ayaxan Uyğur Güneş (Türkiyə), 29.10.2016   ABŞ-ın PKK və onun Suriya qanadı “Demokratik birlik” partiyası (PYD) ilə əməkdaşlığı davam etdirdiyindən çıxış etməklə bölgə siyasətimizi yenidən düşünmək faydalı olardı. ABŞ-dakı seçkilərə sayılı günlər qalarkən Vaşinqton administrasiyası PYD ilə təkidlə müttəfiqlik edir və deyir ki, ən yaxın vaxtlara planlaşdırılmış Rakka əməliyyatında onunla qarşılıqlı fəaliyyətdə olacaq. Biz bu layihəni qəbul edə bilmərik və Türkiyə bu məsələ üzrə öz rəsmi mövqeyini ABŞ-a xəbər verib. Buna baxmayaraq, fikrimcə, ABŞ-a  “PYD oradadırsa, onda biz olmayacağıq” demək də yetərli deyil.   ABŞ bizə lazımdırmı?   Nəzərə alınsa ki, İŞİD-in Rakkadan qovulması məqsədilə quru əməliyyatı haqda təkcə Vaşinqton deyil, həm də Rusiya düşünür, onda niyə Moskva və müttəfiqləri ilə birgə hərəkət etməyək?  Bizə ölkəmizi və xalqımız terrorizmdən müdafiə edəsi qərarlar qəbul etmək önəmlidir və artıq ABŞ-ın strategiyasında ehtiyat təkər olmağın vaxtı deyil. Məgər məntiqli deyil ki, Türkiyə PKK ilə mübarizədə bizə dəstək verənlərlə bir yerdə olsun? PKK ilə qarşılıqlı fəaliyyət göstərən ABŞ-la müttəfiqlik münasibətləri isə tədricən boynumuza dolanan sabunlanmış kəndirə çevrilir. İctimai rəyin bunu dərk etməyinin vaxtıdır. Gəlin, tam açıq danışaq – PKK terror təşkilatının Rakkada yerləşməsinə şərait yaradacaq əməliyyat Türkiyəyə düşmən münasibətin təzahürdür. İŞİD ancaq bəhanədir. ABŞ-ın məqsədi qətiyyən Suriyaya demokratiya və s. gətirmək deyil, bu ölkəni bölmək və orada terrorçu PKK dövləti yaratmaqdır. Vaşinqton administrasiyasının hadisələrin lap başlanğıcından – 2011-ci ildən hədəfi bu cür idi. Lakin amerikalılar bu strateji layihələri addım-addım həyata keçirərək olduqca incə siyasət yürüdür və əsil niyyətlərini yalan və riyakarlıqla ört-basdır edirdilər. ABŞ terrorçu qurumla əlaqəsini indi açıq şəkildə etiraf etdiyinə görə terrorçularla dostluq edənlərə öz əllərimizlə silah və patron verə bilmərik. Seçkilərdən sonra ABŞ-ın bu məsələ üzrə mövqeyi saxlanarsa, onda Amerikanın hər biri tədricən terrorizm yuvasına çevrilən baza və obyektlərinin yerləşməsi şərtlərini sərtləşdirmək lazımdır.   Terrorçuların silah yoldaşı   Xatırladığınız kimi, Devid İqnatius prezidentimizin İsrailin keçmiş lideri Şimon Peresə münasibətdə etdiyi məşhur “one minute” çıxışının moderatoru idi. İqnatius eyni zamanda “Wahington Post”un köşə yazarıdır. O, 25 oktyabrda yazıb: “Xalq özünü müdafiə dəstələri (YPG – PKK-nın Suriyada silahlı qanadı) mənim üçün nəsə özəl bir şeydir. Çünki mayda ABŞ-ın məxfiləşdirilmiş təlim-məşq düşərgəsində onlardan bir neçəsi ilə tanışlıq imkanım olub. Öyrəndim ki, onlar İŞİD-ə qarşı müharibədə son döyüşçüyə, hətta sonuncu qadın döyüşçüyə qədər vuruşurlar. ABŞ xüsusi təyinatlısının zabitləri onların döyüş əməliyyatlarındakı işi haqda sayğıyla fikir bildirir və deyirlər ki, əlbəyaxa döyüşdə onların arasında silah yoldaşlığı yaranıb”.   Əlbəttə, Amerika hərbçiləri ilə PKK terrorçuları arasında meydana çıxmış yaxın silah yoldaşlığı yenilik deyil. Bu, ən azı, ABŞ-ın Qəndili (PKK-nın İraq Kürdüstanında bazası-tərc.) yaratdığı 1990-cı ilə gedib çıxır. Jurnalist Devid İqnatius eyni zamanda xatırladır ki, ABŞ mayda YPG-nin bir qrup döyüşçüsünü Adanaya gətirib və İncirlikdə onları Fətulla Gülənin FETÖ terror təşkilatının sıralarındakı zabitlərlə tanış edib. Bütün bu etiraflar növbəti dəfə təsdiq edir ki, əslində, iyulun 15-də Türkiyə prezidentini kim aradan qaldırmaq istəyirmiş. Hətta PKK-nın öldürüdyü hər bir vətəndaşımıza görə – istər hərbçi, istər polis, istərsə də dinc sakin olsun – sorğuya tutlmalı qüvvə bir başqası deyil, ABŞ administrasiyasıdır.   Bütün məsələlər Təl-Abyəddədir   Türkiyə bu şəraitdə ABŞ-ın PKK-ı Rakkada yerləşdirəcəyi əməliyyata cavabda sükutu qoruya bilməz. Hazırda Təl-Abyəd rayonunda, birbaşa sərhədimizin yanında bu əməliyyata hazırlıq gedir. PKK 95% ərəb və 5% türkmanların yaşadığı Təl-Abyəddə amerikalıların dəstəyi ilə soyqırım və təmziləməni davam etdirir.Burada kök atmış terrorçular zaman-zaman teraktlar keçirdikəri Türkiyəyə də sızır və buna görə də PKK-nın bu rayonda olması Türkiyənin təhlükəsizliyinə ciddi təhdiddir. Digər tərəfdən, PKK terrorçuları Amerika xüsusi təyinatlısının müzdluları kimi Rakkanı Mosulla əlaqələndirən yola nəzarət edirlər. Məlum olduğu kimi, ABŞ-ın başçılığı ilə Mosulu mühasirəyə alımış koalisiya Rakka yolunu açıq qoymağı və terrorçuları bu tərəfə qovmağı planlaşdırır. Plan “A” və “B” göz qabağındadır. PKK iə birlikdə Rakkanı lə keçirmək planı işə düşsə, ABŞ İŞİD döyüşçülərinə ora gəlmək imkanı verməyəcək. Rakka əməliyyatını Rusiya və müttəfiqləri həyata keçirsə, İŞİD terrorçularını Mosuldan Rakkaya  göndərəcəklər.   Satmaq şakəri   Bu durumda getdikcə daha da güclənən terrorizm təhlükəsinə qarşı çıxmaq və ABŞ-ın bölgəyə daha çox hərc-mərclik gətirməyinə mane olmaq üçün Türkiyə Suriyada Rusiya və müttəfiqləri ilə qarşılıqlı şəkildə hərəkət edə bilər. ABŞ bunu istəmirsə, PKK-nn Suriya qanadı PYD/YPG ilə əməkdaqşlıqdan imtina etməlidir. Yeri gəlmişkən, Devid İqnatius bu ehtimaldan əndişə keçirir və “Washington Post”dakı məqaləsində ona çox xoş gəlmiş terrorçu dostlarına ABŞ-ın mümkün satqınlığı haqda xəbərdarlıq edir. Onların nə edəcəklərini bilmirik, lakin türk xalqında ABŞ haqda qəti rəy formalaqşıb: Vaşionqton satqınlığı öz siyasətinin mərkəzinə yerləşdirib.

29 Oktyabr 2016 12:49

Evində “oturan” Əli Abbasovun Kürdəxanıda “oturmasına” sayılı günlər qaldı…

erdogan-6

tən ilin noyabr ayının  13-də prezident İlham Əliyevin sərəncamı ilə işdən qovulan rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov barəsində cinayət işi açılıb. “Trend”in məlumatına görə, sabiq nazirlə bərabər nazirliklə əməkdaşlıq edən bir neçə şirkətin nümayəndələri barəsində ayrıca cinayət işi başlanıb. Ə.Abbasov və digərləri Cinayət Məcəlləsinin 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 29, 179.3.1-ci (mənimsəmə və ya israf etməyə cəhd, mütəşəkkil dəstə tərəfindən törətməyə cəhd), 29, 179.3.2-ci (mənimsəmə və ya israf etməyə cəhd, külli miqdarda törətməyə cəhd), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilirlər. Milli Təhlükəsizlik Nazirliyində kök salmış cinayətkar dəstə ifşa olunduqdan dərhal sonra Rabitə və Yüksək Texnologiyalar Nazirliyində ən yaxın adamlarının həbsi 11 ildir nazir kürsüsündə oturan Ə.Abbasovun da sonunu gətirdi. Məlum oldu ki, nazirlikdə  telefon danışıqlarının MTN tərəfindən qanunsuz dinləmələrinə xüsusi şərait  yaradılıb, Eldar Mahmudovun yaxın adamları və qohumlarından ibarət  “rabitəçi çetesi” külli miqdarda dövlət əmlakını mənimsəyib. MTN-dəki general mafiyasının  fəaliyyəti üçün lazımi texniki dəstəyi göstərən rabitəçilər, üstəlik, hər ay Eldar Mahmudova  10 milyon manat “xərac” da ödəyiblər ki, bunu da  dövlətdən oğurlayaraq, həyata keçiriblər. Yoxlamaların ilk günlərində Ə.Abbasov israrla həm özünü, həm də yaxın adamlarını müdafiə edirdi. Nazirliyin aparat rəhbəri Vidadi Zeynalov başda olmaqla, Beynəlxalq Əlaqələr və Hesablaşmalar Mərkəzinin direktoru Cəlil Cəfərov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynov, “Aztelekom” MMC-nin baş direktoru Məmməd Məmmədov, “Azərpoçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayev, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədov, “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmov kimi yüksək vəzifəli şəxslər həbs olunduqdan sonra isə Ə.Abbasov susmağa üstünlük verdi. 2015-ci ilin noyabr ayının 13-də işdən çıxarıldıqdan sonrakı günlərdə isə o, bütün məsuliyyəti həbs edilənlərin üzərinə “yükləməklə” Şüvəlanda yerləşən bağ evinə qapandı.  Xəbərlər vardı ki, hələ o zamandan sabiq nazir haqda “heç yerə getməmək” barədə qətimkan tədbiri seçilib, nazirlikdəki korrupsiya faktları və MTN-in həyata keçirdiyi gizli dinləmələrlə bağlı bir neçə dəfə istintaqda ifadə də verib. 10-dək ən yaxın kadrı  korrupsiya ittihamı ilə həbsdə olan Ə.Abbasov tezliklə “müdafiə taktikasını” dəyişdi, hücuma keçdi. Bütün mənimsəmə sənədlərində imzası və ya razılığı olan Ə.Abbasov ən yaxın adamı olan V.Zeynalovun “onu satmasını” şantaj kimi qiymətləndirdi.  Dövlət başçısı İlham Əliyev nazirlikdəki korrupsiya faktını “ vicdansızlıq və xəyanət” kimi qiymətləndirdikdən sonra  YAP-ın Siyasi Şurasından səs-küysüz uzaqlaşdırılan  Ə.Abbasovu  Azərbaycan Dövlət İqtisad Universitetində rəhbəri olduğu kafedra müdirliyindən də çıxardılar. Respublika Prokurorluğu 10 ay davam edən istintaqdan sonra “rabitə çetesi”nin işini yekunlaşdıraraq bu ayın əvvəlində  məhkəməyə göndərib. Məhz bu ərəfədə Ə.Abbasov barəsində cinayət işinin açılması barədə yayılan xəbər dərhal elektron mediada günün manşetinə çevrilib. Hakimiyyətə yaxın  “Trend” agentliyinin məlumatından sonra isə Ə.Abbasov APA-ya qısa açıqlama verib. Sabiq nazir  deyib ki, barəsində cinayət işi başlanmayıb, yayılan xəbərlər həqiqəti əks etdirmir və dezinformasiyadır.  O, hazırda evində olduğunu da əlavə edib. Ə.Abbasovun açıqlaması  əslində daha çox cinayət işinin açılmasının  deyil, həbs edilmədiyinin təkzibidir. Ə.Abbasovun həbs edildiyini heç kim iddia etməyib və o həqiqətən də evindədir. Üstəlik, onun xəstəliklə bağlı müraciətinə baxmayaraq, bir ilə yaxındır ki, ölkədən kənara buraxmırlar. Daha maraqlı bir məqam Ə.Abbasovun özünə vəkil tutmasıdır. Cinayət işi barədə xəbəri ilk təkzib edən də onun vəkili Kamandar Nəsibov olub: “Bu yalan və əsassız xəbərdir. Arxasında hansısa maraqlar dayanır. Əli Abbasov barəsində cinayət işi yoxdur”, deyən, vəkil təəssüf ki, niyə sabiq nazirlə müqavilə bağladığını açıqlamayıb. Məntiqlə heç bir cinayətdə suçlanmayan, istintaqa çağırılmayan  Ə.Abbasovun vəkilə ehtiyacı olmamalıdır. “Yeni Müsavat”ın məlumatına görə,  Ə.Abbasov işdən çıxarılandan bir müddət sonra vəkillərlə (başqa vəkillər də var) müqavilə bağlayıb. Onun əmlak işləri üzrə də vəkili olduğu iddia edilir. Ə.Abbasovun vəkilinin  “hansısa  maraqlar” ifadəsi də diqqət çəkir. 11 aydır nəzarət altında saxlanılan Ə.Abbasov  iqtidarda ən fağır nazir kimi tanınıb. Onun nazir olduğu dövrdə iqtidardan kimlərləsə çəkişməsi barədə məlumat olmayıb. “Fağır nazir” “xəyanət  və vicdansızlıq” ittihamı ilə  kürsüsündən atılıb və yalnız bu əməllərinə görə hədəf ola bilər. Məlumatlar var ki, işdən çıxarılandan sonra “özündən başqa hamını satan” sabiq nazir dövlətə vurduğu ziyanı ödəmək istəmədiyi üçün cəzalandırılır.  Belə ki, həbsdə olanlar, xüsusilə “sağ əli” Vidadi Zeynalov mənimsənilən vəsaitin (söhbət 100 milyonlardan gedir) böyük hissəsinin sabiq nazirə çatdığını bildirib. Ə.Abbasova ölkədən çıxış qadağası qoyduqdan sonra ondan mənimsənilən pulları  geri qaytarmaq tələb olunub. Ə.Abbasov əvvəl razılaşsa da, sonradan “mən müəllim adamam” deyib  dövlətə vurduğu ziyanı ödəməkdən imtina edib. İddia olunur ki, Ə.Abbasov, üstəlik, Bakıdakı mülklərini də  başqa adamların adı ilə satışa çıxarıb. Sabiq nazir əvvəl  metronun “Gənclik” stansiyası yaxınlığındakı - “Zivella” mağazasının arxasındakı vaxtilə bir orta ranqlı iş adamından dəyərindən 10 dəfə az qiymətə aldığı 12 sot ərazini satıb. Həmin mülk Ə.Abbasovun Eldar adlı oğlunun adına olub. Dəyərindən az - 1,5 milyon manata satılan torpaq sahəsi Ə.Abbasovun yeganə mülkü deyil. Bundan başqa, o, Bilgəhdəki bağ evini, şəhərin mərkəzindəki bir neçə obyektini də satıb. Dövlətin milyonlarını talayaraq əldə etdiyi mülkləri satıb nağd pula çevirmək istəyi sabiq nazirin ziyanı ödəmək niyyəti kimi izah oluna bilər. Amma  iddia olunur ki, sabiq nazirin alqı-satqını maksimim məxfi həyata keçirmək istəyi şübhələrə səbəb olub. Qaynağımız deyib ki, oğlunun adına olan torpaq sahəsini satarkən alıcıya rəsmi sənədləşməni sonraya saxlayıb,  “centlmen razılaşma” təklif olunub. Alıcı isə buna razı olmayıb. Xəbərlərə görə, Ə.Abbasov  həbsdə olan aparat rəhbəri ilə yan-yana tikdirdiyi villanı satışa çıxara bilməyib, çünki mülkün üzərində həbs qərarı var. Ə.Abbasovla bağlı xəbərlərə daha  bir mühüm  detalı əlavə  edək. Srağagün rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini Əli Abdullayev qurumda keçirilən kollegiya iclasında yenidən Ə.Abbasovun rəhbərlik etdiyi vaxtda baş verən korrupsiya faktlarından danışıb, nazirliyə milyonlarla zərər vurulduğunu xatırladıb. Kollegiya iclasının səhəri isə sabiq nazirə cinayət işi açılması xəbəri yayılıb. Ə.Abbasov evindədir, amma onun rahat olduğuna və tezliklə həbs olunmayacağına  heç bir zəmanət yoxdur. Hadisələrin gedişi belə düşünməyə əsas verir...(musavat.com)

27 Oktyabr 2016 11:41

Polkovnik İlqar Əliyevi “aradan götürmək” kimə lazım idi?

erdogan-6

Odioz general “mahmudovçu” polkovnikin öldürülməsinin detallarını vəkilinə ötürüb   Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik İdarəsinin həbsdə olan rəisi Akif Çovdarov vəkili Kamandar Nəsibova sensasion sayıla biləcək məlumatlar verib.  Sitat: “Akif Çovdarov rəisə (BİT rəisi nəzərdə tutulur - E.M.) dedi ki, İlqar Əliyevi döyüb, sonra asıb öldürmüsünüz, o biri təqsirləndirilən şəxs Orxan Osmanovu döyüb, yalandan ifadə almısınız. İlqarı necə döyüb öldürüb sonra asıblar, hamısı dəqiqdir. Akif də deyir ki, mən bunlara etiraz olaraq özümü aclıq edib öldürəcəyəm. Eldar Mahmudova qarşı İlqar Əliyevdən ifadə almaq istəyiblər. Orxan Osmanovdan isə Akif Çovdarova qarşı ifadə almaq istəyiblər”. Yada salaq ki, E.Mahmudov “vurulandan” sonra “MTN işi” üzrə ilk həbs edilənlərdən biri də məhz İ.Əliyev olmuşdu. 2015-ci il oktyabrın 17-də həbs edilən İ.Əliyevin asılmış vəziyyətdə olan meyitini 2 ay sonra - dekabrın 20-də saxlanıldığı BİT-dəkı kamerada aşkarlamışdılar... BİT-dən İ.Əliyevin meyiti çıxan gündən onun öldürülə biləcəyi haqda ehtimallar vardı. İndi isə bu ehtimalları inandırıcı edən detallı açıqlama ortalıqdadır. Bunu söyləyən isə sıradan bir şəxs deyil. A.Çovdarov İ.Əliyevin öldürülüb sonra asıldığını dilə gətirirsə, dediklərinə inanmamaq üçün hər hansı bir ciddi əsas yoxdur. A.Çovdarov İ.Əliyevin öldürülməsinin mümkün səbəbini də açıqlamaqdan çəkinmir. Deyir ki, İ.Əliyevdən Eldar Mahmudovun əleyhinə ifadə istəyiblər. Verməyib və onu döyüblər, adam ölüb. A.Çovdarov İ.Əliyevin asılmasını ölümünün ört-basdır edilməsi məqsədi daşıdığını da açıqlayır. İ.Əliyev Baş Prokurorluğun araşdırdığı “MTN işi” üzrə əsas fiqurantlardan biri idi. Sabiq milli təhlükəsizlik naziri E.Mahmudovun yaxın çevrəsinə daxil olan bu şəxsin adı jurnalistlərə, sahibkarlara qarşı həyata keçirilən qanunsuzluqların əsas icraçısı kimi  hallanırdı. Bu haqda mətbuatda kifayət qədər məlumat var. Onun qəfil olümü çoxsaylı suallar yaratmışdı. MTN-çinin saxlanıldığı təcridxanada özünü asmasına Akif Çovdarovun açıqlamasına qədər də inananlar az idi. İ.Əliyevin ailəsi də onun özünü öldürməsinə çox ciddi şübhələrinin olduğunu gizlətmirdi. “Yeni Müsavat”ın 8 yanvar 2016-cı il tarixli sayında dərc edilən “Ailəsi MTN polkovnikinin özünü öldürməsinə inanmır” http://musavat.com/news/olke/ailesi-mtn-polkovnikinin-ozunu-oldurmesine-inanmir_317110.html sərlövhəli yazıda bu haqda məlumat verilirdi. Sitat: “İ.Əliyevin ailəsinə yaxın mənbə ”Yeni Müsavat"a deyib ki, ailə üzvləri onun həyatla öz xoşu ilə vidalaşdığına inanmadıqlarını istintaqçılara da deyiblər. “İlqar Əliyev ölümündən az əvvəl həyat yoldaşı ilə telefonla danışıb, hər şeyin normal olduğunu deyib. Onun iki uşağı var, yoldaşından uşaqlarını soruşub. Deyib ki, hər şey yaxşı olacaq. Yəni özü də bilirdi ki, 10-12 il cəza verilə bilər. Həbsə düşməyindən narahat olub, bədbin, fikirləri qarışıq olub. Amma özünü asması heç ağla gələn məsələ deyil... Deyib ki, atası, qardaşı çox da qüssələnməsin. Bir işdir başına gəlib. Yəni İlqar Əliyev həbs olunmasından narazı olub. Amma onun özünü asması üçün əsasları olmayıb. Onun ölümündən sonra vəkili də ailəsinə deyib ki, İlqarın vəziyyəti pis olmayıb. Onunla məsləhətləşmələr aparıb, müdafiə taktikası qurub, vəsatətlər hazırlayıblar. Vəkili hər gün onunla görüşüb, nə edəcəklərini müzakirə ediblər. Adam özünü asacaqdısa, niyə müdafiə olunmağa hazırlaşıb?”  “Yeni Müsavat”ın əməkdaşı İlqar Əliyevin vəkili olmuş  Rəşad Mehdizadə ilə əlaqə saxlayaraq A.Çovdarovun fikirlərinə münasibətini öyrənib. Vəkil deyib ki, İ.Əliyevdən Eldar Mahmudovun əleyhinə ifadə onun iştirakı ilə alınmayıb. R.Mirmehdizadə A.Çovdarovun fikirlərini şərh etməyib. Mümkündür ki, İ.Əliyevi vəkilsiz çağırıb Eldar Mahmudovun əleyhinə ifadə istəyiblər. Ola bilər ki, o, belə bir ifadə verməkdən imtina edib və Akif Çovdarovun söylədiyi ssenari işə düşüb. İ.Əliyevin tələb ediləndən artıq danışması da onun həyatı üçün təhlükə yarada bilərdi. Bu xüsusda “Yeni Müsavat”ın 18 yanvar 2016-cı il tarixli sayında “MTN polkovnikinin müəmmalı ölümünün şok sirri- ”Danışacam..." http://musavat.com/news/olke/mtn-polkovnikinin-muemmali-olumunun-shok-sirri-danishacam_319251.html sərlövhəli yazıda söhbət açılırdı. Həmin yazıdan sitat: “Əldə etdiyimiz son bilgilər İlqar Əliyevin həbsindən sonra susmaq niyyətində olmadığını deməyə əsas verir. Belə ki, qaynağımız iddia edir ki, saxlanıldıqdan sonra barəsindəki həbslə əlaqəli təqdimata baxılarkən İlqar Əliyev konkret ünvanları silkələyəcək fikirlər səsləndirib. Tezliklə azad edilməyəcəyi təqdirdə bildiklərini geniş ictimaiyyətə çatdıracağı ilə bağlı mesajlar verib. Bir sözlə, kompromatları üzə çıxaracağının anonsunu verib.  Səbayel Rayon Məhkəməsində barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilərkən bir qədər ümumi danışan İlqar Əliyev Bakı Apelyasiya Məhkəməsində fikirlərini konkretləşdirib, daha kəskin çıxış edib. Ona ”bu gedişlə özünü yandıracaqsan", - deyilsə də, İlqar Əliyev susmayacağını dəfələrlə ifadə edib". İ.Əliyevin bildikləri siyasi-kriminal janrda çoxsaylı kitabların ana xəttini təşkil edə bilərdi. Onun adı ictimai-siyasi olaylarda daim qırmızı xətlə keçib, ən qalmaqallı proseslərin yönləndiricisi kimi məhz MTN polkovnikinin silueti görünürdü. Belə bir şəxsin danışmasının hədəf götürdüyü şəxslər üçün elə də yaxşı nəticələr verməyəcəyini izah etməyə də ehtiyac yoxdur. Bəlkə elə İ.Əliyev E.Mahmudovun özünü hədəf götürüb? O Eldar Mahmudovu ki, Azərbaycanın təhlükəsizliyinə cavabdeh bir qurumu özünün şəxsi maraqlarına tabe etdirə bilmişdi. Nazirlər, komitə sədrləri, bir çox hüquq-mühafizə orqanlarının yüksək çinli məmurlarını özünün istəyinə uyğun qərarlar verməyə qədər asılı duruma salmağı bacarmışdı.  E.Mahmudovun həbsi həmin məmur tayfasının da ən azı karyeralarının sonunu gətirməsi demək olardı. Odur ki, vaxtilə Eldar Mahmudovdan asılı olanlar özlərini, kreslolarını qorumaq üçün İ.Əliyevin susdurulmasına ayaq verə bilərdilər. Qeyd edək ki, İ.Əliyevin BİT-də ölümündəın sonra özünü asmasını şübhə altına alan çoxsaylı məlumatlar dolaşırdı. Belə ki, polkovnikin özünü asması üçün mələfəni haradan alması, özünü haradan və necə asması, BİT nəzarətçilərinin həmin vaxt harada olmaları, həmçinin kamera yoldaşının kimliyi və digər suallar cavabsız qalıb. Məsələn, İlqar Əliyevin meyiti BİT-dən çıxandan 2 gün sonra - 2015-ci il dekabrın 22-də orada saxlanılan digər məhbus Manaf Paşayevin də meyiti aşkar olunub. Rəsmi məlumatda onun da özünü asdığı bildirilib. M.Paşayevin İlqar Əliyevin kamera yoldaşı olduğu haqda məlumat vardı. Belə ehtimallar da irəli sürülür ki, M.Paşayev İ.Əliyevin ölümü haqda məlumatlara malik olub və bu üzdən o da eyni üsulla aradan götürülüb... Üstəlik, İ.Əliyevin Sabunçu Rayon Prokurorluğundan Bakı Şəhər Prokurorluğuna, bir müddət sonra isə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə ötürülməsi də müəyyən nəticələr çıxarmağa imkan verir. Birincisi, İlqar Əliyevin ölüm işi prokurorluq orqanlarında dövr etdiyi bir vaxtda elə həmin təcridxanada eyni üsulla dünyasını dəyişmiş məhbus Manaf Paşayevin işi Sabunçu Rayon Prokurorluğunda qaldı. Nə baş verib? Eyni təcridxanada 2 gün fərqlə iki məhkum eyni səbəblə dünyasını dəyişib. Bəs nə üçün 1 məhbusun ölüm işi bir istintaq qurumunda, o biri isə bir başqasında araşdırılıb? Həm də hər iki iş üzrə nəticə bu gün də ortada deyil. İlqar Əliyevin ölüm işini daha dərindən araşdırmaq üçün alıb prokurorluğun əsas qurumuna ötürmüşdülərsə, nəticə niyə yoxdur?

27 Oktyabr 2016 11:21

Fakt

Bizi izləyin